829 dəfə oxunub

Barselona bələdçisi

Barcelonadakı otel qiymətlərinə bu linkdən book (bron) edə bilərsiz. Barcelonada mütləq Sagrada Familiaya gedin. Əgər bileti internetdən alsanız, hər hansı towerlərdən birinə çıxmağa haqq qazandıran biletdən alın. Mən Nativity towerə almışdım. Çox gözəldir. Bələ bilet alsanız audio guide sizə pulsuz olacaq. Bilet ortalama 26€-dur.Bir də Sagrada Familiada axşam saat 6-da Gaudinin chamberinə pulsuz girib baxmaq olar. Cathedral de Barcelonaya gedin. İçinə girəndə sanki 1200-cü illərin o qaranlıq tarixinə qayıdırsınız kimi hiss edəcəksiniz. İçində o qədər incə işlənmiş nüans var ki, rahat bir saat içini gəzə bilərsiniz. Həmçinin də bu Cathedralda da 3€ ödəyərək ən yüksək dama (dam? ) çıxın. Liftlə çıxılır. Mənzərə sadəcə möhtəşəmdir! Əlavə information: Gaudi öldüyündə Barcelona Cathedralından Sagrada Familiaya çiyin üstündə aparılıb. Montjuïcə gədin. Ora teleferiklə getmək maraqlı idi. Mən teleferiklə getdim, ayaqla qayıtdım. Castle-a giriş 5€ olmalıdır teleferic isə bir tərəfə 8€. İçini mütləq gəzin.

Gəzənfərd 4. Barselona: Lalə Bünyatzadə və Kərim Kərimov

[youtube https://www.youtube.com/watch?v=zz3qKTJ07z0&w=560&h=315]

Parc Güelle giriş pulsuzdur ama Gaudinin memarlığını etdiyi binalar var. Ora isə 7€ olmalıdır. Bu parka girəndə damı qırmızı göbələyə oxşayan bina görəcəksiniz. Orda gördüyünüz ağ nöqtələr Gaudinin kofe stəkanlarıdır. Həkim ona kofeni qətiyyən qadağan etdiyinde görüb ki evində çoxlu kofe stəkanı var və ilk olaraq ağlına Park Güelldə olan o evin damına istifadə etmək gəlib :) Las Ramblası gecə gəzmək maraqlı olur. Sadəcə çox diqqətli olun çünki qarşınıza bir anda birisi çıxıb sizə marijuana satmaq istəyə bilər. Və ya anidən cibinizdən kaşelokunuzu, telefonuvuzu çəkə bilər. Mən sizin yerinizə olsam Placa də Catalunyadan başlayıb Las Ramblası axıra gəzə-gəzə gedərdim və axırda plaja girərdim. Çox yaxındırlar birbirlərinə. Barri Gothicdə gəziləsi, gothic dövründən qalma memarisi ilə maraqlı yerdir. Barri Gothicə yaxın Parc de Ciutadella var. Eyni gündə bu iki yeri gəzə bilərsiniz. Parc de Ciutadellanın yaxınında Arc de Triomfda görülməli tikililərdən biridir. Tips: əsla Las Ramblasda və ətrafında yemək yeməyin. Həm çox çirklidir həm də dondurulmuş yəməklərdir. Restoranlar saat 15.30-19.30 arası bağlı olur. Bu aralıqda açıq olan yerlər çox vaxtı həm xidməti, həm yeməyin keyfiyyəti baxımından, həm də qiyməti baxımından aşağı olur. Mümkün olduğu qədər local insanların çox olduğu yerlərdə yemək yeyin. Yolda gəzərkən qarşıdan gələn hər hansı kimsə üstünüzə nə isə töküb sonra silməyə, təmizləməyə kömək etmək istəyə bilər. Bu anda sumkanızı, telefonunuzu, hər hansı ziynət əşyanızı qapdığı kimi qaçır. Əgər belə halla qarşılaşsanız yolunuza heç nə olmamış kimi davam edin. Uzaqlaşdıqdan sonra özünüz baxın təmizləmək işinə. Mərkəzi yerlərdən heç nə almayın, biraz kənarda qiymətlər daha ucuzdur. Outletə getmək istəyirsinizsə La Roca Village-a gedin. Orda outletə gedən mallar Bakıya hələ təzə gəlir və üç qat daha ucuza ala bilərsiniz. (For example Burberry çanta 450€ ) Əgər işdir nəyinizsə oğurlansa, Placa De Catalunyada polis bölməsi var. Apple-la qarşı qarşıyadır. Orda şikayətinizi edə bilərsiniz. Bir də ki, Park Güell high sezon vaxtı axşam 8-dən sonra pulsuzdur. Mid-seasonda isə 18.30-dan sonra pulsuzdur. La Boqueria Mercat isə ən çox gəziləsi bazarlardan biridir. Nə dəsəniz var!  Məndən bu qədər. Görülməli tikililər: Casa Batllo, Casa Mila Gəzilməli muzeylər: Museu Picasso, Museu Nacional d'Art de Catalunya

DİGƏR BLOQLAR

Almanın vətəni kimi tanınan Almatı şəhərində 10 gün

Almatıdakı bütün otel, apartament və hostelləri bu linkdən book (bron) edə bilərsiz. Almatı Rusiyanın Ural və Sibir şəhərlərini xatırladır. Orta Asiya atmosferi yoxdur. Şəhərdə diqqət çəkən ilk detallar yaşıllıq, son dərəcə yaxşı planlaşdırılmış rayonlaşdırma və geniş küçələr oldu. Almatı lap yaxınlığında yerləşən yüksək dağları, gölləri və Milli Parkları ilə məşhurdur. Şəhərdə çoxlu böyük parklar var, burada sizə dələlər yaxınlaşıb yemək istəyə bilərlər və bu çox maraqlıdır.Əvvəlcədən deyim ki, “Qazaxıstan varlı neft ölkəsidir” cümləsi tamamilə yanlışdır. Bizdən daha geridəqalmış ölkədir və daha kasıbdırlar. Bakıdan Almatıya birbaşa və rahat uçmaq üçün ikitərəfli aviabiletləri AZAL - Azerbaijan Airlines ilə 550 manatdan başlayan qiymətlərlə almaq mümükündür. Bu qiymətə 23 və 10 kq baqaj daxildir.Təxminən 3 saat 20 dəqiqə baş tutan səyahətdən sonra keçmiş SSRİ-ni xatırladan Международный аэропорт Алматы/Almaty international airport international airport havalimanına gəldik. Havalimanı o qədər geridəqalmış vəziyyətdədir ki, bizim Quba avtovağzalımız daha müasirdir. Daha bir mənfi tərəf internetə qoşulmaq üçün mütləq mobil nömrəyə sms gəlməli və təsdiqlənməlidir. Yaxşı ki, əvvəlcədən Airalo almışdım. Mobil nömrə:Rouminq və ya nömrə almağa qətiyyən ehtiyac yoxdur. Airalo adlı mobil internet tətbiqini telfonuma yüklədim, çox rahatdır. Siz də istifadə etmək istəsəniz bu kodu istifadə edərək 3$ endirim ala bilərsiniz: ELSHAN0081. Qiymətləri də normaldır:1 GB-4.50 USD2 GB-8 USD3 GB-10 USD5 GB-14.50 USD10 GB-24 USD20 GB 33 USD Taksi: Havalimanından çıxan kimi taksilər gözləyir. Qiymətləri təxminən bizdəki kimidi. Taksidən rahat istifadə etmək üçün Bakıda Яндекс mobil tətbiqini telfonuma yüklədim və kart ilə ödənişi seçdim, oraya saxlamaq olmaz, ona görə ki, təsdiq üçün sms gəlməyəcək. Valyuta: Tenge. 1 manat 274 tengeyə bərabrdir. Hər yerdə terminal var, ehtiyat nağd pul aparsam da çox istifadə etmədim.Yerli əhali: Hamı rus dilinində ana dili kimi danışır. Qazax dilində danışan çox azdır, demək olar ki, hamı makyajsız-əməliyyatsızdır. Əhalinin əsas hissəsi müsəlman və xristianlar olsa da dindar deyillər. Küçədə dindarları görmək mümkün deyil. Əhalinin əsas hissəsi qazax, rus, tatar, özbək və qırğızlardır. Milli ruh, türkçülük, mentalitet, yaxşı oğlan və bu kimi anlayışlar demək olar ki, yoxdur. Saqqal saxlayan görmək mümkün deyil.Tarix, memarlıq. Şəhərdə rusların gəlişindən sonra tikilən birneçə sadə kilsədən başqa tarixi abidə yoxdur. Tamamilə sovet arxitekturası və az sayda yeni tikililər var. Reklamı güclü olan Almatı məscidi isə tamamilə mənasız üslubda tikilib, maraqlı deyil. Uzaqdan baxanda katolik kilsəsini xatırladır. Avtomobillərin əksəriyyəti Koreya, Yaponiya və Çin istehsalıdır, Avropa avtomobilləri azdır, prius yoxdur, polislər çox azdır, velosiped sürənlər demək olar ki, yoxdur. Piyada, velosiped və elektrik skuterlər üçün şərait əladır. Xeyli sayda skuter sürənlər var. Metro satansiyaları azdır, ancaq mərkəzi hissəni əhatə edir. Ev, Hotel: Şəhərdə həm hotel, həm də ev qiymətləri normaldır. Ən yaxşı seçim “Almalı” metrosu ətrfıdır. Mən də bu ərazidə Grand Opera Hotel-i seçdim. Hoteldə iki nəfərlik otağın bir gecəlik qiyməti 42 avrodur. Almatı bahalı şəhərdirmi? Qiymətlər bizdəki kimi və biraz ucuzdur. Səyahət üçün ən yaxşı vaxt. Qış (xizək və s.) turizmi üçün şəhərə səyahət etmək istəyirsinizsə, getməli olduğunuz tarix dekabrdır. Bu dövrdə Almatı ətrafındakı bütün dağlar ağ örtüklə örtülü oacaq. Çox əyləncəli xizək partiləri də keçirilir. Havanın mülayim olduğu vaxtlar sentyabr-oktyabr və may-iyun aylarıdır. Aprel ayı şəhərə ən çox yağış yağan aydır.Almatı təhlükəsizdirmi? Almatı Avropa şəhərləri kimi deyil, tam təhlükəsizdir. Turistlər. Sadəcə rusları və qonşu ölkələrdən gələnləri görmək mümkündür, o da çox az sayda. Turist o qədər azdır ki, mərkəzdə maqnit, suvenir satan dükanlar yoxdur. Yemək. Qazaxlar içməkdə ruslardan geri qalmırlar, ancaq yeməklərinin dadı gözlənilən səviyyədə deyil. Hər yerdə Çin, Koreya və yapon fast food-ları və restoranları var. Əsas milli yemək “Beşbarmaq” at ətindən hazırlanır, deyildiyi qədər dadlı deyil. Əl ilə yeyildiyi üçün beşbarmaq adlandırılan yemək ölkənin ən məşhur yeməyidir. İri əriştələrin qaynadılmış quzu əti və soğanla qarışdırıldığı yeməkdir. At əti kolbasası. Bu əsl qazax yeməyidir və çox dadlı olur. Hədiyyə kimi alıb gətirmək üçün əladır.Baursak duzlu və mayalı xəmirdən ibarətdir və qızardılır, dadlıdır.Qımız, yəni at südü və ayranı dadlı olur. Restoranlarda kompliment kimi təqdim olunur.Plov, Özbəkistanda olanlar daha dadlıdır. Qazaxlar bu işi bilmirlər.Kababları bizim kababların tozuna da çatmaz. Rusiya və Ukraynadakı şaşlık kimi edirlər.Kuurdak, qaraciyər, böyrək və s. kimi heyvanların qovrulmuş daxili orqanlarından hazırlanır. Soğanla süfrəyə verilən yemək çox dadlıdır.Ənənəvi qazax çörəyi kimi tanınan şelpek hər yeməkdə istifadə edilir. Yumşaq xəmirin yağda qızardılması ilə hazırlananır. Dadlıdır.Qurud. Qazaxıstanda duzlu qəlyanaltı kimi tanınan qurud yeməkdən əvvəl yeyilir. Küçələrədə hər yerdə rəngli, fərqli qurud növləri satılır.Şəhərin görməli yerləri. 1. Panfilov parkı və “Zhibek Zholy” küçəsi. Burada çoxlu qazax, çin, rus və türk mağazaları və restoranları var. Guya ki, buranın Tarqovısıdır, ancaq Bakı ilə müqayisədə çox geridə qalıb. Maksimum Sumqayıt ola bilər. 2. Şımbulak.Qışda Almatıya səfər edirsinizsə və ağlınıza ilk gələn ünvan Şımbulak olmalıdır. Qazaxıstanda qış idman növləri üçün ən yaxşı və ən məşhur yer olan Şımbulak həm də Orta Asiyanın ən böyük və ən müasir xizək mərkəzidir. Bura bütün səviyyələrdə xizəkçilər və snoubordçular üçün bir çox imkanlar, müxtəlif pistlər təklif edən mərkəzdir. Dağlar kifayət qədər yüksək olduğundan xizək üçün çox yaxşıdır.Almatıda qış idman mövsümü adətən noyabrın sonu dekabrın əvvəlində başlayır. Mövsümün və qarın yağmasından asılı olaraq martın sonuna kimi davam edir. Xizək mərkəzindən kanat yolları ilə zirvəyə çıxa bilərsiniz. Ətrafda kafe və restoranlar var. Qar kostyumları və xizək avadanlıqlarını icarəyə götürmək mümkündür. 3. Medeo. Şəhərdən bir qədər kənarda meşəlik dağ vadisində yerləşən Medeo dünyanın ən hündür Olimpiya xizək meydançasıdır. Dəniz səviyyəsindən 1691 metr yüksəklikdə yerləşir. 4. Kok Tobe. Abay metrostansiyası yaxınlığında yerləşən, 1100 metr hündürlükdə olan və Almatı şəhərinin ən hündür nöqtəsi olan Kok Tobe zirvəsi şəhərin panoramik mənzərəsini izləmək üçün gedə biləcəyimiz yerdir. Təpədə mənzərə ilə yanaşı, şəhərin demək olar ki, hər nöqtəsindən görünən televiziya qülləsi, Mavi Təpə adlı kiçik əyləncə parkı və müxtəlif abidələr var. Şəhərdən kanat yolu ilə Kok-tobe-yə getmək maraqlıdır. Bu həm xoş səyahət, həm də ətraf dağların mənzərəsini görmək üçün yaxşı seçim olacaq. Burada qartalla və milli türk geyimləri ilə şəkil çəkdirmək, müxtəlif suvenirlər almaq olar. 5. İle-Alatau Milli Parkı. Almatıdan cənubda yerləşən təbii cənnətdir. 1966-cı ildə əsası qoyulan parkda 300 müxtəlif növ vəhşi heyvan və nəsli kəsilməkdə olan qar bəbiri yaşayır. Milli Parkda sizi meşələrdən və dağ çəmənliklərindən keçərək gözəl şəlalələrə, buzlaqlara və göllərə aparacaq çoxlu cığırlar var.Trekkinq etmək üçün əladır. Medeu və Orta Asiyanın ən yaxşı xizək kurortu olan Şımbulak kimi zirvələr Milli Parkının kənarında yerləşir. Hər ikisi noyabrdan mart ayına qədər açıqdır və yerli qış idmanı həvəskarları üçün çox məşhur yerlərdir.Birneçə günlük gəzinti planlaşdırırsınızsa, Milli Parkda düşərgəyə icazə verilir. 6. Almatı Nəbatat bağı.Alatau dağlarının kölgəsində yerləşən möhtəşəm bağ “wallpaper” mənzərəsi ilə görənləri valeh edir. Parkın ən gözəl yeri körpü ilə keçə biləcəyimiz Yapon bağıdır.Bura dünyanın müxtəlif bölgələrindən çoxlu ağac və bitkilər gətirilib. Kaktus və tropik bitkilərin istixanası da var. 7. Dolphinarium Nemo. Central Parkda yerləşən Dolphinarium Nemo uşaqlar üçün çox maraqlı olacaq. Delfinlər, suitilər, dəniz şirləri kimi dəniz heyvanlarının çıxışları maraqlı olur.Gündə üç dəfə keçirilən şou proqramından əlavə, ziyarətçilər delfinlərin olduğu hovuza girib şəkil çəkdirə bilərlər. 8. Kök Bazar (Yaşıl Bazar). Şəhərin simvollarından biri olsa da tamamilə mənasız reklam olunan yerdir. Bizim 8-ci kilomertr (vasmoy) bazarı daha gözəldir. Əgər yazını bəyəndinizsə aşağıda olan Facebook düyməsini seçərək blogpostu Facebookda paylaşın ki, dostlarınız da yazılarımızdan xəbərdar olsunlar. Yox əgər Gəzəyənlərin yazılarından ilk xəbər tutmaq istəyirsinizsə aşağıda “abunə ol” bölməsinə mailinizi yazaraq düyməyə klikləyin. Hələlik bu qədər, növbəti yazılara qədər…Paylaşdı: Elşən İsmayılov

409 dəfə oxunub

Meksika - Yucatan bələdçisi

Meridadakı otel, apartament və hostelləri bu linkdən book (bron) edə bilərsiz.Salam Gəzəyənlər yaxın əyləşin sizə Meksikadan maraqlı məlumatlarım var ???????????? Meksika həqiqətən də gözəl bir ölkədi. Hər ştatında fərqli bir yaşam tərzi, adət-ənənəsi var. Hər zaman bu yaşam tərzləri, adət ənənələri ilə yaxından tanış olmaq arzusunda olmuşam və bu dəfə isə Meksikanın cənub şərqində yerləşən Yucatan ştatına yollandım. Getməmişdən öncə ştat haqqında azca məlumat topladım və həqiqətən də çox inanılmaz bir tarixə sahib imiş. Bu ştat Mayalıların məskəni olub və tarix adət-ənənə ştatın hər bir şəhərində hələdə yaşadılır. İspan dilindən əlavə olaraq ştatın 30%-i Maya dilində danışır.ℹ Maya tarixinin bu qədər möhtəşəm olmağı adamı lap heyran edir. Bəs Mayalılar kim olub axı. Hər nə qədər Maya sivilizasiyası işğal edilərək məhv edilsə də bu gün belə Meksika və Qvatamelada Maya dili və mədəniyyəti yaşamaqdadır. Bu gün çox sayda Maya insanı həyatda olsa da, Mayalıların idarə etdiyi son dövlət 1697’ci ildə İspaniyanın idarəetməsinə keçmişdi. Mayalılar qədim sivilizasiyalar içərisində ən inkişaf etmiş yazı sisteminə sahib olan sivilizasiya idi. Təəssüflər olsun ki, İspaniya işğalı zamanı bu yazıların bir çoxu məhv edilmişdir. Mayanın necə məhv edilməsi haqqında heç bir məlumat yoxdur. İspaniyalıların gəlişindən uzun zaman öncə böyük Maya şəhərləri dağıdılmış və tərk edilmiş vəziyyətdəydi. İrəli sürülən nəzəriyyələr arasında ən məntiqli olanı quraqlıq, qıtlıq və iqlim dəyişiklikləri səbəbindən yox olmalarıdır.???? Merida Meksikanın Yucatan ştatının paytaxtı olub tarixi 1540-cı illərə qədər uzanan bir şəhərdir. Merida adı şəhərə İspanya Krallığı tərəfindən verilib. Şəhərin çoxluğu Mayalıların dilini və adət-ənənələrini yaşadır olması çox xoşdur. Şəhərdə bir çox küçə, restoran adları ispan dilindən əlavə olaraq Mayan dilində yazılıb. Hətda bir çox insanın adı belə Mayan adıdır.✈️ Mən Meksikanın Monterrey şəhərində yaşadığım üçün Meridaya Monterrey şəhərindən Vivaaerobús ilə 77 manata bir gedişli təyyarə bileti alıb yollandım Merida şəhərinə. Təyyarə ilə 1 saat yarımlıq yoldu. Siz bu şəhərə gəlmək istəsəz avropadan Meksika şəhərinə uçub ordan gələ bilərsiniz. Ya da İstanbuldan Meksika şəhərinə ordanda Meridaya, bu yolla gələ bilərsiniz.???????? Meridada nəqliyyatdan istifadə haqqında məlumat verim sizə. Avtobusdan istifadə edə bilərsiniz, amma sizə çox çətin olacaq. Burda avtobuslar biraz qarışıqdı. Amma şəhər hər addım başı Uberdi, qiyməti də çox münasib. 3 manatdan 8 manata kimi qiymətlərdi şəhər daxili. Hava limanından şəhər mərkəzinə hardasa 10km məsafə var. Çox rahatlıqla Uber ilə gələ bilərsiniz. Qiymət 9-10 manat olacaq. ???? Şəhər xaricində maraqlı yerləri gedib görmək üçün Renta cardan 2 günlük 70 manata maşın kiraladıq. Sizə məsləhət görürəm ki, şəhər ətrafını da gəzəsiniz.???? Bəs harda qalmaq olar. Qaldığım yer həyət evi idi. Airbnb dən 14 günlük kirayə götürmüşdüm. Bu şəhəri və ətrafını gəzməyə toplam 5 gün bəs edir əslində ama mən buranı daha da yaxından tanımaq üçün biraz uzun qalmağı düşündüm və burda 14 gün qaldım, Evə 300 manat ödədik. Ev mənim xoşuma gəldi, sadə və balaca bir evdir. Yaxınlğında ucuz restoranlar var, yeməklərinin dadları çox superdir. Evdə isə internet və kondisoner əla vəziyyətdə işləyir. ???? Mənə maraqlı gələn qonşuların hamısının it saxlaması oldu. Elə bil it zooparkıdı, hər həyətdə fərqli cinsdə itlər görə bilərsiz.????Meksikada Pul vahidi Meksikan Pesosudur. 1 Peso = 0.08 qəpik. Ölkəyə dollar və ya avro gətirə bilərsiniz. 1 Dollar = 19 Mxn, 1 Avro = 21 Mxn. Pulunuzu rahatlıqla banklarda dəyişə bilərsiniz. Meksikada Visa, Mastercard keçir.????????Səyahət zamanı paltar yumaq da bir dərdir lap, amma buna bir çıxış yolu tapdım. Paltar yumaq üçün xüsusi yer var, Burbuclean orda paltarları yuduzdura bilərsiniz. Buna görə 7 manat ödədim.???????? Gəziləcək yerlər çoxdu, gəzib də heyran qalır insan bu gözəl tarixi yerlərə. Şəhəri gəzməyə 3 gün bəs edər sizə, 2 gün isə şəhər ətrafına ayırın. İlk öncə sizə Meridada gəziləcək yerlərdən danışım. Merida turistlik bir şəhərdi və buna görə də çox təhlükəsizdir. Şəhərdə gəzərkən heç narahat olmayın????????Əgər Maya tarixi və mədəniyyəti haqqında daha yaxından maraqlanıb öyrənmək istəsəniz şəhərdə yerləşən "Mayan World Museum of Mérida" ora baş çəkə bilərsiniz. Giriş biletinin qiyməti 9 manatdır.????‍♂️Şəhər içi gəzib görə biləcəyiniz digər yerlər. Paseo de Montejo, Plaza Grande, Merida Cathedral, Museo Casa Montejo, Casa Museo Montes Molina, Governor’s Palace, Monumento a la Patria, Merida Tourism Office, Parque de Santiago, Parque de Santa Ana.???????? Şəkillərin altında maraqlı məlumatlar yazmışam.????2012 də dünyanın sonu gəlir deyə başımızı aldatdılar və bunun Mayan təqviminə görə dediklərini bilirdiz ???????? İlk dəfə kakao ağacı Meksikanın Yucatan ştatında aşkar olub. İndi çox sevdiyimiz şkaladın məskəni Meksikadır.????????Restoran və yeməklərHər hansı bir restorana getdinizsə mütləq sifarişinizin 10% ini tips saxlamalısınız. Burda qayda ilə belədir, saxlamasaz hörmətsizlik olar.???? Yucatan ştatının yeməklərinə həqiqətəndə söz ola bilməz. Burda dəniz yeməkləri çox məhşurdu ama mənim aram olmadığı üçün sizlərə dəniz məhsulu olan restoranları məsləhət görə bilməyəcəm. Sizə getdiyim restoran adları və xərclədiyim məbləğ haqqında yazım.Restoranlar ????Que Rikas 6 AznLos Platos De Frida 10 AznVips 8 AznEl taurino 5 AznCafe montejo 9 AznAlabama mamma 6AznMi viejo molino 10 AznLos trompos, 6 AznLa casa de los abuelos 7 AznLa Reina İtzalana 6.50 AznYemək sifariş verərkən diqqətli olun. Yeməklərin bir çoxunun tərkibində donuz əti var❗️Dadlı yeməklər.Carne a la motuleña, Pok Chuk, Papa de trompo, Salbutes və Pambazos, Sopa de lima, sopes, Quesadilla.????Mütləq dadına baxılmalı soyuq içkilər – Horchata, Jamaica, Pina, Tamarinda, Guayaba, ☕Burda kofe içməyə çox üstünlük verirlər. Çay falan axtarmayın buralarda.Oxuduğunuz üçün hamınıza təşəkkür edirəm. Hal hazırda Meksikanı səyahətim davam edir.YouTube kanalıma baş çəkmək istəsəniz buyurun ????https://www.youtube.com/channel/UCco9GU4wMX2VKN5P7Dc8xrAƏgər yazını bəyəndinizsə aşağıda olan Facebook düyməsini seçərək blogpostu Facebookda paylaşın ki, dostlarınız da yazılarımızdan xəbərdar olsunlar. Yox əgər Gəzəyənlərin yazılarından ilk xəbər tutmaq istəyirsinizsə aşağıda “abunə ol” bölməsinə mailinizi yazaraq düyməyə klikləyin. Hələlik bu qədər, növbəti yazılara qədər…Paylaşdı: Seyid Hüseyn

766 dəfə oxunub

Günəşi ilə ilham verən şəhər - Nice

Nitsadakı bütün otel, apartament və hostelləri bu linkdən book (bron) edə bilərsiz.Air France ???????? çox pis təcrübə oldu. Borispoldan (Kiyev) Parisə (Charles de Gaulle Airport-CDG) uçan təyyarənin heyəti rusca normal başa düşmür, Kamboca və Vyetnamlılar idi. Yəqin ki, MAU ( Flyuia) ilə uçanlar bərbad təyyarə necə olur yaxşı bilirlər, inanınAirfrance daha bərbaddır. Çox köhnə təyyarələrdir. Təyyarədə ümumiyyətlə monitor yoxdur. Oturacaqlar arasındakı məsafə o qədər qısadır ki, ayaqlarım ikisi də keyləşmişdi. Yeməkləri də biyabırçılıq. (Allaha ağır getməsin) Vallah bundan sonra Butaya lowcost deməyə utanıram. Sağolsunlar, 57 manatlıq biletlə Kiyevə uçursan , pulsuz yemək də yeyirsən, oturacaqlar arası məsafə isə yalan olmasın Business Class kimidir.Bir də əsas vacib məqam : Pilotlarımızdan həqiqətən də yoxdur.Aeroporta (Charles de Qaulle) girən kimi Afrikalılar və uzaq şərqlilər ( əsasən Vyetnam və Kamboca əsilli olanlar) passportları yoxlayır, gömrükdə də eyni vəziyyətdir. Bəlkə də mənim gədiyim reysə belə smen düşmüşdü amma bir nəfər belə avropalı işçi görmədim.Charles de Gaulle’a gedən olsa Gate F46 dan aşağı yol düşür, elə birinci sırada bir ərəb qaqaş isti çörəyin arasında türklərin pastırmasına oxşayan ət satır, ( aeroportun az qala yarısı əlində o yeməkdən yeyə -yeyə gəzirdi) ondan mütləq amma mütləq yemək lazımdır, bu daddan heç yerdə yoxdur. Qiyməti biraz bahadır, (12 avro) amma dəyər. Bir də aeroportun ən sevdiyim tərəfi bütün oturacaqlarda həm adaptor, həm də usb yerlərinin olmasıdır. WI-FI kodsuzdur və qoşulmaq çox rahatdır.Airfrance şirkətinin müsbət tərəfi mobil əlavəsidir (Application). Heç nə soruşmağa ehtiyac qalmır, addım-addım ismarıc göndərərək (notification) lazım olan tərəfə yönləndirir.Cote d'Azur (Fransanın cənubunda Cannes-Menton arasındakı ərazilər), yəni Nice, Cannes, Antibes, Monaco, Menton və s. Buralar demək olar ki, avropanın milyonerlər məhləsidi. Elə aeroportun adı da Cote d'Azur–dur. Aeropotun qapısından çölə çıxan kimi ən bahalı maşınların taxi kimi istifadə edildiyini görəndə təxminən necə bir yerə gədiyini başa düşürsən. Cote d’Azurre-dan Nice şəhərinin mərkəzinə 1.5 avroya avtobuslar işləyir. Məsafə isə cəmi bir 4,5 km-dir. Mərkəzdən 1-2 avroya İtaliya ilə qonşu olan Mentona qədər getmək olur. Buradakı şəhərlər və qəsəbələr o qədər gözəldir ki, deməyə söz tamaq olmur. Həm tər-təmiz aralıq dənizi, yam-yaşıl dağlıq, tarix, müasirlik və fransızların inanılmaz mədəni, gülərüz rəftarları. Bir anlıq elə bildim ki, Ruanda, Konqo, Əlcəzair və s. Yerlərdə milyonlarla insanları qətlə yetirən tamam başqa millətdir. Nice və ümumilikdə Cote d’Azurre ərazisinin müsbət tərəflərindən biri də fransızların sayları yetərincə çox olan ərəblərlər və afrikalılarla qaynayıb qarışması və irqçilikdən əsər-əlamət olmamasıdır. Burda doğulub böyüyən qaraların fransızlardan ancaq rəngləri fərqlənir. Onlar da fransızlar kimi mədəniyyətli olmağı öyrəniblər. Ancaq bir də son 20 ildən bu tərəfə miqrant kimi gələnlər var, özləri ilə pis olan nə varsa gətirirlər və uyğunlaşma sindromu yaşayırlar.Buralarda o qədər gəzib görməli yerlər var ki, yazmaqla bitməz. Yemək və qalmaq baha olsa da nəqliyyat qiymətləri normaldır. Ən çox işlənən sözlər, Bonjur, merci bokou. İngilis dilini bilən azdır. Kimdən nə soruşurdumsa fransız dilində cavab verirdi və bir-birimizi başa düşürdük. Yaşlı fransızları gördükcə bizim təqaüdçülərin halına acıyırdım. Adamların paltarlarından üz ifadələrindən xoşbəxt olduqlarını sezmək çox asan idi. Uşaqlar üçün də o qədər gözəl şərait var ki.....Nitsada çimərliklər daşlıdır, şəhərin mərkəzi Massena meydanıdır. Şəhəri bütünüylə görmək üçün Parc du Chateau təpəsinə çıxmaq lazımdır.Deməli axşam saat 21.00-da Vueling-lə Nice-Barcelona uçmalı idim. Yarım saat qalmış lövhələrdə cancelled yazısını görəndə hirsləndim. Birdə gördüm ki, hamı sakitcə Avia Partner masasına yaxınlaşır, sakitcə çıxıb gedir. Mən də nə deyəcəyimi fikirləşə-fikirləşə gəldim. Sağolsunlar paxıllıq etmədən iki günlük Radisson Blu hotel (All inclusive) çeki verdilər və dedilər ki, indi taksi gəlib sizi aparacaq. Bir də gördüm sürücü çantamı aparır Maseratti taksiyə... Booking.com-da qaldığım otağın qiymətinə baxdım bir gecə qalmaq 583 azn. Otelin French Rivieraya panoraması və yeməklərinə söz ola bilməz, həm də ən gözəl küçədə - Promenade des angles. Bileti (Nice-Barcelona) 22 dollara almışdım, 250 avro da refund (kompensasiya ) qazandım. Üstəgəl iki gün sonra avtobus bileti.Əgər yazını bəyəndinizsə aşağıda olan Facebook düyməsini seçərək blogpostu Facebookda paylaşın ki, dostlarınız da yazılarımızdan xəbərdar olsunlar. Yox əgər Gəzəyənlərin yazılarından ilk xəbər tutmaq istəyirsinizsə aşağıda “abunə ol” bölməsinə mailinizi yazaraq düyməyə klikləyin. Hələlik bu qədər, növbəti yazılara qədər…Paylaşdı: Elshan Ismayilov

891 dəfə oxunub

Mərakeş bələdçisi

Mərakeşə getməzdən öncə tərəddüdlərim vardı. Oxuduqlarım və eşitdiklərim bu ölkənin o qədər də güvənli olmadığını deyirdi. Hələ ki yalnız səyahət edən bir xanımsınızsa, daha da “təhlükəli” imiş. 10 gün boyunca ölkəni qarış-qarış gəzdim və bu ölkənin təhlükəsizliyi ilə bağlı bütün söylənənlərin cəfəngiyyat olduğunu gördüm.9 min küçəsi olan, xəritələrin işləmədiyi yerMərakeşlilərin bəziləri qonaqpərvər, yardımsevər olsalar da, turisti ancaq gəlir mənbəyi kimi görənlər daha çoxdur. Xüsusən də, Fəs şəhərində gərək ya yolu yaxşı tanıyasan, ya da öncədən bələdçi tutasan. Çünki çaşıb birindən yol soruşsan, səni düzgün istiqamətləndirməyib, səhv yolda olduğuna inandırıb, müəyyən məbləğ qarşılığında bələdçilik təklif edirlər. Odur ki, ayıq-sayıq olmaqda fayda var. Nə bələdçiyə, nə də yol soruşmağa ehtiyacım yoxdur deyib özünə güvənənlərə isə bir xəbərim var: Fəs şəhəri o şəhərlərdəndir ki, telefondakı müxtəlif xəritə proqramlarının belə “əzbərini pozur”. Bir də ki, proqram neynəsin, bir qədim şəhər bölgəsi düşünün ki, xırda-xırda 9 min küçədən ibarətdir. Tam labirintdir. Damdar küçələri var. Fəsin qədim şəhər hissəsi dünyanın nəqliyyata qapalı olan ən böyük ərazisidir.Dünyada ilk universitet Fəsdə açılıb?!�Mərakeşin ən gözəl qapılarını, ən gözəl naxışlarını Fəsdə gördüm. Fəs ölkənin 3-cü böyük şəhəri və Rabatdan öncəki paytaxtıdır. Bu ölkədə, deyəsən, paytaxt olmayan şəhər qalmayıb. Ölkənin ən mühafizəkar, dini inancları daha güclü olan, adət-ənənələrə daha bağlı şəhəri də Fəsdir.Bu şəhərə gəlməzdən öncə dünyanın ən qədim universitetinin burada olduğunu bilmirdim. Ta 859-cu ildə açılan həm Universitet, həm də məscid olan Karaviyyin bu gün də fəaliyyətini davam etdirir. Məscidə yalnız müsəlmaların daxil olmasına icazə var.Bütün yollar bazarlara aparır...Mərakeşin bütün şəhərlərində bütün yollar bazarlara çıxarır. Hər şəhərin qədim hissəsi, Mədinə adlanan bölgəsi olur ki, həmin yerlərdə bazarlar qurulur. Bu bazarlarda nələr yoxdur, nələr. Ağıla gələ biləcək, hətta ağıla gələ bilməyəcək hər şeyi bu bazarlarda tapmaq olar. Amma Mərakeş ilk növbədə dərinin, arqan yağının və xaş-xaşın yurdudur. Rəngbərəng, növbənöv dəri məmulatları olmadan Mərakeş bazarlarını təsəvvür etmək mümkün deyil. Keyfiyyətli dərilər hazırlasalar da, məhsulların modellərinin müasir görünüşü yoxdur. Əsas dəri mərkəzi isə Fəs şəhəridir (məşhur Chouara). Burada böyük dabbaqxanalar var ki, dərini Orta əsrlərdən qalma üsullarla işləyirlər, boya qazanlarına atırlar, günün altında qurudurlar. Hətta pul müqabilində turistlərə də şərait yaradırlar ki, gəlib dərinin hazırlanma prosesini öz gözləri ilə görsünlər. Amma burada qoxular o qədər dözülməz olur ki, əlində nanə qoxulamayan turist görməzsiniz. 5 dəqiqə nanəsiz nəfəs ala bilmədiyimiz bir yerdə dəri emalçıları səhərdən-axşama kimi çalışırlar.Argan yağı da bazarlarda ən çox gördüklərimdən oldu. Özü də tək yağı yox, sabunu, kremi... Hətta bu yağı yeməklərə belə əlavə edirlər.Xaş-xaş isə ən çox Mavi şəhər kimi tanınan Chefchaouendə yayılıb. Hətta o dərəcədə yayılıb ki, axşam vaxtı küçədə gəzəndə bizə də açıq-aşkar “mal” təklif edirdilər.Dəvə karvanları ilə orta əsrlərə səyahətSəhra turuna qatıldıqda bərbər kəndlərini də gəzmək mümkün olur. Amma bələdçisiz bu kəndlərə girməyə icazə vermirlər. Bərbər kəndlərində qadınlar çiyinlərinə ağ şal və ya tül bağlayırlar. Əgər tül yalnız sağdan bağlanıbsa, deməli, evlidir, soldan bağlanıbsa, boşanıb. Hər iki çiynindən şal bağlanıbsa, əri ölüb. Heç bir şal bağlanmayıbsa, deməli, subaydır.Səhra turu almısınızsa (60-80 euro, 2-3 günlük), dəvə karvanları gün batımına doğru səhraya yol alır. Ucsuz-bucaqsız Sahara səhrasında günəşi batırıb, ayın çıxmağını izləyərək karvanlarla gedirsən. Sanki düşürsən əsrlər öncəsinə, tərəqqinin, inkişafın olmadığı dövrlərə. Gecə də bərbərlər ocaq qalayıb, ətrafında dövrə vurub öz milli musiqiləri ilə qonaqlarının könlünü xoş edirlər. Gecəni çadırlarda gecələyirsən. Səhəri ağzında qumla, üst-başın qum içərisində açsan da, ucsuz-bucaqsız səhrada gecələməyin zövqü bir başqadır. Və günəş doğmağa başlayarkən yenidən dəvə karvanları ilə qayıdırsan geriyə, şəhərə... Sanki “zaman maşını” ilə Orta əsrlərdən düşürsən günümüzə...Əsas içkisi! “Mərakeş viskisi”Mərakeş yeməkləri ilə də məşhurdur. Əsas yeməkləri tajin və kuskusdur, bu yeməkləri yemədən dönmüsünüzsə, demək heç Mərakeşdə olmamısınız. Kuskusa bir növ plov da demək olar. Tajin isə adını bişirildiyi qabdan götürüb. Saxsı qablarda bişirilən ət yeməyidir. Toyuq və ya mal əti müxtəlif tərəvəzlərlə bişirilir. Ən çox sevdiyim limonlu və zeytunlu toyuq tajini oldu. Mərakeşin çayı da bir başqa aləmdir. Nanəli şirin çay. Adına da zarafatla “Mərakeş viskisi” deyirlər. Bir əmması var ki, stəkanları balaca olur, üstəlik çayı stəkanın ortasından süzürlər. Dibində 1-2 qurtumluq ola, ya olmaya. Hanı bizim böyük çay stəkanlarımız və “dodaq yeri” də qoymadığəmız çay süzmə adətimiz?!Bir də Mərakeşdə təzə sıxılmış portağal şirəsi sudan ucuz və dadlıdır. Adət etmədiyimiz maraqlı və dadlı meyvələri də var.Mərakeşdə hər şey 3 qat bahadır?Gələk Mərakeşdə qiymətlərə, bizə nisbətən bahaçılıq olsa da, Avropa ilə müqayisədə qat-qat ucuzluqdur. Ən əsası da odur ki, heç yerdə ilk deyilən qiymətlə razılaşmaq lazım deyil. Ən azı 3 qat baha deyirlər və yaxşı qiymət salmaq bacarığı bu ölkədə çox köməyə gəlir.Taksi sürücülərinin turistlərə yalandan “sayğac işləmir” deyib qiymət oxumaları da bir başqa problemdir. Amma bir çox şəhərlərində ictimai nəqliyyatdan da rahatlıqla istifadə edə bilərsiniz.Şəhərlərarası isə qatar və avtobus sistemləri gözəl qurulub. Səfər boyunca bilet qiymətləri 7-35 manat arasında dəyişən 7 şəhərində oldum. Hətta çox gözəl sürət qatarları var Mərakeşin. Amma burada da bir əmma var ki, biletləri online şəkildə almaq mümkün olmur. Biletləri təkcə vağzallardan, yerindəcə almaq olar. Online biletləri isə yalnız Mərakeş banklarına məxsus olan kartlarla almaq mümkündür.Fransız dilini “tum kimi çırtlayan” ərəblərMərakeşlilər ərəb dilindən sonra ən çox fransız və ispan dillərində danışırlar. Hətta heç bir təhsili olmayan insanlar belə bu dillərdə təmiz danışırlar ki, lap qibtə elədim.“Toy qazanları”nın asıldığı, ilan oynadanlar meydanı Jemaa əl-FnaMərakeş şəhəri bu ölkənin “döyünən ürəyidir”. Mərakeşin döyünən ürəyi isə Jemaa əl-Fna meydanıdır. Gecələri yatmayan, səhərə qədər musiqi sədasının kəsilmədiyi haylı-küylü bir meydan. İlan oynadanlar, xına çəkənlər, sehrbazlar, çalıb-oxuyanlar, kimlər və nələr yoxdur ki bu meydanda. Vay o günə ki, çaşıb meydandakı satıcılardan nəyinsə qiymətini soruşasan. Almamış qurtuluşunuz yoxdur. Bizim “çadır toylarımızın” ab-havasını da məhz bu meydanda yaşaya bilərsiniz. Uzun-uzun stollar qurulub, “toy qazanları” asılıb. Mərakeş mətbəxinin təamlarını, xüsusən də ən dadlı tajin və kuskusu məhz bu meydanda, özü də digər kafe restoranlara nisbətən ucuz qiymətə yemək olur. Hələ bir musiqiləri də var ki, elə bil bizim qara zurna sədalarıdır. Mərakeşin ruhunu duya biləcəyiniz başlanğıc nöqtəsi də, elə ən əsas yer də bu meydandır. Bu meydanda olmamısansa, deməli, Mərakeşdə olmamısan. Elə meydanın yanındaca bazarları başlayır, xalça bazarı, ədviyyat bazarı, başmaq bazarı, bir sözlə, yox yoxdur. Bu məşhur meydanın bir tərəfi isə faytonların “parkingi”dir. Mən deyim 50, siz deyin 100. Xülasə bir xeyli fayton və bu faytonlara qoşulmuş biçarə atlar... Bu qədər faytonu bir arada başqa heç bir yerdə görməmişdim. İndi yəqin ki, atların qoxusunu təsəvvür etdiniz. Mərakeşi rəngarəngliyənə görə çox sevsəm də, səhər-axşam yolum atların “parking”indən keçdiyinə görə, o kəskin qoxunu hər dəfə təkrar-təkrar ciyərlərimə çəkdikcə özümü söyürdüm. Şəhərdə ən sevdiyim yer isə Majorel bağçaları oldu. Jacques Majorel adlı fransız bir rəssamın qurub yaratdığı bir bağ. Majorelin vəfatından sonra isə dünyaca məşhur Yves Saint Laurent-a satılan bir bağ…Mars deyil, Mərakeş dağlarıdır!Qırmızı dağları ilk dəfə burada gördüm. İnsan bir anlıq özünü yerdə yox, Marsda təsəvvür edir. Hara baxırsansa, qırmızı dağlar... Təsadüfi deyil ki, buralarda saysız-hesabsız filmlər də çəkilib. Özü də elə-belə yox, çox məşhur filmlərə pavilyon olub bu torpaqlar. Ait-Ben-Haddou belə qırmızı qəsəbədir. Həm də “İndiana Cons”, “Əlibaba və 40 quldur”, “Games of Trones” kimi filmlərin çəkildiyi bir qəsəbədir. Yol boyu isə Atlas dağlarından çıxarılan minerallar satılır. Ouarzazate adlanan bu qırmızı dağlar şəhəri həm də “Klon” serialın çəkildiyi yerlərdən biridir. Serialdan digər səhnələr isə Fəs və Mərakeş şəhərlərində çəkilib.Avropadan seçilməyən Mərakeş şəhəri�Aralıq dənizi və Atlantik okeanı sahillərində yerləşən Mərakeşin İspaniya və Portuqaliya ilə yalnız su sərhədi ilə ayrılması, uzun illər Fransa müstəmləkəsi olması ölkənin rəngarəngliyinə təsirsiz ötüşməyib. Daha çox Avropa ab-havasını xatırladan şəhərləri də var Mərakeşin. Onlardan Tanjir və Essaouiradır. 1-ci böyük liman şəhəri, ikincisi isə kiçik balıqçı şəhəridir. Bir vaxtlar hərbi baza olan Essaouira indi balıqçılıq şəhəridir. Qala divarları, səssiz-sakit ab-havası ilə, ağ-mavi binaları ilə ölkənin rəngli, özünəməxsus şəhərlərindəndir.Tanjir isə Mərakeşin ən inkişaf etmiş, ən modern şəhəridir deyərdim. Hətta burada özümü Mərakeşdə yox, hansısa bir Avropa şəhərində hiss etdim. Hələ şəhər mərkəzində sahil boyu çimərliyi, bir tərəfi böyük bulvarı, hündürmərtəbəli, müasir və gözoxşayan binaları ilə tamam fərqli ab-havası var Tanjirin. Liman şəhəri olduğunun haqqını verir.Müəzzinlər minarəyə atla çıxacaqmış...Müstəqillik əldə etdikdən sonra Rabatı paytaxt seçən Mərakeşlilər bu müstəqilliyi onlara qazandıran krallarının nəşini da burada qoruyub-saxlayır, hətta gələnlərə göstərirlər.V Məhəmməd öz mavzoleyində uyuyur və hər gün dünyanın müxtəlif yerlərindən gələn turistlər onun mavzoleyini ziyarət edirlər. Rabatda ən diqqətimi çəkən yerlərdən biri də V Məhəmməd mavzoleyinin qarşısındakı Həsən qülləsi oldu. Bəxti nakam olan Həsən qülləsi. 12-ci əsrdə tikintisinə başlanan bu abidənin o dövr üçün ən böyük məscid olması planlaşdırılırmış. Amma deyir, sən saydığını say... Ölümlər, müharibələr bu məqsədi, bu istəyi yarımçıq qoyur. Və bu gün yarımçıq qalan 200 sütun turistlərin ziyarət yerinə çevrilib. 44 metrlik minarəsi isə dövrünə görə çox hündür olacaqmış. Hətta müəzzinlərin azan oxumaq üçün minarəyə piyada deyil, atla çıxmaları nəzərdə tutulubmuş.10 mindən çox insanın eyni anda namaz qıldığı məscid �Rabatdakı Həsən məscidinin bəxti yarım qalsa da, Kasablankadakı məscid tikilib, özü də elə tikilib ki, dünyanın ən böyük, ən əzəmətli məscidlərindən birinə çevrilib. Bir məscid düşünün ki, orada eyni anda 10 mindən çox insan ibadətlə məşğul ola bilsin. Özü də elə bir məscid ki, divarlarını oken dalğaları yusun. Düz sahildəcə yerləşən məscidin əzəməti gün batımında da bir başqa gözəl olur. Özünü bu böyüklük qarşısında qarışqa kimi hiss edirsən. İndiyədək olduğum ən böyük məscid idi Həsən məscidi. Minarəsinin hündürlüyü isə, nə az, nə çox, düz 210 metrdir.Dünyada maviyi ən çox sevən şəhər�Və son olaraq Mavi şəhərdən danışım. Bu şəhərə mavi adı boş yerə verilməyib. Elə bir şəhərdir ki, qapı-pəncərələri, pilləkənləri, divarları, hətta yeri belə maviyə boyanıb.Cəmi 40 min əhalisi olan Chefchaouen il boyu qonaq-qaralıdır.Mərakeş üçün ən uyğun zaman yaz və payız aylarıdır. Yay aylarında hədsiz isti olur.Əgər yazını bəyəndinizsə aşağıda olan Facebook düyməsini seçərək blogpostu Facebookda paylaşın ki, dostlarınız da yazılarımızdan xəbərdar olsunlar. Yox əgər Gəzəyənlərin yazılarından ilk xəbər tutmaq istəyirsinizsə aşağıda “abunə ol” bölməsinə mailinizi yazaraq düyməyə klikləyin. Hələlik bu qədər, növbəti yazılara qədər…Paylaşdı: Rena Karimova

3069 dəfə oxunub
Bizi izləyənlər siyahısına qoşulun!