1242 dəfə oxunub

Cənubi Amerika - Peru bələdçisi

Perudakı bütün otel, apartament və hostelləri bu linkdən (bron) edə bilərsiniz.

Hər şey Argentinada başladı. Bakı-Paris-Buenos Ayres-Mendoza uçuşu və möhtəşəm triumf-gəlmə səbəbimiz olan cənub və qərbin ən hündür zirvəsi olan And dağlarının ürəyi-Aconcaguanın zirvəsində (6962 metr) dalğalandırdığımız 3 rəngli bayrağımız. (Argentina və Aconcagua haqda başqa vaxt, başqa post). Göylərdən yerlərə enirik və qardaşımla yollarımız ayrılır, o, Çiliyə, mən isə Peruya. Təyyarə, taksi və Lima mərkəzinə doğru yola düşürəm. Limadan çox şey gözləyirdim, amma bərbad yollar, çirkli küçələr, həddən artıq çox səyyar küçə ticarəti. Mərkəzin ətrafdan tək fərqi təmiz olması idi.

52602090_10218533311865620_3110490782633558016_o.jpgLimaya 2 gün planlamışdım və ilk gün Lonely planetin Downtownda məsləhət gördüyü route-ni gəzdim. Kalonial dövrün qalıqları, gözəl abidələrlə və rəngarəng məhəllələrlə dolu küçələrdə 3-4 saat gəzdikdən sonra nədənsə şəhərə qarşı olan çoox böyük marağım alt-üst olmuşdu. Ona görə 2-ci Lima planlaşdırdığım günü Paracasda botla eyni adlı milli parka və Huacachina oazisinə getməyi qərar verdim. Səhrada fantastik mad max tipli maşınlarda safari və sandboarding.

52599392_10218533315305706_4055389862700777472_o.jpg

52179348_10218533314625689_1715698963551617024_o.jpgZatən çox böyük olacaq yazını uzatmadan növbəti şəhərə Cuscoya bilet aldım. Təyyarə, taksi və nağıllar aləmi. Ensiz, bizim içəri şəhəri xatırladan dar küçələr, çox qədim abidələr sanki İnk imperiyasına daşıyırdı insanı. Şəhər çox gözəldi və qaldıqca qalmaq istəyirsən. Cuscodan 1 və ya 2 saatlıq məsafələrdə İnk imperiyasına aid bir çox arxeoloji abidələri görmək olar. Atb-lərlə Morais milli parkına turu kim Peruya getsə mütləq tur götürsün.

52338464_10218533316185728_1150784582283427840_o.jpgGörüləsi yerlər həddindən artıq çoxdur, bu şəhərin ətrafında. Və əlbəttə bu şəhərə gəlişin əsas səbəbi dünyanın 7 möcüzəsindən biri olan Machu Picchunu görmək idi. Bu arxeoloji abidə 1911-ci ildə tapılıb. Bu yer haqqında bəzi məqamlar hələ də elmə məlum deyil. Machu Picchu hal-hazırda Peruda olduğum son nöqtədi.

52446282_10218533321305856_3745837228782256128_o.jpg

52141360_10218533320905846_4464156971301339136_o.jpgSabah üzü cənuba, Puno şəhərinə səfər planlayıram. Ümümilikdə, Peru qiymətlər yaşam və qidalanma üçün kifayət qədər münasibdi. Mərkəzdə hostel 10 usd, qidalanma isə insanın özündən asılı olaraq günə 20-25 usddən 2,3,4 və sair sıfırlı rəqəmlərə kimi dəyişə bilər. Turlarda qiymətlər high və low sezona görə dəyişir. Taksilər 5-10 km-lik məsafələri 3-5 usd-yə aparır. Məsləhət olaraq hansı ölkəyə getməyinizdən asılı olmayaraq Lonely Planetin kitabını (pdf) almağa məsləhət görərdim. Görməli yerlər, yaxşı yerli ucuz və bahalı restoranlar, qalmaq üçün yaxşı yer seçimlərində çox kömək olur. İnanıramkı paylaşım xoşunuza gələcək. Məndə səyahətə davam eləyib çalışacam keçəcəyim növbəti ölkə olan Boliviyanın maraqlı yerlərini gəzim və sizinlə bölüşüm!! Hamıya yaşadığı ömürdən zövq almağı arzulayıram!!

Əgər yazını bəyəndinizsə aşağıda olan Facebook düyməsini seçərək blogpostu Facebookda paylaşın ki, dostlarınız da yazılarımızdan xəbərdar olsunlar. Yox əgər Gəzəyənlərin yazılarından ilk xəbər tutmaq istəyirsinizsə aşağıda “abunə ol” bölməsinə mailinizi yazaraq düyməyə klikləyin. Hələlik bu qədər, növbəti yazılara qədər…

Paylaşdı: Agazade Rasim

 

DİGƏR BLOQLAR

Yeni ildə Vyana Səfəri

Mənə görə Yeni il üçün ən ürəkaçan və təm-təraqlı route #Vyana istiqamətidir. Yeni ili Avropa və Avropadan kənarda da bəzi ölkələrdə qeyd eləmişəm amma Vyananın yerini vermir ki, vermir.Şəhərdə o qədər dolğun və canlı hiss olunur yeni ilin gəlişi, geridə nələr qoyduğunu, yaşanılmışlıqları və var olan və ya olmayan yeni başlanğıcların sevincini dinləyə bilirsən. Vyanada 31 dekabr marafon yürüşü edənlər mənə çox xoş təsürat bağladı, yeni ili aktiv, dinamik, sağlam qarşılamaq. Rathaus, Stefan kilsəsi, Prater və şəhərin çoxsaylı yerlərində konsertlər, bər-bəzək, yolkalar. Vyanaya olan sevgi izdiham ilə kifayət qədər hiss olunurdu. Sevgi özünü başqa necə biruzə verə bilərki!? Mədəniyyət və incəsənətin paytaxtı kilsə zəngləri bir ili daha geridə qoyaraq, sevinclə, sevgilə yeni günə, yeni saata keçid etdi. Musiqinin ruhu Vyanada Wien Royal Orchestranın bir-birindən dəyərli və terapiya kimi parçaları ifa etməsi, Sacher otelinin dəbdəbəli interyeri, hərkəsin önündə poz verdiyi "Red Bow" - Popp & Kretschmer Ribbon, Figmullerin servis əməkdaşlarının pozitiv enerjisi və yumor qabiliyyəti, Mozart cafe-nin smokinlilərinin kraliyyət ailəsindəymiş kimi sevgi ilə qulluq göstərmələri, vazgeçilməz desertləri - salzburger nockerli, topfenstrudel, mozart və sacher tortu, bum-buz havada içilən glinvey və s. bütün bunların xatirəsi yüksək enerji və ruhla bizi növbəti ildə də pozitiv saxlayacağına inanıram. Qatar səyahəti isə bu səfərə ayrı bir zövq və dəyər qatır. Paylaşan: Royal Aliyev

203 dəfə oxunub

Ölü şəhər "Eindhoven"

Fukuokadakı bütün otel, apartament və hostelləri bu linkdən book (bron) edə bilərsiz.Deməli belə, mən də Avropa birliyinə qəbul olmuş ölkələrdə təhsil alan tələbələr kimi gəldiyim gündən içində bir “travel” aclığı olan azərbaycanlı kimi gəzməyə başladım və hər dəfə bir “action” yaşadığımdan bu qrupa sərgüzəştlərimi yazmağı düşünürdüm amma necəsə olurdu yazmırdım.Bu sonuncu "travel"dəki aksiyonlar artıq son damla oldu. Deməli Amsterdam hələ qurulmamışdı, mən ad günümü Amsterdamda keçirməyi xəyal edirdim həmişə ???? Artıq bu il şükür o arzum gerçəkləşdi. Yalnız ad günümün son saatları çox da ürək açıcı olmadı, əsas da elə bu səbəbdən yazmaq qərarına gəldim ki, bilməyənlər varsa aranızda məlumatlı olsun bizim çəkdiyimizi çəkməsinlər. Dərd mənasında ????.Deməli biz bir dostumla Amsterdama Eindhovendən gedək dedik, tələbə adamlarıq, başa düşərsiz yəqin. Təyyarədən endikdən sonra Eindhovendə cəmi yarım saat keçirdik və yollandıq Amsterdama. İlk öncə deyim ki, hər gözəlin bir eybi var, Amsterdam da gözəl olduğu qədər bahalı şəhərdi. Turist olduqda isə 2 qat uduzursan, bunu deməyə ehtiyyac yoxdu yəqinki. Amsterdamda görüləsi yerləri çox eşitmişik. Biz demək olar ki, heç 2 gün qalmadıq orada. Ona görə hər yeri gəzmək şansımız olmadı. Gördüklərimizdən:"China town" deyilən yer var, buddistlərin məbədi yerləşir, çox sakitləşdirici mühiti və musiqisi var. Qapıda qoyulan kağızlardan birini seçib, kağızda verilən mesajı oxuya və ya bizim dildə desək falçıya müraciət edə bilərsiz. Kartda yazılanlar isə, tamı tamına Cem Yılmaz demiş, "mutluluk içimizde" türündən bir şeydi, ara yerdə 50 cent qazanırlar mənim kimilərdən :) ) Şəhər özü elə gözəldi ki, elə kanalların ətrafını gəzdikcə, binaları seyr etdikcə sehrlənirsən.P.S.: Sehrlənmə bir az da kanalların ətrafında hər addımda olan "coffee shop"lardan gələn qoxulardan ola bilər ????????. Qidalara gəldikdə çox dadlı pivələri var və pivə ilə içmək üçün "snack" axtarsanız mütləq “bitterballen” dadmağı məsləhət görürəm. "Селёдка“ (herring) deyə bildiyimiz balıqları ilə məhşurdular və çörəyin arasında zövqə görə turşu ilə və ya sadə “serve” edilir, çox dadlıdır. Ən məhşur yeməkləri isə "Stampot" adlanır, ondan yeməyə zamanımız çatmadı, ümid edirik gələn səfərə ????Transport 1 günlük 7.50 eurodur. Müqayisə üçün deyim ki, Milanda bu 4.50 idi.Keçək arzuolunmaz və gözlənilməz hadisələrə. Uçuşumuz Eindhovendən səhər olduğuna görə axşam qayıtdıq Eindhovenə və dedik biraz gəzək sonra da yollanaq “airport”a uçuşa qədər qalaq orada və ba-bammm :) . Saat 12-də yaxınlaşdılar ki, bizim hava limanı bağlanır və bir də 5-in yarısı açılır, mədəni surətdə hava limanını tərk edin. “Airport e airport”, gecə bağlanmaq ???? Bizim də əvvəldən bundan xəbərimiz olmadığına görə qalacaq yerimiz yox idi. Elə həmin gündən başlayaraq, bütün Hollandiyada güclü külək müşahidə olunub və bunun da üstünə yağış yağmağa başlasa nə olar? Gözəllik! ????Yenidən şəhər mərkəzinə qayıtmaqdan başqa bir çarə yox idi. (Qeyd üçün mərkəzdən airporta birdəfəlik gediş 4.50 euro idi.) Dedik day keçib gedək heç olmasa bir yerdə oturub bir şey içərik vaxt keçər. Və budur ikinci ba-bam! Sən saydığını say məsəli. Şəhərdə saat 2-dən sonra heç bir açıq məkan yox idi. “Night club”lar ən geci 2-də bağlanır. (Biri bunlara başa salmalıdı ki, “night” saat 2-dən sonra başlayır) Mən başa salardım da, şəhərdə adam tapmadıq həmin vaxt. Eindhoveni şəhər olaraq "dead city" adlandırdım elə bu vaxtdan sonra. Saat 04.00-a qədər küçədə köhnə maraqlı hekayələrlə, qiybətlərlə ???? vaxt keçirməyə çalışdıqdan sonra yollandıq taksi ilə “airport”a (25 euro). Ondan sonra normal həyata geri döndük amma bir daha Eindhovendən harasa yola düşərikmi heç əmin deyiləm, pis xatirələrimiz var o şəhərlə əlaqəli. Səbri çatıb bura qədər oxuyanlara və yarıda “give up” edənlərə, qısacası hamıya təşəkkürlər :) .Əgər yazını bəyəndinizsə aşağıda olan Facebook düyməsini seçərək blogpostu Facebookda paylaşın ki, dostlarınız da yazılarımızdan xəbərdar olsunlar. Yox əgər Gəzəyənlərin yazılarından ilk xəbər tutmaq istəyirsinizsə aşağıda “abunə ol” bölməsinə mailinizi yazaraq düyməyə klikləyin. Hələlik bu qədər, növbəti yazılara qədər…Paylaşdı: Zulya Abdullayeva

1019 dəfə oxunub

İtaliya - Florensiya bələdçisi

Florensiyadakı bütün otel, apartament və hostelləri bu linkdən (bron) edə bilərsiniz.Florensiya haqda postlar olsa da, birini də mən yazım Toskaniyanın mərkəzindən, Renesansın vətənindən. Florensiyanın əsası Y. Sezar tərəfindən qoyulub, veteran əsgərlər yerləşdirmək üçün yaradılıbmış. Florensiyanı “orta əsrlərin Afinası” adlandırırlar. Deyilənlərə görə hətta ilk dondurmanın, italyan gelatosunun vətənidir. Mediçilər öz saraylarında XVI əsrdə dondurulmuş desertlərdən istifadə edirmişlər və sonradan bu desertlər satışa çıxarılır. Florensiya həm də operanın və pianonu vətənidir. Florensiya ilə bağlı Stendal sindromu və ya Florensiya sindromu deyilən xəstəlik var. XIX əsrdə Stendal bu şəhərə gəlir, gəzdiyi yerlər onda güclü ürəkdöyüntüsü, həyəcan yaradır və psixoloqlar bu halları digər turistlərdə də müşahidə etdiklərindən xəstəliyi təsdiq edirlər. Florensiyaya gəlmə səbəbim həm də Dan Brownun Inferno (Cəhənnəm) əsəri idi. Bir neçə il əvvəl oxumuşdum kitabı, Florensiyaya gəlməmişdən əvvəl yenidən oxudum adı çəkilən yerləri qeyd etdim. Əsərdə hadisələr Florensiya, Venesiya və İstanbulda baş verir.Keçək şəhərin gəziləsi yerlərinə:1. Santa Maria de Fiori və ya Duomo. Florensiyanın şah əsəridir. 1293-cü ildən tikilməyə başlayıb. 140 il çəkib tikinti. Böyüklüyünə görə dünyanın üçüncü kilsəsidir. Kilsə uzun müddət kupolsuz-gümbəzsiz qalıb. 1436-cı ildə Bruneleschi tamamlayır. Qarşısında Brunellescinin heykəli var. Diqqətlə baxsaz görərsiniz ki, üzü yuxarı yəni, gümbəzə baxır. Kilsəyə giriş pulsuzdur. Amma uzun növbələr var. Amma gümbəzə qalxmaq üçün bilet almalısınız. 463 pillədir. Lift yoxdu, nəzərə alın.2. Cənnət qapıları. Santa Maria de Fiorenin qarşısında yerləşən qapıdır. Qapını maraqlı edən odur ki, qızıldandandır və müxtəlif səhnələr təsvir olunub. Qarşısında turist növbələri olur. İkinci dünya müharibəsi vaxtı qapını zədələnməsin deyə çıxarıb gizlədiblər. 1948-ci ildə yenidən öz yerinə gətirilib.3. Piazza della Signoria (Sinyoriya meydanı). Roma imperiyası zamanı teatr olub yerində. Vechio sarayı burda yerləşir. Meydanda Neptun fontanı, Meduzanın, Herkulesin heykəlləri var. Vekko sarayının qarşısında həm də Davidin heykəli var. Originalı Uffuzi qaleriyasındadır.4. Vekko sarayı. Florensiyanın dövlət binası kimi tikilsə də sonradan bir müddətlik Mediçilərin sarayına çevrilib XVI əsrdə. Sarayda maraqlı eksponatlar var. Əsasən də xəritələr zalı. Təəssüf ki, həmin zalda XVI əsrə aid Armenia adlı xəritə də var. Dantenin ölüm maskası da bu saraydadır. Növbədə dayanmamaq üçün saraya bileti online almışdım 13.50 avro. Əgər zəng qülləsinə qalxsanız bilet 19.50.5. Ponte Vekko yəni Vekko körpüsü. 1345-ci ilə aiddir tarixi. Orta əsrlərdə ət bazarları olub, indi isə zərgər mağazaları.6. Uffizi qalereyası. Renesans dövrünün kolleksiyalarını özündə cəmləyib. Buranı Mediçi ailəsi dövlət adamları üçün ofis kimi açıblarmış. Mikelancelonun Davidi burda nümayiş olunur. 20 avro giriş.7. Boboli bağları və Pitti sarayi. Bağ 16 - 18-ci əsr heykəllərilə zəngindir. Açıq muzey demək olar. Bu bağda ən çox ziyarət edilən yer Grotta Grande adlı mağaradı. Hər zaman açıq olmur, Hər saatın tamamında buraxırlar qrup şəklində. Tək bağa giriş 10 avro, əgər Pitti sarayına və o ərazidə olan muzeylərə girsəniz 38.Hamıya xoş gəzintilər.Əgər yazını bəyəndinizsə aşağıda olan Facebook düyməsini seçərək blogpostu Facebookda paylaşın ki, dostlarınız da yazılarımızdan xəbərdar olsunlar. Yox əgər Gəzəyənlərin yazılarından ilk xəbər tutmaq istəyirsinizsə aşağıda “abunə ol” bölməsinə mailinizi yazaraq düyməyə klikləyin. Hələlik bu qədər, növbəti yazılara qədər…Paylaşdı: Gunay Heyderli

3297 dəfə oxunub

Dünyanın rəngləri - Ekvador və Qalapaqos adaları

Hər kəsə salam. Qrupa yeni üzvlərdən biriyəm. Belə bir qrupun olduğunu son zamanlarda bilmişəm. Son 3 həftəni Boliviya və Ekvadorun müxtəlif yerlərinə (Qalapaqos adaları daxil) səyahət etmişəm. Çəkdiyim bəzi şəkil və videoları sizinlə paylaşmaq istəyirəm.Aşağıda paylaşdığım şəkil və videoları Ekvadorun paytaxtı Kito (Quito) şəhərindən tıxminən 3 saatlıq bir məsafədə yerləşən Baños qəsəbəsinə yaxın Pailon Del Diablo deyilən şəlalələr şəbəkəsində çəkmişəm. Bu şəlalə amazon meşələri ilə sərhəddə yerləşir. Görünən dağların bəziləri amazon cangəllikləri ilə örtülüdür. Şəlalənin yaxınlığına gedəndə suyun gücü bütün hisslərinizi təlatümə gətirir:)Axşam olanda bu şəlaləni gözəl işıqlarla bəzəyirlər. Cəmi 1-2 nəfər turist olmağına baxmayaraq yenə də işıqları yandırıblar. Pandemiya vaxtı səyahət etməyin özəlliklərindən biri odur ki çox turist yoxdur. Getdiyiniz hər yer sizə özəl kimidir. Otellərdə tez-tez daha üst səviyyə otaqlara əlavə ödənişsiz qonaq edirlər. Xüsusi ilə də ünsiyət qurmaq qabiliyyətiniz yaxşıdırsa:)Son bir neçə həftədə səyahət etdiyim şəhərlərdən biri Ecuador (Ekvador) un Quito (Kito) şəhəri oldu. Quito paytaxt şəhəridir və And dağlarının ətəklərində, dəniz səviyyəsindən 2850 metr yüksəkdə yerləşir. Şəhər 16-17 ci əsrlərdə İspan müstəmləkəçiləri tərəfindən Qədim İnkalara aid şəhər qalıntıları üzərində qurulub. Köhnə şəhər mərkəzinin arxitekturası çox gözəldir və yaxşı qorunub. Ekvator xətti bu şəhərdən keçir. Kito’ya Avropanın bəzi şəhərlərindən və ya ABŞ-dan getmək mümkündür. Hal-hazırda Koronavirus vaksini olan turistlər ölkəyə sərbəst daxil ola bilər (Qalapaqos adaları xaric)Sizinlə Qalapaqos adalarına 2 həftə öncə olan səyahətimdən çəkdiyim bəzi şəkil və videoları paylaşmaq istəyirəm. Galápagos ( Qalapaqos) adalarına səyahət illərdir ki planımda var idi. Nəhayət ki Darvin babamızı coşduran bu torpaqları ziyarət edə bildim Galápagos adaları Ekvadora aiddir. Buraya gediş-gəliş yalnız Ekvadorun Guayaquil şəhərindən təyyarə ilə mümkündür. Paytaxt Quito dan gedən təyyarələr də Guayaquil də dayanır. Guayaquildən təyyarə ilə təxminən 1.5 saatlıq məsafədədir. Qalapaqos adaları vulkan püskürmələri nəticəsində yaranıb və flora və faunasına görə dünyanın ən unikal yerlərindən biridir. Ekvador və Qalapaqos adaları okean sahilində yerləşdikləri üçün təbii olaraq dəniz məhsulları boldur. Mənim dəniz məhsulları daha çox xoşuma gəldiyi üçün hər getdiyim ölkədə əgər məşhur dəniz məhsulu varsa mütləq dadlarına baxıram. Ekvadorda hər növ yemək tapa bilərsiniz. Məsələn Qalapaqos adalarında yerli əhalinin günorta yeməyi üçün əsas yeməyi sadə kartof və balıq (və ya toyuq) dan hazırlanmış sup, düyü və kiçik balıq tikəsi (və ya ət, toyuq) və meyvə suyudur. Demək olar ki əksər günlərdə bənzər yeməkləri yeyirlər. Amma hər zövqə görə yemək tapmaq olar, hətta xaş belə:) Qalapaqos adalarına səyahət edərkən ən maraqlı işlərdən biri okeanda yaşayan canlıları- balıq, sürünən və dəniz məməlilərini görməkdir. Bunun üçün dalğıclıq sertifikatı tələb olunur. Bəzi yerlərdə isə sertifikatdan əlavə də müəyyən qədər təcrübənizin də olması lazımdır. Çəkdiyim şəkil və videolardan bəzilərini paylaşıram. Sona qədər baxsanız yüzlərlə fərqli balıq növləri, köpək balıqları, tısbağa, dəniz aslanlarını görə bilərsiniz. Hətta bəzən insanlara da hücum etməsi ilə yadda qalan çəkiçbaş köpək balıqlarını da görəcəksiniz. Heyvan adlarının əksəriyətini ingiliscə yazmışam. Suallarınız olsa cavablandırmağa çalışaram.Sierra Negra Vulkanına səhər yürüyüşü. Qalapaqos adaları vulkan püskürmələri nəticəsində yaranıb. Ekvadorda ümumiyyətlə 47 vulkan var. Sierra Negra Qalapaqos adalarında krateri ən böyük vulkandır. Diametr 7.2 km x 9.3 km. Təqribi yaşı 535 min ildir. Şəkildə arxada görünən qara ərazi vulkanın krateridir. Heyrətamiz bir görüntüdür. Bu vulkan axırıncı dəfə 2018-ci ildə püskürüb. Yaxından görmədən belə bir təbiət hadisəsini təsəvvür etmək çox çətindir???? Əgər yazını bəyəndinizsə aşağıda olan Facebook düyməsini seçərək blogpostu Facebookda paylaşın ki, dostlarınız da yazılarımızdan xəbərdar olsunlar. Yox əgər Gəzəyənlərin yazılarından ilk xəbər tutmaq istəyirsinizsə aşağıda “abunə ol” bölməsinə mailinizi yazaraq düyməyə klikləyin. Hələlik bu qədər, növbəti yazılara qədər…Paylaşdı: Anar Gojayev

2834 dəfə oxunub
Bizi izləyənlər siyahısına qoşulun!