Header Logo
Bloq Xidmətlərimiz Haqqımızda Partnyorlar ƏLAQƏ
ANA SƏHİFƏ Bloq Xidmətlərimiz Haqqımızda Partnyorlar Bizimlə əlaqə

Bloq

  • Ana səhifə
  • Bloq
  • İtaliya səyahəti - 4 günə 3 şəhər və Venesiya adaları
28 Sentyabr 2019 3738 dəfə oxunub

İtaliya səyahəti - 4 günə 3 şəhər və Venesiya adaları

Milandakı bütün otel, apartament və hostelləri bu linkdən (bron) edə bilərsiniz.

Salamlar, apreldə etdiyimiz İtaliya səyahətini nəhayət ki, burada bölüşüm dedim, bəzi "life hack"ları da ora səyahət edəcək olanlara bildirim.

Deməli, biz 3 nəfər elə planladıq ki, 4 günə 3 şəhər və adaları gəzdik. Səyahət EU içi olduğu üçün Rynairdən istifadə etdik, İtaliyada isə şəhərlərarası nəqliyyat kimi Flix Bus.

1-ci gün Boloniya

2-ci gün Venesiya

3-cü gün Venesiyanın adaları

4-cü gün Milan

Boloniyada olarkən özünü sanki saxsıdan düzəldilmiş və hər yerində qırmızı nələrsə olan bir möhtəşəm kiremît şəhər maketinin içində hiss edirsən, diqqətimi çəkən məqam o oldu ki, pəncərələrdəki dibçəklər, pərdələr, damlar hamısı qırmızı kiremiti rənglərdə idi. Axşamüstü möhtəşəm ifaları ilə fərqli-fərqli küçə musiqiçilərini, rəqs qruplarını, rəsm çəkənləri addımbaşı görə bilərsiniz. Free entry olan çoxlu kilsə və görməli yerləri var. Axx bir də maraqlı bir şey qeyd edim, biz əgər latte, cappucino və s. istəmiriksə deyirik sadə kofe verin, orda bunu desəniz sizə çeçələ barmağınızdan kiçik fincanda yarıya qədər doldurulmuş espresso verəcəklər))). Adamlar hara baxırsan kafelərdə o iki qramlıq espressonu qabaqlarına qoyub uzun-uzun söhbətləşirlər))).

67811262_10212159698066525_964278324694089728_n.jpg

Axşamüstü Flixbussa minib getdik Venesiyaya. Hotel əvəzinə AIRBNB-dən istifadə etdik. Bütün evi, ayrıca giriş qapımız, hamam, tualet ayrıca və s. götürmüşdük günlük. Hostumuz hətta çox gec olduğu üçün 10 euro qarşılığında bizi gəlib götürdü. Sabahı gün qaldığımız yerdən bilet aldıq Piazzale Romaya (Venesiyanın mərkəzi meydanı), Tramvay, Bus hər ikisində istifadə edə bilərsiniz. Şəhər çox möhtəşəm, qeyri-adidir. Adamlar sanki bütün iş gücünü atıb bəşəriyyət yaranandan elə hey hamı bir nəfər kimi binalar tikiblər. Bircə dənə də adi, dördkünc sadə divar tapmaq olmur, həər yer möhtəşəm memarlıq inciləridir. O qədər tikiblər gəlib çıxıblar dənizin içinə. Canım sizə desin qəbirstanlıqlarından, eynilə qəbirstanlıq da eyni tipdə tikilib. Gondolaya minmək istəsəniz gündüz 25-30 euro adambaşına və ya 80 euro bütün gondolanı icarə edə bilərsiniz.

Rialto körpüsü ətrafında möhtəşəm mənzərə var, şəkillərdə görəcəyiniz T-shirtü alıb özüm Rialtonun Rəsmini çəkdim üzərinə)).

67694370_10212159674705941_8230059518491361280_n.jpg

67401882_10212159690266330_5401850685383770112_n.jpg

Tualet ehtiyacınız olarsa qatar vağzalı ilə əks tərəfdə Burger King olmalıdır, nəsə bir şey alın, qəbzi tualetə getmək üçün istifadə edin, çalışın üzərinizdə bir çətir olsun, her zaman yağışa tutula bilərsiniz)), əgər küçələr arasında azsanız heç qorxmayın, yuxarıda həmişə Piazzale Roma və ya Rialto və s. istiqamətlər göstərilir, oxu təqib edin. Biz belə etdik, heç birimiz 4 gün ərzində internet, googlemap filan istifadə etmədik.

Venesiyanın adalarına digər günü ayırdıq: Murano, Burano, Torcello – Murano şüşə ustalarının çalışdığı və rəngli şüşələrdən hazırlanmış müxtəlif suvenerlərin satıldığı adadır, Burano isə – bura muttttləq gedin, şəkillərdə gördüyünüz o rəngli evlərin nağıl düünyasıdır.

67584514_10212159695666465_2936356633606881280_n.jpg

Bir önəmli məqam qeyd edim, həyati məsələdir)), deməli əvvəlcə Muranoya gedin, çünki Venesiyaya ən yaxını odur, hardasa 10 dəqiqə, Venesiyadan vapuretteyə (motorlu gəmi) minib gedirsiniz Muranoya, 1 saat zad gəzdiniz buxtaya gəlincə dəhşətli bir uzun növbəyə rast gələcəksiniz Burano istiqamətinə. Bu sizi qətiyyən qorxutmasın, azərbaycanlı döölüük bəyəm, yol taparıq, deməli təzədən minin Venesiyaya gedən qayığa 10 dəqiqəyə qayıdırsınız Venesiyaya ordan da hər 5-10 dəqiqədən bir vapurette çıxır Buranoya, o birilər də düüüüz 3 saat zad gözləyirlər o tərəfdə))).

Eyni şeyi Buranodan qayıdası olanda da edin. Günlük bilet adambaşı 20 euro alıb əyalətin istənilən yerinə gedib qayıda bilərsiniz, ancaq almasaydıq da yoxlayan olmurdu, lakin gecələr Piazzale Romadan qayıdanda həmişə tramvayda ya avtobusda yoxlayırdılar. Milana da Flixbusla getdik, təqribən 3,30 saat çəkdi, Milanda metro ilə bir giriş / çıxış deyəsən 1,5 euro idi. Milanın incisi deyərdim ki, Duomodur. La Skala ve Davinci Muzeyini də görə bilərsiniz, bir də kim oliqarxdırsa ordakı dünya brendlərindən alış-veriş edə bilər)). Milan Central metro stansiyasından Bergamo Airporta hardasa hər saatdan bir transfer avtobuslar çıxır, flixbusun da transfer xidməti var orada ( saat yol davam edir).

67446084_10212159696266480_1593822867026345984_n

Büdcə təqribən yadımda qalanları qeyd edəcəm.

Rynair Köln Bonn—Bologna Airport 15 euro (per p.)

Flixbus Bologna—Venesiya 8 euro (per p.)

Airbnb -- Venesiya 3 gecə 206 euro (3 nəfərə)

Flixbus Venesiya – Milan 20 euro (per p.)

Rynair Milan Bergamo Airport -- Köln Bonn 35 euro (per p.)

Əlavə olaraq qeyd edim ki, bu səyahəti həm də bu səhifəyə baxıb planlamışam və burada da bir nəfər (sorry ad xatırlamıram) Flixbus kuponları vermişdi müəyyən qədər endirim olmuşdu biletlərə, hamınıza təşəkkür!

Əgər yazını bəyəndinizsə aşağıda olan Facebook düyməsini seçərək blogpostu Facebookda paylaşın ki, dostlarınız da yazılarımızdan xəbərdar olsunlar. Yox əgər Gəzəyənlərin yazılarından ilk xəbər tutmaq istəyirsinizsə aşağıda “abunə ol” bölməsinə mailinizi yazaraq düyməyə klikləyin. Hələlik bu qədər, növbəti yazılara qədər…

Paylaşdı:Misis Aliyeva

 

 

Misis Aliyeva

  • Paylaş

DİGƏR BLOQLAR

Birləşmiş Ərəb Əmirlikləri - Dubay

Dubaydakı bütün otel, apartament və hostelləri bu linkdən book (bron) edə bilərsiz.Birləşmiş Ərəb Əmirlikləri - DubaySalam ) çoxlarınız Dubayda olub, mən ilk dəfə idi ???????? Uçuşa 2 gün qalmiş artıq peşman olmuşdum)) qorxudan???? birdən itərəm) İstanbul o qədər qarışıq şəhər gelmişdi ki, qorxmuşdum)) ????Amma hərşey planlı idi ))✈️ Azal tapılmadı artıq 3 ay əvvəldən ... məcbur 1 ay qalmış uçuşa Flydubai ilə hər iki istiqamət aldıq. Heç də peşman olmadıq , sadəcə hindistanlı-pakistanlı çox olur . Azərbaycanlı 1-2 olar ya yox . Yemək verilmir. ( Əlavə ödənişlə) 2.30 dəq uçuşdu. Kabin 7kq, baqaj o biri 20 di ( bizim işçilər o barədə hörmət edirlər keçirirlər kabinə 1-2 kq söhbəti etmirlər (orda isə onsuz çəki daha çox idi baqaja aldılar).İlk dəfədirsə mütləq transferdə götürün (mən transfer şirkətindən çox razı qaldım 34 group, 88 dollar fərdi olsa da elə bizi fərdi aparıb gətirdilər qrup adına almışdım ama) getməyə 1 gün qalmış da oteldə nömrəyə məktub qoyurlar ki sabah neçədə burda olacayıq.Demək olar bütün əsas yerlərin gördüm)Burj Xalifa əvvəl də bronla 2 nəfərə 70 dollar (dostum etmişdi)Safari turu (mütləq məsləhətdir) 80 dollar 2 nəfərə (dostum idi deyə tur rəhbəri ucuz başa gəldi) amma çox-çox xoşuma gəldi )) sonra ərəb geyimləri xına )) çox maraqlı gəldi mənəBurj-al-Arab , birdə Marina beach getmişəm (su öyrəşdiyimizdən daha duzlu amma təmiz) ???? su və qum gətirmişəm Bakıya ????????????Otel - Marinada seçmişdim, yerləşməsi, mənzərəsi, yeməkləri möhtəşəm idi. Özünün bir neçə mola, metroya və beachlara pulsuz transferləri işi olduqca asanlaşdırır. Hər smendə 1 rus dili bilən reception işçisi olur . Ama mənə ingiliscə rahat idi, yaxinlıqda hərşey var market, restoranlar .. plyaja özləri dəsmallar və zontik verirlər pulsuz, geri qaytarırsız təbii ki..Butterfly ve Miracle Garden (55 -45 dirhəm idilər uyğun olaraq) Butterfly 18-30 da tam bağlanır deyə birinci ora gedin yan-yanadırlar onsuz, Miracle gec bağlanır həm də sərin düşəndə biraz gəzmək rahatdı, istidə olmur gəzmək.Saat ferqimiz yoxdur (çox rahatdı bu).Bizə gələn ərəblər ərəb deyil dəqiqdi çox başqadı orda hərşey, ən mədəni, ən sevimli, can yandıran insanlardır ???? kömək etməyi çox sevirlər və çox mədənidirlər)Dubai, Marina, Emirates mallda oldum ın xoşuma gələn Emirates mall oldu) Məncə ordan daha çox şey almaq olurki nəinki Dubay mallda)4-5 kanfetə 300 dirhəm vermişik Dubai mallda )Dubai mallun içindən girib, arxasından çıxışda musiqili fontan və Burj xalifa gecə görüntüsü isə ayrı gözəldir ????Yeməkləri mənə çox normal gəldi, fərqlilik yoxdu, iy falan gəlir deyirdilər xoşuma gəldi amma elə birşey hiss etmədim. Meyvələri isə xüsusən dadlıdı , şaftalı qarpız yemiş ..Taksilər - hamsı eynidir və malların belə ayrı taksi girişləri var, ingilis dili bilirlər əsasən hind pakistan bangladeş vətəndaşları olur şoferlər. Taksimetrə üstündə oturanda elə gündüz 5 dirhəm olur, axşama doğru artır 8-9-12 dirhəm də olur (axşam təlabat artır deyə hərhalda)Bizi aldadan olmadı bir yerə 3 dəfə getdim eyni qiymətə, mənə çox mehriban və səmimi geldilər))Duty freesi mənə ucuz gəldi)) Normal qiymətlərdə hərşey tapa bilərsiz.İlk dəfe gedəcək olanlar üçün ümid edirəm faydalı olar ????Əgər yazını bəyəndinizsə aşağıda olan Facebook düyməsini seçərək blogpostu Facebookda paylaşın ki, dostlarınız da yazılarımızdan xəbərdar olsunlar. Yox əgər Gəzəyənlərin yazılarından ilk xəbər tutmaq istəyirsinizsə aşağıda “abunə ol” bölməsinə mailinizi yazaraq düyməyə klikləyin. Hələlik bu qədər, növbəti yazılara qədər…Paylaşdı: Alide Qasimova

6 Fevral 2019 2700 dəfə oxunub

Al-Batra, Petra Səyahəti

Jordan Qızıl gül renkli şeher . Her vaxtınız xeyirli ve maraqli olsun , Gezeyenler ) Ölü denizle Qırmızı deniz arasında " qızıl gül renkli ve zaman kimi qedim" bir şeher var . Erebler Al-Batra, yunanlar Petra ( yani - daş ) adlandırarlar bu şeheri .Petra İordaniyanın paytaxtı Amman' dan 260km aralıqda, Vadi-Musa - "Hz.Musa peyqemberin deresi " deyilen yerin yanında yerleşir. Şeheri 2000-2500 il bizden evvel, ereb qebilesi Nabatey sıldırım qayalardan oyub yaradıblar . İtmiş ve tapılmayan şeherler siyahısında olan Petra'dan 1000 il dünyanın xeberi bele yox idi. 1812 ilde İşveçreli seyyah İoqan Ludviq Börkxardt bu şeheri aşkara çıxarır .2007 ilde UNESCO Petranı dünyanın yenı yeddi möcüzesıne aid etdi . Petrada 800 çox tarıxı abıdeler aşkar olunub.Biz İordaniya'ya Misirin Taba bölqesinde istirahetde olarken getdik. Ekskursiyanı yerli turagentlikden aldık . Geçe avtobusla otelden çıxdıq, 15-20 deqiqeye olduq port-şeheri ( Misir) Nuveybada. Mindik süretli qayıqlara , 1.20-1.40 saata çatdık İordaniyanın Akaba şeherine . Oradanda avtubuslarla yola düşdük. 2.20-2.40 saat gidimizin çooox maraqlı-etraflı söhbetlerin eşitdik, iki yerde dayanacaq etdik ve çatdik Petraya !P.S. Fotolara kommentaryalar yazaraq, bilqilerimle bölüşecem ) . 1 qün Petranı gezmeye kifayet etmir2 qünlük ekskursiya, " qızıl gül renkli " şeherde , 2000 il tarıxı olan mebedde oturub, "Gezeyenler'e" post yazmaq duyğularıyla, İordaniyanın parlaq ulduzlar dolu semasını seyr etmeyi her birinize arzulayıram )))Paylaşan: Sevinch Huseynqizi

29 Sentyabr 2025 134 dəfə oxunub

Əsrarəngiz Bali

Balidəki otel, apartament və hostelləri bu linkdən book (bron) edə bilərsiz.Bu səyahətə biz xüsusi hazırlaşmışdıq çünki ikimizin də Uzaq Şərqə ilk səyahəti idi. Çoxlu blog yazıları və İndoneziya (Bali) haqqında məqalələr oxumuşduq  Gəzəcəyimiz yerlərin uzun bir siyahısını hazırlayıb getdik Baliyə.Bali İndoneziyada yerləşən minlərlə adadan biridir. Biz 7 gün qaldıq. Əgər getməyi planlayırsınızsa siz də ən az 7 gün düşünün. Çünki ada o qədər zəngin və rəngarəngdi ki, o qədər uzaq məsafəni heyfslənərək qayıtmaq yaxşı olmaz Adada necə ki yerli əhalidən çox turist var, eləcə də maşından çox motosiklet görəcəksiz. Yollar çox ensiz olduğundan millimetr məsafəylə ötüşür maşınlar və ya motosikletlər bir-birinin yanından. Əgər motor istifadə etməyi bacarırsınızsa onu kirayə götürün, yox maşın düşünürsünüzsə yaxşı olar ki günlük sürücü (təxminən 10 saat sizi istədiyiniz yerə aparır) danışasınız. Sükan sağdadır və hərəkət soltərəfli olduğundan çaşdırıcı ola bilər. Sürücünün etibarlı olması da əsas məsələdir çünki bel çantası belə olsa hər yerə daşımaq istidə yorucu olur. Bizim sürücü Gusti o gəzintinin ən gözəl, şirin, unutmayacağımız parçası oldu Harda və necə qalmaq məsələsinə gəldikdə isə o sizin necə bir yer istəməyinizlə bağlıdı. Tamamən təbiətlə iç-içə mi, yoxsa bir az Avropa şəhərlərini andıran hərəkətli yerlər mi (Kuta, Hard Rock cafenin-inanılmaz zövq aldıq- yerləşdiyi bölgə. 1 günlük gedib gəzmək olar amma tətili orda keçirmək Baliye haqsızlıq olar  ) və ya okean və ya dənizə yaxın yer (daha çox sörfçülerin tərcih elədiyi yerdi. Ora da 2 gün ayırdıq, okeanın altına endik, paraşut və dəniz sahili) olması mı. Biz Ubudda qaldıq. Ubud mərkəzdə olan bir yerdi və gedəcəyimiz yerlərə daha rahat gedə bilərdik. Və dediyim o təbiətlə iç-içə olan yerdi. Bali ümumiyyətlə elə bir yerdir ki hər addımda yabanı təbiət sizi heyrətləndirir. Luks, göstərişli, insan əli ilə düzəlmiş məkanlara çox rast gəlməyəcəksiz. Eyni zamanda böyük otelde qalmağın da mənası yoxdu Balidə. Palma ağaclarının əhatəsində olan, özəl hovuzlu villa tipli qonaqlama yerləri əsl Bali abu-havasındadır.Meymun meşəsi, Düyü tarlaları (UNESCO'nun qoruması altındadır) və yüzlərlə ibadət yerləri. Bu ibadət yerlərinin (daxil olarkən hamı qursaqdan aşağı bağlanmalıdır) bəziləri min illərdir var. Bali adasının sakinlərinin əksəriyyəti hindu dininə sitayiş edir və dinlərinə çox sadiqdirlər. Hər bir evin girişində 2 qorxulu üzlü heykəl var. Bunlar qardiyanlardır və evi şər qüvvələrdən qoruyurlar. Bu arada, hansı evin varlı, kasıb olması da bu gardiyan heykəllərdən bilinir. Varlılar vulkan daşlarından düzəltdirir heykəllərini. Gündə bir neçə dəfə kiçik qablarda yeməklər qoyurlar hər küncə ki digər canlılarda da qidalansın və beləliklə tanrılarına təşəkkür edilər indoneziyalılar.Bizə ən çox təsir edən mənzərələrdən biri də Kimtamani ərazisində yerləşən Batur vulkanı oldu. Baliyə gedərkən təyyarə o vulkanın üstündən keçir. Olduqca vahiməli görüntüsü var))Və əsla etmədən dönməməli olduğunuz şey Bali masajıdı əlbəttə) "yenidən doğuldum" dedizdirir adama.Orda qaldığımız müddətdə azərbaycanlıyla heç rastlaşmadıq. Daha çox rusları gördük (orda balayına Baliye gəlmək çox meşhurmuş), 3-4 çift türkiyəli ilə rastlaşdıq. Turistlərin əksəriyyətini avstraliyalılar (daha çox sörf üçün gəlirlər) , amerikalılar və çinlilər təşkil edir. Bali yazmaqla bitməz) Faydalı olacağını düşünürəm postun. Hər kəsə mənalı, unudulmaz tətillər arzulayıram Əgər yazını bəyəndinizsə aşağıda olan Facebook düyməsini seçərək blogpostu Facebookda paylaşın ki, dostlarınız da yazılarımızdan xəbərdar olsunlar. Yox əgər Gəzəyənlərin yazılarından ilk xəbər tutmaq istəyirsinizsə aşağıda “abunə ol” bölməsinə mailinizi yazaraq düyməyə klikləyin. Hələlik bu qədər, növbəti yazılara qədər…Paylaşdı: Nigar Talibzade

17 Oktyabr 2018 1301 dəfə oxunub

Fethiye - Həm aktiv, həm də passiv istirahət

Həm aktiv, həm də passiv istirahəti eyni vaxtda yaşamaq üçün ardıcıl 2 ildir getdiyim Fethiye/Ölüdeniz barədə getmək istəyənlərə məlumat vermək istəyirdim. Əvvəlki illərdə ucuz uçuşlar olurdu ancaq bu il ancaq AZAL-la birbaşa uçuşlar olacağını eşitdim. (Əvvəlki illərdə Pegasus və .s ucuza uçurdu) Bu səbəbdən bu ildən Dalaman üçün istirahət qiymətləri daha baha ola bilər. Fethiyedə ərazi olaraq 3 bölgədə otellər mövcuddur. Fethiye şəhərinin özündə (daha çox şəhər abu havası verən), Hisarönü (Fethiye ilə Ölüdeniz arasında barlar küçələlərinin yerləşdiyi ərazi) və Ölüdeniz bölgəsi (Ən çox görülməli yeri). Qiymətlər burdaki ardıcıllığa görə artır. Biz Turquoise Ölüdeniz 4* otelini seçmişdik. Otel haqqında qısa məlumat :Gündə 3 dəfə yemək + günün müəyyən saatlarında limitsiz fast food, desert və dondurma2 hovuz (biri ancaq böyüklər üçün)Səliqəli, kondisioner işləyən normal otaqlar və əla xidmət7/24 limitsiz və pulsuz şirin sular və pivəDənizə 5 dəqiqə piyada məsafəsi (Ölüdeniz onsuz balaca yerdi hər yerdən piyada getmək olur)Əməkdaşlıq etdiyi çimərliklərə pulsuz girişlər və servis Çimərliklər :Ölüdeniz sahili boyu pulsuz Belcekız plyajıÖlüdeniz deyiləndə ağıla gələn mənzərədəki "Blue Lagoon". Girişi keçən ildən pulludur. İçərdə şezlong və çətir üçün əlavə ödəniş ödənməlidi. ( 2 şezlong bir çətir 40 manat olmalıdır) Dənizə girmək üçün ən yaxşı yeri Starbucks-dan sonraki hissədir.Çimərliklər çox daşlıdır özünüzə dəniz ayaqqabısı alınMaşınla gediləcək məsafədə olan digər tövsiyyə edilən çimərliklər (pulludur və mütləq əvvəldən rezervasiya edilməlidir 2-3 gün öncədən) :Sea me beachSo beachBoncuklu koyu Aktivitələr : Paraşut - Ölüdenizdə olmazsa olmaz, hamının bir dəfə etməli olduğu əsas şeydir. Babadağdan edilir. Sahilboyu şirkətlərdən almaq olar. Qiyməti 120-270 arası dəyişir (aldığınız şirkətə əsasən dəyişir.) Dalış turu - qiyməti 40-60 manat arası dəyişir. Geyim və təlim daxildir. Sizinlə birlikdə fərdi təlimçi dalır. Saklıkent Kanyon turu - Buraya özünüz getməkdənsə, tur almağınız məsləhətdir çünki tur aparanda sizi üstü açıq maşınlara mindirirlər və su tapançaları verirlər. Yol boyu həm digər maşınlarla, həm də keçdiyiniz kəndlərdəki yerli xalqla sulaşırsınız. Hətta kəndin içində sizi şlanklarla gözləyən nənələr və .s da görəcəksiniz. Tur zamanı həm Gizlikent şəlaləsinə gedəcəksiniz, həm də Saklıkent kanyonunun buz kimi suyuna girəcəksiniz. Eyni zamanda burda rafting də edərsiniz sonda. Yemək də daxil olmaqla toplam 40-60 manat arasıdır Adalar turu - Gəmi ilə səhər çıxıb axşam 5-6 arası qayıdırsınız. Həm ailə üçün olan sakit gəmilər, həm də gənclərin istifadə etdiyi dj və köpük şousu olan korsan gəmiləri seçə bilərsiniz. Hamsının yolu eynidir onsuz. 6 ada və koyu gəzdirərək hər birində 15-20 dəqiqə dənizə girməyə şərait yaradır. Yemək daxil 50-70 manat arasıdır.Bu 4 tur əylənmək üçün kifayətdir və idealdır. Hamsını eyni şirkətdən alsanız yaxşı endirim elətdirə bilərsiniz. (Biz hamsını Deep Blue şirkətindən almışdıq tam razı qalmışdıq. ) Nəqliyyat :Taksiyə və .s ehtiyac yoxdur. Ölüdeniz sahilindən qalxan dolmuşlar istədiyiniz hər yerə gedir demək olar. 70 qəpiyə kartla da ödəniş edə bilirsiniz. Hisarönünə 10 dəqiqəyə, Fethiye mərkəzə isə 20-30 dəqiqəyə çatırlar. Yalnız digər pulllu çimərliklər üçün taksi lazım ola bilər. Onu da duraklardan götürə bilərsiniz. Gəziləcək yerlər : Ümumi plan olaraq 4 turun hərəsini bir günə sala bilərsiniz. Adalar və Saklıkent turları bütöv gününüzü alacaq ancaq digər 2 turda maksiumum 1 saat vaxtınız gedər. Blue Lagoona ən az 1 dəfə girmək mütləqdir. İçərdəki restoran və Starbucks qiymətləri aşagı yuxarı bizdəki ilə eynidir. 2 nəfərə yemək yesəniz toplam 30-50 manat arası hesab edəcək.Hər axşam Hisarönünün işıqlı barlar küçələrində gəzə bilərsiniz. Kiçik də olsa lunaparkı var. Ölüdenizə nisbətən çox canlıdır hər yerŞəhər mərkəzinə də ən azı bir dəfə gedin. Kordon sahilində gəzə və ən az 1 dəfə lüks məkanda nəsə yeyə bilərsiniz. Dənizkənarı restoranları çox gözəl və yeməkləri dadlıdır. Şəkillərdəki restoran "Mori"-dir. (gecə olan) Qiymət ortalama bir nəfər üçün 40-70 manat edər. Şopping üçün çox bir şey yoxdur. Mərkəzdə 1 dənə mall olsa da, böyük mağazalar və .s yoxdur. Bundan başqa sahil tərəfində Paspartur çarşısındaki mağazaları da gəzə bilərsiniz. Vaxtınız və maşın probleminiz yoxdursa (taksi də minimum 40 manata aparacaq çünki) Göcek-ə də gedə bilərsiniz. Burada sular içində yerləşən villalar və çimərliklər var.Ölüdeniz mənzərəsinə yuxarıdan baxmaq üçün kanatla Babadağa qalxa bilərsiniz. Yuxarıda lüks restoran da var. Gün batımında yemək yeyərkən paraşutçuları izləmək olar. Yuxarıdan mənzərə üçün eyni zamanda maşınla "Likya yolu" deyilən yola da qalxıb şəkillər çəkdirmək olar. Bu yoldan gedib "Kelebekler Vadisi"-nin də yuxarıdan mənzərəsinə baxmaq olar.

13 May 2025 332 dəfə oxunub
Bizi izləyənlər siyahısına qoşulun!
  • © 2019 - 2026 Gəzəyənlər
  • tərəfindən hazırlanmışdır
  • Bütün hüquqlar qorunur