1992 dəfə oxunub

Roma bələdçisi

Romadakı otel, apartament və hostelləri bu linkdən book (bron) edə bilərsiz.

42x32x25sm ölçülərini aşmayan kürək çantamı çiynimə atıb liftin düyməsini basdım. Başladığım yol məni ilk öncə məşhur musiqiçi Ferens Listin adına olan Budapeştin beynəlxalq hava limanına, oradan isə Romaya aparacaqdı. Bu yol Romaya gedənyollardan yalnız biridir. ????

[caption id="attachment_604" align="aligncenter" width="551"]Navona Roma[/caption]

Roma səfərim çox mürəkkəb bir dövrə təsadüf edirdi. Noyabr ayında Parisdə baş verən terror hadisəsindən sonra Avropanın digər şəhərlərində olduğu kimi Romada da təhlükəsizlik tədbirləri gücləndirilmişdi. Yanvar ayında İstanbulda turistlərə qarşı olan terror hücumu Roma səfərimlə eyni günə təsadüf edirdi. Bu səbəbdən bütün metro stansiyaların ətrafında və içərisində, mərkəzi və insanların sıx olduğu küçələrdə, tarix və mədəniyyət abidələrinin yaxınlığında silahlı əsgərlərin və polislərin olması insanda bir narahatçılıq yaradırdı. Ümid edirəm ki, siz səyahət edəcəyiniz zaman belə bir problemlə rastlaşmayacaqsınız.

Bəri başdan onu da vurğulayım ki, bu yazımızda Romanı məşhur rejisor Federiko Fellini kimi göstərib, Den Braun kimi təsvir edə bilməmişəm. Səmimi olsam, heç buna cəhd də etmədim. Ancaq ilk dəfə səyahət etmək istəyənlər üçün faydalı məsləhətlər verməyə çalışacağam.

[caption id="attachment_607" align="aligncenter" width="551"]Rome7 Vatikan, Roma[/caption]

Nə zaman və necə səyahət etməli?

2500 ili aşan tarixi, zəngin memarlıq və mədəniyyət abidələri ilə Roma ilin bütün fəsillərində turistlərin və gəzəyənlərin diqqətini cəlb edə bilir. Lakin may-oktyabr ayları arası Romanı görmək istəyənlər turist çoxluğunu və havanın istiliyini nəzərə alsalar yaxşı olar. Payızın sonu və qış ayları manatı devalvasiyaya uğramış azərbaycanlı gəzəyənlər üçün ideal görünə bilər. Həm otel qiymətləri ucuz olur, həm də sərfəli biletlər tapmaq mümkündür. Biletdən söz düşmüşkən onu deyim ki, bu səyahətimizdə də Wizzair bizim ən səxavətli dostumuz oldu. “Dostuma” Budapeşt-Roma gediş-dönüş bileti üçün 22 avro ödədim. Bakıdan birbaşa uçuş olmasa da Bakı-Kiyev-Roma, Bakı-İstanbul-Roma və s. alternativlərdən faydalana bilərsiniz.

Romada harada qalmalı?

Mən orada təhsil alan azərbaycanlı dostumun evində qaldığıma görə sizə hər hansı otel və ya hosteli tövsiyyə edə bilməyəcəm. Amma siz öncə cibinizə sonra bu yazıya baxıb müvafiq otel və ya hosteli seçə bilərsiniz. Əgər metro və ya avtobusa pul xərcləmək istəmirsinizsə (bir istiqamət 1.5 avro, limitsiz 24 saat bilet 7 avro, 48 saat 12.50 avro, 72 saat 18 avro) və piyada gəzməyə üstünlük verirsinizsə yaxşı olardı ki, qalacağınız yer şəhər mərkəzi olsun. Navona meydanı (Piazza Navona)Trevi Fontanı (Fontana di Trevi) və Venesiya meydanı (Piazza Venezia) ətrafı bu baxımdan uğurlu seçim ola bilər. Nisbətən ucuz otel/hostel istəsəniz Termini metro stansiyasının yaxınlığı da düşünə bilərsiniz.

[caption id="attachment_606" align="aligncenter" width="551"]roma-rome-header-03 Roma[/caption]

Termini metro stansiyası ərazidə olan restoranlar da şəhərin digər yerlərinə nisbətdə ucuzdu. Restoran demişkən, Romada ne yeməli sualı aktuallaşır ???? Yəqin ki, çoxumuzun ağlına ilk gələn pizzadır. Romada demək olar ki, hər küncdə bir pizzaçıya rast gəlmək olur. Mərkəz yerlərdə olan restoranlarda ən sadə pizzaların qiyməti 7-10 avro arasında dəyişir. Spagettiyəgəlincə, tələbə olduğumdan semestr ərzində spagetti qida rasionumda əvəzedilməz rola malik idi. Bu səbəbdən Roma tətilim zamanı spagettidən uzaq durdum. Tiramisu və Roma dondurmasının (gelato) dadına isə mütləq baxın.

Roma tarixi abidələr və muzeylərlə zəngin olduğundan tam gəzmək üçün 3-4 gün kifayət etməyə bilər, ancaq doğru planlama ilə qısa müddətli səyahətinizi də effektiv edə bilərsiniz. Aşağıdakı ‘Romada görüləcək yerlər’ listini hazırlayanda bu yerlərin bir-birinə olan məsafəsini nəzərə aldım. Ümid edirəm ki, siyahı vaxt problemi olan səyyahlar üçün köməkçi olacaq.

Romada görüləcək yerlər.

Əlbəttə ki, listin başında Flavi amfiteatrı və ya Kolizey gəlir. Dünyanın ən böyük antik amfitatrı olan tarixi abidənin tikintisi 8 ilə yekunlaşmışdır. Uzun illər qladiatorların və vəhşi heyvanların döyüşünə şahidlik edib. Vaxtınız olsa həm gündüz, həm də gecə görməyi məsləhət görərdim.

[caption id="attachment_602" align="aligncenter" width="550"]kolizey Kolizey[/caption]

Roma Formu ve Palatino təpəsi. Roma Formu antik Romanın mərkəzi hesab olunur. Siyasət və ticarətin mərkəzi olduğu üçün o dönəmin bütün tikililəri bu ərazidə cəmlənmişdir. Palatino təpəsi isə Romanın yerləşdiyi yeddi təpədən sadəcə biridir. Kolizeyi gördükdən sonra Roma Formuna gedib, oradan da Palatino təpəsinə qalxa bilərsiniz. Bu təpədən antik Romanın ən böyük stadionu olan Circus Maximusu da görə bilərsiniz. Kolizey, Roma Formu və Palatino təpəsi üçün birləşdirilmiş biletin qiyməti 12 avrodur.

Altare della Patria. 6-cı əsrdən bəri dağınıq olan İtaliyanı vahid şəkildə birləşdirən II Viktor Emaunuelin şərəfinə tikilmişdir. II Viktor Emanuel 1861-ci ildən 1878-ci ilə qədər vahid İtaliya krallığının kralı olmuş, italiyanlar tərəfindən dilimizdə ‘Ata’ mənasini verən ‘Della Patria’ ləqəbini almışdır. Ağ mərmərdən tikilən abidənin hündürlüyü 70 m, eni isə 135 metrdir. Əzəmətli görünüşü ilə Romanı ziyarət edən turistləri heyran qoyan yerlərdən biridir. Abidənin alt hissəsində İtaliya Birləşmə muzeyi, üst hissəsində isə ətrafı seyr etmək üçün terras var.

Panteon. Qədim Roma memarlığının ən görkəmli və tikintisi ilə bağlı hələ də özündə suallar saxlayan Panteon məbədini də görməyə dəyər. 128-ci ildə tikintisi başa çatan və yunancadan tərcümədə bütün allahların məbədi anlamını verən Panteon 7-ci əsrdən kilsə kimi fəaliyyət göstərir. Məşhur rəssam Rafael, İtaliya kralları II Viktor Emanuel və I Umberto burada dəfn olunmuşdur. Məbədin daxili interyeri və damı (damda olan dəlik) bu abidənin insan tərəfindən tikilib-tikilməməsi barədə suallar yaradır. Betondan olan qübbənin hansı texnologiya ilə hazırlanması insanları düşündürür.

[caption id="attachment_605" align="aligncenter" width="550"]pamteon Panteon[/caption]

Navona meydanı. Panteonu gördükdən sonra yaxınlıqda olan Navona meydanına da baş çəkməkdə fayda var. Romanın görməli və turistlərin sıx olduğu məkanlardan biridir. Dördbucaqlı formasında olan meydana iki kilsə və bir neçə saray açılır. Meydanda eləcə də, üç fəvvarə vardır. Bunlardan ən məşhuru Dörd çay fəvvarəsidir. Simvolizə olunan bu dörd çay Nil, Qanq, La Plata və Dunaydır. Çoxlu rəssam və küçə sənətkarlarına rast gələcəyiniz meydanın ətrafı kafe, restoran və hədiyyəlik əşya dükanları ilə zəngindir.

Trevi fontanı. Barokko stilində olan fontan adını yerləşdiyi Trevi meydanından alır. Üç yolun qovşağında olduğu üçün Trevi adlandırılıb. Fontan bir neçə heykəl kompleksi və bu heykəllərin ön hissəsində olan hovuzdan ibarətdir. Hovuzun içində çoxlu qəpiklər görəcəksiniz. Deyilənə görə arxası hovuza dayanıb, sağ əlinizlə sol çiyin üzərindən hovuza qəpik atsanız, Romaya bir daha gələcəksiniz. Yığılan qəpiklərin xeyriyyə cəmiyyətlərinə bağışlandığı deyilir.

[caption id="attachment_603" align="aligncenter" width="551"]markets-are-up-in-europe-after-a-crucial-italian-bond-auction-goes-smoothly Trevi fontanı[/caption]

P.S Cibimdə qəpik avro olmadığından macar forinti atdım. Fontanın bunu qəbul edib etmədiyini, təəssüf ki, bilmədim. Ümid edirəm ki, atdığım qəpik qəbul edilib və mən Romaya yenidən gələcəyəm.

İspan pilləkənləri. İspan pilləkənləri və pilləkənlərin başladığı İspan meydanı Romanın ən hərəkətli hissələrindən biridir. Pilləkənlər 1723-1726-cı illər ərzində tikilib. Məqsəd aşağıda olan meydandan üstdə olan Trinita dei Monti Kilsəsinə rahat gediş-gəlişi təmin etmək olub. Prada, Gucci, Dolce & Gabbana, Versace kimi lüks brendlər də bu meydanda cəmlənib.

Popolo meydanı (Piazza del Popolo)  Pincio parkı. Romanın ən böyük meydanlarından biridir Popolo meydanı. Meydan yaxınlıqda yerləşən Pincio təpəsindən daha əzəmətli görsənir. Onu qeyd edim ki, bu təpə qədim Romanın yerləşdiyi yeddi təpə listinə daxil deyil. Təpəyə meydan tərəfdən qalxdığınızda geniş bir terrasa çatmış olacaqsınız. Bu terrasdan Popolo meydanı və Romanın tarix qoxan binaları daha ecazkar görünür. Terras eyni zamanda Picino bağlarının bir hissəsidir. Turistlərlə bol olan, hərəkətli Roma küçələrindən xilas olub bu parkda sakitlikdən və yaşıllıqdan zövq ala bilərsiniz.

[caption id="attachment_600" align="aligncenter" width="551"]1129213 Vatikan meydanı[/caption]

Vatikan. Vatikan səfəri üçün ən azı bir gününüzü ayırmağı tövsiyyə edərdim. 40 hektarı aşan ərazisi və minə yaxın əhalisi ilə dünyanın ən kiçik dövləti sayılır Vatikan. Katolik kilsəsinin döyünən ürəyi olan dövlət-şəhərin başçısı Roma Papasıdır. Vatikan səfərini dünyanın ən böyük kilsələrindən olan Müqəddəs Pyotr bazilikasından başlaya bilərsiniz. Bazilikaya giriş pulsuzdur. Ciddi yoxlama tədbirləri olduğu üçün uzun növbələrlə rastlaşa bilərsiniz. Mən qış ayında getdiyim üçün növbədə çox da gözləməli olmadım. İçini isə yalnız görmək lazımdı ???? Sözlərlə ifadə edə bilməyəcəm.

Bazilikina gördükdən sonra isə məşhur Vatikan muzeylərini gəzə bilərsiniz. Muzeylərdə əsasən intibah dövrünə aid əsərləri görə bilərsiniz.

Muzeyləri gəzdikdən sonra dilimizə Müqəddəs Mələk qəsri kimi tərcümə olunan (Castel Sant’Angelo) tarixi abidəsini görə bilərsiniz. 135-ci ildə tikintisinə başlanılmış, 139-cu ildə sona çatmış sərdabə 84 m uzunluğa malik dördkünc özül üzərində diametri 64 və hündürlüyü 20 m olan silindrik formada inşa edilmişdir. Günümüzdə muzey kimi fəaliyyət göstərir. Giriş 15 avrodur. Qəsrin önündə Roma impetoru Hadrian tərəfindən tikilən Hadrian körpüsü var. Tiber çayı üzərində olan körpünün tikintisi 134-cü ildə tamamlanmışdır. Çay, körpü, körpünün kənarlarında olan mələk heykəlləri şəhərə xüsusi gözəllik qatır. Yazımı isə hələlik burada saxlamaq istəyirəm. Səbəbini aşağıdakı abzasda izah edəcəm.

be4755c4d8624988ad405fb04c9b1c25

Romaya tək gedəcəyimi bilən Rusiyadan olan yataqxana yoldaşım ‘Roma tək gəzilməz, Roma da Paris kimi sevgi şəhəridir’ demişdi. Onunla mübahisə edib tək gəzməyin faydalarını müdafiə etmişdim. Romada yalnız Tiber çayının sahilində, Hadrian körpüsündən keçəndə tək olduğum üçün heyfslənib, rusiyalı dostuma haqq qazandırdım. İnanıram ki, Trevi fontanı atdığım qəpiyi qəbul edib və mən növbəti səfərimi cüt edib yazımı tamamlaya biləcəyəm ????

Əgər yazını bəyəndinizsə aşağıda olan Facebook düyməsini seçərək blogpostu Facebookda paylaşın ki, dostlarınız da yazılarımızdan xəbərdar olsunlar. Yox əgər Gəzəyənlərin yazılarından ilk xəbər tutmaq istəyirsinizsə aşağıda “abunə ol” bölməsinə mailinizi yazaraq düyməyə klikləyin. Hələlik bu qədər, növbəti yazılara qədər…

Paylaşdı: RƏHMAN ƏFƏNDİ

DİGƏR BLOQLAR

Meksika - Kampekhe bələdçisi

Kampekhedəki otel, apartament və hostelləri bu linkdən book (bron) edə bilərsiz.????????Meksikanı səyahətə başladım. Bir aylıq səyahət planım da Meksikanın möhtəşəm şəhərlərini səyahət etməkdi. Səyahətə başladığım ilk şəhər isə Campeche şəhəri oldu. Demək olar ki bu şəhər haqqında çox insanın məlumatı yoxdu. Elədisə sizlərə bu şəhər haqqında məlumatları verim.ℹ️Campeche haqqındaCampeche Meksikanın canub şərqində yerləşən bir statdır. Elə ştatın paytaxtıda San Fransisco de Campeche adlandırılır. Şəhər çox rəngarəngdir. Hər küçəsində fərqli rənglərdə evlər görə bilərsiz. Burda daim isti olur mən səyahət edən zaman yəni oktyabrın 8-i hardasa 36 dərəcə isti var idi lap dəniz havasıdı.✈️Campecheyə necə gəldim bunun haqqında deyim. Mən 75 manata tək gedişli bilet alıb, Vivaerobus təyyarəsi ilə Meksikanın Monterrey şəhərindən Meridaya uçdum. Meridada Renta cardan 140 manata maşın kiralayıb yollandım Campecheyə. Yol 2 saatdır və çox rahatdı. Əgər bura gəlmək istəsəz Meksika şəhərindən hər zaman uçuş olur bu şəhərə. Və ya İstanbul Cancun ordanda Campeche şəhərinə uça bilərsiz.????Pul vahidi Meksikan pesosudur 1 peso = 0.88 qəpik????????????Campeche əmin ola bilərsizki təhlükəsiz bir şəhərdi. Gecə saat 3də belə çıxıb şəhəri gəzsəz başınıza heç bir hadisə gəlməz Campechedə. (Dediyim Meksikanın digər şəhərlərinə aid deyil ha) ‼️????????Qalınacaq yer – Əgər səyahət zamanı qaldığınız evin luxs olmamağı sizi narahat etmirsə onda mən sizə qaldığım evi məsləhət görə bilərəm. Bir otaqlı kiçik həyət evidi. Mən səyahət edən zaman evin super olmağı barədə düşünmürəm çünki səhər çıxıb axşam gəlirəm oda yatmağa. Əsas bu evin Wifi və Kondisoneri var idi və hər ikisidə problemsiz işləyirdi. 3 günə görə 73 manat ödədim. Əgər iki nəfər getsəz sizə qiymət sərf edəcək. Bu məbləği iki nəfərə ödəyə bilərsiniz. https://www.airbnb.com/rooms/18314124?s=67&shared_item_type=1&virality_entry_point=1&sharer_id=112376445????????Şəhər çox rəngarəngdir aşiq olmamaq mümkün deyil. Mayalıların yaşadıqları bir şəhəri gəzib tarixi haqqında maraqlanmaq çox maraqlıdır həqiqətən də görə biləcəyiniz maraqlı yerləri var. Şəhəri gəzməyə 2 və ya 3 gün bəs edir. Bir gününüzüdə şəhər ətrafını gəzməyə ayıra bilərsiniz .Gəziləcək yerlər????Catedral de Campeche Şübhəsiz ki, Campeche’nin ən əhəmiyyətli kilsə Katedraldir. Tarixi 16-cı əsrə gedib çıxır, 1540-cı ildə Kilsənin inşasına başlanıldı və İnşanı bitirib qurtarmaqları çox uzun çəkdi və 19 cu əsrin əvvəllərində inşanı bitirdilər.????Puerta del mar divarlarla örtülü olan qalanın bir qapısı limana doğru olan Puerta de mar’dır. Bu qapıdan keçər keçməz dənizin qoxusunu hiss edir adam. Sahildə velosibed sürənlər, gəzənlər, qaçanları və kitab oxuyan insanları görə bilərsiz.????Rəngarəng küçələr – Iglesia de San Juan və Parque Principal arasındakı ən rəngli pitoresk evlərin çoxluğunu tapdım, Evlər həqiqətən möhtəşəmdir foto aparatı əlimə alıb Campeche küçələrində qeyboldum lap.????Puerta de tierra, şəhərə quru yolu ilə hər hansı bir tərəfdən hücuma gələnlərdən qorunmaq üçün hazırlanmış bir hərbi quruluşdur. Darvazanın üstündən girə bilən hər hansı bir düşmənə hücum etmək üçün istifadə edilə bilən bir müdafiə sistemi qurulmuşdur. Puerta de tierra cümə axşamı, cümə, şənbə və bazar günləri axşam saat 8-də təqdim olunan “El lugar del sol” (Günəşin yeri) adlı işıqlı və səsli bir şou təqdim edir. və şou 60 dəqiqə davam edir. Qalaya giriş bileti 1.40 Azn????Campeche logosunun önündə də mütləq bir şəkliniz olsun. Əgər getmək imkanınız olsa Mirador Benito Juarezə qalxıb orda da şəkil çəkin.????Calle 59# da rəngarəng evlər arasında gəzib restoranlarda oturub dincəlib canlı musuiqi dinləyə bilərsiniz.????San Miguel qalası Dəniz quldurların hücumundan sonra ispanyalılar tərəfindən şəhərin müdafiəsi üçün 17-18-ci əsrlər arasında inşa edilmişdir????Şəhərin şimal hissəsinin ən yüksək hissəsində yerləşən San Jose el Alto qalası Campeche-də yerləşir, binası köhnə saat olaraq bilinən təpədə inşa edilmişdir, Daim dəyişdirilən bir müşahidə postu idi.????Edzna qurulan Chontal mənşəli bir nəslin adıdır. Uzatma ilə digər yaşayış məntəqələrinin sakinləri bu qədim Mayya şəhərinin sakinlərini “Itzaes” adlandırdılar; buradan onun adı gəlir: Ytzná / Edzná: “Itzáes Evi”. Campecheyə gəldinizsə mütləq gedib görməlisiz Mayalıların inşa etdikləri maraqlı piramidlər var. Bura getmək hardasa 1 saatınızı alacaq yol isə 55 km dir. Gedərkən özünüzlə ağcaqanad sprey götürməyi yaddan çıxarmayın ağcaqanda dəhşət çoxdu orda. Adamı lap didirlər. Giriş bileti 5 AznDaha ətraflı məlumat üçün http://evdenuzaqlarda.com/????????RestoranlarSəhər yeməyini mən adətən evdə hazırlayıb yeyirəm çünki ucuz başa gəlir. Günorta və axşam yeməklərini isə restoranlarda yeyirəm çünki buranın yeməkləri həqiqətən çox dadlıdır həmdə dadınana doymaq olmur.La pagoda restoranında 15 AznLa Panistera kafe 5.20 AznMarganzo restoranında 13 AznAbuelito Jose restoranında 7 AznCenaduría Portales de San Francisco restoranında 11 AznLa cocinita restoranında 9 Azn????????Campeche səyahətimi də belə bitirdim. Səyahətə davam edirəm yaxın zamanda yeni şəhələr haqqında məlumatları sizinlə bölüşəcəm. Oxuduğunuza görə təşəkkür edirəm..https://www.youtube.com/watch?v=wUx6KUIcFEE&t=15sƏgər yazını bəyəndinizsə aşağıda olan Facebook düyməsini seçərək blogpostu Facebookda paylaşın ki, dostlarınız da yazılarımızdan xəbərdar olsunlar. Yox əgər Gəzəyənlərin yazılarından ilk xəbər tutmaq istəyirsinizsə aşağıda “abunə ol” bölməsinə mailinizi yazaraq düyməyə klikləyin. Hələlik bu qədər, növbəti yazılara qədər…Paylaşdı: Seyid Hüseyn

632 dəfə oxunub

Yer kürəsi üzərindəki əcaib planet - İslandiya

"Buzların və alovların ölkəsi" - İslandiyanın devizi, bu ölkənin təbiətinin malik olduğu kontrastı və həmin kontrastın yaratdığı möcüzələri bir cümlədə ifadə edir.Üzəri buzlaqlarla örtülü vulkan krateri - alovun üstünü örtən buz; qayaların arasından, dağların yamacından axan bol sulu, bəzən dəniz mavisi rəngində, bəzən güclü və palçıqlı, bəzən sakit və həzinli axan şəlalələr; yerin dərinliklərində qaynayıb 40 metr yüksəkliyə fışqıran qeyzerlər; teknonik plataların ayrılma xəttlərini öz gözlərinizlə görə biləcəyiniz parklar, çaylar; min illər boyunca ağır buz kütlələrinin altında sıxılmış mas-mavi aysberqlərin üzdüyü göllər; lavaların yaratdığı yüz hektarlarla ərazi və həmin ərazidə yenicə əmələ gəlmiş mamır təbəqəsi; qütb parıltısı kimi insanı heyrətə gətirən təbiət hadisəsinə heyranlıqla tamaşa etmə imkanı verən gecə səması; saatlarla yorulmadan, zövq ala-ala maşın sürə biləcəyiniz yollar; Atlantik okeanının vəhşi dalğalarının yaratdığı uğultu; nağılvari mağaralar içindəki qap-qaynar hovuzlar - bütün bunların hamısını bir həftəyə yaşamaq istəyirsinizsə, İslandiyanı növbəti səyahət planlarınıza daxil edin.Gələk hər kəsi maraqlandıra biləcək suallara:1. Bilet neçəyədir ?Digər avropa ölkələrinə nisbətən İslandiyaya biletlər daha bahadır. Almaniyadan gediş-dönüş hardasa 250-300 avro ətrafındadır.2. Hansı viza lazımdır?İslandiya Avropa Birliyində olmasa da, Schengen vizasını qəbul edir. Dəqiq məlumatı internətdən ala bilərsiniz.3. Hotel qiymətləri necə?Hotellər, hətta hostellər belə həddindən artıq bahadır. Ona görə də ən optimal variant özünüzlə çadır götürüb camping etməkdir.4. Necə səyahət etmək olar? İctimai nəqliyyat necədir?Paytaxt Reykjavikdən başqa digər yerlərdə nəqliyyat çox pisdi. Gəzməli yerlər isə məhz əsasən paytaxtdan kənarda, Ring Road (dairəvi yol) dedikləri ölkə sahili boyunca dövr ədən yolun ətrafındadı. Yolun uzunluğu hardasa 1400km-dir.Üstəlik, ölkə əhalisi 400 min nəfərdən də azdır. Ərazisi isə Azərbaycandan da böyükdür. Ona görə də ən yaxşı seçim, maşın kiralayıb onunla səyahət etməkdir. Çalışın mütləq SUV və 4x4 maşın götürün, çünki əsas yollardan biraz qırağa çıxsaz bərbad halda olan torpaq yollarla maşın sürməli olacaqsınız. Maşını hardasa günü 120-150 avroya kiralamaq mümkündür. Hətta istəsəniz RV də kiralaya bilərsiniz. Mən bir də getsəm, yəqin RV kiralayaram.5. Qiymətlər necədi?İslandiya həddindən artıq bahalı ölkədi. Yeməyi özünüz bişirməsəz, gün ərzində rahat adam başına 70 avrodan çox yeməyə xərcləyə bilərsiniz. Ən ucuz pizza 23 avroyadı. Özünüz bişirsəniz, günü 15-20 avroya yola vermək olar.Əlavə olaraq deyim ki, bütün ləvazimatlarınızı özünüzlə gətirin. İsti paltar, isti və su keçirməz hiking ayaqqabıları, çadır, sleeping bag, bişirmək üçün camping equipmenti (amazondan, ebaydən 30-40 avroya full set ala bilərsiniz) özünüzlə gətirin. Internetdən 20-30 avroya ala biləcəyiniz camping equipmenti sizə burada 80 avroya kiraya verəcəklər.İsti paltar məsələsinə xüsusən diqqət edin. Yayda Google-un verdiyi hava məlumatı sizi aldada bilər. Gecələr həddindən artıq soyuq keçə bilir. İsti paltarınız olmasa bir günə xəstələnə bilərsiniz. Qışda isə, professional səyyah deyilsinizsə İslandiyaya gəlməyiniz heç məsləhət deyil. Həddinən artıq sərt təbiəti var. Yollar buz bağlayır, tufan və qasırğalar maşınınızı sıradan çıxarda bilər.6. Camping qaydaları:İslandiyada camping üçün xüsusi yerlər var (camping grounds). Qanunən istənilən boş ərazidə camping etməyə icazə verilsə də (maşını offroad sürməmək şərti ilə, hansı ki qətiyyən qadağandı), turistlərdən camping groundlarda qalmaları xahiş olunur (ya da yumuşaq şəkildə tələb olunur). Bu camping groundlarda qalmaq haqqı gecəsi adam başına 15-20 avro arası dəyişir.7. Bir həftə vaxtım yoxdursa necə?Əgər vaxtınız çox azdırsa, Ring Road-a alternativ olan, 1-2 günə gəzə biləcəyiniz Golden Circle yolunu seçə bilərsiniz.Ən sonunda, bu möcüzələr ölkəsi İslandiyaya birlikdə səyahət etdiyimiz dostum Alakbar-ə də bişirdiyi ləzzətli yeməklərə görə də təşəkkür edirəm  (www.instagram.com/alekperos/)p.s. Çəkdiyim şəkilləri https://500px.com/ahmed_rnt səhifəsindən izləyə bilərsiniz.Əgər yazını bəyəndinizsə aşağıda olan Facebook düyməsini seçərək blogpostu Facebookda paylaşın ki, dostlarınız da yazılarımızdan xəbərdar olsunlar. Yox əgər Gəzəyənlərin yazılarından ilk xəbər tutmaq istəyirsinizsə aşağıda “abunə ol” bölməsinə mailinizi yazaraq düyməyə klikləyin. Hələlik bu qədər, növbəti yazılara qədər…Paylaşdı: Ahmed Ahmedov 

1624 dəfə oxunub

İtaliya - Florensiya bələdçisi

Florensiyadakı bütün otel, apartament və hostelləri bu linkdən (bron) edə bilərsiniz.Florensiya haqda postlar olsa da, birini də mən yazım Toskaniyanın mərkəzindən, Renesansın vətənindən. Florensiyanın əsası Y. Sezar tərəfindən qoyulub, veteran əsgərlər yerləşdirmək üçün yaradılıbmış. Florensiyanı “orta əsrlərin Afinası” adlandırırlar. Deyilənlərə görə hətta ilk dondurmanın, italyan gelatosunun vətənidir. Mediçilər öz saraylarında XVI əsrdə dondurulmuş desertlərdən istifadə edirmişlər və sonradan bu desertlər satışa çıxarılır. Florensiya həm də operanın və pianonu vətənidir. Florensiya ilə bağlı Stendal sindromu və ya Florensiya sindromu deyilən xəstəlik var. XIX əsrdə Stendal bu şəhərə gəlir, gəzdiyi yerlər onda güclü ürəkdöyüntüsü, həyəcan yaradır və psixoloqlar bu halları digər turistlərdə də müşahidə etdiklərindən xəstəliyi təsdiq edirlər. Florensiyaya gəlmə səbəbim həm də Dan Brownun Inferno (Cəhənnəm) əsəri idi. Bir neçə il əvvəl oxumuşdum kitabı, Florensiyaya gəlməmişdən əvvəl yenidən oxudum adı çəkilən yerləri qeyd etdim. Əsərdə hadisələr Florensiya, Venesiya və İstanbulda baş verir.Keçək şəhərin gəziləsi yerlərinə:1. Santa Maria de Fiori və ya Duomo. Florensiyanın şah əsəridir. 1293-cü ildən tikilməyə başlayıb. 140 il çəkib tikinti. Böyüklüyünə görə dünyanın üçüncü kilsəsidir. Kilsə uzun müddət kupolsuz-gümbəzsiz qalıb. 1436-cı ildə Bruneleschi tamamlayır. Qarşısında Brunellescinin heykəli var. Diqqətlə baxsaz görərsiniz ki, üzü yuxarı yəni, gümbəzə baxır. Kilsəyə giriş pulsuzdur. Amma uzun növbələr var. Amma gümbəzə qalxmaq üçün bilet almalısınız. 463 pillədir. Lift yoxdu, nəzərə alın.2. Cənnət qapıları. Santa Maria de Fiorenin qarşısında yerləşən qapıdır. Qapını maraqlı edən odur ki, qızıldandandır və müxtəlif səhnələr təsvir olunub. Qarşısında turist növbələri olur. İkinci dünya müharibəsi vaxtı qapını zədələnməsin deyə çıxarıb gizlədiblər. 1948-ci ildə yenidən öz yerinə gətirilib.3. Piazza della Signoria (Sinyoriya meydanı). Roma imperiyası zamanı teatr olub yerində. Vechio sarayı burda yerləşir. Meydanda Neptun fontanı, Meduzanın, Herkulesin heykəlləri var. Vekko sarayının qarşısında həm də Davidin heykəli var. Originalı Uffuzi qaleriyasındadır.4. Vekko sarayı. Florensiyanın dövlət binası kimi tikilsə də sonradan bir müddətlik Mediçilərin sarayına çevrilib XVI əsrdə. Sarayda maraqlı eksponatlar var. Əsasən də xəritələr zalı. Təəssüf ki, həmin zalda XVI əsrə aid Armenia adlı xəritə də var. Dantenin ölüm maskası da bu saraydadır. Növbədə dayanmamaq üçün saraya bileti online almışdım 13.50 avro. Əgər zəng qülləsinə qalxsanız bilet 19.50.5. Ponte Vekko yəni Vekko körpüsü. 1345-ci ilə aiddir tarixi. Orta əsrlərdə ət bazarları olub, indi isə zərgər mağazaları.6. Uffizi qalereyası. Renesans dövrünün kolleksiyalarını özündə cəmləyib. Buranı Mediçi ailəsi dövlət adamları üçün ofis kimi açıblarmış. Mikelancelonun Davidi burda nümayiş olunur. 20 avro giriş.7. Boboli bağları və Pitti sarayi. Bağ 16 - 18-ci əsr heykəllərilə zəngindir. Açıq muzey demək olar. Bu bağda ən çox ziyarət edilən yer Grotta Grande adlı mağaradı. Hər zaman açıq olmur, Hər saatın tamamında buraxırlar qrup şəklində. Tək bağa giriş 10 avro, əgər Pitti sarayına və o ərazidə olan muzeylərə girsəniz 38.Hamıya xoş gəzintilər.Əgər yazını bəyəndinizsə aşağıda olan Facebook düyməsini seçərək blogpostu Facebookda paylaşın ki, dostlarınız da yazılarımızdan xəbərdar olsunlar. Yox əgər Gəzəyənlərin yazılarından ilk xəbər tutmaq istəyirsinizsə aşağıda “abunə ol” bölməsinə mailinizi yazaraq düyməyə klikləyin. Hələlik bu qədər, növbəti yazılara qədər…Paylaşdı: Gunay Heyderli

2383 dəfə oxunub

İndoneziya bələdçisi – Bali

Dostlar salam, bu mənim qrupdaki ilk paylaşımımdı və ümid edirəm ki, hərkəs üçün yararlı olacaq. Gəzintim yerin cənnəti sayılan Bali və Nusa Penida adasına oldu. Balini bütünlükdə kəşf etmək üçün gəzintimi 4 yerə böldüm (Qeyd edim ki, Balini tamamilə rahat və istədiyiniz formada gəzməyiniz üçün skuter idarə etməyiniz çox arzuolunandır)1. Munduk – Balinin Şimal hissəsində yerləşir və əsasən bol təbiəti, çayları, şəlalələri, gölləri, meşəlikləri ilə məşhurdur. Mundukda görülməli yerlər Sekumpul Waterfall (Balinin ən hündür şəlaləsi- 100 m), Banyumala Waterfall ( şəlalə fonunda üzmək üçün ideal məkan), Aling-Aling Waterfall (suya tullanmaq və təbii aquapark effekti), Twin Lake, Uluwatu Temple ( Məbəd), Handara Golf Resortun girişindəki qapılar. Qeyd olunanları rahatlıqla gəzmək üçün 3 gün kifayətdir.2. Ubud – Balinin mərkəzində yerləşir və çəltik sahələri, hüzurlu sakitçiliyi ilə turistlər arasında məşhurdur. Ubudda Monkey Forest, Cambuhan Ridge Walk, Tegallalang Rice Terrace, Pura Gunung Kawi, Tegenungan Waterfall ( uğursuzluqla bağlı gedə bilmədim), Ubud Palace. alış-veriş üçün Ubud Art Marketə (Jalan Monkey Forest küçəsində) gedə bilərsiniz, qiymətdə ciddi bazarlıq etmək şərti ilə ( 850 000 rupilik əşyanı 150 000 rupiyə qədər J ). 3-4 gün gəziləsi yerləri görmək üçün bəs edər.3. Nusa Penida – Bali adasına 30 dəqiqəlik məsafədə çimərlikləri, əsasən də Kelingking Beach ilə məşhur olan ada. Balinin Sanur limanından 18-20 manatlıq biletlərlə Nusa Penida adasına keçmək olur. Ada şərq və qərb olmaqla iki yerə bölünür. Şərq tərəfdə olan Atuh Beach, Diamond Beach günəşin çıxmasına baxmaq üçün, qərb tərəfində Angel’s Billabong, Broken Beach, Kelingking Beach günəşin batmasını görmək üçün ideal hesab olunur. Adada 2 gün sizə qeyd olunan yerləri görmək üçün kifayət edəcək.4. Kuta (Seminyak) – Balidə əsasən əyləncə yerləri, surfinq və shopping üçün bura turistlər üz tutur. İstirahətin son gününün bura salınmasında üstünlük hava limanında 20-25 dəqiqəlik məsafədə olmasıdır. Kutada əsasən iri shopping və Kuta Beach, Legian Beach, Double Six Beach çimərikləri surfinq həvəskarları üçün məşhurdur. Alış veriş üçün ideal qiymətlər baxımından Legian Street olduqca uyğundur. Axşam saatlarına qədər çalışan Kuta Art Marketlərdən də alış veriş etmək mümkündür.Diqqət olunmalı mövzular: pulunuzu dəyişdirən zaman ehtiyatlı və diqqətli olun, yalnız sterilizə olunmuş sulardan istifadə edin, yerli əhaliyə şəkil çəkdirmək üçün rica etməyin, qiymət bazarlığına tam hazır olun, daima yanınızda yağışa qarşı üstlük saxlayın. Paylaşılan şəkillərdə adları ilə qeyd edəcəm. Ümid edirəm paylaşım faydalı olacaq.Əgər yazını bəyəndinizsə aşağıda olan Facebook düyməsini seçərək blogpostu Facebookda paylaşın ki, dostlarınız da yazılarımızdan xəbərdar olsunlar. Yox əgər Gəzəyənlərin yazılarından ilk xəbər tutmaq istəyirsinizsə aşağıda “abunə ol” bölməsinə mailinizi yazaraq düyməyə klikləyin. Hələlik bu qədər, növbəti yazılara qədər…Paylaşdı: Tural Hasanli

1103 dəfə oxunub
Bizi izləyənlər siyahısına qoşulun!