1055 dəfə oxunub

Wieliczka - Duz mədəni bələdçisi

Krakovdakı bütün otel, apartament və hostelləri bu linkdən book (bron) edə bilərsiz.

Salam. Mənə hər zaman yardımcı olan gəzəyənlər! Mən də istədim ki, bu statusumla digər gəzəyənlərə Polşanın Krakov şəhəri barədə bir neçə məlumat verim. Əvvəlcədən qeyd edim ki, Krakova getməmişdən öncə qrupun yaradıcısı Babək bəyin bu şəhər barədə yazısını oxumuşdum. O, çox təəssüf hissi ilə Wieliczkaya gedə bilməməsini qeyd etmişdi. Ona şərh yazanlar isə oranın təsirindən bir neçə gün çıxa bilmədiklərini yazırdılar. Mən də bu şərh və yazıları oxuduqdan sonra şəhəri gəzdiyimin ilk günün ardınca növbəti gün yollandım bu duz mədəninə. Mərkəzdəki otelimizin düz yaxınlığında 304 nömrəli avtobus bizi həmin yeraltı mağaranın düz 100 metrliyinə apardı. Bu məqamda qeyd edim ki, Krakovda şəhər daxili transport kifayət qədər ucuzdur. 24 saatlıq biletin qiyməti 15 polşa manatıdır ki, bu da euro ilə təqribən 3.7 € edir. Şəhər mərkəzindən duz mədəninə qədər avtobusla təqribən 35-40 dəqiqə yol qət etdik.

İçəri daxil olmaq üçün 2 nəfər üçün Standart biletə 178 polşa manatı ödədim ki, bu da euro ilə təqribən 44€ edir. Yəni adam başına 22 €. Ekskursiya təqribən 3 saatlıq vaxt aparır. İstədiyiniz dildə gəzintini seçə bilərsiniz. Ancaq ingilis dilli qruplar yarım saatdan bir, rus dilli qruplar isə 2 saatdan bir içəri daxil ola bilir. Mən daha tez olsun deyə zəif bildiyim ingilis dilini götürməli oldum.???? İçəri daxil olarkən ilk mərhələyə daxil olmaq üçün 53 mərtəbə (hər mərtəbə 6 pilləkəndən ibarət idi) aşağı enməli olduq.

74167585_3301545756541837_2054623860900233216_n (1).jpgBurdaca adamın başı qaranlıq pilləkənlərlə hərəkət edərkən bir balaca fırlanmağa başlayır. Sonra isə ziyaretçiləri dar yollarla mağaranın qədim tarixi ilə, duzun emalı prosesi, duzdan yonulmuş müxtəlif heykəllər və bu mağaranı ziyarət etmiş insanların duz heykəlləri ilə taniş edirlər.

76941644_3301546529875093_4627282285924712448_n (1).jpg

74911504_3301541519875594_4749333660065333248_n.jpg

Hər növbəti mərhələni yenidən daha dərinə enməklə ziyarət etməli olursan. Qaranlıq, taxta dayaqlarla möhkəmləndirilmiş yer altı dünyada yaşayan insan və atların iş həyatı ilə tanış olursan. 130 m dərinlikdə ilk süni duz gölünü görürsən ki, onun da dərinliyinin 9 m olduğunu və orada çimməyin qadağan olduğunu diqqətə çatdıran gidin növbəti hissələrdə daha kiçik iki əlavə göllə də tanış olacağımızı diqqətə çatdıran yorğun səsini eşidirsən. Gidimizin sözün həqiqi mənasında yorğun olduğu diqqətdən qaçmırdı. Çünki orada işləyən ingilis dilli gidler hər gün ən azı 2 qrupa bütün mədəni gəzdirməli və dayanmadan danışmalı olurlar. Çox zaman qrupun içərisində mənim kimi insanlar olur ki, mağaranı gəzdikdən sonra yorulmur və bu duz mədəninin muzeyini də gəzmək istəyir.

77019491_3301548613208218_4809183973500518400_n.jpg

Bu zaman həmin gid birinci mərhələdə gəzdiyi 2 km məsafə qədər yenidən gəzib bu sehirli mağaranın muzeyini də ziyarətçilərə göstərməli olur. Bu dünyaca məşhur duz mədənindəki digər iki göldən birinin dərinliyi cəmi 1 m-dir. Mədəndə çalışan atlar bu yeraltı dünyaya Qədəm qoyduqdan sonra bir daha işıqlı Dünyaya çıxmırdılar.

73298294_3301544409875305_6119157734743998464_n

Bu gün də sağlamlıq mərkəzi kimi istifadə olunan mədənin insan yaşayışı üçün hər bir şəraiti var. İstəyənlər mədənin lap aşağı qatında restoranda oturub yemək yeyə və ya bu sehirli mağaranın bir sıra elementlərini əks etdirən şoping yerindən alış-veriş edə bilərlər. Mağaranın geniş ərazisindəki ən dərin yerləri gəzib bitirdikdən sonra isə səni liftlə geri yer üstü dünyaya qaytarırlar. Bu liftə də mağaranın özü qədər sehirli və bəzən də kimlər üçünsə vahiməli olur????.

73177176_3301549776541435_6079720447383961600_n (1).jpg

Sonda onu da qeyd edim ki, Krakovda olduğum 2 günlük bir zaman mənə bəhs etmədi. Hamının getdiyi Şindlerin fabrikinə, Auschwitz kampına gedə bilmədim. Bunun üçün vaxt yetmədi. Yeməkləri barədə onu deyə bilərəm ki, göylü pierogiləri çox dadlı idi. Şirniyyatları isə müxtəlifliyinə və gözəlliyinə görə insanı heyran edirdi. Restoran qiymətləri çox münasib olduğundan harda istəsəniz rahat əyləşib bir cür münasib qiymətə yemək yeyə bilərsiniz. Sonda bələ uzun statusu oxuyanlara təşəkkür edirəm.

( Təbii əgər hövsələsi çatıb oxuyan olarsa????)
Yekun olaraq sizləri yazının bütün detallarını əks etdirən şəkil və videolarla baş-başa qoyuram.

Əgər yazını bəyəndinizsə aşağıda olan Facebook düyməsini seçərək blogpostu Facebookda paylaşın ki, dostlarınız da yazılarımızdan xəbərdar olsunlar. Yox əgər Gəzəyənlərin yazılarından ilk xəbər tutmaq istəyirsinizsə aşağıda “abunə ol” bölməsinə mailinizi yazaraq düyməyə klikləyin. Hələlik bu qədər, növbəti yazılara qədər…

Paylaşdı: Ramina Mammedova

DİGƏR BLOQLAR

Qışda çiçəklənən norveçlilərin sirri nədir? - Norveç bələdçisi

Oslodakı bütün otel, apartament və hostelləri bu linkdən book (bron) edə bilərsiz.Skandinaviya turumun sonuncu ölkəsi Norveç, sonuncu şəhəri Oslo oldu.  Yenə qayıdaq mı başa?İsveçdə Lagom, Danimarkada Hygge bəs Norveçin qışda çiçəklənməsinin səbəbi nədir?Təbii ki, norveçlilərin də özlərinə məxsus bir fəlsəfələri var. Bu da “Koselig” fəlsəfəsidir.Koselig sizə "Hygge"i xatırlada bilər, buna bənzər Danimarkadakı rahatlıq və xoşbəxtlik anlayışını (əvvəlki postumu oxuya bilərsiz Hygge haqqında). Şamlar, kaminlər və yumuşaq yorğanlar, eləcə də dinc, rahat, mehriban və isti bir mühitdə qalmağa və xoşbəxt olmağa diqqət yetirmək hər iki fəlsəfədə vacibdir.Hə, deyəcəksiz elə eyni fəlsəfədir o zaman. Haqlısınız, bənzərdir, amma eyni deyil. Belə ki, evdə hazırlanmış ləzzətli yeməklər, sevimli içkidən bir fincan, çıtırtılı kamindən sakitlik hissi, şamların isti parıltısı...Bəli, bu Norveç Koselig-idir, amma burada əsas məqsəd başqa insanlar ilə əlaqəni hiss etməkdir. Səmimiyyət, rahatlıq və istilik təkcə şəxsi yaratdığımız mühitlə məhdudlaşmamalı, həm də digər insanlara qarşı olan münasibətlərimizdə özünü göstərməlidir.Məsələn, Everesti fəth edən ilk norveçli qadın Randi Skauq Koseliqin mahiyyətini belə izah edir: “Birlikdə/Bərabər olmaq anlamın çox vacib bir hissəsidir. Çünki özünüzə "Bu, koseliqdir!” deyə bilmirsiz. Lakin ətrafınızda başqa insanlar varsa, deyə bilərsiz.” Əgər Hygge bir kiçik anın sevincini yaşamaqdan danışırsa, Koselig bu anı başqası ilə paylaşmaq sevincindən bəhs edir.Bəlkə Koselig check list-i edək?Hətta bunu oyuna da çevirə bilərik. Belə ki, toplanan hər bir bal üçün siz koselig xalları alırsınız. Nəqədər çox toplasaz o qədər də norveçlilər bunu qiymətləndirəcək (hətta fəxr edəcək)Başlayaq: – zəif işıqlandırma (mümkünsə lampalarla) 2 bal– şamlar (bacardığınız qədər çox) 3 bal– alov/atəş (Norveçdə kamin tapmaq heç çətin deyil məsələn) 4 bal– elektron cihazları söndürmək (bəli, hamısını, o cümlədən televizor, telefonlar, planşetlər, noutbuklar, bildirişlərlə narahatçılıq verən hər şeyi) 3 bal– musiqi (aşağı səsdə və ancaq sakitləşdirici melodiyalar, sərt metal Finlər üçündür) 2 bal– isinmək üçün ilıq içkilər (qəhvə və ya konyak) 4 bal– sadə yemək (mümkün qədər faydalı) 2 bal – şirniyyat (evdə hazırlanmış vafli, o cümlədən evdə hazırlanmış giləmeyvə mürəbbəsi) 4 bal - yorğan, yastıq və digər tüklü əşyalar (evdə nə olursa olsun) 2 bal20 baldan çox topladınızsa, Koselig fəlsəfəsini anladınız deməkdir və Norveçə xoş gəldiniz!Bu qədər fəlsəfə yetər!Keçək ölkənin özünə)Bu dəfə sadəcə Oslonu görə bildim (ölkənin digər şəhərlərini və hissələrini görməyi planlaşdırıram gələcəkdə)Oslo bahalı şəhər olsa da, ödənişsiz edə biləcəyiniz əyləncələr tapa bilərsiz. 1. Oslo elə bil park-şəhərdir və bütün parkları açıq hava altında muzeydir sanki. Ən məhşurlardan: - Vigeland Heykəltaraşlıq parkı. Bu bir memarın yəni Gustav Vigeland-ın təmami ilə tək başına yaratdığı və bütün heykəllərin şəxsinə aid olduğu bir parkdır. Parkda 200dən çox heykəl var. - Ekebergparken - Frogner Park və s. 2. Oslofjordun gözəlliyini görmək üçün sahil boyunca gəzin. 3. Oslo dünyada yeganə şəhərdir ki, insanlar Operaya getməkdən çox, Opera binasının üzərində gəzir. Siz də gəzin.4. Osloda Kralın yaşadığı saraya gedin, bizim Axundov kitabxanasına oxşayır.5. Bjorvika Barcode massivi, müxtəlif hündürlükdə və genişlikdə on iki dar hündürmərtəbəli binadan ibarətdir. BARCODE konsepsiyasına əsaslanaraq, on iki bina müxtəlif memarlıq firmaları tərəfindən tikilib. Ümumi formadan başqa, binalar çox fərqlidir. Hər binanın özünəməxsus xüsusiyyəti, fərqli memarlıq detalları və qəribəlikləri Barkodu qeyri-adi memarlıq təcrübəsi ilə tikilən massivə çevirir.Muzeyləri sevirəm, amma hər şəhərdə ilk qaçdığım yer muzeylər deyil. Lakin Oslo tam da bu şəhərlərdəndir.Məsələn: - Muasir incəsənət muzeylərindən olan 2021-ci ildə yeni binaya köçürülən Munchun Muzeyi. Edvard Munch kimdir? Modernizmin ən görkəmli rəssamlarından biri. Rəssamlıq,qrafika incəsənəti, rəsm, heykəltəraşlıq, foto və film sahəsindəki inadkar təcrübəsi ona Norveç və beynəlxalq incəsənət tarixində özünəməxsus mövqe qazandırıb. 60 ildən çox yaradan Munch,həyatı boyunca 28.000 ədəd müxtəlif əsərlər yaradıb. Düşünsək ki, anadan olandan hər gün 1 əsəs yaradıb, o zaman 78 il yaşamalı idi, amma qismətə baxın ki, Munch sadəcə 75 il yaşayıb. Yəni, möhtəşəm yaradıcılıq qabiliyyətinə malik olan insan olub.Yəgin ki, elə ən tanınmış əsəri “The Scream”-i hamı bilir. Burada əsərin üç versiyasını görə bilərsiniz - rəsm, çizim və çap. Bunlardan biri nümayiş olunur. Qalan ikisi isə qaranlıqda “dincəlir”.Niyə? Çünki, Munch “The Scream”in bütün versiyalarını karton və ya kağız üzərində yaradıb, onlar kətan üzərində yağlı boya ilə çəkilmiş rəsmlərdən daha kövrək olur. Bu səbəbdən, temperatur, rütubət və oksigen səviyyələri kimi iqlim faktorlarına əlavə olaraq, işığa məruz qalması da məhdudlaşdırılmalıdır. İşıq şəkillərdəki rəng piqmentlərinə təsir edir, həmçinin zamanla kağız və kartonu parçalayır. Buna görə, hətta son illərdə muzey “The Scream”-in müxtəlif versiyalarının hər gün nə qədər işığa tab gətirə biləcəyini müəyyən etmək üçün bir neçə tədqiqat layihəsi həyata keçirib. Məlum olub ki, versiyaların heç biri hər zaman nümayiş oluna bilməz, ona görə də onlar sıra ilə göstərilir. Bununla da gələcək nəsillərin Munchun yaradıcılığı ilə canlı tanış ola bilmə ehtimalını təmin etmək istəyirlər.Digər tanınmış əsərlərindən: - Madonna; - Livets dans (həyat rəqsi)- Det Syke Barn (Xəstə Uşaq)- The Vampire (Vampir) - Puberty (Yetkinlik)- Stemmen (Səs)Şəhərdə məhşur olan digər muzeylər də var, məsələn: - Akershus Castle;- Fram Museum (möhtəşəm gəmi muzeyidir!) - Holocaust Center- Museum of Oslo- Nobel Peace Center- National History Museum- The Vigeland Museum- The National Museum- Astrup Fearnley Museet- Armed Forces Museum və s. Bu arada, sadaladığım bütün muzeylər, hətta daha çoxu, Oslo Pass aldığınızda biletə daxil olacaq. Oslo Pass nədir?- bu günlük biletlərdir ki, əldə etdiyinizdə, 1 bilet ilə müxtəlif muzeyləri ziyarət edə, və müxtəlif endirimlərdən yararlana bilirsiz.Başqa nə daxil olacaq? - Seçilmiş restoranlarda 20% endirim;- Oslo Fjord ətrafındaki bəzi şirkətlərin turlarına 15% endirim;- Oslo Filarmoniyasına və Oslo Opera evinə bələdçili və endirimli turlar;- Şəhərin 1 və 2 zonalarında limitsiz şəkildə ictimai nəqliyyatdan istifadə.Qiymətləri: 24 saat - 85 AZN48 saat - 124 AZN72 saat - 146 AZNAyrı ayrılıqda aldığınız zaman məsələn: Munchun muzeyi - 30 AZNFram muzeyi - 23 AZNNobel Muzeyi - 26 AZNYay aylarında gələcəksinizsə və 3 muzeyə bir gündə getməyi planlayırsınızsa o zaman artıq bu bileti almaq sərf edəcək. Çünki ictimai nəqliyyatda bir gediş 8 AZN-dir (!) (konvertasiya ilə birlikdə) günlük bilet isə hardasa 24 AZN.Buna baxmayaraq, Oslo da mənə Kopenhagendən daha münasib gəldi.Məsələn səhərlər kiçik kafe/market kimi yerlərdən kofe+bir şirniyyat (darçınlı bulkunu/cinnabon kimi, çox sevirlər, mənim kimi) sadəcə 7-8 AZN alırdım (special offer kimi hər yerdə belə endirimlər var)Otel: Mərkəzdə butik otellərin qiyməti - gecəsi min 170 AZN Restoran: İki nəfərik bir axşam yeməyi (sup, salat, ana yemək, alkoqolsuz içki daxil) təxminən 180-200 AZN tutacaq. Təbii ki az və ya çox da ola bilər məkandan aslı olaraq. Oslo Torp hava limanına düşürsünüzsə taksi, təyyarə biletindən daha baha başa gələcək. Belə ki, şəhər mərkəzinə 200$-a gətirəcək taksi. Lakin alternativiniz var, bu da shuttle bus-dır. Bir gediş 56 AZN. P.s Bununla da Skandinaviya turum bitdi. Amma mən də bitdimelə bilərsiz gəzməkdən yoruldum, əslabüdcəm bitdi, qayıdıram. Qaldı bircə Finlandiya və Sisu fəlsəfəsi, ora da İn şa Allah gedəcəm (reabilitasiyadan sonra).Skandinaviya qışda nağıldır, soyuq da olsa, boran da olsa, başqa bir mistik ab-havası var. “Osloda görməyə heçnə yoxdur” deyənlərdən başqa, soyuqdan qorxmayan hamıya Oslo səyahəti arzulayıram.İnsta səhifəm : https://www.instagram.com/uls_valleyBtw mənə bəzi səyahətlərimdə qoşulmaq istəsəz, instadan yazın, planladığım yerlərə qoşula bilərsiz.#oslo #norway Əgər yazını bəyəndinizsə aşağıda olan Facebook düyməsini seçərək blogpostu Facebookda paylaşın ki, dostlarınız da yazılarımızdan xəbərdar olsunlar. Yox əgər Gəzəyənlərin yazılarından ilk xəbər tutmaq istəyirsinizsə aşağıda “abunə ol” bölməsinə mailinizi yazaraq düyməyə klikləyin. Hələlik bu qədər, növbəti yazılara qədər…Paylaşdı: Ulkar Gurbanova

2088 dəfə oxunub

Orta Asiya bələdçisi - Qırğızıstan

Qırğızıstan gördüyüm ən özünəməxsus ölkələrdəndir deyə bilərəm.Orta Asiya ölkələrini bəlkə də mən çox sevirəm, bilmirəm. Amma zövq alıram buralara səyahətdən.İlk olaraq deyim ki, artıq Bakı-Bişkek reysi açılıb. Amma mən Bakı-Daşkənd reysi ilə, Özbəkistan hava yolları ilə gəldim. Bilet Azaldan biraz daha ucuzdur, amma get-gəl 400$ etdi. Sonra Daşkənddən maşın götürüb kiçik qrup ilə səyahətə başladıq. (Özbəkistanı artıq 2 il qabaq çox gözəl gəzdiyim üçün bu dəfə az qaldım)Özbəkistanın cənubunda yerləşən Andican şəhərinə getdik, ordan da Qırğızıstanın Oş şəhərinə keçdik. Quru sərhədi keçmək hardasa 3,5 saat çəkdi. Amma rahat, incitmədən keçirtdilər (quru sərhəddə ən çox Özbəkistan saxlayır). Qırğızlar Azərbaycandan olduğumu görüb, elə pasport yoxlamasında çox xoş qarşıladılar məni, 10-15 dəq söhbət elədik, keçdim. Əsas məsələ isə Oş-Bişkek yolunda başladı. Yol möhtəşəmdir. 700km-dən biraz uzun olan yol, bütünlüklə perevaldır demək olar ki, ona görə də biz toplam 14 saata getdik bu yolu. Yolda Chickan kendində bir qonaq evində qaldıq, və səhər möhtəşəm dağ və çay mənzərəsinə oyandıq.Sonra yola düşdük və yolda çoxlu sayda quraşdırılmış yurtalar gördük. Birində dayandıq və yüklədiyim videodaki o şirin nənə və nəvələri ilə tanış olduq. Yurtalar yay ayları üçün nəzərdə tutulub, çünki dağlar yayda belə çox soyuq olur. Burada qoyun/quzu/inək otarırlar. Amma adət-ənənələrini qoyurub saxlayırlar. Çox gözəl hisslər ilə ayrıldım buradan.Ölkənin bir başından digər başına maşın ilə səyahətim bitdi. Qırğızıstanın buqədər gözəl olduğunu düşünməzdim heç. Bişkekdən başlasaq, şəhəri (mərkəzini) bir gün içində gəzib bitirə bilərsiz. Sovietləri xatırladan şəhərdə elə ən təzə olan tarix muzeyidir. Mərkəzdə gəzdiyiniz zaman çoxlu sayda divar rəsmləri ilə qarşılaşacaqsınız ki, sırf Qırğızıstanda olduğunuzu xarıtladır. Bundan əlavə mərkəzdə yerləşdirilən yurtada, at südü ala, milli geyimlərlə şəkil çəkdirə bilərsiz. Şəhərdə çoxlu sayda park salınıb, elə təzəlikcə (10ay əvvəl) Azərbaycan-Qırğızıstan dostluq parkı(Heydər Əliyev parkı)-da bunlara daxildir. Hə, şəhərdə bir gün gəzdikdən sonra gedə bilərsiz Ala-Archa Milli Parkına. Yəgin ki, buralarda ən görüləsi yerdir deyə bilərəm.Tər-təmiz dağ havası, yam-yaşıl meşələri adamı lap valeh edir. Hələ Ak-Say şəlaləsinə çatsaz, başqa bir gözəllik ilə qarşılaşırsız.Şəlaləyə 5-6 km piyada yol getməlisiz və 2665m hündürlüyə qalxmalısız. Yol biraz çətindir, ona görə də xüsusi ayaqqabınız olsa yaxşıdır, amma əziyyətinə dəyir.Bişkekdən çıxıb Qırğızıstanın mirvarisi olan Issık-Kula getdik. Ən turistik tərəfi də Borteri kəndi sayılır. Gölün suyu hər zaman soyuqdur sanki, amma gözəlliyinə söz yoxdur. Maraqlısı budur ki, burada hamı cibinə uyğun qalmağa yer tapa bilər. Yəni gölə sıfır məsafədə otaqların gecəsin 15-20 AZNdə tapa bilərsiz, və ya premium otellərdə gecəsini 250-300 AZNdə götürə bilərsiz. Ətraf şəhərlər/kəndlərdə demək olar ki görüləsi çox yer yoxdur, əsas əyləncə elə gölün özüdür, və təbii ki su üstü və altı müxtəlif atraksionlar.Ən turistik yerində belə fikrimcə nə yemək, nə də atraksionlar baha deyil. Ortalama 4 nəfərlik axşam yeməyi sizə 50-60 AZN başa gələ bilər. Ölkəni maşın ilə səyahət etməyin çox yaxşı fikir olduğunu düşünürəm, çünki əsas gözəlliyi bəzən yolları/dağları/çəmənləridir. Qırğızlar da özbəklər və taciklər kimi çox qonaqpərvərdilər.Əgər yazını bəyəndinizsə aşağıda olan Facebook düyməsini seçərək blogpostu Facebookda paylaşın ki, dostlarınız da yazılarımızdan xəbərdar olsunlar. Yox əgər Gəzəyənlərin yazılarından ilk xəbər tutmaq istəyirsinizsə aşağıda “abunə ol” bölməsinə mailinizi yazaraq düyməyə klikləyin. Hələlik bu qədər, növbəti yazılara qədər…Paylaşdı: Ulkar Gurbanova

1276 dəfə oxunub

Siciliya adasına gəzəyən turu

Macarıstanda sərhədin müvəqqəti açılmasını fürsət bilib Wizziar-in Budapeşt-Kataniya reysi ilə Siciliyaya yollandıq.Qeyd edim ki, hava limanından Covid-19 əleyhinə təhlükəsizlik tədbirləri görülsə də, insanların çox hissəsi sıra və maska mədəniyyətinə riayət etsə də, təyyarədə hər 3 oturacağın dolu olması fikrimcə, əvvəlcədən görülmüş tədbirləri heç edirdi.Bizim səyahət Palermodan başlayırdı. Kataniya aeroportundan (çıxışdan sol tərəfdə) SAİS avtobusları ilə birbaşa Palermo Mərkəzi Stadionuna adambaşı 13 yevrodan bilet aldıq. Kataniyadan gələn qatarlar da var, amma aeroportdan taksi və yaxud icarəyə maşın götürüb getmirsizsə ən yaxşısı avrobusdur. 3 saat yarımdan sonra Palermo Mərkəzi stansiyasına çatdıq. Palermo şəhəri memari baxımdan Ərəb və Norman əsintilərini özündə birləşdirir. Ümumilikdə tarixi şəhərləri gəzməyi sevənlər bu şəhəri də sevəcək. Unutmadan onu deyim ki, Siciliya şəhərlərindən təmizlik, səliqə baxımından yüksək gözləntiləriniz olmasın.- Garibaldi meydanı, "Via Liberta", "Via Roma" və "Via Vittorio Emanuela" küçəsi şəhərin əsas mərkəz yerləridir. Şəhər mərkəzindəki marinada "Nautoscopio" açıq hava restoranı günbatımı üçün əla seçim ola bilər. Biz əsasən dəniz, qum və günəş üçün səyahət etdiyimizdən ilk işimiz mərkəzdən 10-12 km uzaqlıqdakı Mondello çimərliyinə yollanmaq oldu. Siciliyada ictimai nəqliyyat elə də dəqiq deyil, amma gedəcəyiniz yerlərə çatdırır. Via Romadan 101/102 + 806 avtobusları ilə ora çata bilərsiniz. İnternetdə Mondello beach yazdıqda ingilis dilində “lido” lar üçün rezervasiya bölməsi tapmadığımdan çimərlikdə çətinliklə "lejanka" və çətir tapdıq. Deməli bu çimərliklərdən 4 cür istifadə edə bilərsiniz: 1. Qaldığınız otelin xüsusi çimərlikləri ola bilər. 2. Təmiz, səliqəli “lido” lara daxil olaraq 2 "lejanka" və 1 çətirə 25 yevro pul ödəyərək3. Özünüzün çətiri və yerə salınacaq həsiri varsa, 2 nəfərə 10 yevro verərək4. Və ən son pul verməyərək çox dar, hər kəsin çox sıx olduğu qum üzərində çimərlik qaydasına uyğun məskunlaşmaqla. Hər halda hər 4 şəraitdə də eyni dənizə girəcəksiniz)))- Mondello yaxınlığında bir çox restoran var, Tripadvisorda yemək zövqünüzə uyğun baxsanız daha yaxşı olar. Biz rastgələ "Chicken out" deyilən bir məkanda əyləşdik, solmon balıqlı salat və dəniz məhsulları ilə olan pasta yedik, porsiyalar kifayət qədər böyük və dadlı idi. Meyvə, tərəvəz marketindən təzə əncir aldıq. Budapeştdə yaşayanlar burdakı ənciri bilir????- Axşam gəzintisi üçün şəhəri başdan ayağa 2-3 saat içində gəzə bilərsiniz. Massimo teatrına baş çəkməyi unutmayın. Palermoda yediyimiz və bəyəndiyimiz yeməklər: Pane con panelle, Aranchini, Pani ca Meusa, Cannoli, Brioche Gelato. Via Vittoria Emanuele küçəsindəki balaca restoranlarda tapa bilərsiniz. Digər gün, "Cefalu town"- a baş çəkdik. Qatar stansiyasından bir tərəfli 6.20 yevroya, 1 saatlıq məsafədə yerləşən bu qəsəbə İtalyanların sevimli yeridir. Biz getdiyimiz vaxt 10 km-lik çimərlikdə 2 nəfər azərbaycanlı, 3 fransız, 2 macardan başqa xarici yox idi. Burdakı çimərlikdə qiymətlər Mondellodan bir qədər baha idi, lidolarda 1 "lejanka"+1 çətir = 25 yevro, iki "lejanka"+1 çətir= 35 yevro idi. Digər seçim isə özünüzün həsiri və çətiri ilə gəlmək idi, amma yenə də rahat istirahət eləmək mümkün deyil. Lejankalar bir-birindən aralı, təmiz və səliqəli idi. Qəsəbə çox kiçik amma mənzərəsi möhtəşəmdir. 10 günlük Siciliya tətilinin ən dadlı "Cannoliso"nu burda yedim. Zövqünüzə uyğun restoran da tapa bilərsiniz, qəsəbənin ən qəşəng restoranı Molo di Cefalu idi. Turist az olsa da, qəsəbədə çoxlu italyan var idi. Aggrigento, Catania ve Taormina haqqında təssüratlarımı başqa postda bölüşəcəm. #Sicily #İtaliyatətilləriƏgər yazını bəyəndinizsə aşağıda olan Facebook düyməsini seçərək blogpostu Facebookda paylaşın ki, dostlarınız da yazılarımızdan xəbərdar olsunlar. Yox əgər Gəzəyənlərin yazılarından ilk xəbər tutmaq istəyirsinizsə aşağıda “abunə ol” bölməsinə mailinizi yazaraq düyməyə klikləyin. Hələlik bu qədər, növbəti yazılara qədər…Paylaşdı: Xaver Alekberli

2153 dəfə oxunub

Papua Yeni Qvineya

Say olaraq ayaq basdığım 36-cı ölkə-Papua Yeni Qvineya. Ad olaraq bir çoxunuza tanış gəlməyə bilər və ya Afrikada yerləşən Qvineyalardan biri ilə səhv sala bilərsiniz, bu Qvineya keçilməz meşələr, hündür dağlar, insan ayağı dəyməmiş möhtəşəm çimərliklərlə bol olan bir coğrafi mövqedə, Okeaniyada yerləşir. Ölkəyə səfərin məqsədi Okeaniyanın ən hündür vulkanına təşkil etdiyimiz ilk Azərbaycan ekspedisiyası idi. Bu səfərin çox qeyri adi keçəcəyinə 5 nəfərlik ekspedisiyada hamı əmin idi. Ekspedisiya uğurlu oldu, qarşıya qoyulan məqsədə nail olduq amma, bu səfər o qədər qeyri adi oldu ki, sanki ruhumuzdan bir parça özündə saxladı. Qeyd etdiyim kimi 36-cı ölkə, Antraktidadan başqa bütün qitə və materikləri gəzmişəm, kasıb, varlı təbəqə, mədəniyyət, tarix, müxtəlif inanca, fikirə, ideyaya və. s mənsub insanlar görmüşəm, amma bu ölkədə sanki insanların hamısı yalnız pozitiv, geniş ürəkli, yardımsevər abu-havası yaradır. Ölkəni araşdıranda kriminal səviyyəsi yüksək olan, infrastrukturun bərbad olduğu, həyat səviyyəsinin çox aşağı olduğu, hələ də Kannibalizmin qalıqlarının qaldığı ölkəyə səyahət edirdik. Bəli infrastruktur çox zəifdi, ölkənin böyük şəhərləri arasında quru yolu yoxdur, bəli həyatın səviyyəsi aşağıdır, kriminal, kannibalizm var, amma ölkənin insanları möhtəşəmdir. Kimsə mənə əhalisinin qara dərili olduğu ölkələrdə küçələrdə istədiyiniz insanın şəklini rahat çəkə bilərəm deyə misal gətirə bilər? Papuada siz yox, insanlar sizdən onların şəklini çəkməyi istəyir. Papua sanki zamanın gerisində qalıb. Şəhərlərə yaxın torpaqlar "saroçka" geyinən qəbilə başçıları tərəfindən idarə olunur. Torpaqlar atadan oğula keçir və bir icma digərinin torpağına icazəsiz ayaq basarsa, icmalar arasında münaqişə başlayır. Təsəvvür edin, bizim ekspedisiya təşkil etdiyimiz Mount Giluwe vulkanının ərazisi bir insana məxsusdur və o əraziyə girmək üçün hər-hansısa bir haqq ödənilməlidir. Hazırda şəhərlərə yaxın olan hissələrdə yaşayan insanlar muasir dünyaya uyğunlaşır, meşələrin dərinliklərində isə hələ də tam qəbilələr şəklində yaşayan insanlar qalır. Ölkənin ərazisində hər hansı bir tarixi bina, mütləq görüləcək yer, yeyiləcək yemək yoxdur, hətta bəlkə də öz yeməkləri belə yoxdur, amma möhtəşəm insanları var və bu insanların içində bir səyyaha lazım olan hər bir şeyi hiss edib, içdən yaşayırsan. Yaşadıqlarımızı kaş ki sizə də ötürmək bacarığımız olardı!https://www.instagram.com/rasim.aghazada/...

195 dəfə oxunub
Bizi izləyənlər siyahısına qoşulun!