1677 dəfə oxunub

Avropa səyahəti (Berlin, Amsterdam, Paris, Barselona, Roma, London)

Sizə bir müddət öncə söz vermişdim ki, Avropa səyahətlərim haqda yazacam, lakin hərəsi üçün ayrı post açmağa təəssüf ki zaman çatmır. Ona görə qısa yazacam hər biri haqda 
Getməyimin əsas məqsədi qurduğumuz GETGUIDED şirkətinin bələdçiləri ilə və partnyorları ilə görüşmək idi.

Qaldığım və bəyəndiyim hostellər: Aletto (Berlin), Generator (Paris ve Barselona), WOW (Amsterdam), The Hat(Madrid)
Qiymətləri 30-40 Avro arası dəyişirdi 2 gecə üçün. Roma və Londondakı Hostellərin reviewlarına baxmamışdım deyə çox pis çıxdı və onları məsləhət görməyəcəm.
Hostellərdə qalacaqsınızsa mütləq özünüz ilə kilid götürün, əşyaları qoyduğunuz qutunu bağlamaq üçün.

Aeroportlarda şəhərə getmək hər yerdə metro ilə idi və ya qatarla 3-5 avro arası. London və Rim xaric. Rim 14 avro, Londona 15 funt idi deyəsən. Rimdə sonradan öyrəndim 5 avroya avtobus var imiş, dönüşü onunla etdim.

Heç bir şəhərdə avtobus ya metroya minmədim məcbur qalmadıqca  270 min addım atdım 14 günə və təxmini 220 km edir bu. Ətrafı görmək üçün ən yaxşısı yeriməkdir.

Nələr etdim?
Berlin - Berlində köhnə xəstəxanaya 70-ci illərdə illeqal oturum hərakatı başlatan hippilərin yaşamını gördüm. Onlar artıq illərdir orada yaşayır və çox özlərinə məxsus art fokuslu həyat tərzləri var. Orada öz məktəbləri, bağçaları, teatrları var. Maraqlı bələdçi ilə oranı gördük və ordan isə Divari gördük (yaxındır)

berlin
Amsterdam - Ümumi şəhər turu etdik bələdçimizlə və sonrasında art tour etdik. Lokal artistlərin əsərləri ilə tanış olduq və cavan yaşayan incəsənət aləmi ilə yaxından tanış olduq. Amsterdama yaxın Harleem şəhəri də qəşəngdir

amsterdam
Paris - Parisdə son 32 ilin ən güclü qarı yağmışdı deyə çox bir şey göre bilmədik amma inanılmaz gözəl şəkillər alındı  Qar səbəbindən hosteldə sular kəsildi 2 gün, hostel maximum kömək etdi və pulumuzu da qaytardı sualsiz  Sonrasında hava limanında 20 saat qaldım. Yatmağa yer yox idi, və ağlıma ilk gələn məscid və kilse oldu rahat yer olaraq. Məscid bağlı olsa da oradakı kiçik kilsə otağı çox isti və rahat idi və orada yatdım

paris
Madrid - ciddi xəstələndim parisin soyuğu və aeroportda gecələməyimdən dolayı. Üzülərək deyirəm ki Madridi görə bilmədim, amma The Hat hostel çox rahat idi :)
Barcelona - ən sevdiyim şəhər oldu  Azərbaycanlımızın açdığı kiçik kafedə çay içdik (adresi ataram). Bələdçimiz ilə velotura getdik. Sahil boyu şəhərin kənarına qədər çıxdıq və velosiped ilə günəşin altında şəhər haqda öyrəndik. Sonra isə tapas yedik  Şirniyyatları da çox dadlı idi!
Roma - Burada əsl romalı olan bələdçimiz ilə yemək turuna getdik. Əsl İtalyan pastası yedik, şirniyyatlarından yedik və 200 illik mağazaları gəzdik. Hətta bir çörəkləri var təndir çörəyinə çox oxşayır  Heç biri turistik deyildi talyanlar qəhvə ilə kiçik şirniyyatı ayaq üstü kiçik mağazada yeyir və bu olur qəhvaltı. İnanılmaz dadlı kofeni və şirniyyatı kiçik mağazada tapdım orada Amore adlı (google-da axtarın çıxacaq). Yenə turist yox idi və yerlilər idi. Sonra isə italyan aşbaz ilə italyan makaronu bişirdik və yedik.

roma
London - Jack the ripper və ümumi tura getdik bələdçimiz ilə  ara küçələri gəzmək və kəşf etmək maraqlı oldu 

Bonus: Moskva - Metro turuna getdik bələdçimiz ilə  inanılmaz metrolar və gözəl hekayələr var hər stansiyada 

moskovv
Bonus iki: əlavə olaraq Göy-göl, Kıbrıs və Bakıdan şəkillər qoydum.

[gallery ids="1311,1309" type="slideshow"]

Bonus üç: Edinburghda hal hazırda (02.03.2018) stormdur. bütün qatarlar, hava yolları, avtobus, tramvay, məktəblər, iş yerləri bağlıdır və burda da şəkilləri var :) Edinburgh-a gəlsəz çalışaram qonaq edim və ya ən azından şəhəri göstərim 

edinburg
Bilirəm çox qısa yazdım, Və istədim şəkillərimi sizinlə paylaşım. Hansı şəhərə gedirsizsə və bələdçi axtarsaz GETGUIDED olarq sizə 10% endirim bizdən Kimin şəhərlər haqda nə sualı var buyrun verin çalışaram kömək edim.

Əgər yazını bəyəndinizsə aşağıda olan Facebook düyməsini seçərək blogpostu Facebookda paylaşın ki, dostlarınız da yazılarımızdan xəbərdar olsunlar. Yox əgər Gəzəyənlərin yazılarından ilk xəbər tutmaq istəyirsinizsə aşağıda “abunə ol” bölməsinə mailinizi yazaraq düyməyə klikləyin. Hələlik bu qədər, növbəti yazılara qədər…

Paylaşdı: Cavid Nadir

DİGƏR BLOQLAR

İlk Avropa səfərim

Salamlar! Deməli mən Polşa-Çexiya-Avstriya-Macarıstan və yol üstü Slovakiya səfərləri etmişəm. İlk belə Avropa səfərim idi və bunu tək başıma və əlbətdə Gəzəyənlər qrupu köməyi ilə etmişəm. Beləliklə Avstriyanın Vyana şəhərində yerləşən Belveder sarayı haqqında paylaşım etmək istərdim. Onu da qeyd edim ki, səfər etdiyim ölkələr arasında ən bahalı Avstriya idi. Hətda belə bir zarafatda edirdim ki, Vyanada nəfəs almaq belə ən azı 1-2€ Belvedere Muzeyi Vyananın müasir sənət və tarixi birləşdirən incisidir. Bu muzeydə, Belvedere Muzeyi, Vyana şəhərinin Belvedere sarayının içində yerləşir. Saray, 18-ci əsrdə inşa edilmişdir və ənənəvi Rokoko memarlığı ilə məşhurdur. Sarayın arxitekturası özündə tarixi və incə sənət incilərini daşıyır. Gustav Klimt, Egon Schiele, Oskar Kokoschka, Claude Monet kimi müstəqil sənətçilərin əsərlərini görmək olar və əlavə olaraq, 13-14-cü əsrlərə aid də nadir əsərləri də görmək olar. Belvedere sarayının gözəllikləri ürəyinizi çalacaq və bu muzeydə tarixin birləşdiyi məkanları keşf etmək böyük zövq verəcək. Ona görə mütləq şəkildə gedin. Ərazisi çox böyükdür və muzeyin özündə gəzmək hardasa ən azı 3-4 saatınızı alacaq. Klimt fanatı olduğum üçün 20€ düşünürəmki kiçik bir məbləğdir belə bir muzey üçün. Həmçinim hədiyyə maqazinləridə var düzdü qiymətlər bahadır amma belə 3-4€ nəsə tapmaq mümkündür. Giriş: 20€ ( ancaq Upper Belveder üçün və elə ora getmək yetərlidir)Paylaşan: Gulnar Juli Mammadli

185 dəfə oxunub

Dumanlı Albion - London bələdçisi

Londondakı otel, apartament və hostelləri bu linkdən book (bron) edə bilərsiz.#London- Adamların nəqliyyatda qidalanmaya qarşı aksiya keçirərək hər kəsə pulsuz yemək payladığı şəhər ????Bir müddət öncə Londonda haraları gəzmək barədə post paylaşmışdım. Çox sağ olsun dəyərli dostumuz qrup üzvü Ceyhun. Recommendationları mənə çox kömək oldu.Tarix: 10-14 OctHostel: Smart Russel SquarePlan: Camden Town-Trafalgar square- Piccadilly circus- St James Park-Buckingham Palace- Hyde park-National History Museum-Science Museum-Victoria and Albert Museum- Imperial War Museum-National Gallery-Imperial College-London Eye-Westminster Abbey-Harry Potter Platform-Covent Garden-Oxford street.Tanrı bu şəhəri xüsusi dəyərləndirib sanki. Hər divarından tarix yağır. Şəhərdə bütün tarixi binalar abidələr hamısı həddən artıq geniş, vahiməli və cəlbedicidir. Heç vaxt ölkə xaricində olmayan insan məsləhət deyil ki, ilk Londondan başlasın. Şəhərdə heç kim demək olar ac qalmır. Biraz bacarığı olan hər kəs nədənsə pul qazana bilər. Hətta plastik borudan belə səs çıxararaq gündəlik ərzaq təminatını qarşılaya biləcək pul qazana bilər. Şəhər o qədər böyükdür ki, məncə boşluğu doldurmaq xatirinə M&M-ə belə çox böyük bir mağaza açılıb ????Adamların hər zaman nəyəsə qarşı protesto edəcək mövzuları olur ???? Həmişə BBC-də baxdığım xəbərlərin baş verdiyi yerləri canlı görmək çox qəribə hissdir. Hətta mən orada olduğum vaxt bütün avropa ölkərəinin səfirləri Queen Elizabeth II Centre-ə yığışıb Brexiti müzakirə edirdilər. Bütün diplomatlar ordaydılar. ????Şəkillərdə qısa müddətlik London virtual tur edə bilərsiniz ümid edirəm ???? Şəhərdə dəhşətli dərəcədə əcnəbilər üstünlük təşkil edir. Hətta ərəblər ora da gedib çıxıb. Siz mən etdiyim səhvi qəti etməyin! Şəkil çəkdirmək istəsəniz nə badə Yaponlara verəsiniz ki, sizin şəklinizi çəksinlər. Çünki, özünüzü o şəkildə tapmayacaqsınız sizdən başqa bütün object-lər olacaq ???? Orada olduğum müddətdə heç bir public transportdan istifadə etmədim ki, daha çox yerləri görə bilim. Gün ərzində 13-14 saat çöldə gəzərək şəhərdən zövq almağa çalışırdım.London barədə çox danışmaq olar. Çatdıra bilmədiyimə görə hələ bəzi yerlərdə olmadım, amma, ümumi olaraq onu deyə bilərəm ki, avropalılar oranı bəyənməsə də, mən deyərdim ki, hər bir insan mütləq 1 dəfə də olsa orada olmalıdır.P.S. My Old Dutch bu yerdə crepes yemədən qayıtmayın. Classic crepes varlarıdır ki, dəhşət dadlı və böyükdür ən gözəli də burada yeyə bilərsiz. ????Hamınıza xoş istirahət və tətillər arzu edirəm.Forever solo traveler ????Əgər yazını bəyəndinizsə aşağıda olan Facebook düyməsini seçərək blogpostu Facebookda paylaşın ki, dostlarınız da yazılarımızdan xəbərdar olsunlar. Yox əgər Gəzəyənlərin yazılarından ilk xəbər tutmaq istəyirsinizsə aşağıda “abunə ol” bölməsinə mailinizi yazaraq düyməyə klikləyin. Hələlik bu qədər, növbəti yazılara qədər…Paylaşdı: Valikhanov Emin

2373 dəfə oxunub

Vatikan - muzeylər

Vatikandakı bütün otel, apartament və hostelləri bu linkdən book (bron) edə bilərsiz.Romaya və Vatikana səfər edib muzeylərə pul ödəməyim və pulum cibimdə qalsın deyirsinizsə nəzərinizə çatdırım ki, hər ayın ilk bazar günü Romada olan muzeylər, hər ayın son bazar günü, saat 09-14:00 aralığında isə Vatikanda olan muzeylərə giriş pulsuzdur. İndiyə kimi qrupda Vatikan haqqında bir çox post görmüşəm və bir çoxunda Vatikan üçün xeyli miqdarda pul ödədiklərini yazıblar. Onu deyim ki, Vatikanı gəzmək üçün heç də 50-60 avro pul ödəmək lazım deyil.Vatikan muzeyi və Sistine Şapelinə giriş qiyməti 17 avrodur, Postun sonunda göstərəcəyim saytlardan online rezervasiya edib sıra gözləmədən gəzə bilərsiz. Online rezervasiya üçün əlavə 4 avro ödəmmək lazımdır. Tələbələr üçün endirimli qiymət 8 avrodur. St Pietro Bazilikasına giriş pulsuzdur, qarşısında xeyli növbə olur, bunun üçün səhər saatlarında gedib növbəni 15-20 dəqiqəyə keçmək olur. St Pietro Bazilikasının ən yuxarı hissəsində olan qübbəyə qalxıb möhtəşəm Vatikan mənzərəsini görə bilərsiz.Buraya çıxmaq üçün girişdə 5 avro ödəyib 550 pillə qalxmaq lazımdır və yaxud 7 avro ödəyib pillələrin ilk 230-nu liftlə qalxa bilərsiz. Amma əsas çətinlik elə növbəti 320 pillədə olduğu üçün boşuna 2 avro əlavə ödəməyin. Sona doğru keçid çox darlaşır və eyni anda 1 nəfər ancaq irəli hərəkət edə bilir. Bizim qarşımızda yaşlı insanlar qalxdığı üçün son 50 pilləni bəlkə də yarım saata qalxdıq. Zirvəyə çatdıqda isə insan heyran olur. Möhtəşəm Vatikan mənzərəsi ayaqlar altında olur. Mənzərəyə heyran olub burada ən az 1 saata yaxın vaxt keçirdim.Vatikanda mütləq görülməsi yerlərdən biri Sistine şapelidir. Rafael, Leonardo da Vinci, Caravaggio kimi məhşur sənətkarların əsərlərini, Michelangelonu şapelin tavanına çəkdiyi portretləri gördükcə adamın ağzı açıq qalır. Dan Brown kitablarının fanatısınızsa Vatikan səyahətini tam başqa hisslərlə və gözlə edəcəksiniz. 1932-ci ildə memar Giuseppe Momo tərəfindən hazırlanmış spiral nərdivanlar isə əsl foto çəkiləsi yerdir. Vaxtınız varsa Vatikanı qaranlıq düşdükdən sonra da görün. Səyahətiniz zamanı Vatikana ən az 1 gün vaxt ayırın. Vatikan səyahətinin tək mənfi tərəfi hər yerdə insan selinin olmasıdır. 0.44 km² ölçüsü ilə dünyanın ən balaca ölkəsi hesab edilən Vatikan hər il 5-6 milyon aralığında turist qəbul edir. Sonuncu Vatikan səyahətindən yadımda qalan bunlardır, əlavə suallarınız varsa cavablaya bilərəm.http://www.museivaticani.va/content/museivaticani/en.html) (https://biglietteriamusei.vatican.va/musei/tickets/do…Əgər yazını bəyəndinizsə aşağıda olan Facebook düyməsini seçərək blogpostu Facebookda paylaşın ki, dostlarınız da yazılarımızdan xəbərdar olsunlar. Yox əgər Gəzəyənlərin yazılarından ilk xəbər tutmaq istəyirsinizsə aşağıda “abunə ol” bölməsinə mailinizi yazaraq düyməyə klikləyin. Hələlik bu qədər, növbəti yazılara qədər…Paylaşdı: Gəzgin Həyat

2807 dəfə oxunub

Qütb işıqları: İslandiya Bələdçisi

Qütb işıqları , İslandiya Keçən il İsveçin Abisko kəndinə getmişdim, amma, çox zəif gördüm. Bu il İslandiyaya getmək qərarına gəldim və şansım gətirdi ))Deməli dostlar, qərar verdiniz ki, İslandiyaya gedirsiz. Qütb işıqlarını harda və necə izləyə bilərsiz?İlk öncə onu deyim ki, gecəni çöldə yatmağa ehtiyac yoxdur. Necə?))İslandiyada məhşur Otellərin və s "Live" kameraları 24 saat işləyir. Sadəcə telefon ilə pulsuz izləyə bilərsiz, istədiyiniz an. Ən məhşurunun linkini atıram bura; https://landhotel.is/index.php/northernlights-liveİndi, bu postu gördüyün anda belə bu linke daxil olub izləyə bilərsiz.Tutalım ki, Live kamera ilə izləyərkən qütb işıqlarını gördüz, bəs sonra?50,60 avro tur şirkətlərinə ödəməyə ehtiyac yoxdur (Əgər maşın icarə etmisinizsə). Sizə "Location" adları deyəcəm, google mapda axtarın, əlavə edin və ora gedin, qütb işıqlarını izləyin Çoxusu Reykjavikdən yarım saatlıq məsafədədir.Qütb işıqlarını izləmək üçün "Məkanları" yazıram; Heiðmörk, Kleifarvatn, HellaQeyd 1: Qütb işıqlarını izləmək üçün xüsusi məkan anlayışı yoxdur. İşıq kirliliyi az olan istənilən yerdə qütb işıqlarını müşahidə edə bilərsiz. Səmanın buludsuz olması isə mütləqdir Qeyd 2: Qütb işıqlarının parlaqlılığı və ya dərəcəsi "KP" əmsalı ifadə olunur. KP dərəcəsi 0-9 arasında dəyişir. Bəzən göz ilə görünmür, telefon kamerası və ya fotokamera ilə görsənir. Bəzən göz ilə (KP yüksək olduqda) görülür. Bu sizin şansınızdan asılıdır. Qeyd 3: Qütb işıqlarını necə çəkmək lazımdır? Smartphone ilə qütb işıqlarının şəkilini çəkə bilərsiz. Özünüzü necə çəkə bilərsiz ?Bir nəfər sizə tərəf işıq tutur, və şəkil çəkir ))Bəs video? Bu çətindir. Qütb işıqlarının videosunu çəkmək üçün daha yüksək parametelərə malik Photocamera lazımdır. İslandiya səyahəti barədə bu və digər məlumatları instagram hesabımdan paylaşıram, izləyə bilərsiz. Sizə xoş səyahətlər Ali_aghakishiyevhttps://www.instagram.com/ali_aghakishiyev...Paylaşan: Əli Ağakişiyev

289 dəfə oxunub
Bizi izləyənlər siyahısına qoşulun!