898 dəfə oxunub

Couchsurfingdə asan host tapmaq üçün tövsiyyələr

Keçən yazılardan birində ucuz səyahət etmə haqqında yazmışdım və o yazıda Couchsurfingə toxunmuşdum. Bu dəfə istəyirəm ucuz səyahət təşkil etmək istəyənlərin ən yaxın dostu Couchsurfing haqqında daha detallı məlumat verim. Özüm bir 10 dəfəyə yaxın Couchsurfinglə qonaq qaldığımdan və qonaq qəbul etdiyimdən düşündüm ki, bu vaxta qədər öyrəndiklərimi sizinlə də bölüşüm bəlkə sizin də yardımınıza çatar.

asas.jpg

Couchsurfing və ya qısa adıyla CS, 2003-cü ildə yardılmış qonaqlama saytı və sosyal şəbəkədir. Saytı yaratmaqda əsas məqsəd səyahət edənləri bir məkana toplamaqdır. Bir şəhəri gəzib-görmənin, kəşf etməyin ən gözəl üsullarından birinin yerli əhali ilə yaşamaq olduğunu nəzərə aldıqda, CS-dən gözəl imkan yaradacaq 2ci bir platforma gəlmir ağlıma. CS-in 2 əsas funksiyası var, qonaqlama-qonaq qalma və görüşmə/bələdçilik. Saytda qeydiyyat ödənişsizdir, sadəcə bir maillə və ya Facebookun köməkliyi ilə qeydiyyatdan keçmək olar.

CS əslində bəzi insanlar tərəfindən pulsuz gecələmə yeri kimi görsənsə də əslində bu qətiyyən belə deyil. CS-də adətən eyni ideyaları, dəyərləri, maraqları paylaşan insanlar görüşürlər, bir-birlərini qonaq edirlər. Yəni bu adamlar bizi pulsuz qonaq edirlər, bəs onların bu işdə marağı nədir ki? Sualının cavabı odur ki, sizi qonaqlayan şəxs, sizinlə vaxt keçirmək, müxtəlif ölkələrdən və mədəniyyətdən olan insanlar tanımaq, eyni dəyərləri bölüşmək istəyir ona görə də əgər CSə pulsuz qonaqlama yeri kimi baxırsınızsa, elə bəribaşdan qeydiyyatdan keçməyin və bu yazını da elə burdaca dayandırın :) amma mən bilirəm ki, bizim bloqumuzun oxucuları səyahəti sevən insanlardırlar ona görə də CSdən də qaydalar çərçivəsində istifadə edəcəklər.

Səyahətdən xaric oxu 1: Praqa və skelet kilsə Kutna Hora bələdçisi

Qısa olduğu üçün ilk öncə görüşmə və ya bələdçilik funksiyası haqqında məlumat verim. Bu funksiyadan istifadə etməklə şəhərinizə gələn turistlərə bələdçilik edə və ya getdiyiniz şəhərdə orada yaşayanlardan sizə bələdçilik etməsini xahiş edə bilərsiniz. Bunun üçün şəkildəki kimi sadəcə “Find hosts” seçib axtarış yerinə getdiyiniz şəhərin adını yaza və o şəhərdən olan CS-çilər üçün axtarış edə bilərsiniz.

budapest

Daha sonra açılan səhifədə “More Filters” seçərək “Wants meet up” seçiminə quş qoyursunuz, daha sonra isə yaş, cins və s. kimi seçimləri edərək yenidən axtarış verirsiniz. Bu dəfə getdiyiniz ölkədə sadəcə turistlərlə görüşmək istəyənlərin profilləri çıxacaqdır. Bəyəndiyiniz, sizə bələdçilik etməsini arzuladığınız profili seçərək 4-5 cümlədən ibarət bir mesaj yazaraq onunla görüşmək istədiyinizi və sizə bələdçilik etməsini xahiş edirsiniz. Sonrası isə məlumdur :)

Yox əgər sizin şəhərə gələn turistlərlə görüşüb, şəhərinizi turistlərə göstərib, onları gəzdirmək istəyirsinizsə onda siz “wants to meet up” seçimini edirsiniz və şəhərinizə gələn turistlər axtarış edərək sizə yaza bilərlər.

Səyahətdən xaric oxu 2: Addım-addım WizzAirlə bilet alma

Saytın digər mən deyərdim ki, əsas funksiyası isə qonaqlama (hosting) və qonaq qalmadır (surfing). Məsələn evinizdə boş bir çarpayı, otaq və ya sadəcə matras/döşək varsa və evinizi, otağınızı bəzən yatağınızı turistlərlə bölüşmək istəyirinizsə CSdə qeydiyyatdan keçib, sizə aid olan bölmələri doldurursunuz və ətraflı məlumat verirsiniz. Bundan sonra turistlər axtarış edəndə siz onlar;n siyahısında çıxacaqsınız və eviniz və özünüz turistin xoşuna gələrsə sizə sorğu göndərəcək ki, filan tarixlərdə sənin şəhərində olacam, məni qonaqlaya bilərsənmi?!

baku

Digər tərəfdən səyahətə gedənlər adətən öz profillərində elan verirlər ki, bu tarixlərdə bu şəhərdə olacam. Siz də yuxarıdakı fotodakı kimi, Find travelers seçib şəhərin adını yazıb axtarış etməklə şəhərinizə gələcək  turistlərin siyahısından evinizdə qonaq etmək istədiyiniz turistə səni qonaqlaya bilərəm deyə bir mesaj atıb onun cavabını gözləyə bilərsiz.

Qonaq qalma fuksiyasının digər xüsusiyyəti isə qonaq olmaqdır, məsələn siz deyək ki, Milana gedirsiniz və qalmağa yer axtarırsınız CSə girib profil açaraq, məkan hissəsində Milan yazaraq axtarış verirsiniz və çıxan siyahıdan bəyəndiyiniz istifadəçiyə sorğu göndərirsiz ki, bəs filan tarixlərdə Milanda olacam məni evində qonaqlaya bilərsənmi?! Digər tərəfdə (burada də ayrı :D )sizin qalmağınızı ya təsdiq edir, deyir o günlərdə uyğunam ya da profilinizi gözdən keçirib bir bəhanəylə deyir ki, həmin günlərdə boş deyiləm ya elə doğrudan da boş olmur.

Səyahətdən xaric oxu 3: Budapeşt - Peşt hissə bələdçisi

İndi yəqin ki, fikirləşirsiz ki,tanımadığın adamın evində qalmaq və ya tanımadığın adamı evində qonaq etmək necə olar ki?! Nə qədər təhlükəsizdir bu?! Məhz elə suallara görə də CS vaxt keçdikcə öz sistemini təkmilləşdirir və çalışır ki, istifadəçilərə daha təhlükəsiz bir sistem qursun. Ona görə də saytda feedback bölümünü itifadəyə verib. Turist ev sahibinin evində qalandan sonra onlar 1-1ləri haqqında olan fikirlərini saytda qeyd edirlər və bu feedbacklər hər kəs üçün açıq olur. Ona görə də hər zaman qonaq qalarkən də qonaq edərkən də bu feedbacklərə nəzər yetirin, çalışın azı 4-5 və pozitiv feedbackı olan istifadəçilərin evində qalasınız və ya qonaq edəsiniz.

Qonaq qalma üçün sorğu göndərərkən çalışın bu nüanslara diqqət edəsiniz, bu nüanslara diqqət etsəniz yəqin ki, asanlıqla olmasa da sizi evində qonaqlayacaq birini tapacaqsınız:
- İlk öncə çalışın profil yaradarkən orada olan bütün bölmələri doldurun, özünüz, maraqlarınız, hobbiniz, niyə CS istifadə etdiyiniz, sevdiyini kitablar, musiqi, filmlər, gəzdiyiniz ölkələr haqqında olan bölmələri doldurun,  çalışın azı 2-3 cümlə yazasınız. Profilinə 4-5 dənədən az olmamaq şərtilə foto yerləşdirin, çünki sizi qonaqlayacaq adam sizin necə göründüyünüzü təxmin etməlidir. Çalışın fotolardan 1-2-si dostlarınızla olan fotolar olsun ki, sizi qonaqlayacaq adam sizin asosyal biri olduğunuzu düşünməsin.

Səyahətdən xaric oxu 4: Roma bələdçisi

-  Sorğu göndərmək üçün ən ideal vaxt səfər tarixinizdən 10-15 gün öncədir, çünki çox erkən və çox gec olan sorğularda host tapmaq şansınız azalır

- heç zaman copy-paste mesajlar göndərməyin, çünki copy-paste mesajlar  qarşı tərəfdən çox asanlıqla anlaşılır və potensial hostunuz başa düşür ki, siz ona sorğu göndərərkən çox da vaxt sərf etməmisiniz. Qonaqlama üçün sorğu göndərmək bir növ motivasiya məktubu yazmaq kimi bir şeydir, hostunuzə mesaj göndərib ona izah edirsiniz ki, niyə hostunuz məhz sizi evində qonaq etməlidir. Çalışın hostun adını mesajda qeyd edəsiniz.

- CSdə sorğu göndərənlərin ən çox işlətdiyi yalnışlardan biri odur ki, sorğu göndərən mesajında qeyd edir ki, “mən o qədər sakit olacam ki, heç mənim sənin evində olmağım səni narahat etməyəcək, mənim varlığımı heç hiss etməyəcəksən”. Bu mesajda yalnış olan odur ki, sizi qonaqlayacaq adam sizi qonaqlayıb sizinlə vaxt keçirmək, sizi, ölkənizi və mədəniyyətinizi daha yaxından tanımaq istəyir.

- mütləq sorğu göndərərkən hostunuzun profilini əməlli başlı ələk-vələk edin. Hostunuzun nələrdən xoşlandığını, nələri sevmədiyini porfilindən oxuyun. Bəzən hostlar info bölməsində xüsusi sözlər gizlədirlər və deyirlər mesajınızda bu sözü işlətməsəniz avtomatik yox cavabı alacasınız. Bu yazını yaza-yaza elə növbəti səfərim üçün Belçikanın Brügge şəhərində host axtarırdım, hostlardan biri pofilində yazmışdı ki, mesajınıza Nutella sözü ilə başlayın, əks halda rədd cavabı alacaqsınız. Odur ki, sorğu göndərməmişədn əvvəl həm hostunuzun özü, həm də evi haqqında ola infoları mültəq oxuyun

- hostunuza gəlib çatacağınız və tərk edəcəyiniz vaxtları verməyə çalışın, hostunuz da insandır onun da özünə görə planları ola bilər :)

Səyahətdən xaric oxu 5: Budapeşt - Buda hissəsi

- Özünüzlə gedərkən hostunuz üçün getdiyiniz ölkədən kiçik suvenir, lokal bir şirniyyat və ya içki aparın, bu hostunuzda sizin haqqınızda xoş təəssüratlar yaradacaq

- fors major hallara hazır olun, ola bilər ki, səfərinizə saatlar qala hostunuz sizi qəbul edə bilməyəcəyini söyləsin, çalışın öncədən buna uyğun bir B planınız olsun. Bundan başqa hər şəhərin özünün CS-də “Last minute Şəhərin adı” adlı qrupları olur, Last minute Paris, last minute Berlin və s. Kimi o qruplara girib hostunuzun son saniyədə sizi qarşılamaqdan boyun qaçırdığını yazıb kiminsə sizi qonaqlayacağına ümid edə bilərsiniz :)

Yazını bəyəndinizsə aşağıda olan Facebook düyməsini seçərək blogpostu Facebookda paylaşın, dostlarınız da yazılarımızdan xəbərdar olsunlar. Yox əgər blogun yazılarından ilk xəbər tutmaq istəyirsinizsə sağ tərəf yuxarıda olan “abunə ol” düyməsinə klikləyin. Hələlik bu qədər, növbəti yazılara qədər :)

DİGƏR BLOQLAR

ABŞ turistik vizası necə alınır?

ABŞ turistik vizası necə alınır?Əvvəlcə aşağıdakı link vasitəsilə “DS-160” yəni onlayn ərizəyə keçid edirik.Link: https://ceac.state.gov/genniv/SELECT ONE hissəssində “Azerbaijan” seçirik. Enter the code as shown: Burada böyük şriftlərlə yazılmış təhlükəsizlik kodunu daxil edirik. Sonra əvvəlcədən komputerimizdəki şəkilimizi əlavə edirik (Test Photo Photo Standard Guide).Daha sonra “start application” seçirik. Aşağıda “I agree”-yəni “mən razıyam” hissəsini seçərək təsdiq edirik.Yeni səhifə açılır. Burada suallardan birini seçirik və aşağıda onun cavabını yazırıq.Nümunə. Sual: Uşaqlıq dostunuzun adı.Cavab: Hacı SurxaySonra “continiue” yəni davam etməyi seçirik və növbəti hissəyə keçid edirik.Burada ad, soyad, cinsiyyət, ailə vəziyyəti, doğum tarixi, anadan olduğumuz yeri yazdıqdan sonra “next personal 2” hissəsinə keçid edirik.Burada “Country/Region of Origin (Nationality)” sualına Azerbaijan cavabını yazırıq. Digər iki suala “no” yazıb keçirik. National Identification Number sualına ş/v nömrəsini yazırıq. Digər iki suala“no” yazıb keçirik. Next Travel düyməsini seçərək növbəti hissəyə keçid edirik.Sual: Purpose of Trip to the U.S.Cavab: TEMP. BUSINESS PLEASURE VISITOR (B)Sual: Specify:Cavab: BUSINESS & TOURISM (TEMPORARY VISITOR) (B1/B2)Sual:Have you made specific travel plans?Cavab: YESSonra təyyarə bileti bronu və hotel rezervasiyaları məlumatlarını daxil edirik.Sonra “next Travel Companions Information” hissəsinə keçid edirik.Burada “Are there other persons traveling with you?” sualına “no” cavabını yzaraq növbəti hissəyə keçid edirik.”Previous U.S. Travel Information” hissəsində bütün suallara no cavabını yzaraq növbəti hissəyə keçid edirik. Burada ünvanlarımızı, telefon nömrələrimizi və sosial şəbəkə hesablarımızı yzaraq “Passport Information” hissəsinə keçid edirik.Sual: Passport/Travel Document TypeCavab: RegularSual: Passport/Travel Document NumberCavab: C0……..Sual: Passport Book NumberCavab: Does not applySonra passport məlumatlarımızı daxil edərək “U.S. Point of Contact Information” hissəsinə keçid edirik.Burada ABŞ-da qalacağımız hotelin məlumatlarını daxil edirik.Sonra “Family Information” hissəsinə keçid edirik. Burada ailəmizə aid məlumatları daxil edirik.Sonra “Work/Education” hissəsinə keçid edirik. Burada iş və təhsillə bağlı hissələri doldurduqdan sonra bütün mənasız suallara no cavabını verərək keçirik və fotomuzu daxil edirik.Sonra bütün daxil etdiyimiz məlumatları gözdən keçirib təsdiqləyirik və PDF şəklində özümüzdə saxlayırıq. Təsdiq etdikdən sonra təsdiq kodunu itirmək olmaz. (Application ID AA00BIHF2F)Daha sonra aşağıdakı link vasitəsi ilə qeydiyyatdan keçərək viza rüsumu (160$) ödəməli və görüş (appoitment) təyin etməliyik.Link: https://ais.usvisa-info.com/en-az/niv/users/sign_inLinkə daxil olduqda əvvəlcə “Create an account”, sonra isə “I have completed the U.S. Nonimmigrant Visa Application (DS-160) form and I need to apply for a visa.” bəndini seçirik.Burada rüsumu ödədikdən sonra sistemin təklif etdiyi gün və saatlardan bizə uyğun olanını seçirik və tələb olunan sənədlərlə birlikdə səfirliyə yaxınlaşırıq.Tələb olunan sənədlər:B1/B2 vizasına müraciət edərkən siz aşağıdakı sənədləri təqdim etməlisiniz:Xarici pasport və şəkil olan səhifəsinin surəti.Əvvəlki vizalarınızın və giriş-çıxış möhürlərinizin surəti.Şəxsiyyət vəsiqənizin surəti.İş yerindən arayış.Bankdan arayış və çıxarış.Mülklərin, çıxarışlarının və avtomobilinizin texpasportunun surətiNikah haqqında şəhadətnamənizin və uşaqlarınızın doğum haqqında şəhadətnamələrinin surəti.2 ədəd 5x5 ölçüdə və ağ fonda şəkil.Aviabilet bronu və hotel rezervasiyası.10.Viza ödənişininin qəbzi və görüş tarixiniz qeyd olunmuş PDF.11.DS-160 ərizə formanızın təsdiqi.Konsulla görüş.ABŞ konsulu birbaşa özü sizinlə görüşəcək. Düşündüyünüzdən dəfələrlə artıq tülküdür. Sizə HR (recruitment) mütəxəssislərinin, hətta şeytanın belə ağlına gəlməyəcək qəribə suallar verə bilər.Xüsusilə aşağıdakı sualların cavablarını əzbər bilməlisiniz.Niyə ABŞ?ABŞ-da olmusunuzmu?Niyə ABŞ səyahətini bu ilə planlamısınız?ABŞ-a kim ilə gedəcəksiniz?Haralara gedəcəksiniz?Nə qədər qalmağı planlaşdırırsınız?Daha çox qalmaq ehtimalınız varmı?Nə qədər pul xərcləyəcəksiniz?Vəzifəniz (peşəniz) nədir?Gəliriniz nə qədərdir?ABŞ-da dostlarınız, yaxınlarınız varmı?ABŞ-da qalınb işləmək planınız varmı?Aviabilet bronlarınız varmı?Əvvəl başqa ölkələrdə səyahətdə olmusunuzmu?Sizin geri qayıdacağınıza necə əmin ola bilərik?Hüseynbala Mirələmovu tanıyırsınızmı? Görüşün sonunda sizə viza verilib-verilməyəcəyi bildirilir.Əgər yazını bəyəndinizsə aşağıda olan Facebook düyməsini seçərək blogpostu Facebookda paylaşın ki, dostlarınız da yazılarımızdan xəbərdar olsunlar. Yox əgər Gəzəyənlərin yazılarından ilk xəbər tutmaq istəyirsinizsə aşağıda “abunə ol” bölməsinə mailinizi yazaraq düyməyə klikləyin. Hələlik bu qədər, növbəti yazılara qədər…Paylaşdı: Elşən İsmayılov

639 dəfə oxunub

Sərfəli London

Londondakı  bütün otel, apartament və hostelləri bu linkdən book (bron) edə bilərsiz.Londonu nəinki Britaniyanın, hətta Avropanın da paytaxtı adlandırardım. Gözəl, təmiz, səliqəli və multikultural şəhərdir. Sözüm onda yox.WizzAir gözlənildiyi kimi Kutaisidən (Gürcüstan) Londona (Luton aeroportu) birbaşa reyslərə başladı. Beş saat on dəqiqə çəkən bu uçuş WizzAirin ən uzun müddətli birbaşa uçuşudur. İlk uçuşda mən də iştirak elədim və qərara gəldim ki, xərclər haqqında məlumatı sizinlə bölüşüm.KUTAİSİYƏ QƏDƏRUçuş 18 iyun saat 15:55-də idi. Amma mən dedim bir gün tez gedim Tiflisdə də gəzişim. Tiflisə qatarla getdim, plaskart kateqoriyalı biletin qiyməti 22 manat idi. Gecələmək üçün airbnb.com saytından ev bronladım, 19 dollar (32 AZN). Evin linki budur:  https://www.airbnb.com/rooms/13454409 . Çox bəyəndim bu evi, Rustaveli küçəsindən 2 dəqiqəlik məsafədə idi. Tiflisdən Kutaisi aeroportuna getməyin bir neçə yolu var. Daha ucuz yolu Didube metro stansiyasında yerləşən regional avtovağzaldan Kutaisi şəhərinə getmək (adambaşı 10 Lari = 7 AZN) və Kutaisi şəhərinin avtovağzalından aeroporta germəkdir (adambaşı 2 Lari = 1.4 AZN).AVİABİLET VƏ UÇUŞGediş-dönüş aviabiletini 167 Lari = 118 AZN-ə almışdım. Gedəndə təyyarə gecikmədi, amma qayıdanda 2 saat gecikdi. Təyyarə çox təmiz və səliqəli idi. Hosteslərin əksəriyyəti gürcü idi və gülərüz idilər (!) )))Gedəndə Lutonda passport controlda 2 saat növbədə durduq. Vəziyyət o hala gəldi ki, aeroport işçiləri su paylamağa başladılar. Səfərlərinizdə bunu nəzərə alın. Bir də onu qeyd edim ki, Britaniya aeroportlarından harasa uçanda passport control olmur. Yəni ki, pasporta möhür (peçat) vurulmur.LUTONDAN LONDONALuton aeroportu mərkəzdən 58 km aralıdır. Lutondan mərkəzə avtobus (easybus.com və nationalexpress.com) və qatarla (www.thameslinkrailway.com) gedə bilərsiniz. Avtobusla 1 saat 40 dəqiqəyə, qatarla isə 40 dəqiqəyə mərkəzə çatmaq olar. Mən gedəndə qatarla (10 GBP = 22 AZN), qayıdanda isə easybusla  (6 GBP = 13 AZN) gəldim. Qatar stansiyasına (Luton Airport Parkway) getmək üçün aeroportdan 2.5 GBP ödəyib avtobusla 7-8 dəqiqə yol gedirsiniz.GECƏLƏMƏKGecələmək üçün yenə də airbnb.com saytında istifadə elədim və Canada Water metrosundan 7-8 dəqiqəlik məsafədə olan bir evdə otaq kirayələdim. 4 gecə üçün 137 dollar = 234 AZN ödədim. Evin linki: https://www.airbnb.com/rooms/14279332 .VİZABritaniya vizası çətin alınan vizalardan biridir, ən ucuz variantı qiyməti 200 manata yaxındır. Sənəd siyahısı şengen ilə eynidir, 6 aylıq multi giriş-çıxışlı verilir.QİDALANMALondon dünyanın ən bahalı şəhərlərindən biridir. Xidmət bahadır, amma marketlər (Lidl, Tesco) əlverişlidir. Hazır yeməklər çoxdur və müxtəlifdir. Yəni ac qalmaq olmur ????SONDABu səfərdən qısa on/off video hazırlamışam. Bu bloq yaxşı oxunsa sabah da onu paylaşacam ????Əgər yazını bəyəndinizsə aşağıda olan Facebook düyməsini seçərək blogpostu Facebookda paylaşın ki, dostlarınız da yazılarımızdan xəbərdar olsunlar. Yox əgər Gəzəyənlərin yazılarından ilk xəbər tutmaq istəyirsinizsə aşağıda “abunə ol” bölməsinə mailinizi yazaraq düyməyə klikləyin. Hələlik bu qədər, növbəti yazılara qədər…Paylaşdı: Azər İsmayıl  

610 dəfə oxunub

Hollandiyada nəqliyyat

Hollandiyada nəqliyyat ümumi götürdükdə heç də ucuz deyil. Buna baxmayaraq, bir çox hallarda ucuz səyahət etmək mümkündür. Bunun üçün isə Hollandiyada nəqliyyatın neçə işlədiyini bilmək və hansı endirimlərdən istifadə etməyi bilməlisiz. İlk öncə başlayaq Hollandiyadakı nəqliyyat kartından. Burada rəsmi nəqliyyat kartı – OV-Chipkaart deyilir. Əgər Hollandiyaya bir neçə günlük gəlirsizsə, bu kartdan almağınız mütləqdir. Əks təqdirdə hər kağız bileti üçün əlavə 1 avro ödəyəcəksiz. Avtobus/Metro/Tramvaylarda isə səyahət daha baha olacaq, çünki orada saatlıq və ya günlük biletlər almalı olacaqsız.OV-CHIPKAART (Qatar/Avtobus/Metro/Tramvay kartı)Bu kartın qiyməti 7 avrodur. Bir neçə növləri var. Disposable, Anonymous, Personal, Business. Disposable bir dəfə istifadə oluna bilər və içinə əlavə pul yükləmək olmur. Kağız-kart formasında olur. Günlük disposable kartlar isə 24 saat istifadə oluna bilər, ancaq ondan sonra istifadə oluna bilməz. Anonymous da buna bənzər olsa da, plastik formada olur və içinə pul yükləyərək istədiyiniz qədər istifadə oluna bilər. Anonymous karta heç bir xüsusi endirim yükləmək olmur, yalnız ças-pik saatlarından kənarda 40% endirimdən başqa. Bunlar barədə ətraflı daha sonra. Personal kartlar isə Hollandiyada hər hansı evdə qeydiyyatda olduğunuz zaman əldə etmək mümkündür. Online sifariş oluna bilər yalnız. Bu karta isə hər cürə abunələr və ya endirimlə almaq/yükləmək olur. Business OV-Chipkaartlar isə işlədiyiniz şirkət tərəfindən verilir və içinə şirkətdən asılı olaraq müxtəlif abunəliklər əlavə etmək mümkündür.OV-Chipkaartdan istifadə qaydalarıHollandiya nəqliyyatında check-in, check-out sistemi mövcuddur. Bu nə deməkdir? Qatara minmədən öncə xüsusi yerlərdə (əgər girəcəkdə qapı yoxdursa) və ya qatar stansiyasının girəcəyində qapılar olur ki, bu kartdan istifadə edərək o qapını aça bilərsiz. Buna check-in deyirlər. Anonymous kartlar ilə qapını açmaq üçün hesabda minimum 20 avro olmalıdır. Qatardan düşüb stansiyadan çıxarkən isə kartı yenidən istifadə etməklə stansiyanı tərk edə bilərsiz. Buna check-out deyirlər. Bu zaman isə sizin mindiyini stansiya ilə endiyiniz stansiyanı nəzərə alaraq ona uyğun pulu, öncədən depizot kimi saxladığı 20 avrodan çıxır və qalığı geri qaytarır. 40% endirim olan personal ov-chipkaartlarda isə check-in üçün minimum 10 avro olmalıdır kartda. Ölkədən çıxarkən kartda qalan bütün qalıq pulları stansiyalarda olan NS şirkətinin mərkəzlərindən geri götürə bilərsiz. Ancaq kartın özünü geri verə bilməzsiz. Başqa şəxs olarsa, ona sata bilərsiz.Qatarlar üçün minimum 20 avro, avtobus/metro/tramvay üçün isə müsbət balans olmalıdır. Yəni 0 olsa da olar, yetər ki, mənfi olmasın. Yəni kartda 0 avro hesab ilə avtobusa minib düşəndə hesab mənfiyə düşür. Ona görə avtobus/tramvay/metro üçün kartlarınızda hər zaman ən azı 5 avro saxlamağa çalışın. Check-in və check-out etməyi isə unutmayın! Check-in etmədikdə qatarda yoxlama zamanı 55 avro + gediş haqqı cərimələyəcəklər. Check-in edib check-out etmədikdə isə check-in etdiyiniz zaman rezerv olunan 20 avro (qatarlar üçün) və ya 4 avro (avtobus/metro/tramvay üçün) hesabınızdan tam silinəcək. Belə olan halda isə NS şirkətinə zəng vurmaqla, pulu geri qaytara bilərsiz. Check-out etməmək necə olur? Bəzi hallarda qatar stansiyasında qapılar yoxdur. Sadəcə xüsusi quraşdırılmış qurğular olur ki, onlardan istifadə edərək check-out edə bilərsiz. Çox zamanlar da insanlar unudurlar və beləcə hesabdan rezerv olunan bütün məbləğ silinir. Check-out etməyi unutmayın!QATARHollandiyada ən böyük qatar şirkəti NS-dir. Bütün qatar cədvəllərinə isə (https://www.ns.nl/en) saytından baxa bilərsiz. Burada həmçinin qatarın qiyməti də qeyd olunur. “Show discount and return price”-ın üstünə klikləməklə isə bütün endirimli qiymətləri də görə bilərsiz.AVTOBUS/METRO/TRAMVAYAvtobus və tramvay qiymətləri şəhərdən şəhərə dəyişir. OV-Chipkaart istifadə edəcəyiniz təqdirdə saatlıq, günlük və ya aylıq bilet almağa ehtiyac yoxdur. Yox əgər şəhər daxili çox səyahət edəcəksizsə, o zaman günlük və ya aylıq bilet almalısız ki, bu da şəhərdən şəhərə dəyişir. Günlük Amsterdam biletlərinin qiymətinə baxmaq üçün bu saytdan istifadə edə bilərsiz: https://en.gvb.nl/gvb-dag-meerdagenkaart. Günlük bilet isə ilk check-in etdiyiniz andan 24 saat ərzində keçərlidir. Bu günlük biletləri isə ya OV-Chipkaarta yükləyə bilərsiz, ya da bir dəfəlik istifadə oluna bilən kart şəklində ala bilərsiz.Səyahət edəcəyiniz ünvanları bildiyiniz təqdirdə və ya səyahət edəcəyiniz yol həm qatar, həm də avtobusdan ibarətdirsə, bu saytdan istifadə edə bilərsiz: https://9292.nl/en.ENDİRİMLƏR (Yalnız qatarlar üçün)Endirimlərə keçmədən öncə bunu bilmək önəmlidir ki, demək olar ki, bütün endirimlər “ças pik” vaxtından kənar üçün nəzərdə tutulur. Hollandiyada “ças pik” saatları 06:30-09:00 və 16:00-18:30 olaraq təyin olunub və bir çox hallarda endirimlər bu saatlar üçün nəzərdə tutulmur. Bileti alarkən şərtləri oxuyun mütləq. Həftəsonları (şənbə, bazar) isə “ças pik” yoxdur və istənilən saatda endirimlə səyahət edə bilərsiz.Hollandiyada qatarlar çox bahadır. Ancaq NS şirkəti sağolsun ki, daimi olaraq endirimlər təqdim edirlər.1. Əgər gələcəyiniz müddətdə təsadüfən qarşınıza AH, HEMA və ya Kruidvat mağazalarının önündə endirimli “Dagkaart” (Day Card) reklamlarını görsəz, mütləq alın. Çünki bu biletlərin əsli 50 avro olsa da, endirim zamanı 16 avro olur və Hollandiya daxili qatarlardan günlük istədiyiniz qədər istifadə edə bilərsiz. Bu kart əsasən də Giethoorn və ya digər uzaq şəhərlərə gediş-gəliş üçün sərfəlidir. Ancaq bu kartlar 2 ayda cəmi 1 dəfə satışa çıxarılır və 3 gün içərisində bitir. Belə olan halda isə bu saytdan istifadə edərək digər endirimləri görə bilərsiz: https://www.treinreiziger.nl/category/treinkaartjes/.2. Ən çox istifadə etdiyim 1 tərəfli 12 avro (istənilən şəhərdən istənilən şəhərə) olan endirimdir (https://www.treinreiziger.nl/treinactie-twee-enkele-reizen…/). Ancaq bunu da almaq üçün gərək 2 ədəd alasız və eyni gündə istifadə etməyə məcbur deyilsiz. Əlavə şərtlər üçün isə sayta baxmağınız mütləqdir. Bir də bu biletləri mütləq çap etməlisiz. Stansiyada 1 avroya çap edirlər. İstifadə müddəti 31 Avqusta kimi.3. Onlayn “Dagkaart” yəni günlük qatar bilet almaq istəsəz, qiyməti 19 avrodur. https://www.treinreiziger.nl/ns-dagkaart-actievandedag/. İstifadə müddəti 31 Avqusta kimi.4. Ən azı 4 nəfər olduğunuz təqdirdə “Group Ticket” ala bilərsiz. Bu biletləri isə NS-in App Store və ya Play Store-da olan “Reisplanner” adlı proqramına yükləyə bilərsiz. Çap etməyə ehtiyac yoxdur. 7 nəfərə kimi nə qədər çox adam olarsızsa, bir o qədər çox ucuz düşər bilet. 4 nəfər üçün isə toplam 30 avro edir. Adam başı 7.50 avro yəni. 1 tərəfli gediş. Bilet almaq və ya əlavə məlumat üçün: (https://www.ns.nl/pr…/…/meest-gekocht/p/groepsticket-daluren)5. Hollandiyadan digər ölkələrə gedən qatar və ya avtobuslara baxmaq üçün isə https://www.nsinternational.nl/en/home saytından istifadə edə bilərsiz. Əlbəttə paralel olaraq https://www.goeuro.com/ istifadə edə bilərsiz.6. Əgər heç bir endirim əldə edə bilməsəz, o zaman Anonymous OV Chipkaartınıza 40%-lıq endirim yükləyə bilərsiz. Bunu ya stansiyada yerləşən aparatlardan ya da bilet mərkəzlərindən kartınıza “Joint Travel Discount” vəya “Combined Travel Discount” (holland dilində isə “Samenreiskorting”) yükləyə bilərsiz. Bunu istifadə etmək üçün isə gərək səyahət edən və kartında 40% endirim olan bir nəfərdən xahiş edəsiz ki, onunla birgə səyahət edəsiz. Yəni yoxlama gələrkən bunu soruşa bilər. Check-out etdikdən sonra yenidən bundan yararlanmaq istəyirsizsə, o zaman yenidən aparat vasitəsilə karta bunu yükləməlisiz.7. 4-11 yaşlı uşaqlar isə hər zaman pulsuz səyahət edirlər. Uşaqlar üçün kartın qiyməti isə 1 centdir. Bu kartı isə yalnız online sifariş etmək olur (https://www.ns.nl/en/season-tickets/kids-vrij.html). Stansiyada yerləşən bilet mərkəzlərindən əldə etməklə bağlı məlumata isə sahib deyiləm.Demək olar ki, bütün əsas məqamları vurğulamağa çalışdım. Mövsümi abunəliklər və biznes OV Chipkaartlar barədə isə ehtiyac olmadığı üçün yazıya əlavə etmədim. Əgər Hollandiyada yaşayırsızsa, o zaman əlaqə saxlayın, bunlar barədə də ətraflı məlumat verməyə çalışaram. Ola bilər ki, bəzi məqamları qeyd etməyi unutmuşam. Əgər belə hal olarsa, bildirin, məmnuniyyətlə məqaləyə əlavə etməyə hazıram :) Xoş səyahətlər!P.S.: Əgər bu məqaləni 31 Avqustdan sonra oxuyursuzsa,https://www.treinreiziger.nl/category/treinkaartjes/ saytına girməklə digər endirimlər barədə məlumatlar əldə edə bilərsiz. Saytın niderland dilində olmasına baxmayaraq google translate-dən istifadə edərək yararlana biləcəyinizə əminəm.Əgər yazını bəyəndinizsə aşağıda olan Facebook düyməsini seçərək blogpostu Facebookda paylaşın ki, dostlarınız da yazılarımızdan xəbərdar olsunlar. Yox əgər Gəzəyənlərin yazılarından ilk xəbər tutmaq istəyirsinizsə aşağıda “abunə ol” bölməsinə mailinizi yazaraq düyməyə klikləyin. Hələlik bu qədər, növbəti yazılara qədər…Paylaşdı: Shamil Mustafayev

713 dəfə oxunub

UCUZ-UCUZ SƏYAHƏT EDƏK?

1. TURŞİRKƏTDƏN VAZ KEÇİN, ÖZÜNÜZ SƏYAHƏT EDİN Turşirkətlərin xidmətlərindən imtina edib, özünüz səyahət etsəz, bir xeylaq pula qənaət etmənizdən əlavə, həm də daha maraqlı səfər yaşaya bilərsiz.  Düzdür, bu halda səyahətdə hər hansı problemlə qarşılaşsaz, onu da özünüz həll etməli olacaqsız, amma turşirkət də bir çox hallarda yaranmış problemli situasiyadan aradan çıxmağa cəhd göstərir və ya problemin həll olunmasında gücsüz olur. Məsələn, turşirkətlə getdiyim son səyahətdə əlimdə Keniyaya giriş üçün onlayn vizam olduğu halda, sərhəddə Azərbaycan vətəndaşları üçün onlaynla alınmış deyil, yalnız səfirlikdən alınmış vizanın gərəkli olduğunu deyib deport etdilər. Üzdülüyümə salıb 2 saatlıq yol gedərək o biri səmtdəki girişdə də cəhd göstərdim. Orda 1-cidən də betər deport etdilər. Turşirkətin nümayəndəsi də, sərhəddə bir az dil tökdü oranın əməkdaşlarıyla, sonda da dedi ki: «Biz tay gedək». Dəstəni də yığdı getdi. Mənciyəz də qaldım yalqız. Və ya Yaponiya səfərində dostum qeybə çəkilmişdi, zənglərə cavab vermirdi, artıq yola düşmək zamanı idi, turşirkətin rəhbəri yenə çiyinlərini çəkdi. Yaxşı ki, sonda, nəhayət, tapıldı (hansısa oteldə yıxılıb yatmışdı).  Tanzaniyaya da turşirkətin xətti ilə getmişdim. O ki, bir çox səhifələrdə yazırlar e – Tanzaniyada vətəndaşlarımıza vizanı sərhəddə verilirlər, cibimizə də 5-10 dollar basırlar təşəkkür əvəzi ki «Çox sağ olun ki, bizim ölkəyə gəldiz» – o da boş söhbətdi. Tanzaniya gömrükçüləri sərhəddə o qədər halıma acıdılar ki, ürəyim ağrıdı lap onlara. Amma yenə deport elədilər ki, «vətəndaşlarınız dəvət ya vizayla gəlməlidirlər». Yəni sözüm ondadır ki, turşirkətlə də gedəsi olsaz, çox vaxt yaranmış problemlə elə özünüz baş-başa qalacaqsız. Özünüzün etdiyiniz səyahətdə xəyallarınızın marşrutunu da özünüz cızırsız, uçuş üçün də pul kisənizə uyğun bilet, otel seçirsiz və s. Tələsdirən yox, vaxtı güdən də yox. Ən önəmlisi də, səyahətə xərclədiyiniz pul qat-qat ucuz başa gəlir. © Ukrayna 2. PLANLAŞDIRIN Səyahətinizi nə qədər qabaqcadan planlaşdırsaz – maliyyə baxımından bir o qədər çox qabaq düşəcəksiz. Təyyarə uçuşları, dəmiryolu qatarına bilet, otel rezervasiyası, müxtəlif tədbirlərə bilet, konsert, festivallar… Məndə bu hazırlıq 5-6 ay öncə start verir.  Avropada qatar biletlərinə satış bir neçə ay öncə başlanır. Satışın ilk günlərində də standart qiymətlərdən 2-3 dəfə daha ucuz bilet almaq olur. Həm də növbələrdə dayanmaqdan qurtula bilərsiz. 3. YOL XƏRCLƏRİNƏ QƏNAƏT EDİN Yollarda xərclədiyiniz pullar səyahətin ən çox pul aparan hissəsidir. YANDROUKI.BY saytında təyyarə, dəmiryolu, avtobus biletlərinə, avtomobil icarəsi və qalmaq üçün yerlə bağlı olan çoxsaylı endirimlər olur. Sayt özlüyündə heç bir turist xidməti təşkil etmir, yalnız endirimlər barədə məlumat verərək, xidməti təqdim edən şirkətlərin saytlarına birbaşa keçidləri verir. 4. UCUZ BİLET AXTARIŞI İLƏ GOOGLE-Nİ DARMADAĞIN EDİN Əslində, bunun üçün çox vaxt 1-2 səhifə də bəs edir. Məsələn, gül kimi KIWI. O ki, sual verirsiz e «Filan yerdən filan yerədək ucuz bileti necə ala bilərəm?» – cavabı elə bu səhifədədir. Ən mümkün istiqamətlərdə ən ucuz aviabiletləri sizin üçün hazır edəcək. © Serengeti, Tanzaniya 5. AEROPORTDAN OTELİNİZƏDƏK MƏSAFƏDƏ QƏNAƏT EDİN Demək olar ki, bütün aeroportlardan mərkəz hissəyə taksi ilə deyil, avtobusla da getmək olar. İnternetdə əvvəlcədən axtarıb tapın görün hansı şirkətlərin avtobusları bu və ya digər aeroportdan mərkəzə hərəkət edir. Yox, dirəşib taksi ilə getmək istəsəz, taksini aeroportda axtarmayın, çünki oradakılar sizi, adətən, daha baha qiymətə aparmaq həsrətində olacaqlar.  Aeroportdan otelinizə beynəlxalq transfer şirkətlərinin təqdim etdiyi xidmətlərdən yararlanaraq da çata bilərsiz. Məsələn, KIWITAXI, HolidayTaxi. Aeroportda həmin şirkətlərin əməkdaşları üzərində adınız yazılmış lövhəylə sizi qarşılayacaq. Ödənişi bank kartı ilə də edə biləcəksiz. 6. GÜL KİMİ HOSTELLƏR Hostel həm ucuzdur, həm yeni insanlarla rahat tanış olmağınız üçün gözəl məkandır. Mən, məsələn, Barselonanın düz mərkəzində, yaxşı şəraitli, səhər yeməkli hosteldə qalırdım. Minimal məbləğə. Ailə ilə səyahət edirsizsə, bu halda apartamentlərə üstünlük verin. Makedoniyada icarəyə götürdüyüm apartamentə otelə verəcəyim məbləğdən ikiqat ucuzunu verdim. Gül kimi də ev idi. Belə olan halda, lap supermarketdən ərzaq alıb özünüz evdə yemək də hazırlaya bilərsiz. Restoran filana da getmək olar 1-2 dəfə, amma gündəlik restoranları zəbt etsəz, əlbəttə, bir xeylaq xərcləməli olacaqsız.  7. QALMAQ ÜÇÜN ALTERNATİV ŞƏRAİTDƏN BƏHRƏLƏNİN Aqroturizm deyilən bir şey var. Havayı qalmaq üçün yer, yemək, əvəzində də ev yiyəsinə gün ərzində bir neçə saat kömək etmək.  Məsələn: HELP EXCHANGE resursunda dünyanın müxtəlif yerlərindən olan adamlar fermada filanda bir neçə saat işin müqabilində turistlərə qalmağa yer və qida təklif edirlər. WWOOF 70-dən çox ölkədə fəaliyyət göstərən beynəlxalq təşkilatdır ki, turistlərə orqanik ferma, bağçalarda işin müqabilində qalmağa yer və yemək-içmək təklif edir. COUCHSURFİNG-i çoxlarınız eşitmisiz. Səhifədə qeydiyyatdan keçirsiz, gələn qonaqları evinizdə qəbul edə və ya özünüz səyahət zamanı həmin qəbuldan faydalana bilərsiniz. HOUSECARERS isə uzun müddətə harasa getmiş ev yiyəsinin evinə nəzarət etmək imkanı verən səhifədir. Həm də qalmağa yeriniz olur. © Tarangire, Tanzaniya 8. DƏYİŞ-DÜYÜŞLÜ MƏZUNİYYƏT Çox adam səyahətə çıxma ərəfəsində AİRBNB saytı vasitəsilə öz evini icarəyə verir, özünüz gəzib-dolanırsız, evinizdə qalanın ödənişi də kartınıza oturur. Və ya evinizi pulsuz-parasız müvəqqəti dəyiş-düyüş edirsiz: məsələn, Almaniyadan filankəs gəlib sizin evdə qalır, Siz isə filankəsin Almaniyadakı evində. Bu cür xidmətlər təklif edənləri aşağıdakı saytlarda tapmaq olar: HOMEEXCHANGE HOMELINK Rusdilli OBMENDOMAMI resursu keçmiş SSRİ üzrə bu cür təklifləri yerləşdirir. 9. PULSUZ-PARASIZ ƏYLƏNCƏLƏR Yola düşməzdən əvvəl gedəcəyiniz yerdə hansı pulsuz əyləncə tədbirlərinin keçiriləcəyi ilə maraqlanın. Festivallar, konsert proqramları, açıq qapı günləri, ekskursiyalar… Bütün bunları çox vaxt böyüklü-kiçikli şəhərlərdə tapmaq mümkündür. Məsələn, elə Bakının özündə də tursitlərə pulsuz ekskursiya təklif edən qruplar var. FREETOUR saytında pulsuz piyada turlar barədə məlumat almaq olar. 10. BİR AZ ÇEVİK OLUN Eksperimentlərdən, qəfil marşrutu dəyişməkdən çəkinməyin. Əvvəlki yazımda qeyd etmişdim, imkan varsa tam tur mövsümündə səyahətə çıxmayın, mövsümün sonuna və ya mövsümün başlanmasına 1-2 həftə qalmış həm turist axını az olur, həm də qiymətlər çox ucuzlaşır. Bu minvalla pula 50%-dək qənaət etmiş olarsız. BƏS SİZ SƏYAHƏT ZAMANI HANSI QƏNAƏT ÜSULLARINDAN YARARLANIRSIZ? © Zənzibar, Tanzaniya   Paylaşdı: Ali Akbar (travelstory.az)

1021 dəfə oxunub
Bizi izləyənlər siyahısına qoşulun!