2691 dəfə oxunub

Gürcüstan - Batumi bələdçisi

Axşamınız xeyir, əziz Gəzəyənlər.
Bu gün sizlərə Yay istirahətinin sərfəli ünvanı Batuminin gəzməli görməli yerlərindən bəhs edəcəm! Odur ki, başladıq!
Bütün səyahətlərəminizi nədən başlayırıq nəqliyyatdan: Batumiyə getməyin 4 yolu var!
1. Bakı - Batumi avtobusu 40 AZN
2. Bakı - Tbilisi avtobusu 15 AZN sonra isə Shutler (sürətli qatar) Tbilisi-Batumi 20-25 AZN və ya Metro şirkətinin avtobusu 25 AZN
3. Bakı - Tbilisi qatarı ilə PL- 23,14 AZN, KP 33,95 AZN və SV 57,69 AZN sonra isə Tbilisidən Batumiyə yuxarıda qeyd etdiyim yollardan biri ilə gedə bilərsiniz.
4. 1 saat 15 dəq rahat uçuşla biletlər bu yaxın aylarda 93 AZN-dən başlayaraq.
Beləliklə keçək gecələmək üçün məkana! Batumidə seçim çoxdur! Şəxsi təcrübəm ilə The World in Batumi hosteli çox məsləhət görürəm. Ümumilikdə isə booking.com saytından otellərə baxın daha yaxşısı isə airbnb.com saytından ev kirayələyin! Ən önəmli bilməli olduğunuz odur ki, qalacağınız yer mütləq dənizə ayaqla gedilən biləcək məsafədə olsun.

66140676_2491518104246991_8244756875103436800_n

Restoranlar və qidalanma seçimi böyükdür ortabab restoranda adam başına 5-12 AZN xərciniz olacaq.
Və indi isə əsas məsələ, Gəzməli görməli yerlər!
1. 15 km uzunluğu olan Batumi bulvarı
Və orada olan imkanlar:
- Şeytan çarxı 5 lari
- Əlifba gülləsi 10 lari (burada baxış məntəqəsi var)
- Velosiped kirayəsi 1 saatı 5 lari
- Çaça fəvvarəsi -pulsuz
- Əli və Ninonun heykəli
- Oxuyan fəvvarələr
2. Arqo kanat xətti - 15 lari
3. Sameba kilsəsi - pulsuz
4. Qonio qalası - 10 lari (Batumidə 20 dəq məsafədə yerləşir)
5. Batumi Piazza meydanı - pulsuz
6. Avropa meydanı ve Medeanin heykəli - pulsuz
7. Neptun fəvvarəsi - pulsuz
8. Batumi dəniz vağzalı - 1 saatı 50 lari qiymətinə kater kirayələyə bilərsiniz
9. Delfinarium - 16:00 üçün 15 lari 19:00 və 20:00 üçün 20 lari
10. Zoopark deyə bilməyəcəm kiçik bir guşə heyvanların olduğu - 2 lari
11. Akvapark - 40 lari
12. Nəhayət bağı - 15 lari (10-16 yaş uşaqlar 1 lari)
13. Musiqiçilər parkı - pulsuz

65928790_2491518047580330_8897822646918447104_n

66415837_2491518040913664_758015505305960448_n

66157304_2491518077580327_3424405557136588800_n
Həmçinin Batumidə 1 saatlıq məsafədə Ureki yerləşir. Orada Batumi və Kabuletidən fərqli olaraq dənizkənarı faydalı maqnitli qumdur!
Həmçinin Kabuletidə Tsitsinatela adlı luna park yerləşir! Urekiye kimi məsafə 1saat Kabuleti isə 40 dəq
Qeyd: Batumidə dəniz daşlı olduğu üçün üzmək çox çətindir sizə reyzin şəp-şəplər təklif edəcəklər 7-10 lari
Batumidə bu qədər! Ümid edirəm bəyəndiniz!
Xoş səyahətlər arzusu ilə ????
Sərfəli səyahət ilə bağlı daha çox paylaşımı instagramda @jala.alakbarova profilində izləyə bilərsiniz ????

Əgər yazını bəyəndinizsə aşağıda olan Facebook düyməsini seçərək blogpostu Facebookda paylaşın ki, dostlarınız da yazılarımızdan xəbərdar olsunlar. Yox əgər Gəzəyənlərin yazılarından ilk xəbər tutmaq istəyirsinizsə aşağıda “abunə ol” bölməsinə mailinizi yazaraq düyməyə klikləyin. Hələlik bu qədər, növbəti yazılara qədər…

Paylaşdı: Jala Alakbarova

 

DİGƏR BLOQLAR

Şəhər bələdçisi - Malta

Həmişə ada həyatı mənə maraqlı olub. Bu ayın əvvəlində Maltaya gedə bilməyim üçün fürsət yarandı və mən də düşünmədən bu fürsətdən yararlanmağa qərar verdim. Üstəlik beynəlxalq bir proqram idi və bir neçə ölkədən qruplar olacaqdı deyə maraqlı bir “səkkiz günlük” olacaqdı. Öncə viza üçün müraciət etdik, təbii ki, İtaliya səfirliyinə.Dəvətnaməmiz olduğu üçün viza barəsində problemimiz olmadı. Uçuşumuzu da həll edib, yollandıq Maltaya. Onsuz da böyük olmayan bu ada, kifayət qədər yüksəklikdə təyyarədən baxanda demək olar ki, tamamilə görünür. Hava limanına enər-enməz, dənizin qoxusu insanın burnuna vurur. Bizim ilk məntəqəmiz Qawra şəhəri idi və hava limanından birbaşa avtobus gedirdi. Dayanacaqları tam dəqiq vaxt ilə işləsə də avtobuslar elə də sıx qrafiklə işləmir. Eyni nömrəli avtobusların intervalı bəzən bir saatdan artıq olur, amma yaxşı bir tərəfi də var ki, demək olar bütün ada boyunca yaşayış yerlərində pulsuz wifi şəbəkəsi tapa bilərsiniz. Bu da başınızı qatmaq üçün gözəl üsuldur. Avtobuslar üçün gediş haqqı 2 avrodur. Amma biletlər vaxtla verilir. Yəni bir gediş üçün 2 Avro verib bilet aldınızsa, 2 saat ərzində neçə dəfə avtobus dəyişsəniz də, ilk aldığınız bileti göstərməyiniz kifayətdir. Mən özüm bir biletdən 3 fərqli avtobusda yararlana bildim.Onu da qeyd edim ki, bura ayaq basan andan Maltanın uzun zaman Britaniyanın müstəmləkəsi olmasını hiss etməmək mümkün deyil, iki rəsmi dilindən biri İngilis dili olan bu balaca ölkənin əhalisinin 90 faizi ingiliscə sərbəst danışır, elektrik “razetkaları” Britaniyadakı kimi üç dişlidir, hərəkət istiqaməti yolun sol tərəfindəndir, əgər yolunuz buraya düşsə və niyyətiniz kirayə avtomobil götürüb, gəzmək olacaqsa bunu nəzərə alın.Əhalisi az olduğundan və eləcə də kiçik ərazi olduğu üçün, o qədər də mürəkkəb bir ölkə xəritəsi yoxdur. Ona görə də mobil app-larla istədiyiniz yeri rahatlıqla tapıb, gedə bilərsiniz. Hava limanından otelə qədər 40 dəqiqəlik bir yolumuz var idi. Otelə yerləşəndən sonra axşam saatları olsa da, çıxıb “yüngülvari kəşfiyyat” eləmək istədik.Əgər bir gün bu adaya getsəniz, unutmayın ki, dükanlar axşam saat 22:00-da bağlanır və Avropadır deyə burda belə şey olmaz demədən maqazinlərdən alacağınız bir çox şeyi sövdələşib, qiymətini endirə bilərsiniz. Qiymətlərə gəlincə, bahalıdır təbii ki, amma içki və ayaqüstü fast-food xaric. Yerli çaxırlar və pivələr 2-5 Avro arasında dəyişir, dadlıdır, sınayın mütləq. Amma tütün və digər gündəlik tələbat malları bahadır. Gedəsi olsanız, xüsusilə siqaret çəkənlər, mütləq özünüzlə bərabər ehtiyacınız qədər siqaret götürün.Şəhər restoranlarında da qiymət bahadır, əsasən dəniz yeməkləri daha çox təklif olunur, öz milli yeməkləri bir az İtaliya mətbəxinə bənzəyir. Mən dəniz yeməklərini elə də çox sevmədiyim üçün başqa yeməklərə üstünlük verirdim, doğrusunu desəm öz yeməklərimiz üçün darıxdım. Amma Maltada sevdiyim şeylərdən biri də o oldu ki, dəniz kənarlarında, çimərliklərdə şişirdilmiş qiymət yoxdur. Yəni bizdən fərqli olaraq, adanın hər yerində qiymət baha da olsa, demək olar ki, eynidir. Qawra kiçik şəhərdir, hündür binaları yoxdur. Kiçik olsa da, gözəl və “lakonik” şəhərdir, o mənada ki, bir şəhər üçün ehtiyacınız olan hər şey var burada, yəni bu şəhərdə bezmək çətindir. Təmiz çimərlikləri, sakit insanları, dünyanın hər tərəfindən gələn əcnəbiləri ilə maraqlı bir şəhərdir.İkinci səyahətimizi Maltanın paytaxtı, qədim Valletta şəhərinə etdik. Özünəməxsus arxitekturası, sarı daşlarla tikilmiş baxımlı binaları, hər küçəsindən tarix qoxan bu şəhərə ayaq basdığınız andan aşiq olacaqsınız. Şəhər başdan ayağa öz tarixini və kimliyini qoruyur-addımbaşı tarixi şəxsiyyətlərin heykəlləri, muzeylər, abidələr və sıx-sıx kilsələrlə qarşılaşdıq. Sahil boyunca uzanan Valletta digər şəhər olan Qawraya nəzərən daha böyükdür və bir az da paytaxt abu-havası səbəbi ilə istər-istəməz moderndir və daha çox gəzməli-görməli yerləri var. Barraka Gardens tarixi parkı Valletta şəhərinin ən yüksək qismində yerləşir, bir zamanlar şövalyelərin təlim mərkəzi kimi inşa olunan bu tikilinin altında toplar adanı müdafiyə etmək və önəmli qonaqları qarşılayarkən istifadə olunub və bu gun də önəmli günlər zamanı toplardan atəş açılır. Təsadüfdən biz orda olan zaman 7 iyun tarixi Malta üçün 1919-cu il dirçəliş günü idi və topdan atəş açılmasının canlı şahidi olduq. Ümumiyyətlə bu gözəl şəhər üçün bir neçə saat kifayət etmir, ən azı bir gün ayırmamaq insafsızlıq olar. Həm alış-veriş üçün, həm tarixə səyahət üçün Valletta gözəl seçimdir.Malta özü bir neçə xırda və böyük adalardan ibarətdir. Bu adaların hər birinə getməyə zamanınız olmasa da Gozoya mütləq baş çəkin. Adalar arasında körpüyə rast gəlmədim. Adadan adaya avtomobillər və insanlar ferry-gəmi bərə vasitəsilə keçid edirlər. Ferrylər komfortludur, içində bir neçə restoran və yolboyu başınızı qatacaq yerlər və vasitələr var. Gəmi ilə yol boyu Aralıq dənizinin gözəlliyini, adaları seyr edə bilərsiniz və onsuz da çox qısa olan bu dəniz yolçuluğu sizi qətiyyən yormaz.Nəhayət Gozoya çatdıq. Səyahət etmədən öncə Gozo haqqında minimal təsəvvürə malik idim. Amma canlı görəndən sonra hiss etdim ki, Gozo yazılanlardan daha gözəldir. Həm şəhər olaraq, həm də təbiət olaraq. Maltada ümumiyyətlə dağ və çay yoxdur, təpələr və dayaz vadilərə rast gələ bilərsiniz ki, bu təpələr də ən çox Gozo adasındadır. Gördüyüm ən gözəl çimərliklər və qumsallara Gozoda rastladım. Yolunuz Maltaya düşərsə Gozoya getmədən ölkəni tərk etməyin. Gozo şəhəri paytaxt Vallettaya nisbətən bir az daha tarixə kökənlidir. Şəhər mərkəzində və mərkəzə yaxın yerlərdə yeni binalara nadir hallarda rastlana bilərsiniz, dar küçələri, daş döşəmələri ilə mənə bir az İçəri Şəhəri xatırlatdı. Gozo şəhərində bir neçə kilsə var. Amma “The Catedral of the Assumption of the Blessed Virgin Mary” adlanan kilsənin gözəlliyi və böyüklüyü ən azı bu uzunluqda adı yadda saxlayacaq qədər unudulmazdır. XVII əsrdə inşa olunan bu Roma Katolik kilsəsi yüksək bir təpədə yerləşir. Kilsədən baxanda bütün kənar qəsəbələr, adalar sahillər görünür. Kilsənin ərazisi çox böyükdür və tikili olaraq da böyük bir qəsri xatırladır. Kilsə ərazisində addımladıqca sanki addım-addım tarixin, illərin, əsrlərin içinə yaxınlaşırsan.Ümumilikdə Malta səyahəti yaddaqalan və gözəl keçdi. Mənim fikrimcə iki cür gəzəyən var. Birinci növ ancaq şəhər, muzey, mədəniyyət və tarix sevir. İkinci növ gəzəyənlər isə təbiət, iqlim, fauna və flora sevir. Malta isə bu iki növ gəzəyənin hər birini sevir ???? . Ölkə haqqında sizə maraqlı olan suallarınız varsa, buyura bilərsiniz. Oxuduğunuz üçün təşəkkürlər, ümid edirəm sizi yormadım. )))Əgər yazını bəyəndinizsə aşağıda olan Facebook düyməsini seçərək blogpostu Facebookda paylaşın ki, dostlarınız da yazılarımızdan xəbərdar olsunlar. Yox əgər Gəzəyənlərin yazılarından ilk xəbər tutmaq istəyirsinizsə aşağıda “abunə ol” bölməsinə mailinizi yazaraq düyməyə klikləyin. Hələlik bu qədər, növbəti yazılara qədər…Paylaşdı: Şirxan Ayxan Adgözəl   

797 dəfə oxunub

Norveç - Oslo bələdçisi

Oslodakı bütün otel, apartament və hostelləri bu linkdən (bron) edə bilərsiniz.Bir müddətdir Norveçdən gəlmişəm əslində, ancaq təcrübəmi indi bölüşmək üçün vaxtım oldu. 4 müxtəlif şəhərdə oldum: Larvik, Drammen, Oslo, Bergen. Ən çox Oslo'da qaldığım üçün ordan məlumatlar paylaşmaq istərdim.Oslo Pass alsanız transportation cəhətdən heç bir problem yaşamayacaqsınız. 2 günlük qiymət yetişkin biri üçün 655 NOK'dur (68 Euro). Tələbəsinizsə, tələbə kartınızı göstərib demək olar ki, hər yerdə 20-25% endirimdən istifadə edə bilərsiniz. Bundan başqa Oslo Pass ilə bir çox muzeylərə giriş pulsuz olacaq sizin üçün.Norveç xüsusən Oslo çox bahalı şəhərdir bilindiyi kimi. Bunun üçün də qalmaq məsələsində Anker Apartment'i seçə bilərsiniz (günü 25 Euro). Ancaq çox az büdcəniz varsa Oslo'da Red Cross charity cəmiyyətinin təşkil etdiyi xüsüsi sığınacaqlar var. Günü 15 NOK'dur (1.50 Euro). Kişilər, qadınlar və cütlüklər üçün ayrıca sığınacaqlar var. Hər biri müxtəlif address'lərdədir. Axşam saat 22:00 açılıb, səhər 07:00 bağlanır. Bu sığınacaqlarda daha çox evsizlər gecələrini keçirir. Əşyalarınızı bura özünüzlə gətirməyiniz məsləhət deyil. Bagbnb istifadə edərək günü 5 Euro, əşyalarınızı store edə bilərsiniz. Red Cross cəmiyyətinin işçilərinə yaxınlaşıb onlardan City Survival Guide booklet götürün mütləq. Burda ucuz və ya pulsuz yemək və başqa şeylər üçün müəyyən ünvanlar əldə edəcəksiniz. Supermarket'lər içində isə ən ucuz və keyfiyyətlisi Coop'dur. Şəhərin bir çox yerlərində rast gələ bilərsiniz.Must see places' də isə Oslo'da bu yerləri deyərdim:1) Viking Ship Museum2) Frogner Park3) Vigeland Museum4) Fram Museum5) Norwegian Folk Museum6) Norwegian National Gallery (Edvard Munch məhşur Scream əsəri burda saxlanılır)7) Oslo Opera House8) Holmenkollen Ski Museum & Tower9) Aker Brygge (Eternal Peace Flame burdadır)10) Akershus Fortress11) Royal Palace12) Oslo City Hall13) Norway’s Resistance Museum14) Tjuvholmen Sculpture Park15) University Botanical Garden16) Vigeland Park17) Huk Naturist Beach (Nudist Beach ????????)18) Middelalderparken19) Grorudparken20) Vaterlandsparken21) Bjerkedalen parkÜmumiyyətlə Norveç'də xüsusilə Oslo'da çox parklar var. Burda sadəcə bəzilərini qeyd etdim. Google Maps'də asanlıqla tapa bilərsiniz. Çalışdım ki, yazını bacardığım qədər qısa və ətraflı tutum. Getmək istəyən hər bir kəsə xoş səyahətlər və uğurlar ✌️✌️????????Əgər yazını bəyəndinizsə aşağıda olan Facebook düyməsini seçərək blogpostu Facebookda paylaşın ki, dostlarınız da yazılarımızdan xəbərdar olsunlar. Yox əgər Gəzəyənlərin yazılarından ilk xəbər tutmaq istəyirsinizsə aşağıda “abunə ol” bölməsinə mailinizi yazaraq düyməyə klikləyin. Hələlik bu qədər, növbəti yazılara qədər…Paylaşdı: Zahid Zahidli

1143 dəfə oxunub

Monteneqroda raftinq - Tara kanyonu

Tara kanyonu ətrafındakı otel, apartament və hostelləri bu linkdən book (bron) edə bilərsiz.Növbəti post-um #visitMontenegroMontenegroda #rafting ????‍♀️ haqqında:???? Montenegroda Rafting ancaq Tara çayında, Bosniya və Herseqovina ilə düz sərhədində keçirilir.????️ Tivat aeroportundan və ya Budvadan 3 saata (180 km) maşınla çatarsız. Yolda da hər 30 dəqiqədə maşın saxlayırdıq çünki yolda mənzərəli ????️ yerlər doludur.???? Biz dağ yolu ilə gedirdik, amma heç qorxulu deyil idi, çox səliqəli tez yoldur. Balaca maşın götürmək məsləhətlidir.???? Ölkələrin kolleksiyası yığanlar üçün: Rafting vaxtında Siz heç bir sərhəd keçmədən Bosniyada fasilə eləyib, quş qoya bilərsiniz :)))⏱️ Rafting özü səhər saat 10-11 arası başlanır, ona görə də tezdən oyanıb yola çıxmalısız. Biz isə əlavə adambaşı cəmi 15 avro ???? ödəyib, gecə də onların taxta evlərində qaldıq, üstəgəl şam yeməyi + səhər yeməyi verirlər bu qiymətə. Nəticədə səhər yorğun deyilsiz, raftingi ???? aktiv keçirirsiz.???? Yay vaxtı Tara çayı sakit olur, ona görə də təhlükəli anlar az olur, uşaqları da özünüzlə götürün, maraqlı olacaq onlara.???? Hydrokostym və ???? xüsusi ayaqqabı qiymətinə daxildir, razmerinizə uyğun verəcəklər. Çox rahatdır, nə soyuq nə isti olmur qayıqda. + Jilet və şlem veriləcək????‍♀️ Çox əlnən işləməli olacaqsınız, onu nəzərdə saxlayın. Tənbəl eləmək mümkün deyil, camp-a vaxtında çatmalısız???? Çayda üzə də bilərsiniz, amma buz kimi soyuqdur, çox suda qalmaq mümkün deyil⏳ Ümumiyyətlə vaxt tez keçir, təmiz Rafting 2,5-3 saat çəkir (iki fasilə ilə, birində maraqlı şəlalə var idi), Instruktor da çox təcrübəli idi bizdə, rusdilli cavan oğlan???? Telefon mütləq özünüzlə götürün, qayıqda xüsusi yer var. Bacım elə Rafting vaxtında dayanmadan şəkil çəkirdi.????️ Təbiəti çox gözəldir, dağlar, meşələr, gözləriniz dincələcək.???? Raftingin qiyməti 45 avro (nahar yeməyi daxil), biz isə 60 avro ödədik adambaşı və o məbləğə ???? şam yeməyi, ???? gecələməsi, ???? səhər yeməyi daxil idi, 15 avro üçün əla fürsətdir, yeməkləri çox dadlı idi Tara Tour-da.???? Şirkət olaraq www.tara-tour.com/en Tara Tour-u seçdik, oranın müdiri Montenegroda ən birinci Rafting Instruktor idi, çox peşəkar kişidir, rusdillidir, biz onunla dost olduq və o mənə bir banka bal bağışladı + otağımızı pulsuz upgrade elədi. Adı Danila-dır. Qiymətləri da orada çox sərfəlidir. Instagram-da @tara_tour gedir➕ Bonus: camp-a çatmamış Piva gölündə Plujine şəhərinin yanında çox uzun və maraqlı zipline var, mütləq onu sınayın❓Daha nə maraqlandırır Sizi? Montenegro bağlı, mövzu verin, yazacam :))))Əgər yazını bəyəndinizsə aşağıda olan Facebook düyməsini seçərək blogpostu Facebookda paylaşın ki, dostlarınız da yazılarımızdan xəbərdar olsunlar. Yox əgər Gəzəyənlərin yazılarından ilk xəbər tutmaq istəyirsinizsə aşağıda “abunə ol” bölməsinə mailinizi yazaraq düyməyə klikləyin. Hələlik bu qədər, növbəti yazılara qədər…Paylaşdı: Lala Gasimova

786 dəfə oxunub

Dünyanın naxışı - Naxçıvan bələdçisi

Səfər öncəsi "Naxçıvana 15 gün" dediyimdə "orada 15 gün nə edəcəksiniz?" deyə təəccüblü sual aldım. Lakin bu 15 gün ərzində bəlli oldu ki, hələ bir 15 gün də əlavə ola bilərdiBeləliklə, çalışım çox geniş olmadan, çox yormadan ümumi bir Naxçıvan postu hazırlayım (Şəxsi instagram hesabımda hələ də paylaşmaqda davam edirəm https://instagram.com/irada_gadirova?utm_medium=copy_link )Naxçıvan səfəri boyunca Naxçıvan şəhəri, Babək, Ordubad, Şahbuz, Şərur, Culfa, Kəngərli rayonlarına səfər edib, onların maddi-mədəni irsi və təbiətini çəkmiş oldum. Gəzməli görməli yerləri sistemləşdirirəm:1. Naxçıvan ş.-Xan sarayı, Möminə xatun türbəsi, Əcəmi seyrangahı, Yusif ibn Küseyr türbəsi, bayraq meydanı, Nuh peyğəmbər türbəsi, Naxçıvan tarixi qala, muzeylər. Qeyd: bütün muzeylərə giriş pulsuzdur 2. Babək r. -Əshabü Kəhf-Atçılıq mərkəzi3. Culfa r.- Əlincə qalası (giriş pulsuzdur)-F.Nəiminin məzarl olan Xanəgah- Bənəniyar gölü və oradan Haçadağın görüntüsü. -Culfanın Mars kimi tanınan dağları var. Yolboyu sizi müşayiət edəcək.Qeyd: eyni günə Əlincə qalası, Xanəgah və Əshabü Kəhfi sala bilərsiniz. Mən tərsinə etdim, yandım. Siz getsəniz, səhər ertədən qalaya gedin. 9da açılır. Oradan Xanəgaha keçin, qalanın arxasındadır və sonra da Əshabü Kəhf. 4. Kəngərli r.-Qarabağlar türbəsi. Orta əsr memarlığının ən möhtəşəm nümunəsidir və mütləq ziyarət ediıməlidir.5. Şərur r.Mənim qrafikim bir az çılğın qrafik idi. Hər bir halda sizin üçün də yazım. Bəlkə qalxmaq istəyərsiniz:-Oğlanqala. E.Ə. II-I minilliyə aid qədim şəhərin təpə üzərində qalıqlarıdır. Oradan Ağrıdağa və Arpaçay su anbarına möhtəşəm görüntü açılır.- Yuxarı Yaycı kəndi, Ağzirət piri. Əslində bura qədim dövlərə aid mağaradır. Və əgər ki, günortadan sonraya salsanız, dağlar və mağara fonunda ecazkar günbatışı rənglərinə şahidlik edəcəksiniz. -Arpaçay Su anbarı.6. Şahbuz r.- Batabat. Bir azdan bütün gül-çiçəklərin açacağı vaxt olacaq.-Ağbulaq. Batabat yolundadır. Burada Azərbaycanın 3-cü böyük kanat mərkəzi yerləşir. Qiymətləri 5 manat, limitsiz 15 manatdır. Qışda qarda xizək mərkəzi kimi fəaliyyət göstərir, yayda isə dağlara baxmaq üçün gözəldir.-Kükü kəndi. Gurbulaq şəlaləsi və Qanlıgöl. Kəndə gəlsəniz, istənilən şəxsə müraciət edib UAz istəyin. Sürücü sizə həm də elə bələdçilik etmiş olacaq. Hər bir halda müraciət etməkdəb çəkinməyin. İnsanlar xoşgörülü, qonaqpərvər və açıqdırlar.-Keçili kəndi. Tam sərhəd kəndi olan Keçili təbii bulaq suları, yaylaqları və Ballıdüz şəlaləsi ilə seçilir. Düzdür, şəlaləni çox naxçıvanlı belə tanımır kənd sakini Nəsimi bəy bələdçilik də etdi. Yolboyu ehtiyatlı olun Gürzələrlə doludur- Vayxır gölü. Şahbuzdan Naxçıvana qayıdınca yolun solunda Vayxır gölü görsənir. Orada ayaq saxlayıb gölə, dağlara, kəndlərə açılan mənzərələr baxın.7. OrdubadOrdubad bu səfərimin zirvəsi oldu. Ürəyimdə bir ayrı yerə qoydum.Ordubadda şəhərin özü ilə sizə yarım gün vaxt bəs edəcək. Qeysəriyyə, Cümə məscidi, Meydan, Yusif Məmmədəliyevin və Ordubadinin ev muzeyi, tarixi çinarlarla tanış olduqdan, Dübəndidə və Mirinin çay evində çay içdikdən sonra yollanın kəndlərə:-Nüsnüs. Asfalt yollu kənddə tarixi hamam var. -Gənzə. Elə mənzərələr, yolboyu açılan görüntülər nəyə deyirsən dəyər.-Pəzməri2 möhtəşəm şəlaləsi var. Birjnciyə getmək asandır, digəri üçün 40 dəqiqəlik bir hikinq lazım olacaq. Lakin mütləq gedilməli və görülməlidir.-Göygöl. 4 gözəl kənddən keçməklə Göygölə gedilir. Lakin bunun üçün icazə alınmalıdır. Çünki hərbi hissə ərazisindən keçilir. -Gəmiqaya. Qapıcıq və Gəmiqaya dağları ətəyində, Qaranquş yaylağında yerləşən Gəmiqaya petroqlifləri dünya əhəmiyyətli maddi-mədəni irsimizdir. Minilliklərə dayanan yaşı olan Gəmiqaya petroqlifləri açıq səma altında muzeydir.Naxçıvan eyni zamanda sağlamlıq turizminin əsas istiqamətlərindən biridir. Burada Duzdağ kimi mağara, Darıdağ müalicəvi mərkəzlər nəyə deyirsən dəyər. Birincidə astma, bronxial xəstəliklər, ikincidə isə mineral sulu hamamda sinir və digər xəstəliklər müalicə edilir.Naxçıvanda harada qalaq?1. Saat meydanı Naxçıvan - mənim seçimim bundan yana oldu. 4 ulduzlu otel olan Saat meydanı şəhər mərkəzində olmaqla, otaqları geniş, səliqəli, özünün 5 kafesi, cinema plusu olan mərkəzdir. Burada rent car xidməti də var. Rahat sifariş edə bilərsiniz. Həmçinin qeyd etdiyim məkanlarla bağlı gediş-gəliş işini də otel administrasiyasına müraciət etməklə yardım ala bilərsiniz.Şəhərdə həmçinin Təbriz, Grand otellər də var. Lakin mən orada qalmamışam deyə bir şey deyə bilmərəm.2. Duzdağ otel. - Duz mağaraları yolunda olan otel çox qəşəngdir. Hər otaqda iri duz parçalarl da qoyulub. Həm ana bina, həm də kotecləri, basseyni də var.3. Ağbulaq ailəvi-istirahət mərkəzi. Kanat xətti olan mərkəzdir.Yemək üçün Buzxananı milli mətbəx üçün seçdim. Lakin yemək yerləri çoxdur. Heç bir sıxıntı yaşamayacaqsınız.Naxçıvanda hər yer tərtəmizdir. Taksi xidmətləri var. Ucuzdur. Dəhşət ucuzNaxçıvanda maska yoxdur. Rahat nəfəs alın. Belə. Nə sual olsa, yazın. Ola bilər nəyisə unutmuşam. Sual olduqca, xatırlayıb yazaram.Xoş istirahətlər#naxçıvan #travel #azərbaycanƏgər yazını bəyəndinizsə aşağıda olan Facebook düyməsini seçərək blogpostu Facebookda paylaşın ki, dostlarınız da yazılarımızdan xəbərdar olsunlar. Yox əgər Gəzəyənlərin yazılarından ilk xəbər tutmaq istəyirsinizsə aşağıda “abunə ol” bölməsinə mailinizi yazaraq düyməyə klikləyin. Hələlik bu qədər, növbəti yazılara qədər…Paylaşdı:  Irada Gadirova

1782 dəfə oxunub
Bizi izləyənlər siyahısına qoşulun!