1539 dəfə oxunub

Pireney yarımadasında gizlənmiş “Balaca Cənnət”

Avropa səyahəti deyilən zaman bəzilərimizin beynində çox zaman bəlkə də standart bir mənzərə canlanır: Kimisi üçün bu mənzərə qədim daş döşəməli küçələr, kimisi üçün brend geyimlərin satıldığı maqazinlər, kimisi üçün tarixi qoxulu tikililər, kimisi üçün hansısa şəhərin “old part” hissəsi və s. və ilaxır... Şəxsən mənim üçün Avropa səyahəti nədənsə mütləq ya payız, ya da yazda, amma nədənsə mütləq sərin havada olmalıdır, bu səbəbdən Avropaya qısaqol geyimdə getməyi arzulamamışam heç bir zaman )))). 2015-ci ilin mart ayında Dubaya getmək üçün hazırlaşırdım. Artıq biletləri alıb, oteli də bron etmişdim. Təsadüfən elə oldu ki, turizm agentliklərinin birində sərfəli qiymətə maraqlı səyahət proqramı gördüm. Səyahət Barcelonadan başlamaqla, İspaniyanın bir neçə şəhəri, daha sonra Fransanın cənubundan - Kann, Nitsa şəhərlərini keçməklə Monacoya, ordan da İtaliyanın şimalına – San Remoya qədər uzanır və eyni istiqamətdə də geri qayıdırdı, uçuş istiqaməti Bakı – Kiyev – Barselona – Kiyev – Bakı idi. Bir az tərəddüd, bir az analizdən sonra “Görəsən, Dubay biletlərini zərərlə də olsa ləğv etməyə dəyərmi ?” deyə düşünərkən bir də özümü Barselonanın hava limanında gördüm ).40374945_1993725357314314_8484290607110422528_n

Barselona haqqında danışmaq məncə artıqdır. Şəhərin Gaudi dəsti-xətti ilə “yazılmış” qeyri-adi arxitekturasından başlayıb, iqliminə qədər, dəniz limanlarını, çimərliklərini, hələ üstəlik, bir azarkeş kimi bu futbol ölkəsinin stadionları haqqında yazmaqla bitməz. Mən isə sizə bu yarımadada gizlənmiş “Balaca Cənnət” haqqında bəhs edəcəyəm. Barcelona gəzintisindən sonrakı ilk məntəqəmiz Kataloniyada - Costa Bravada yerləşən kiçik Lloret de Mar qəsəbəsi idi. Bu qəsəbə haqqında ora gedənə qədər heç nə eşitməmişdim. Qəsəbə Barcelonadan çox da uzaqda olmayan, təxminən 40 dəqiqəlik bir məsafədə idi. Amma Barcelona kimi böyük və modern şəhərdən 40 dəqiqəlik bir məsafədə bu cür gözəl bir yer xəyal belə etmirdim. Bu qəsəbə bəlkə də hər fəsildə “gəl-gəl” deyən nadir yerlərdən biridir. Balacadır, çox balaca – amma bura səyahət etmək üçün o qədər səbəb var ki: say-say bitməz... Yayda – göz oxşayan çimərliklər, yaz payız aylarında – meşəliklərə, yaşıllıqlara bürünmüş dağların sıldırım ətəklərinə vuran dəniz ləpələri, rəngli daşlardan tikilən evlər, əsrarəngiz Kataloniya təbiəti o qədər gözəldir ki, danışmaqla qurtarmaz.

​Lloret de Mar bəlkə də gizli duyğularınızın üzə vuracağı nadir yerlərdəndir. 2 saata qəsəbəni tam başdan-ayağa gəzə bilərsiniz: əgər gəzə bilsəniz... Amma gəzmək mümkün deyil 2 saata – səbəb isə sadədir: addımbaşı gözəllik, addımbaşı təbiət naxışları və bu naxışları əsla pozmayan insanlar... Ayağınızı basdığınız hər qarış torpaqdan baxdığınız bu “Balaca Cənnət”in ayrı-ayrı istiqamətləri bir başqa gözəldir. Dənizi desən-dənizlərdən, qumsalı desən-qumsallardan, havası desən-hər yerdən fərqlidir. Bu fərqlilik insana o qədər xoş gəlir ki, hər yeni gün, doğan günəşdən, gecə yatana qədər sonsuz pozitivə yüklənirsən.40355710_1993725627314287_2468990674846875648_n

Amma bu qəsəbənin gözəlliyi qədər də, bir balaca riskli turist həyatı var. Xüsusilə yay aylarında bura dünyanın 4 tərəfindən turist axını olur, çünki “WaterWorld” adlanan, dünyanın ən böyük aquaparklarından biri burada yerləşir. Attraksiyonlar və su əyləncələri “n” qədərdir. Riskli tərəf bu attraksiyonlardır deyə düşünməyin ) Riskli tərəf bura gələn turistlərin bəzilərinin 7/24 narkotikanın təsiri altında və içkili halda “beyni dumanlı” dolaşması, əylənməsidir. Ayrıca çimərliyə girən zaman, qumsalda nəzarətsiz qalan mobil telefonunuzun və ya foto kameranızın, hətta paltarınızın belə burda oğurlanması necə deyərlər, adi və normal haldır. Ona görə yaxşı olar ki, oteldən çimərliyə elə birbaşa “geyçim”lərinizi geyinib, gedəsiniz )) Amma, onu da vurğulamamaq haqsızlıq olar ki, bu neqativ hallar əksər hallarda yalnız yay aylarına təsadüf edir.

Lloret de Mar sahil boyu uzanan bir qəsəbədir. Yay aylarında bu qəsəbə yatmır. 24 saat dayanmadan fəaliyyət göstərən restoranlar, gecə klubları, çimərliklər yorulmaq bilmir ki, bilmir. Əllərindəki içki şüşələri ilə sarmaş-dolaş gəzən qızlar, oğlanlar, yaşlılar... Hər tip insan görə bilərsiniz burda. Və hər fərqli tipin ruh halının və düşüncə tərzinın başqa bir insanınkı ilə uzlaşmaq ehtimalı sıfır nisbətindədir. ))) Ona görə də macəra sevən insanlar üçün Lloret de Mar unudulmaz yay tətili imkanıdır – bu imkandan yararlanın )) Yox əgər mənim kimi sakit yerlərə üstünlük verirsinizsə və sizə qələbəlik yox, sükut və təbiət daha çox hüzur verirsə, o zaman Lloret de Mara ya payızda, ya da yazda gedin. Amma mütləq gedin ))) Sizə bəhs edəcəyim gizli cənnət haqqında bu qədər.

Növbəti yazılara qədər...

PS: Yanında şəkil çəkdirdiyim Bakı nömrəsi olan BMW X5 markalı avtomobil Monacoda, Monte Karlo casinosunun qabağında park etmişdi ))) Kimindir bilmədim, amma ümid edirəm casinodan üzüağ çıxıb )))))

Əgər yazını bəyəndinizsə aşağıda olan Facebook düyməsini seçərək blogpostu Facebookda paylaşın ki, dostlarınız da yazılarımızdan xəbərdar olsunlar. Yox əgər Gəzəyənlərin yazılarından ilk xəbər tutmaq istəyirsinizsə aşağıda “abunə ol” bölməsinə mailinizi yazaraq düyməyə klikləyin. Hələlik bu qədər, növbəti yazılara qədər…

Paylaşdı: Şirxan Ayxan Adgözəl

DİGƏR BLOQLAR

Şəhər bələdçisi - Düsseldorf

Düsseldorfdakı bütün otel, apartament və hostelləri bu linkdən (bron) edə bilərsiniz.Salam gəzməkdən doymanlar ???? İstədim bir post da mən yazım. Bəlkə də bu haqda yazıblar artıq. Üzürlü sayın)Xlll əsrdən şəhər statusu alan Düsseldorf bahalığa görə VI, yaşayış standartlarına görə isə V yerdə durur. Bahalığa görə Berlinlə rəqabət aparır. Bura bir çox qonşu avropa ölkələrinə yaxın olduğu üçün yaşamaq üçün buranı üstün tuturlar. İş tapmaq istəyən və ya biznes qurmaq istəyənlər Berlindəki vergi ağırlığından qaçmaq üçün bura üz tuturlar. 650 minlik əhalisi olan və Reyn çayının hər iki tərəfinə yayılan bu şəhərdə çoxlu Çinli və Yapon iş adamları var.Təbii ki, Türkiyəli qardaşlarımızın da sayı Berlindəki qədər olmasa da tez-tez rast gəlmək olur. Yuxarıda qeyd etdiyim vergi məsələlərinə görə aparıcı şirkətlət baş ofislərini burda açmağa çalışırlar. Dünən bir yaponla yerli pivə içərkən xeyli söhbətləşdik. Dediyinə görə 90 min yapon yaşayır ki, bu da əhalinin 1%-ni təşkil edir. Bunu deyəndə üzü güldü, sankı qağaların gələcəkdə gör burda nəğayrajax sözləri gözündən oxunurdu)). Bəlkədə buna görə “little tokio” deyirlər. Ev kirası daxil olmaqla aylıq yaşayış üçün 3000-3500 avro pul qazanmaq lazımdır. Təbii ki, hər kəs bu qədər qazana bilmir. Gələn il Yaponiyada keçiriləcək olimpiya oyunlarına dəvət etdi)Bu şəhərin Almaniyanın "Pivə Şəhəri" adlandırılması təsadüfi deyil. Ən qədim hissəsi olan ALTSTADT-da 300-ə yaxın pivəxana var. Amsterdamda hər yerdən nəşə iyi gəldiyi kimi burda da hər tərəfi pivə iyisi bürüyüb. İnsanlar masa arxasında oturub aramsız pivələr butulkalarını boşaldırlar (şəkillər paylaşacam). Sadəcə oturub 'ayn alt' deməyiniz kifayətdir. Sizə dərhal yerli pivə gətirəcəklər.Bu arada Almancam o qədər itidir ki, nəsə almanca deyən kimi "Naaaayn"(yeşilcam filmlərindəki Naaalaan Nayrrr nolamazzz səhnələrini xatırladır), Danqr Şön, bitti şön, ya ya ya (bunu 3 dəfə deyəndə gülümsəyirlər nəsə xoşlarına gəlirlər) das ist fəntəstiş kimi sözlərlər dialoqları bağlayırdım).Əhalisinə gəldikdə isə yerli əhali çox gülərüz, mehriban və yardımsever insanlardır. İngilis dilisi zəif olanlar belə əl qol işarələri ilə başa salmağa çalışırlar. Burada ingilis dili bilməyənlərə Berlinlə müqayisədə daha çox rast gəldim. Almaniya deyəndə gözümün qabağına Hitler gəlirdi. Amma bu səfərdən sonra neqativ steoritipi aradan qaldırdım. İngilislərdən daha isti qanlı gəldi mənə. Görəsən Mayn Kampfi oxusam alman dilini sevə bilərəm?))Gələn dəfə vaxt tapan kimi az adamın kəşf etdiyi bir Hollandiya kəndi haqında yazacam.Bir də Flixbus üçün 3 ədəd 20%lik voucher'lər var. Kimin bu yaxınlarda səfəri varsa mənə xəbər etsin. Əgər yazını bəyəndinizsə aşağıda olan Facebook düyməsini seçərək blogpostu Facebookda paylaşın ki, dostlarınız da yazılarımızdan xəbərdar olsunlar. Yox əgər Gəzəyənlərin yazılarından ilk xəbər tutmaq istəyirsinizsə aşağıda “abunə ol” bölməsinə mailinizi yazaraq düyməyə klikləyin. Hələlik bu qədər, növbəti yazılara qədər…Paylaşdı: Vuqar Ali

1147 dəfə oxunub

Gəzməyə Vətən yaxşı!

Gəzməyə də Ölməyə də Vətən yaxşı...Əvvəlcə ondan başlayım ki, pandemiya bir çoxlarının əlin-ayağın bağlasa da mənim üçün fürsət oldu. Bu il heç vaxt gəzmədiyim qədər çox yer gəzdim, çox şey kəşf etdim. Bütün bu gəzintiləri detallı yazmayacam, çünki Aprel ayından Noyabra qədər dayanmamışam, buna görə yazı çox uzun ola bilər. Ən əsaslarını və kəşf etdiklərimi qeyd edəcəm. Sezona Qubanın gəzmədiyim dağ kəndləri ilə başlayıb, zirvələrlə bitirdim. Bu dağ kəndlərindən Afurca (Quba) yaxınlığında füsünkar bir mənzərəsi olan bir evdən ibarət Dərənci kəndini (məhəllə) kəşf etməyim oldu. İl ərzində müxtəlif istiqamətlərdən üç dəfə Qızılqaya (3721 m.), üç dəfə də Heydər (3751 m.) və Atatürk (3729 m.) zirvələrində olmuşam. Bu zirvələrin davamı olaraq 17 ədəd dörd minlik zirvələrimizin 16-sına qalxdım, bunlardan 5-inə tək çıxmışam. Zirvələrlə yanaşı bu zirvələrin yaxınlığında yerləşən Tufangöl, Turfangöllər (Qoşa göllər), ölkəmizin ən yüksəkdə yerləşən Nuh göllərini, Vaxçaq gölünü, Babadağın göllərini və möhtəşəm Xalaxel gölünü, bir neçə dağ aşırımını və çay mənbələrini da görmüş oldum. Bu yerlər arasında ən maraqlılarından biri də Bazardüzündən (Qusardan) Çarundağa (Oğuza) gedərkən Rusiya Federasiyasının ən cənub nöqtəsindən keçməyimiz olub. Ayağım qısamüddətli də olsa Rusiya torpağına dəyib. Ən maraqlı gəzintilərimdən biri karantinin sərt vaxtı, camaat Bakıda bişəndə, mən də Qubada mühasirədə idim, nə Bakıya gələ bilirdik, nə də başqa rayona gedə bilirdik, çünki başqa rayonlara yolumuz Bakıdan keçir. )) Amma fürsət bu fürsətdir deyib, tarixi bir yoldan piyada getməyə qərar verdim, sağolsun dostum Asim də məni tək qoymadı, birlikdə getdik. Bu yol Qubadan Qəbələyə, konkret olaraq Salavat aşırımından keçməklə Xınalıqdan Vəndam və Lazaya gedən dədə-baba at yoludur. Biz bu marşurutun Xınalıq-Vəndam olanını seçdik, çünki məqsədimiz tez bir zamanda Qəbələyə çatıb oradan Zaqatalaya getmək idi. Cünki orada bizi füsunkar Xalaxel gölü gözləyirdi. Biz səhər 5-də Xınalıqdan çıxdıq, hava qaralanda Vəndama çatdıq. Camaatın atla bir günə, piyada iki günə getdiyi 30 km-lik dağ yolunu biz səhərdən axşama qədər bitirdik (ilk dəfə idi bu yolla gedirdik), hələ arada 4-5 dənə də şəlalə, kanyon kəşf etdik, çünki bir ara yoldan çıxmışdıq. Vəndama çatdıq gecəni çadırımızda qaldıq, səhər mərkəzə getdik. Orada bizi qarşılayan dostlarımız Ülvi və Mehman qoymadılar gedək Zaqatalaya. Bir gün də bizi Laza və Qəmərvanda qonaq etdilər, gecəni Qəmərvanın qurtaracağında çadırda qaldıq. Səhər Şəkiyə gedən başqa bir dostumuz bizi Qəbələdən Şəkiyə apardı, oradan da yeni çıxmış taksi xidmətindən taksi çağırıb yollandıq saxurların kəndi Yeni Suvagilə, dostumuz Murad gilə. Bu kənddə gün yarım dincəldikdən sonra üz tutduq Xalaxel gölünə tərəf. Biz gölə Cimcimax və ya Sabunçu kəndlərindən qalxmaq istəyirdik, amma maşın çayı keçə bilmədi, məcbur qalıb Yuxarı Çardaxlar kəndindən gölə getməli olduq. Bu yol uzun yol olsa da (təx. 30 km) gölə gedən ən mənzərəli yoldur. Yuxarı Çardaxlar kəndi qayalıqda yerləşən məşhur Pəri qalasının olduğu kənddir. Kənddən çaylaqla gedib meşə yoluna girdik, meşə yolunu bitirib alp çəmənliklərinə çıxanda mənzərəli bir təpənin üstündə "Əlibəy" metrologiya stansiyası qarşımıza çıxdı. Stansiyanın işçiləri üçün olan ev köhnədən qalsa da, şəraitsiz olsa da nağılvari görünürdü. Ətrafında ağ atların otlaması və bütün Zaqatala ərazisinə mənzərə açılması buranı daha da cazibədar edirdi. Burada biraz istirahət etdikdən sonra yolumuza davam etdik. Yolda qarşımıza üç çoban binəsi çıxdı, hər kəs də bizi çaya, yeməyə dəvət edirdi. Yemək yeməsək də çaydan imtina etmirdik. İlk dəfə getdiyiniz üçün biz yolumuzu xəritə ilə müəyyənləşdirib gedirdik, amma çoban binələrində bizə qısa yolları da izah edirdilər, bəzilərində önümüzə düşüb 2 km-e yaxın yolu bizi kəsdirmədən aparıb digər yola çalışdırırdılar. Bəzi yolda gördüyümüz adamlar bizim gölə çatacağımıza inanmasa da, orada qala bilməyəcəyimizi desə də biz axşama yaxın gölə az qalmış dayandıq. Tanımadığınız ərazidə qaranlıqda yol getmək məsləhət deyildi. Ona görə də yaxınlıqdakı quzuluğa getdik. Bura aşağıdakı sürünün quzularının ayrıca saxlandığı yerdir. İki cavan oğlan bizi qarşıladı, qəşəng çay içdik, yemək yeyib yatdıq. Səhərisi durub gölə doğru qalxdıq, iki saatdan az müddətə gölə çatdıq. Göl də nə göl, dağların başında Böyük (3458 m.) və Kiçik (3216 m.) Samalit zirvələrinin arasında yerləşən masmavi bir inci. Təxminən 3060 (/70) metr yüksəklikdə yerləşən Xalaxel gölü Azərbaycanın üç min metrdən yüksəkdə yerləşən ən böyük dağ gölüdür. Gölün çevrəsinin uzunluğu 1,3 km-dir. Gəldik gölün kənarına, çadırımızı qurduq, çayımızı içib, yeməyimiz yeyib qalxdıq Böyük Samalit zirvəsinə. Bu zirvə Baş Suayrıcı silsilədə, Azərbaycan və Dağıstan sərhədində yerləşir. Zirvədən Xalaxel gölünə çox gözəl mənzərə açılır. Buradan Dağıstan tərəfə baxanda daha 4 ədəd nisbətən kiçik göllərin olduğunu gördük. Bir gün göl kənarında qaldıqdan sonra səhərisi endik Zaqatalaya, oradan da Bakıya, sonra Qubaya gəldik. İkinci əlamətdar kəşfim videoqraf Tural Mahmudovla Lerikə getməyim oldu. İki günlük Lerikə gedən adamlar 4 gün orada qaldıq. Sağolsun, Qadir də bu müddətdə bizi evlərində qonaq etdi. Yağışdan sonra , hətta yağış yağa-yağa Lerikin əksər şəlalələrini gəzdik, həmin vaxt şəlalələrin suyu da bol idi. Sonra Büzeyr kəndinin yaxınlığındakı dəlikli daş və yanındakı mağaraya getdik. Bura unikal yerlərdən biridir, ölkəmizdə bu böyüklükdə ikinci bir yerə hələ ki rast gəlməmişəm. Daha sonra xəritədən tapdığım və maraqlı ola biləcəyini düşündüyüm yerlərə getməyə qərar verdik. Həm Bürsülüm kəndindəki yamyaşıl olan göl, həm də Mistan silsiləsi çox maraqlı idi. Mistan silsiləsi xüsusi yerdir. Belə ki, bu silsilədən Xəzər dənizi, Talış dağlarının ən yüksək iki zirvəsi, Kömürköy (Gömürgöy) (2492 m) və Qızyurdu (2433 m) zirvələri, eləcə də Savalan dağı (4821 m) aydın müşahidə olunur. Mistan silsiləsi həm də bir neçə quş növünə ev sahibliyi edir ki, bu növlər də dünyada ancaq bu ərazilərdə yaşayır. Lerik məni necə heyran etdisə daha sonra iki dəfə də buraya səyahət etdim, yarpaqları qızarmış dəmirağaclarının payız mənzərəsi üçün getməyə dəyərdi.Bu il bəzi heyvanları kəşf etməyim ilə də əlamətdar oldu. May ayında getdiyim cığırda 30-40 metr qarşıdan ayı ilə balasının qaçması və oturub sakitcə onlara baxmağım, Bazardüzünün düşərgəsində vaşaqmı, bəbirmi tam aydınlaşdıra bilməsəm də təxminən 200 metrliyimdən keçməsi, Əmbil gölündə yenotların konsertini izləməyimiz, Talış meşələrində tutduğum ilan balasının əslində nadir növlərdən olan fars təlxəsi olduğunu öyrənməyim, sayı hesabı olmayan dağ keçisi və Dağıstan turu görməyim çox əlamətdar idi.Sonda isə adını çəkdiyim və çəkmədiyim bütün dostlara, bizi qonaq edən ailələrə, çobanlara, ən əsası isə mənə güvənib mənimlə yola çıxanlara, təhlükəli ərazilər olduğunu bilərək məni tək qoymayıb yoldaşlıq edən bütün dostlarıma təşəkkür edirəm. Hamınız var olun. Səyahət gözəl şeydir, amma səyahət edərkən güvənə biləcəyin insanların yanında olması daha vacibdir. Ekstremal şəraitdə səyahət edirsizsə tək səyahət etməməyiniz məsləhətdir. Əlinizdə həmişə çomaq, yürüş çubuğu və ya buz baltası olsun. Hər zaman getdiyiniz ərazini yaxşıca, dərininə araşdırın, onu da bilin ki, nə qədər araşdırsaz da heç ummadığınız yerdə sürprizlə qarşılaşa bilərsiz. Belədə yol yoldaşınız, şəxsi təcrübəniz və səbriniz bu sürprizləri daha asan aşmağınıza səbəb olacaq. Tək gedəcək olsaz belə, gedəcəyiniz yer və marşurut haqqında bir yaxınınıza və bir işi bilənə bu haqda xəbər edin. Hər hansı xoşa gəlməz halda verdiyiniz məlumatlar sizi xilas edə bilər. 2021-ci ilin səyahətsevərlərin ili olmasını diləyirəm, arzusunda olduğunuz, hədəflədiyiniz yerlərə gedib görməyinizi diləyirəm. Unutmayın ki, ölkəmizdə də çox gözəl və unikal yerlər var, belə yerləri araşdırıb gedib görməyə çalışın. Uğurlar.Əgər yazını bəyəndinizsə aşağıda olan Facebook düyməsini seçərək blogpostu Facebookda paylaşın ki, dostlarınız da yazılarımızdan xəbərdar olsunlar. Yox əgər Gəzəyənlərin yazılarından ilk xəbər tutmaq istəyirsinizsə aşağıda “abunə ol” bölməsinə mailinizi yazaraq düyməyə klikləyin. Hələlik bu qədər, növbəti yazılara qədər…Paylaşdı:  Toğrul Naritalia Cəfərov

2210 dəfə oxunub

Gündoğan ölkə - Yaponiya

Salamlar Uzun müddətdir bu post'u yazmağı düşünürdüm. Nəhayət məqam gəlib çatdı)Bir il öncə tam da bu vaxt ziyarət etdiyim Yaponiya haqqında yazmaq istəyirəm sizə) İlk öncə onu deyim ki, dövlət hesabına getdiyim üçün (təbii ki, Yaponiya tərəfinin)) xərcləri onlar qarşılayıblar.Amma yapon dilini bilib, biraz məlumatlı olduğum üçün suallarınıza məmnuniyyətlə cavab verə, səyahət planınızı qurmağa kömək edə bilərəm)Keçək mətləbə) Yaponiyanın Osaka, Kyoto, Nara, Hiroshima və Miyajima şəhərlərində olmuşam.Osaka həm tarixi, həm müasir abidələrlə zəngindir. Sakit amma böyük şəhərdir. Street food çox dadlıdır)Kyoto tarixi abidələri sevənlər üçün çox maraqlı olacaq əminəm. Hər addımbaşı temple və shrine var. Xüsusilə payız(momiji) və yaz (sakura) vaxtını məsləhət görürəm. Nara şəhəri ???? ile meəşhurdur) Nara park həmçinin Todaiji məbədi must see yərləridir)Hiroshima şəhəri atom bombasından sonra rekonstruksiya olunsa da, simvol olaraq bir bina saxlanmışdır. Memorial park və museum var. Həmçinin bomba atılması nəticəsində vəfat edən insanların xatirəsinə heykəllər və xüsusi bir zəng var. Zəng'in üstündə dünya xəritəsi təsvir olunsa da, ölkələr arasında sərhədlər təsvir olunmayıb  Miyajima adası isə Hiroshimadan gəmi ilə 20-30 dəqiqəlik məsafədə yerləşir. Orda da ???? var)) Xəritə, şirniyyat, hər cür kağız məmulatları yeyə bilirlər)İzdihamlı şəhərləri sevmədiyim üçün Tokyo'da olmamışam  Gələn dəfə ora getməyi düşünürəm.Küçədəki avtomatlarda su və digər içkilər hələ o vaxt 160 yen idi) Bahalı ölkədir amma mütləq gedib görülməlidir fikrimcə.Şəhərlər arası shinkansen adlı sürət qatarı ilə yanaşı, dəfələrlə ucuz adi qatarlar da fəaliyyət göstərir. Yemək o qədər də baha deyildi və məni belə təəcübləndirən o idi ki hər yerdə sushi satılmırdı) Sushi restoranlarında çox uzun növbələr olur. Fast food'ları, küçə yeməkləri çox dadlı olur, odur ki, fürsətdən istifadə edib hər cür dəniz məhsulunun dadına baxın). İnsanları çox gülərüz və yardımsevərdirlər, dili bilməsəniz də maksimum dərəcədə kömək etməyə çalışırlar. Səhifələrcə yaza bilərəm Yaponiya haqqında, amma lazımlı informasiya verməyə çalışdım. Hamınıza xoş istirahətlər!Əgər yazını bəyəndinizsə aşağıda olan Facebook düyməsini seçərək blogpostu Facebookda paylaşın ki, dostlarınız da yazılarımızdan xəbərdar olsunlar. Yox əgər Gəzəyənlərin yazılarından ilk xəbər tutmaq istəyirsinizsə aşağıda “abunə ol” bölməsinə mailinizi yazaraq düyməyə klikləyin. Hələlik bu qədər, növbəti yazılara qədər…Paylaşdı: Jala Abubekirova

4195 dəfə oxunub

İTALİYA.! 5 Şəhər

İTALİYA.! Kifayət qədər paylaşımlar olsa da, əlavə edim ki, Bu ölkəni gəzməyə puldan çox ayaq lazımdır. Vaxt məhdudiyyətinə görə rəngarəng şəhərlər içindən məcbur 5-ini seçməli oldum.ROMA - (3 gün). Tarixinə heyran olmamaq əldə deyil. 3 gün ərzində kifayət qədər gəzib kəşf edə bilsəm də, onu deyim ki mənfi rəylərə rast gəlsəz də Colosseuma girmək mütləqdir (12 euro). Getməmiş Gladiator filminə baxın. Vatikan muzeylərini isə gəzməsəz sadəcə günah olar. Bileti (21 euro) əvvəlcədən online almağı şiddətlə tövsiyyə edərdim. Əks halda 3-4 saat nöbədə qalma ehtimalınız var ki, bu da sizi Romadan soyuda bilər FLORENSİYA - (2 gün). Gecəsini mütləq görün və o işıqlı küçələrlə gəzin deyərdim. Bu şəhər kimi isti ortam hər İtalya şəhərində olmur. “Bakılı qız”dan başqa bütün dondurma çeşidlərinə rast gəlmək mümkündür. PİSA - (1 gün). O məşhur əyri qülləni görməkdən başqa şəhərdə çox da vaxt itirməməniz məsləhətdir. Hətta Pisa qulləsindəki muzeylərə belə girməyin deyərdim, verdiyiniz pula heyifdir VENESİYA - (1 gün). Bu şəhəri azmadan gəzə bilmək üçün günlərlə “google maps”də istiqamətimi əzbərləsəm də, sonda yenə də azmağı bacardım. MİLAN - (2 gün). Duomo- Məndə Milana həvəs yaradan yeganə memarlıq nümunəsi oldu. Bu kilsənin damına mütləq çıxın. Meydandakı mağazalara baş cəkin. Alış-verişi Sədərkdən edərsiz. Səyahətiniz bol olsun! Paylaşan: Aydin K. Guliyev

187 dəfə oxunub
Bizi izləyənlər siyahısına qoşulun!