1757 dəfə oxunub

ABŞ turistik vizası necə alınır?

ABŞ turistik vizası necə alınır?

Əvvəlcə aşağıdakı link vasitəsilə “DS-160” yəni onlayn ərizəyə keçid edirik.

Link: https://ceac.state.gov/genniv/

SELECT ONE hissəssində “Azerbaijan” seçirik. Enter the code as shown: Burada böyük şriftlərlə yazılmış təhlükəsizlik kodunu daxil edirik. Sonra əvvəlcədən komputerimizdəki şəkilimizi əlavə edirik (Test Photo Photo Standard Guide).

Daha sonra “start application” seçirik. Aşağıda “I agree”-yəni “mən razıyam” hissəsini seçərək təsdiq edirik.

Yeni səhifə açılır. Burada suallardan birini seçirik və aşağıda onun cavabını yazırıq.

Nümunə. Sual: Uşaqlıq dostunuzun adı.

Cavab: Hacı Surxay

Sonra “continiue” yəni davam etməyi seçirik və növbəti hissəyə keçid edirik.

Burada ad, soyad, cinsiyyət, ailə vəziyyəti, doğum tarixi, anadan olduğumuz yeri yazdıqdan sonra “next personal 2” hissəsinə keçid edirik.

Burada “Country/Region of Origin (Nationality)” sualına Azerbaijan cavabını yazırıq. Digər iki suala “no” yazıb keçirik. National Identification Number sualına ş/v nömrəsini yazırıq. Digər iki suala

“no” yazıb keçirik. Next Travel düyməsini seçərək növbəti hissəyə keçid edirik.

Sual: Purpose of Trip to the U.S.

Cavab: TEMP. BUSINESS PLEASURE VISITOR (B)

Sual: Specify:

Cavab: BUSINESS & TOURISM (TEMPORARY VISITOR) (B1/B2)

Sual:Have you made specific travel plans?

Cavab: YES

Sonra təyyarə bileti bronu və hotel rezervasiyaları məlumatlarını daxil edirik.

Sonra “next Travel Companions Information” hissəsinə keçid edirik.

Burada “Are there other persons traveling with you?” sualına “no” cavabını yzaraq növbəti hissəyə keçid edirik.

”Previous U.S. Travel Information” hissəsində bütün suallara no cavabını yzaraq növbəti hissəyə keçid edirik. Burada ünvanlarımızı, telefon nömrələrimizi və sosial şəbəkə hesablarımızı yzaraq “Passport Information” hissəsinə keçid edirik.

Sual: Passport/Travel Document Type

Cavab: Regular

Sual: Passport/Travel Document Number

Cavab: C0……..

Sual: Passport Book Number

Cavab: Does not apply

Sonra passport məlumatlarımızı daxil edərək “U.S. Point of Contact Information” hissəsinə keçid edirik.

Burada ABŞ-da qalacağımız hotelin məlumatlarını daxil edirik.

Sonra “Family Information” hissəsinə keçid edirik. Burada ailəmizə aid məlumatları daxil edirik.

Sonra “Work/Education” hissəsinə keçid edirik. Burada iş və təhsillə bağlı hissələri doldurduqdan sonra bütün mənasız suallara no cavabını verərək keçirik və fotomuzu daxil edirik.

Sonra bütün daxil etdiyimiz məlumatları gözdən keçirib təsdiqləyirik və PDF şəklində özümüzdə saxlayırıq. Təsdiq etdikdən sonra təsdiq kodunu itirmək olmaz. (Application ID AA00BIHF2F)

Daha sonra aşağıdakı link vasitəsi ilə qeydiyyatdan keçərək viza rüsumu (160$) ödəməli və görüş (appoitment) təyin etməliyik.

Link: https://ais.usvisa-info.com/en-az/niv/users/sign_in

Linkə daxil olduqda əvvəlcə “Create an account”, sonra isə “I have completed the U.S. Nonimmigrant Visa Application (DS-160) form and I need to apply for a visa.” bəndini seçirik.

Burada rüsumu ödədikdən sonra sistemin təklif etdiyi gün və saatlardan bizə uyğun olanını seçirik və tələb olunan sənədlərlə birlikdə səfirliyə yaxınlaşırıq.

Tələb olunan sənədlər:

B1/B2 vizasına müraciət edərkən siz aşağıdakı sənədləri təqdim etməlisiniz:

Xarici pasport və şəkil olan səhifəsinin surəti.

Əvvəlki vizalarınızın və giriş-çıxış möhürlərinizin surəti.

Şəxsiyyət vəsiqənizin surəti.

İş yerindən arayış.

Bankdan arayış və çıxarış.

Mülklərin, çıxarışlarının və avtomobilinizin texpasportunun surəti

Nikah haqqında şəhadətnamənizin və uşaqlarınızın doğum haqqında şəhadətnamələrinin surəti.

2 ədəd 5x5 ölçüdə və ağ fonda şəkil.

Aviabilet bronu və hotel rezervasiyası.

10.Viza ödənişininin qəbzi və görüş tarixiniz qeyd olunmuş PDF.

11.DS-160 ərizə formanızın təsdiqi.

Konsulla görüş.

ABŞ konsulu birbaşa özü sizinlə görüşəcək. Düşündüyünüzdən dəfələrlə artıq tülküdür. Sizə HR (recruitment) mütəxəssislərinin, hətta şeytanın belə ağlına gəlməyəcək qəribə suallar verə bilər.

Xüsusilə aşağıdakı sualların cavablarını əzbər bilməlisiniz.

Niyə ABŞ?

ABŞ-da olmusunuzmu?

Niyə ABŞ səyahətini bu ilə planlamısınız?

ABŞ-a kim ilə gedəcəksiniz?

Haralara gedəcəksiniz?

Nə qədər qalmağı planlaşdırırsınız?

Daha çox qalmaq ehtimalınız varmı?

Nə qədər pul xərcləyəcəksiniz?

Vəzifəniz (peşəniz) nədir?

Gəliriniz nə qədərdir?

ABŞ-da dostlarınız, yaxınlarınız varmı?

ABŞ-da qalınb işləmək planınız varmı?

Aviabilet bronlarınız varmı?

Əvvəl başqa ölkələrdə səyahətdə olmusunuzmu?

Sizin geri qayıdacağınıza necə əmin ola bilərik?

Hüseynbala Mirələmovu tanıyırsınızmı?

Görüşün sonunda sizə viza verilib-verilməyəcəyi bildirilir.

Əgər yazını bəyəndinizsə aşağıda olan Facebook düyməsini seçərək blogpostu Facebookda paylaşın ki, dostlarınız da yazılarımızdan xəbərdar olsunlar. Yox əgər Gəzəyənlərin yazılarından ilk xəbər tutmaq istəyirsinizsə aşağıda “abunə ol” bölməsinə mailinizi yazaraq düyməyə klikləyin. Hələlik bu qədər, növbəti yazılara qədər…

Paylaşdı: Elşən İsmayılov

DİGƏR BLOQLAR

Təyyarəniz gecikirsə və ya ləğv olunubsa nə etməlisiniz?!

Tez-tez səyahət etmək, tez-tez təyyarə ilə harasa səfər etmək deməkdir və təyyarə ilə tez-tez səfər edərkən uçuşdan əvvəl, sonra və ya uçuş zamanı olan problemlərlə tez-tez qarşılaşırsan. Bu yaxınlarda, müsəlmanın bu yaxını, noyabr (2016) ayının sonunda Skandinaviya ölkələrinə sayyeahət edirdim (daha dəqiq İsveç və Danimarka, 2 ölkə haqqında da yazımız olacaq ayrıca). Həmişəki kimi, WizzAirlə biletlərimizi alıb heç bir problem olmadan Budapeştdən İsveçin Malmö şəhərinə yola düşdük, Qayıdanda, hava limanında çekindən keçdim. Uçuşun vaxtına hardasa 10 dəqiqə qalmasına baxmayaraq hələ də uçuş qapıları açılmamışdı, hamı mənim kimi ayaqüstdə qapının önündə gözləyirdi. Elə bu vaxt WizzAir hava yollarının nümayəndəsi yaxınlaşıb bildirdi ki, təyyarədə texniki nasazlıq var, nasazlıq aradan qaldırılana kimi gözləmək məcburiyyətindəyik. Bu hallarda adətən çox işlənən bir kəlimə var “bizdən asılı olmayan səbəblərdən”, dünyanın harasında olursunuzsa olun şirkət nümayəndəsi məhz nitqini bu sözlə açacaqdır ???? Təxminən 1 saatdan sonra bütün sərnişinlərə bir səhifəlik kağız paylandı ki, təyyarə gecikdiyinə görə şirkət bizi nələrlə təmin etməlidir və edəcək. Mən də azərbaycanlı marağımdan dedim bir internetdə araşdırma edim görüm əslində necə olmalıdır, onsuz da vaxtım çoxdur ???? Çünki universitet illərimdə turizm sahəsində təhsil aldığımdan nəqliyyatla bağlı dərslərdən yadımda idi ki, Ümumdünya Mülki Aviyasiya Komitəsi uçuşlar zamanı sərnişinlərin hüquqlarını qoruyan təməl qanunlar qəbul edib, sonradan bu qanunlar regionlara görə daha da təkmilləşdirilib.Uçuşların təxirə salınması, gecikməsi və ya istiqamətinin dəyişməsi adətən 2 səbəbdən olur: fövqaladə hadisələr (əlverişsiz hava şəraiti – qatı duman, qar, fırtına, donma, vulkan püskürməsi və s., terror hadisəsi, təyyarə qəzası, işçi tətilləri və s.) və aviaşirkət tərəfindən yaran səbəblər.Sözü uzatmadan keçirəm mövzuya. Təyyarə gecikdiyi halda nə etməlisiniz? Uçuşunuz təxirə salındığı halda ne edə bilərsiniz? Uçuşunuzun gecikməsi, təxirə salınması və ya istiqamətinin dəyişməsi hallarında hansı hüquqlarınız var?– Uçuşunuzun gecikmiş sayılması üçün, gedəcəyiniz məkana 3 saatdan gec çatmış olmanız mütləqdir. Məsələn sizin təyyarəniz artıq 3 saat 15 dəqiqədir gecikir amma siz gedəcəyiniz yerə 2 saat 50 dəqiqə gecikmisinizsə bu gecikmə sayılmır. Bəzən olur ki, pilotlar gecikmə zamanı təyyarəni daha sürətlə “sürürülər”. Bir dəfə başıma gəlib Lyondan Münhenə üçan zaman. Pilot təxmini belə bir cümlə dedi: “çalışacam sizi ən qısa zaman getdiyiniz yerə çatdırım” və normal uçuşdan daha qısa zamanda çatdırdı ????– əgər uçuşunuz gecikirsə şirkət sizi 2 dəfə e-mail, telefon, fax və ya internetlə təmin etməlidir.– əgər gecikmə 2-3 saat arasıdırsa hava yolları şirkəti sizi isti və ya soyuq içkilərlə təmin etməlidir. Yox əgər gecikmə 3 saatı keçərsə şirkət hər 3-5 saatdan bir sizi qidalanma ilə təçhiz etməlidir. Bizim halda WizzAir 3 dəfə 8 avroluq kuponlar verdi ki, aeroportda bununla özümüzə sendviç və içki alırdıq.– əgər təyyarəniz 8 saatdan çox gecikirsə hava yolları şirkəti sizə otelə yerləşdirmək imkanı tanımalıdır. Əgər istəsəniz ən yaxınlıqda olan oteldə gecələyə bilərsiniz, otelin xərcləri isə hava yolları şirkəti tərəfindən ödənilir. Təyyarə 13-14 saata yaxın gecikdiyindən mən WizzAirin nümayəndəsi ilə danışdım və məni aerportdan 200 metr məsafədə olan otelə yerləşdirdilər. Bu halda əgər gündə bir dəfə uçuş həyata keçirilirsə, sizin biletiniz ləğv olunur və siz yalnız növbəti reyslə uça bilirsiniz. Məsələn hər gün günorta 15:00 uçuş olursa və sizin uçuşunuz gecikirsə, oteldə qalmaq varyantını seçəndə siz gecikən uçuşun nə vaxt bərpa olunduğundan asılı olmayaraq növbəti gün saat 15:00 reysi ilə uçacaqsınız.Bunlar fövqaladə hallar zamanı uçuşunuz gecikərsə hava yolları şirkətinin sizə mütləq etməli olduğu yardımlardır. Bir də uçuşunuzun hava yolları şirkətinin günahı ucbatından təxirə salınması, gecikməsi halı var. Əgər gecikmə vəya təxirə salınma şirkətin günahı ucbatından baş verərsə o zaman şirkət sizə komepnsasiya ödəməlidir. Bəs hansı hallarda şirkət sizə kompensasiya ödəməlidir?Uçuşunuzun gecikmiş və ya təxirə salınmış sayılması üçün yenə də 3 saat qaydası keçərlidir. 3 saatdan qısa zamanda şirkət sizi uçuşla təmin edərsə heç bir kompensasiya ala bilmirsiniz. Yox əgər bu müddət 3 saatı keçərsə– gedəcəyiniz məsafə  1500 kmdən çoxdursa – 250 avro– 1500 – 3500 km arasıdırsa – 400 avro,– 3500 kmdən çoxdursa – 600 avro kompensasiya almaq hüququnuz var. Amma təxirə salınma 3 saatdan çox olmalıdır və səbəb təbiət hadisələri və ya fövqaladə hallar olmamalıdır.Bunlar şirkətin sizin qarşınızda öhdəlikləri idi. Şirkət gecikmə və ya təxirə salınma hallarında nələr edə bilər və nələr etməlidir. Bəs indi görək, özümüz özümüz üçün nələr etməliyik. Axı saatlarla (bəzən tək-tənha) hava limanında uçuşumuzun vaxtını gözləməliyik.Uçuşun gecikməsi ilə bağlı ilk anonsu aldıqdan sonra çalışın şirkət nümayəndəsindən gecikmənin nə qədər olması ilə bağlı nəlumat alasınız. Bir çox hallarda nümayəndələr özləri də bilmirlər ona görə dəqiq cavab verməyəcəklər amma hər halda soruşun ???? Sonrakı addım kimi özünüzə rahat və elektrik qaynağına yaxın yer tutun. Çünki telefonunuzun, tabletinizin zaryatkası bitərsə, xüsusilə də yalnız uçursunuzsa hava limanı elə də əyləncəli bir yer deyil başınızı qatmağa nəsə lazım olacaq. Rahat yerinizi seçdikdən sonra yaxında olanlarla da ünsiyyətə keçə bilərsiniz, həmdərd olduğunuzdan bir az gecikmənin səbəblərindən danışa, hava yollarını pisləyə və ya aeroportlarda başınıza gələn əhvalatlardna danışa bilərsiniz amma onları ilk dəfə gördüyünüzdən çox çətin ki, uzun və maraqlı həmsöhbət olsunlar sizə. Bəzən elektrik qaynaqları oturacaqlardan uzaqda ola bilər ona görə də telefonunuzu şarj edərkən yerdə oturmağı gözə almaslısınız, bəzən başqa şansınız olmur. Digər bir məsələ isə çalışın qulaqcıqlardan istifadə edərkən bir qulaqcıqla qulaq asın musiqiyə və ya kinoya, çünki uçuşla bağlı bütün yeniliklər, qidalanma vaxtları ilə bağlı bütün anonslar aeroportda elan olunur, mümkündür ki, anonsu eşitməyəsiniz və yemək fasiləsindən xəbəriniz olmasın.Əgər yazını bəyəndinizsə aşağıda olan Facebook düyməsini seçərək blogpostu Facebookda paylaşın ki, dostlarınız da yazılarımızdan xəbərdar olsunlar. Yox əgər Gəzəyənlərin yazılarından ilk xəbər tutmaq istəyirsinizsə aşağıda “abunə ol” bölməsinə mailinizi yazaraq düyməyə klikləyin. Hələlik bu qədər, növbəti yazılara qədər…Paylaşdı: Babek Musa-Zadeh

3061 dəfə oxunub

Amalfi sahilləri - Positano bələdçisi

Ona İtaliyanın ən romantik qəsəbəsi də deyirlər. Bəli, söhbət Amalfi sahillərində yerləşən Positanodan gedir. Positanoya həm Romadan, həm də Napolidən getmək mümkündür. Mən Napolidən getməyi seçdim. Amma bu səhvi mən etdim, siz etməyin. Avropanın göbəyində bu qədər çirkab görəcəyimi ağlıma belə gətirə bilməzdim. Mərkəzi küçələrində belə dolub-daşan zibil yeşikləri, üfunət qoxusu - Napolidən mənə qalan xatirələr oldu. Əbəs yerə İtaliyanın ən çirkli və ən təhlükəli şəhəri adını almayıb ki?!. Və ilk dəfə bir şəhəri daha çox gəzməkdən imtina edib, otel otağında oturub qatarımın vaxtını gözləməyi seçdim.Bu şəhəri çox yerdən-yerə vurdum. Bir az da yaxşı sözlər deyim. Yəqin ki, pizzanın vətəninin Napoli olduğunu bilirsiniz. Bizdən fərqli olaraq, burada pizzalar daha çox sadəliyi ilə, daha dəqiq desəm, üstündə heç nə olmaması ilə seçilir. Hardasan ay bizim toyuqlu, qiyməli, sosikalı, kolbasalı, zeytunlu, bibərli, göbələkli pizzamız deyə-deyə üstü bomboş olan, Bakıda üzünə baxmadığımız Marqarita pizzasını yeməli olduq. Pizzanın vətəni olan Napolidə nə az, nə çox, düz 800 pizzacı var. Onlardan ən məşhuru isə 149 yaşlı L’antica Pizzeria da Michele-dir. Bu qədər qədim və məşhur bir pizzacı olasan və cəmi iki növdə pizza təqdim edəsən: o da ki, Marqarita çeşidləri. Amma di gəl gör ki, pizzeriyanın önündə bir növbə olur ki, 90-cı illərin Bakısının çörək növbəsi onun yanında heç nədir. Culiya Robertsin “Eat, Pray, Love” filmi ilə məşhurluğuna məşhurluq qatan bu pizzeriyadan sonra buralara gəlib çıxma səbəbim olan Positanoya yollanıram.Rəng, qoxu, huzur...Cəmi 4 min əhalisi olan, amma il ərzində 5 milyon turist qəbul edən Positano... Belə yerdə deyiblər, “bir balaca boyu var, dam dolusu toyu var”. Özü də nə dam dolusu?! Hər addımında bir başqa gözəllik... Bilmirsən hansı tərəfə baxasan. Bir tərəfdə masmavi dəniz, bir tərəfdə sıldırım qayalıqlar, bir tərəfdə rəngli evlər...“Positanonu 3 sözlə təsvir et”, - desələr, ilk ağlıma gələnlər bunlar olar: rəng, qoxu, huzur. Qəsəbənin rəngli dünyalı insanları evlərini də rəngbərəng boyamağı seçiblər. Bir rəssam fırçasından çıxmış kimi rəngbərəng, özünəməxsus evlər düşünün. Buna bir də limon ağaclarının və begonvillərin qoxusunu əlavə edin. Ortaya çıxan nəticə isə huzurdur.Positano əvvəllər kiçik bir balıqcı kəndi imiş. 1953-cü ildə tanınmış yazıçı Con Steynbakın bir moda jurnalına yazdığı məqalə ilə kəşf edilir və bugünkü məşhurluğuna çatır. Buna da qələmin, sözün gücü deyirik.Positano paytaxtı Napoli olan Campania bölgəsinin qəsəbələrindən biridir. Amalfi sahillərində yerləşən bir qəsəbə. Positano adını eşitməsəniz belə, Amalfi sahillərini eşitməməyiniz mümkün deyil. UNESCO Dünya Mirası siyahısına düşəcək qədər məşhur sahillərdir. Şairlərə, yazarlara, sənətkarlara ilham qaynağı olacaq qədər gözəl Amalfi sahilləri “National Geographic” tərəfindən də ən gözəl yolu olan yerlərdən biri seçilib.Sorrentodan Solernoya körfəz boyunca 50 kilometrlik məsafədə uzanan, iri qayalıqların yamaclarına naxış kimi səpələnən bir-birindən rəngli qəsəbələrin toplusudur Amalfi sahilləri... Cənnətdən bir parça da deyə bilərik bu yerlərə. Amalfi adı mifologiyadan gəlir. Yunan mifologiyasından tanıdığımız Heraklesin aşiq olduğu su pərisinin adı imiş Amalfi. Sevdiyi gənc yaşda öldükdə Herakles onu dünyanın ən gözəl yerində dəfn edəcəyinə söz verir. Həmin yer olaraq Amalfi sahillərini seçir və buraları sevdiyinin şərəfinə adlandırır.Positano, Praiano, Conca Dei Marini, Amalfi, Atrani, Ravello, Minori, Maiori və Vietri Sul Mare qəsəbələrindən ibarətdir Amalfi sahilləri. Bunların ən gözəli isə, heç şübhəsiz ki, Positanodur. İtaliyanın ən romantik qəsəbəsi olan Positano...Belə gözəlliyin də gözəl qiymətləri olacaq, təbii ki. Dəniz sahilinə endikcə restoranlar da, otellər də od tutub yanır. Yuxarı hissələrində, mərkəzdən və sahildən kənar yerlərində qiymətlər daha münasibdir. Çimərlikləri də çox məşhurdur Positanonun. Amma elə bilməyin ki, burada hər şey pulludur. Belə ki, çimərlikləri tam pulsuzdur. Təbii ki, əgər şezlonq və çətir götürməyəcəksinizsə. Şezlonq və çətirləri isə sahildəki kafe və restoranlar işlətiyi üçün onların müqabilində pul ödəmi olursan. İyul, avqust ayları ən qonaq-qaralı vaxtlarıdır Positanonun. İynə atsanız, yerə düşməyəcək qədər qonaq-qaralı...Dik yamaclarda bir-birinin üstündə tikilən rəngbərəng evləri, çəhrayı-bənövşəyi begonvilli, limon qoxulu, ilan kimi qıvrıla-qıvrıla sahilə enən dar küçələri ilə dünyanın ən sevimli qəsəbələrindəndir Positano. Əzəmətli qübbəsi ilə seçilən “Majolica” kilisəsinin qəsəbəyə qatdığı gözəlliyi fotoaparatımızın obyektivinə köçürərkən, Xristofor Kolumb küçəsində yeriyərkən, La Zagarada qəhvəmizi içərkən, Positano mənzərəsinin ən gözəl göründüyü yer olan Le Sirenuse otelinin terrasında ən gözəl şəkillərimizi çəkməyə çalışarkən zamanın necə keçdiyini bilmirik... Heç oyanmaq istəmədiyi bir yuxunun içində hiss edir burada insan özünü...Əgər yazını bəyəndinizsə aşağıda olan Facebook düyməsini seçərək blogpostu Facebookda paylaşın ki, dostlarınız da yazılarımızdan xəbərdar olsunlar. Yox əgər Gəzəyənlərin yazılarından ilk xəbər tutmaq istəyirsinizsə aşağıda “abunə ol” bölməsinə mailinizi yazaraq düyməyə klikləyin. Hələlik bu qədər, növbəti yazılara qədər…Paylaşdı: ‎‎‎Rena Karimova

3498 dəfə oxunub

Ölkədaxili səyahət marşrutları

Heellou, dear Gəzəyənlər! Bu aralar çoxumuzu maraqlandıran bir mövzu üçün, həm də əlidolu gəlmişəm Deməliii, qarşıdan 1 həftəlik bayram tətili gəldiyini nəzərə alaraq, ölkə daxilinə üz tutacaq şəxslər üçün kiçik bir məlumat postu, siyahı hazırlamaq fikrinə gəldim.(Gördüm siz yazmaqda tənbəllik edirsiniz)Sizin üçün indiyə kimi qrupda yazılan pütüüün fikirlərdən və öz qeydlərimdən ibarət bir must see" listi ortaya çıxarmışam. Təki hamı gəzsin Bunu qardaş qardaşa eləməz (Onnnly for #hele_ki_olkeni_kesf_eden_Gəzəyənlər )Aktiv və ya passiv istirahət sevənləri nəzərə alıb, istirahət mərkəzi və ya hiking istiqamətləri də qeyd etmişəm.Quba/QusarNüğədi kəndində Çənlibel gölü (payız mənzərəsi də əla olur)Məşhuuur Qəçreş meşələriQırmızı qəsəbəTəngəaltı ( burada Afurca şəlaləsini, Qonaqkəndi və bir çox maraqlı təbit mənzərəsi görə bilərsiniz. Restoranlar da var)Xınalıq ən məşhur marşurutdur bu istiqamətdə gəzməli, görməli nə azru edilirsə hamısı var.Küpçal, Alpan tarixi məkanlarıQudyalçay və ətrafı mənzərəli dağ kəndləri Alpan Yuxarı XanəgahGirdah kəndləriQrızdəhnə və qurqur şəlaləsiQubanin Tengealti kendinde Afruca selalesi de var.Hazır marşrut: Xınalığa doğru getmək üçün (Qəçreş meçəliyindən də keçirsiniz) Rixos hoteldə kanatdan istifadə etmək olar >>>5 dəq yolla Amsar kəndində balbulaq (cennetbagi istr merkezi) >>> ordan 5 dəq yolla 2-ci Nügədidə Çənlibel gölü>>>o yolla bir az aralıda(yarım saat olmaz) Təngalti,Afurca şəlaləsi Edited: hazırda kanat işləmir təəssüf ki.Girdah kəndində ki şəlalə üçünBakı>>>Quba rayonu ərazisi>>>Çağacuqçayın körpüsünü keçdikdən sonra təxminən 3-4 km-dən sonra sola Pirvahid kəndinə yol dönür>>>O yolla (asfaltdır) düz davam edirsiz->>> 7 km-dən sonra "T" yola çatdığınızda sola dönün>>>Təngəaltı istiqamətində davam edin>>>yenə Çağacuqçayın körpüsünü keçdikdən sonra "Rustov kəndi" yazısından sağa dönün>>> Başxanagah kəndinə doğru davam edin.Bakıdan Başxanagaha çatmağınız təxminən 3 saata mümkündür.Restoran və ya istirahət mərkəziQuba Mestergah Aynur otel Oscar Hotel Şahdağ HotelQərənfil istirahət mərkəzi varPark QusarXıdır və ya Xutorok Macara lake Alpin QusarHikinqYüksəklikdə yerləşən və şəlalələrlə zəngin kəndlər:Qrız, Qrız dəhnə, Küsnət, Qalaxudat kəndi(Şəlalələri hər fəsildə ayrı gözəldir) Kuzun-Laza şəlalələriCek kəndiBəybəyim dağı İsmayıllı İvanovka,Lahıc, Talıstan, Cavanşir qalası , Buynuz kəndi Basqal kəndi (kənddə yerləşən kəlağayı emalatxanası)Aşıq Bayramlı gölü, Cülyan, Qalacıq, Sumagalli kənd Herem qalası Xənəyi kəndi İ.MGreen house, Talıstan forestƏmrəki istirahət mərkəziQizil qaya (hoteli de var, koteci de)Xanagah kəndində - Qiz Qalası oteli Şəlalə- meşənin içində koteclər şəklində HikinqTalıstan kəndi- Qaranohur gölüFit dağıLahıc-Niyaldağ zirvəsi (2053 m) Ucqar kəndləriMücü kəndi KÖHNƏDAXAR kəndi DƏRƏ kəndi MÜŞKƏMİR kəndiZərnava kəndiŞamaxıPirquluda yerləşən-Rəsədxana.- Axşamlar saat 9dan sonra hava açıq olarsa kiçik teleskopdan baxa bilərsiz, aya və digər planetlərə. Böyük teleskop turistlər üçün açıq deyil, yalnız elmi tədqiqatlar üçündür.. Böyüklər 5 azn, məktəblilər 2 azn.Pirqulu meşələri, Çuxuryurd gölüBeyqurd qalası, Dəli çayQaladərəsi kəndində yerləşən şəlalə Qaleybuğurd kəndi. Dəmirçi kəndi.Sakit gölAvaxil,Qəleybuğurd kəndiYeddi gözəl Türbəsi, Xalçaçılıq sexi və M.Ə Sabirin ev muzeyiKələxana türbələriHazır marşrut: Pirquludan Dəmirçi kəndindən keçməklə Lahıca asvalt yol salınıb və gözəl mənzərələr ilə dağlarla (bəzi hissələrdə lalələr də görmək olar) gedib çıxır Lahıcaİstirahət mərkəzi"Abqora" Yeddi kümbəz kompleksichuxuryurd, demirchi, avaxil, qaladeresi, sis, qizmeydan kendleriPirquluda - Montana Göyqurşağı Safari parkHikinq Qaladərəsi kəndindəki Xalıt şəlaləsi, Ülgüc yaylağı Təxmini 10 km- 3 saat davam edən bir marşrutdurQala dərəsində Yaşıl gölHələ ki bu qədərƏyər faydalı olarsa, digər zonalar üçün davam edəcəm bunu. Hamısını eyni anda edə bilmədim, bir az vaxt tələb edir çünki hazırlamaq Vacib qeyd : Digər Gəzəyənlərə faydalı olmaq üçün: Postu oxuduqdan sonra “mütləq qeyd olunmalıdır” düşündüyünüz yerlər varsa, onları bildirə bilərsiniz ki, posta əlavə edim.: Qeyd edilən istirahət mərkəzlərində yalnız üzvlərin gedib istifadə etdiyi və feedback yazdığı yerlərdi. Başqa çox yerlər ola bilər təbii ki. İstifadə edib razı qaldığınız yerlər varsa, onları da bildirə bilərsiniz İstirahət mərkəzləri və ya digər yerlərlə bağlı məlumatlar update olunmamış ola bilər. Sadəcə yeri bilib, getməmişdən araşdırma edə biləsiniz deyə lazım olar Hər birinizə booool səyahətlər #gezeyenlerazerbaijan#part1#olkedaxili_seyahet

3175 dəfə oxunub
Bizi izləyənlər siyahısına qoşulun!