679 dəfə oxunub

Amsterdamın məşhur kanalları

Qrupdakı Amsterdam fanatları üçün növbəti paylaşımı edim: bu dəfəki mövzumuz şəhərimizin məhşur kanallarıdı.

Amsterdamı kanallarına görə əsasən "Şimalın Venesiyası" adlandırırlar. Amma Amsterdamda kanalların sayı, məsafəsi Venesiyadan çoxdu: quruluş etibarilə Amsterdamın kanallarının uzunluğu təxminən 90 km edir. Şəhərin şimal bölgəsində isə əlavə olaraq adalar mövcuddu.

Ümumilikdə Amsterdam suyun üstündə tikilib. Xüsusilə kanala baxan qədim evlərin bünövrəsində dayaqlar taxtadandı. Buranıı gəlib gəzənlərin diqqətindən yayınmayıb yəqin: belə evlərin çoxunun sağa-sola əyri olması məhz bu səbəbdəndi.

36325622_10216550249494552_6628182428143845376_n

Kanal turu Amsterdam turizm biznesinin ən gəlirli sahələrindən biridi. Şəhərdə bu turları təşkil edən bir çox şirkət var. Hərəsinin öz qiyməti, fərqli qayıqları olur. Məsələn Pizza Cruise-lə kanal turu etsəniz 1.5 saat davam edən tur vaxtı sizin gəmidə pizza verilir (şəkildə var). Şəhəri yaxından tanımaq istəsəz kanal turunu məsəhət görürəm. 2 ildir bura təhsil üçün gələn əcnəbi tələbələrin introduction həftəsində coach kimi grupları gəmi ilə gəzdirməkdən bezmişəm.
Ona görə də bu qrupdan kim gəlsə turu təklif edib özüm qoşulmuram 

Turistlər üçün gəzməli yer olmaqdan əlavə, təəssüf ki kanallar həm də turistlərin qənimi sayılır. Belə ki, hansısa turistin itmək xəbəri yayılan kimi polis və dalğıclar hər şeydən öncə ilk kanalları yoxlayır. Və 99% itən turistlərin cəsədi bu kanallardan çıxır. Çox vaxt turistlər içkili, və Amsterdam olduğunu nəzərə alsaq hallı olduqları üçün kanallardan tualet kimi istifadə etmək istədikdə və ya kanala yaxın yerdə gəzdikdə müvazinətlərini itirib yıxılırlar. Alkoqollu bədən suda daha çox temperatur itirir deyə daha tez donurlar və hərəkət edə bilmirlər, beləcə batırlar. Ona görə də bu məsələdə diqqətli olmağınız arzuolunandı.

Kanallar eyni zamanda velosipedlə doludur. Amsterdam bələdiyyəsi hər il 1-2 dəfə böyük təmizliklə məşğul olur və kanallardan 10.000-dən çox velosiped çıxır hər dəfə  (şəkildə var)

36367170_10216550250014565_8734042388437139456_o

Və Amsterdam kanallarının daha bir (g)özəlliyi: şaxta olanda kanallar donur və xizək sürmək xəstəliyi genlərində olan Hollandlar kanalların üstü ilə sürüşürlər. Amma burda olduğum 15 il ərzində kanalların cəmi 2 qış tam donduğunun şahidi olmuşam.

36319054_10216550250814585_7529731990975676416_n

Enjoy the canals! 

Əgər yazını bəyəndinizsə aşağıda olan Facebook düyməsini seçərək blogpostu Facebookda paylaşın ki, dostlarınız da yazılarımızdan xəbərdar olsunlar. Yox əgər Gəzəyənlərin yazılarından ilk xəbər tutmaq istəyirsinizsə aşağıda “abunə ol” bölməsinə mailinizi yazaraq düyməyə klikləyin. Hələlik bu qədər, növbəti yazılara qədər…

Paylaşdı: Isa Yusibov

DİGƏR BLOQLAR

Alış-veriş cənnəti - Andorra

Andorradakı bütün otel, apartament və hostelləri bu linkdən book (bron) edə bilərsiz.Hola Chicas y Chicos . Postumun əvvəlində onu bildirmək istəyirəm ki, çalışacam ki "Ağıllı" sözlər və cümlələrdən az istifadə edim ki səmimi bir yazı olsun. 24.11.2017 Andorraya gəldim. Barcelona (El Prat) hava limanına endikdən 3,5 saatlıq uzun bir yoldan sonra. Ad günümdən iki sonra ) Bir tərəfdən vətən həsrəti bir tərəfdən yerləşim, təzə iş ortamına uyğunlaşmaq həyəcanı və tədirginliyi və ən esası da uzun müddətli bir səfər olduğundan ilk günlər elə də xoş təəssürat bağışlamadı.Andorra ???????? əhalisi təxminən 80000 olan bu balaca ölkə (knyazlıq) İspaniya və Fransa'nın ortasında dağların arasında yerləşir . ( Şengen vizası olan hər kəs Andorranı ziyarət edə bilər.1. Andorra Avropanın ən münasib ( € ) dağ -xizək kurortu sayıla bilər başqa bir üstünlüyü Avropanın ən günəşli xizək kurortu olmasıdır. Sürüşmə yolları ( mavi , qırmızı ve qara ) yeni başlamaq istəyənlər üçün və təcrübəli xizək sürənlər üçün ayrıdır . Xizək üzrə 2018 Avropa çempionatı, 2019 isə Dünya Çempionatı məhz Andorrada keçiriləcək .2. Shopping - Çox vaxtı Andorranı kiçik "Duty free" adlandırlar. Ərazisinin və əhalisinin o qədər də böyük olmamağına baxmayaraq Andorrada demək olar ki yox yoxdur. Shopping barəsində mən hər şey çox ucuzdu deməzdim. Əsasən də geyim- keçim. ayyaqabı demək olar ki İspaniya və Avropanın digər ölkələri ilə qiymətdə elə də fərqlənmir . Əsasən ətir, kosmetika və spirtli içkilər çox ucuzdu. ( 1 litrlik jack Daniels və ya Red Label endirim vaxtı 10-12 € almaq mümkündür və əlbəttə ki məşhur İspan və Fransız çaxırları 2-3 €-dan başlayan qiymətlər ilə) Həmçinin ətir və kosmetika da hətta duty free ilə müqayisədə daha ucuzdu. Ticarət mərkəzlərinin çoxu Andorra La Vellada yerləşir ( paytaxt , Avropanın ən yüksəklikdə yerləşən paytaxtı ). Alış verişdən söhbət düşmüşkən ərzaq və restoran qiymətləri haqqında da yazım. Ərzaq qiymətləri baha sayılmaz. Restoranlarda günün menyusu 10-12 € arasıdır .3. Tarixi yerlər Andorrada demək olar olar ki yoxdur ( Qədim Ordino şəhəri var, orda da diqqət çəkən elə bir bişey görmədim ). 200 km uzaqlıqda Fransa'nın Karkason şəhəri yerləşir ( qalalar şəhəridir, Robin Hood filmi bu şəhərdə çəkilib) Centre Termolúdic Caldea ( Masallıdakı isti suyumuzun yerin verməz ama bele pis deyil ???? )4. Andorranın öz ordusu yoxdur, Avropa birliyinə daxil deyil . Bəzi qanunları ciddi bir şəkildə Avropanın digər ölkələrindən fərqlənir . İçkili maşın sürmək olar 0,50 qədər ( yeni yarım şüşə çaxır içib sükan arxasına otura bilərsiz . Çox oldu cəza kəsirlər ( 150€ Çox təəssüf ki özümnən bilirəm). 0.85 çox olsa həbsxanaya düşürsən , Həbsxanadan söhbət düşmüşkən hal-hazırda 25 nəfər var içərdə . Ölkədə ağır cinayət hadisəsi demək olar ki yox səviyyəsindədir. Oğurluq, narkotik vasitələrindən istifadə və s. səbəblərdən içərdədirlər. Həbsxana demək olar ki hansısa bir 3 ulduzlu oteldən fərqlənmir. İdman kompleksi , hovuz , televizor var . Telefon və internetdən istifadə edə bilmirsən. Yeməkləri bəyənmirsənsə çöldən özünə yemək sifariş edə bilirsən. Andorrada vətəndaşlıq almaq mümkünsüz kimi bir şeydi 20 il bu ölkədə yaşamalısan. İnsanları çox mehribandı , ana dil Katalan dilidir İspan və Fransız dillərində başa düşən və danışanda çoxdur. Və ən əsas Andorranın ən gözəl yerlərindən sayılan bir yer daha var ki onu yazmıyacam . Mart ayının sonuna qədər Andorraya yolu düşən olsa şəxsən özüm göstərərəm ))Əgər yazını bəyəndinizsə aşağıda olan Facebook düyməsini seçərək blogpostu Facebookda paylaşın ki, dostlarınız da yazılarımızdan xəbərdar olsunlar. Yox əgər Gəzəyənlərin yazılarından ilk xəbər tutmaq istəyirsinizsə aşağıda “abunə ol” bölməsinə mailinizi yazaraq düyməyə klikləyin. Hələlik bu qədər, növbəti yazılara qədər…Paylaşdı: Cavid Bayramov

960 dəfə oxunub

Atlantik okeanının incisi - Kanar adaları

Hər kəsə yenidən salamlar! Kiribati ada ölkəsinə gedə bilməsəm də 1 həftəlik dünyanın bu biri başına, Atlantik okeanındakı KANAR adalarına getmək şansım oldu. Təcrübələrimi bölüşüm bəlkə getmək istəyənlərə faydalı məlumat olar.Əvvəlcə bilməyənlər üçün deyimki Kanar adaları İspaniyaya məxsus Afrikanın qərbində, Atlantik okeanında yerləşən 7 adadan ibarətdir. Dünya üçün okeanın ortasında sadəcə kiçik nöqtələrdən ibarət olsa da, yaxın tarixə qədər yetərincə müharibə görmüş yerdir.Biz sadəcə "low cost" gediş gəlişin rahat olduğu, ən böyük ada olan Tenerifeyə gedə bildik. Adada ortalama 1 milyon adam yaşayır. Məncə az deyil. Bakıdan uçuşlarla bağlı məlumatım yoxdur ama qiymət bir qırağa 1-2 stopla 10 saatdan çox vaxt tələb edir.Uçuş biletləri və otel rezervasiyasını 6 ay öncədən etdiyimiz üçün xərcləri aşağı tuta bildik.Çox yerə olduğu kimi Kanar adalarına da Ryanairin "low cost" uçuşları var:Frankfurt-Tenerife-Frankfurt - 2 nəfər 262 Euro - 6 euro əlavə 10KG handbagage.    Plan bütün adanı gəzmək idi və kirayə maşın götürdüyümüz üçün oteli mərkəzdən, Los Americasdan 25km kənardan, Okeanın sahilindən tutmuşduq. İki nəfər üçün 3 ulduzlu otel səhər yeməyi daxil, okean mənzərəli 7 gün üçün 356 euro.   Los Americasda isə demək olar hər şey bir aradadır. Sudan çıxıb elə qurumamış bir başa brand mağazalara ya daki restoranlara girə bilirsiniz. Sadəcə bir həftə ordakı çimərliklərdə vaxt keçirməyə də dəyər.Maşın kirayəsi də ucuz idi. 7 gün üçün 70 euro və əlavə 30-35 euro benzin (təxmini 450 km sürdük). Bir də yerli, milli "Bar-Baku" gördük. Adada rus turistlər çox olduğu üçün Bar biraz onlara uyğun xidmət göstərir, hansı ki, məncə doğrudur, ama yenə də azərbaycanca menu var idi və gözəl milli yeməklər. Bir şey varki, "google map"də bar haqqında çoxluq "gözəl kiçik rus barı" kimi rəy yazır.    Ümumi desək iki nəfər üçün uçuş+otel+maşın kirayəsi birgə təxmini 730 Euro. Əlavə gözə çarpası xərcləriniz okeanda tur və Aquaparklaradı. Siam Park və Lora Park dünyanın ən böyük Aquaparklarındandır. Hər birində azı 6-7 saat keçirirsən və yenədə tam gəzib bitirə bilmirsən.   Görməli yerlər adanın müxtəlif yerlərində olduğu üçün yaxşıdır ki, maşın götürəsiniz.Yeni bahalı otel reserv etməyə dəyməz, çünki onsuz gününüz çimərliklərdə və parklarda keçir. Əgər yazını bəyəndinizsə aşağıda olan Facebook düyməsini seçərək blogpostu Facebookda paylaşın ki, dostlarınız da yazılarımızdan xəbərdar olsunlar. Yox əgər Gəzəyənlərin yazılarından ilk xəbər tutmaq istəyirsinizsə aşağıda “abunə ol” bölməsinə mailinizi yazaraq düyməyə klikləyin. Hələlik bu qədər, növbəti yazılara qədər…  Paylaşdı: Rashad Bakirov          

1540 dəfə oxunub

Şərqin parıltısı və yoxsulluğunun birləşdiyi şəhər - Qahirə

Qahirədəki bütün otel, apartament və hostelləri bu linkdən book (bron) edə bilərsiz.Qahirə - dünyanın ən qədim dörd şəhərindən biri, heç vaxt yatmayan, minilləri adlayan daima canlı bir şəhər. Milyonçular və dilənçilər vətəni, Qərbin və Şərqin birləşdiyi bir yer. Bunların hamısına mən birini də əlavə edərdim – siqnallar şəhəri. Qahirə sürücüləri ayrıca bir mövzudur. Bizim avtomobilçilərin sürücülük vəsiqəsini almazdan evvəl musiqi məktəbini bitirməsini bilirdim. Misirlilər isə əməlli başlı konservatoriya məzunları imişlər, elə bil bütün şəhərdə siqnalizasiya qoşulub. Heyif ki, bu xüsusi effektləri yazı ilə çatdırmaq qabiliyyətinə malik deyiləm. İşıqfora da demək olar ki, fikir verən yoxdur. Yol keçmək üçün əlini qabağa uzadıb maşını saxlatmaq kifayətdir. Yol nəqliyyat hadisəsi adi haldır, salamat maşına çox nadir hallarda rast gəlmək mümkündür. Qəza baş verəndə heç özlərinə əziyyət verib maşından da enmirlər, elə pəncərəni azca aşağı salıb gülümsəyirlər və yollarını davam etdirirlər növbəti qurbana qədər.Müasir Misirin paytaxtı demək olar ki, elə Sfinksdən başlayır. Qahirə müasir göydələnlərdən ibarət məhəllələrin, qədimi iqamətgahların, şərq bazarlarının və hələ kifayət sayda olan köhnə əyri küçələrin qarışıqlığından ibarət bir şəhərdir. “Şərqin parıltısı və yoxsulluğu” (блеск и нищета Востока) məfumunun nə olduğununa bu şəhərdə cavab tapırsan. Bir sözlə, Qahirə qədim keçmişin canlı tarixidir. Misir əhalisinin dörddə biri – 16 milyonu ölkənin paytaxtında yaşayır. Çoxsaylı göydələnləri ilə səmaya yüksələn şəhərin dizayn müxtəlifliyini qədim abidələr təşkil edir. Qahirə gözəl və əzəmətli Nildir, onun körpu və şərqsayağı bulvarları ilə və Qərbi təzahür edən brend otelləri ilə. Bu şəhərin küçə və rayonları oxşar deyil fərqlilik hər addımda özünü göstərir. Bilmirsən bu küçələrdə daha çox nədir – mağazalar, məhsullar, restoranlar yoxsa sadəcə təəssüratlar. Və, nəhayət, Qahirə indi bizdə çox dəbdə olan əsl multikulturalizm, dini azadlıq məkanıdır. Qədim dövrlərdən bu şəhərdə İslamın bir neçə qolunun və katolik və pravoslav xristianlığıqın mövcudluğu dediklərimi sübut edir. Əhalinin əksəriyyəti əlbəttə ki, müsəlmandır.Mənim üçün bu şəhər İslam dünyasının ən önəmli bir ismi, yenilməz sərkərdəsi Salah Ad-Dinin ləqəbi ilə tanınan Yusuf ibn Əyyub adı ilə də bağlıdır. Üçüncü nəsildə muzdlu əsgər olan Salah Ad-Din onun bioqraflarının sözlərinə görə Evklid və Alqamestin suallarına cavab verəcək qədər bilikli olub, riyaziyyat və islam hüququnu gözəl bilirdi, Abu Təmmasın on tomluq ərəb şairlərinin şeirləri toplusu olan Kitabi Al-Xamasanı əzbərdən söyləyirdi. Səlibçilərin qatı düşməni olan Salah Ad-Din öz cəsarəti və düşmana qarşı olan alicənablığı ilə xristian Avropasında böyük hörmətə malik idi. Səlibçilərin başçılarından biri olan İngiltərə kralı birinci Riçard onu özünə dost sayırdı, baxmayaraq ki, həyatda cəmi bir dəfə görüşmüşdülər. Şərqin tarixində Salah Ad-Din Qərbin işğalının qarşısını alan, islam qüvvələrini Qərbə yönəldən və müxtəlif islam güclərini birləşdirən, öz şəxsiyyətində İslamın yüksək ideallarını və keramətini təcəssüm edən fateh kimi qaldı. Elə Salah Ad-Dinə olan məhəbbətim Qahirədə ilk turizm obyekti seçimində öz rolunu oynadı – şəhərin vizit kartı olan islam özəyinin məskəni 1176-cı ildə dahi sərkərdənin dövründə inşa olunan Salah Ad-Din qalası.Şəhərin mərkəzi kvartallarından cənub şərqdə yerləşən qaladan bizim vaxtlara salamat çatan yalnız cənub və şərq xarici divarlarıdır. Əsas meydana iki yol aparır. Soldan - Sultan Al-Nasr məscidi, düz – 1857-ci ildə tamamilə misir alebastrından tikilən Muhammed Ali məscidi. Məscidin içərisində girişdən sağda Misiri birləşdirən Muhammed Alinin qəbri yerləşir. Məhs o, 1 mart 1811-ci ildə bu qalaya ölkənin 480 qəbilə başçılarını dəvət edib hamısını elə buradaca öldürərək Misirdə illərlə davam edən qardaş qırğınlarına son qoyur. Qala şəhərin ən yüksək nöqtəsində yerləşdiyindən buradan Qahirəyə gözəl mənzərə açılır. Qərb divarından min ildən çox tarixləri olan Sultan Hasan və İbn Tulun məscidləri görsənir. Daha uzaqda köhnə şəhəri, lap aralıda isə Qiza və Sakkaranın ehramlarını görmək olur.Qaladan çıxarkən oğlum blokpostda dayanan polislərlə şəkil çəkdirmək istədi. Bu istəyimizi polislərə bildirdikdə onlardan biri gedib komandirlərini çağırdı. O isə çox mədəni şəkildə fotonu sosial şəbəkələrdə biz tərəfdən yayılması mümkünlüyünü bildirərək bu ideyanı elə kökündəcə boğdu. Başa düşdüm ki, bu polislərin üzlərinin tanınmasından doğan narahatlıqdır. Onu da deyim ki, blokpostlar yalnız Qahirədə deyil, Misirin bütün şəhərlərində var. Ən vahiməlisi isə Qahirə Milli Muzeyinin girişində - altı ədəd hərbi zirehli maşın və onların önündə betonun üstündə quraşdırılmış pulemyotun arxasında üzü bizə tərəf hazır vəziyyətdə dayanan pulemyotçu. Bir sözlə muzeyə daxil olmazdan əvvəl adrenalın qəbul etmiş olursan.1858-ci ildə fransız misirşünas Auguste Mariette tərəfindən təsis edilən və Qahirənin qüruru sayılan bu muzey qədim Misir dünyasının ən zəngin kolleksiyasına malikdir. Qahirə muzeyinə tezdən gəlmək məsləhətdir ki, muzey açılan kimi ora daxil olasınız və tez qalxıb ikinci mərtəbədə saxlanılan Tutanhamonun qızıl maskasına baxasiniz. Birazdan bu otağın qarşısında növbə yaranacaq. Buranı gəzdikdən sonra isə rahat şəkildə muzeyin qalan hissələrinə baxmaq olar. Qədim ehramlar ölkəsinin bütün tarixi göz önündə - Qizada qazıntılar vaxtı tapılmış Hefrenin heykəli, Sakkarada tapılmış Cossserin heykəli, fironların heykəlləri.... Məşhur Nefertitinin həyat yoldaşı olan Exnatonun epoxasına ayrıca zal həsr edilib. Bu zalda fironun Karnakdan gətirilmiş nəhəng heykəli və dünyaca məşhur olan və şüşə arxasında saxlanılan Nefertitinin heykəli və s.İnqilabdan sonra məşhurlaşan Təhrir meydanı Muzeyin yanında yerləşir. Bizim uşaqlar üçün isə bu meydana marağın səbəbi burada yerləşən KFC idi. Uşaqlarla sürücü qidalanana qədər Təhriri o başdan bu başa gəzib burada yaşananları təsvir etməyə çalışdıq və təbii ki, nətəri lazımdı “selfiləşdik”.Köhnə şəhərin qalın divarları arxasında kopt (xristian) Qahirəsi yerləşir. Xristianlıq Misirdə hələ III-cü əsrdə islamdan çox əvvəl yayılıb. Əvvəl onunla Nilin qədim Allahlarına itayət edənlər vuruşur, sonra isə Ərəb yarımadasından gələn İslam. Amma bunlara baxmayaraq Misir xristianları özlərini və dinlərini qoruya bildilər. Burada olarkən öyrəndim ki, Misir xristianlarının sol biləklərində romb formasında xüsusi tatuları var. Mənasını öyrənə bilməsəm də, təxmin etdiyimə görə çətin ki, bu onların rəssamlığa meyllilikləri ilə izah olunsun. Ən qədim abidələri isə IV-cü əsrdə müqəddəs Məryəmin adına ucaldılmış El Mulakka asma kilsəsidir. Nilin sahilində yerləşən Babil qəsrinin cənub darvazaları üzərində inşa edilən bu məbəd sanki suyun üstündə dayanıb.Qahirə deyəndə həm də Fatemilər tərəfindən 988-ci ildə inşa olunmuş və Məhəmməd peyğəmbərin (s) qızı Fatimeyi Zəhranın adını daşıyan Al-Ashar universiteti yada düşür. Bu məscid Fatemilərin rəsmi məscidı sayılırdı. 975-ci ildən məsciddə şiyəliyin əsasları tədris olunmağa başlayır. Fatemilərin süqutundan sonra Al-Ashar əvvəlki önəmliyini itirir və sıravi sünni məscidi səviyyəsinə endirilir. Bu təhsil ocağının kitabxanasında olan 2 mln yaxın kitab isə satılr ya da dağıdılır...Müasir Al-Ashar Misirin konstitusiyasında adı çəkilən bir brendə çevrilib. İndiki Al-Ashar bütün ərəb şərqində ən böyük universitet sayılır.Universitetdən yolumuzu saldıq Qahirənin ən maraqlı bir yerinə - Xan El-Xəlili. Uşaqlıqdan eşitdiyim Şərq nağılı bura imiş. 700 il əvvəl Sultan Əl-Əşrəf tərəfindən yaradılan bu bazarın ucu bucağı bilinmir. Təsəvvür edin ki, bazarın altı girişi və on iki “muxtar vilayəti” var. Misirdə istehsal olunan və Misirə müxtəlif yollarla gətirilən istənilən malı burada tapa bilərsiniz. Yaxşı bazarlaşsan bu bazardan uçan xalça və ya Ələddinin sehrli çırağınının xoşbəxt sahibi kimi də ayrılarsan. Buranı saatlarla gəzib və heçnə almaya da bilərsən, məsələn bizim kimi. Adam əlindən tərpənmək mümkün deyil, satıcıların qışqırıq səsləri isə insanın lap beyninə işləyir.Elə gəzintimiz başa çatırdı ki, sürücümüzün yadına bir maraqlı fakt düşdü. Düzünü deyim, səfərdən əvvəl bu haqda heç məlumatım yox idi, sən demə Qahirədə Ər-Rifahi məscidində İran şahı Rza Pəhləvinin qəbri yerləşirmiş. Gedib onu da ziyarət edib missiyamızı bitmiş hesab etdik.Qahirədə adını çəkmədiyim digər də çox maraqlı tarixi tikililər və yerlər var, saymaqla bitmir. Və onu da deyim ki, Qahirə, umumiyyətlə Misir, olduğum ölkələr arasında yeganə yerdir ki, adamı özünə çəkir. Yenə də imkan düşsəydi böyük məmnuniyyətlə gedib bu ölkəni qarış qarış gəzərdim. Bəlkə də buna səbəb ucuz nəqliyyatdır – günü 20 dollara taksi sürücüsü sizi gün doğandan batana qədər gəzdirir. Günəş isə buralarda çoooox gec batır. Paylaşdı: Matin Rahimli

2801 dəfə oxunub

Misirdə möhtəşəm 10 gün

Hər kəsi salamlayıram. Sizlərlə Misir haqqında təcrübələrimi bölüşmək istəyirəm. İlk olaraq vizadan başlamaq istəyirəm. Misir vizası həyatımda aldığım ən asan viza oldu. Şarm El Şeyxə gedirsinizsə əgər viza filan almayın, özünüzü boşuna yormayın. Hava limanında 25 dollara 5 dəqiqəyə həll edilir. Gediş dönüş biletimi 20 kg çemodanla 1100 lirəyə aldım. İstanbul-Şarm, Hurghada-İstanbul. Keçək bir-bir şəhərlərə:Şarm El Şeyx (Sharm El Sheikh)İlk ölkəyə girdikdən bu yana gülərüz insanlarla qarşılaşdım. Və taksi ilə otelimə getdim (ortalama 10-12 dollar). Qalacaq yer olaraq Naama Bay rayonunu seçin məncə. Mən Naama Blue otelində qaldım. 3 ulduzlu otel idi. Otağım geniş və hovuz mənzərəli idi. Birbaşa plaja çıxışı yox idi. Əgər balayına getmirsinizsə və münasib qiymətə otel axtarırsınızsa Naama Blue is the best (14 dollar bir gecesi). 3 gün 3 gecəlik turumun ilk günü Aynur Daniz xanımla dalış etdim. Çıxan xərcim 40 dollar. Mənim üçün inanılmaz və unudulmaz ilk oldu. Qırmızı dəniz tək sözlə möhtəşəm idi və yanvarın ortası olmasına baxmayaraq su ilıq idi. Axşam yerli insanlarla görüşüb Old Town’a getdik. Old Town’da o məhşur Məsçidi görə bilərsiniz. Sim card mütləq alın. Mən 8 dollar verib Orange aldım hər yerdə tuturdu, içində 16 gb və 200 dəqiqə var idi. Və çalışın yerli insanlarla gedin hər yerə. Misirdə dostlarınız varsa kefdəsiniz deyə bilərəm????. Çox qonaqpərvər və yardımsevərdilər (dostlarım????). İkinci gün yenə Aynur xanımın təşkil etdiyi turla Safari Turuna çıxdım (15 dollar). Oteldən alıb otelə bıraxmağı unutmuşdu sürücü ????. Bir də baxıram ki hamını otelinə qoyub başqa istiqamətə gedir. Dedim aloooo heeyyy məni unutdun????????. Nə isə sonra apardı sağolsun. Safari Turunu çooooox sevdim. Şarmda əlavə gediləcək görüləcək yerlər isə: Soho Square (hər gün canlı ifalar və belly dance show olur), Naama Bay, El Hadaba, bir də Mütləq amma Mütləq Farsha Kafesinə gediiinnnn. Şarmdan Qahirəyə #GoBus ilə 200-250 pounda istənilən saatda gedə bilərsiniz. Təxmini 7-8 saat çəkir. Wataniada mindim El Tahrir Square’de endim. Avtobus çoooox soyuq olur????. Ayaqlarım dondu. Keçdik Qahirəyə.Qahirə (Cairo)Qahirədə 4 gün qaldım. Şəhər haqqında təəssüratlarım: Hər kəs hər yerdə ????. Yol hərəkəti qaydaları 0. Heç kim yola baxmır heç kim yaşıl, qırmızı işığa baxmır. Qısaca: Bərbad????. Heyif o Piramidalardan. Çox köhnə şəhərdir, hər yer tozlu və kirli. Prezidentin malikanəsinin olduğu rayon istisna olmaqla. Bir Malikanəsi var ki pəəəəh. Qahirədə gediləcək bir neçə yer:1) Piramidalaaaaar. Sadəcə girişə 200 pound verdim. Tələbəyə 100 pound. Piramidaların içinə əziyyət çəkib girməyin, çox isti və bomboşdur. Üstəgəl giriş və çıxış çətin və içərisi çox istidir. Özümü qəbrdə hiss etdim bir anlıq. Dəvə turuna 50 pound verdim.2) Misir Muzeyiiii (ora gedirsinizsə mütləq mumiyaların otağına bilet alıb girin. Video çəkmək qadağandır amma mən çəkdim????, sizin üçün????. Girişdə tələbəyəm deyib 100 pound verdim. Amma tələbə deyiləm ????. Normal bilet qiyməti 200 pound. Mumiyaların otağına isə Misirli adı ilə 40 pounda bilet alıb getdim. Başdan ayağa «Нарушение».3) Cairo Citadel, Khan El Khalili, Hassan Hossein, Mohammed Ali Mosque. Qahirədə çox qonaqpərvər dostlarım məni 4 gün qonaq etdilər.İskəndəriyyə (Akexandia)İskəndəriyyə çoooooox şirin bir şəhərdir. Bir günümü orda keçirtdim və çoox sevdim. Orda əsas görüləcək yerlərdən biri Alexandria Library’dir. Yenə Misirli kimi 5 pound verib girdim. Ondan sonra getdim Citadel of Quitbay’a. Ora mütləq gedin. İçinə də girin. Mənzərəsi çox gözəldir. İskəndəriyyə fənərinə gedə bilmədim????????. Amma Montaza Palace’a getdim və oranı da çox sevdim. Getdiyim hər yerdən şəkillər paylaşmışam aşağıda. Qahirə İskəndəriyyə arası məsafə ortalama 3-3.5 saatdır.Aswan ????Öncəliklə deyim ki Aswan’a gedə bilmədim. Çünki qatar biletlərini bir həftə öncədən almaq lazım imiş. Getmək istəyirsinizsə son günə saxlamayın bileti. Avtobus ilə getməyə çalışmayın-İşgəncədir.LuxorKeçdik tarix dolu Luksora. Ora da avtobusla getdim (10 saat) çatana kimi öldüm (200 pound). Amma bileti bir az tez alsanız qatarla daha rahat və ucuza gedə bilərsiniz. 109 pound normal qatar, yataqlı isə 80 dollar. Yatağı boş verin????. Luxorda bir nəfər tapdım sağolsun çox köməyi dəydi. İstəsəniz sizə də həmin adamın nömrəsini verərəm. Məni avtobus dayanacağından ???? ilə aldı və gün boyu mənə rəhbərlik etdi. İlk öncə qayığı ilə Nil çayının obiri tərəfinə keçdik, Valley of Kings, Valley of Queens, Temple of Hatshepsut hamısı ordadır. Ordan taksi ilə öncə Krallar vadisinə getdik (10 pound ödədim, amma normalda 240 pounddu), əgər Tutankhamunu görmək istəyirsinizsə girişdə öncədən bilet alın. Sonra ora çatanda bilet almaq olmur. Krallar Vadisindən sonra Temple of Hatshepsut’a getdik taksi ilə, ora da 5 pound ödədim, normalda 140 pounddur. Ordan yenə qayıq ilə keçdik bu tərəfə. Getdik Karnak Temple’a. Ora da 100 pound verdim tələbə adı ilə. Amma siz tələbə deyilsinizsə heç o riskə girməyin, mənim yanımda Misirli olduğu üçün türklər demiş bu seferlik yırttım????????????. Normal giriş 200 pounddur. Ora da mütləq gedin. Bütün bu bir günlük tur üçün cəmi 250 pound verdim (Heçnə Havayı????) Luxorda Bob Marley Peace Hosteldə qaldım, supper pupper, hələ səhər yeməyi möhtəşəəəəm:). Private otaqda qaldım 12 dollara. Shared 9 dollar. GoBus və Qatar stansiyasina çox yaxındır.HurghadaSon olaraq Hurghada’ya getdim avtobusla 5-6 saat, 140 pound). Misirin ən gözəl şəhərlərindən biridir????. Diving üçün də əladır. Delfin Akula hər şey görə bilərsiniz. Orda da bir gün keçirdib gecə qayıtdım İstanbula. Hurghada Havalimanında çanta çemodan hər şeyi açıb baxdılar. Heydər Əliyev Havalimanını çox xatırlatdı mənə. İnsan az idi və gəşəng aeroport idi. Amma bizimki kimi pulsuz wifi və xalça yox idi????.Bu qədər vəssalam şüt tamam.Əgər yazını bəyəndinizsə aşağıda olan Facebook düyməsini seçərək blogpostu Facebookda paylaşın ki, dostlarınız da yazılarımızdan xəbərdar olsunlar. Yox əgər Gəzəyənlərin yazılarından ilk xəbər tutmaq istəyirsinizsə aşağıda “abunə ol” bölməsinə mailinizi yazaraq düyməyə klikləyin. Hələlik bu qədər, növbəti yazılara qədər…Paylaşdı: Afshan Babazade

1960 dəfə oxunub
Bizi izləyənlər siyahısına qoşulun!