4497 dəfə oxunub

Gündoğan ölkə - Yaponiya

Salamlar 
Uzun müddətdir bu post'u yazmağı düşünürdüm. Nəhayət məqam gəlib çatdı)
Bir il öncə tam da bu vaxt ziyarət etdiyim Yaponiya haqqında yazmaq istəyirəm sizə) İlk öncə onu deyim ki, dövlət hesabına getdiyim üçün (təbii ki, Yaponiya tərəfinin)) xərcləri onlar qarşılayıblar.

Amma yapon dilini bilib, biraz məlumatlı olduğum üçün suallarınıza məmnuniyyətlə cavab verə, səyahət planınızı qurmağa kömək edə bilərəm)
Keçək mətləbə) Yaponiyanın Osaka, Kyoto, Nara, HiroshimaMiyajima şəhərlərində olmuşam.

21543963_730996720417940_2659295079401821586_o

Osaka həm tarixi, həm müasir abidələrlə zəngindir. Sakit amma böyük şəhərdir. Street food çox dadlıdır)
Kyoto tarixi abidələri sevənlər üçün çox maraqlı olacaq əminəm. Hər addımbaşı temple və shrine var. Xüsusilə payız(momiji) və yaz (sakura) vaxtını məsləhət görürəm. 

21458091_730996623751283_7158454996342580170_o
Nara şəhəri ???? ile meəşhurdur) Nara park həmçinin Todaiji məbədi must see yərləridir)
Hiroshima şəhəri atom bombasından sonra rekonstruksiya olunsa da, simvol olaraq bir bina saxlanmışdır. Memorial park və museum var. Həmçinin bomba atılması nəticəsində vəfat edən insanların xatirəsinə heykəllər və xüsusi bir zəng var. Zəng'in üstündə dünya xəritəsi təsvir olunsa da, ölkələr arasında sərhədlər təsvir olunmayıb  

21457920_730996730417939_817205220167930683_o
Miyajima adası isə Hiroshimadan gəmi ilə 20-30 dəqiqəlik məsafədə yerləşir. Orda da ???? var)) Xəritə, şirniyyat, hər cür kağız məmulatları yeyə bilirlər)
İzdihamlı şəhərləri sevmədiyim üçün Tokyo'da olmamışam  Gələn dəfə ora getməyi düşünürəm.

Küçədəki avtomatlarda su və digər içkilər hələ o vaxt 160 yen idi) Bahalı ölkədir amma mütləq gedib görülməlidir fikrimcə.
Şəhərlər arası shinkansen adlı sürət qatarı ilə yanaşı, dəfələrlə ucuz adi qatarlar da fəaliyyət göstərir. Yemək o qədər də baha deyildi və məni belə təəcübləndirən o idi ki hər yerdə sushi satılmırdı) Sushi restoranlarında çox uzun növbələr olur. Fast food'ları, küçə yeməkləri çox dadlı olur, odur ki, fürsətdən istifadə edib hər cür dəniz məhsulunun dadına baxın).

21552083_730996633751282_1414404032542727129_o

İnsanları çox gülərüz və yardımsevərdirlər, dili bilməsəniz də maksimum dərəcədə kömək etməyə çalışırlar. 

Səhifələrcə yaza bilərəm Yaponiya haqqında, amma lazımlı informasiya verməyə çalışdım. Hamınıza xoş istirahətlər!

Əgər yazını bəyəndinizsə aşağıda olan Facebook düyməsini seçərək blogpostu Facebookda paylaşın ki, dostlarınız da yazılarımızdan xəbərdar olsunlar. Yox əgər Gəzəyənlərin yazılarından ilk xəbər tutmaq istəyirsinizsə aşağıda “abunə ol” bölməsinə mailinizi yazaraq düyməyə klikləyin. Hələlik bu qədər, növbəti yazılara qədər…

Paylaşdı: Jala Abubekirova

DİGƏR BLOQLAR

Drakulanın vətəni - Rumuniya bələdçisi

Buxarestdəki otel, apartament və hostelləri bu linkdən book (bron) edə bilərsiz.Salamlar. Artıq bir çoxunuzun bildiyi kimi Rumuniya səfərimi yekunlaşdırdım və bundan sonra ora getmək istəyənlər üçün qısa məlumat vermək isdiyərdim. Belə ki, mən həmişə nəsə məlumata ehtiyacım olanda bu qrupda açar sözlə axtarıram amma bu səfər suallarıma cavab tapa bilmədiyim üçün dəfələrlə post yazmışdım Ümidvaram bu postum ora getmək istəyənlərin bir çox suallarını cavablayar. Biz ümumilikdə 11 gecə ayırdıq Rumuniya üçün. Doymadıq deyə bilərik ????. Büdcə isə təmamilə sizdən, qaldığınız yerlərdən, nəqliyyat növlərindən və müddətdən, yediklərinizdən asılıdır. Yəni zənnimcə büdcə şəxsi qərardır ona görə də məlumat verib yanlış yönləndirmək isdəmirəm heç kəsi.1. İlk növbədə visa məsələsindən başdıyım ki, əgər bu ilk visalı ölkənizdisə onsuzda həyəcan olacaq Lakin proses çox sadə və sənədlər genəl visa sənədləridir. 99.99 % hallarda da rahatlıqla visanı alırsınız heç bir problem yaranmır. Sadəcə nəinki Rumuniya, digər visa mərhələlərində də özünüzə arxayın olun və özünüzü düzgün izah etməyə çalışın. Bu məsələdə mənə ən çox yardım edən Seymur Baghbanli bəy oldu. Ciddən minnətdarlığımı bildirirəm.2. Rumuniyaya gedərkən elədiyim əsas səhv bilet alarkən saatlara fikir verməməyim oldu, daha doğrusu qiymət məsələsinə görə ucuz olan variantı seçdim amma vaxt məsələsinə görə avara oldum çöllərdə.3. Rumuniyada gəzməli şəhərlər Braşov (2 gün ayırın azı), Sighisoara (1 gün kifayət edər), Timisoara (1 gün), Bran və Rasnov (ikisinə 1 gün), Sinai (1 gün) şəhərləridir. Bizim biletlər Buxarestdən idi lakin orda bizi cəzb edən nəsə olmadı. Bran və Rasnov şəhərlərinə ən yaxın yer Braşovdur. Biz Braşovda 4 gün qaldıq. İki günü Braşova, bir günü Sinai şəhərinə və birini də Bran və Rasnov şəhərlərinə ayırdıq. Siz 3 gün də edə bilərsiniz. Sinai şəhərində Peleş və Pelisor qalaları var və Sinai monastrı. Bir-birlərinə yaxındır. Qatarla Braşov Sinai arası 1 saat yarım edir. Braşov şəhərində Solomon deyilən yer var (adında yanlışlıq edə bilərəm). Biz təsadüfən gəzə gəzə getdik tapdıq. Dağlıq yerdir və ciddən havası, mənzərəsi möhtəşəmdir. Ora getsəniz gedib görməyinizi məsləhət görərdim. Sighisoara bizim üçün biraz maraqsız oldu. Qismən sakit və yaşlılar şəhəri kimi gəldi bizə. İmkan olsa Braşovdan ora səhər gedib şəhəri gəzib axşam Timişoaraya keçməyi məsləhət görərdim. Qalmağa ehtiyac yoxdur. Biz biletləri aldığımıza görə qalmalı olduq. Timişoara isə sadəcə möhtəşəmdir. Şəhər mərkəzi belə kifayətdir oranı sevməyə. Getməmiş xarici saytlardan araşdırma eləsəniz bəlkədə daha maraqlışəhərlər taparsınız. Bizim tapdıqlarımız və vaxtımızın çatdıqları bunlar idi.4. Şəhərlər arası nəqliyyat vasitəsi qatardır. Qatar biletlərini online bir gün qalmış CFR saytından ala bilərsiniz. Sadəcə bəzi hallarda online satış olmur vağzaldan almalısınız bu nüansa diqqət edin. Rasnov və Bran şəhərlərinə isə avtobus xidmət edir. Sadəcə avtobusdan düşərkən digər şəhərə necə gedəcəyinizi, dayanacağın hara olduğunu MÜTLƏQ soruşun. Yoxsa o şəhərlərdə ingilis dili bilən çox azdır (hətda yoxdur, biz tapmadıq).5. Qalacağınız yerlər təmamilə büdcənizdən asılıdır. Biz bütün şəhərlərdə mərkəzdən yer tutmuşduq ki, əsas yerləri görə bilək. Qiymətdə 10-20 manat fərq eləsədə isdədiyimiz an mərkəzə çıxa, əsas yerləri gəzə bilirdik. Məsləhət görərdim nəinki Rumuniyada, ümumiyyətlə hər yerdə bu cür edəsiniz. İstərsəniz qaldığımız yerləri komentdə lazım olan şəxslərlə paylaşaram. Hər birindən hər mənada çox çox çox razı qaldıq.6. Qiymətlər bizə görə bahadır. Ümumiyyətlə Rumuniya bahalı ölkədir. Amma alış veriş etməyədəyər. Brendlərin qiymətləri bizdən qat qat ucuzdur. Hər yer brend second hand mallarla doludur.Yadıma düşən və yararlı olacağını düşündüyüm məlumatlar bunlar oldu. Hər hansısa sualınız olsa yaza, soruşa bilərsiniz. Bacardığım qədər sadə və anlaşıqlı şəkildə izah eləməyə çalışdım. Ümidvaram ki, yararlı olar bu məlumatlar.Əgər yazını bəyəndinizsə aşağıda olan Facebook düyməsini seçərək blogpostu Facebookda paylaşın ki, dostlarınız da yazılarımızdan xəbərdar olsunlar. Yox əgər Gəzəyənlərin yazılarından ilk xəbər tutmaq istəyirsinizsə aşağıda “abunə ol” bölməsinə mailinizi yazaraq düyməyə klikləyin. Hələlik bu qədər, növbəti yazılara qədər…Paylaşdı: Garatel Huseyn

2264 dəfə oxunub

Avropada 5 Günlük Qatar Səyahəti

Hərkəsə salam. Avropada 5 günlük qatar səyahəti (ümumi səyahət 12 gün) təcrübəmdən bəzi məlumatları sizinlə bölüşmək istərdim. Düşündüm qrup əhli üçün faydalı ola bilər. (Qalınacaq yerlər və qidalanma fərdi seçimlərə görə dəyişdiyi üçün onları daxil etməmişəm. Sadəcə onu qeyd edim ki, əsasən Avropada Hotel/Hostel zənciri olan Meininger Hotels və A&O Hostels-dən istifadə etmişəm.)Səyahətə başlamadan öncə ilk işim Eurail 5 günlük Global Pass əldə etmək oldu. Buna 617 AZN (rezervasiyalar xaric) xərcim çıxdı.Eurail Global Pass: 33-dən çox Avropa ölkəsində 1 ay ərzində seçəcəyiniz gün sayı ərzində qatarlardan sərbəst və limitsiz istifadə etməyə imkan verir; bu pass sayəsində marşrut və tarix azadlığı əldə edərək, eyni gün ərzində bir neçə şəhəri və ölkəni rahatlıqla gəzə bilərsiniz. Marşrut və xərclər: Bakı - Budapeşt – Münhen, Roma - Bakı (Wizz Air): 306 AZN Füssenə qatar səhayəti - 1 günlük Hallstatta qatar səhayəti - 1 günlük Bernina Express ilə Alp dağları keçidi (Chur-Tirano) – bilet rezervasiyası 74 AZN Tirano – Milan (qatar səyahəti)Milana çatdıqda artıq 3 qatar gününü xərcləmiş oldum. 2 qatar gününü isə Milan Florensiya və Florensiya Roma səyahətlərimdə istifadə etmişəm. İtaliyada 2 rezervasiya xərcim oldu ki, buda toplamda 51 AZN elədi. Toplam təyyarə və qatar xərcləri: 1048 AZN (digər nəqliyyat vasitələrindən istifadə edilməyib)Bu marşrutla qısa müddətdə bir neçə ölkə və şəhəri görmək, təbiət mənzərələri və tarixi yerləri gəzmək mümkün oldu. Bernina Express ilə Alp dağları boyunca etdiyim səyahət isə bu səfərin ən yaddaqalan hissəsi oldu.Paylaşan: Nijat Mutallimov

280 dəfə oxunub

Adriatik Dənizinin Sahillərindən Salamlar

Adriatik dənizinin sahillərindən salamlar Sizə danışım Balkan səfərimizdən, özüdə elə belə yox, babat keçən 11 gündən. Əsasını şəlalələr ölkəsi Xorvatiya təşkil edən səfərin yolu əsasən Bosniya i Hersoqavinadan keçdi. Çoxlu şəhər, qəsəbə və kəndlər gəzdik. Yam-yaşıl Bosniyadan daxil olduq və Xorvatiyanın ekzotik Adriatik sahilləri ilə gəzə-gəzə fərqli və bir o qədər zövqlü atmosferlər kəşf etdik. Dəniz, qum və ekzotika üçün kəsinliklə Xorvatiyanın sahilyanı şəhərləri və kiçik qəsəbələrini tövsiyyə edirəm. Xorvatiya mənasız bahalı ölkə olsa da, gəzməyə DƏYƏR. Biz 4 dost maşınla səyahət etdik. Avtomobil ilə səyahət edirsizsə, təbii ki, 10-0 irəlisiz, özüdə 100 km üçün 4-5 L yanacaq yandırırsa Xorvatiyadan Zadar, Split, Trogir, Primoşten, Omiš və hərkəsin sevimlisi, Game of Trones-un ev sahibliyini edən Dubrovniki və Milli (şəlalələr) parklardan, məşhur Plitvica (giriş 35 euro) və Krka (40 euro) parklarına baş çəkdik. Plitvicaya verilən 35 euro artıqlaması ilə dəyər, lakin Krka isə qiymətinə qəti şəkildə uygun deyildi. Plitvicanı gəz-gəz bitmir. Təsəvvür edin ki, hələ sürətli gəzməklə 5 saata çıxdıq parkdan. Krka isə 10 eurodan artıq verməzdim, 1-2 saata tam bitir gəzinti. Xorvatiyada gəzdiyimiz bütün şəhərlərin old town-nunu çox bəyəndim, amma ən zövq aldığım Splitdəki oldu, fərqli aurası var idi. Roman forum isə möhtəşəm idi. Primoşten qəsəbəsi və Dubrovnikdəki Blaja çimərliyi isə əla idi. Zadarda sahildə dalğaların sahilə toxunmağı ilə səslənən musiqini mütləq dinləməlisiz. Mükəmməl incəsənət və mühəndislik harikası.. Bosnia i Hersoqavina haqqında isə onu deyə bilərəm ki, ölkənin başdan başa yaşıllığına söz ola bilməz. Büdcəli və passiv istirahət üçün çox uygun yerdir. Jajce şəlaləsinə və Uno milli parkına mütləq baş çəkin. Qaldığımız evlərin mənzərələri elə adamı gəzdirirdi. Çölə çıxmağa ehtiyac yox idi.Uno milli parkında, Uno çayında 16 km-lik və təxminən 5 saatlıq çox dəli-dolu raftinqimiz oldu. Raftinq üzrə rəhbərlər çox ürəy insanlar idi. Gur yağışda qaldıq düz çayın ortasında sakitcə, bunun necə zövqlü olduğuni sözlərlə ifadə etməyim çooox çətindir. Ümumilikdə çox əyləncəli oldu.1 nəfər üçün qiymət 45 euro (DƏYƏR)Foto çəkiliş: Samsung S21 FE Paylaşan: Elcan Məmmədov

207 dəfə oxunub

Dağətəyinin cənnəti - limon qoxulu şəhərə gəzəyən turu

Limon qoxuları, limonçellosu, çiçəkləri, dar yolları, incəsənət qalereyaları, keramika mağazaları ilə məşhur olan sevimli və rəngli Pozitano Kampaniya(İtaliya) vilayətinin Saleno əyalətinə məxsus kiçik icmaya malik Amalfi sahillərinin ən gözəl qəsəbəsi sayılır. Başlanğıcı kiçik balıqçı sahil qəsəbəsi olan Pozitano turist axınından sonra yaraşıqlı və bərli-bəzəkli villalar, mehmanxanalar hesabına cazibəli bir şəhərə çevrilmişdir.Norman Jewison’un ‘Only you’ filminə baxdıqdan sonra bu şirin qəsəbəyə heyran olub ora getmək istəməyən çox az adam tapılar məncə. Sofi Lorenə məxsus villanı da məhz burada görə bilərsiniz.Dik bir yamac üzərində qurulan Pozitano, ağ, sarı, çəhrayı damlı Aralıq dənizi evləri, çınqıl daşlı çimərlikləri və masmavi dənizi ilə özünüzü sanki bir italyan filminin baş qəhrəmanı kimi hiss edəcəyiniz sahil qəsəbəsidir.Pozitanoya necə getmək olar?Pozitanoya gedib çıxmaq üçün ən yaxın hava limanı Neapol Beynəlxalq Hava limanıdır. Bu hava limanı Neapolun cəmi 7km cənubunda yerləşir. Maşınla hava limanından Pozitanoya çatmaq 1saat 15 dəqiqə çəkir. Hava limanından Neapol mərkəzinə ən ucuz getmək vasitəsi avtobusdur. EasyJet, Meridiana, Air Berlin, Vueling, Wizz Air kimi aşağı büdcəli hava yolları ilə Avropanın digər şəhərlərindən Neapola gədə bilərsiniz. Hava limanında günü 7 avro ödəməklə əşyalarınızı əmanət ofisində saxlaya bilərsiniz. Buradan şəhər mərkəzinə gəlmək üçün 2 növ avtobus fəaliyyət göstərir. Unicocampania şirkətinin avtobusu (Unico Alibus) hər 20-30 dəqiqədən bir hava limanından hərəkət edərək Garibaldi Meydanında(15-20 dəqiqəyə) və Municipo meydanında(30-35 dəqiqə) dayanır. Qiyməti 3 avrodur və 06:30-23:30 aralığında işləyir. Biletləri avtobusdan əldə edə bilərsiniz. Bu biletlə 90 dəqiqə ərzində ictimai nəqliyyatın digər növlərindən də istifadə edib otelinizə çata bilərsiniz. Bundan başqa ANM-3S avtobusu da həmçinin hava limanından Garibaldi Meydanına hər 15 dəqiqədən bir gediş-dönüş səfərləri həyata keçirir. Qiyməti 1,10 avro olan bu avtobus ilkinə nisbətən daha çox dayanacaqda dayanır və ucuz olduğu üçün daha çox sərnişini olur.İndi isə gələk əsas məsələyə, bəs Neapoldan Pozitanoya necə gedək?Neapoldan Pozitanoya gedib çatmaq üçün ilk öncə Sorrentoya getmək lazımdır. Neapolda yerləşən Corso Garibaldi mərkəzi dəmiryolu vağzalından Sorrentoya hər 20 dəqiqədən bir ''Circumvesuviana '' qatarı var (5avro) və səfər təqribən 1saat 10 dəqiqə çəkir. Sorrentodan Pozitanoya necə gedək?Sorrentoya çatanda dəmiryolu vağzalının çölündə SITA avtobuslarını görəcəksiniz. Ödənişi 1,5 avrodur. Bu avtobuslar hər saat başı Pozitanoya gedir. Burada biz yaz yağışının altında uzun sıra gözləməli olmuşduq. Buradan Amalfi və Pozitanoya gedə bilərsiniz.20km davam edən bu yolda ən möhtəşəm mənzərəni görmək üçün avtobusun sağ tərəfində oturun. Yarım saat və ya tıxac olarsa maskimum 45 dəqiqəyə Pozitanoya çatacaqsınız. Pozitanoda yemək-içmək bələdçisiDənizi, sahilləri qədər mətbəxi ilə də gözəl olan Pozitanoda harda yemək olar?Pozitano Cafe- mübahisəsiz otura biləcəyiniz ən gözəl yerlərindən biri buranın terrasıdır. Bu məkanda möhtəşəm bir kofe içərək mənzərədən həzz ala bilərsiniz.Paradiso Cafe- Eyvanında tiramisu ya da limonlu şirniyyat yeməyinizi mütləq tovsiyyə edirəm.Bunlardan əlavə Ristorante La Cambusa'nın mənzərəli bölümündə yer tapa bilsəniz çox şanslısınız. Çünki bura çox möhtəşəm mənzərəyə ev sahibliyi edir.Amalfi sahilləri ''limon diyarı'' olaraq adlandırılmasını qalın qabıqlı, bol sulu, bol şəkərli və mango böyüklüyündə ətirli böyük limonlarına borcludur. Bu da Pozitanoda başınızı çevirdiyiniz hər yerdə limon ağacı görməyiniz, makarondan torta, risottadan dondurmaya qədər hər təamın limonlusunu yeməyiniz, ancaq ən çox da limonçello içməyiniz deməkdir. Bu içki spirtliliyi 35% olan limon likörüdür. Makaron və pizzadan əlavə (bu arada ən dadlı pizza Capricci adlanan pizza restoranında olur) donuz əti yeməklə probleminiz yoxdursa prosciutto-nu tövsiyyə edərdim.Pozitano bahalıdır ya ucuz sualının cavabına gələndə isə şəhər çox bahalıdır deyərdim. Pozitano Amalfi sahillərinin ən bahalı qəsəbəsidir. Hətta yerli xalq ilə biraz səmimi olsanız, onlar sizə növbəti səfərinizi Sorrentoda keçirməyinizi məsləhət verər.Pozitanoda harda qalmaq olar?Bir günlük gəzməyə gedirsinizsə, Neapolda qalıb bu şəhəri də gəzib Pozitanoya baş çəkə bilərsiniz. Ancaq sırf Portofino, Pozitano, Amalfi sahillərində bir neçə günlük tətilə gəlmisinizsə, burada gecəsi 2 nəfər üçün 100 avrodan 3200 avroya qədər dəyişən qiymətlərlə qonaq ola bilərsiniz. Bronu mütləq bir neçə ay əvvəl edin. Bunlardan ən yaxşıları Appartamento Mare A, Villa Eos, Villa Eden, mərkəzə daha yaxın qalmaq istəsəz Positano Villa Sleeps 13 Air con Wifi, Villa Punto del Sole, daha ucuz isə Your nest on the Path, Casa Fortunata kimi yerlərdir. Bir də kiçik bir qeyd edim ki, dünyanın ən gözəl otellərindən biri olan Le Sirenuse da burada yerləşir.Pozitanoya nə vaxt getmək olar?Səyahət edərkən yağış sizi narahat etmirsə bahar və payız ayları bura getmək üçün seçilən vaxtlardandır. Dəniz tətilini burda keçirmək istəyənlər yayda ən yüksək istiliyin 32 dərəcə olduğunu yadda saxlasınlar. Həm gündüzlər isti sizi yormur, həm də gecələri sərin keçir. Məncə ən yaxşı vaxt turistlərin hələ çox axın etmədiyi, havaların da daha yeni isinməyə başladığı-aprel ayının əvvəlidir.Pozitanonun yerli xalqı haqqında Pozitanoda yerli xalqın həyat səviyyəsi yüksək və cənublu olduqlarına görə daha rahat, daha gülərüz və yardımsevər insanlardır. Bura həm də İtaliyanın digər bölgələrinə nisbətən daha təhlükəsizdir.Əgər yazını bəyəndinizsə aşağıda olan Facebook düyməsini seçərək blogpostu Facebookda paylaşın ki, dostlarınız da yazılarımızdan xəbərdar olsunlar. Yox əgər Gəzəyənlərin yazılarından ilk xəbər tutmaq istəyirsinizsə aşağıda “abunə ol” bölməsinə mailinizi yazaraq düyməyə klikləyin. Hələlik bu qədər, növbəti yazılara qədər…Paylaşdı: Ulkar Ismayilzada

1669 dəfə oxunub
Bizi izləyənlər siyahısına qoşulun!