860 dəfə oxunub

Bosniya bələdçisi - Sarayevo-Konjic-Mostar

Sarayevodakı bütün otel, apartament və hostelləri bu linkdən (bron) edə bilərsiniz.

Bu günə kimi olduğum heç bir ölkə haqqında paylaşım etməyi lazım bilməmişdim, amma indi bunu özümə nəsə borc bilirəm ????

Bosniya: Sarayevo-Konjic-Mostar

Öncədən deyim reklamı olmayan və kəşf edilməyən möhtəşəm ölkədi. Dağların üzərində salınan şəhərlər, dağların başından ətəyinə uzanan qırmızı örtüklü köhnə evlər, tarixin izləri, təbiət, yaşıllıq, çaylar, göllər, hətta şəlalər belə bu ölkəni möhtəşəm edən əsas amillərdi.

34875576_689397084740824_794078829567016960_o

Bosniyanın pul vahidi mark, qısaca "km"di və manatla demək olar eynidi. Ona görə həm avroya, həm manata nəzərən hesablamalarda heç bir çətinlik olmayacaq. Statusda yazacağım km kilometri deyil də, bunların pul vahidi olacaq, çaşmayın ????

Başlayaq nəqliyyatdan: Budapeştdən Sarayevoya WizzAirlə 10 avro gediş, 12 avro gəliş bileti aldım. Aeroportdan şəhərə 8 kilometrdir və bu yol birbaşa avtobusla 5 km-dır (2.5 avro). Şəhər içi bir neçə dayanacaqda saxlayır, sonuncusu isə "Old town"du. Daha ucuz gəlmək istəsəniz 2 kilometr piyada tramvay dayanacağına (adı Stup-dı) gedib, ordan Tram 3-ə minərək şəhərin mərkəzinə gedə bilərsiz. Bilet qiyməti 1.6km, sürücüdən alsaz 1.8 kmdı (0.8 və 0.9 sent). Şəhər içi nəqliyyatdan istifadəyə çox da ehtiyac olmur, hər yerə piyada gedə bilərsiniz, əgər tənbəl deyilsizsə.

Şəhərlər arası nəqliyyat: Sarayevodan-Konjicə online tələbə endirimi ilə 2.58 avroya avtobus bileti aldım. Normal qiyməti 5 avrodu. Bus stansiyasında isə əlavə xidməthaqqı olaraq 2km (1 avro) alırlar. Konjic-Mostar avtostop elədim, çox asan oldu, 10-15 dəq gözləməli olmuşdum. Mostar-Sarayevo tələbə endirimi ilə bus stansiyasından 12km-a (6 avro) bilet aldım. Normal qiymət 22km (11 avro). Şəhərlərarası buslarda komfort deyilən şey yoxdu, bizdəki rayon busları kimidir.

34813370_689397228074143_1785111746793439232_o

[Əlavə edim ki, Mostardan Blaqaja və Kravice şəlalərini görməyə gedə bilərsiz. Mənim vaxtım çatmadı deyə alınmadı. Blaqaj Mostardan 11 km məsafədə yerləşir. bus stansiyasının qarşısındakı dayanacaqdan ictimai nəqliyyatla (bus) gediş-gəliş 4 km (2 avrodur). Bileti sürücüdən alırsız. Kravice isə 40 km məsafədə yerləşir Mostardan. Getmək üçün bus stansiyadan gedir və bileti stansiyadan alırsınız, bunun qiymətini bilmədim. Konjic-Mostar yolunun üzərində isə Jablanica gölü və kiçik şəhəri var, şəxsi maşınla getsəniz burda da bir neçə saatlıq saxlaya bilərsiniz.]

Qalmaq: Hostel və Hotellər ucuzdu, mən büdcəli səyahətçiyəm deyə ancaq hosteldə qalıram, bu dəfə də elə etdim. Sarayevoda 2 gecə 4 nəfərlik otaq 26 km, Konjic 1 gecə 4 nəfərlik otaq 12km, Mostar 1 gecə 4 nəfərlik otaq (breakfast daxil) 16km book etmişdim. Deyim ki, hər birində otaqda tək qaldım ????
Hostelləri çox bəyəndim. Konjic-də anlaşılmazlığa görə səhv hosteldə qaldım, amma səhv olaraq qaldığım da pis deyildi (20 km verdim).

Qidalanma: Qaldığım hostellərdə mətbəx olduğundan özüm bişirirdim səhər və günorta yeməyin, axşamı isə restoranda yeyirdim. Restoranlarda qiymətlər ucuzdu. 6-10 km-a normal yeməklər yeyə bilərsiz.

Əlavə xərclər: 1 muzeyə getdim "War Childhood Museum" 8 km idi entrance. Normalda muzeylərlə çox da aram yoxdu, amma bu muzey əməlli təsir etdi mənə. Müharibə uşaqların gözüylə, mühəribə uşaqlıq üçün nədir əsas tutularaq hazırlanmışdı. Bosniya müharibələri zamanı uşaqların xatirələrindən və sitatlarından bəhs edirdi. Kitabı da var, çox təsirlidi.
Daha isə Sarayevoda kanatla dağın zirvəsinə qalxın mütləq. 2 kilometrlik yol, və 1600 metr yüksəkliyə qaldıracaq sizi. Qiymət tək 15 km, qayıdışla birgə 20km-dı. Məsləhətim tək gedişli bilet alıb, qayıdanda özünüz düşün piyada.

34774710_689397141407485_417227545633619968_o

Diqqət ediləsi məqamlar: Şəhərlərdə əksər restoranlar və mağazalar ancaq nəğd qəbul edir, xüsusən də Mostar və Konjicdə bu daha çoxdu. Ona görə də nəğd pul daha çox götürün. Məsələn, Mostarda nəğd pulum olmadığından ən yaxşı görünüşü (çay və körpü) olan restoranlarda otura bilməmişdim. Hətta bus stansiyası da nəğd qəbul edir ancaq.

34836224_689397484740784_1322158205505110016_o

Görməli yerlər: Abidələr olaraq elə də çox deyil, hər şəhərin old town hissəsi çox möhtəşəmdi, həmin küçələrdə adam özün köhnə dövrlərdə hiss edir. Şəhər daxili köhnə və yeni qəbirstanlıqlar maraqlıdı. Sarayevoda dağın üzərində bir neçə dağılmış qalalar var ki, onlara gedə bilərsiniz. Şəhərə çox gözəl görüntü açılır. Hətta onların birində kafe də var, çay içə bilərsiniz.

34984799_689396848074181_3323711333077090304_o
Daha da körpülər, çaylar, çayın sahili ilə gəzərək özünüz kəşf edə bilərsiniz. Əlavə olaraq Mostar-da Sniper Towerə gedin deyərdim, içinə girişlər bağlı olsa da, bina özü adamda qəribə hisslər yaradır. Bosniya müharibəsi zamanı snayperçilərin yerləşdiyi binadı. Çoxlu graffiti nümunələri görə bilərsiniz binada. Ümumiyyətlə, müharibənin qalıqları hər yerdə var demək olar. Bəzi binaların üzərində güllə deşiklərin də görə bilərsiniz. Hətta şəhərlərdə "Dont forget" yazılmış graffiti nümunələri çoxdu.

34882912_689397871407412_7343841605926780928_o

Başqa nə sualınız yaransa, şərh yaza bilərsiz.

9 iyun 2018.

Əgər yazını bəyəndinizsə aşağıda olan Facebook düyməsini seçərək blogpostu Facebookda paylaşın ki, dostlarınız da yazılarımızdan xəbərdar olsunlar. Yox əgər Gəzəyənlərin yazılarından ilk xəbər tutmaq istəyirsinizsə aşağıda “abunə ol” bölməsinə mailinizi yazaraq düyməyə klikləyin. Hələlik bu qədər, növbəti yazılara qədər…

Paylaşdı: Punhan Talibkhanli

DİGƏR BLOQLAR

Yeni il bələdçisi - Varşava, Krakov, Vroslav, Qdansk, Kopenhagen, Malmö

Salamlar, Sizlərlə bu yaxınlardakı səyahətimizi və xərcərimizi paylaşmaq istədim.8 gün - 6 şəhər -3 ölkə. 217 euro=413AZN29.12.2019 Baku-Kutaisi airport - 25AZN30.12.2019 WIZZAIR:Kutaisi-Warsaw - 18AZN31.12.2019 ICC Train:Warsaw-Wroclaw - 21AZN03.01.2020 ICC Train :Wroclaw-Gdansk - 23AZN04.01.2020 RYANAIR:Gdank-Copenhag - 17AZN04.01.2020 Oresunds:Copenhag-Malmo - 23AZN06.01.2020 FLIXBUS:Malmo-Copenhairp - 10AZN06.01.2020 WIZZAIR:Copenhag-Kutaisi - 48AZN06.01.2020 Kutaisi airport-Baku. - 25AZN Transport =210AZNYerləşmə: Evlər30.12.2019-31.12.2019 1gecə Warsaw 74AZN31.12.2019-03.01.2020 3gecə Wroclaw 265AZN03.01.2020-04.01.2020 1gecə Gdasnk 92AZN04.01.2020-06.01.2020 2gecə. Malmo 207AZN Evlər = 638AZN/3nəfər = 213AZNƏlavə xərclər:1) Bir illik MULTI viza a) Rüsum 66 AZN + b) Şəkil 3 AZN + c) Hesab arayışı 10 AZN + d) Sığorta. 10 AZN =89AZN2) Kutaisi Airportunda avtomobil üçün dayanacaq ödənişi7GEL X 8gün =56 GEL = 33AZN/3 nəfər =11AZNÜmümilikdə 210+213+89+11=523AZN-lik (əslində 152AZN Airbnb kuponu istifadə etmişəm 523-152= #371AZN ) səfərimiz #Varşava dan başladı. İlk günün yorğunluğu ilə buranı 5-6 saat gəzə bilsəkdə Varşavanı görmək üçün əsas səbəb bizim dildə tam olaraq nə deyildini bilmədiyim Türkiyə Türkcəsində" #StalinKazığı" deyilən PALAC KULTURY İ NAUKİ -dir. Deyilənə görə müharibədən sonra Stalin Polşa xalqı arasında Böyük bir bina yoxsa Metro tikilməsi haqqında sorğu keçirir, Polşalıların əksəriyyəti Metronu seçsədə Stalin sorğunun tam əksini bu binanı Polşa xalqının savaş hədiyyəsi olaraq tikdirir.1952-1955ci illərdə tikilən bu bina 231m hündürlükdə 3288 otaqlı, Polşanın ən hündür 8-ci binasıdır. Stalindən sonra Polşalılar onlara zalımlıq edən birinin hədiyyəsini yıxmaq istəsə də binanın çox möhkəm olması səbəbindən sökə bilməyiblər, sonradan dövlət binanı Mədəniyyət və Elm sarayına çevirib. 31 Dekabr səhəri Varşavadan #Wroslaw-a yola düşdük .Yeni ili Wroclawin Old City si,onların dilində Rynek-ində Azərbaycanlı dostlarımızla qeyd etdik, Keçən il yeni ili Salzburgda qeyd etsəkdə deyərdimki İlk dəfə bu bayramın necə möhtəşəm konsertlə keçirilə biləcəyini bildim Wroclaw deyərdimki Polşanın ən aktiv şəhərdir.Hər küncündə dəmirdən cırtdan heykəlləri olan bu şəhər tarixinin qorunub saxlanması səbəbindən möhtəşəmdir.Növbəti gün Wroclawda yaşayan dostumuz Emin Quliyev öz avtomobili ilə bizi #Krakow-ı gəzdirdi.Krakowda bir neçə saat olduq və deyərdim ki Wroclawa çox bənzəyir. Wroclawi bizə sevdirdiyi, Krakowı bizi tanıtdığı və bütün hər şey üçün dostumuz Emin Quliyevə təşəkkür edərəm.3 Yanvar qatar ilə #Gdansk a gəib çatdıq, gəzdiyimiz bu 4cü və ən gözəl Polşa şəhəri oldu, Baltik dənizinin sahilində yerləşən Gdanskı, mərkəzindən keçən Motlawa çayına və möhtəşəm tarixi binalarına, küçə musiqiçilərinə görə sonradan getdiyimiz Kopenhagenə bənzətdik.Növbəti gün #Kopenhagen dəydik. 12saat dayanmadan əvvəldən navigatorda işarələdiyim şəhərin demək olar bütün nöqtələrini gəzdik. Kopenhagen həqiqətən mütləq gediləsi şəhərdir. Bu gözəl şəhər gördüyüm avropa şəhərlərinin içində ən fərqli olan Valetta və Praqa ilə ilk üçlüyümə daxil oldu.#Öresundkörpüsü Kopenhaegi Malmoya bağlayan bu körpü təxmini 500km yolu 16km-ə endirir. Körpünü ilk olaraq iş yoldaşımın məsləhət bildiyi Bron/Broen serialda gördükdən sonra haqqında maraqlandım. 2000-ci ildə tikilən ,aşağı mərtəbəsi dəmir yolu, üst mərtəbəsi isə avtomobil yolu olan ikimərtəbəli bu körpü 16km uzunluğundadır.İsveç tərəfdən 8km körpü, ayaqları İsveçə baglı olduğu üçün İsveçə aid olan 4km uzunluqlu süni adanın üzərində tikilmiş hissəsi və Danimarka tərəfdən 4km su altı tüneldən ibarətdir.Kopengahen airportu Öresünd boğazına yaxın olduğu və həmçinin boğazdan gəmilər keçdiyi üçün mühəndislər çətinliklə üzləşiblər.Belə ki Körpu hündur olsa gəmilər keçə biləcək amma Təyyarərin airporta düşməsinə mane olacaq, hündülüyü az olsa isə gəmilər keçə bilməyəcəkdi, bu səbəbdən #Öresund İsveç tərəfsən 60m hündürlükdə körpü, Danimarka tərəfdən 11m sualtı tünel kimi tikilib. Sevimli serialımda hər dəfə gördüyüm bu körpünü, Soundtrack-ı Hollow Talk dinləyərək yarım saata Malmöya çatmağın marağı tam ayrı idi.Körpünü keçib axsamı #Malmo da qalıb , Sabahı gün isə Malmonu gəzdik, Malmo haqqında deyə biləcəyim tək şey #Pilldammsparken Malmo parkinin tam ortasından keçən yolda yağışlı havada gecə gəzmək Malmönu sevməyə kifayət edir.Əgər yazını bəyəndinizsə aşağıda olan Facebook düyməsini seçərək blogpostu Facebookda paylaşın ki, dostlarınız da yazılarımızdan xəbərdar olsunlar. Yox əgər Gəzəyənlərin yazılarından ilk xəbər tutmaq istəyirsinizsə aşağıda “abunə ol” bölməsinə mailinizi yazaraq düyməyə klikləyin. Hələlik bu qədər, növbəti yazılara qədər… Paylaşdı: Vusal Ekberov

1374 dəfə oxunub

Yamayka bələdçisi - Dəniz, günəş, Reggae

Jamaica - Bob Marley, Usain Bolt, Reggae music, Twerk dance, Cannabis vətəni ????Visa - Aeroportda almaq olur. Mən Montego Bay (Sangster İnt. Airport) aeroportunda oldum. Viza 90 günlük verilir. Qiyməti USD 100. Nəğd aparmağınız məsləhətdi, çünki viza hazırlananda siz başqa bir otaqda gözləyirsiz. Kartınız kopyalanma ehtimalı azdı ama nəğd vermək daha məsləhətdi.Azərbaycanı tanımadıqları üçün fərqli-fərqli suallar verirlər. Tanımırlar deyəndə heç vaxt adını belə eşitməmişdilər. Azərbaycan barədə bildikləri tək şey "Ganca" dı ????Ölkədi? Harda yerləşir? Niyə gəlmisən bura, nə işlə məşğulsan və s. qəribə suallarla qarşılaşa bilərsiz. Bütün suallara normal gülərüz cavab vermək lazımdı. Ümumiyyətlə Jamaica-da kiməsə agressiv və ya əsəbi cavab verməməyiniz məsləhətdi. Otaqda təxmini 20-30 dəqiqə gözlədim, heç bir şey soruşmadan (otaq biraz creepy otaqdı). Arada gəlib sual verib gedirdilər. 20-30 dəq sonra gətirib vizanı verdilər çıxdım.Montego Bay maraqlı şəhərdi. Bob Marley ev muzeyi ordadır (düzəliş: Kingstondadı), Karib dənizinin sahillərindədi. Mən May ayının sonunda oldum. Pis cəhəti günortadan sonra yağışlı olur hava, yaxşı cəhəti Mochafest var Mayın sonunda ???? Youtube-da baxa bilərsiz Mochafest festivalı necədi lol.Local pul - Jamaican dollaridi ama US Dollar da keçərlidi hər yerdə. 1,5,10 USD dollar aparmağınız məsləhətdi.Local dil - 4x sürətləndirilmiş ingilis dili ama öyrəşirsən 1-2 gün sonra.Montego Bay ən maraqlı yerləri dənizkənarı Negril və Ocho Rios bölgələridi, turistik yerlərdi. Ən çox afro-amerikan, amerikan və ingilis turistlərdi. Negril-də Seven Miles Beach, Cannabis plants, Blue Hole, Jungle və Bourbon discoları maraqlıdı. Hedonism island deyə maraqlı bir yer var (getmədən maraqlanmağınız məsləhətdi ???? ). Ən marağlı yerlər local insanların yaşadığı kəndlərdi ona görə turistik yerlərdə çox gəzməməyiniz məsləhətdi.Reggae music - Hər yerdə eşidəcəksiz, həvəskarlara maragli olar. Local barlara gedin mütləq maraqlıdı.Carribean Rum (coconat, gold, cream, original) - Mütləq yoxlayin, fanatlar üçün maraqlı təcrübədi.Ən məşhur yeməkləri - Jerk Chicken, bütün yeməylərini mən yeyə bilirdim ama banan qaynatmasını hamının yeyəcəyinə əmin deyiləm ????Ağacdan mango və ya jelly coconat dərib jamaican style yemək maraqlıdı.Cannabis - Ganja (local dildə) Jamaikada legal deyil illegaldi ama de-kriminallaşdırılıb 2015də. Cəriməsi əgər polis saxlasa USD 5 -di ???? Ölkədə rastlaşdığım hamı çəkirdi) Polis heç kimi cərimə eləmir buna görə ????Ölkədən çıxartmaq və ya çıxartmağa çalışmaq cinayət sayılır. p.s. səhiyə nazirliyi xəbərdarlıq edir)Rastafari - local təriqətdi, onlarla söhbət eləməy maraqlıdı. Rituallarından biri cannabis çəkməkdi lol. De-kriminallaşdırılmasının əsas səbəbi rastafarian təriqətidi.Twerk barədə çox yazmayacam, yazmaqla təsvir eləmək mümkün deyil ???? . Özünüz görməyiniz məsləhətdi ama onu deyə bilərəmki *They are the best* ????Çox səyahət təcrübəsi olmayanların tək səyahət etməməsi məsləhətdi. Hər yerdə turistə ayrı qiymət, local əhaliyə fərqli qiymətdi. Hamı sizə nəsə satmağa çalışacaq, bezdirirlər bəzən ama aggresiv və ya əsəbi cavab vermək olmaz. Gülərüzlə imtina eləmək lazımdı. Locallar ancağ sizə nəsə satmaqla zərər verə bilərlər, başqa heç bir zərər vurmazlar narahat olmayın. Hamı kayfdadı onsuz ???? .Suallar olsa kommentdə bacardıqca cavab verməyə çalışacam.P.S. Jamaica təbiəti və dənizi üçün səhayət ediləsi ilk sıralarda olan bir yer deyil, getmədən öncə yaxşı araşdırmaq lazımdı ki, gözləntilərinizi qarşılasın və zövq ala bilesiz????Uğurlar.Əgər yazını bəyəndinizsə aşağıda olan Facebook düyməsini seçərək blogpostu Facebookda paylaşın ki, dostlarınız da yazılarımızdan xəbərdar olsunlar. Yox əgər Gəzəyənlərin yazılarından ilk xəbər tutmaq istəyirsinizsə aşağıda “abunə ol” bölməsinə mailinizi yazaraq düyməyə klikləyin. Hələlik bu qədər, növbəti yazılara qədər…Paylaşdı: Bahruz Sadigov

626 dəfə oxunub

Stokholm yeni il bələdçisi

Bilirəm indi deyəcəksiz axı Yeni ildə sənin orda nə işin var? Dostum Rufet Mirze ilə #NewYear2020 üçün üz tutduq vətənim Skandinaviyamın nəhəng coğrafiyası İsveçin paytaxtı Stokholm şəhərinə, amma ondan əvvəl Polşanın liman şəhəri Gdanskda 2 günlük "yolüstü" fasilə edək dedik #Gdansk həqiqətən möhtəşəm şəhərdir, deyərdim ki, Norveçin Oslosu ilə Belçikanın Gentinin sintezidir Şəhər çox zövqümü oxşadı, həddən ziyadə sevdim bu şəhəri. Təmiz, sakit, gpörkəmli, möhtəşəm arxitekturaya malik şirin bir şəhər. Yeni il Stokholmla müqayisədə daha canlı və şən idi orada.#Stokholm sindromu deyirdilər haaa bax onu yaşadım konkret Tipik bir Avropa şəhəri, qeyri adi heçnə olmasa da mənə doğmadır yenə də, çünki Skandinaviya torpağıdır Deməli şimal insanı Yeni ili əsasən evdə qeyd edir, ailəvi olaraq şam edərək. Biz də düşmüşük küçələrə əyləncə axtarırıq pahooo küçələr bomboş, bayquşvari bir abu-hava, harda bir musiqi səsi eşidirəm, bir fişəng partlayışı görürəm deyirəm pəh bayram belə olare, gör nə vəziyyətdi təsəvvür edin Deməli bu başına döndüklərim yeyif-işməhdən sonra 11-də yavaş-yavaş tərpənirlər atəşfəşanlıq izləməyə və 12-yə təxminən 2 saat qalmış Skansendə konsert başlayır. Biz də Skansendəki konsertə qatıldıq və bəyəndik, əlində şampan, çaxır və s. şərablar və badələrlə musiqi dinləyən kim, rəqs edən kim, bir sözlə endorfinin yüksək səviyyəsi nəticəsində xoşbəxtlik hökm sürürdü.Şəhərdə Yeni il bir o qədər canlı görünməsə də əslində çoxlu partilər falan olur - yaxtada və ya hər hansı restoran / kafedə2 şəhər / 2 ölkə / 5 gün 29-31.12.19 Gdansk, Polşa 31-02.01.20 Stockholm, İsveç WIZZAIR: Kutaisi - Gdansk ( 17 AZN ) WIZZAIR: Gdansk - Stockholm ( 17 AZN ) WIZZAIR: Stockholm - Katowice ( 17 AZN ) WIZZAIR: Krakow - Kutaisi ( 22 AZN )FLIXBUS: Katowice - Krakow ( 6 AZN )Aeroportlarda çatdırma: Gdansk hava limanı - şəhər mərkəzi: 210 nömrəli avtobus (ictimai nəqliyyat) 3.40 zloty = 1.50 AZN Stockholm Skavsta hava limanı - şəhər mərkəzi: Flygbussarna (1 saat 40 dəq yol) Heçnə cəmi-cümü 180 SEK = 32 AZN (yerində aldıqda) və 160 SEK = 28 AZN (online aldıqda) yəni bir sözlə 2 təyyarə bileti Katowice hava limanı - şəhər mərkəzi: AP1 və AP2 nömrəli avtobuslar 14 zloty = 6 AZN Şəhər mərkəzi - Krakow hava limanı (gecə) 902 nömrəli avtobus 3.40 zloty = 1.50 AZN Yerləşmə: Hostel: - Gdansk, Polşa Hostel4U, 38 AZN / 2 gecəŞəhər mərkəzində yerləşir, shuttle bus düz yanında saxlayır; kilsənin yanında və mətbəxini xüsusilə bəyəndim, geniş, rahat və mülayim atmosferi var)- Stokholm, İsveç Crafford Palace Hostel, 78 AZN / 2 gecəBu hostel shuttle busun saxladığı yerdən 1.3 km aralıda yerləşir piyada / skutur / velo ilə getmək mümkündür, hostelin yerləşdiyi zona çox səliqəli, sakitdir, ətrafında skuturlar çoxdur rahat istifadə edə bilərsiz, voi skuturu məsləhət görülmür)*Bu hostelin ən sevdiyim cəhəti isə hostelə girişdə ayaqqabılar çıxarılır və ayaqqabsız təmiz şəkildə daxil olunur hostelə, bir sözlə evinizdəki kimi Əgər yazını bəyəndinizsə aşağıda olan Facebook düyməsini seçərək blogpostu Facebookda paylaşın ki, dostlarınız da yazılarımızdan xəbərdar olsunlar. Yox əgər Gəzəyənlərin yazılarından ilk xəbər tutmaq istəyirsinizsə aşağıda “abunə ol” bölməsinə mailinizi yazaraq düyməyə klikləyin. Hələlik bu qədər, növbəti yazılara qədər…Paylaşdı: Royal Planck 

1762 dəfə oxunub

Fərqli dünya - Vietnam

Hanoydakı otel və hostelləri bu linkdən book (bron) edə bilərsiz.Artıq Vietnamdaki bir aylıq yaşamımı tamamladım. Əgər Asia Pacific təcrübəniz yoxdursa və səyahət etdiyiniz ölkələr Avropa və Amerikadırsa, bura gələrkən bütün bildiklərinizi unudun. Bu ölkəni səyahət kitabçanıza yeni səhifədən yazmalı olacaqsız.1. Yeni nəslin Azərbaycanı tanımamaqlarına baxmayaraq, yaşlı nəsil Azərbaycanı tanıyır və sevir. Bir çox Vyetnamlı sovet vaxtında Azərbaycanda yaşayıblar, və indiyə kimi Xutor, İngilab, Sovetski, Nabran kimi yerləri xatırlayırlar. Hətta təndir çörəyi üçün darıxanı da var.2. Ailə münasibətləri soyuqdur. Valideynlər uşaqları ilə dost yox, mentor rolunu oynayırlar. Ər-arvad münasibətləri belə distansiyada saxlanılır. Ailə üzvlərinin bir birini qucaqlaması, öpməsi və ya "səni sevirəm" deməsi demək olar ki yoxdur.3. Mədəniyyət anlayışı bildiyimiz davranış qaydalarından tam fərqlidir. Vyetnamlıların aşırı mehriban olmaqlarına baxmayaraq, sıranı pozmaq, itələmə və ya ayaq taptalama halları burda kobudluq sayılmır. Bir sözlə, britaniyalıların burda işi çətindir.4. Nəfəs almaq çətindir. Əsas nəqliyyat növünün motosiklet olduğundan havada qaz emissiyaları boğanaqlıq yaradır. Gələsi olsaz, üz maskası almağı unutmayın.5. Hanoy və Hoşimin şəhərlərində turistləri aldatma halları normadan artıqdır. 5.000 VND-lik suyu belə sizə 30.000 VND-yə sata bilərlər. Bu səbəbdən, Vyetnama gəlməmişdən qabaq bazar qiymətlərini bilmək, və ya ancaq supermarketlərə getmək lazımdır (bir neçə hal yaşamışdım ki supermarket pulum çatmamağına baxmayaraq mallarını satmışdılar - belə şey harda görülüb!). Turist axını olmayan şəhərlərdə isə aldatma halları yoxa bərabərdir.6. Vyetnam ailəsinin evinə daxil olarkən hörmət və nəzakətə boyük önəm vermək lazımdır. Onların həm yaşayışını, həm dinini, həm də adətlərini qəbul etməlisiz. Məsələn, evə daxil olanda ölmüş insanın şəkilini görsəz, mütləq üç dəfə ???????? belə salam verməlisiz və ölmüş insanın ruhuna "mən sənin ailənə və evinə heç bir ziyan vurmayacam" sözünü verməlisiz. Bunu həmən insanın ölməyindən 100 gün sonra davam etməlisiz.7. Vyetnamlılar günlərini smartfonlarının qabağında keçirmirlər. Axşam olan kimi gənclər çıxıb bizim 90-cı illərdə oynadığımız daş, прыгалки, ip dartma və s. oyunlarını oynayırlar. İstəyən insan oyuna qoşula bilər ("kruq" söhbəti yoxdur).8. Vyetnam ksenofil ölkədir. Xariciləri çox sevirlər, və hətta gənclərin bir hobbi növü kimi xaricilərlə şəkil çəkib kolleksiya yığmaq kimi maraqları da var. Əgər Vietnama gəlsəz, addım başı bir Vietnamlının sizə yaxınlaşıb və söhbət eləməsini normal qarşılayın.9. Vyetnam sosialist ölkədir. Dünyada qəbul olunan bir çox bərabərliklər burda keçmir. İrqi, dini, cinsi və sexsual bərabərliklərlə problemlər yaşanılır. Bu o dərəcədədir ki xaricilərin arasında belə fərq qoyulur: əgər ağ dəri və sarı saçlısansa, sən daha "keyfiyyətli" xaricisən.10. Vyetnamlılar qapalı insanlardırlar. Emosiya bildirmək, fərqlilik yaratmaq kimi şeylər cəmiyyət tərəfindən basdırılır. Xaricilərin Vyetnama axını olsa belə, Vyetnamlılar ölkə daxilindən çıxmağı və ya yeni dil öyrənməyi sevmirlər. Turist kimi gəlsəz belə elementar vyetnamca bilməyiniz məsləhətlidir.11. Tipik vyetnamlının günü səhər 5-də başlayır və axşam 9-da qurtarır. İspanların siesta dedikləri günorta yuxusu burda vacib sayılır. Hətta iş yerlərində belə "yuxu saatı" var.12. Vyetnamlılar xaricilərlə evlənməyə üstünlük verirlər, əsasən də xanımlar. Burda insanlar əsasən balacaboydurlar, və xarici evliliklərin nəticəsilə gələcək nəslin daha hündür və gözəl ola biləcəklərinə inanırlar. Evdə qalmısızsa - buyurun gəlin.Uzun sözün qısası, Vyetnam fərqli ölkədir. Tipik turistik səyahətlərdən yorulmusuzsa, mütləq Vyetnama baş çəkməlisiz. Ən sıxılmış gəzəyən belə burda "ikinci nəfəs" alıb səyahətlərdən yenidən həzz ala bilər. Vyetnamla bağlı sualınız olarsa, buyurun! Əgər yazını bəyəndinizsə aşağıda olan Facebook düyməsini seçərək blogpostu Facebookda paylaşın ki, dostlarınız da yazılarımızdan xəbərdar olsunlar. Yox əgər Gəzəyənlərin yazılarından ilk xəbər tutmaq istəyirsinizsə aşağıda “abunə ol” bölməsinə mailinizi yazaraq düyməyə klikləyin. Hələlik bu qədər, növbəti yazılara qədər…Paylaşdı: Narmin Hajizadeh 

786 dəfə oxunub
Bizi izləyənlər siyahısına qoşulun!