2152 dəfə oxunub

Parisli kimi Paris gəzintisi

Parisdəki bütün otel, apartament və hostelləri bu linkdən book (bron) edə bilərsiz.

Bilmirəm qrupda Paris haqqında yazan olub ya yox, mən də istədim 2 günlük səyahətimiz zamanı gördüyüm və öyrəndiyim bəzi şeyləri sizinlə paylaşım. Yəqin ki, Paris haqqında artıq gedən də, getməyən də kifayət qədər məlumatlıdır.Səyahət müddətimizin qısa olduğunu nəzərə alıb, izdihamlı yerlərdə vaxtımızı çox xərcləməyib, Parisin daha az turistə məlum olan hissələrini gəzib özümüzü parisli kimi aparmağa çalışdıq. İlk dəfə səfər edənlər üçün bəzi məsləhətlər verim.

Luvrda, Orsedə saatlarla növbə gözləməkdənsə, digər muzeylərə baş çəkin. Parisdə onlarla görülməsi vacib olan muzey var. Luvr’un çinli və rus turistlər tərəfindən “işğal olunduğu” saatlarda Musee l’Orangerie, Musee Rodin, Palais de Tokyo, Musee d’Art Moderne və bir çox muzeylər turist baxımından daha seyrək olur və bu muzeylər şəhər mərkəzindən heç də uzaq deyil. Yox mən Mona Lizanı görmədən getməyəcəm deyirsinizsə, ən yaxşısı Paris Museum Pass alın (48 avro). Bununla muzeylərin bir çoxuna bilet almadan və növbədə gözləmədən girə bilərsiz. Həm vaxta, həm də pula qənaət etmiş olarsız. Lakin bu yalnız 26 yaşdan yuxarı şəxslərə satılır. 18 yaşdan aşağı uşaqlar, 18-25 yaş arası EU vətəndaşları və ya EU-da 3 aydan artıq yaşayış icazəsi olan şəxslər üçün və hər ayın ilk bazar günü muzeylərə giriş pulsuzdur. Həftənin 1 günü muzeylər bağlı olur (bir çoxu çərşənbə axşamı). Həmçinin bəzi günlərdə gec saatlara qədər (22:00) açıq olur. Səyahətinizi planlamazdan əvvəl yoxlayın. Basabası adlamağın ən yaxşı yolu isə “early bird” olmaqdır. Luvr 9:00-da, Orse 9:30-da açılır. Bu vaxtlarda getsəz turist izdihamından qurtula bilərsiz.28870936_1400670673372547_4349668944374661120_n

Əlavə pul və vaxt sərf edib Eyfelə çıxmayın və eyni, cansıxıcı şəkillərini çəkməyi dayandırın. Eyfel onsuzda bütün bucaqlardan gözəl görsənir. Kreativliyinizi işə salın və müxtəlif bucaqlardan çəkməyi yoxlayın. Eyfelin mənim bəyəndiyim mənzərəsi bu 3 yerdəndir: 1. Avenue de Camoens, 2. Avenue du President Wilson 15, 3. Bir-Hakiem körpüsü. Parisi ayaqlarınız altına almaq istəsəz, Arc de Triomphe-a qalxa bilərsiz. Məsləhətdir ki, hava qaraldıqdan sonra qalxasız. Burda da EU resident olanlar üçün pulsuzdur. Həmçinin Monparnasse binası və Printemps Hausmann alış-veriş mərkəzinin yuxarı mərtəbəsindən də Parisi yuxarıdan seyr edə bilərsiz.

Montmartre-də gəzintiyə çıxın. Pilləkənləri sizi yora bilər amma yuxarı qalxdıqda burdan Parisə açılan gözəl mənzərə bu yorğunluğu unutduracaq. Sacre-Coeur bazilikasına çıxmaqdansa ətrafında dolaşın. Turist izdihamından qurtulmaq üçün səhər 9:00-a qədər gəlmək məsləhətdir. “Amelie”-ni sevirsinizsə çalışdığı kafenin adı Cafe des deux Moulins, o məşhur marketin adı isə Au Marche de la Butte-dir. Google Maps-də tapa bilərsiz. Montmartre-də Van Gogh, Picasso, Monet, Modigliani kimi rəssamların studioları olub. Sacre-Coeur-a yaxın “Espace Dali” yerləşir. Şanssızlıqdan bizim səyahətimiz zamanı təmirə bağlanmışdı.

Kitab almaq istəsəz Shakespeare&Company kitab mağazasına baş çəkin (“Midnight in Paris” filmində görmüş olarsız). Almasaz belə mütləq baş çəkin. Onunla yanaşı həmin adda antik kitablar satan mağaza və kafe var.28870430_1400670273372587_52701795637526528_n

Vaxtınız olsa Pere Lachaise qəbiristanlığını da ziyarət edin. Jim Morrison, Chopin, Oscar Wilde və bir çox sənət adamları burda dəfn olunub.

Yerli parislilər istirahət üçün St. Martin kanalını üstün tutsa da, Notre Dame və Sainte Chapelle kilsəsinin olduğu İle de la Cite adası da şərab içib gün batımını izləmək üçün yaxşı məkandır (təbii ki, əgər günəş varsa).

Bacardığınız qədər piyada gəzin. Belə şəhəri daha yaxşı tanımış olarsız. Paris böyük şəhərdir amma yenə də ayaqla gəzmək mümkündür. Digər tərəfdən şəhərin görməli yerləri bir birinə yaxındır. Əgər dikdaban ayaqqabıda səyahət edəcəksizsə, bu abzası ötürün.

Hə, bir də RATP applikasiyasını yükləyin. İctimai nəqliyyatdan istifadə zamanı çox kömək olacaq.

Bon Voyage!

Əgər yazını bəyəndinizsə aşağıda olan Facebook düyməsini seçərək blogpostu Facebookda paylaşın ki, dostlarınız da yazılarımızdan xəbərdar olsunlar. Yox əgər Gəzəyənlərin yazılarından ilk xəbər tutmaq istəyirsinizsə aşağıda “abunə ol” bölməsinə mailinizi yazaraq düyməyə klikləyin. Hələlik bu qədər, növbəti yazılara qədər…

Paylaşdı: Yashar Jafarli

DİGƏR BLOQLAR

Dark Tourism – Qaranlıq Turizm Nədir?

Bu post spesifik səyahətə dair yox səyahət tipinə aiddir. Bir çoxları turizmin müxtəlif növlərini fərqləndirməyi bacarır. Demək olar hər şeyin arxasına turizm artırıb ayrı kateqoriya yaratmaq mümkündür. Dağ turizmi, təbiət turizmi, ov turizmi, sağlamlıq turizmi, mədəni turizm, tarixi turizm və ilaxır. Amma aralarında məşhur olmayan kateqoriya Qaranlıq Turizm olaraq tərcümə etdiyimiz Dark Tourismdir.Qaranlıq Turizm - Tarixi mənada ölüm və tragediyalarla bağlı yerlərə edilən səyahət növüdür.Bu turizm növü balayında seçəcəyiniz növdən bir turizm növü deyil. Dünyaca ən məşhur nümunələri olaraq Nyu-Yorkda 9/11 Qoşa Qülələr Memorial kompleksi, faşistlərin yəhudiləri toplayıb öldürdükləri Polşadakı Auschwitz ölüm kampları və son zamanların trenddə olan mövzusu Çernobılı göstərmək olar. Digərləri isə Hiroshima, Etna, Alcatraz həbsxanası, Paris katakombaları kimi məkanlardır.Bəs ölkəmizdə necə? Fərqində belə olmadan hər birimizin getdiyi bir nöqtə var. Şəhidlər Xiyabanı Bakımızın ən gözəl yerlərindən birində yerləşir və Dark Tourism obyekti sayılır. Həmçinin Qubadakı toplu məzarlığı da bura aid etmək olar.Nə üçün Qaranlıq Turizm?Qaranlıq Turizm təkcə toplu insan ölümlərini yox, həmçinin antropoloji təsirləri də əhatə edir. Normalda muzeylər əşyaları, tarix isə hadisələri göstərir. Dark Turizm obyektləri isə hər ikisini özündə birləşdirir. 4 il öncə Yerusəlimdə (Qüds) Yad Vaşem muzeyini ziyarət etmişdim. Muzeyin təkcə quruluşu sizə bütün faşist almaniyasının yaranmasından tut qətliamlara qədər çox dərin təsir göstərirdi. Və sizi inandırım ki, bu Nyu-Yorkda taksinin üstündə 3 saniyəlik gördüyünüz JusticeForKhojaly yazısından daha çox təsir edir. Türk milləti üçün Çanakkale savaşı böyük önəm kəsb edir. Həmçinin Atatürkün gözlərini yumduğu Dolmabahçe sarayı türk millətinin sentimental kəsimi üçün çox vacibdir.Ümumilikdə insanoğlunun yaradıcı qüvvəsi qədər məhv edici qüvvəsi də heyranlıq doğurur. Və sırf müəyyən seqment üçün təbiət və insan arasında davam edən çəkişmə xüsusi maraq obyektidir. Necə ki bütün Çernobıl zonasını yaşanmağa imkansız hala gətirmiş, radiasiya dalğaları Norveçdən tut Qazaxa qədər gəlmişdi. Və bu gün təbiət yenidən şəhəri geri alıb ağaclar arasında illər ötdükcə gizlədir.Təkcə baxmaq üçündürmü?Xeyir. Dark Tourism bu gün həmçinin ən böyük propaqanda alətlərindən biridir. Propaqanda həm ümumbəşər həm də sırf bir millətin maraqlarını qoruya bilər. Məsələn, qonşumuz ermənistan saxta erməni soyqırmı iddiaları ilə əlaqədər aşağıdakı məkanlarda memoriallar inşa edib,Dublin - İrlandiya, Fresno, Boston, Massachusetts, San Francisco - ABŞ, Almelo – Hollandiya, Mexiko – Meksika, Lebanon, Fransa, Kanada, Braziliya, Hindistan, İran, Uruqvay, Argentina, Kipr, Suriya, Almaniya.Bu məkanlara məşhurları dəvət edib dünyaya yaymaq da bir başqa alətdir. Son zamanlar George Clooney-in Yerevana səfəri bir çox həmyerlimizi qıcıqlandırmışdı.Sözümün canı, Çernobıla gedənin başı çatmır, adam ölən yerdə maraqlı nə var kimi ilkəl düşüncələri kənara qoyub, həm dünya və insanlıq tarixi haqqında öyrənmək, həm də Ağı Qaradan özümüz seçməyi öyrənmək lazımdır.“Tarixindən Öyrənməyi Bacarmayanlar, Onu Yenidən Yaşamağa Məhkumdur”-Winston ChurchillƏgər yazını bəyəndinizsə aşağıda olan Facebook düyməsini seçərək blogpostu Facebookda paylaşın ki, dostlarınız da yazılarımızdan xəbərdar olsunlar. Yox əgər Gəzəyənlərin yazılarından ilk xəbər tutmaq istəyirsinizsə aşağıda “abunə ol” bölməsinə mailinizi yazaraq düyməyə klikləyin. Hələlik bu qədər, növbəti yazılara qədər…Paylaşdı: Mürsəl Səmədov

2723 dəfə oxunub

Baqajınız zərər gördükdə nə etməli?

25 Ölkədə olmuşam, fərqli hava yolları ilə uçuşlar etmişəm. Soruşsanız ki ən pis hava yolları hansıdır, şübhəsiz ki, Amerikada daxili uçuşlar icra edən hava yollarının adını çəkəcəm. Bunlardan biri də Frontier'dir.Çiynimizdə 1 ədəd çanta, 1 ədəd kiçik TravelGuitar və mənim Tar alətim var idi.Təyyarəyə minik başlayanda mənə bildirdilər ki,çantalar free'dir amma 1 adam 1 alət götürə bilər özü ilə və hər alətə görə də 55$ ödənilməlidir. Bildirdim ki, Tar ilə Gitaramı üst üstə qoyanda heç normal akustik gitaranın ölçüsü etmir. Dedim ödənişi edirəm amma Tarı özümlə Cabinə götürmək istəyirəm. Çox aqressiv şəkildə yox dedilər Tar baqaja getməlidir. Gitaranın furlyarı nazik olduğundan onu baqaja verə bilməzdim. 5/7 dəqiqə dirəşsəm də day uzatmadım ( Tarın Hard case'i olduğuna görə dəfələrlə baqaja gedib və sapsağlam alətimi hava limanından götürmüşəm ) Amerika daxili isə ilk dəfə idi baqaja verirdim Tarı. Alətin üstünə əlləri ilə böyük “ FRAGILE “ yazmaqlarına baxmayaraq getdiyimiz ştatın hava limanında futlyarın qarpız kimi partladığını gördüm. O cür bərk materialın çatlayıb aralanması üçün çox hündürdən çırpmaq və yaxud üzərinə hədsiz ağır əşya qoyulmalıdır. Baqajda alətə alət kimi yanaşmayıblar, üstündəki yazıya isə heç fikir verən olmayıb. ( Amerika daxili 2 uçuşda 3 çimodanımızı qırıblar fərqli hava yolları ) Çimodanımızın birini də bunlar qırdı " sağolsunlar ". Bu vaxta kimi heç vaxt hava limanlarında yaxınlaşıb qırılmış baqajın ödənişi üçün müzakirə etməmişəm. Lakin təyyarəyə minmədən öncə Tarı məcburi şəkildə əlimdən alıb baqaja verən, aqressiv şəkildə danışan işçilərin sifəti yadıma düşdüyü üçün əsəbləşdim! Dedim bu dəfə qırğın edəcəm!) Dili yaxşı bilməyə-bilməyə indi ya sizə verən Allah ya mənə misalı ilə söhbət eliyirəm. Sağolsun dostum #Malik bizi qarşılamağa gəldiyi üçün ətraflı müzakirələri o aparmağa başladı.Hava yolları nümayəndəsi Qırılmış baqajların şəklini çəkib özlərinə götürdülər araşdırma üçün, bizdən də əlavə məlumatlar aldılar.Bir müddət sonra mail yazdılar ki, 55$ alət üçün, 75$ baqaj üçün ödənən məbləğlər kartınıza qaytarıldı və dəymiş ziyanın qarşılığı olaraq sizə 400$-lıq uçuş bileti təklif edirik.Mənə ?! 55$? uçuş bileti ?! Əsəbim 3 qatına çıxdı! Mən o ödənişlərdən imtina etdim! Bildirdilər ki, bizə çek təqdim olunmadan biz sizə əlavə ödəniş etməyəcəyik. Çekləri atmamağın necə vacib olduğunu indi anlamışdım) Çimodanın çekini atdığıma görə o məbləğ ödənilmədi amma Tarın və futlyarın çeki var idi. Sağolsun dostlarımın biri musiqi mağazasının arxivindən qaiməni tapdı, digəri isə tərcümə+təsdiq elətdirib mənə göndərdi! Həmin tərcümə+təsdiq olunmuş qaiməni adı keçən hava yollarının mailına göndərib " Dİ HI " dedim öz ləhçəmiz ilə) Utanmadan hələ də 400$-lıq bilet təklif etdilər. Dedim a kişi, a xala, a bibi, a əmi başınıza dəysin e sizinlə səyahət edən deyiləm bir daha!Biraz uzun çəkən prosesdən sonra nəhayət ki dünən ünvana 1,750$ ???? dəyərində çek göndərdilər!) Sağolsun hava yollarına həftədə 3 dəfə zəng edən Malik! Ona bir sandwich borculyam ???? ( çox güclü qonaqlıqdır )Deyəcəyim odur ki, qaimələrinizin qədrini bilin ???? və baqajınız qırıldığında haqqınızı tələb edin ki, hava yolları şirkətləri özlərini adam kimi aparsınlar.Əgər yazını bəyəndinizsə aşağıda olan Facebook düyməsini seçərək blogpostu Facebookda paylaşın ki, dostlarınız da yazılarımızdan xəbərdar olsunlar. Yox əgər Gəzəyənlərin yazılarından ilk xəbər tutmaq istəyirsinizsə aşağıda “abunə ol” bölməsinə mailinizi yazaraq düyməyə klikləyin. Hələlik bu qədər, növbəti yazılara qədər…Paylaşdı: Rizvan Aliyev

1042 dəfə oxunub

Strasburq bələdçisi - "Capitale de Noel"

Sizə biraz Strasburqdan danışım...Bəzən yaşadıqlarını nə sözlərlə, nə də təəccüblə ifadə edə bilirsən. Gözlərimizin gördüyü, zövqümüzün oxşadığı və nəticə də keçirdiyimiz hislər sanki sonsuz bir xoşbəxtlik alqoritmidir. Nəticədə ortaya çıxan harmoniya biz var olduğumuz müddətdə bizimlə həmişə yaşayır və hər zaman emosional bir pəncərə kimi həyatda neqativ olduğumuz zamanlarda açılaraq bizi "charge" edir. Strasburq da onlardan biridir...Hər şey təsadüfdən doğur. Strasburqla görüşüm plansız şəkildə sürətlə cərəyan etdi. Norveçdən qayıtdıqdan 20 gün sonra təsadüfən Wizzair'in Kutaisidən 20 AZN dəyərində təklif etdiyi bileti görübdə almamaq "vicdan əzabı" olardı :) Bu tip biletlərə qarşı çox həssasam nədənsə. Uçuş Fransanın Mulhouse şəhərinə idi, Strasburqa 115 km məsafə yerləşir. Həmçinin ən bəyəndiyim hava limanı olanı olan BaselMulhouseFeiburg (3 ölkəninin aeroportu) ilk tanışılığım idi. Bu aeroportun özəl cəhətlərindən biri də əlverişli tranzit mövqedə yerləşməsidir, Fransa torpağında yerləşsə də Almaniya və İsveçrənidə əhatə edir. Təsəvvür edin, hava limanından Basel şəhərinə məsafəs 7 km-dir, yəni piyada ????Strasburqda münasib qiymətə hostel demək olar ki, yox dərəcəsindədir. Buna görə də Couchsurfingə üz tutdum və qısa müddətdə yerli bir fransız tərəfindən təklifim qəbul edildi. Gecə saat 02:00 və biz (1 nəfər yoldaş) nəhayət Strasburqa qədəm qoyduq. Gecə şəhərin sükutunu kainatın ulduzları tərəfindən ifa olunurdu sanki. Nəhayət evi çətinliklə tapıb, gecələdik.Qeyd edim ki, Alsas əyalətinin paytaxtı sayılan bu şəhər təbiətlə harmoniya təşkil edən şəhərlər silsiləsindəndir, bal ayı etmək istəyənlər üçün münasibdir fikrimcə, romantik şəhər adlandırmaq olar. Əlavə olaraq, 1 saatlıq məsafələrdə yerləşən Colmar şəhərciyinə və Baden-Badenə yəni Almaniya ərazisinə də keçmək olar.Şəhərin mərkəzi hissəsi "Le petite France" (lö peti fxonse) kiçik Fransa deyilən hiss əsas turistik yerdir. İll çayının qucaqladığı bu möhtəşəm şəhər bir-birindən fərqli, rəngarəng pitoresk evləri, kanalları, körpüləri, dar küçələri və yerli məhsulların satıldığı saysız-hesabsız mağazalar dolu, 273.000 əhalisi olan sakit, firavan, oksigen dolu bir həyat tərzinə malik bir şəhər.Şəhərdə gəzərkən mütləq Motsartın Romanze əsərini dinləyin, o zaman şəhərin ruhunu daha yaxından hiss edəcəksiz. İlk üzləşdiyim St. Paul protestant kilsəsi uzaqdan tipik görünsə də, yaxından nəzər yetirdikdə, fərqli toxunuşlar adamı valeh edir. Kilsələri sevirəm, səfər etdiyim şəhərlərdə ilk olaraq muzeyləri və kilsələri ziyarət edirəm. Lakin bu dəbdəbəli tikilini necə sevməyəsən, çox qədimdə deyil, 129 yaşı var. Onun "gothic" arxitekturalı tərzi, qədimi xarakterli olması, incə naxışlarla nəhəng bir tərzdə təcəssüm olunmağı və əlavə olaraq qeyri-səlis rəngə malik olmağı insanın gözündən lap ruhunu oxşayır. Strasburqun qəlbində yerləşən, hər il 6 milyon turistin ziyarətinə gəldiyi, yaxşı 1000 ildən çox olan, Notr-Dam katolik kilsəsini tərif etməyə isə sözlər kifayət etməz. Viktor Huqo da kilsə haqqında fikrini "nəhəng və incə möcüzə" olaraq bildirmişdir. Əslində boşuna deməyib, çünki kilsənin özünə xas olan rəngli daşları çox qırılqan və incədir, dəfələrlə yenilənib, bərpa olunmuşdur. Həmçinin kilsəni ağlın tapınağıda adlandırırlar. Kilsəsinin içərisindəki astroloji saat Rönesans dövrünün rəssam, heykəltaraş və riyaziyyatçıları tərəfindən ərsəyə gətirilmişdir.Həmçinin onu da qeyd edim ki, şəhər 1949-cu ildən Avropa Birliyinə ev sahibliyi edir. Avropa Parlamenti və onun İnsan Haqqları məhkəməsi də burada yer almaqdadır. Buna görə də AB-nin Brüsseldən sonra 2-ci əsas məkanıdır. Avropa parlamentinin Brusseldən sonra 2-ci əsas görüş nöqtəsidir.Əgər yazını bəyəndinizsə aşağıda olan Facebook düyməsini seçərək blogpostu Facebookda paylaşın ki, dostlarınız da yazılarımızdan xəbərdar olsunlar. Yox əgər Gəzəyənlərin yazılarından ilk xəbər tutmaq istəyirsinizsə aşağıda “abunə ol” bölməsinə mailinizi yazaraq düyməyə klikləyin. Hələlik bu qədər, növbəti yazılara qədər…Paylaşdı: Royal Planck‎

2081 dəfə oxunub

Yaşamağa İsveçrə, gəzməyə Fransa

Bir az uzun olacaq amma mütləq oxuyun????France & Swedenİlk öncə ????Paris???? Ümumilikdə məni bura gəlməyimə peşman eləməyən şəhər. Hər məkanında tarix yazılan şəhər. Əlbətdə hər kəs kimi məni də cəlb eləyən birinci mənzərəsi "Eiffel Tower" ???? idi. Amma tək Eyfel qülləsi ilə möhtəşəm deyil bu şəhər. Luvr muzeyində "Mona Liza" ????əsərini görmək, Nortre-Dame kilsəsində axşam göstərilən şouda ən azı Eyfel qülləsini görmək qədər gözəl idi. Bura gəlib mütləq gediləsi yerlərdən biri də Parisin ən yüksək yeri olan Montmartre binası ????. Buradan möhtəşəm panarama açılır şəhərə. Bu abidəyə yaxınlaşmadan öncə isə ətəyində yerləşən "Mən Səni Sevirəm" yazısının 310 dildə yazılmış lövhəyə baxmalısız. Bizim kəlimə çox yuxarıda olmadığı üçün rahatlıqla şəkil çəkdirə bilərsiz????. Təbii ki, "Zəfər Tağı"nı unutmaq olmaz hec vaxt. Deyilənə görə Dünyanın ən uzun küçəsi sayılan bu küçədə bir tərəfdəki “Zəfər Tağı"dan digər tərəfdəki "Zəfər Tağı"na yorucu olsa da çətin deyil. Gələk gəzintidə ən çox növbə gözlədiyimiz (1saat 40 dəq)  "Versallies" sarayı. Bu sarayın digər saraylardan fərqi ondadır ki, yaradılışında hec bir dənədə olsun tualetin olmaması. Səbəb isə Kral və ziyalı ailəsi ürəkləri hara istəsə təbii ehtiyaclarını edə bilər ve bunu xadimələr təmizləməli idilər .Buna görədə illərlə saraydan iy əskik olmayıb. Zaman keçdikcə qoyulub tualet 4-5 ədəd əlbətdəki. Amma turistlik baxımından yalnızca bu sarayı deməzdim. Sarayın arxasında "in the Garden" var. Məncə bu sarayın özündən də möhtəşəmdir. Gəzməklə 1 saat 30 dəqiqəyə nəzərdə tutulmuş bu bağ bir sözlə "Möhtəşəmdir" ????. Gecə əyləncələri və diskoteka clubları da öz yerində.  Qeyd edim ki, mən layihə ilə getmişdim amma reklam xarakterli olmasın deyə adını yazmıram. Layihə bitdikdən sonra isə qrupdan 3 nəfərlə (2 qız, 1 mən) razılaşıb "Orsay" muzeyinə getdik. Bir sözlə "AMAZING PARİS" ???? İngilis dilində anlayışım olsa da, danışmaqda çətinlik çəkirdim və buna görə də çox aktiv biri olsam da sakit gəzirdim, amma buna baxmayaraq təşkilatdan çox sevdiyim gözəl dostluqlar qazandım əlbəttə məni də sevən oldu :) və o dostlarımı heç bir zaman unutmayacağam.2)Keçək Sweden-Stockholm???? Bu ölkədə isə təmtək gəzmişəm ???? Gəzintiyə başlamadan öncə Ali Isgandarov ve Firuz Nasirov dedikləri yerlərin siyahısın tutmuşdum. Hər ikisinə təşəkkür edirəm. ????İsveç ???? ümumilikdə məndə xoş təsurat yaradan ölkə. Ölkənin 70%-i ağaclardandır və 11 adanı birləşdirir. Milləti havası kimi soyuq olsa da, lazımi anda insana kömək eləməyi bacaran bir xalqdır. İsveçlilərin demək olar 100%-i ingiliscə bilir və hətta demək olar ingilislər kimi mükəmməl danışırlar. Bura avropanın ən az siqaret çəkilən ölkəsidi. Normalda sağlamlıqlarına düşkün olduqları üçün maşın yerinə velosipeddən çox istifadə edirlər. Amma bir o qədər də pivə düşkünüdülər. Qızlı oğlanlı hər kəs pivə içir, həm də yanında heçnə olmadan. Çox dəqiq xalqdır. Bunu avtobus, metro, tramvay, gəmi xətlərinin tam vaxtında gəlməsindən anlamaq olur. Qeyd edim ki, 1 həftəlik “Sel Kart” turist üçün mükəmməldir. Ümumilikdə 10 metro xətti saydım. Əlbətdə daha çoxdur amma rəng xətdi olaraq 10 rəngdi. Hamısında “information” işləyən işçilər var, turistlər üçün soruşub getməyə və adları da stansiyalarda qeyd olunub. Metro və avtobusları olduqca komfortludu. Avtobusları gecə də işləyir. Bəzi kommunal xərclər baha olsa da, ölkədə su pulsuzdur və su olduqca şirin içməli sudur. Hətta tualetə get ordan iç suyu. Ona görə ölkədə mağazadan su alan yoxdur demək olarki.Gəziləsi yerlərdən ən başda gələn, təbii ki, Wasa gəmi muzeyidir???? 1628-ci ildə Gustav Wasa tərəfindən tikdirilən Wasa gəmisi. O zamanların texnikasını nəzərdə tutsaq yaradılması hardasa mümkünsüz olan bu gəmi üzərində hər savaşçısı üçün məna daşıyan naxışlardan ibarətdir. Savaş üçün nəzərdə tutulan gəmi 1200 ton ağırlığında və 70 metr uzunluğunda gəmilərin ən güclüsü olacaqdı. Amma kral gəminin daşıya biləcəyindən dahada çox top olmasını istədi və gəmidə tarazlıq pozulduğu üçün gəmi savaşa girmədən sahildən uzaqlaşdıqdan 15 dəqiqə sonra batır. Gəminin 98% hissəsi original vəziyyətdə sudan çıxarılır, muzeyə yerləşdirilir və günümüzədək originallığını qoruyur. Hal hazırda İsveçin ən çox ziyarət edilən tarixi muzeyidir.????Daha sonra Gamla Stan. 13-cü əsrdə qurulan bu yer ən köhnə şəhəridir. Bizim Bakı Soveti kimi. Köhnə əsrlik çeşmələri ilə məşhur Gamla Stan. Turizmin mərkəzi. Skandinaviya dövləti ölkələr bölündükdən sonra Skandinaviyanın mərkəzi sayılır Gamla Stan ????. Tam yanında isə Nobel Muzeyi var. Alfred Nobel qaqamız öləndən sonra vəsiyyət edib ki, millətə xeyri toxunan hər bir icada görə həmən adama onun adına mukafat verilsin və öldüyündən bu günə kimi müxtəlif sahələrdə (Kimya,Fizika və s) verilir. Çox uzun-uzadı danışmayım artıq ????Ölkədə təbii ehtiyacların ödənməsi isə tam pulsuzdur və hər yerdə var, yanında velosiped sürənlərin təkəri doldurması üçün hava şlanqı da qoyulur. Burada istədiyiniz qədər türk var. Xüsusəndə Konya Kulu-ları. Amma bağışla məni turistlik baxımından Fransaya çata bilməzsən İsveç ????. Mən Fransa ilə müqayisədə yaşamaq üçün İsveçi, gəzmək üçün Fransanı seçərəm.Əgər yazını bəyəndinizsə aşağıda olan Facebook düyməsini seçərək blogpostu Facebookda paylaşın ki, dostlarınız da yazılarımızdan xəbərdar olsunlar. Yox əgər Gəzəyənlərin yazılarından ilk xəbər tutmaq istəyirsinizsə aşağıda “abunə ol” bölməsinə mailinizi yazaraq düyməyə klikləyin. Hələlik bu qədər, növbəti yazılara qədər…Paylaşdı: Cavid Isgenderli

2301 dəfə oxunub
Bizi izləyənlər siyahısına qoşulun!