4330 dəfə oxunub

6 şəhəri ilə Misir bələdçisi

Qahirədəki bütün otel, apartament və hostelləri bu linkdən (bron) edə bilərsiz.

???????? Bugün sizə söz verdiyim kimi Misirə səyahət öncəsində və sırasında işinizə yararlı ola biləcək bir neçə məlumat vermək istəyirəm.68595738_1580298775434044_6038766456747851776_o

Misir bildiyiniz kimi çox isti ölkədi, özünüzlə termos, günəş kremi ,power bank kimi önəmli şeyləri götürün. Termos sayəsində marketdən aldığınız su tur boyunca sərin qalacaq. Su marketlerde ortalama 5 funtdu (3-10 arası da dəyişə bilir).
Turları yol kenarlarında olan acentalardan alın. Hır hansı bir turu 50$ dan 25$ a qədər endirtə bilərsiz.Əsasən rus və ingilis dillərində olur.
Suvenirlerin qiyməti 3-5 , magnitlər 5-10 funtdan başlayır. Amma qiymətlərini 2-3 dəfə (bəzi yerlərdə 5-6 dəfə) baha yazırlar.
Hotellər çox da bahalı deyil. Ulduzlarına aldanmayın, çoxvaxt pul qarşılığında alırlar. Qiymətləri booking.dən daha ucuz ola bilir.

Viza

Azərbaycan vətəndaşları üçün Misirə viza lazımdır. Təkcə Sinai yarımadasına viza gərəkmir ( yarımadada Şarm əl Şeyx ən çox tərcih edilən turizm şəhəridir)

1️. Vizanı səfirlikdən 2-3 gün içərisində əldə edə bilərsiz ( Ünvan: Həsən Əliyev, 7, Bakı, Nəsimi, AZ1078 ,Telefon: (+994 12) 498-79-06.

2️. Vizanı Şarm əl Şeyx aeroportunda əldə edə bilərsiz. Bunun üçün migrasiya blankını şəkildə göstərildiyi kimi doldurun. Blankı təyyarədə vəya hava limanından əldə edə bilərsiz. Mütləq özünüzlə qələm götürün. Daha sonra sol tərəfdə kiçik banka pəncərəsi görəcəksiz , ora 25$ rüsum ödəyərək vizanı alın( mütləq dollar vəya pound ayırın, dollar məsləhətlidi). Nakleyka kimi birşeydi, onu pasportunuzun bir səhifəsinə düzgün şəkildə yapışdırın. Migrasyon talonu ile bərabər kontrola gedin. Vəssalam, sizə Misirin hər yerinə yaşıl işıq bundan sonrası.

68782071_1580299545433967_6355335761557979136_o

3️. 24 saat sonra Qeydiyyat lazımdı deyəcəklər, yoxsa cəza ödəyəcəksiniz -inanmayın. Sadəcə 7 gündən çox qalsanız lazım olur.

Nəqliyyat vasitələri

1️. Təyyarə bileti

https://www.skyscanner.net/

https://www.google.com/flights/

Mütləq bu saytlara baxın , "online ala bilmərəm , anlamıram "deyə tərəddüd etməyin. Burdan alınan biletlər Çox sərfəlidir. Məsələn mən Şarmdan Qahirəyə uçuşa 3-4 saat qala bilet aldım cəmi 49 $ , amma kassada 100$ idi miminal qiymət.

Azərbaycandan səhv etmirəmsə charter reysi Kazaxıstanın SCAT airlines şirkəti tərəfindən həyata keçirilir.

2️. Avtobus

- Misirdə şəhəriçi avtobuslar , (dolmuşlar)mikroavtobuslar ortalama 2-7 pound arası dəyişir.Şarm əl Şeyxdə şəhər içi mikrobuslar hər 2-3 dəq var. Məsələn Qahirədəsizsə və Piramidalara özünüz getmək istəyirsizsə 2 axtarma ilə gedə bilərsiz. ( Qahirə- Giza 4 funt, Giza- Harem 3 funt)

69263718_1580299085434013_8224035289987809280_o

- Ölkədaxili bir neçə şirkət var; Elnagem Jet, Blue Bus, Go Bus, Super Jet və s. Mən Go Bus istifadə edirdim, həm mobil uygulaması var, biletinizi ofislərindən vəya online əldə edə bilərsiz .Çox rahat kondisionerli avtobuslardı. Məsləhətdir.
- İOS : https://appsto.re/eg/9Rpb2.i
- Android : https://play.google.com/store/apps/details…

3️. Metro

Metro paytaxt Qahirədə ən vacib nəqliyyat vasitələrindən biri sayılır. Toplamda 3 xətdən ibarətdir. Metroları mən deyərdim ki ən rahat nəqliyyat vasitəsidir həqiqətəndə, çünki kondisionerlidi , bu da Misir kimi isti ölkədə cənnət kimidi ???? Metro kartı almağınıza dəyməz əgər orda uzun müddət qalmayacaqsızsa, çünki bahalıdır. Onun yerinə tək gedişlik biletlər alın , qiyməti stansiya sayına görə 3-10 funt arası dəyişkənlik göstərə bilir.

4️. Taksi

Əgər turla getməmisizsə daha çox taksiyə ehtiyac duyacağınızı düşünürəm. Heç də sizi qorxutmasın ???? Çünki burada taksilər çox çox ucuzdu. Yaxın yerlərə 10-20 funt arası gedə bilirsiz. Əgər gedəcəyiniz yer biraz uzaq sayılarsa o zaman ən sərfəli bildiyim taksi şirkəti Careem-dir, ondan sonra Uber.
Careem taksi xidmətində mobil uygulamaya diqqət yetirsəniz görərsiniz ki kampaniyalar mövcüddur. Məsələn 49 funt hesabınıza yükləsəniz, sonrakı 2 gün ərzində istifadə edəcəyiniz 5 taksi xidmətinin hər birinə görə 30% endirim alacaqsınız kimi kimi.. Misir nömrəniz olmalıdı amma. Aşağıdakı linkdən endirmə eliyə bilərsiniz
https://www.careem.com/en-ae/

*** Şarm əl Şeyxdə işləmir

5️. Qatar

Misirdə qatar məsləhət görmürəm heç ???? Çünki turistlər üçün aşırı bahalıdı. Yatılı və oturaq , hətta onlar da klass’-larına görə qiymət dəyişkənliyi göstərə bilir. Əlavə məlumat və qatar reyslərinin saat, qiymətləri üçün aşağıdakı linkə keçid edə bilərsiniz:
https://enr.gov.eg/ticketing/public/login.jsf

6️⃣ Fayton & Dəvə & At ( Qahirə)

Əgər Gizada Piramidaları piyada yox məhz Faytonla gəzmək istəyirsizsə saatı (bax unutmayın ha Saat başı işləyirlər) 100 funtdan razılaşa bilərsiz. Əslində sizə qalıb bəlkə daha ucuza danışarsız ????
Dəvəyə də standart qiymət yoxdu , öncədən qiymət danışa bilsəz daha məsləhətdi.
Atlarla da yürüyüş vardı , amma qiymətini bilmirəm , dedikləri qiymətlə heçvaxt razılaşmayın. Əllərindən gəldiyi qədər çox istəməyə çalışacaqlar.

Mobil Operatorlar

Yeni sim kartınızı elə hava limanından ala bilərsiz. Çalışın tək internet paketi olan nömrə almayın, çünki taksi, avtobus , tur və s. Kimi bir çox servis xidmət və qeydiyyat zamanı Misir nömrəsi tələb oluna bilir. Mən bildiyim operatorlar isə aşağıdakı şəkildədir.

69327400_1580299338767321_1935056936361787392_o

1️⃣ Orange Egypt (Mobinil, ECMS)

2️⃣ Vodafone Egypt.
Deyəsən ən bahalısı vodafone’dur. Amma keyfiyyətiylə düz mütənasib olub olmamasını istifadə eliyənlər deyə bilər.

3️⃣ Etisalat Misr.
Mən rastgələ Etisalat simkartı aldım. 10$ a - 18 GB internet + 300 dəq. danışıq. 4G həryerdə tutmur. Ümumi götürəndə işimi gördü.

4️⃣ Telecom Egypt.
Ən ucuzu Telecom olmalıdı.

Pul vahidi - Exchange

1️⃣ Nəğd olaraq Amerikan Dolları götürün özünüzlə. Mümkünsə 100-lük əskinaslarda deyildə ; 5$, 10$ , 20$ əskinaslar şəklində.

2️⃣ Bank kartları da çox yerdə demək olar ki keçir. Taksi, avtobus, təyyarə biletləri booking eləmək üçün “confirmation sms” istəyə bilər. Ona görə ölkədən çıxmadan bankınızda qeydiyyatda olan nömrənin roamingini ölkədən çıxmadan öncə aktiv hala gətirməyi unutmayın.

3️⃣ Əsas məsələ , EXCHANGE məsələsi , nəbadə “sağda solda” change eləməyə çalışasız. Sizdən komisyon yox deyib komisyon da kəsərlər. Ən sərfəlisi bankamatikdən pulu dəyişməkdi. BANQUE MISR bankamatikləri şəhərin çox yerində var.

Market və Turlar :

Misir bildiyiniz kimi çox isti ölkədi, özünüzlə termos, günəş kremi ,power bank kimi önəmli şeyləri götürün. Termos sayəsində marketdən aldığınız su tur boyunca sərin qalacaq.

1️⃣ Marketlərin içərisində ən normal qiymət Carrefour’dadı. Məsələn : Ən çox ehtiyacınız olan Su merketlerde ortalama 5 funtdu (3-10 arası da dəyişə bilir).

2️⃣ Turları yol kenarlarında olan acentalardan alın. Məsələn mən , Hurghada Luxor hərşey daxil turu 50$ dan 25$ a qədər endirtdim, həqiqətən də razı qaldım. (Viber: +201277288408)

3️⃣ Suvenirlerin qiyməti 3-5 , magnitlər 5-10 funtdan başlayır. Amma qiymətlərini 2-3 dəfə (bəzi yerlərdə 5-6 dəfə) baha yazırlar. Tur’la getdiyiniz suvenir və s dükanlar faiz aldıqları üçün bahalıdı, aldanmayın.

Şəhərlər

1️⃣ Şarm əl Şeyx
Misirin Sina Yarımadasında dünyaca çox məşhur turizm şəhəridi. Ən çox dənizaltısıyla, safari və çimərlikləriylə məşhurdu. Ailəvi istirahət üçüb ideal yerdi məncə. Passiv istirahət sevənlərin tam məkanıdı.

2️⃣ Qahirə
Misirin paytaxtı - Ərəb dünyasının və Afrikanın ən böyük şəhəridi. Əhalisinin sayı 10 milyona yaxındı. Qahirədə görüləcək yerlər çox olmasa da tam yanında- Giza şəhərini dünyaca Piramidalarıyla məşhurdur. Giriş ödənişlidi.

68502671_1580298748767380_6135979038583291904_o

3️⃣ İskəndəriyyə
Günümüzə qədər gəlib çıxmasa da, dünyanın ilk və ən hündür mayakı sayılan İskəndəriyə fənəri və Misirin ən Böyük tarixi kitabxanası kimi bir çox tarixi yerləri burada yerləşir.

4️⃣ Luksor
Mənim üçün 1 ci sırada olmalı bir şəhər , əslində sıralamanı rastgələ eləmişəm. Sadəcə azacıq bilgi xatirinə. Deməli Luksor da Tarixin ilk və Tək qadın Firavonu Hatşepsutun büstü, uca Memnon heykəlləri,Böyük Hipostil Salonu, Karnak və daha nələr nələr var. Sadəcə 4 göz lazımdı seyrinə. Piramidalardan sonra mı öncəmi görüləcək yer deyim bilmədim. Giriş biletlə ödənişlidi.

5️⃣ Hurghada
Misirin tətil cənnəti deyilə biləcəyimiz bir yer. Əsas da denizi , qumsalı. Ən az 4 gün burda qalıb dincəlməlisiniz .Misirin ən böyük 2. Şəhəridi səhv eləmirəmsə. 35 km ə yaxın sahili var, amma çoxu ödənişlidi ????

6️⃣ Asvan
Nubian kəndi çox maraqlı gələ bilər sizə. Rəngarəng evləri ilə çox fərqli bir yerdi, çizgi filmini xatırladır ????
Abu Simbel Məbədi 4 saat uzaqda olsa da vaxtiviz varsa ziyarətinə dəyər.

69028883_1580299608767294_1363196703917735936_o

Muzeylər və Giriş qiymətləri
-Tələbə kartınız varsa mütləq özünüzlə götürün. Bütün muzeylərdə 50% endirim olacaq.
***Aşağıdakı qiymətlər tələbələr üçündür.

1️⃣ Valley of the Queens | Luxor (50 EGP)

2️⃣ Al-Deir Al- Bahari Temple | Luxor (50 EGP)

3️⃣ Karnak Temple | Luxor (75 EGP)

4️⃣ Egyptian Museum & Mummy Room | Cairo (150 EGP)
*** Amma Axşam saatları üçün bilet qiyməti nədənsə daha bahalıydı

5️⃣ Giza Plateau | Giza (80 EGP)

*** Yerli əhali üçün giriş 20 EGP

Bunları etməyin:

???? Misirə ilk dəfə gəldiyinizi heçyerdə deməyin.
???? Getdiyiniz ilk gün alış-veriş etməyə çalışmayın.
???? Sağlıq sığortası etdirməyin.
???? 7 günə kimi qeydiyat elətdirməyin.
???? Hotel’dən tur götürməyin
????Şəhər içi (əsas da Şarm əl Şeyxdə) pulsuz Tura qatılmayın, zaman itkisidi.
???? Hava isti olduğu üçün çöllərdə içmək üçün soyuq su qutuları var- İçməyin!
????İstiyə dözümünüz yoxda yay aylarında Misirə səyahət etməyin.
????Evə dönərkən özünüzlə dənizdən balıqqulağı və s . heçnə götürməyin. Cəzası böyükdü və hava limanında qara siyahıya da düşə bilərsiz.
????Kimsə desə hədiyyəm olsun,gəl qonağım ol ,çay içək və s. kimi sözlərə inanmayın. Sonra pul istəyəcəklər.
????Gecə vaxtı çalışın dənizə girməyin, təhlükəli ola bilmə ehtimalı az da olsa var.

Əlavələriniz varsa buyurun ...
Səhvlərim varsa gəncliyimə verin ????
Sonuna qədər səbrlə oxuyan bir neçə
Nəfərə kartpostal göndərəcəm❇️
Və sonunda mənim devizim :

???????? Travel. Your money will return. Your time won’t. ???????? ???????? ???????? ???????? ???????? ???????? ???????? ???????? ???????? ???????? ???????? ???????? ???????? ???????????????????????????????????????????????????????????????????????????????????????? ????????

Əgər yazını bəyəndinizsə aşağıda olan Facebook düyməsini seçərək blogpostu Facebookda paylaşın ki, dostlarınız da yazılarımızdan xəbərdar olsunlar. Yox əgər Gəzəyənlərin yazılarından ilk xəbər tutmaq istəyirsinizsə aşağıda “abunə ol” bölməsinə mailinizi yazaraq düyməyə klikləyin. Hələlik bu qədər, növbəti yazılara qədər…

Paylaşdı: Babək

DİGƏR BLOQLAR

Brazilya səfərim - Brazilya Bələdçisi

Salam hörmətli qrup üzvləri. Bu postu çoxdan yazmağı düşünürdüm nəhayət imkan edə bildim. Post Braziliya səfərimi əhatə edəcək. Bilirəm qrupda və ümumiyyətlə travel bloggerlərin də səhifəsində Braziliuşya haqqında yeni və əhatəli çox məlumat tapmaq olmur buna görə də faydalı olmaq istədim. İlk öncə viza prosesindən başlayım ki, mənə də bununla bağlı bir xeyli sual gəlmişdi. Sənədlər Bakıda Marine plazada yerləşən Braziliya konsolluğunda təqdim edilir. Onu deyim ki, azda olsa rast gəldiyim məlumatlarda prosesin çox sadə olduğu və imtina gəlmədiyi deyilirdi. Məndə isə fərqli oldu dekabrın 6-ı online applicationu doldurub sənədləri sistemə əlavə elədim və 8-i fiziki olaraq konsolluqda təqdim elədim. Sənədləri Konsolun köməkçisi qəbul edir və mənə bildirdi ki, özü məzuniyyətə gedir o vaxta qədər- 3 gün müddətində mənə viza veriləcək. Təəssüf ki, belə olmadı o vaxta qədər mənə viza verilmədi bundan sonra artıq olanlar oldu. Çox uzatmaq istəmirəm bu postu sadəcə onu deyə bilərəm ki, çoxsaylı emaillərim, danışıqlarım və nəhayətində Brazilliyanın rəsmi dairələrinə mail yazdıqdan sonra mənə 1 illik Braziliya vizası verildi. Artıq vizaya müraciət edərkən biletimi almışdım çünki sənədlərin arasında biletin alınmış versiyasını istəyirlər. THY ilə 22 yanvar tarixinə Baku-İst-Sao Paolo uçuşum oldu. Araşdırmalarımın nəticəsində bu reys qiymətcə və rahatlıq baxımından ən uyğun uçuş idi. Onu da deyim ki, səfərimin əsas məqsədi qısa müddətli təhsil və ikinci səbəsi artıq turizm idi. Grup yoldaşlarımda Braziliyanın Bahia ştatında yerləşən Salvador şəhərində görüşmək qərarı aldığımız üçün Sao Paolo dan daxili uçuşla bir başa getdim həmin şəhərə. Premium kart sahibi kimi düşündüm ki, 2 GB Roaming paketimi tam rahat istifadə edərəm və çətinlik olmaz. Lakin sifariş etdikdən sonra məlum oldu ki, Azercell in Braziliyada partnyoru yoxdur və Roaminq xidməti göstərmir. Bunun üçün də Airalo nu aktivləşdirdim. Bildirim ki, Braziliyada ən rahat nəqliyyat vasitəsi kimi Uberdən istifadə tövsiyyə olunur. Salvadora çatıb hava limanından otelə Uber ilə getdim. (Airportdan çıxanda yaxınlaşıb təklif edirlər Uber və taxi, lakin özünüzün sifariş eləməyiniz daha məqsədə uyğundur). Ümumi olaraq otellərin qiyməti Braziliyada çox da baha deyil və keyfiyyəti də çox yüksək deyil. Otel çox gözəl ərazidə- Barra bölgəsində çimərliyin kənarında yerləşirdi. Salvador Braziliyanın kurort bölgəsi hesab edilir və düşünürəm ki, Braziliyaya səfər planlayırsınızsa mütləq görüləcək yerdir. Bir də şiddətlə 1 günlük ada turlarını tövsiyyə edirəm. 2 ci olaraq getdiyim şəhər Belo Horizonte oldu. Braziliyanın sənaye mərkəzi sayılır bu şəhər tam olaraq yaşıllıqlar içərisində yerləşir. Bu şəhərə getmək məqsədimiz sırf Universitetin campusunun burda yerləşməsi idi. 3-cü şəhər Rio oldu. Allah bu şəhərdən heç bir gözəlliyi əksik eləməyib. Capocabana çimərliyinin sahilində hoteldə qalırdıq. Dünyanın ən məşhur çimərliyi olsa da mən Salvadorun çimərliyini daha çox bəyəndim. Su soyuq və çox dalğalı idi. İpanema daha sakit görsənirdi. Son olaraq isə Sao Paoloda 2 gün qalıb qayıtdıq. Burda da ən məşhur mərkəzi prospekt olan Avenida Paulista- da oteldə qalırdıq. Ümumi olaraq deyə bilərəm ki, Braziliya ucuzlu ölkə deyil. Əsasən də geyim və bu qəbildən olan məhsullar bahadır. Yemək üçün münasib yer də bahalı yer də tapa bilərsiniz. Gəzdiyim şəhərlər içərisində ən ucuz Salvador oldu yemək və qalmaq baxımından. Azərbaycan kartları keçərlidir ödəniş vasitəsi kimi. Kapital kredit kartım bir dəfə də olsun məni yanıltmadı ABB visa signature kartımdan fərqli olaraq. Abb bununla artıq ikinci dəfərdir çox yanıldır məni. Kartı deyəsən sadəcə daxildə istifadə üçün nəzərə alıblar. Ödəniş etmək mümkün olmurdu. İngilis dilində demək olar ki, danışmırlar. Daxili uçuşlar belə sadəcə Portuqal dilindədir. İnsanları çox pozitiv, relax ( tələsmək anlayışı yoxdur) və cana yaxındırlar. TƏHLÜKƏSİZLİK- gedərkən ən narahat olduğum məqam idi. Çox narahat idim düşünürdüm bəlkə ümumiyyətlə telefon aparmayım və yaxud necə eləyim heç çıxartmayım. Özləri belə bizə bununla bağlı xəbərdarlıq edirdilər ki, ehtiyatlı olun. Çox şükür qətiyyən belə bir problem yaşamadıq. Ehtiyyatı da əldən vermirdik. Bir dəfə Sao Paolo da metronu yoxlamaq istədik ödəniş edə bilmədik. 3 Avropa ölkəsinin kartını yoxladıq. O qədər gözəl insanlardı ki, bir nəfər özü alıb bizim gedişi ödədi, bunun üçün pul da götürmədi. Bu səfərim zamanı ən çətin və yorucu nüans sadəcə uzun yol idi, həm gedərkən həm qayıdarkən 5 saatlıq İstanbulda gözləməm var idi. İstanbuldan Sao Paolaya təqribən 13 saatlıq üçüş məsafəsidir. Yolu problem eləməsək hər kəsə bu gözəl ölkəni heç olmasa bir dəfə də olsa görməyi çox məsləhət bilirəm. Üzrlü sayın post uzun oldu. Hələ görüləcək yerlərlə bağlı nüansları qeyd etməmişəm.Paylaşan Aisel Aliyeva

401 dəfə oxunub

Almaniyanın ən şimalı - Flensburg

Flensburgdakı bütün otel, apartament və hostelləri bu linkdən book (bron) edə bilərsiz.Salamlar hər kəsə..Həmişə bu qrupdan yararlanmışam, düşündüm ki, indi də bura nəsə qazandırmaq vaxtıdı :) Mən Almaniyada master təhsili alıram.. 1 şəhərdə yaşayıram, 2 şəhərə 1 günlük səyahət etmişəm.. təcrübələrimi bölüşmək istəyirəm..Flensburg - ilk danışacağım şəhər olacaq ki, Almaniyanın ən şimal şəhəridi.. Bura gəlməzdən əvvəl bəzi stereotiplərim vardı ki, çox kiçik və soyuq olması ilə bağlı..Amma ki hər ikisində yanıldım deyə bilərəm, əgər yolunuzu bu kiçik və tarixi Alman şəhərindən salmaq istəyirsinizsə bəzi şeyləri bilmək lazımdı..Flensburg Danimarka ilə 7 km sərhəddə yerləşən 89 min əhalisi olan bir liman şəhəridi.. amma bu liman çox dar olduğundan iqtisadi məqsədlərlə çox da istifadə olunmur.. Şəhərə ən yaxın böyük şəhər təxmin edə biləcəyiniz kimi Hamburgdu.. Hamburgdan bura Flixbuslar 4 saata və daha tez gələ bilir.. Qatar yollarından isə özləri də şikayət edir.. Flixbus daha məsləhətlidi..Şəhər Schleswig-Holstein torpağında yerləşir ki, bu əhalisi ən yaşlı və ən xoşbəxt olan Alman torpağı hesab olunur :) Digər şəhərlərdən ən böyük fərqi təbii ki, dəniz və sərhəd olmasıdı.. Danimarkada qiymətlər çox baha olduğundan, Flensburg önəmli bir alış - veriş şəhərinə çevrilib.. Gəlib burdan alış - veriş edirlər..Şəhərin insanda yaratdığı təəssürat isə tarixi bir kənddi sanki.. amma ki yaxşı mənada çünki şəhəri sanki meşənin içində gizlədiblər.. hədsiz çox yaşıllıq var.. hələ bizim campus ümumiyyətlə cənnətdi :)Şəhər mərkəzi çox kiçikdi.. elə çox məşhur tikilisi yoxdu, amma insanları çox gülərüzdü və şəhər az toxunulub, havası çoooox təmizdi.. Bakıdan gələndə ilk günlər nəfəs almaqda çətinlik çəkirdim :)Havası isə o qədər də soyuq deyil.. mən proqramda hər gün Munich, Milan ve Bakı ilə müqayisə edirəm.. Cənubdan bəzən isti çox vaxt isə bərabər olur.. Milandan və Bakıdan da isti olduğu günlər olur.. bu isti bu ilə özəl imiş..İnsanları hədsiz gülərüz və dostcanlısıdı.. Hər gün şəhər küçədə hamı bir-birinə salam verir “Moin” deyə.. Bu Danish dilindən gəlmədi bu bölgəyə məxsusdu:)Şəhər 1861-ə qədər Danimarkaya məxsus olduğundan mədəniyyətlərin vəhdətini görmək mümkündü.. şəhərdə Danish və Türk azlıqları var.. “Türkcə bilirsənsə Flensburg sənin evin kimidi”.. deyirlər :)Şəhər Almaniya standartlarında ucuzdu..Avropa standartlarında isə özləri dediyi kimi “super f*cking cheap”di????Bir neçə hotel və hostel var.. Güclü məlumatım yoxdu amma ki onlar da ucuz olmalıdı..Bütün bunlardan əlave çox gözəl dəniz mənzərəsi var ki, hər şeyə dəyər :) Restoranları da çox dadlıdı.. Balıq üstünlük təşkil edir təbii ki.. pivələri isə əladı..“Flensburger” pivəsi isə çox məşhurdu və Almaniyada ən yaxşılardan sayılır.. Şəhərdə müasir şəhər anlayışı və abu havası yoxdu.. Bəzilərinə bu yad gəlir belə yerdə yaşamaq.. amma mənim xoşuma gəlir.. Velosiped dəlisidi.. hər şey yaxın olduğundan maşın mənasız gəlir bunlara.. hamının “yaylıq” bir kabrioleti var, o ayrı ????Velosiped dayanacağında boş yer tapmırsan heç.. Dirəklərə filan bağlayır insanlar.. Bu qədər.. Şimali Almaniyaya yolunuz düşsə, bura 1-2 gün ayırmağa dəyər :)Bu arada Hitler Almaniyasının təslim müqaviləsini bağladığı bina da burda yerləşir, Nazi Almaniyasının son qərargahıdı..Bizim insanların buranı eşitməməsinə səbəb isə bunlar Futbolu yox, Handball-u sevirlər???? Məncə mənasızdı amma, hörmət edirik????Əgər yazını bəyəndinizsə aşağıda olan Facebook düyməsini seçərək blogpostu Facebookda paylaşın ki, dostlarınız da yazılarımızdan xəbərdar olsunlar. Yox əgər Gəzəyənlərin yazılarından ilk xəbər tutmaq istəyirsinizsə aşağıda “abunə ol” bölməsinə mailinizi yazaraq düyməyə klikləyin. Hələlik bu qədər, növbəti yazılara qədər…Paylaşdı: Turan Khalafov

1600 dəfə oxunub

Bir gəzəyənin Türkiyə günlüyü – Bu dəfə Artvin

Artvindəki otel və hostelləri bu linkdən book (bron) edə bilərsiz.Yenə mən, yenə Qara dəniz:) Bu dəfə Artvin...Əslində əvvəlcə Rizənin gəzməli yerlərini bitirib Artvin tərəfinə keçəcəkdim, amma sevgili gəzəyənlərin bir hissəsi Şavşatla bağlı yazmaqda israr edincə bu tərəfə keçdim.Artvin Türkiyənin özündə belə Rizə ve Trabzona görə daha az kəşf edilmiş, amma təbiət müxtəlifliyi baxımından daha zəngin bölgədi. Qiymətləri Rizə tərəfinə görə daha uyğundu. Amma xidmət Rizə yaylaları qədər deyil, təbii ki istisnalar var. Görməli yeri desəniz, saymaqla bitməz. Neçə gün ayıraq desəniz, məncə, bir həftə...- Artvində maşınsız gəzmək Rizəyə göre daha çətindi. Düzdü, yolları ən azından bir çox yerdə asfaltdı, amma daha uzaq məsafələrdi və virajlı olduğu üçün daha yorucudu. Maşını olmayanlar turla getsə yaxşıdı.- Hələlik maşınla gedəcəklər üçün marşrutu yazıram. Məncə, ən uzaqdan başlamaq hər zaman daha yaxşıdı. Onun üçün də tövsiyəm əvvəlcə cittaslow Şavşata getməkdi. Sarp sərhəd qapısından Şavşata təxminən 3 saatlıq yoldu. Yola Hopadan girəcəksiz. Tamamilə asfalt, amma baş döndürəcək qədər çox dolanbaclı, eyni zamanda Çoruh çayının sahili boyu çox gözəl mənzərəli bir yoldu. Şavşatda Laşet Pansiyonun bungalowlarında qalmağınızı tövsiyə edirəm. Bu il bilmirəm, keçen il 175 lirəydi (sabah yemeyi daxil). Getmədən zeng vurub yer ayırın, çünki dolu olur çox vaxt.- Şavşatda ilk görməli olduğunuz yer Karagöl milli parkıdı. Yolu düzgündü. Sabah saat 10-a qədər gedin, daha sakit olur. Kənarında çadır da qura bilərsiz - yer var bunun üçün. Qiyməti 25 lira. Qayıqla gəzə bilərsiz - 20 dəqiqəlik tur 20 lira.Kənarında bir tesis var, çay içə, yemək yeyə bilərsiz. 12 yataqlıq yerləri də var - boş olsa qala da bilərsiz.- Karagöldən sonra Balıklı gölə (Pınarlı) gedə bilərsiz. Göl deyib gözünüzdə böyütməyin, kiçicik bir göldü, amma ondan bir az yuxarıya çıxınca windows mənzərələri var:) 4 km yürüsəniz Şrata göllərinə çıxacaqsız. Balıklı göldən sonra maşın yolu yoxdu - piyada getməlisiz.- Bu gölləri də görüb qayıdandan sonra xüsusilə payızda və qışda inci kimi görünən Yavuzköyü görmənizi tövsiyə edirəm. Klassik Şavşat evlərini görəcəksiniz - bu evlər Qara dənizdə başqa heç yerdə yoxdu. Yavuzköydə Şavşat Evində pendir əritməsi və silori yeyin:)- Şavşatdan sonra istəsəniz Yusufelinə keçə bilərsiz - amma ilk dəfədirsə çox risq eləməyin, yolları çox çətindi.- Artvinin o tərəflərini bitirib geri qayıtdıqdan sonra yolunuzu mərkəzə salın. Artvin mərkəzdə bir şey yoxdu, amma şəhərin içindən keçib yuxarılara doğru çıxdıqca mənzərə deyişir. Kafkasör Yaylasında qala bilərsiz.- Amma vaxtınız azdırsa bu istiqamətə girməyə də bilərsiz. Şavşatdan geri Borçkaya keçin. 3 saatlıq asfalt yoldu - yenə dolanbaclı təbii ki:) Bir Karagöl də Borçkada var - qalacaq yer yoxdu, amma gəzə bilərsiz. Borçka yaxınlarında, Klaskurda qalacaq pansiyonlar var - internetdən baxa bilərsiz.- Borçkada qalmaq istəməsəz - ki məncə qalmağa ehtiyac da yoxdu - Maçahelə gedin. Maçahel məncə Artvinin ən gözəl yeridi. Borçka Karagöldən davam eləyən asfalt yol sizi Camili kəndinə qədər aparacaq. Bu yolda ən riskli yer Canqurtaran keçididi, riski də çox zaman qatı dumanlı olmasıdı. Ən çox qəzalar burada olur, diqqətli gedin. Men 5 km sürətlə və sürekli siqnalla getdiyimi bilirəm:)- Maçaheldə görməli olduğunuz yerlər Maral şəlaləsi, Efeler, Kayalar və Camili kəndləridi. Camili tam Gürcüstan sərhədindədi - jandarma postunu görəcəksiz. Məscidləri, evləri maraqlıdı. Kayalar və Efeler kəndlərinin isə mənzərələri öldürücü dərəcədə gözəldi - təbii, yollarına girməyə cəsarət eləsəz:) Camiliyə qədər asfalt olan yollar kəndlərdə torpaq və bir tərəfi uçurum olan dar yollara çevrilir - xəbəriniz olsun. 4x4, ən azı 4x2 olmadan girməyin.- Maral şəlaləsinə Camilidən gedilir, bir yerdən sonra yol yoxdu, park edib, aşağıya doğru ən az 15-20 dəqiqə pilləkanlarla enirsiz. Pilləkanların ortasında çay içə biləcəyiniz kiçik bir kafe var. Enmək bir az yaxşıdı, çıxmaq yorucudu, nəzərə alın:)- Efeler- Kayalar köyü arasında Maçahel Baraka deyə bir yer var, bölgənin ən gözəl çayını için, ən gözəl balını alın. Maçahel balı Türkiyənin en yaxşı ballarından sayılır, unutmayın.- Maçaheldə harda qalmaq məsələsinə gəlincə, biz İremit Pansiyonda qalmışdıq. Keçən il adam başı 100 lira ödəmişdik( səhər və axşam yeməyi daxil). Bu il necədi, bilmirəm. Pansiyon köhnə bir kənd evidi və çox zaman dolu olur, hamı da Sevdanın yeməkləri üçün oraya gedir, siz də gedin:) Olmasa, Efeler ve Kayalarda başqa maraqlı pansiyonlar da var.- Maçaheldə əksəriyyət gürcü olduğu üçün gürcü mədəniyyəti, gürcü yemekleri hakimdi, klassik Qara dəniz mətbəxi gözləməyin.- Maçaheldən sonra istəsəniz Fındıklı, Gorgit yaylalarına gedə bilərsiz, amma rəhbərsiz yola çıxmayın. O kəndlərdə rəhbər tapa bilərsiz. Tapmasaz mənə yazın, mən taparam:)- Ən son aşağı enib Hopaya dönmədən Arhaviyə gedib Mençuna şəlaləsini də görə bilərsiz, istəsəniz. Amma yayda suyunun az olduğunu nəzərə alın.- Başqa sual qalmaz ümid eləyirəm ki:) Qaldısa, yaza bilərsiz:)Əgər yazını bəyəndinizsə aşağıda olan Facebook düyməsini seçərək blogpostu Facebookda paylaşın ki, dostlarınız da yazılarımızdan xəbərdar olsunlar. Yox əgər Gəzəyənlərin yazılarından ilk xəbər tutmaq istəyirsinizsə aşağıda “abunə ol” bölməsinə mailinizi yazaraq düyməyə klikləyin. Hələlik bu qədər, növbəti yazılara qədər…Paylaşdı: Könül Şamilkızı Nesibova

1887 dəfə oxunub

Praqa bələdçisi

Praqadakı otel, apartament və hostelləri bu linkdən book (bron) edə bilərsiz.“Romantik şəhər”, “Avropanın ürəyi”, “Nağıllar şəhəri” - Praqa. Bu şəhər öz möhtəşəmliyi ilə ona verilmiş bütün adlara layiqdir. Əminəm ki, Praqaya səyahət etmiş bir çox insan üçün bu şəhər xüsusi yer tutur. Bütün bu gözəlliyin qarşısında təbii ki, Praqanın da mənfi yanları var və bunun ən başlıcası orada yaşayanların dələduzluq etmək üzrə master olmasıdır. Gələcəkdə buraya səyahət edəcəklərə köməklik olması üçün ətraflı Praqa postu yazmaq qərarına gəldim.Bu postda gəzməli yerlərdən daha çox şəhərdə qarşılaşa biləcəyiniz problemlər və ümumi xərclər barədə yazmaq istəyirəm. Əgər maraqlı olan varsa gəziləcək yerlər barədə də gələcəkdə ətraflı yazaram. Beləliklə başlayaq - WW2-zamanı çexlər müqavimət göstərmədən ölkəni almanlara təslim etdiklərindən Praqada olan tikililər müharibə dövründə dağıdılmamış, bu səbəbdən bütün tarixi yerlər öz gözəlliyini bu günədək qoruyub saxlamışdır. Çexiyanın rəsmi pul vahidi “kron”dur və bizim 100 manatın qarşılığı 1300 çex kronu, 100 avro isə 2600 krondur. Praqada yaşayacağınız ən böyük problemlərdən biri elə valyutanı çex kronuna dəyişməkdir. Çünki hər yerdə böyük hərflərlə “0 comission” və yüksək məzənnə ilə pulu dəyişmək təklif edilsə də realda bir çox valyuta dəyişmə yeri insanları aldadır. Məsələn siz yüksək kursla exchange görsəniz və yaxınlaşıb pulu dəyişsəniz onlar pulun 5-25 faizinə qədərini komissiya pulu adı ilə sizdən çıxa bilərlər. Və ya yüksək kursla və “0” comis.yazısını görüb pulu dəyişmək istədikdə aşağı kursla pulu verib Exchangedə yazanın satış kursu olduğunu, alışın isə nöqtədən balaca formada kənarda yazıldığını deyə bilərlər. Odur ki, pulu dəyişməzdəm əvvəl mütləq qaydada satıcıdan verdiyiniz pulun qarşılığında hansı pulu verəcəyini dəqiqləşdirib daha sonra pulu verin. Üzərində ərəbcə yazılar olan Exchangelərin bir çoxu və ya şəhər mərkəzində “PRAHA EXCHANGE, Jindřišká 12/908, Prague 1” ünvanında olan exchang ən sərfəli kursu təklif edirlər. Küçədə sizə yaxınlaşıb yüksək kursla pul dəyişməyi təklif edə bilərlər. Qəti onlara inanmayın çünki Bulgar Levası çex kronuna çox oxşadığından insanları yüksək kurs adı ilə aldadıb leva verirlər. ))Şəhərdə metro, tramvay və avtobus istifadəsi çox rahatdır. “Moovit” proqramı ilə avtobusların hansı saatda haradan keçəcəyini öyrənə bilərsiniz. Aldığınız biletlər bütün nəqliyyat vasitələrində keçərlidir. Avtobus, metro, tramvayı istfadə etdiyim 5 gün ərzində yoxlama ilə qarşılaşmadım. Oteldə də soruşduqda onlar da hökümətin vətəndaşların iradəsinə güvəndiklərini və bu səbəbdən yoxlamanın çox az hallarda olduğunu dedilər. Səhv etmirəmsə yoxlama zamanı biletsiz olduğunuz aşkarlansa təxminən 30 avro cərimə kəsilir. Bilet qiymətləri 30dəqiqəlik- 24 kron, 90 dq-32 kron, 1 gün 110 kron, 3 gün-310 kron. Ən məsləhətlisi təxminən 5 avroya günlük bilet alıb rahat şəkildə istifadə etməkdir. P.S-Əgər əlinizdə çemodan varsa mütləq 16 krona çemodan üçün əlavə bilet almalısınız))).Praqada olarkən gulaj, knedlky, kartof şorbası Bramboracka yeməklərinin dadına baxın. +Trdelnik şirniyyatlarını mütləq yeyin. Onsuz Trdelnik hər addımda qarşımıza çıxdığından inanmıram ki, oraya gedən kimsə onu yemədən qayıtsın. Restoranlarda normal 1 nəfər üçün yemək üçün təxminən 100-200 kron arasında xərciniz çıxacaqdır. Bu şəhərdə pivə həqiqətən də sudan ucuzdur. İnsanlar demək olar ki, su yerinə pivə içirlər. Urquell və Kozel ən məsləhətli pivələrindəndir. Bundan dünyada tərkibində ən çox alkaqol olan Absinth (80%) içkisi bu ölkədə istehal olunur. Mən noyabr ayında getdiyim üçün şəhərdə Avropanın bir çox şəhərinə xas olan hər hansı pis qoxu hiss etmədim. Deyilənə görə yay aylarında bəzi küçələrdən keçəndə pis qoxu hiss edilir. Ancaq nə qədər pis olsa da inanmıram ki, Parisdəki kimi iyrənc formada hiss edilsin. Praqada “Old town” və Karlova bölgəsində qalsanız demək olar ki, hər yerə piyada gedib gəzə bilərsiniz. Günlük 30-40 avro qiymətinə olan, mərkəzə yaxın məsləhət gördüyüm otel “Akcent” hoteldir. Tam qarşısında da metro yerləşir. Praqa gecə həyatı cəhətdən Avropanın ən hərəkətli şəhərlərindən biridir. Orta Avropanın ən böyük klubu “Karlovy Lazne” məhşur Charles körpüsünün tam yaxınlığında yerləşir. Beləliklə Praqa gəziləcək möhtəşəm tarixi yerləri, digər Avropa şəhərlərinə görə ucuzluğu, təbiəti, əyləncəsi ilə mənim fikrimcə hər növdən turist və gəzginlər üçün ideal şəhərlərdən biridir. Şəhərdən doymaq üçün buraya ən az 3 gün ayırın. Praqaya getmişkən Budapeşt və Vyanaya baş çəkməyi unutmayın. Bu günlük bu qədər, suallarınız varsa cavablandıra bilərəm. Həmişə gəzməkdə!Əgər yazını bəyəndinizsə aşağıda olan Facebook düyməsini seçərək blogpostu Facebookda paylaşın ki, dostlarınız da yazılarımızdan xəbərdar olsunlar. Yox əgər Gəzəyənlərin yazılarından ilk xəbər tutmaq istəyirsinizsə aşağıda “abunə ol” bölməsinə mailinizi yazaraq düyməyə klikləyin. Hələlik bu qədər, növbəti yazılara qədər…Paylaşdı:  Gəzgin Həyat

1739 dəfə oxunub
Bizi izləyənlər siyahısına qoşulun!