1608 dəfə oxunub

Yer kürəsi üzərindəki əcaib planet - İslandiya

"Buzların və alovların ölkəsi" - İslandiyanın devizi, bu ölkənin təbiətinin malik olduğu kontrastı və həmin kontrastın yaratdığı möcüzələri bir cümlədə ifadə edir.

Üzəri buzlaqlarla örtülü vulkan krateri - alovun üstünü örtən buz; qayaların arasından, dağların yamacından axan bol sulu, bəzən dəniz mavisi rəngində, bəzən güclü və palçıqlı, bəzən sakit və həzinli axan şəlalələr; yerin dərinliklərində qaynayıb 40 metr yüksəkliyə fışqıran qeyzerlər; teknonik plataların ayrılma xəttlərini öz gözlərinizlə görə biləcəyiniz parklar, çaylar; min illər boyunca ağır buz kütlələrinin altında sıxılmış mas-mavi aysberqlərin üzdüyü göllər; lavaların yaratdığı yüz hektarlarla ərazi və həmin ərazidə yenicə əmələ gəlmiş mamır təbəqəsi; qütb parıltısı kimi insanı heyrətə gətirən təbiət hadisəsinə heyranlıqla tamaşa etmə imkanı verən gecə səması; saatlarla yorulmadan, zövq ala-ala maşın sürə biləcəyiniz yollar; Atlantik okeanının vəhşi dalğalarının yaratdığı uğultu; nağılvari mağaralar içindəki qap-qaynar hovuzlar - bütün bunların hamısını bir həftəyə yaşamaq istəyirsinizsə, İslandiyanı növbəti səyahət planlarınıza daxil edin.

21743615_10212731870025030_2417514737715177006_o

Gələk hər kəsi maraqlandıra biləcək suallara:
1. Bilet neçəyədir ?
Digər avropa ölkələrinə nisbətən İslandiyaya biletlər daha bahadır. Almaniyadan gediş-dönüş hardasa 250-300 avro ətrafındadır.
2. Hansı viza lazımdır?
İslandiya Avropa Birliyində olmasa da, Schengen vizasını qəbul edir. Dəqiq məlumatı internətdən ala bilərsiniz.
3. Hotel qiymətləri necə?
Hotellər, hətta hostellər belə həddindən artıq bahadır. Ona görə də ən optimal variant özünüzlə çadır götürüb camping etməkdir.
4. Necə səyahət etmək olar? İctimai nəqliyyat necədir?
Paytaxt Reykjavikdən başqa digər yerlərdə nəqliyyat çox pisdi. Gəzməli yerlər isə məhz əsasən paytaxtdan kənarda, Ring Road (dairəvi yol) dedikləri ölkə sahili boyunca dövr ədən yolun ətrafındadı. Yolun uzunluğu hardasa 1400km-dir.
Üstəlik, ölkə əhalisi 400 min nəfərdən də azdır. Ərazisi isə Azərbaycandan da böyükdür. Ona görə də ən yaxşı seçim, maşın kiralayıb onunla səyahət etməkdir. Çalışın mütləq SUV və 4x4 maşın götürün, çünki əsas yollardan biraz qırağa çıxsaz bərbad halda olan torpaq yollarla maşın sürməli olacaqsınız. Maşını hardasa günü 120-150 avroya kiralamaq mümkündür. Hətta istəsəniz RV də kiralaya bilərsiniz. Mən bir də getsəm, yəqin RV kiralayaram.

21753060_10212731869905027_1463254968338884862_o
5. Qiymətlər necədi?
İslandiya həddindən artıq bahalı ölkədi. Yeməyi özünüz bişirməsəz, gün ərzində rahat adam başına 70 avrodan çox yeməyə xərcləyə bilərsiniz. Ən ucuz pizza 23 avroyadı. Özünüz bişirsəniz, günü 15-20 avroya yola vermək olar.
Əlavə olaraq deyim ki, bütün ləvazimatlarınızı özünüzlə gətirin. İsti paltar, isti və su keçirməz hiking ayaqqabıları, çadır, sleeping bag, bişirmək üçün camping equipmenti (amazondan, ebaydən 30-40 avroya full set ala bilərsiniz) özünüzlə gətirin. Internetdən 20-30 avroya ala biləcəyiniz camping equipmenti sizə burada 80 avroya kiraya verəcəklər.
İsti paltar məsələsinə xüsusən diqqət edin. Yayda Google-un verdiyi hava məlumatı sizi aldada bilər. Gecələr həddindən artıq soyuq keçə bilir. İsti paltarınız olmasa bir günə xəstələnə bilərsiniz. Qışda isə, professional səyyah deyilsinizsə İslandiyaya gəlməyiniz heç məsləhət deyil. Həddinən artıq sərt təbiəti var. Yollar buz bağlayır, tufan və qasırğalar maşınınızı sıradan çıxarda bilər.

21743861_10212731871465066_4330834091854118766_o
6. Camping qaydaları:
İslandiyada camping üçün xüsusi yerlər var (camping grounds). Qanunən istənilən boş ərazidə camping etməyə icazə verilsə də (maşını offroad sürməmək şərti ilə, hansı ki qətiyyən qadağandı), turistlərdən camping groundlarda qalmaları xahiş olunur (ya da yumuşaq şəkildə tələb olunur). Bu camping groundlarda qalmaq haqqı gecəsi adam başına 15-20 avro arası dəyişir.
7. Bir həftə vaxtım yoxdursa necə?
Əgər vaxtınız çox azdırsa, Ring Road-a alternativ olan, 1-2 günə gəzə biləcəyiniz Golden Circle yolunu seçə bilərsiniz.

21728611_10212731871145058_8342833442122149703_o

Ən sonunda, bu möcüzələr ölkəsi İslandiyaya birlikdə səyahət etdiyimiz dostum Alakbar-ə də bişirdiyi ləzzətli yeməklərə görə də təşəkkür edirəm  (www.instagram.com/alekperos/)
p.s. Çəkdiyim şəkilləri https://500px.com/ahmed_rnt səhifəsindən izləyə bilərsiniz.

Əgər yazını bəyəndinizsə aşağıda olan Facebook düyməsini seçərək blogpostu Facebookda paylaşın ki, dostlarınız da yazılarımızdan xəbərdar olsunlar. Yox əgər Gəzəyənlərin yazılarından ilk xəbər tutmaq istəyirsinizsə aşağıda “abunə ol” bölməsinə mailinizi yazaraq düyməyə klikləyin. Hələlik bu qədər, növbəti yazılara qədər…

Paylaşdı: Ahmed Ahmedov

 

DİGƏR BLOQLAR

Avstriya, Vyana turu

Vyanadakı bütün otel, apartament və hostelləri bu linkdən book (bron) edə bilərsiz.1. Ümumi təəssüratlarım.Vyananı haqqında eşitdiklərimə uyğun olaraq çox gözəl təsəvvür edirdim. Gördüklərimdən sonra da qətiyyən yanıltmadı bu şəhər məni.Rahatlıq, gözəl binalar, saraylar, insanlarda olan alicənablıq, küçələrin təmizliyi, səliqəsi, nəqliyyatın uyumluluğu və sair. Bir sözlə Vyana 'Vyana' idi.2. Gəzib gördüklərim.2 günlük tura nəyi sığışdıra bildiksə onları görməyə çalışdıq. Schönbrunn sarayına elə bir gün sərf olundu. 24 avroluq gəzinti paketi almışdıq (adını xatırlamıram) və həmin paketlə saray ərazisində 5 məntəqəyə giriş şansı var idi - Sarayın öz daxili gəzintisi, Orangerie, Qapalı bağ ərazisi, Labirintlər və Gloriette. Mənim kimi şəkil çəkmək həvəskarı üçün o pula dəyərdi, ancaq sadəcə sarayın xarici ərazisini görmək istəyənlər üçün giriş pulsuzdur. Pulsuz ərazi özü sarayın təxminən 70-80 faiz ərazisini əhatə edir. 2-ci gün Rathausplatz, Hofburg sarayı, Parlament binası, Qızılgül bağı, Stephansplatz kilsəsi, Belvedere sarayı və Luna parka gedə bildik. Hər biri gözəl idi. Yolunuz düşsə mütləq bu yerlərə gedin.3. Məsləhətlərim.Vyanaya gedirsinizsə ən azı 4-5 günlük gedin ki, rahat gəzə biləsiniz. Nordsee restoranına gedin, Paolo Bortolotti dondurmalarını dadın, turistlər üçün şəhər avtobus turlarından istifadə edin. Vyanada olanda təcrübəsiz idik deyə bu turlardan istifadə etməmişdik, ona görə də 2-ci gün görməli yerləri axtarıb tapana kimi çox vaxtımız getmişdi. Gedəsi olsanız 20-25 avronuzdan keçin və rahat şəkildə gəzintinizin dadını çıxardın.4. Nəqliyyat sistemi haqqında.Əsas məsələ)) yerin altında və üstündə 6 xətli, 4-5 mərtəbəli metro xətləri, dəmir yolu, tramvaylar, avtobuslar, maşın yolları, velosipedçilər üçün zolaqlar, piyada keçidləri və bunları birləşdirən ümumi bir cəhət - rahatlıq. Şəhərin demək olar hər bir nöqtəsinə metro gedir. Xətlərin çoxluğuna baxmayaraq xəritə çox sadədir, çətinlik çəkmədən istənilən yerə getmək olur. Metroya bilet 2,20 avro idi səhv etmirəmsə. Maraqlı olan o idi ki, biletləri yoxlayan yox idi. Biz 2 gün ərzində 2 dəfə bilet aldıq. Birincini alıb aparata vurduq, sonra gördük ki, heç kim bilet vurmur (yerli əhali 1 aylıq biletlər alır deyə vurmağa ehtiyac yoxdur). Ona görə 2-ci bileti alanda aparata vurmadan keçdik və 2 gün ərzində özümüzlə gəzdirdik. Yaxınlaşıb yoxlayan olsaydı 'turistik, aparata vurmaq lazım olduğunu bilmirdik' deyə bilmək üçün)) Amma yoxlanılsaydıq bu cavabla cəzadan qurtula bilərdikmi onu bilmirəm, cəza da nə az, nə çox 60 avrodur.Digər məsələ dəqiqlikdir. Əgər biletinizdə 09.03, 10.24 və sair, nə yazılıbsa dəqiqliklə həmin vaxtda orada olun. Bakıdakı kimi heç kimin göz yaşlarına baxmırlar, avtobusa 1-2 dəqiqə gecikmə ilə çatdınızsa, gözünüzün qabağında avtobusunuz getdisə, arxasınca əl eləməkdən başqa çarəniz yoxdur, necə ki, bizim başımıza gəldi (( Alman dəqiqliyi hər yerdədir.5.Bəyənmədiklərim.Bura nəsə yazmış olsam, günah etmiş olaram. Vyananın bəyənilməyəsi bir yanı yoxdur. Sadəcə atlardan gələn qoxular diskomfort yaradırdı. Bir də bahalıq.... O da avstriyalıların günahı deyil, sadəcə biz 'kasıbıq'))6. Gələcəkdə etmək istədiklərim.Dəfələrlə və dəfələrlə Avstriyaya getmək... Vyana zooparkını gəzmək, yerli yeməklərdən dadmaq, Vyanada gecə gəzintisinə çıxmaq, Lunaparkdakı bir çox attraksionlardan istifadə etmək, Hallstatt, Salzburq və digər şəhərləri gəzmək. Qismət olar, ya olmaz onu bir Allah bilir. Mənə ümid edib dua etmək düşər Əgər yazını bəyəndinizsə aşağıda olan Facebook düyməsini seçərək blogpostu Facebookda paylaşın ki, dostlarınız da yazılarımızdan xəbərdar olsunlar. Yox əgər Gəzəyənlərin yazılarından ilk xəbər tutmaq istəyirsinizsə aşağıda “abunə ol” bölməsinə mailinizi yazaraq düyməyə klikləyin. Hələlik bu qədər, növbəti yazılara qədər…Paylaşdı: Nərgiz Müzəffərova

2164 dəfə oxunub

Amerika səyahəti

We will make America great again ????Demək iyulda Çində səfərdə olarkən bir e-mail gəldi ki, bəs təbrik edirik müraciət etdiyiniz SABIT programına qəbul olmusunuz və 17-31 Avqust sizi Amerikada gözləyirik. Dedim heç yeridi sən canı?! Onsuzda 2 həftədi Çindəyəm işlər tökülüb qalıb. Təzədən qayıdan kimi yenə sənəd, viza, çanta hazırla dur get Amerikaya. Özü də 2 həftəlik. Təbii ki, çox ciddi şəkildə etiraz etdim, yuxarılara yazdım xeyri olmadı, da əlacsız gedəsi oldum. ????Bu günə kimi ən sürətli vizanı Amerika səfirliyindən aldım. Sənədlərimi verib səfirlikdən çıxandan, vizanın hazır olub Aramexə göndərilməsi haqqında e-mail almağım arasında heç 20 saat keçməmişdi. SABIT dövlət proqramı olduğu üçün səfirlik tərəfindən çox yaxşı münasibət göstərirlər. Səfirlikdə mənə növbə çatanda cəmi 5 dəq çəkmədi söhbətimiz, o 5 dəq çoxunu da səfirlik işçisi SABITi tərifləyib məni təbrik etməklə keçdi. Hələ belə viza alma prosesi görməmişdim.Sağ olsun təşkilatçılar mümkün ola biləcək ən uzun və ən baha bilet alıb göndərdilər. Gediş İstanbul-Frankfurt-Washington DC, qayıdış Chicago-London-İstanbul. Qiymət $3260. Dövlət proqramı olduğu üçün Amerkanlar xeyirləri özlərinə verdi və American Airlines ilə biletləri aldı.Birinci Washington DC-də nazirlik və şirkətlərlə görüşlərə başladıq. Washington çox yaşıl və rahat şəhərdi, Whitestote DC-ni (Ağdaş) xatırlatdı mənə. Özümü evdə hiss edirdim. ????Bir az havası fərqlidir, nəmişliyi çoxdur. Bir də yolları bərbaddır. Xırdalan yoluna oxşayır.4 gün Washingtonda qalandan sonra Omahaya getdik. İstifadə etdiyimiz Southwest low cost hava yoludur, uçan avtobusdur elə bil. Heç kimin yeri yoxdur, kim tez minsə birinci o oturur ????‍♂️ avtobusdan fərqi odur ki, ayaq ustə getmirsən və havada gedir. Ryanair və Wizzair bunun yanında şükürlüdü.Omaha köhnə kinolardakı Amerikanı xatırlatdı mənə. Balaca və çox sakit şəhərdi. Amerikanın ən yaxşı steaki burallarda olur güya. Omahada kimi danışdırsan steaklərindən danışırdı. Nəysə tırkaya gedib yoxladıq, o qədər də tərifli bir şey deyildi, amma yoxlamağa dəyərdi. Burda da k/t şirkətləri ilə görüşüb yenə “uçan avtobusla” getdik Springfieldə.Springfield Abraham Lincolnun vətəni və Illionis ştatının paytaxtıdır. Gedib Lincoln müəllimin yaşadığı evi gəzdik.Springfildi də fəth etdikdən sonra normal yerlə gedən avtobusla 3 saata Chicagoya getdik. Chicago çox möhtəşəm şəhərdi, tam xəyal etdiyim Amerikanı görə bildim orda. Filimlərdəki Amerika idi Chicagoda gördüklərim. Binalar, yollar, insanlar. Bəlkə NY və Californiada da eyni hissi keçirdərdim. Amma, gördüyüm Washington DC, Omaha, St. Louis, Springfield, Decatur şəhərlərindən çox Chicagonu sevdim. Düzdür, çox vaxtım olmadı orda, amma ən əsas yerlərinə getməyə çalışdım.Beləliklə beynəlxalq traininglər sayəsində fəth etdiyim növbəti ölkə Amerika oldu. Bundan əvvəl Tayvan, Almaniya və İsraildə təlimlərdə iştirak etmişəm. Təhsil və biznes xarakterli səyahətlər daha maraqlı olur. Siz də yoxlayın ????Qalanını şəkillər anlatsın ????SABIT proqramı barədə məlumat burdan ala bilərsiz: https://www.trade.gov/sabit/Əlavə sualınız olsa buyurun ????Əgər yazını bəyəndinizsə aşağıda olan Facebook düyməsini seçərək blogpostu Facebookda paylaşın ki, dostlarınız da yazılarımızdan xəbərdar olsunlar. Yox əgər Gəzəyənlərin yazılarından ilk xəbər tutmaq istəyirsinizsə aşağıda “abunə ol” bölməsinə mailinizi yazaraq düyməyə klikləyin. Hələlik bu qədər, növbəti yazılara qədər….Paylaşdı: Ramil Azmammadov

782 dəfə oxunub

Çin bələdçisi - Hanqcou, Nankin, Şanxay, Pekin

Şanxaydakı bütün otel, apartament və hostelləri bu linkdən book (bron) edə bilərsiz.13 günlük Çin səfəri.Vaxtında deyim yazı uzundu, üzürlü hesab edin ????Demək ofisdə oturduğumuz yerdə e-mail gəldi ki, 13 günlük Çinə getmək lazımdır.Dedim bu qədər işin içində necə gedəcəmasfgüjajeqıaNəysə təcili biletləri alıb Bakı-Doha-Hangzhou reysiylə uçduq Çinə.Əsas məsələni qeyd edim, hələ Çin səfirliyi kimi çox qəliz səfirlik görməmişəm. Təsəvvür edin İsrail səfirliyi bunların yanında toya getməlidir. Çin Azərbaycanlılar üçün turist vizası vermir. Ancaq iş vizasıdır, onun üçün də Çində sizi dəvət edən şirkət miqrasiya idarəsindən ştrix kodlu dəvətnamə göndərməlidir. Bunu isə yalnız böyük şirkətlər edə bilir. Bu dəvətnamə üçün Çində miqrasiya idarəsi məhkumluq haqqında arayışın Ədliyyə Nazirliyində təsdiqi, sonra isə Çin səfirliyində təsdiqini istəyir. ASAN xidmətin verdiyi məhkumluq haqqında arayışı qəbul etmirlər. Çində görüşəcəyimiz böyük şirkətlərin birində işləyən Azərbaycanlı dostumuzun sayəsində dəvət məktubunu qısa müddətdə aldıq. Çinə çatanda müsəlman ölkələrindən ilk dəfə Çinə gələnləri saxlayıb sorğu sual edirdilər. Yarım saat sonra növbə mənə çatdı. 10-15 dəq sorğu sual oldu, sonra məndən telefondakı şəkilləri göstərməyimi istədilər. 2200-lük foto alboma baxmağa başladılar. Gəldi çıxdı albomun axırında Tayvanda çəkdiyim şəkillərə. Gözü Tayvan bayrağına sataşdı. Şəkili açdı ki, bir tərəfimdə Amerika, o biri tərəfimdə isə Tayvan bayrağı şəkil çəkdirmişəm ???? Elə bil qıza şapalaq vurdular, üz ifadəsi dəyişdi və tez keçdi içəri. 5 dəq sonra məni otağa çağırdılar. Gördüm fərqli geyimdə bir təhlükəsizlik işçisi sənədlərimə baxır. Çamadana baxmaq istədi, açdım çamadana da baxdılar, 10 dəqiqə də bu sorğu sual etdi. Sonra üzr istəyib, çamadanımı toplamağa kömək edib yola saldılar.Çində UBERin əvəzinə öz taxi xidmətləri olan Didi işləyir. Qiymətləri çox yaxşıdır.13 gün içində Çində 4 böyük şəhərdə olduq: Hangzhou, Nanjing, Shanghai, Pekin(Beijing). 4-ü də çox böyük və çox inkişaf etmiş şəhərlərdir. Bu şəhərlərdə mərkəzdə evlərin ortalama qiyməti $10,000 / m2-dən başlayır. Və hər kəs də ev almağa can atır ????Hangzhou və Nanjingdə hər birində 8 milyon, Şanxayda 27 milyon, Pekində də 24 milyondan çox əhali var.Sürətli qatarları çox yaxşı işləyir, Şanxay - Pekin reysində sürət 347 km/h qədər qalxmışdı. İstənilən şəhərə qısa müddətdə çatmaq üçün çox əlverişli nəqliyyatdır.Xarici turistlərə çox az rast gəlinir, daxili turizm isə dəhşət işləyir. Qaldığımız bütün otellər Çinli turistlərlə dolu idi.Çində whatsapp, facebook, messenger, instagram, google, gmail, YouTube işlətmək istəyirsinizsə mütləq VPN yükləyin. Çində bunlara qadağa qoyulub və heç biri işləmir.Gördüyüm 4 böyük şəhərdən ən gözəli Şanxaydır. Şərqin New Yorku da deyilir. Buranın adamları da digər şəhərlərə nisbətən mədənidir, amma adam dəhşət çoxdur ????‍♂️ rəsmi rəqəmlərə görə 26,5 milyon.Çində adam bir birinə toxunanda heç kim üzr istəmir. Təzə təzə üzr istəyirdim gördüm heç kimə çatmır. Baxırlar ki, nəyə üzr istəyirsən. Məntiq odur ki, ”adam adama dəyər də” ????10 gün içində ilk dəfə Şanxayda çox yaşlı bir day day (bunlara yaş vermək olmur hər hal 200 yaşı olardı ????) ayağıma toxunduğuna görə üzr istədi. Hər-hal dayının cavanlığında adam az olub, o devirdə üzr istəyiblərmiş.Yeməklərinə öyrəşmək üçün 13 gün az müddətdir, şirin souslu balıqlarını və digər fərqli qoxulu yeməklərini yemək asan deyil ???? ona görə də çalışdım ancaq dəniz məhsulları yeyim. Axır ki, lobster də yedim ✅Pekinə yolunuz düşsə, Pekindən 50km məsafədə Çin səddinə mütləq gedin.Sürətli qatarla getməyiniz məsləhətdir. Nəzərə alın ki, çinlilər çox bərbad maşın sürürlər, piyada keçidində çox nadir halda yol verirlər. Əslində başa düşüləndi, piyada keçidində hamıya yol verməyə cəhd etsələr, bir də pensiya vaxtında gedib evə çatarlar. Adam o qədər çoxdur yəni ????Əsas xərclər və xidmətlər barədə qısa məlumat:* Baku-Doha-Hangzhou. 14 saat, 664 AZN* Pekin - Baku. 8 saat, 617 Dollar* Taxi xidməti: Didi* 5 ulduzlu otellər: 140 $ / gün* VPN- StarVPN* Çin dili üçün: iTranslate application.Əgər yazını bəyəndinizsə aşağıda olan Facebook düyməsini seçərək blogpostu Facebookda paylaşın ki, dostlarınız da yazılarımızdan xəbərdar olsunlar. Yox əgər Gəzəyənlərin yazılarından ilk xəbər tutmaq istəyirsinizsə aşağıda “abunə ol” bölməsinə mailinizi yazaraq düyməyə klikləyin. Hələlik bu qədər, növbəti yazılara qədər…Paylaşdı: Ramil Azmammadov

1483 dəfə oxunub

Litvanın gənclik mərkəzi - Kaunas

Kaunasdakı bütün otel, apartament və hostelləri bu linkdən book (bron) edə bilərsiz.Hər kəsə salam. Əziz Gəzəyənlər. Bu postda sizə Kaunas,Lithuania haqqında danışacam (Uzun olacaq ????). Bütün lazımlı məlumatları bu postda görə bilərsiniz. Şəkillərlə isə daha real vəziyyətlə tanış olacaqsız. Mən özüm bu şəhərə Oktyabr ayından gəlmişəm hazırda da burdayam. Öncə onu deyim ki, küləksiz və soyuqdur.Əhali haqqında - Əhalisi 288,466 nəfər təşkil edir. Rəsmi dillər Litvancadır, hansı ki, ən qədim və çətin dillərdən hesab olunur. Yaşlı nəsil rusca danışır başa düşür amma özlərini sənə işi düşmədikcə rusca istifadə etmir. Məsəl üçün sən ondan yol soruşsan sənə öz dilində cavab verəcək amma hər hansı məhsulu satırsa sən rusca soruşursansa o saat rusca danışırlar. Çox qatı şovunist millətdir. Çox tənbəl millətdir hətta övladlarına ad fikirləşməyə belə tənbəllik edib təkrar adlardan istifadə edirlər. Qadın adları əsasən *Birute,Kamile,Migle və Agne* və kişi adları isə *Andirius,Jonas* kimi adlar təşkil edir. Bir binada yaşayan insanların ən azı 15-20 nəfər eyni adları daşıyır. Amma ki, əcnəbi tələbələrə qarşı qonaqpərvərdilər. Şəhərin əsas gəliri xarici tələbələrdən və əsasən də İndian tələbələrdən gəlir. Hətta bir azərbaycanlı tələbə və bir indus tələbə ilə müqayisə olunsaz əgər əmin olun ki, uduzarsınız. Çünki gəlir mənbəyi təhsildəndir bu şəhərin. Digər gəlir isə Bakıda mağazalarda gördüyünüz Kaunas smetanları və ağartı məhsullarındandır.????Nəqliyyat- Şəhəriçi əsasən trolleybus, avtobus, mikroavtobuslardan təmin edilib. Şəhərlər arası isə Ecolines, Eurolines və qatarlar təşkil edir. Tələbələrə ölkədaxili daşımalarda 50% endirim var.Alış-veriş – Ölkədə ən öndə gedən ərzaq və qismən geyim mağazalar şəbəkəsi Maxima, İKİ və Lidl-dır. Kaunasın özündə shopping mallar az olsa da çox genişdir. Mega Mall və Akropolis daha sonra isə kiçik Molas mall var. Mağazada aldığınız hər plastic içkilərin üzərinə 10 cent deposit ödəməlisiniz. Daha sonra isə onu recycle etdikdən sonra həmin pulu geri götürüb yenidən mağazada istifadə edə bilirsiniz. Və Urmas adlı bir yer var eyni bizim Binə Sədərək.Migration - Əgər siz bu ölkəyə vətəndaşlıq üçün müraciət etmək istəyirsinizsə bir çox options olacaq qarşınızda (Təbii ki, ən rahatın evlilik düşünməsəniz????). Yaxud sizin keçmişdə hər hansı bir yaxın qohumunuzun bu ölkədə vətəndaşlığı olubsa, bu ölkə üçün hər hansı xeyirli bir iş görübsə sizə üstünlük veriləcəkdir. Bu şərtlər yoxdursa o zaman ən azı 5 il bu ölkədə qalmalısınız və daha sonra vətəndaşlıq üçün müraciət edib rəsmi dillərində biliyinizi yoxladıqdan sonra sənədlər də qaydasındadırsa daimi oturum izni veriləcəkdir (Permanent Residence Permit). Müvəqqəti oturum izni (Temporary Residence Permit) müraciət etmək istəsəniz vizanızın bitməsinə ən azı 4 ay qalmış müraciət edə bilərsiniz.Gəzməli yerlər - Şəhər o qədər də turistik bir yer deyil hətta camping istəsəniz çətin tapa bilərsiniz. Keçmiş qalalar, rus ordusu tərəfindən əsir götürülmüş əsgərlərin saxlanıldığı türmə, kilsələr və abidələri görə bilərsiniz (Kaunas Castle, Kaunas Town Hill, Ninth Fort etc.). Daha ətraflı isə aşağıdakı şəkillərə nəzər yetirin. Sona qədər oxudunuzsa təşəkkür edirəm.????P.S. Bu əhaliyə kimsə bizlərdən bir tələbə dolmanın toyuq ətindən hazırlandığını inandırıb (çox güman ki, pul qutaran vaxta düşüb) indi inandıra bilmirəm ki, qardaş yarpaq dolması toyuq ətindən olmur ????Əgər yazını bəyəndinizsə aşağıda olan Facebook düyməsini seçərək blogpostu Facebookda paylaşın ki, dostlarınız da yazılarımızdan xəbərdar olsunlar. Yox əgər Gəzəyənlərin yazılarından ilk xəbər tutmaq istəyirsinizsə aşağıda “abunə ol” bölməsinə mailinizi yazaraq düyməyə klikləyin. Hələlik bu qədər, növbəti yazılara qədər…Paylaşdı: Valikhanov Emin

1097 dəfə oxunub
Bizi izləyənlər siyahısına qoşulun!