1570 dəfə oxunub

Amsterdam yaxınlığındakı qəsəbələr

Amsterdam yaxınlığındakı qəsəbələr
Bu qəsəbələr kanalları, yel dəyirmanları, qayıqları, kiçik, şirin evləri və dadlı balıqları ilə məşhurdur
Gələn dəfə sizə “Azadlığın şəhəri Amsterdam” - barədə yazaram. Ancaq bu gün yaxınlığındakı qəsəbələrdən danışmaq istəyirəm. Çünki Amsterdam daha çox yaxınlığındakı qəsəbələrlə yadımda qalıb.
Səyahətimin ən gözəl yerini bu qəsəbələr tamamladı. Anladım ki, Niderland təkcə, Amsterdamdan ibarət deyilmiş. Volendam, Marken, Eden, Zaanse Schans – bəlkə də nağıllarda oxuduğumuz şəhərlərin təsviri elə bu qəsəbələrdən götürülüb. Hər biri gözəlliyi ilə adamı nağıllar aləminə aparır. Qəsəbələr avtobusla Amsterdama 30-35 dəqiqəlik məsafədədir. Həmin qəsəbələrə avtobus və qatarlar Amsterdamın mərkəzindəki tarixi qatar vağzalından gedir.



Cəmi 10 avro ödəməklə
Vağzalda 10 avro ödəməklə bölgələrdə istifadə olunan günlük kart ala bilərsiniz. Həmin kartla gün ərzində saydığım bütün qəsəbələrə getmək olur. Biz gəzməyə Volendamla başladıq. Bura çox gözəl evlər, mağazalar və restoranların olduğu kiçik balıqçı qəsəbəsidir. Eyniölçülü kiçik evlər sanki turistlərin ağlın başından almaq üçün xüsusi bəzədilib. Gülərüzlü insanları bu gözəlliyi məhz səndən ötrü etdiklərini göstərmək üçün evlərinin şəkillərini çəkməyini və gedib öz ölkəndə göstərməyini istəyirlər. Məncə, çox şey istəmirlər. Bu evləri fotoaparatın yaddaşına yazmaq zövq verir. Qəsəbənin dənizə yaxın və çoxlu restoranlarının olduğu mərkəz hissəsində dadlı dəniz məhsullarının dadına baxa bilərsiz.

Kiçik balıqçı qəsəbəsi – Marken
Növbəti getdiyimiz qəsəbə Marken oldu. Bu qəsəbə kiçik bir yarımadada yerləşir. Eyniboylu, yaşıl rəngli evlərdən ibarət kiçik qəsəbədir… Evlərin önündə alışdığımız çəpərlərə rast gəlmədik. Evlər bir-birindən ya güllər, ya da kanallarla ayrılır. Volendamdan Markenə gəmi ilə 30 dəqiqəyə çatmaq mümkündür.

Kanallarla bəzənmiş Eden
Eden bir fərqli gözəllikdir. Evlərin önü böyük bir kanala açılır. Kanalın kənarına düzülən masalarda kimi şam edir, kimi kitab oxuyur, kimi də Şimal dənizinin seyrinə dalır. Küçələrdən gələn gözəl yemək qoxusu aclığımızı xatırladır. Qəsəbənin ortasındakı restoranda hollandların məşhur tərəvəzdə bişirilmiş ördək yeməyinin dadına baxırıq. Və sizlərə də məsləhət görürük.


Köhnə yel dəyirmanlarının olduğu möhtəşəm qəsəbə
Zaanse Schans qəsəbəsi isə daha çox yel dəyirmanları ilə məşhurdur. Bu qəsəbənin hekayəsi Zaan çayından başlayır. Çayın kənarında yaşayan insanlar ta qədimdən ticarət və balıqçılıqla məşğul olublar. Bu üsulla varlanan qəsəbə sakinləri 1600-cü illərdə ilk yel dəyirmanını icad ediblər. Onlar küləkdən ilk başlarda çay daşqınlarının qarşısının alınması üçün, sonradan isə qəsəbəni sənaye bölgəsinə çevirməkdən ötrü istifadə ediblər. Ağıllı adamlardı, elə deyilmi? Həmin illərdəki 1000 yel dəyirmanından bu günə cəmi 13-ü qalıb. Bu dəyirmanları görməyə dünyanın hər yerindən turistlər gəlir. Dünyanın hər tərəfindən gələn uşaqlar isə yağlı boya ilə bu dəyirmanların şəklini çəkirlər.
Niderlandı sadəcə gedib görmək lazımdır. Həm Amsterdam, Rotterdam, Haaqa şəhərləri, həm də Volendam, Marken, Eden, Zaanse Schans qəsəbələri ilə bu ölkə Van Qoqun əsərlərindən sıçrayıb çıxmış kimidir…


Əgər yazını bəyəndinizsə aşağıda olan Facebook düyməsini seçərək blogpostu Facebookda paylaşın ki, dostlarınız da yazılarımızdan xəbərdar olsunlar. Yox əgər Gəzəyənlərin yazılarından ilk xəbər tutmaq istəyirsinizsə aşağıda “abunə ol” bölməsinə mailinizi yazaraq düyməyə klikləyin. Hələlik bu qədər, növbəti yazılara qədər…

Paylaşdı: Guler Mehdizade

DİGƏR BLOQLAR

Mədəniyyət, tarix və ləzzətin qovşağı - İtaliya bələdçisi

İlk səyahət təcrübəm Əziz gəzəyənlər, etiraf etməliyəm ki, sizlərin səyahət postlarınız hər zaman məni motivasiya edib və səyahətləriniz haqqında oxuyanda bir gün mən də öz qazancımla səyahat edib təcrübəmi sizlərlə bölüşməyi arzu etmişdim. Vəə budur, ilk səyahətim İtaliyaya gerçəkləşdi. Düzü əslində ilk Macaristana olmuşdu amma bu təhsil məqsədli olduğu üçün onu saymadım Italiya demək olar böyüyündən kiçiyinə hər kəsin "dream" ölkəsidi deyərdim. Mənim də həm təbiəti, həm tarixi, insanlari, yeməkləri ilə birlikdə ən ən sevdiyim ölkələr arasında ilk yerlərdədi. Təsadüfi deyil ki, saya görə ən çox UNESCO WORLD Heritage sites İtaliyadadir. Biz 4 muskotyor Budapeştdə təhsil aldığımız üçün elə burdan da yola düşdük. Bileti 15 euro Ryanair ilə budapest to Rome aldiq və 3 gun Romada olduq. Romada dostlarımızın komekliyi ilə gecəsi 15 euro olan ev tutmuşduq.Həəə, gəlin Sizə Romadan danışım Canlı, əfsanəvi yaşayan muzey - ROMA. Demək olar hər küçəsi, tini, bucagi tarix olan Roma. Təyyarədən enən kimi 18 euro şəhər daxili biletə ödəyəndə dedik "welcome to Italy". Həqiqətən də Italiyada daxili nəqliyyat çox bahadır və büdcəmizin əsas qismini elə nəqliyyat apardi. Bu 10 gündə italyanlardan nələr gördük nələr. Deyərdim ki, İtaliya "dvijeniyalar ölkəsidir" sözün əsl mənasinda bunu hər şeydə hiss etdik. Artiq səyahətimizin 4cu günündən sonra gözümüz açıldı ammaBiz Romada olanda #UEFA2020 ərəfəsinə düşdük deyə daha da maraqli oldu bizə. Italy- Turkey oyununu fan zoneda italyanlarla birgə izlədik və bu özü də ayrı bir zovq idi bizə. Romada gəzməli görməli yerlər barədə çox yazmayacam google'da search etsəniz nə qədər yerlər gələcək. Təbii ki, əgər Romadasizsa Vaticana mütləq baş çəkin. Papani görə bilmədik amma dedik bu boyda yol gəlmişik eyib olsun adam bir qarşılayar Romadan sonra istiqamət - pizzanin vətəni sayılan -Napoli şəhəri Bu şəhərdə 1 gün qaldıq və mən o qədər sevdim ki, bu şəhəri. Tirren dənizi sahilində yerləşən bu şəhərin dar küçələrində gəzəndə özünüzü latın amerika seriallarında hiss edəcəksiniz. Şəhər çox qaynar, xaoslu, səs kuylu və təhlükəli şəhərdir. Gözünüz açıq olmalıdır. Scooter'lar idi hər tərəf. Mənə çox zovq verirdi onların şəhərdə turlamasi Biz yolda gəzəndə o qədər ehtiyatlı, diqqətli gəzirdik ki, indi bu saat nəyimizisə oğurlayarlar deyə. Şükür başımıza səfərimiz boyunca hər hansi bədbəxt hadisə gəlmədi. Napolidə gecəsi 15 avro hostelde qalmışdıq rahat səliqəli bir yer idi. Elə napoli gedən kimi ilk Sorbilla pizzadan yemək oldu, Ki çox çox dadli idi Dostlarımızın da məsləhəti ilə Napolinin gəzməli görməli yerlərini gördükdən sonra yola düşdük Pompeyə. Deməli, biz cənub səfərimiz üçün qalmağa yerimizi sorrento sechmishdik, chunki həm qiyməti ucuz idi həm hostel səliqəli idi həm dənizə yaxın idi həm də getmək istədiyimiz yerlərə ( Positano, amalfi coast, Capri) yaxin idi. Gəlin sizə bir sirr verim deməli Napoliden Pompeyə gələrkən çalışın elə bileti Pompeye alın ( 2 euro idi səhv etmirəmsə) və bileti sorrentoya gedəndə validate edin və ordanda yolunuz sorrentoyadisa bilet almadan qatara minib gedə bilərsiz. Biz xam olub hər şeyə bilet alırdıq amma sonra gördük yox e belə olmur hec kim almır axı yoxlayan da yox. Pompeyə min 3 saat ayırın. Və mütləq vezuviyə də qalxın deyərdim. Hərçənd ki, bizim vaxtimiz olmadı amma vaxtiniz varsa maraqlı təcrübə olar. Pompeye biz həftəsonuna düşmüşdü deyə giriş üçün bir gun öncədən online bilet almishdiq. Bu çünki tələb olunan bir shey idi. Amma həftə içi getsəniz ele orda girishdə də ala bilərsiniz.Pompeyden çıxdıq bir başa sorrentoya hostele. Artıq günorta idi biz çatanda elə yerləşib çıxdıq yemək yeyək bir az da dənizinə baş çəkdik qayıtdıq səhərin planini etməyə.Növbəti gün yolumuz Capri adasina oldu. Ferry ilə getdik və gediş gəliş bir yerdə 36 euro etdi. Əgər cənuba getmisizsə mütləq Capri adasina baş çəkin. Mən ilk dəfə idiki gəmi ilə tur edirdim. Bakıda Xəzərdə olsa da marağımı çəkməmişdi. Biraz da qorxu var idi. Amma burda o qorxunu yendim və adaya səyahət, dənizin səsi, qoxusu, üzümə vuran isti külək hamısı mənə çox gözəl hisslər yaşatdı. Capri adasi yaxınlaşdıqca sanki cənnətdi deyir adam. O qədər gözəl mənzərəsi var ki həqiqətən şəkillərdən belə o gözəllikləri transfer etmək olmur. Anlatilmaz yaşanır dedikləri. Capridə qalxdım küçələrini gəzdim, yol boyu limon, portagal agaclari var idi. Təsadüfi bir həyətə girdim çünki portağalın qoxusu çox gözəl gəlirdi çəkdi məni. Bir baba çıxdı mənə həm limon həm portağal dərdi verdi. Caprinin də dənizinə baş çəkdikdən sonra qayitdiq Sorrentoya hostelimizə. Qayıdanda da gəmini səhv salmışıq tam 3 dəq qala doğru gəmiyə çatdıq nəfəs nəfəsə qalmışdıq bu da bizə ayri bir zövq idi ama .Sorrentodan 2euro'ya positanoya, amalfiyə SİTABUS'lar gedir. Düz elə sorrento qatar stansiyasinin qarşısından. Növbəti gün biletimizi alıb yola düşdük Positanoya yəqin ki positano haqqinda eşitməyən yoxdur. Turistlər orani cənnət adlandırır. Avtobusla gedəndə yolun sağ tərəfində oturun ki mənzərinin dadını çıxara biləsiniz. Amma bura gedəndə səhər erkəndən qalxın yol alin. Cunki sonuncu avtobuslar 7:30da yola düşürdü Sorrentoya. Gəzməyə vaxtınız çox olsun. Burada qiymətlər bahadır, restoranlar, suvenirlər hər şey. Küçələri, mənzərəsi çox gözəldir. Səkillər yerləsdirirəm valeh olarsınız Səyahət təcrübəmdə ən sevdiyim şeylərdən biri yeni insanlar tanımağım oldu. Burada yerli xalq azdır siz ancaq turistlərə rast gələcəksiz demək olar.Növbəti gun amalfi sahilləri- bura gozlədiyimiz qədər bizi valeh etmədi. Düzü positano və capridən sonra bu gözlənilən idi. İki dağın arasinda çox kiçik bir yerdir. Şəhərin ən hündür yerinə qalxdıq mənzərəni izlədik, şəkil çəkdirdik endik sahillərinə. Deməli, ümumiyyətlə bu sahillərdə dəniz daşlı dənizdir və adamın ayağını yara edir. Həm positano həm capri həm amalfi həm də sorrento sahilləri qayalıq daşlıq idi. Suyu çox təmiz idi. Günəş, mənzərə möhtəşəm.Amalfidən yollandıq sorrentoya dincəldik və səhəri gun sorrentonun öz mərkəzi küçələrini, dənizini gəzdik dostlarımıza, qohumlarimiza hədiyyələr aldıq. Yaddaqalan, gözəl günlər yaşadıq. Ümumi desəm, transportation çox bərbaddi İtaliyada, xüsusilə də Romada. Düşünün ki, avtobusu əl edib saxlatdirirdiq . Dayanacaqda dayanmaq məsələsj yoxdu. Roma Napoli küçələri zibillərlə dolu idi. İnsanları çox mehribandi amma çox da vecsiz və tənbəldilər. Koronanin ən qızğın vaxtı nəyə görə İtaliyanın eskalasiya yaşadığını mən orda olanda anladim. İnsanlar təmizlik mövzusunda çox geridə qalıblar. Maska, virus hec nə veclərinə deyildi. Sorrento, positano, capri, amalfi sahilləri cox təmiz, güllərlə çiçəklərlə dolu yerlər idi. İnsana hüzur, dinclik verirdi. Roma və napolidən sonra məni dinceltdi oralar. Qayıdış Napoli aeroportundan Budapeste oldu. Qiymet 23euroBeləcə İtaliya səfərimizin sonuna gəldik.Yolunuzu bir gün mütləq İtaliyadan salın CiaoPS: videonu özüm hazırlamışam amatör yəniPS: bu arada Tirren dənizi sahilində iki dəfə sunrise və demək olar ki hər gun sunset izlədim. Sizə maraqlıdırsa sunrise, sunset də mütləq planınıza salın.Əgər yazını bəyəndinizsə aşağıda olan Facebook düyməsini seçərək blogpostu Facebookda paylaşın ki, dostlarınız da yazılarımızdan xəbərdar olsunlar. Yox əgər Gəzəyənlərin yazılarından ilk xəbər tutmaq istəyirsinizsə aşağıda “abunə ol” bölməsinə mailinizi yazaraq düyməyə klikləyin. Hələlik bu qədər, növbəti yazılara qədər…Paylaşdı:  Gunay Bayramova

1307 dəfə oxunub

İsrail bələdçisi - Tel Əviv, Qüds

Tel-Əvivdəki bütün otel, apartament və hostelləri bu linkdən book (bron) edə bilərsiz.Söz verdiyim kimi sizə İsrail səfərim haqqında yazacam. Bu səfəri mart ayından planlamağa başlamışdım və biletləri də elə martda vizaya sənəd verməmişdən qabaq risk edib almışdım. Biletlərə Wizz Air-dən ümumilikdə 400 Manat sərf etdimBakı – Abu Dabi – Bakı/ 129.97 AvroAbu Dabi – Təl Əviv – Abu Dabi/ 85.35 AvroTəl- Əviv hostel 312 AZNAbu Dabidə hostel gedib qayıdanda iki günə 50 AZNİstifadə etdiyim kartlar:UCard(Restoran və Supermarketlərdə 5%)Leokart(Bilet və Hostellərdə 7% lik kateqoriya seçmişdim)Premium bank Visa Miles(Lounges-da)BirKart USD( Digər bütün ödənişlər)Note: Kartla ödəniş edəndə ekranda Dirhəm ya Dollar, Şekel və ya Dollar seçimi çıxanda həmişə yerli valyutanı seçin çünki belə olanda ödəniş Azərbaycan Mərkəzi Bankının məzənnəsinə görə hesablanacaq, olduğunuz ölkədəki konvertasiya və digər komission haqlar tutulmayacaq.Abu Dabidə 8 saatdan artıq qalacağım üçün Transit Visa for 48 hours apply edə bilərdim. Bu Vizanı səfərdən iki həftə qabaq Passport, Viza və Uçuş biletlərinin skanını yükləməklə bir saat ərzində asanlıqla almaq olur. Bu həmin vaxt Əmirliyə daxil olmaq üçün yeganə pulsuz viza idi. 8 iyuldan artıq Əmirlik üçün heç bir viza tələb olunmurAbu-Dabi haqqında qısa təsüratım: Mənə görə sırf bu şəhəri görüb-gəzmək üçün getməyə deyməz şəhərdə Şeyx Zəyid böyük məscidindən başqa görməli yerlər çox məhduddur və May ayı olduğu üçün artıq temperatur 40 dərəcəni keçmişdi və ən azından bu ayda getmək heç məsləhət deyil.Növbəti gün səhər artıq Təl-Əvivə endim. Nə az nə çox düz 5 saat sorğu-sualdan sonra border control məni ölkəyə buraxdı. Qaldığım yer booking-dən rəy və şərhlərə baxaraq reserv etmişdim. 180 Boutique Hostel düz şəhərin mərkəzində dəniz sahilində bir hosteldir. Hostel 8 nəfərlik Mix room idi və bəxtimdən orda qaldığım müddətdə otaqda 4 nəfərdən artıq adam olmadı. Hostel 6 gün 5 gecə 312 AZN ödədimİsraildə yerli yəhudilərlə yanaşı dünyanın müxtəlif yerlərindən gələn Yəhudilər də yaşayır, mənə görə əksəriyyəti çox istiqanlı və yardım-sevərdir.Təl-Əviv çox gözəl, təmiz, bahalı və inkişaf etmiş şəhərdir. Şəhər Miami Beach-i xatırladır. Şəhərdə ən çox sevdiyim cəhət bütün sahil boyu kəsintisiz gözəl pulsuz çimərliyin olmasıdır. Bundan başqa çimərliklərdə bisetkalar, kölgələmək üçün çətirlər və bəzi yerlərdə stullar tamamilə pulsuzdur.Şəhərdə hərəkət etmək çox asandır və baha deyil. Şəhərin əksər yerində velosiped və skuter sürmək üçün zollaqlar var. İctimai nəqliyyatda çox yaxşı təşkil olunub. Şəhərdə hərkət etmək üçün iki APP-dən istdifadə etdim Əgər uzunmüddətli qalacaqsanızsaRav-Kav almaq məsləhət görülür [https://play.google.com/store/apps/details?id=com.mosko.ravkav](https://play.google.com/store/apps/details?id=com.mosko.ravkav). Bununla həmçinin qatarla səyahətlərdə də ödəniş edə bilrəsiz bilərsiz.Şəhər içi əsasən Hop on App-dan istfadə etdim [https://play.google.com/store/apps/details?id=co.hopon.client](https://play.google.com/store/apps/details?id=co.hopon.client)İstifadəsi çox asandır: Azərbaycan nömrəsi ilə qeydiyyatdan keçib bank kartınızı əlavə edirsiz və ictimai nəqliyyatda QR kodu skan etməklə gediş haqqınızı ödəyirsiz.Həmiçin şəhərdə Intel-in yüzlərlə Self-Driving taksiləri var, qiyməti baha olsa da maraq üçün minməyə dəyər.Təl-Əvivdə bizim İçərişəhərə bənzəyən Jaffa adlı qala divarları olan qədim şəhər də var. Siz burda dünyaca məşhur Suspended Orange Tree(Asılmış Portağal Ağacı) və Ginesin Rekordlar kitabına düşən dünyanın ən böyük polad qaşığını görə bilərsiz.Bundan başqa şəhərdə saysız incəsənət və müasir texnalogiya muzeyləri varki bir an da olsun darıxmayacaqsız.Qiymətlərə gəlincə bildiyiniz kimi artıq neçə illərdi Təl-Əviv şəhəri dünyanın ən bahalı şəhərləri içərisində Top 3-lükdə olur. Bu doğurdan da belədir. Restoranları və gündəlik istehlak oluna yeməli nə varsa bahadır. Adicə bir şaurmanın qiyməti40-60 Şekeldir(20-30 Manat). Məni təcübləndirən digər bir şeyin Böyük supermarketlər də gündəlik istehlak olunan amma yeyilməyən məhsulların qiymətinin Bakı ilə demək olar eyni olmasıdır. Bakıda həyat səviyyəsinin Təl-Əvivlə müqayisədə dəfələrlə aşağı olmasına baxmayaraq gündəlik məhsul və xidmətlərə görə eyni xərcin çıxması Bakının da yaşamaq üçün çox bahalı şəhər olmasının göstəricisidir.Bir günümü isə tamamilə Yerusəlim/Qüdsə sərf etdim. Şəhərə qatarla 2.5 saata, avtobusla 1-1.5 saata çatmaq mümküdür. Səhər 10-da artıq şəhərdə idik və hosteldə tanış olduğum Belarusdan olan Yəhudi oğlanla tramvaya minərək şəhər mərkəzinə doğru getdik. Müqəddəs şəhəri yenicə kəşf etməyə başlamışdıq ki amerikanlar demiş “out of nowhere” 17 yaşında Ortodox Yəhudi bizə yaxınlaşdı və israr etdiki yoxe-yox mən sizə bütün şəhəri, görməli yerləri gəzdirəcəm. Çox sağolsun bizə bələdçilik etdi vaxt itirmədən bütün məşhur yerləri göstərdi. Ağlam Divarı, İsa peyğəmbərin çarmıxa asılmağa aparılarkan keçdiyi ərzailəri göstərdi. Şəhərin ərəblər yaşayan hissəsində yalnız müsəlmanların buraxıldığı əraziyə də keçdim. Girişdə duran avtomatlı əsgər məni buraxmırdı deyirdi: You’re too white, you can’t be a Muslim. Azərbaycandan olduğumu, xarici pasportumu göstərsəm də bir xeyri olmadı. Dedi: Kəlme şəadəti bilirsən? dedim hə, elə Əşədi ənna demişdim ki dedi you can pass. Həmin yerdə Məkkə və Mədinədən sonra İslamda müqəddəs sayılan üçüncü məscid və ziyarətgah The Dome of the Rock/Qaya Günbəzi(Qızıl günbəzli məscid) var. Doğurdan da vallehedici bir yerdir.Bələdçimiz bunula da kifayətlənmədi bizi Ortodox yəhudilərin şəhərdə kompakt yaşadığı yerə apardı. Bir anlıq özümü orta əsirlərdəki kimi hiss etməyə başladım. Həmin ərzaidəki yəhudilər aqressiv olmasa da bir hissəsi qatı dindardılar(Ultra-Orthodox Jews) və müsair həyat və texnologiyadan uzaq insanlardılar. Bələdçimiz dedi ki həmin adamların əksəriyyəti heç bir yerdə işləmir azı 4-5 uşaqları olur və dövlətdən aldığı yardımla dolanırlar.Beləcə İsrail macərası da belə bitdi. Yenidən səyahət etmək istəyərəmmi? - Hə. Nəyə görə? Ölü dənizi görmək və getdiyim yerləri yenidən kəşf etmək üçün.Əgər yazını bəyəndinizsə aşağıda olan Facebook düyməsini seçərək blogpostu Facebookda paylaşın ki, dostlarınız da yazılarımızdan xəbərdar olsunlar. Yox əgər Gəzəyənlərin yazılarından ilk xəbər tutmaq istəyirsinizsə aşağıda “abunə ol” bölməsinə mailinizi yazaraq düyməyə klikləyin. Hələlik bu qədər, növbəti yazılara qədər…Paylaşdı: Elchin Namazaliyev

408 dəfə oxunub

Gözəl və mehriban insanlar şəhəri – Kiyev

Kiyevdəki bütün otel, apartament və hostelləri bu linkdən book (bron) edə bilərsiz.Baxmayaraq ki, hələ heç kimi inandıra bilməmişəm amma Kiyev səyahətim əslində iş məqsədilə planlanmış səfər idi ???? Kiyevdə bir tədbirə qoşulacaqdım, dedim getmişkən 2-3 gün də əlavə qalaram, Kiyevlə, həm ukraynalılarla tanış olaram, həm də Novruz Bayramını orda ukraynalı dostlarla qeyd edərəm. WizzAirlə biletimi alıb Novruz bayramı ərəfəsində, Martin 18i Budapeşt hava limanından yola düşdüm Kiyevə. Budapeştdə əsl may havası var idi, günəş adamı yandırırdı az qala, gözləyirdim ki, Kiyevdə də hava ilıq olar amma Kiyev məni “soyuq” qarşıladı, o aralar mənə qarşı nəsə soyuq idi ???? Hətta yola salanda ayın 22-də qar da yağdırdı. Ümumiyyətlə Kiyev səfərim bir çox maraqlı və qeyri-adi hallarla yadda qaldı. Məsələn Mart ayının 20-də günəş tutulması baş verirdi və həmən gün mən Kiyevin küçələrini kəşf edirdim.Azərbaycan vətəndaşları Ukraynaya gedərkən heç bir viza almaları gərəkli deyil, pasportunuzu götürüb rahat-rahat yola düşə bilərsiniz. Kiyevə getmək üçün, Bakıdan AZAL, Ukraine Airlines (UA) və Turkish Airlinesın (TK) xidmətlərindən istifadə etmək olar. Bundan başqa Budapeşt, Dortmund, Köln, Hamburq, Katoviçe, London, Münhen və Vilnüsdən WizzAirlə Kiyevə ucuz bilet ala bilərsiniz. Ukrayna ilə həmsərhəd olan dövlətlərdən (Belarus, Macarıstan, Moldova, Slovakiya, Polşa) isə, bir az uzun sürsə də qatar və avtobusla Ukraynanın paytaxtına səfər edə bilərsiniz. Kiyevdə 2 hava limanı var: Julyanı və Borispol. AzAL, UA və TK Borispola, WizzAir isə Julyanı hava limanına uçuşlar həyata keçirir və hər iki hava limanı şəhər mərkəzinə kifayət qədər yaxındır.Kiyevdə harda gecələməli? Ukrayna kifayət qədər ucuz ölkə olduğundan, hətta deyərdim ölkə olaraq ucuzluğuyla fəxr etdiyindən burada istənilən növ gecələmə yerini münasib qiymətə kirayələmək olar. Mən şəhərin mərkəzinə 10 dəqiqə piyada məsafəsində yerləşən və Denis və Oksana adlı sevimli və mehriban 2 hippi ukraynalının işlətdiyi “Magic Bus” hostelində otaq kirayələmişdim. Otağın gecəsi 10-11 avro ətrafında idi amma siz istəsəniz hotel (booking.com), airbnbdən ev kirayələyə və ya “manat ucuzlaşıb ‘kasıbçılıxdı’ :), pulsuz ev axtarıram” desəniz Couchsurfingdən istifadə edə bilərsiniz.İndi isə gəldik mənim kimi əsl qarınqulu adamların verəcəyi suala, Kiyevdə bəs nə yeyib-içək? ???? Sovetlər dönəmində eyni ittifaqın tərkibində olmağımız, ukrayna və rus mətbəxinin bir-birinə bənzəməsi və bizim Rusiya ilə həmsərhəd olmağımız Ukrayna mətbəxini az-çox bizlərə tanıtdırıb. Amma yenə də düşünürəm ki, sadalamaqda fayda var, ümid edirəm heç zaman edını eşitmədiyiniz və ya dadmadığınız təamlar da olar siyahıda. Kiyevdə ən məşhur və bütün turistlərə təklif olunan yeməklar bunlardır: borş, kiyev kotleti, pelmeni və varenniki. İçkilərdən isə ukraynalılar da ruslar kimi araq içən olduqlarından ən məşhur içki araq və ya meyvələrdənn ev üsulunda hazırlanmış “samaqondur”. Şirniyyatlara gəldikdə burda dayanmaq lazımdır. Kiyevə getməmişdən moldovalı və belaruslu qrup yoldaşlarımın bərk-bərk mütləq yeməyi tapşırdıqları “Kiyev tortu”nun adını çəkə bilərəm. Ən ləzzətlisi Roshen markalı olanlarıdır.İndi isə bir az gəzməli-görməli yerlərdən danışaq. Kiyev Dnepr çayı vasitəsilə 2 hissəyə bölünüb. Hətta kiyevli dostlarım zarafatla çayın bir tərəfini Ki, digər tərəfini isə Yev adlandırırdılar (Buda və Peşt kimi). Kiyev böyük parkları ilə Avropada birincidir. Xüsusilə də yaz-yay aylarında getmisinizsə bolluca yaşıllıq görüb, parklarda yaşıllıqların arasında olmaqdan zövq alacaqsınız. Şəhər mərkəzində qarşınıza çıxacaq ilk məkanlardan biri “Azadlıq meydanı”dır, yerli dillə desək “Majdán Nezaléžnosti”. 2004-cü ildə seçkilərdən sonra həftələrlə çəkən və son Rusiyayla olan hadisələri tətikləyən mitinqlər bu meydanda baş verib. Meydanın ortasında 61 metrlik sütun və sütunun üzərində isə qadın fiquru var. Meydan Xreşatik (Хрещатик) küçəsinin üzərindədir. Xreşatik – Kiyevin əsas mərkəzi küçəsidir, bizim “Torqovu” küçəsi kimi, uzunluğu 1100 metrdir və hər iki tərəfində bahalı və tanınmış brendlərin mağazaları var. Tarqovudan fərqli olaraq Xreşatik çox enli küçədir və nəqliyyat üçün tamamilə açıqdır. Həftə sonra və bayram günləri yol nəqliyyat üçün tamamilə qapadılır, yalnız piyadaların istifadəsinə verilir.Kiyevdə xeyli sayda və çox gözəl arxitekturalı kilsə və katedrallar var. Onlardan ilki Müqəddəs Mixael katedralıdır. Ağ və mavi rənglərə boyanmış binanın damları qızılı rəngə boyanıb və katedrala əsrarəngiz bir gözəllik verir. Digər maraqlı görünüşü olan katedral isə ağ rəngə boyanmış və damı yaşıl və qızılı rənglərin harmoniyasıyla əhatələnən Müqəddəs Sofia katedralıdır. Bu 2 katedraldan kiçik olsa da Müqəddəs Vladimir katedralı da Kiyevin görülməli yerləri siyahısındadır. Yolunuz Kiyevə düşübsə və bu üslubda binaları sevirsinizsə gedin bir baş çəkin. Digər maralı katedral-kilsə kompleksi isə Pecherska Lavradır. Bura keçmi sovetlər məkanının ən qədim və ən böyük monastrı olub. Monastrın altında yeraltı yollar və monastrlar var. Buna görə də bəzən buranı Mağaralar monastrı adlandırırlar.Kiyevin bütün katedral, monastr və kilsələrinin ən cəlbedicisi deyərdim ki, qotik üslubda tikilmiş Müqəddəs Nikolas Roman-katolik katedralıdır. Katedral o qədər əzəmətli və gözəldir ki, saatlarla katedralın önündə durub katedralı seyr edə bilərsiniz.Digər maraqlı üslublu arxitekturası olan kilsə isə Andreevskaya Kilsəsidir. Kilsə təpənin üzərinə yerləşir və buradan demək olar bütün Kiyev ayağınız altında olur. Kilsənin yanında üzüaşağı yol düşür. Bu yoxuşu Andreev yoxuşu adlandırırlar. Şəhərin ən turistik küçələrindən biridir. Küçə boyu səyyar satıclıar müxtəlif əl işi suvenirlər, sovet dönəmindən qalmış maraqlı əşyalar satırlar. Yol üstündə bir neçə küçə musiqiçisi küçədən gəlib-keçənləri öz musiqiləri ilə əyləndirirlər. Məşhur “Master və Marqarita” əsərinin yazıçısı Mikhail Bulgakovun yaşadığı ev də məhz bu küçə üzərindədir. Andreev yoxuşu deyərdim ki, Kiyevdə gördüyüm ən maraqlı yerlərdən biridir. Yolunuz Kiyevə düşsə bura baş çəkməklə Kiyevi daha yaxından tanıya bilərsiniz.Küçənin sonunda isə sol tərəfdə “Lviv Handmade Chocolate” adlı şokolad mağaza-kafesi var. Buradan həm müxətlif fiqurlarda düzəldilmiş şokolad fiqurlarını ala, həm də oturub şokolad qarşıqlı şirniyyatlar və içkilər sifariş edə bilərsiniz. Qeyd edim ki, bura Kiyevdə bəlkə də yeganə yerlərdəndir ki, rus dilində xidmət göstərilmir. Nəsə sifariş etmək üçün ya ingilis ya da ukrayn dilini bilməlisiniz. Ukraynalı dostumun mənimlə birlikdə olması məni vəziyyətdən çıxardı və ilk dəfə ukrayn dili ilə orda tanış oldum. Rus dilində “adin” kimi səslənən bir rəqəminin ukrayn dilində “odın” kimi səslənməsi və bir az odun sözünə oxşaması ???? məni qəhqəhəyə boğdu. Amma yenə də siz ora gedərkən öncədən tədbirinizi alın. Qeyd edim ki, kifayət qədər dadlı şirniyyat və içkilər təklif edirdi məkan.Kiyevdə digər maraqlı bir məkan isə “Orex” adlı pubdır. Deməli burda içkilərin yanında fıstıq, yer fındığı, püstə və s. kimi müxtəlif qabıqlı çərəzlər verirlər, bu çərəzləri yeyib qabığını isə yerə atırlar. Məkanın yeri tamamilə çərəz qabıqları ilə örütülüb, hətta deyərdim bu örtük bir neçə santimetrdir.Opera binası Kiyevə yaraşıq verən binalardan bir digəridir. Opera binasının daxili klassik üslubda, çöl hissəsi isə neo-renessans üslublu ornamentlərlə bəzədilib. Opera binasının yanında Qızıl Darvaza adlı muzey yerləşir. Öncələri bura Kiyevin giriş qapılarından biri olub.Ocean Plaza adlı ticarət mərkəzində böyük, içi rəngli rəngli balıqlarla dolu olan akvarium var və məkan şəhər mərkəzinə çox da uzaq deyil. Getmişkən ora baş çəkib qabağında bir-iki selfie çəkdirmək olar ????Digər bir maraqlı məkan əfsanəvi Kiyev Dinamosunun ev oyunlarını keçirdiyi Olimpiyski Milli İdman Komplexidir. Komplex mərkəzdən 12-15 dəqiqəlik gəzmə məsafəsindədir. Orda olduğum günlərin birində Kiyev Dinamosu Evertonla oynayırdı və Kiyevlilər 5-2 qalib gəldilər, oyundan sonra şəhərdə baş verənləri yəqin özünüz təsəvvür edirsiniz ????Oğlanlardan “bəs ukraynalı qızlar haqqında nəsə yazmayacaqsan?” sualını eşitmiş kimi oluram sanki ???? deməli belə, məndən eşitmiş olmuyuuun amma Kiyevin küçələrində qəşəng olmayan qız tapmaq həqiqətən də asan məsələ deyil açığı və insaları çox mehribandır Kiyevin. Baxmayaraq ki, mən ora Rusiyayla olan münaqişədən az sonra getmişdim və insanlarda bir narahatçılıq, bir hüzn var idi amma yenə də çox mehriban, dostcanlı və yardımsevər idilər. Hələlik bu qədər ümid edirəm ki, yararlı bir yazı oldu. Kiyevə nə vaxtsa yolunuz düşsə bu yazını mütləq nəzərdən keçirin lazım olacaq ???? Növbəti yazılara qədər.Əgər yazını bəyəndinizsə aşağıda olan Facebook düyməsini seçərək blogpostu Facebookda paylaşın ki, dostlarınız da yazılarımızdan xəbərdar olsunlar. Yox əgər Gəzəyənlərin yazılarından ilk xəbər tutmaq istəyirsinizsə aşağıda “abunə ol” bölməsinə mailinizi yazaraq düyməyə klikləyin. Hələlik bu qədər, növbəti yazılara qədər…Paylaşdı: Babek Musa-Zadeh   

1373 dəfə oxunub

Tekila kimi sərxoş edən ölkə - Meksika

???? Tequiladan içərək sizə bir post yazım dedim. Tequilla bolluğuna düşmüşəm lap. Çünkü səyahət etdiyim yer məhs elə Tequilanın məskəni olan Meksikanın Jalisco “Xalisko” ştatıdır.????????Jalisco ştatında səfərim üç gün oldu.Tequila adlandırılan kənddə elə burda yerləşir. Bu üç gün içində çalışdım ki maraqlı yerləri gedim görüm məlumat toplayım ki, sizədə ətraflı məlumat verə bilim.ℹ️Guadalajara “Quadalaxara” kimi oxunur və Meksikanın qərbində yerləşən bir şəhərdir. Şəhər, Jalisco ştatının İnzibati mərkəzidir. Bu ad İnpanyada bir qəsəbə adından alınmışdır. Adı “Dağlar arasında axan çay olara tərcümə edilir”. Guadalajara ümumiyyətlə qərb almazı və güllər şəhəri deyirlər. Şəhərin əhali sayı 1.646 milyon təşkil edir. Şəhər 1513 cü ildə İspanyalılar tərəfindən qurulub.✈️ Meksikanın Cancun şəhərdindən Guadalajara şəhərinə Volaris hava yolları ilə gəldim tək gedişli bilet qiyməti isə 150 manat idi . Siz bura gəlmək istəsəniz İstanbuldan Cancun şəhərinə ordanda Guadalajara şəhərinə gələ bilərsiniz. Və yaxudda avropa üzərindən olan uçuşlarla Meksikanın paytaxtı və ya Cancuna gələrək daha sonra Guadalajaraya uça bilərsiniz.???? Qalınacaq yer – Ev 4 nəfər üçün nəzərdə tutulmuşdu. Dostlarımla getdiyim üçün Airbnb’dən geniş bir ev kirayələdik. Ev iki martəbəli idi. Wifi əla vəziyyətdə işləyirdi. Mərkəzə çox yaxınlıqda yerləşir. Aşağıdakı linkdən evə baxa bilərsiniz. 3 günə görə evə 190 manat ödədik. Əgər yolunuz tək və ya cüt düşsə onda www.Airbnb.com saytından başqa münasib qiymətdə olan evlərə baxa bilərsiniz.???????? Şəhər daxilində Uberdə istifadə edə bilərsiniz. Şəhər daxili təxmini uber qiymətləri isə 5-8-10 manat civarındadır. Aftobuslar şəhər daxilində normal işləmirlər ona görə sizə məsləhət görmürəm. Şəhər ətrafını görmək üçün isə aftobusdan istifadə edə bilərsiniz normal işləyirlər.????Meksikada Pul vahidi Meksikan Pesosudur. 1 Peso = 0.08 qəpik. Ölkəyə dollar və ya avro gətirə bilərsiniz. 1 Dollar = 19 Mxn, 1 Avro = 21 Mxn. Pulunuzu Banklarda dəyişə bilərsiniz. Meksikada Visa, Mastercard keçir.Guadalajara tamamən təhlükəsiz bir şəhərdir. Bura səyahət üçün ən yaxşı vaxt isə 15 Oktyabr’dan 15 Aperl’ə qədərdir.???? Gəzib görüləcək yerlər???? Guadalajara Centro ????San Juan de Dios ????Catedral de Guadalajara ????Plaza Guadalajara ????Plaza De Armas????Tequila kəndinə yol şəhər mərkəzindən iki saatlıq yoldu. Aftovağzaldan bilet alıb aftovus ilə rahatlıqla gedə bilərsiz. biletin qiyməti gediş-gəliş 20 manatdı. Kəndə çatdıqda biraz ətrafı gəzib maraqlı şəkillər çəkib sonra hər tərəfdə Tequila turları var yaxınlaşın turun qiyməti 30 manatdı. Tur sizi Tequila hazırlanan zavoda aparıb necə hazırlandlğını göstərəcək. Və orda da əsl Tequilanın dadına baxa bilərsiniz.????Guadalajaranın yeməkləri çox dadlıdı və cibinizə uyğun münasib restoranlar tapıb yaxşıca yeyib içə bilərsiz.

949 dəfə oxunub
Bizi izləyənlər siyahısına qoşulun!