Salam Gəzəyənlər! Dünən Ferid in İtaliyadan Almaniyaya aldığı 8 avroya bileti görüb qaza gəldim ki keçən ayın əvvəli Almaniya (Berlin) və Skandinaviya ölkələrinə olan səyahət xərclərim haqqında yazım; Qeyd edim ki, həmişə olduğu kimi səyahət planımı səfərimdən 3 ay öncə planlayıram. İlk səfər edəcəyim ölkə Almaniya olduğu üçün şengen vizamı Almaniya səfirliyindən almışdım.
Bakı - Tbilisi (Qatar -33 manat)
Tbilisi-Kutaisi (Georgianbus - 20 lari)
Kutaisi -Berlin (Wizzair - 9 euro)
Berlin - Kopenhagen (Flixbus - 8 euro)
Kopenhagen - Malmö (Qatar - 13 euro)
Malmö - Oslo (Flixbus -3 euro)
Oslo - Stokholm (Flixbus - 3 euro)
Stokholm - Budapeşt (Wizzair - 20 euro)
Budapeşt - Bakı (Wizzair - 40 euro)
Check in Hostel Berlin (13 euro / 1 gecə üçün)
Copenhagen Backpackers Hostel (21 euro / 1 gecə üçün)
İnterhostel Stokholm (19 euro / 1 gecə üçün)
Paytaxt Berlinin gəzib görüləsi yerləri, muzeyləri çoxdur. Amma mənim ən çox diqqətimi çəkən Berlin Divarı, CheckPoint Charlie və Yəhudi Qətliamına aid məzarlıq idi. Xüsusən CheckPoint Charliedə rəmzi olaraq sovet geyimli, əllərində Amerika bayrağı tutan 2 hərbiçinin ikinci dünya müharibəsindən sonra Sovet qoşunları ilə Amerika əsgərləri arasında olan münaqişəni xatırlatması çox maraqlı idi.
Kopenhagen - Çox həyacanlı idim səhərimi bu şəhərdə açacağıma; Xüsusən 1 saatlıq gəmi səfəri daha da rəng qatmışdı həyəcanıma.. Demək olar bir çox muzeylərə giriş pulsuzdu. Ən çox xoşuma gələn Christiansborg Sarayı oldu. Ən üst hissədən şəhərin panoramik mənzərəsi əla idi. Və Kopenhagenin yaraşığı, işığı, bəzəyi NYHAVN. Fərqli atmosferi olan bir yerdir..
Malmö- Kopenhagendən təxminən 1 saatlıq məsafədə yerləşir.Oresund körpüsü (çox möhtəşəmdi) ayırır bu iki şəhəri. Malmö İsveçin cənubunda yerləşən liman şəhəridir. 10 saat oldum bu şəhərdə; gəzib görməli yerlərin hamısında oldum demək olar. Yaşamağa bu şəhəri seçərdim.????
Oslo- Soyuq Cənnət. Nədənsə özünü səndə oradakılar kimi xoşbəxt hiss edirsən. Şəhərdə olduğum müddətdə Oslonun bir çox küçələrini, parklarını gəzdim. Binaların həyətində olan meydançalarda uşaqlarla futbol oynadım. Uşağından tutmuş böyüklərə kimi hər kəs mehribandı. Görəsən səbəb nədi?
Osloya getsəz əgər mütləq Silahlı Qüvvələr Muzeyinə (Armed Forces Museum) baş çəkin. Çox möhtəşəmdi!
Stokholm- İsveçin paytaxtı və böyük şəhəri. Demək olar 2 gün ərzində Stokholmun əsas yerlərində oldum. Ən çox bəyəndiyim National Museum (Milli Muzey) oldu. İncəsənəti sevən hər kəsə bu Stokholmda olarkən bu muzeyi ziyarət etməyi tövsiyyə edirəm. Əlavə olaraq qeyd edim ki,Stokholm metrosu da elə bil yeraltı muzeydi. Çox möhtəşəmdi!
#gezeyenler #yamoniyauşaqlarından #adamaqalangəzməkdir
#sərfəlisəyahət
Əgər yazını bəyəndinizsə aşağıda olan Facebook düyməsini seçərək blogpostu Facebookda paylaşın ki, dostlarınız da yazılarımızdan xəbərdar olsunlar. Yox əgər Gəzəyənlərin yazılarından ilk xəbər tutmaq istəyirsinizsə aşağıda “abunə ol” bölməsinə mailinizi yazaraq düyməyə klikləyin. Hələlik bu qədər, növbəti yazılara qədər…
Paylaşdı: Rəvan İlhamoğlu