1743 dəfə oxunub

Günəş və çimərlikdən daha artığı - Mayami bələdçisi

Virusun hәlә bizi evә qapatmağa gücü çatmadığı bir vaxtda çoxdandır getmәk istәdiyim Miamiyә üz tutdum. Yaşadığım şәhәrdәn Miamiyә bilet nә qәdәr baha da olsa, mәnә әn yaxın şәhәr Şikaqodan da bir o qәdәr ucuz idi, 50 dollara bilet alıb (bu mәnim Amerikada aldığım әn ucuz tәyyarә biletidi) Miamiyә yaz tәtilinә getdim. Bәyәnәcәyimi onsuz da düşünürdüm, amma gözlәdiyimdәn dә gözәl imiş, adam heç çıxıb getmәk istәmәz burdan.



Miami-ә gәlmәk üçün әn ideal vaxt Mart-May ayları imiş, yayda hәdsiz isti vә nәmişlik olur, küçәdә nәfәs almaq müşkül mәsәlәdir, bir sözlә. Mәn bilmәdәn әn ideal zamanda getmişdim, günәşdәn dә zövq ala bildim, okeandan da, axşam әsәn mehdәn dә.

Bir gün yarım Key Westdә vaxt keçirdik, Miamidәn maşınla tәxminәn 3 saat uzaqlıqdadır vә çox möhtәşәmdir. 26000-dәn çox adamın yaşadığı ada şәhәrciyidir. Buraya gedәn yolun özü dә çox gözәldir, hәr iki tәrәfin okean, bәzәn balaca qәsәbәlәrdәn keçirsәn, bәzәn lüks, bәzәn isә daha cozi dediyimiz evlәrә, bağlara baxa-baxa bu yolu getmәk dә özü gözәl vә zövqverici idi.



Miamidә darıxmaq qeyri-mümkündür, mәncә. Okean, günәş olan yerdә insan darıxmaz, hәmçinin xeyli aktiviti var ki, hamısının dadına baxmaq istәyir insan. Gәmi turu götürüb mәşhurların (David Beckhamından, Madonnasına, Shakirasına, J.Lopezinә qәdәr bir çox mәşhurun) evlәri әtrafında tur elәdik, avtobus turu götürüb şәhәri bir dә bu cür gәzib-dolaşaq dedik. Bu tur zamanı bugünә qәdәr içdiyim әn dadlı qәhvәlәrdәn birini - Kuba qәhvәsini daddım. Bir hәftә әrzindә hәr dәfә fәrqli çimәrliklәri gördüm, Soutch Beach-dә gәzim, Miami Beach-dә üzdüm, Hallover Beach-dә günәşdәn zövq aldım, Key Westi kokos ağacları boyu velosipedlә gәzdim, burdan pulsuz topladığımız kokosları maşına yığıb hәr gecә Miamidә kokos açıb yedik. Bir sözlә, necә möhtәşәm istirahәt etdiyimi indi fotolara baxanda, xatirәlәrimi tәzәlәyәndә daha yaxşı fәrqinә varıram. Virus gündәmdә olmasa idi, burdakı günlәrimi uzadıb daha çox qalardım, tәәssüf ki, hamı kimi mәnim dә sәyahәtim yarımçıq qaldı, ara yerdә NY-Boston sәfәrimi dә tәxirә salmalı oldum.



Ümid edirәm ki, hamımız tezliklә sәyahәtimizә davam edәcәyik, hәlә ki evdә qalmaqla özümüzü vә әtrafımızı qoruyaq, gerisi asandır. 

Əgər yazını bəyəndinizsə aşağıda olan Facebook düyməsini seçərək blogpostu Facebookda paylaşın ki, dostlarınız da yazılarımızdan xəbərdar olsunlar. Yox əgər Gəzəyənlərin yazılarından ilk xəbər tutmaq istəyirsinizsə aşağıda “abunə ol” bölməsinə mailinizi yazaraq düyməyə klikləyin. Hələlik bu qədər, növbəti yazılara qədər…

Paylaşdı: Nura Dunyamaliyeva

DİGƏR BLOQLAR

Estoniya bələdçisi

Estoniya ????????Estoniyaya olan səfərim iki şəhərdən ibarət idi. Tartu və Tallinn.İlk öncə Tartu haqqında yazmaq istəyirəm.Demək, Tartu çox balaca və hər tərəfinə piyada gedə biləcəyiniz, şəhər mərkəzində hər şeylə təchiz olunmuş qədimi və bir o qədər də marağlı şəhərdi.Şəhəri tələbə şəhərciyi də adlandırmaq olar. Çünki yaşayan əhalinin 70%-i gənclərdi. Post-sovet ölkəsi olmağına baxmayaraq, Estoniyada rus dilindən demək olar ki, istifadə olunmur.Tartunun qədimi küçələri, rəngarəngliyi çox maraqlı olduğu qədər, gecə həyatı da bir o qədər maraqlı və əyləncəlidi. Çünki bütün barlar və klublar, demək olar ki, yanbayan yerləşib. Klub və barlarda, əsasən, tələbələrin olması da, şəhərin gecə həyatını bir o qədər əyləncəli edir.Tallinnə gəldikdə isə, sözlə ifadə edilməz dərəcədə gözəl, rəngarəng və qədimidir.İkinci dünya müharibəsi zamanı Pri-baltika ölkələrinin içərisində ən az dağıntı olmuş ölkə olması, Estoniyanın qədimiliyini qoruyub-saxlamasına kömək olmuşdur.Tallinn dənizə çox yaxın yerləşdiyinə görə, Bakı kimi küləkli şəhərdir.Ümumiyyətlə, estonlar çox gülərüz və istiqanlı millətdi. Yəni səyahət etmədən öncə düşündüyüm, latışlar kimi soyuq olacaqları idi, amma estonlar xoşgörüşləri ilə bu fikrimi alt-üst etdilər.Tallinndə olarkən Provaslav kilsənin önündən keçirdim və gördüm ki, içəri çox insan girir, düşündüm ki, muzey kimi fəaliyyət göstərir.Mən də axına qoşulub içəri daxil oldum. İçəridə hər kəs şam alıb, yandırırdı.Bir az irəlilədikdən sonra, gördüm ki, qarşıda bir rahib oturub yanında da iki nəfər onun köməkçisi dayanıb və rahib nəsə dini bir mətni musiqili şəkildə şərh edirdi. İnsanlar da onların qabağında dayanıb, başlarını əyib-qaldırırdılar. Sanki ayin keçirilirdi.Bir az daha irəli getdim və özümdən xəbərsiz şəkildə bir sırada dayanmışam. Sıra isə, başqa bir rahibin insanların başına örtük keçirib başlarını sığallaması və qulaqlarına nəsə pıçıldaması ilə sonlanır. Heç nədən xəbərim olmadığına görə, sırada dayanıb o biri rahibin nə oxuduğuna qulaq asıb, insanlara tamaşa edirdim.Sən demə sıra mənə çatıb və başımı o biri Rahib tərəfə çevirdiyimdə gördüm ki, mənə baxır və gəlməyimi gözləyir. Mən də söhbətin fərqinə varıb, yavaş-yavaş heç nə olmamış kimi aradan çıxmağa başladım Başıma gələn daha bir maraqlı hadisə isə, Tartudakı hostelimdə oldu.Hosteldə mənim yatağım 3-cü otaqda olan birinci yataq idi və açarımın üzərində belə də yazılmışdı. Səhər ayılmışam, saat təxminən 6dı. Durub getmişəm mətbəxə ki, kofe içim. 1 saat sonra Tallinnə yola düşəcəm. Otaqdan nəsə lazım oldu, otağa getdim. Bir də gördüm bir nəfər otaqda qırğın-qiyamət salıb. Mən yatan yer sən demə həm də bunun yeri imiş. Yaxınlaşıb dedim sakit ol, məsələni anlayaq. Açarları qarşılaşdırdıq ki, ikimizin də açarının üzərində eyni yataq, eyni otaq yazılıb. Qeydiyyat şöbəsində oturan işçini çağırdıq. Üzrxahlıq bildirdi, dedi mənim səhvimdi, elə-belə, çox yubanmayıb hosteli tərk etdim.Sonra isə heç gözlərinin yaşına baxmadan, bookingdə 1 ulduzla kifayətləndirdim onları!Ümumən isə Estoniya səfəri çox maraqlı oldu Əgər yazını bəyəndinizsə aşağıda olan Facebook düyməsini seçərək blogpostu Facebookda paylaşın ki, dostlarınız da yazılarımızdan xəbərdar olsunlar. Yox əgər Gəzəyənlərin yazılarından ilk xəbər tutmaq istəyirsinizsə aşağıda “abunə ol” bölməsinə mailinizi yazaraq düyməyə klikləyin. Hələlik bu qədər, növbəti yazılara qədər…Paylaşdı: Samir Aziz

1056 dəfə oxunub

İstiqamət ↬ Balkanlar

Warsaw – Budapest – Sarajevo – Mostar – Kotor – Budva – Shkoder – Ohrid – Skopje – Tbilisi – Baku26 iyul 2019Warsaw – BudapestFlixbus: 21 EURBilet daşıyıcının rəsmi saytından əldə edilmişdir.27 iyul 2019Budapest: dostumun evində qaldım28 iyul 2019Budapest (BUD) – Sarajevo (SJJ)Wizzair: 13105 HUF (39 EUR)Bilet aviaşirkətin rəsmi saytından əldə edilmişdir, bu qiymət Discount Club üzvləri üçün keçərli idi.28 iyul 2019Sarajevo – MostarBus: GlobTour / Croatia Bus 38 BAM (6 EUR)Bilet daşıyıcının rəsmi saytından əldə edilmişdir.28-31 iyulMostar: Kovac Apartment 120 EUR (Apartment with Balcony)Yaşayış bronu booking.com saytından edilmişdir.31 iyul 2019Mostar – Budva (bus): qiyməti dəyişir (saatlardan və sairə asılı olaraq)Bilet avtovağzalın kassasından əldə edilmişdir.31 iyul – 03 avqustBudva apartments: 170 EURYaşayış bronu airbnb.com saytından edilmişdir.01 avqust 2019Budva – Kotor – Budva (bus): qiyməti dəyişir (saatlardan və sairə asılı olaraq)Bilet avtovağzalın kassasından əldə edilmişdir.03 avqust 2019Budva – ShkoderBus: GetByBus / Old Town Travel 89 HRK (12 EUR)Bilet daşıyıcının rəsmi saytından əldə edilmişdir.03 avqust 2019Shkoder: Vllaznia Hotel 45 EURYaşayış bronu hotels.com saytından edilmişdir.04 avqust 2019Shkoder – Tirana (bus): 300 ALL (3 EUR)Bilet avtobusun içində əldə edilmişdir.Tirana – Ohrid (taxi): 70 EUR (avtobusun qiyməti 18 EUR idi və növbəti avtobusa yer yox idi deyə taksi ilə getməyə qərar verdik)04-06 avqust 2019Ohrid: Apartment Ain Naum 80 EURYaşayış bronu booking.com saytından edilmişdir. 06 avqust 2019Ohrid – Skopje: 17 AZNBilet öncədən turizm agentliyindən əldə edilmişdir.06 avqust 2019Skopje – İstanbul – TbilisiPegasus Airlines: 106 EURBilet aviaşirkətin rəsmi saytından əldə edilmişdir.Gəzməli-görməli yerlər:1) Sarajevo – 4-5 saat kifayət edir şəhər ilə tanış olmağa, sonra Cevabcici Zeljo-ya gedib gəşəng lülə kabab yeyib növbəti şəhərə yola düşə bilərsiniz.2) Mostar: 1 gün şəhəri gəzib növbəti günləri aktiv istirahətə sərf edə bilərsiniz. Biz Neretva çayına (Konjic-ə) rafting-ə getdik. 35 EUR (səhər yeməyi, geyim, 4 saatlıq çaydan zövq almaq, günorta yeməyi və avtovağzala/avtovzağzaldan çatıdılma daxil). Həmçinin də Blagaj-a və Kravica Waterfall-a gedə bilərsiniz.3) Budva, Kotor, Sveti Stefan – bura əsl passiv istirahət üçündür. Amma o demək deyil ki, aktiv əyləncə üçün heçnə yoxdur. Əlbəttə ki, var: qayıq, paragliding və sairə əyləncələr bu zonada mövcuddur. Sveti Stefan mütləq gediləsi yerdir, suyun təmizliyi hər şeyə dəyər. Tarixi məkanlara da mütləq baş çəkin (Budva Castleç Citadela və sairə).4) Shkoder: biz getdik, siz getməyin... Yalnız göl var, ona da turlar yalnız səhər tezdən olur... Şəhər isə çox darıxdırıcıdır.5) Ohrid: Makedoniyanın göz muncuğu sayılan bu göl ətrafı şəhərdən yaxşıcana zövq ala bilərsiniz. Əsasən passiv istirahət üşün nəzərdə tutulub. Digər sahillərə getmək üçün gəmi turu götürə bilərsiniz. Biz Saint Naum sahilinə tur götürmüşdük.6) Skopje: heykəllərin əlindən tərpənə bilməyəcəyiniz şəhər... addımbaşı heykəllər sizi izləyəcək. Vaxtınız varsa Matka Canyon və Mount Vodno-ya getmək olar.Ümumi xərc: 1500 AZN civarında (adambaşı)Xərcləri rahat idarə etmək üçün Tricount mobil tətbiqini məsləhət görərdim.Booking.com saytında qeydiyyatdan keçmək üçün bu linkdən istifadə edə bilərsiniz: https://www.booking.com/s/35_6/ilgar637Airbnb.com saytında qeydiyyatdan keçmək üçün bu linkdən istifadə edə bilərsiniz:https://www.airbnb.com/c/iafandiyev?currency=EURŞəxsi instagram hesabım: @ilgarafandiFaydalı olmaq diləyi ilə!#ilgarafandi #tripbyilgar #tripbyafandi #t2taz #time2travelaz #gzynlr #gezeyenlerP.s. Səyahət ilə bağlı bütün postlarımı həm instagramda, həm də qrupda #tripbyafandi hashtagi altında oxuya bilərsiniz :) Əgər yazını bəyəndinizsə aşağıda olan Facebook düyməsini seçərək blogpostu Facebookda paylaşın ki, dostlarınız da yazılarımızdan xəbərdar olsunlar. Yox əgər Gəzəyənlərin yazılarından ilk xəbər tutmaq istəyirsinizsə aşağıda “abunə ol” bölməsinə mailinizi yazaraq düyməyə klikləyin. Hələlik bu qədər, növbəti yazılara qədər…Paylaşdı: Ilgar Afandi

1510 dəfə oxunub

Budapeşt, Vyana, Bratislava, Praqa, Dresden bələdçisi

Salam dostlar. İstərdim ki, Budapeşt, Vyana, Bratislava, Praqa və az da olsa Dresden haqqında yazım. Səyahətim 2019 İyul ayının sonlarında olub. Çexiya üçün Şengen vizasına müraciət eləmişəm. Girişim Budapeştdən, çıxışım isə Praqadan olub. İndi isə gələk əsas məsələyə. Şəhərlər haqqında məlumata:Budapeşt. Dunay çayının iki hissəyə ayırdığı şəhərin bir tərəfi Buda digər tərəfi isə Peşt adlanır. Əsas gəzib görməli yerləri də elə dunay çayının sahilindədir. Buda qalası, Balıqçılar bürcü (qalası), dunay çayının üzərindəki körpülər, dunay çayı sahilindəki ayaqqabılar (mənim üçün o qədər də maraqlı deyildi????), Aziz Stephen Bazilikası, Parlament binası və çayın sahilindən 2-3 km uzaqlıqda olan Qəhrəmanlar meydanı və şəhərin mərkəzi küçələri gəzdiyim yerləridir. Bundan başqa Termal hamamları, Yahudi məhəlləsi və sənətə ilgisi olanlar üçün Terror Haza (Terror muzeyi), Opera Binası da görüləcək yerlərdəndir. 2 tam gün ayırmağınız əsas görüləcək yerləri görməyiniz üçün kifayətdir (ən azından mən belə düşünürəm????) Əgər şəhərdə rahat gəzmək istəyirsinizsə günlük bilet almağınız tövsiyyə olunandır. Günlük biletləri metrolardan, aeroportdan və şəhərin digər yerlərinə quraşdırılmış bankamatiklərdən ala bilərsiniz. https://bkk.hu/en/tickets-and-passes/prices/. Bu saytda bilet qiymətləri və sair ətraflı yazılıb. Günlük biletlər D 11 feribotlarında da istifadə oluna bilir.Vyana. Xüsusən son onillikdə 8 dəfə dünyanın ən yaşamalı şəhəri seçilib. Budapeştə nəzərən bahalı olsa da o qədər getmişkən gedib görməyə dəyər bir şəhərdir. Dunay çayı Vyanadan da keçir. Bratislavaya yaxın olduğu üçün orda sadəcə bir günümü keçirib Bratislavanı gəzdim. St Stephen Katedralını, Hundertwasseri, Hofburg sarayını, Belvedere sarayını, Museum quarteri və Graben küçəsini gəzə bildim. Əgər vaxtınız çox olarsa bir az uzaqda olan Schönbrunn sarayına mütləq baş çəkin. Musem quarter bölgəsində olan Naturahistoriches Muzeumun içinə girin. (Bunu çox istəsəm də vaxt darlığı səbəbi ilə gerçəkləşdirə bilmədim).Bratislava. Slovakiyanın paytaxtı olan və mərkəzindən başqa gəzməyə yeri olmayan bu balaca, amma bir o qədər də şirin olan bu şəhər Vyanadan 60 km uzaqlıqda yerləşir. Demək olar ki hər saatbaşı 1-5 avro arası avtobuslar var. Səhər gedib günorta qayıtmalı olan bir yerdir. Most SNP-(Dunay çayının üzrərindəki körpünün üstündə qüllə kimi tikilmiş restoran xidməti də verən bir yer) şəhərə gözəl mənzərə açılır. Yuxarıya qalxma qiyməti 7,4 avrodur.Praqa. Mən deyərdim ki, bu şəhər özündə ən gözəl tarixi-memarlıq əsərlərini cəm edib. (Bəlkə daha da gözəlləri var. Mən görməmişəm hələ????). Astronomik saat, tyn kilisəsi, Charles körpüsü, Praqa qalası, şəhərin Mala strana dedikləri hissəsi, rəqs edən bina və bir-birindən yaraşıqlı sayısız digər binaları görülməyə dəyər. Bundan əlavə myczechrepublic.com saytından şəhərdaxili nəqliyyat və sair haqqında ətraflı məlumat əldə etmək olar. Trdelnik yeməyi hər kəsə tövsiyyə edirəm.Dresden. Gedib getməmək haqqında tərəddüd etdiyim, sonra bir yoldaşın məsləhəti ilə getdiyim və heç də peşman olmadığım gözəl bir alman şəhəri. Praqadan 2.5 saat uzaqlıqda yerləşir. Yaxşı muzeyləri var (bu yaxınlarda birini soydular????). Oxuduğuma görə birinci dünya müharibəsi zamanı şəhərin 4 də 3 bombalanıb. 4 də 3 ü bombalandıqdan sonra bu qədər gözəldisə kim bilir əvvəlcədən nə qədər gözəl olub Dresden. Yazının uzun olduğunun fərqindəyəm. (Hər dəfə birini yazmağa hövsələm çatmır????)Kimin əlavə sualı olarsa soruşa bilər.P.S. Fotograf paylaşmağı sevmirəm.Əgər yazını bəyəndinizsə aşağıda olan Facebook düyməsini seçərək blogpostu Facebookda paylaşın ki, dostlarınız da yazılarımızdan xəbərdar olsunlar. Yox əgər Gəzəyənlərin yazılarından ilk xəbər tutmaq istəyirsinizsə aşağıda “abunə ol” bölməsinə mailinizi yazaraq düyməyə klikləyin. Hələlik bu qədər, növbəti yazılara qədər…Paylaşdı: Sarxan Suleymanov

889 dəfə oxunub

Cənnətdən bir parça - Hallstatt

Qabaqdan yay gəlir və düşünürəm ki, Hallstatta getməyi planlaşdıran çox adam var aranızda, ona görə bir-iki xırda detala toxunum.Hallstatt barədə əvvəlki postlarda ora getmək barədə ətraflı hər şey yazılıb. Mən sadəcə bir-iki xırda məsələyə toxunacam və şəkilləri paylaşdım ki, gözəllikdən zövq alasız.1) Salzburgdan avtobusla Bad Ischl-a gəlib çatanda ordan Hallstattdan keçən qatara aparatla bilet alırsız. Aldığınız biletin üstündə qatarın gəlmə vaxtı yazılır.Məndə belə bir hadisə baş verdi.Bileti aldım. Biletin üstündə 11:50 yazılmışdı. Hələ qatarın gəlməyinə 25 dəqiqə var idi. Orada məndən basqa Hallstatta gedən hardasa 10-12 turist həmən qatarı gözləyirdi.Saat 11:47 də bir qatar gəldi. Bütün turistlər cumdular qatarın üstünə. Hamı mindi qatara. Burda artıq "kütlə psixologiyası" işə düşdü. (Yəqin oxumusuz, svetofor məsələsi) Mən də hamının qatara minməyini gözləyib sonuncu qatara minəndə gözüm dayanacaqdakı Hallstatt sözünə ilişdi. İstiqamət sağa idi, qatar isə sola gedirdi. Tez qatara minib, qışqırdım ki, bu qatar Hallstatta getmir, düşün qatardan. Düşün nədi rəhməttinin nəvəsi? Elə dərhal qaplar bağlandı, özüm də qaldım içəridə. İçəridə nə qədər turist var idi yığışdı başıma. Qatarın içində manitorda qatarın gedəcəyi direction və stansiyalar göstərilirdi, orada Hallstatt yox idi. Hamını lomkaçılıq basdı. Gedib Ebensee stansiyasında düşüb, təzədən orada 25 dəq gözləyib, Hallstatta gedən qatara mindik.Yadınızda saxlayın Bad İschldan Hallsttata getmək üçün Stainach-İrdning istiqamətinə tərəf gedən qatara minməlisiz.2) Hallsttata tək getmək elə də məsləhətli deyil. Niyə? İki şeyə görə.a) Şəkildə görəcəksiz, qatardan düşəndən sonra orada balaca bir "butka" olur. Hansı ki, oradan səni gəlib qayıq götürüb, gölün o biri tərəfinə Hallstatta aparır. Ora yaxınlaşanda görürsən ki, ancaq "para"lar düzülüb, hamısı qız-oğlan əl-ələ tutub, sən isə qulyabani kimi ora-bura baxırsan. Guya öz aləmində təbiətin gözəlliyindən ekstaz vəziyyətə düşmüsən????Hələ bu heçnədi. Qayığın arxa tərəfi açıqdı, hamı orada ayaq üstə dayanır. Əgər orada durdunsa oldun bədbəxt. Hamı qızla durub, sən tək, elə Hallsttata kimi bunların şəkilini çəkirsən. O anda yeganə müsbət olan şey özünü məşhur fotoqraf hiss etməyindi. Başqa heçnə.b) Gəzdikcə maraqlı yerlərdə şəkil çəkdirmək istəyirsən və elə alınır ki, heç kimi tapmırsan. Yeganə çıxış yolu telefondakı taymerdən istifadə etməkdi. Kameranı qoyursan 10 saniyəyə, telefonun özünü də harasa qoyursan, qaçıb istədiyin yerdə dayanana kimi şəkil çəkilir. Gəlib baxırsan ki, elə bil hansısa ruh Hallstatta gəzməyə gəlib. (təbii ki bu mənim kimi selfie çubuğu ilə şəkil çəkdirməyi sevmiyənlərə aiddi)Əgər yazını bəyəndinizsə aşağıda olan Facebook düyməsini seçərək blogpostu Facebookda paylaşın ki, dostlarınız da yazılarımızdan xəbərdar olsunlar. Yox əgər Gəzəyənlərin yazılarından ilk xəbər tutmaq istəyirsinizsə aşağıda “abunə ol” bölməsinə mailinizi yazaraq düyməyə klikləyin. Hələlik bu qədər, növbəti yazılara qədər…Paylaşdı: Rajab Zade

632 dəfə oxunub
Bizi izləyənlər siyahısına qoşulun!