1903 dəfə oxunub

Avropanın ən məşhur şəhərləri - Herodotun izi ilə

"Heç bir şey səyahət kimi zehni inkişaf etdirmir" - Emil Zola

Mövzuya başlamamışdan öncə onu qeyd etmək istərdim ki, səyahəti sevən birisiyəm və 11 ölkə, 24 şəhərdə olmuşam və şəkillərin də hamısını özüm çəkmişəm.

Ölkə olaraq- Fransa, İtaliya, Rusiya, Gürcüstan, BƏƏ, Türkiyə, Portuqaliya, İngiltərə, Almaniya, Bolqariya və Misir.

Şəhərlər olaraq isə- Nitsa, Monako, Paris, Marsel, Kann, Roma, Vatikan, Venesiya, Florensiya, Moskva, Tbilisi, Dmanisi, Dubay, İstanbul, Bodrum, Marmaris, İzmir, Lissabon, Almada, Sintra, London, Hamburq, Sofiya və Şarm El Şeyx.

Bəli çox deyil, amma az da deyil məncə.

Ən əsası da qeyd etdiyim yerlərdən qatar ilə keçməmişəm, hər birində ən azı 3 gündən artıq yaşayıb şəhərlərin abu-havasını öyrənmişəm )))

Tarixçə

Səyahət - hər hansı bir ərazini və ya su sahəsini, onları öyrənmək üçün, eləcə də ümumi təhsil, bilişsel, idman və digər məqsədlər üçün hərəkət etmək deməkdir.

Tarixdən ilk səyahət edən şəxs kimi Herodot tarixə düşmüşdür.

Helicarnassusda 484-cü ildə anadan olan Herodot daha yaxşı bir tarixçi və hətta bir yazıçı kimi tanınır, ancaq onu dünyanı gəzən ilk məşhur səyyah adlandırmaq olar.

Nömrə 1- Fransa

Fransız mədəniyyəti yoxdur. Fransa bir mədəniyyətə sahibdir və rəngarəngdir.

Fransa həqiqətən çox rəngarəng mədəniyyət sahibi, kübar insanların məskəni sayılacaq yerlərdəndir.

4 şəhəri xüsusi qeyd etmək istərdim:

Monako

Monako əslində şəhər deyil də krallıq hesab olunur və əhalisi 40.000 yaxındır.

Monako da gördüyünüz hər detal dəbdəbə göstəricisidir. Bahalı yaxtalar, ancaq oyunlarda və musiqi kliplərdə gördüyünüz maşınlar və kazino...

Kazinoda əsasən yaşlı nəsil, pensiya yaşında son şanslarını oyun avtomatlarında cekpot udmaq ümudi ilə keçirdiyini görə bilərsiz. Monakoda olduğum dövrdə gülməli hadisə baş vermişdi. Yemək yediyim vaxt göydən bir göyərçin üstümə öz ehtiyacını etmişdi.  Bu milyonçu olmaq deməkdir, hələ də gözləyirəm..


Nitsa/Kann

Kann şəhəri ən populyar festival keçirilən şəhərdir və dəbdəbədə Monakodan heç də geri qalmır.

Kann festivalı keçirilən ərazidə hər gün hər hansı bir tədbir və ya canfəşanlıq baş verir.


Nitsa şəhəri isə öz Lazur sahili ilə çox populyardır. Nitsada olan hər adam Lazur sahilərində heç olmasa bir dəfə olsun belə çimib və günəş vannası alıb. Burada insanların çılpaq şəkildə günəş alması normaldır. Bu hal çox normal qarşılanır, amma bura nudist çimərliyi deyil bunu da nəzərə almaq lazımdır ))

Paris

Paris şəhəri hamımıza Fransanın paytaxı və Eyfel qülləsi ilə tanışdır əlbəttdə ki. İlk öncə onu qeyd edim ki, dünyada ən çox turist qəbul edən şəhər Parisdir. Burada addımbaşı cütlükləri görə bilərsiz. Şəhərdə yağışlar tez-tez ola bilər və hətta yayın qızmar cağında belə yağış yağır. Senna çayı üzərində gəmi gəzintisi ilə siz Eyfel qülləsini bir başqa gözəl rakursdan görə bilərsiz. Bundan əlavə elə eyni gəzinti zamanı ABŞ-dan bizə tanınan Azadlıq heykəlini görə bilərsiz. Ümumiyyətlə, Azadlıq heykəlini ABŞ-a Fransa hədiyyə edib, ABŞ-da öz növbəsində Azadlıq heykəlini cavab hədiyyəsi kimi Fransaya təqdim edib, amma 4 dəfə daha kiçik nisbətində


Nömrə 2- İtaliya

İtaliyada ilk qayda belədir- nə demək istədiyinizi bilmirsizsə, Pasta deyin.

Əlbəttdə ki Italiya öz mətbəxi ilə dünyada ilk yerləri tutur, amma şəhərlərin gözəlliyində də ilk yerlərdədir.

4 şəhəri xüsusi qeyd etmək istərdim:

Roma

İtaliyanın paytaxı, həm də Qədim Roma imperiyası olan Roma şəhərinin hər addımında bir qədimi və ya antikvar tikili ilə rastaşacaqsız. Ümumiyyətlə, İtaliyanın əksər əyalətlərində özünü Azərbaycandakı kimi bir az hiss edirsən, səbəb isə insanların bir az bizə oxşamasıdır. Küçədə hamı əl-qol ilə və yüksəkdən danışır. Trevi fəvvarəsi turist axını olan ən məşhur yerdir. İnanca görə Trevi fəvvarəsinə qəpik atmaqla arzularınız çin ola bilər və bu fontandan il ərzində Roma əyaləti atılan qəpiklərdən 1.5 million Avro məbləğində pul toplayırlar. Roma Kolizeyi haqqında da deməmək günahdır. Roma şəhərinin simvolu olan bu tikilidə olduğunuz zaman xüsusi hislər yaşayırsız, elə bil sizi indi qladiator meydanına döyüşə çağıracaqlar.


Vatikan

Müqəddəs Papanın iqamətgahı olan bir şəhər-dövlətdir. Vatikanda təyyarə meydanı olmadığına görə Papa öz iqamətgahına ancaq vertolyotla enir. Vatikan həm də öz tarixi muzeyi ilə məşhurdur və siz burada məşhur Sikstin kapella məbədini görə bilərsiz. Ümumilikdə bu muzeye daxil olan zaman, hər otaqdan insanı valeh edəcək abu-hava hiss etmək olar.


Venesiya/Florensiya

Venesiyaya qayıq şəhəri desək yanılmarıq. Şəhərdə əsas nəqliyyat qayıqdır və şəhərdən bir az qoxu gəlir kanalların sayı çox olduğundan. Şəhərdə çoxlu körpü, qədim kilsələr var və bu şəhərə ayrıca gözəllik verir.


Florensiya - Bu şəhər mənim ağlımda dəbdəbə ilə qədimliyin vəhdəti kimi qaldı. Arno çayı sahilində yerləşən şəhərin hər bir yeri gözəl və şəkil çəkməlidir, əsasən də axşam saatlarında.


Əgər yazını bəyəndinizsə aşağıda olan Facebook düyməsini seçərək blogpostu Facebookda paylaşın ki, dostlarınız da yazılarımızdan xəbərdar olsunlar. Yox əgər Gəzəyənlərin yazılarından ilk xəbər tutmaq istəyirsinizsə aşağıda “abunə ol” bölməsinə mailinizi yazaraq düyməyə klikləyin. Hələlik bu qədər, növbəti yazılara qədər…



Paylaşdı: Asif ibrahimov 




DİGƏR BLOQLAR

Əndəlüsün qədim şəhəri - Malaqa

Malaqadakı bütün otel, apartament və hostelləri bu linkdən (bron) edə bilərsiz.Sizə yeni gəldiyim İspaniyanın Malaga şəhəri haqqında yazmaq istəyirəm. Bəlkə də uzun olacaq və oxumaq istəməyəcəksiniz.Təyyarədə gələndə yuxarıdan aşağı baxanda dedim ki, ilahi bura lap Salyanın şoran yerlərinə oxşayır ki, bura haradı belə. Ancaq təyyarə eniş edəndən sonra Malaganın aeroportundan düz mərkəzə cəmi 12 dəqiqəyə 1.80 eur dəyərində qatar bileti alıb gəldim. Səssiz və inanılmaz rahatlıqda. Ona görə ki, biz ölkəmizdə belə xidmətlərə möhtacıq. Şəhərdə tıxac adlı bir şeydən söhbət getmir.Şəhərin binaları bahalı, daş qaşlı, mərmərlərdən örtülməyib. Rəngarəngliklə bəzədilib. İnanılmaz ahəng yaradıb. Rahat şəkildə deyə bilərəm ki, Malaga dizaynerlərin şəhərciyidi. Şəhərdə hər yerdə dizaynerlərin əl işləri öz əksini tapır. Zövq anlayışı insanların qanına oturub. Hər yerdə mədəniyyət, gülərüz personal, möhtəşəm idarəetməni görürsən. Bizim restoranlara girəndə administrator min hoqqadan çıxıb ofisiantı əzir insanın gözü qabağında. Burda elə şeylər qətiyyən görmərsən, ən adi ofisiantı belə inanılmaz pozitivdir. Çox gözəl aura var şəhərdə. Həm şərq üslübü həm də müasir üslublar hər yerdə öz əksini tapır. Yol mədəniyyəti, tarixi muzeylər, ən əsası Pikassonun muzeyi (şəkil çəkilməsi icazə verilmir) və daha iri həcmli tarixi muzeylər. Bir sözlə şəhərin qədimliyini addım başı gördüyünüz muzeylər hər yerdə xatırladacaq.Şəhərin ən məşhur içkilərindən biri Sangria adlı çox dadlı bir içkidir. Heç bir sözlə əvəz edib izah edə bilmirəm, amma inanılmaz dadı var. Eliksir kimi ????Şəhər ümumən hədsiz ucuzluqdu, günü 20-30 eur ilə ürəyin istəyən nahar, səhər və axşam yeməyini yeyirsən, yanında içkisi ilə birlikdə. Ancaq marketlər Bakı qiyməti ilə, hətta deyərdim daha ucuzluqdu. Tövsiyyəm odur ki, gedib Barcelonanı və digər yerləri görməkdənsə belə yerlərin aurası adama daha xoş təsir bağışlayır. Özlərinə xas bir çox xüsusi dadda yeməkləri var və çox ləzzətlidi, soğan, pomidoru bizim kimi yaman çox sevəndilər. Amma dadlı yeməkləri var. Mən iş səyahəti üçün gəlmişəm, növbəti səfərlərim Granada və Sevilyadır. Hər birinizə xoş istirahətlər ????*Ps. Mən Freepik şirkətinin rəsmi ölkə üzrə təyin edilmiş səfiriyəm. Sonuncu şəkildəkilər isə Freepikin təsisçiləri Alejandro və Pablo Blanes qardaşlarıdır. Freepik dizayner və fotoqraflar üçün əvəzedilməz bir veb saytdır. Belə ümid edirəm yormadım sizləri.Əgər yazını bəyəndinizsə aşağıda olan Facebook düyməsini seçərək blogpostu Facebookda paylaşın ki, dostlarınız da yazılarımızdan xəbərdar olsunlar. Yox əgər Gəzəyənlərin yazılarından ilk xəbər tutmaq istəyirsinizsə aşağıda “abunə ol” bölməsinə mailinizi yazaraq düyməyə klikləyin. Hələlik bu qədər, növbəti yazılara qədər…Paylaşdı: ‎Balash Mirzabey

1162 dəfə oxunub

Cənubi Amerika - Peru bələdçisi

Perudakı bütün otel, apartament və hostelləri bu linkdən (bron) edə bilərsiniz.Hər şey Argentinada başladı. Bakı-Paris-Buenos Ayres-Mendoza uçuşu və möhtəşəm triumf-gəlmə səbəbimiz olan cənub və qərbin ən hündür zirvəsi olan And dağlarının ürəyi-Aconcaguanın zirvəsində (6962 metr) dalğalandırdığımız 3 rəngli bayrağımız. (Argentina və Aconcagua haqda başqa vaxt, başqa post). Göylərdən yerlərə enirik və qardaşımla yollarımız ayrılır, o, Çiliyə, mən isə Peruya. Təyyarə, taksi və Lima mərkəzinə doğru yola düşürəm. Limadan çox şey gözləyirdim, amma bərbad yollar, çirkli küçələr, həddən artıq çox səyyar küçə ticarəti. Mərkəzin ətrafdan tək fərqi təmiz olması idi.Limaya 2 gün planlamışdım və ilk gün Lonely planetin Downtownda məsləhət gördüyü route-ni gəzdim. Kalonial dövrün qalıqları, gözəl abidələrlə və rəngarəng məhəllələrlə dolu küçələrdə 3-4 saat gəzdikdən sonra nədənsə şəhərə qarşı olan çoox böyük marağım alt-üst olmuşdu. Ona görə 2-ci Lima planlaşdırdığım günü Paracasda botla eyni adlı milli parka və Huacachina oazisinə getməyi qərar verdim. Səhrada fantastik mad max tipli maşınlarda safari və sandboarding.Zatən çox böyük olacaq yazını uzatmadan növbəti şəhərə Cuscoya bilet aldım. Təyyarə, taksi və nağıllar aləmi. Ensiz, bizim içəri şəhəri xatırladan dar küçələr, çox qədim abidələr sanki İnk imperiyasına daşıyırdı insanı. Şəhər çox gözəldi və qaldıqca qalmaq istəyirsən. Cuscodan 1 və ya 2 saatlıq məsafələrdə İnk imperiyasına aid bir çox arxeoloji abidələri görmək olar. Atb-lərlə Morais milli parkına turu kim Peruya getsə mütləq tur götürsün.Görüləsi yerlər həddindən artıq çoxdur, bu şəhərin ətrafında. Və əlbəttə bu şəhərə gəlişin əsas səbəbi dünyanın 7 möcüzəsindən biri olan Machu Picchunu görmək idi. Bu arxeoloji abidə 1911-ci ildə tapılıb. Bu yer haqqında bəzi məqamlar hələ də elmə məlum deyil. Machu Picchu hal-hazırda Peruda olduğum son nöqtədi.Sabah üzü cənuba, Puno şəhərinə səfər planlayıram. Ümümilikdə, Peru qiymətlər yaşam və qidalanma üçün kifayət qədər münasibdi. Mərkəzdə hostel 10 usd, qidalanma isə insanın özündən asılı olaraq günə 20-25 usddən 2,3,4 və sair sıfırlı rəqəmlərə kimi dəyişə bilər. Turlarda qiymətlər high və low sezona görə dəyişir. Taksilər 5-10 km-lik məsafələri 3-5 usd-yə aparır. Məsləhət olaraq hansı ölkəyə getməyinizdən asılı olmayaraq Lonely Planetin kitabını (pdf) almağa məsləhət görərdim. Görməli yerlər, yaxşı yerli ucuz və bahalı restoranlar, qalmaq üçün yaxşı yer seçimlərində çox kömək olur. İnanıramkı paylaşım xoşunuza gələcək. Məndə səyahətə davam eləyib çalışacam keçəcəyim növbəti ölkə olan Boliviyanın maraqlı yerlərini gəzim və sizinlə bölüşüm!! Hamıya yaşadığı ömürdən zövq almağı arzulayıram!!Əgər yazını bəyəndinizsə aşağıda olan Facebook düyməsini seçərək blogpostu Facebookda paylaşın ki, dostlarınız da yazılarımızdan xəbərdar olsunlar. Yox əgər Gəzəyənlərin yazılarından ilk xəbər tutmaq istəyirsinizsə aşağıda “abunə ol” bölməsinə mailinizi yazaraq düyməyə klikləyin. Hələlik bu qədər, növbəti yazılara qədər…Paylaşdı: Agazade Rasim 

820 dəfə oxunub

Dəbdəbənin ünvanı - Dubay bələdçisi

Dubaydakı bütün otel, apartment və hostelləri bu linkdən book (bron) edə bilərsiniz.Dubay səyahət qeydləriMart ayı üçün Bakı-Abu Dabi arasında olan wizzair biletlərinin sərfəli olduğunu görüb Dubay turu etmək qərarına gəldim. Yanvarın sonunda aldığım bilet qiymətləri baqajsız gediş-dönuş 80 avro, baqajla 160 avro idi. Hazırda növbəti aylara da bu qiymətlərə, endirim vaxtlarında isə daha ucuz bilet tapa bilərsiz. Ümid edirəm bu post mənim kimi ilk dəfə Dubay səfəri edənlərə kömək olar.Deməli Abu-Dabi hava limanında gömrükdən keçib çıxışa gəldikdən sonra məlumat hissəsinə yaxınlaşıb Abu Dabi-Dubai İbn Battuta Mall arasında hər saat başı hərəkət edən express avtobusa 35 dirhəm ödəməklə bilet ala bilərsiz. (1 manat 2.16 dirhəmdir) Avtobuslar hava limanının çıxış qapısında dayanır və rahatdır. (Geri dönüşü də eyni avtobusla edə bilərsiz, 24 saat işləyir) Taksilər bahadır amma adam sayı çoxdursa taksi də sərf edər. Dubayda uber normal taksilərə görə xeyli bahadır. Normal küçədə dayanan bütün taksilərdə taksimetr var, açılış qiyməti 5 dirhəm, minimum ödəniş 12 dirhəm olacaq, qısa məsafələr üçün rahatdır.- Harada qalmalıGetməzdən əvvəl xeyli axtardım və sonda Dubai Marina bölgəsində qalmaq qərarına gəldim. Bundan sonra 100 dəfə getsəm də Marinadan başqa bir bölgədə qalmaram, məsləhətdir. Dubai Marina suni kanal vasitəsilə 2 hissəyə ayrılıb, sahil və yaxta hissəsi. Yaxta hissəsi ətrafında kafe, restoranlar, Marina Mall, Pier 7 restonlar qrupu və digər maraqlı yerlər var. Xüsusən hava qaraldıqdan sonra gəzib zövq ala bilərsiz. Beach of JBR hissəsində isə gününüzü sarı qumlu dəniz kənarında keçirə bilərsiz. Marina bölgəsində ərəblər azdır, adətən xaricilər burada yaşayır. Otel olaraq “Millenium Place Marina”nı seçdim, qiyməti sərfəli idi, normal otaq seçməyimə baxmayaraq pulsuz olaraq balkonlu marina mənzərəli otağa update etdilər, yeməkləri əla idi, məsləhət görürəm. Şəhərdə restoranlarda yemək qiymətləri xeyli bahadır, hazır olun.- Hara getməli İlk növbədə telefonunuza “Get your guide” proqramını yükləyib gəziləcək yerlərə rahatlıqla bilet ala bilərsiz.Otellərdə təklif edilən tur qiymətləri xeyli bahadır, boşuna pul xərcləməyin. Metro, avtobus üçün 6 dirhəmə “nol card” alıb istifadə edə bilərlər. Həmçinin telefona nol card applikasiyasını yükləyib balansını da telefondan artıra bilərsiz. Metroda məsələn Marina DMCC stansiyasından Burj Khalifaya qədər 5 dirhəmdir. Eyni yola metronun gold class hissəsinin qiyməti isə 10 dirhəm idi. Çalışın elə biletinizi gold class hissəsinə alın. Silver class hissəsində demək olar ki, hind və pakistanlılar olur və dəhşət səs-küy edirlər, oturmağa yer də tapılmır. Gold hissədə isə turistlər, sakitlik və oturmağa yer + yerüstü çəkilmiş bu metro xətti ilə gözəl Dubay mənzərəsini izləyə bilərsiz.- Nələr etməli:1-Dubai Miracle Garden- Dünyanın ən böyük təbii gül bağı olan bu yerdə gəzməkdən doymaq olmur. Çiçəklərə bürünmüş “Airbus A380” isə parka daha çox maraq qatır. Giriş 35 manat, “Emirates mall”un qarşısından 105 saylı avtobusa minib birbaşa parka gedib qayıda bilərsiz. Avtobus qiyməti 5 dirhəm.2-Aya Universe Dubai- Dubai Wafi mallda yerləşən 12 tematik parkdan ibarət bu möhtəşəm yerə mütləq gedin, unutmayacağınız xatirə olacaq. Fərqli tematik parklar ilk dəqiqələrdən sizi tamamilə fərqli, həyəcanlı, işıq, səs və ən son texnologiyalar kainatına aparacaq. Bura haqqında çox şey yazmaq olar, ən yaxşısı gedib gözlərinizlə görüb o, hissi özünüzün yaşamasıdır. Giriş qiyməti 45 manat.3-Burj Khalifa və Dubay Fontan-Dünyanın ən hündür binası. Möhtəşəmdir. Yaxındakı fontan şoularının arxa fonunda daha da gözəl görünür. Binanın 124 və 125-ci mərtəbələrinə giriş bileti təxminən 90 manat, Fontanın şousu zamanı botla səyahət 30 manatdır. Arxa fonda Burj Khalifa mənzərəsi ilə şəkil çəkdirmək istəyirsizsə çalışın insanların az olduğu həftə içi günorta saatlarına qədər buraya gedin. Fontan şouları isə səhv etmirəmsə saat 18-dən sonra başlayır. Həftəsonu axşam saatlarında buraya getmək isə peşimanlıqdır, insanlar az qala bir-birini əzir.4-Dubay Muzeyi (Al Fahidi Fort)- 1787-ci ildə inşa edilən və Dubayın ən qədim yeri hesab edilən bu qalaya gəldikdə Dubay muzeyini də gəzə bilərsiz. Maraqlı yerlərdən biridir, gedib gəzməyiniz məsləhət görülür. Marinadan bura gəlmək üçün qırmızı xəttlər DMCC-stansiyasından Burjuman stansiyasına gələ, oradan isə taksi ilə qısa məsafə və ya piyada gedə bilərsiz.5-The view at the palm- Palm towerdə olan və 240 metr hündürlükdə yerləşən bu yerə getməklə dünyanın möcüzələrindən sayılan möhtəşəm Palm Jumeriaha baxa və gözəl şəkillər çəkə bilərsiz. Qiyməti 35 manat.6-Souk Madinat Jumeriah- İçərisində İstanbulun kapalı çarşısı kimi bazarı olan bir yerdir. 7 ulduzlu Burj Al Arab mənzərəsi ilə şəklinizin olmasını istəyirsizsə gedə biləcəyiniz yerlərdən biridir.7-Dubai Safari- Səhrada safari, kvadrosikl, dəvə minmək və Al Khayma kampının daxil olduğu 4-7 saat aralığında davam edən turu yuxarıda göstərdiyim proqramdan 60 manata ala bilərsiz. Gəlib birbaşa oteldən götürürlər və otelə qaytarırlar.8-Global village- Dünyanın 80-90 ölkəsinin mədəniyyətlərini birləşdirən bu yeri heç bəyənməsək də, fərqli ölkələrin maqnit və ya hədiyyəlik əşyalarını almaq üçün baş çəkə bilərsiz. Getməsəz də bir şey itirmərsiz.9-Dubai mall-Dünyanın ən böyük tiracət mərkəzlərindən biridir. Mağazalarda qiymətlər bizdəki qiymətlərdən xeyli bahadır. Mallda olan elektrotexnika qiymətləri də bizdən bahadır. Mallda gediləsi maraqlı yerlərdən biri Dubai Aquariumdur və əlavə pinqvin paketindən asılı olaraq qiyməti 70-100 manat arasında dəyişir.10-Mall of Emirates & ski dubai-Emirates mall Marina bölgəsinə yaxın olduğu və içərisində olan Carefour hipermarketinə görə tez-tez gedirdim. Bu mallda olan ski dubai-ə gedib qışı yaşaya və xizək sürə bilərsiz. Mart ayında Bakının soyuğundan qaçıb yenidən qışı yaşamaq maraqlı olmadığından mənə maraqlı olmadı J11-Aquaventure Waterpark- Palm Jumeriahda yerləşən dünyanın ən böyük su parklarından biri olan bu aquaparka giriş bahadır amma ömründə 1 dəfə gediləcək yerlərdən biridir. Giriş adambaşı 100 $-a yaxındır və bu qiymətə locker daxil deyil. Locker üçün də əlavə 75 dirhəm istəyirlər. Atlantis otelində qalanlar üçün parka giriş pulsuzdur.12-Xline dubai Marina zipline- Dünyada şəhər içi ən uzun ziplayndır. Marinada göydələnlərin arasından keçən bu ziplaynı istifadə etməyi çox istəyərdim amma qiymətini gördükdən sonra səssizcə geri qayıtdım. Qiyməti 300 manatBunlardan başqa Dubai Creek, qızıl bazarı, ədviyyat bazarı, dubai frame, dubai future museum və digər maraqlı yerlərə gedə bilərsiz. Ucuz elektrotexnika tapmaq üçün Baniyas metro stansiyasından düşüb mağaları gəzə bilərsiz. Hər yer saxta mallar qaynayır, mənə etibarlı gəlmədiyi üçün heç nə almadım. Dubaya çox gedənlər yəqin ki, ucuz və etibarlı elektrotexnika alınacaq yerləri bilirlər deyə posta əlavə edə bilərlər. Mənə Dubay əvvəllər heç vaxt maraqlı gəlməsə də deyə bilərəm ki, əgər getməmisizsə wizzairin yaratdığı bu fürsətdən istifadə edib mütləq Dubaya baş çəkin, peşiman olmayacaqsız.Əgər yazını bəyəndinizsə aşağıda olan Facebook düyməsini seçərək blogpostu Facebookda paylaşın ki, dostlarınız da yazılarımızdan xəbərdar olsunlar. Yox əgər Gəzəyənlərin yazılarından ilk xəbər tutmaq istəyirsinizsə aşağıda “abunə ol” bölməsinə mailinizi yazaraq düyməyə klikləyin. Hələlik bu qədər, növbəti yazılara qədər…Paylaşdı:  Gəzgin Həyat

732 dəfə oxunub

Gündoğan ölkə - Yaponiya

Salamlar Uzun müddətdir bu post'u yazmağı düşünürdüm. Nəhayət məqam gəlib çatdı)Bir il öncə tam da bu vaxt ziyarət etdiyim Yaponiya haqqında yazmaq istəyirəm sizə) İlk öncə onu deyim ki, dövlət hesabına getdiyim üçün (təbii ki, Yaponiya tərəfinin)) xərcləri onlar qarşılayıblar.Amma yapon dilini bilib, biraz məlumatlı olduğum üçün suallarınıza məmnuniyyətlə cavab verə, səyahət planınızı qurmağa kömək edə bilərəm)Keçək mətləbə) Yaponiyanın Osaka, Kyoto, Nara, Hiroshima və Miyajima şəhərlərində olmuşam.Osaka həm tarixi, həm müasir abidələrlə zəngindir. Sakit amma böyük şəhərdir. Street food çox dadlıdır)Kyoto tarixi abidələri sevənlər üçün çox maraqlı olacaq əminəm. Hər addımbaşı temple və shrine var. Xüsusilə payız(momiji) və yaz (sakura) vaxtını məsləhət görürəm. Nara şəhəri ???? ile meəşhurdur) Nara park həmçinin Todaiji məbədi must see yərləridir)Hiroshima şəhəri atom bombasından sonra rekonstruksiya olunsa da, simvol olaraq bir bina saxlanmışdır. Memorial park və museum var. Həmçinin bomba atılması nəticəsində vəfat edən insanların xatirəsinə heykəllər və xüsusi bir zəng var. Zəng'in üstündə dünya xəritəsi təsvir olunsa da, ölkələr arasında sərhədlər təsvir olunmayıb  Miyajima adası isə Hiroshimadan gəmi ilə 20-30 dəqiqəlik məsafədə yerləşir. Orda da ???? var)) Xəritə, şirniyyat, hər cür kağız məmulatları yeyə bilirlər)İzdihamlı şəhərləri sevmədiyim üçün Tokyo'da olmamışam  Gələn dəfə ora getməyi düşünürəm.Küçədəki avtomatlarda su və digər içkilər hələ o vaxt 160 yen idi) Bahalı ölkədir amma mütləq gedib görülməlidir fikrimcə.Şəhərlər arası shinkansen adlı sürət qatarı ilə yanaşı, dəfələrlə ucuz adi qatarlar da fəaliyyət göstərir. Yemək o qədər də baha deyildi və məni belə təəcübləndirən o idi ki hər yerdə sushi satılmırdı) Sushi restoranlarında çox uzun növbələr olur. Fast food'ları, küçə yeməkləri çox dadlı olur, odur ki, fürsətdən istifadə edib hər cür dəniz məhsulunun dadına baxın). İnsanları çox gülərüz və yardımsevərdirlər, dili bilməsəniz də maksimum dərəcədə kömək etməyə çalışırlar. Səhifələrcə yaza bilərəm Yaponiya haqqında, amma lazımlı informasiya verməyə çalışdım. Hamınıza xoş istirahətlər!Əgər yazını bəyəndinizsə aşağıda olan Facebook düyməsini seçərək blogpostu Facebookda paylaşın ki, dostlarınız da yazılarımızdan xəbərdar olsunlar. Yox əgər Gəzəyənlərin yazılarından ilk xəbər tutmaq istəyirsinizsə aşağıda “abunə ol” bölməsinə mailinizi yazaraq düyməyə klikləyin. Hələlik bu qədər, növbəti yazılara qədər…Paylaşdı: Jala Abubekirova

2979 dəfə oxunub
Bizi izləyənlər siyahısına qoşulun!