2944 dəfə oxunub

Atlar diyarı - Kapadokiya

Kapadokiyadakı bütün otel, apartament və hostelləri bu linkdən book (bron) edə bilərsiz.

Salam dostlar. Çoxlarının “must see” siyahısında olan Kapadokyadan təəssüratlarımı yazmaq istəyirəm, sizlərə kömək olmaq ümidi ilə. İlk öncə qeyd edim ki, bu ərazi çox xoşuma gəldi və hər kəsə ən az bir dəfə gedib görməyi məsləhət görərdim. Kapadokya deyilən ərazi bir neçə kiçik şəhərlərdən ibarətdir; Nevşehir, Göreme, Ürgüp, Üçhisar və s. Nevşehir mərkəzdir və daha çox şəhər kimidir ona görə otelinizi digər şəhərlərdə tutmağınız məsləhət görülür.

kapadokya

Kapadokyaya necə getmək olar?

Nevşehirdəki aeroport hazırda təmirə görə bağlı olduğu üçün təxminən 100 km aralıda yerləşən Kayseri aeroportuna gələ bilərsiz. Alternativ variant avtobusdur. Biz İstanbuldan avtobusla otelimizin olduğu bölgə Görəməyə getdik (təxmini 12 saat). Bileti obilet.com və ya neredennereye.com saytlarında 80/90 TL (tək yön) ala bilərsiniz. “Metro” avtobus şirkətini məsləhət görə bilərəm, həddən artıq komfortlu avtobus idi. Avtobusda pulsuz içkilər, şirniyyat, şəxsi TV, telefonu doldurmaq üçün hər 2 oturacağa ayrıca “socket” var idi. Oturacaqlar çox geniş idi, sürücü isə çox yaxşı sürürdü. Geri dönərkən istifadə etdiyimiz “Öncü Səyahət” şirkətinin avtobusu da rahat idi amma sürücü “vəhşi” kimi sürürdü. İstanbula çathaçatda qəza etdi, azmış kimi avtobusdan bıçaq, uzun dəmir çıxarıb o biri sürücünü döyməyə başladı. Həyatımın ən pis avtobus səyahəti idi. Ümumiyyətlə Türkiyəyə gedirsinizsə təklükələrə hazır olun. Yollarda çox pis sürürlər.

Nə zaman getməli?

Ən uyğun zaman yaz aylarıdır mənə görə. Yayda çox isti olur, amma başqa vaxtınız yoxdursa yayda da gedə bilərsiniz mənim kimi.

Harda qalmaq olar?

Qaldığımız Görəmə bölgəsində Kayataş adlı butik ailə oteli   əvvəllər sahiblərinin özlərinin yaşadığı orta böyüklükdə “konak” olmuşdur. Yüksək ərazidə olduğundan otelin terrasından “pəri bacaları”na möhtəşəm görüntü açılırdı. Heç yerə getmeyib saatlarla o görüntünü izləmək olardı. Və hətta səhər tezdən yuxudan qalxsanız terrasdan səmada olan onlarla hava şarını da görə bilərsiniz. Otaqlar mağara stilində idi. 4 nəfər 2 ayrı otaqda  3 gecə qaldıq və cəmi səhər yeməyi daxil 266 AZN ödədik, yəni 1 nəfərə 1 gecəsi 23 AZN. Sahiblər çox mehriban idilər və fikrimcə qiymətə görə çox yaxşı idi.

Nə yemək olar?

İstər İstanbulda, istər də Kapadokyada yemək qiymətləri gözlədiyimizdən daha yüksək oldu. Ən ucuz yerdə balaca armudu stəkan çay 2 TL (çayları çox acı və dadsız gəldi), ən ucuz maraş dondurma 5 TL, ən ucuz yerdə toyuq yeməyi 25 TL, su 1-4 TL, Cola 3-5 TL, ayran 3-4 TL, mərci 6-8 TL, çörək arası dönər (adı dönər idi, içində sadəcə toyuq və göyərti var idi) 10 TLdən başlayır. Görəmədə BİM və A101 marketləri nisbətən ucuz idilər.

Nə almaq olar?

Görəmə mərkəzində küçə boyu çoxlu suvenir mağazaları var. Müxtəlif yörəsəl motivli çantalar (25 TL-dən başlayır keyfiyyətinə görə 500TL kimi gedir), çilçıraqlar, maqnit (2 TLdən başlayır), kiçik suvenirlər, bəzək əşyaları, kiçik yörəsəl stildə düzəldilmiş ev əşyaları (6 ədəd stəkan altlığı 10 TL; 4 əd kiçik kasa 10 TL) almaq olar. Təbii ki, qiyməti mütləq aşağı saldırmaq lazımdır. İstər İstanbulda, istər də Kapadokyada olsun azərbaycanlıyam və tələbəyəm desəniz xeyli qiymət saldıra bilərsiniz (bizdən fərqli olaraq Türkiyədə tələbələrə hörmət və sevgi var). Təbii böyük ehtimal qadın cinsi olmağınız da qiymətə təsir edəcək ????

Nə etmək olar?

Əvvəl qeyd edim ki, Kapadokya 3-4 gün qalmaq bəs edəcək. Bütün otellər istədiyiniz şəkildə sizə tur şirkətlərlə danışıb tur təşkil edə bilər. Həmçinin şəhərdə müxtəlif turlar təklif edən şirkətlərə özünüz yaxınlaşa bilərsiz. İstər otel, istərsə də tur şirkət olsun yenə də qiyməti aşağı saldırmaq lazımdır, azərbaycanlıyıq axı ????

kapadokiya balon turu

Balon turu – Hər bir insanın həyatında azı 1 dəfə etməli olduğu tur. Kapadokya
dünyada azsaylı nöqtələrdəndir ki, eyni anda çox sayda balonu havada görə bilərsiniz. Qiymətlər 200 TL və sonsuzluq arasında artır. Bütün balon şirkətləri səhər 3:30 radələrində sizi avtobusla qaldığınız oteldən alır, balon uçan sahəyə gətirir, orada həm kiçik səhər yeməyi yeyirsiz həm də sahədə uçmağa hazırlanan yüzlərlə (onlarla) balonun uçuşa hazırlıq sisteminə baxırsınız. Hava idarəsi ok verdikdən sonra balonlara minib uçmaq olar. Uçuş bitdikdən sonra isə şampan partladıb, sertifikatlarınızı ala bilərsiniz. Daha sonra avtobus sizi saat 8 ərəfələrində otelə qaytaracaq. Bahalı balon şirkətləri ilə aradakı tək fərq uçuş saatının 1 saat olmasıdır, bir də bəzi bahalı şirkətlər endikdən sonra sertifikat yerinə medal kimi şeylər verirlər. Yəni ki, elə də böyük fərq yoxdur, çox pul xərcləməyə dəyməz. Bir də hava şəraitindən asılı olaraq balonlarlar 3-4 gün dalbadal uçmaya da bilər, balon uçmasa hər növbəti gün yenidən aparırlar, lakin artıq sizin qalmağa vaxtınız yoxdursa pulunuzun tamamını geri verirlər.

ATV Turu – Balonla yarışa biləcək aktivite. Qiymətlər yenə də dəyişir. 1 saat 60 TL 2 saat 80 TL. Gündüz və Sunset deyilən 2 saatlıq turlar olur. SUNSET məsləhətlidir, həm gündüz həddən artıq isti olur, həm də sunsetdə təpənin başından gün batımını izləyə bilərsiniz. İki saatlıq sunset tur üçün 80 TL ödədik. 1 ATV-də iki nəfər otura bilər və yerinizi dəyişərək 40 TL ödəyə bilərsiniz. Mən  qorxduğumdan rəhbərin arxasında oturmuşdum və 50 TL ödədim, bir qədər getdikdən sonra rəhbər ilə yerlərimizi dəyişdik :) Öndə mütləq rəhbər gedir və arxada siz, maşın yoluna demək olar ki, çıxmırsınız daha çox dağlıq yollarla gedirsiniz. Rəhbərin gözü həmişə üstünüzdə olur. Əgər qorxmursunuzsa rəhbər yolda müxtəlif tryuklar da edir (təbii mən qorxduğumdan çox icazə vermədim)). ATV turunda kiçik qrupla getməyiniz daha məsləhətlidir, məsələn biz cəmi 2 ATV ilə getmişdik (rəhbərin sürdüyü daxil olmaqla). Say çox olanda rəhbər sizə istədiyiniz diqqəti ayıra bilməyəcək. Tur daxilində Görəmədə dağlıq ərazidə  yerləşən məşhur ərazilərə bir-bir getdik. Əlavə olaraq rəhbər maraqlı şəkillərinizi də çəkir. Rəhbərin adı ALİ idi kimsə getsə məsləhət görürəm.

Rəngli Turlar – Kapadokya bölgəsində saysız hesabsız gəzilib görüləcək yer var.

Ona görə də bu yerlər rənglər üzrə qruplaşdırılıb və turistlərə qırmız tur, mavi tur və sair kimi təklif edilir. Ən əsas turlar qırmızı və yaşıl turdur (hər biri 100 TL). Hər bir turda səhər saat 9-da sizi otelinizdən alıb axşam saat 5-6-ya kimi otelinizə geri qaytarırlar,həmçinin də  1 dəfə yemək və muzey biletləri ilə pulsuz təmin edirlər.

Qırmızı turu atv turu ilə demək olar ki, gəzdiyimizdən yaşıl turu seçdik.

Yaşıl tura Ihlara vadisi, Selimə manastrı, Güvercinler vadisi, Derinkuyu yeraltı şehri ve s yerlər daxil idi. Ən çox təsirləndiyim yeraltı şəhəri, pəri bacaları və monastr idi.

Digər – İstəsəniz at turu (70 TL), motosikl turu, icarə velosiped  də götürə bilərsiniz.

Unutmamışkən qeyd edim ki, ilk əvvəl yaxın yerləri piyada və ya avtobusla gəzməyi nəzərdə tutmuşduq amma getdikdən sonra bunun praktik olaraq mümükün olmadığını anladıq. Digər bir variant icarəyə maşın götürüb gəzməkdir. Muzey kimi yerlərə giriş biletləri təxmini 20-30 TL idi.

Xoş istirahətlər ????

Əgər yazını bəyəndinizsə aşağıda olan Facebook düyməsini seçərək blogpostu Facebookda paylaşın ki, dostlarınız da yazılarımızdan xəbərdar olsunlar. Yox əgər Gəzəyənlərin yazılarından ilk xəbər tutmaq istəyirsinizsə aşağıda “abunə ol” bölməsinə mailinizi yazaraq düyməyə klikləyin. Hələlik bu qədər, növbəti yazılara qədər…

 

Paylaşdı: Nigar Eyvazova

DİGƏR BLOQLAR

Möhtəşəm "Bamboo dənizi" - Çin bələdçisi

Axşamınız xeyir, gəzəyənlər????İstədim sizlərə “Bamboo sea“ haqqında məlumat paylaşım. Bildiyiniz kimi dünyada bir çox bambuk meşələri vardır. Bunlardan biri də Çinin Sichuan vilayətində yerləşir. Bu meşə Sichuana səyahət edənlər üçün maraqlı yerlərdən biridir. Deməli bambuk meşəsi Sichuanın paytaxtı Chengdu şəhərindən təxminən 300 km cənubda, Yibin şəhərindən isə 60 km uzaqlıqda yerləşir. Yerli Çinlilər buranı Şanan Bamboo sea ( 蜀南竹海 ), Bamboo meşəsi, Bamboo dənizi, bəzən də Shunan Zhuhai Milli Parkı olaraq adlandırırlar. Ərazisi 4600 hektardan çox olan bambuk 27 dağ və 500-dən çox zirvə ilə əhatə olunmuşdur. Burada yaşayan insanlar bambuku oksigen çubuğu adlandırırlar.Bura gəlmək üçün ən rahat yol Yibin şəhərindəndir. Hər gün səhər saat 8, 9, 10-da şəhər mərkəzindən bir nəfər üçün 12 yuan (təxminən 3 manat) məbləğində avtobuslar yola düşür. Nəzərinizə çatdırım ki 12 yuan’ə gediş gəliş birlikdə hesablanır ???? saat 6 üçün artıq geri dönüş üçün avtobuslar sizi gözləyəcək. Qayıtmaq istəmirsinizsə əlverişli qiymətə gecəsi 120 yuan (təxminən 30 manata) ucuz otellər tapa bilərsiniz. Taksi ilə getmək istəsəniz bir nəfər üçün 30 yuan (təxminən 7 manat 50 qəpik) ödəməli olacaqsınız.Qoruğa giriş bileti xarici vətəndaşlar üçün 40 yuan’dir (təxminən 10 manat). Kanatdan istifadə edəcəksinizsə əlavə 40 yuan ödəməlisiniz.Girişdə ilk ziyarət etməli olduğunuz yer Emerald Gallery olacağdır. Təxminən 1 kilometr uzunluğundadır. Hər yer Bambuklarla sıx örtülmüşdür. Gəzərkən sanki qırmızı xalça ilə bəzədilmiş yaşıllığa daxil olduğunuzu hiss edəcəksiniz. Burada çoxlu kiçik şəlalələr də vardır. İnsanın həqiqətən zövqünə oxşayır ????Daha sonra kanatdan istifadə etsəniz 23 dəqiqə ərzində 2728 metr yüksəkliyə qalxacaqsınız. Bu zaman keçirdiyim möhtəşəm hissləri sizə sözlə anlada bilmirəm. Sanki bütün həyat durmuş , və sən yer üzərində fırlanırsan ????Dağın yuxarısında Buddist, Taoist məbədlərinə rast gəldik. Divarlar üzərində yüzlərlə tısbağa rəsmləri də vardır. Daha sonra nəhəng bir sarı göbələk daşını görə bilərsiniz. Deyilənə görə bu Taoist Tianyu’nun çətiridir. Bundan əlavə müxtəlif maraqlı freskalar da mövcuddur.Burada həm də yerli insanlar müxtəlif əşyalar, qab-qacaqlar düzəldib satırlar. Bambuk tumurcuqlarından xüsusi yeməklər də hazırlayırlar, amma bir az bahadır (50-100 manat arası) .Ən çox çətinlik çəkəcəyiniz mövzu dil problemi olardı deyə düşünürəm. Çünki yerli əhali ingilis dilində heç bir söz bilmir, Mandarin’i bilməyənlər də az deyil (əsasən öz provinsiyaları olan Sichuan dialektində danışırlar). Ən azından başqa şəhərlərdə heç olmasa “ quddııııı (good) ” deyə bilirlər ????????Amma səmimiyyətimlə söyləyirəm ki bəlkə də dünyanın ən yaxşı insanları Sichuanda yaşayırlar ???? İnandırım sizi o qədər mehriban, qonaqpərvərdirlər ki, insanı bir dəqiqə belə qayğısız qoymazlar. Xüsusən xariciləri çox sevirlər????Ümid edirəm sizə maraqlı məlumat verə bildim. Sichuana kiminsə yolu düşdü hər zaman qonağım ola bilər. Hörmətlər ! ????Əgər yazını bəyəndinizsə aşağıda olan Facebook düyməsini seçərək blogpostu Facebookda paylaşın ki, dostlarınız da yazılarımızdan xəbərdar olsunlar. Yox əgər Gəzəyənlərin yazılarından ilk xəbər tutmaq istəyirsinizsə aşağıda “abunə ol” bölməsinə mailinizi yazaraq düyməyə klikləyin. Hələlik bu qədər, növbəti yazılara qədər…Paylaşdı:Tural Alikhan #turalalikhan   

1453 dəfə oxunub

Moskva bələdçisi

Salam DostlarBu gün sizlərlə Moskvaya Səyahət Təcrübəmi bölüşmək istəyirəm. Ümidvaram postum kimlərəsə faydalı olar. 1. Səyahət Öncəsi: Moskvaya gediş dönüş biletimi Aeroflot-dan 850 manata əldə etmişdim( Economy Class+10 kg Baqaj). Səyahətdən maksimum 72 saat əvvəl PCR testi vermək lazımdır. Mən testi Neftçilər stansiyası yaxınlığında yerləşən 18 nömrəli birləşmiş şəhər xəstəxanasında verdim. Testin qiyməti 40 manat idi və 1 gün ərzində hazır oldu. Test nəticəsini xəstəxanadan götürməyə ehtiyac olmadı, sadəcə travel. its. gov. az-da şəxsi məlumatları qeyd edib nəticəni çap etmək olur.2. Moskvaya uçuş: Aeroport-da check-in uçuşdan 3 saat əvvəl başladı. Çəkisi 5kg olan bel çantamı kabinə keçirməyə icazə verdilər( P.S. Böyük səyahət çamadanı keçirənlər də var idi). 3 saat sonra Moskvaya, Sheremetyevo hava limanına eniş etdik və ilk şokumu passport kontrolda yaşadım. Aeroport işçisi ingilis dilini bilmirdi, və rus dilində zəif danışan biri olaraq kommunikasiya qurmaqda çətinlik çəkdim. Elə bu an başa düşdüm ki, səyahətimin ardında dil barədə çətinliklər çəkəcəm. Aeroport daxilində müxtəlif mobil operatorların mağazaları var idi və 650 rubl ödəyərək beeline nömrə aldım( 50gb internet+700 dəq danışıq daxil).3. Moskva:Əvvəla onu deyim ki, Moskva deyib keçməyin, hər küçəsi tarix və sənət əsərləri ilə dolu bir şəhərdir. Aeroport-dan Metroya Aeroekspress sürət qatarı ilə təqribən 1 saata çatdım( bilet 400 rubl). Moskvaya gəlmədən öncə telefona metro xəritəsi yükləməkdə fayda var. Əslində Moskva metrosu çoxlarının dediyi kimi qəliz deyil, metro daxilində hər yerdə işarələr olduğu üçün, telefonunuzda xəritə olarsa azmazsınız( metro gediş haqqı 60 rubl). Moskvadakı vaxtım məhdud olduğu üçün sadəcə ən məşhur yerləri gəzə bildim. Mən getdiyim ərəfədə Qırmızı Meydanda kitab festivalı olduğu üçün xeyli insan var idi. Rusların cavan nəsli əksəriyyəti ingilis dili bildiyi üçün və yaşlı nəslə nisbətən mehriban olduğu üçün onlarla söhbətləşə bildim. Amma 40+ yaşı olanlardan heç yol da soruşmaq olmurdu, rus dilində danışsam belə kobud cavab verirdilər.Azərbaycanla nisbətdə şəhərdə ərzaq qiymətləri təqribən 2 dəfə bahadır. Moskva barədə sevmədiyim digər məqam isə, bizdəki kimi böyük supermaketlərin az olmağıdır. Bəzi yerlərdə mini-marketlər var amma orda da çeşid az idi. Amma bütün bunlara baxmayaraq şəhər çox xoşuma gəldi və fikrimcə bir daha gəlib gəzməyə dəyər.4. Bakıya dönüş:PCR testini hava limanında 2750 rubl ödəyərək 1 saata əldə etdim( Növbə olmadığı üçün mən 1 saata əldə etdim, əsində bu qiymətə 2 saata hazır olur).Uçuş problemsiz oldu və 3 saat-a Bakıya çatdım.Sona kimi oxuduğunuz üçün minnnətdaram. Qismət olsa sonrakı yazımda Helsinki-yə səyahət təcrübəmi bölüşəcəm. Suallarınız varsa rəylərdə soruşa bilərsiniz.Təşəkkürlər,Şamil NiftəliyevƏgər yazını bəyəndinizsə aşağıda olan Facebook düyməsini seçərək blogpostu Facebookda paylaşın ki, dostlarınız da yazılarımızdan xəbərdar olsunlar. Yox əgər Gəzəyənlərin yazılarından ilk xəbər tutmaq istəyirsinizsə aşağıda “abunə ol” bölməsinə mailinizi yazaraq düyməyə klikləyin. Hələlik bu qədər, növbəti yazılara qədər…Paylaşdı:  Shamil Niftaliyev

2135 dəfə oxunub

Dağlar ölkəsindən qeydlər - Dağıstan bələdçisi

Salamlar...GamsutlQafqazın 'Maçu Pikçu'su...Gamsutla getmək üçün Qunib rayonundan hərəkətə başladıq. Çox kəndini keçməklə gəlinir. Burada ya birbaşa ayaqla hiking, ya da müəyyən hündürlüyə kimi maşınla gəlinir, daha sonra bir az ayaqla qalxılır. Maşın adətən aşağıda olur və 500 rubla qaldırır. Çox adam toplandıqda bu qəpik-quruşdurGiriş pulsuzdur. Tarixi abidə deyil. Tərk edilmiş kənddir. Heç bir qurum tərəfindən mühafizə edilib edilməməsi barədə qeyd yoxdur.İlk başda kəndlə tanış olun, sonra bu qarşı təpəyə keçib məşhur görüntüsünü alın....Elə yerlərə düşürsən ki, o yerin abu-havası bir anda ruhunu dəyişir. Məsələn,İstanbulda bitmədən gəzmək, çayını içib Boğazı dinləmək istəyirsən, sevdiyinlə ünsiyyətdəymiş kimiİtaliyada hər yer sevgi qoxulu Hindistanda çılğınlıq dolur ruhuna. Heç yerdə musiqi eşidilməsə belə eləcə rəqs etmək, oxumaq istəyirsənAmma burada tarixi səssizlik, yüksəklik və əsən meh var idi. Bir məğrurluq və küləyi hiss etdirirdi. Yuxarıda uçuşan berkutlar kimi qanad açıb uçmaq istəyirdimDağıstan, Barxan Sarıkum...Mahaçkaladan maşınla 40 dəqiqəlik məsafədə yerləşməklə Sizlərə Mərakeş, İordaniyanın səhra gözəlliyini yaşatmış olacaq Sulak kanyonundan görüntülər. Sulak kanyonu qeyd etdiyim kimi 2 SES arasında yerləşir. Bu səbəbdən mühafizə olunan obyektdir. Yol aldığınızda passport və sərhəddə verilən miqrasiya kağızını götürməyi unutmayın.Mahaçkaladan Dubki rayonuna gəlin, buradan yuxarıdan görüntünü alın (qırmızı paltar olan foto)Sonra aşağıya düşüb kanyona doğru yol alın. Bunun üçün maşınla getməyiniz məsləhətdir. Yol dağ yoludur. Yolboyu da yüksəkdən çayın və kanyonun fantastik görüntüləri açılacaq.Gəlib çatdığınızda balaca kater kirayələyin və kanyon boyu səyahət edin. Bir katerin kirayəsi ümumilikdə 52 manata başa gəlir.Geri qayıtdığınızda çay qırağında 2cə yer var ki, orada mütləq qaydada farel dadın. 'Yeyif-işmək' bol və ucuz başa gəlirBeləliklə, Bakı-Mahaçkala, Dərbənd-Bakı olmaqla Dağıstan marşrutu: 1-ci gün. Bakı-Qusar- MahaçkalaBarxan SarıkumDubki rayonu. Burada Sulak kanyonuna yuxarıdan baxırsınız2-ci gün. Sulak kanyonuÇirkey SESİrqanay SESQunib rayonu. Və yolüstü daha 3 SES. İlk 2 SES geniş və göl abu-havalıdır. Dayanıb foto çəkdirə bilərsiniz.3-cü gün. QunibÇox kəndiQamsutl4-cü gün. QunibSalti dərəsi və şəlaləDərbəndBakı. Siz bu marşruta həmçinin vaxtınız çox olarsa, Karadaxskoe uşelyeni və Şalbuzdağı da sala bilərsiniz. Nəzərə alın ki, Şalbuzdağ 2 gün vaxtınızı alacaqQeyd:Bakı-Moskva və Bakı-Rostov dəmiryolu xətti də mövcuddur ki, bu yolla 2 stansiya Dərbəndə, 1 stansiya Mahaçkalaya da düşür. Gecə çıxan qatar səhər 07:17-də Dərbənd Park, 08:52-də Dərbəndə, 11:22-də Mahaçkalaya çatır. Qeyd II: Samur gömrüyünü keçdikdən sonra Rusiya sərhəd məntəqəsinə çatdıqda sizə miqrasiya kağızı təqdim ediləcək ki, marşrut sonuna kimi onu passport arasında saxlamağınız məsləhətdir.Qeyd III: SES və Sulak kanyonuna gediş zamanı passport və həmin kağızı götürməyi unutmayın. Foto Qamsutl kəndinin özündə çəkilmişdir. Əks tərəfdən Maçu görünüşü açılırDeməli, istəkləri nəzərə alaraq Dağıstan qiymətlərini (1nəfərə) yazıram. Foto İrqanay Su anbarı kənarında çəkilmişdir. Bakı-Qusar maşın - 15 manat (4cü adam götürsəydik 10 manat)Qusar-Mahaçkala maşın - 77 manat ümumi (3000rubl). 3 nəfərəDərbənd- Bakı - 57 manat ümumi (2000 rubl) 3 nəfərəQusar-Bakı - 15 manat.Bu, ümumi xərc. Dağıstan boyunca bələdçi öz maşını ilə hərəkət etdirirdi və 4 gün tamamında 3 nəfər üçün ona ümumilikdə 311 manat (12000 rubl) ödədik. Bura həm bələdçi haqqı, həm də maşın xərci daxil idi.Qalmaq:İlk gün Dubkidə evdə qaldıq. Adam başı 13 manat ödədik (500 rubl). Digər 2 gün Qunibdə dağlarda Turbazada yenə eyni qiymət - günə adambaşı 13 manat. İsti su, wifi durumlu.Qaldı 'yeyif-işmək' məsələsi. Bu, artıq sizin mədə durumunuza baxırAmma deyim, baha deyil. Bu mövzuda rahat ola bilərsiniz. Məsələn, farel, kartof qızartması, 3 limonad, salat, çay - 4 nəfərə 35 manat ödədik. Burda belə ödəyə bilmərik o həcmdə balıq yeməyinə.Əgər yazını bəyəndinizsə aşağıda olan Facebook düyməsini seçərək blogpostu Facebookda paylaşın ki, dostlarınız da yazılarımızdan xəbərdar olsunlar. Yox əgər Gəzəyənlərin yazılarından ilk xəbər tutmaq istəyirsinizsə aşağıda “abunə ol” bölməsinə mailinizi yazaraq düyməyə klikləyin. Hələlik bu qədər, növbəti yazılara qədər…Paylaşdı: Irada Gadirova

2762 dəfə oxunub

Fransanın Cənubu + Kiçik İtaliya turu

Fransanın Cənubu + Kiçik İtaliya turu4-5 gün ərzində Fransanın cənubunda olduq, hətta İtaliyaya da keçdik. Biz Saint-Laurent-du-Var-da çox mehriban fransız ailəsindən otaq kiraladıq (4 gecə = 300 avro). İstəyən olsa, əlaqə nömrələrini paylaşa bilərəm.Qatarlara biletləri biz ya avtomatdan, ya da Omio-dan alırdıq, amma ən sərfəlisi SNCF app-dir – az da olsa qənaət olunur.(evində qaldığımız xanım bunu bizə məsləhət gördü) Qatarlar 11 qədər işləyir.Bu günlərdə Monaco, Menton, Cannes və Ventimiglia-nı gəzdik. Amma onu deyim ki,Qatarlar hər zaman dolu olur hər zaman Ən çox Mentonu bəyəndik .Menton balaca, amma çox gözəl şəhərdir – hər yerdə limon Nice-də daha əvvəl olduğumuz üçün bu dəfə getmədik, amma ev tutmaq istəyənlərə məsləhətim Nice-də tutun.Ev üçün alış-verişi Nice-dəki böyük Auchan marketindən edin, çünki Cannes və Monaco-da qiymətlər çox bahadır. Düzü heç restoranlar o qədər də baha deyildi 2 nəfərə Cannes-da Şərab,adi su və 2 Pizza üçün 56 avro verdiq səhv etmirəmsə. Pizzalar maximum 16 avrodu ən bahası.Evə isə su və səhər yemək üçün ancaq alış-veriş etdik. Ventimigliya (İtaliya) isə stansiyadan çıxanda mərkəzə düşürsünüz, amma Old City bir az uzaqdadır – vaxt itirmədən elə Old City-yə getmıyi məsləhət görürəm. Avqustda biz günün altında bir az əziyyət çəkdik , bəlkə də bu bölgəyə Sentyabrda getmək daha rahat olar.Paylaşan: Almaz Məmmədova

252 dəfə oxunub
Bizi izləyənlər siyahısına qoşulun!