1598 dəfə oxunub

Yaşamağa İsveçrə, gəzməyə Fransa

Bir az uzun olacaq amma mütləq oxuyun????
France & Sweden

İlk öncə ????Paris???? Ümumilikdə məni bura gəlməyimə peşman eləməyən şəhər. Hər məkanında tarix yazılan şəhər. Əlbətdə hər kəs kimi məni də cəlb eləyən birinci mənzərəsi "Eiffel Tower" ???? idi. Amma tək Eyfel qülləsi ilə möhtəşəm deyil bu şəhər. Luvr muzeyində "Mona Liza" ????əsərini görmək, Nortre-Dame kilsəsində axşam göstərilən şouda ən azı Eyfel qülləsini görmək qədər gözəl idi. Bura gəlib mütləq gediləsi yerlərdən biri də Parisin ən yüksək yeri olan Montmartre binası ????. Buradan möhtəşəm panarama açılır şəhərə. Bu abidəyə yaxınlaşmadan öncə isə ətəyində yerləşən "Mən Səni Sevirəm" yazısının 310 dildə yazılmış lövhəyə baxmalısız. Bizim kəlimə çox yuxarıda olmadığı üçün rahatlıqla şəkil çəkdirə bilərsiz????. Təbii ki, "Zəfər Tağı"nı unutmaq olmaz hec vaxt. Deyilənə görə Dünyanın ən uzun küçəsi sayılan bu küçədə bir tərəfdəki “Zəfər Tağı"dan digər tərəfdəki "Zəfər Tağı"na yorucu olsa da çətin deyil. Gələk gəzintidə ən çox növbə gözlədiyimiz (1saat 40 dəq)  "Versallies" sarayı. Bu sarayın digər saraylardan fərqi ondadır ki, yaradılışında hec bir dənədə olsun tualetin olmaması. Səbəb isə Kral və ziyalı ailəsi ürəkləri hara istəsə təbii ehtiyaclarını edə bilər ve bunu xadimələr təmizləməli idilər .Buna görədə illərlə saraydan iy əskik olmayıb. Zaman keçdikcə qoyulub tualet 4-5 ədəd əlbətdəki. Amma turistlik baxımından yalnızca bu sarayı deməzdim. Sarayın arxasında "in the Garden" var. Məncə bu sarayın özündən də möhtəşəmdir. Gəzməklə 1 saat 30 dəqiqəyə nəzərdə tutulmuş bu bağ bir sözlə "Möhtəşəmdir" ????. Gecə əyləncələri və diskoteka clubları da öz yerində.  eyfel

Qeyd edim ki, mən layihə ilə getmişdim amma reklam xarakterli olmasın deyə adını yazmıram. Layihə bitdikdən sonra isə qrupdan 3 nəfərlə (2 qız, 1 mən) razılaşıb "Orsay" muzeyinə getdik. Bir sözlə "AMAZING PARİS" ???? İngilis dilində anlayışım olsa da, danışmaqda çətinlik çəkirdim və buna görə də çox aktiv biri olsam da sakit gəzirdim, amma buna baxmayaraq təşkilatdan çox sevdiyim gözəl dostluqlar qazandım əlbəttə məni də sevən oldu :) və o dostlarımı heç bir zaman unutmayacağam.

2)Keçək Sweden-Stockholm???? Bu ölkədə isə təmtək gəzmişəm ???? Gəzintiyə başlamadan öncə Ali Isgandarov ve Firuz Nasirov dedikləri yerlərin siyahısın tutmuşdum. Hər ikisinə təşəkkür edirəm. ????

İsveç ???? ümumilikdə məndə xoş təsurat yaradan ölkə. Ölkənin 70%-i ağaclardandır və 11 adanı birləşdirir. Milləti havası kimi soyuq olsa da, lazımi anda insana kömək eləməyi bacaran bir xalqdır. İsveçlilərin demək olar 100%-i ingiliscə bilir və hətta demək olar ingilislər kimi mükəmməl danışırlar. Bura avropanın ən az siqaret çəkilən ölkəsidi. Normalda sağlamlıqlarına düşkün olduqları üçün maşın yerinə velosipeddən çox istifadə edirlər. Amma bir o qədər də pivə düşkünüdülər. Qızlı oğlanlı hər kəs pivə içir, həm də yanında heçnə olmadan. Çox dəqiq xalqdır. Bunu avtobus, metro, tramvay, gəmi xətlərinin tam vaxtında gəlməsindən anlamaq olur. Qeyd edim ki, 1 həftəlik “Sel Kart” turist üçün mükəmməldir. Ümumilikdə 10 metro xətti saydım. Əlbətdə daha çoxdur amma rəng xətdi olaraq 10 rəngdi. Hamısında “information” işləyən işçilər var, turistlər üçün soruşub getməyə və adları da stansiyalarda qeyd olunub. Metro və avtobusları olduqca komfortludu. Avtobusları gecə də işləyir. Bəzi kommunal xərclər baha olsa da, ölkədə su pulsuzdur və su olduqca şirin içməli sudur. Hətta tualetə get ordan iç suyu. Ona görə ölkədə mağazadan su alan yoxdur demək olarki.40058985_2009362942417370_9208036448102514688_n

Gəziləsi yerlərdən ən başda gələn, təbii ki, Wasa gəmi muzeyidir???? 1628-ci ildə Gustav Wasa tərəfindən tikdirilən Wasa gəmisi. O zamanların texnikasını nəzərdə tutsaq yaradılması hardasa mümkünsüz olan bu gəmi üzərində hər savaşçısı üçün məna daşıyan naxışlardan ibarətdir. Savaş üçün nəzərdə tutulan gəmi 1200 ton ağırlığında və 70 metr uzunluğunda gəmilərin ən güclüsü olacaqdı. Amma kral gəminin daşıya biləcəyindən dahada çox top olmasını istədi və gəmidə tarazlıq pozulduğu üçün gəmi savaşa girmədən sahildən uzaqlaşdıqdan 15 dəqiqə sonra batır. Gəminin 98% hissəsi original vəziyyətdə sudan çıxarılır, muzeyə yerləşdirilir və günümüzədək originallığını qoruyur. Hal hazırda İsveçin ən çox ziyarət edilən tarixi muzeyidir.????

Daha sonra Gamla Stan. 13-cü əsrdə qurulan bu yer ən köhnə şəhəridir. Bizim Bakı Soveti kimi. Köhnə əsrlik çeşmələri ilə məşhur Gamla Stan. Turizmin mərkəzi. Skandinaviya dövləti ölkələr bölündükdən sonra Skandinaviyanın mərkəzi sayılır Gamla Stan ????. Tam yanında isə Nobel Muzeyi var. Alfred Nobel qaqamız öləndən sonra vəsiyyət edib ki, millətə xeyri toxunan hər bir icada görə həmən adama onun adına mukafat verilsin və öldüyündən bu günə kimi müxtəlif sahələrdə (Kimya,Fizika və s) verilir. Çox uzun-uzadı danışmayım artıq ????

Ölkədə təbii ehtiyacların ödənməsi isə tam pulsuzdur və hər yerdə var, yanında velosiped sürənlərin təkəri doldurması üçün hava şlanqı da qoyulur. Burada istədiyiniz qədər türk var. Xüsusəndə Konya Kulu-ları. Amma bağışla məni turistlik baxımından Fransaya çata bilməzsən İsveç ????. Mən Fransa ilə müqayisədə yaşamaq üçün İsveçi, gəzmək üçün Fransanı seçərəm.

Əgər yazını bəyəndinizsə aşağıda olan Facebook düyməsini seçərək blogpostu Facebookda paylaşın ki, dostlarınız da yazılarımızdan xəbərdar olsunlar. Yox əgər Gəzəyənlərin yazılarından ilk xəbər tutmaq istəyirsinizsə aşağıda “abunə ol” bölməsinə mailinizi yazaraq düyməyə klikləyin. Hələlik bu qədər, növbəti yazılara qədər…

Paylaşdı: Cavid Isgenderli

DİGƏR BLOQLAR

Romanın ən görkəmli 5 yeri

Mənim üçün ölməzdən öncə görüləsi ölkələr siyahısında ilk pilləni İtaliya tuturdu. Və ötən ay 28-ci ad günümdə özüm-özümə bu hədiyyəni etmiş oldum. Əminəm ki, bir gün vaxt düşünmədən, tələsmədən bu ölkənin bütün tarixi şəhərlərini, gözəl kiçik qəsəbələrini görmək üçün yenidən buraya geri qayıdacam. Bu səyahətimdə İtaliyanın 4 şəhərini Milan, Florensiya, Roma və Venesiyanı görmək nəsib oldu. İndi isə Romada gəzərək gördüklərimin bir hissəsini sizinlə paylaşmaq istəyirəm. İtaliya və Roma sevənlər üçün ümid edirəm maraqlı olacaq. 1. Kolizey (Colosseum). Hər birimizin ömrümüzdə bir dəfə də olsa eşitdiyimiz və gördüyümüz möhtəşəm memarlıq abidəsi. Romaya gecə gəlmişdik və səhər oteldən çıxan kimi ilk istiqamət aldığımız yer bura oldu. Romanın və bütünlükdə İtaliyanın ən başlıca simvollarından biri olan bu memarlıq abidəsinin ilk adı Flavius ​​Amfiteatrı olub. Kolosseum adı isə amfiteatra 8-ci əsrdə verilmiş ikinci adıdır. Kolizeyin inşası 8 il - eramızın 72-ci ildən 80-ci ilinə qədər davam edib. İnşasına İmperator Vespasian tərəfindən başlanan amfiteatrın tikinti işləri oğlu İmperator Titusun hakimiyyəti zamanı bitir və imperator açılış şərəfinə 100 gün fasiləsiz oyunlar günü elan edir. Uzun müddət bura romalıların əyləncəsinə xidmət edib. Romalılar burada qladiator və vəhşi heyvanlarla döyüşləri izləyirdilər həmçinin burada dəniz döyüşlərini də səhnələşdirirdilər. Hal-hazırda amfiteatrın daxilinə və Roman forumuna giriş bileti ikisi bir yerdə 16 euro təşkil edir.  2. Roman forumu (Roman forum & Palatine Hill). Kolizeyin təəsb süratlarından ayrılmamış özünüzü burada tapacaqsınız. Eramızdan əvvəl 46-cı ildən başlayaraq öz qüdrətlərini və böyüklüklərini göstərmək üçün imperatorlar öz adlarını daşıyan Forumlar yaratmağa başlayırlar. Burada yaradılan ilk forumun imperator Sezara məxsus olduğu təxmin edilir. Ondan sonra digər Roma imperatorları da əsrlər boyu adlarını əbədiləşdirmək üçün forumlar qurmağa başlamışlar. Forumların qurulması təxminən 150 il davam etmişdir. Sezar Forumunun qalıqları, Augustus Forumu, Vespasian Forumu, Nerva Forumu, Trayan Forumu və Sülh Məbədi bu günə qədər qorunub saxlanmışdır. 3. Venesiya meydanı ( Piazza Venezia) - Romadakı ən məşhur meydanlardan biridir. Roman forumundan sonra yol sizi bu meydana gətirib çıxaracaqdır. Meydanın adı eyni adlı saraydan - bir vaxtlar Romada Venesiya Respublikasının nümayəndəliyinin yerləşdiyi Palazzo Venezia sarayından gəlir və indi bir muzey və kitabxanası var. Bütün İtaliyanı birləşdirən və ilk kralı olan Viktor Emmanuel II - Vittorianonun şərəfinə burada at üzərində 12 metrlik Kral Viktor Emmanuel II heykəli ucaldılmışdır. Heykəlin altında Naməlum Əsgərin məzarı olan Vətən qurbangahı (Altare della Patria) yerləşir. Buradan Roma şəhərinin digər görməli yerlərinin kəşfinə başlamaq olar. Əsas memarlıq abidələri bu meydandan təxmini eyni məsafədə yerləşir.4. Panteon - öz dövrünün şah əsəri sayılan daha bir memarlıq nümunəsi. Kahinlər və adi insanlar arasındakı səddi pozan ilk dini binadır. Əvvəllər yalnız kahinlərin tanrıların ziyarətgahına girməsinə icazə verilirdisə, Panteonun inşası ilə tanrılar hər kəsə məxsus olmağa başladı. Bu gün gördüyümüz Pantheon isə II əsrdə köhnənin yerinə, İmperator Hadrian tərəfindən qurulub. Latınca girişdə olan "M. AGRIPPA L F COS TERTIUM FECIT " yazısı isə " Luciusun oğlu, üçüncü dəfə konsul seçilən Mark Agrippa tərəfindən quruldu" anlamına gəlir. Panteonun daxilinə giriş sərbəstdir. Ödəniş tələb olunmur.5. Trevi fontanı ( Fontana di Trevi) - Romada olsanız və yenidən buraya qayıtmaq istəsəniz, məşhur Trevi Bulağına bir qəpik atdığınızdan əmin olun.) İki qəpik atsanız, sevginizi tapacağınız, üç - evlilik, dördü - var-dövlət anlamına gəlir, amma çalışın çox atmayın, atılan beş qəpik ayrılığa səbəb olacağına inanır Romalılar. Hər il bulaqdan təxminən 700.000 avroya qədər qəpiklər toplanılır. Əgər fontan önündə rahat şəkil çəkdirmək istəsəniz o zaman səhər tezdən oyanmağınız lazım gələcək. Günün bütün saatlarında fontan ətrafında adam əlindən tərpənmək olmur.Bunlar Romada ilk gündə gördüklərim idi. Vaxt olduqca şəhərin digər görməli yerləri barədə də yazacam. Hamısını bir posta yerləşdirə bilməyəcəyimdən ardını da gələn səfərə saxladım. Əlavə olaraq gəzintidən bir neçə şəkili əlavə edirəm. Maraqlı gəlsə oxuyun :)Əgər yazını bəyəndinizsə aşağıda olan Facebook düyməsini seçərək blogpostu Facebookda paylaşın ki, dostlarınız da yazılarımızdan xəbərdar olsunlar. Yox əgər Gəzəyənlərin yazılarından ilk xəbər tutmaq istəyirsinizsə aşağıda “abunə ol” bölməsinə mailinizi yazaraq düyməyə klikləyin. Hələlik bu qədər, növbəti yazılara qədər…Paylaşdı:Ayxan Racabov

2711 dəfə oxunub

Survivor adası - Dominikan Respublikası

Sizə danışım yer üzündəki Cənnət Dominikan Respublikasından! Yoxdu belə təbiət, yoxdu belə dəniz, yoxdu belə ekzotik həzz, #yoxdubelesohbet ❤Qardaşım ötən ilin qışını bu ölkədə işlədiyi üçün dostumla yeni ili onun yaninda gedib məhz Dominikanda keçirmək qərarını verdik. Öncədən deyim ki, mütləq turla getmək lazımdır, uçuş biletini və oteli ayrı almaq istəsəzəniz həm dəfələrlə baha qiymətə həm də uzun saatlarla bir neçə uçuşa başa gələcək. Ancaq turla Moskvadan birbaşa charter reyslə uçursuz Dominikə, uçuş maks 11 saat çəkir, 5 saat yatsaz 2 dənə filmə baxsaz biraz da kitab oxusaz, vuala, ordasız artıq) Qiymətləri paylaşımın sonunda qeyd edəcəm. Ölkə doğurdan da möhtəşəmdir, boş yerə Acun Survivoru burda çəkmirmiş. İl boyu yay, mükəmməl hava və esrarengiz təbiət . Yağış demək olar ki, çox az oldu və olduqca narın və xoş yağış idi. Hətta yağışda hovuza girib üzdük, başqa ləzzəti var) Hava dekabr ayı olmasına baxmayaraq 30 dərəcəyə çatırdı. Günəş səhər 7 radələrində çıxır axşam 6 da batırdı. Zakat xüsusilə çox gözəl olur.Dominikan əsl turistik yer olduğu üçün otel seçimi kifayət qədər genişdir. Əsas La romana ve Punta Cana bölgələrindədir ən gözəl təbiəti olan 5 ulduz otellər. Otel daxilində hər cür şərait olur və əraziləri adətən çox geniş olur yəni otelden çıxmaq üçün heçbir səbəbiniz olmur. Restoranlar, voleybol futbol golf meydançaları, club, karaoke, hovuz, dəniz və s. hamısı otelin içində. Ancaq mütləq getməli olduğunuz turlar var.1. La Hacienda Adventure Park: Burada sizi palciqli yollarla adrenalin dolu buggee riding, cengelliyin icinde 5 merheleli kilometrlerle uzanan zipline, horse riding, 10 nefer sakini olan kende gedi ve s. kimi activityler gozleyir.2. Saona Island: One word to describe it- Paradise! Yaxtayla adaya gedirsiniz, denizin ortasinda dayaz bir yer var, orda dusub mohtesem sekiller cekdirirsiz, tebii ki sampan ve difer teamlardan dadaraq) 4 bir yaniniz mavi deniz. Daha sonra sozu geden adaya aparirlar sizi. Tebiet cox.gozel.qorunub. Denizin ( Karib denizi) dibi gorunur, ag yumsaq ozunemexsus qum, palma agaclari, mohtesem krevetka ve lasoslar, pina kolada ve s. Sekil cekdirmek ucun evezolunmaz yerdir ( see profil pic ????). Qayidisda yaxtada denizin ortasinda. diskotekaya ne deyirsiz?) Ela tecrubedir.3. Coco Bongo Disco: This club and show blows them all away (CNN). Temamile raziyam bu feedbackle. Sizi texminen 3-4 saatliq mohtesem sou gozleyir. Pink Floyd, Queen, Guns n Roses, Michael Jackson ve diger efsane solist ve qruplarin, MadMax, GOT, Mask ve s filmlerin cover performanslari, clubun ozune mexsus sou proqram, reqsler ve s. It will definetely blow your mind ????4. Diving and doplhin show: Hevesi olanlar ucun okeanda diving, delfinlerle uzmek sekil.cekdirmek ve s. teklif olunan turlar da var.Santa Domingo: Paytaxtdir, sadece orda da oldum deye getmek olar, shopping mallda duzemelli hecne yoxdur, ve paytaxta gedis gelis yolu hedsiz tixac olur. Onun evezine etrafda olan diger turistik.bolgelere gedib ordaki restoranlarda yemek.yeye bilersiz, ve o bolgenin de gece heyatini tecrubeden kecire bilersiz.Biz La romanada Grand Bahia Principe otelinde qaldiq. Oteli rahatliqla recommend edirem. Stuff her yerde cox mehriban, guleruz ve helpfuldur. Sadece otelde istediyimiz herseyin olmasi, 5 cur ferqli.restoranin, 7/24 yemek ve icki available olmasi, axsamlari.muxtelif.sou proqram.ve tedbirlerin teskil.edilmesi, ping pong, beach voleyball and football, pool handball etc. duz denizin sahilinde yerlesmesi ve s. bu oteli.secmeyimize sebeb oldu.Qiymetler: Biz Anex turla (https://www.anextour.com/ ) getdik. Dunyanin en boyuk 2 turizm agentliyinden biridir. Saytlarina girib istediyiniz gunleri.secib qiymetlerle maraqlana bilersiz. Seyahetunizden bir nece ay evvel alsaz biletleri cox daha munasib olacaq. Ancaq biz biletleri ve oteli hem en pik vaxt ucun ( 26 Dekabr -3 Yanvar) hem de ucusdan teqriben 2ce hefte evvel bron edib aldiq. Yeni ile Dominikanda girmekden daha ekzotik ne ola biler axi?)Yuxarida qeyd etdiyim Dominkandaki meslehetli turlarin adambasi qiymeti 100-300 dollar arasi deyisir, her turda teqdim.olunan xidmetlerin kemiyyet ve keyfiyyet meyarlarina esasen muxtelif paketler teqdim.edilir (standart, vip, exclusive ve s.).Umumyetle cox bahali olkedir, her sey turistler ucun nezerde.tutuldugundan, ve minlerce kilometri saatlarca ucusdan sonra gelen adamlarin "day gelmisken bunu da gedek" deyerek pul.xercliyeceklerini bilerek qiymetleri kosmik qoyublar)) misal ucun 1 paket siqaret 8-10 dollaradir, gerisini ozunuz fikirlesin ???? Ancaq o boyda yolu getmisken, yuxarida qeyd etdiyim ilk 3 tura mutleq getmek ve tadini.cixarmaq lazimdir)Dominikan rom ve siqarlari ile meshurdur, gelende mutleq alin ve orda da her ikisinin dadina baxin ????Otelimizin kontingenti esasen Kanada, Abs, Fransa, Rusiya, Qazaxistan ve Ukraynadan gelen turistlerden ibaret idi.Tip: bu ve diger otellerin daha bahali 18+ versiyalari da movcuddur ancaq meslehet deyil, cunki oranin kontingenti esasen pensioner yaslilardan ibaret olur, usaqli.ailelerden ve ses kuyden uzaq olmaq ucun o otelleri secirler. Umumyetle daha cavan kontingent ucun esasen 3 ve 4 ulduzli otelleri secmek lazimdir. Ancaq umumi rahatciliq, yuksek xidmet, nisbeten sanballi kontingent ucun ele bizim secdiyimiz otel mohtesem idi ✌Sekil ve videolari da sizler ucun paylasiram.Bu arada dominikana girmek ucun :Amerika, Kanada ve hetta multiple Shengen vizalari (bizim shengenle girdik) qebul edilir. Cox qonaqerverdirler ❤ Hecbiri yoxdursa, Istanbul ve Moskvadan Dominikan ucun vizaya muraciwt ede bilersiniz. Viza demisken, usaqliq arzumdu Amerikaya (US)getmek, hele de arzu olaraq qalir, baxmayaraq ki bu defe cox yaxinlasmisdim, Miami cooox yaxin idi, denizle de getmek.olardi. heyif vizam yox idi, neyse US de qalsin basqa sefere Əgər yazını bəyəndinizsə aşağıda olan Facebook düyməsini seçərək blogpostu Facebookda paylaşın ki, dostlarınız da yazılarımızdan xəbərdar olsunlar. Yox əgər Gəzəyənlərin yazılarından ilk xəbər tutmaq istəyirsinizsə aşağıda “abunə ol” bölməsinə mailinizi yazaraq düyməyə klikləyin. Hələlik bu qədər, növbəti yazılara qədər…Paylaşdı: ‎Senan Kamilli‎ 

3559 dəfə oxunub

İstanbul bələdçisi

İstanbuldakı bütün otel, apartament və hostelləri bu linkdən book (bron) edə bilərsiz.Salam, Gəzəyənlər.  Sizə 6 günlük İstanbul səfərimiz haqqında yazmaq istəyirəm, baxmayaraqki, bu qrupda İstanbul haqqında postlar çoxluq təşkil edir, fikirləşirəm ki yazdığım bu post çoxuna maraqlı olar.Demək belə, avia biletləri 5-6 ay öncə Buta ilə götürdük. Ona görə ucuz oldu. Hələ burda olanda orda gedəcəyimiz yerləri təqribi planlayırdıq deyə, onlayn olaraq Madam Tussuads + Sea life ikisi birlikde (79 TL) və əlavə olaraq onlayn daha ucuz çıxır.İlk əvvəl deyim ki, burdan lirə almağa tələsməyin, dollar götürüb gedib Kapalı Çarşıda dəyişsəniz daha yüksək kursla olacaq. Bizim vaxtımızda 1USD - 5.38 TL oldu. Alış veriş mərkəzlərindən, Cəvahir ( Şişli), İstanbul forum (Kocatepe), Mermere forum ( Bakırköy) olduq. Demək olar ki, əksəriyyətində eyni mağazalar var və eyni qiymətlər. İstanbul forumla üzbəüz olan İKEA girməyi unutmayın.1. Muzeylər üçün düzü əvvəl muzekart almağı fikirləşsək də, sonra vaz keçdik. ☺ Muzekart türk vətəndaşları üçün 70 TL, olmayanlar üçün isə 185 TL-dir. Yəni bu qədər fərq)) Tükcə danışaraq almağa cəhd etməyin)) (mənim kimi) TC kimlik istədilər.-Topkapı sarayı. ( 1 nəfər üçün – 60 TL) Oranı gəzmək üçün 5-6 saatınız gedəcək və həqiqətən də dəyər. Çox maraqlı və çox geniş ərazisi var.- Ayasofiya (1 nəfər üçün 60 TL) Buranı da gəzməyə dəyər.- Yerebatan Sarnici (Türk vətəndaşları üçün -10 TL, Xarici vətəndaşlar üçün – 20 TL, Türkcə danışsanız 10 TL ilə bileti ala biləcəksiniz) İçərisi o qədər maraqlı olmasa da, girişdə sol tərəfdə yerləşən Sultan geyimində fotosessiya edin, yadda qalan fotolar olacaq. 1 foto – 30TL, bütün fotoları vermiyəcəklər))) 200 TL qarşılığında amma verəcəklər.- Sultanahmet Camisi (giriş pulsuzdur) – İçəri girib tanış ola bilərsiniz içərisi ilə2. Madam Tussuads – Çox maraqlı oldu mənim üçün, mumdan heykəlləri son dərəcə dəqiqliklə və professional hazır ediblər.3. Sea life – İstanbul foruma alış verişə getmişkən birinci mərtəbəsində yerləşən akvariumu qaçırmayın. Maraqlı sualtı aləm, akvarium tunel bir sözlə mükəmməl.4. Miniatürk (giriş 10 TL olmalıdı deyəsən, dəqiq bilmirəm ona görə ki bizi türk hesab etdikləri üçün misafir etdilər) Bir qədər şəhərdən uzaqda yeləşdiyindən Eminönündən bir başa avtobusla gedin. Burada Türkiyənin muzey, abidə, stadion bir sözlə görməli yerlərinin kiçildilmiş maketləri var.5. Galata kulesi (Burada da həmçinin türk dilində danışsanız, içəri 15 TL ilə keçəcəksiniz))))) xarici vətəndaşlara 35 TL) – Mənim çox xoşuma gəldi, bütün İstanbulu görə bilərsiniz. Məsələn mən gün batımını timelapse çəkdim.6. Çarşılar haqqında onu deyə bilərəm ki, Misir Çarşısı - ədviyyatlar, lokum, çaylar və s. Kapalı çarşıda isə her şey bahadır.7. İstəsəniz nahar yeməyinizi Kapalı Çarşı yaxınlığında yerləşən NusrEt’de edə bilərsiniz.  Dəyər))Burger – 55 TL, köftə 60 TL8. Böyük Ada – günlərlə qalmaq olar. Gözəl təbiəti, yaşıllığı, dənizin sahili sanki başqa dünyadasan.  Eminönündən Vapurla gedə bilərsiniz. Deyərdim bir gününüzü sərf edin, səhər 9dan gedin Eminönünə, çünki vapurla bir neçə adadan (Kadıköy, Kinaliada, Burgaz, Heybeliada) keçərək sonunda 2 saatdan sonra Böyük adaya çatır. Böyük adanı da faytonla gəzin. Bu da 100TL, 45 dəqiqə sizi bütün böyük adanı gəzdirəcək.9. Boğaz turu gündüz çıxsanız, bir nefer 20-25 TL arası dəyişir. Bu turda İstanbul körpüsünü, Kız kulesini, və dənizkənarı yerləşən bir neçə yeri görə biləcəksiniz. Gecə turları da olur. Gecə turlarında diskoteka, şam yeməyi və müxtəlif rəqslər olur. Gecə turlarını 50 euro ilkin qiymət desələr, qiyməti endirə bilərsiniz, 25-35 euroya.10. Eminönündə dəniz kənarındakı körpü altı restoranlarda balıkekmeyi dadmağınız mütləqdir. Boş vaxtiniz olsa axşamlar Taksime gəzməyə çıxın, ela bilinki tarqovudasız Getmək istəyirdik Dolmabahçeye, Eyüpsultana tərəfə və s.Hamıya xoş istirahətlər və gəzintilər! Əgər yazını bəyəndinizsə aşağıda olan Facebook düyməsini seçərək blogpostu Facebookda paylaşın ki, dostlarınız da yazılarımızdan xəbərdar olsunlar. Yox əgər Gəzəyənlərin yazılarından ilk xəbər tutmaq istəyirsinizsə aşağıda “abunə ol” bölməsinə mailinizi yazaraq düyməyə klikləyin. Hələlik bu qədər, növbəti yazılara qədər…Paylaşdı: Elchin Javadov

1121 dəfə oxunub

Türkiyənin sehrli incisi - Güneydoğu (Cənub-şərqi Türkiyə)

Cənub-şərqi Türkiyədəki bütün otel, apartament və hostelləri bu linkdən book (bron) edə bilərsiz.2 il əvvəl arzularım siyahısına yazılan, daha sonra pandemiya ilə əlaqədar həyata keçməyən və birdən heç gözlənilmədən həyata keçən Güneydoğu səfərim özündə Hatay bölgəsini (Antakya-Altınözü (Keskincik kəndi), Samandağ)-Qaziantep (İslahiye kəndi ilə birgə)-Şanlıurfa-Mardin (Midyatla birgə) şəhərlərini birləşdirdi. Səfər zamanı rəssam yolyoldaşlarımın vaxt səbəbindən planlı yerlərin bəziləri qalsa da ilk dəfə üçün rahat nəfəs almaq olar və əslində natamam qalmaq yenidən yol almaq üçün əlavə stimul vermiş oldu.Səfərimizin məqsədi VI Orontes Uluslararası Çağdaş Sanat Festivalı idi və ora fotoqraf kimi qatılmışdım. 16-23 noyabr tamamı ilə Hatay bölgəsinə, 23-25 noyabr digər 3 şəhərə həsr edildi. Daha geniş vaxtım olsa Urfa və Mardində daha çox gün qalmış olardım. Beləliklə, ardıcıllıqla...Bakı-Hatay birbaşa uçuş olmadığından Bakı-İstanbul-Hatay və ya Bakı-Ankara-Hatay reysi var idi. Lakin hər 2 reys baha başa gəldiyindən Naxçıvan üzərindən getməyi təklif etdim və yolyoldaşlarım "sən hara, biz ora" deyib razılaşdılar və "əl-ələ verib" bu quru yolla keçidi həyata keçirmiş olduq. Bununla bağlı 2 gün əvvəl youtube link də paylaşmışdım detallı. Bir daha yerləşdirirəm https://www.youtube.com/watch?v=svWNO7wLAt4Bu şəkildə tək gediş gəliş (şəhərlər içi hərəkət istisna olmaqla) 189 manata başa gəldi. Bakı-Naxçıvan daxili reysində nə test, nə Covid passport tələb olunmur. Eləcə də quru sərhəddi hər iki tərəfdən keçdikdə bunların heç biri gərəkli olmadı. Quru sərhəddi tək bir yeni şəxsiyyət vəsiqəsi ilə də keçə bilərsiniz. Naxçıvandan İğdıra keçmək üçün Naxçıvan avtovoğzalında gediş haqq 8 manat gediş haqqı olan avtobuslar var və ya 20-30 manat civarında aparan taksilər var. Logistika işi tamam. Keçək əsas məsələyə. Uzun illər Güneydoğu PKK təhlükəsi baxımdan təhlükəli idi, bu gün isə Suriya ilə sərhəd olduğundan Suriya məsələsinə görə təhlükəli hesab edilə bilər. Lakin sonuncu təhlükə ümumiyyətlə hiss edilməyindən əvvəlki cümlədə "bilər" yazdım. Bu ərazi Türkiyənin mədəniyyətlər mərkəzidir - tarix, din, etnoqrafi, qastronomi baxımdan. 1. Hatay bölgəsi dünyanın əsas qastronomik mərkəzlərindən seçilmişdir. Burada 600-dən çox yemək növü var. Künəfənin Vətəni hesab edilən Hatay bölgəsi və ələlxüsus əsas şəhəri olan Antakya (çox qədimdə o məşhur Antioxiya) bu gün dünyanın ən böyük mozaik əsərlərin sərgiləndiyi muzeyə (Hatay arxeoloji muzey) ev sahibliyi edir. Bir şəhərdə hər 3 din nümayəndələri sülh şəraitində yaşayır. Antakya Asi çayı sahillərində yer almaqla sənətlər şəhəridir. Hatayda ziyarət edilməli yerlər:a) İlk xristian toplantı yeri sayılan, UNESCO irsi San Pyer anıt kabrıb)Hatay arxeoloji muzeyic) Museum otel - illər əvvəl otel tikintisi zamanı mozaiklər və qədim yunan-roma mədəniyyətinə aid forum, hamamlar aşkar edilmiş, dağıdılmamış və otel üzərində inşa edilmişdir. Möhtəşəmdir. d)Tarixi sinaqoqlar, katolik kilsələri və burası Anadolu olmasa da Anadoluda ilk camii kimi təqdim edilən və dini məramı dərin olan Habib-i Neccar camii. Hər biri şəhər mərkəzindədir və ziyarət edilməsi rahatdır. e) tarixi Affan məhəlləsi - dünyada ilk küçə lampaları burada quraşdırılmışdır və o vaxt bura Herod məhəlləsi adlanırdı. f)1938-1939-cu illərdə Hatay Cumhuriyyəti zamanı Milli məclisin toplandığı binag) Samandağı, Titus tuneli - tunelə günorta üçün gedib gün batışını Samandağında Aralıq dənizi üzərindən seyr edin. Ecazkar duyğudur. Mən dostlarımla əlavə olaraq Suriya ilə sərhəd Keskincik kəndinə də getdim. Çünki bir regionu daha yaxşı anlamaq üçün bir az kənara çıxıb yerlilərə daha yaxın olmaq lazımdır. Bölgənin ümumilikdə əsas əhalisi ərəb kökənli insanlardır. Vaxtınız izin verərsə İsgəndəruna da gedə bilərsiniz. Hatayın Aralıq dənizi sahilin boyunca yerləşmiş şəhəridir. Burada nə yeyək içək desəniz, nə istəsəniz. Bütün yeməklər çox ləzzətlidir. Mütləq künəfə dadın ki zatən künəfə burada addım başında olacaq, lakin hər yerin künəfəsinin öz dadı olacaq. 23 noyabr - GaziantepAntakyada çıxış edərək avtobusla Gaziantepə gedə bilərdik. Lakin UNESCO irsi olan Yesemek taş ocağını görmək istədiyimdən taksi ayarladık. O, bizi əvvəl İslahiyə kəndinə, oradan da Antepə də götürdü. Gözləmə ilə birgə taksiyə 650 lirə ödədik (500 lirə razılaşmışdıq) - 86,71 manat (adambaşı 28,90 manat). Lakin yolun kəndə girişlə uzaqlığını nəzərə alsaq, bu, çox əla qiymət oldu.Antepdə qalmadıq. Zeugma mozaik muzeyini (məşhur Çingənə qız mozaiki burdadır), tarixi mərkəz hissəni, hamam muzeyini və addımbaşı olan tarixi camiiləri gəzdik. Memarlıq əfsanədir burada. Antep paxlavanın və katmerin vətəni hesab edilir, lakin paxlava dadmağı unutduq. Əvəzində şəhərin ən məşhur yeməyi olan ciyər və ət kabablarını daddıq. Möhtəşəm! Qala aşağısında ciyərcilər var otura bilərsiniz. Həmin axşam Antepdən Urfaya avtobusla çıxmağı planlasaq da günorta anidən lirənin kursunun birdən birə 170 tl qalxması (2 gün əvvəl 100 dolları 1070 TL olaraq dəyişdiksə, Antepdə 100-1240 olaraq oldu bu), taksi pulunu göydən düşmə etdi və beləliklə, Antep-Urfa taksisini 450 TL-yə (60 manat - adambaşı 20 manat) həll etdik. Urfada "La riva konakları" otelində qaldıq, tarixi mərkəz hissəyə yaxın idi və qiyməti də çox münasib idi. 24 noyabr ŞanlıurfaCəmi bir günümüz olduğundan çox dəli bir trip düzənlədim. Səhər Harrana çıxdıq (bura qübbəli evləri, dünyada ilk universitet qalıqları ilə məşhurdur. Vaxt çox olsaydı, daha uzağa Bazda mağaralarına kimi gedərdik), Harrandan da direkt Göbəklitəpəyə yol aldıq. Elə mərkəzdə çox münasib qiymətə taksi tutduq və bütün yolu onunla həll etdik. Ümumiyyətlə bu tripdə ən böyük şansımız Lirənin ucuzlaşması və çox yaxşı taksistlərə rastlamağımız oldu.Göbəklitəpədən sonra mərkəzə qayıdaraq əsaslı tarixi yer olan Balıklıgöl və ətraf kompleksi gəzmiş olduq. Urfada olsanız, Balıklıgöldən yuxarı hissələrdə Halil İbrahim sofrası deyilən yer var, orada dadlı mətbəx təqdim edilir və əgər şansınıza düşsə, mütləq Sıra gecələrinin qonağı olun. Urfada gecə vaxtı çox dolaşmayın. Bir qədər gərəksiz insanlara rastlaya bilərsiniz.24 noyabr Mardinə yola çıxdıq. Avtovoğzalda qopardığım həngamə ilə 200 lirəyə avtobus bileti tapa bildik. Online site-lar günə 50-60 avtobus reysi olduğunu görsətsələr də durmadan reys iptal iptal dedilər. Direkt vağzala gedərək hay-küy salıb nəhayətindən bir köşkdən bileti ala bildik. Gördünüz nəsə tərs gedir, mədəni halı unudub hay-küy salmaqdan çəkinməyin.24 noyabr axşamı Mardin. Burada Merdin butik otelində qaldıq. Bura da konak tipli otel idi. Qiymət burada da gözlədiyimin tak əksi çox uyğun idi.Axşam bizi vağzaldan götürən taksistlə səhəri günün tripi üçün qiymət ayarladıq - 400 lirəyə Mor Gabriel Monastırı, Midyat və geri gətirəcəkdi, Dara antik şəhəri və Deyrülzafaran monastırı üçün əlavə ödəmə istədi, imtina etdik +200 lirəyə Diyarbakıra kimi gətirəcəkdi (çünki birbaşa Mardin-İğdır avtobusu yox idi və reys Diyarbakırdan idi).Beləliklə, Mardində gəziləcək yerlər:Elə bütün Mardin, küçələri, mədrəsələri, camiləri, monastırları ilə birgə+Midyat kəndi konakları ilə birgə (Hercai, Sıla, AŞka sürgün seriallarının çəkildiyi konaklar)+Mor Gabriel Monastırı. Ən çox da Mardində günümüzün az olduğuna üzüldüm, çünki Mardin tarixi Mesopotamiyanın canlı varisidir. 25 noyabr Mardindən üzü Diyarbakıra çıxdıq və axşam 22:30-da İğdır avtobusu ilə üzü Sürməli mahalına doğru irəlilədik. Səhər 07:30-da artıq İğdırda idik. Avtobus firmasından Vangölü idi. Belə. Uzun posta görə sorry. 2 həftəlik trip üçün hələ azdır. Suallarınız olsa, canla başla buyurun. İnstagramdan izləməyi unutmayın. Bütün postlar və storylər isti-isti orada olur. https://instagram.com/irada_gadirova?utm_medium=copy_linkƏgər yazını bəyəndinizsə aşağıda olan Facebook düyməsini seçərək blogpostu Facebookda paylaşın ki, dostlarınız da yazılarımızdan xəbərdar olsunlar. Yox əgər Gəzəyənlərin yazılarından ilk xəbər tutmaq istəyirsinizsə aşağıda “abunə ol” bölməsinə mailinizi yazaraq düyməyə klikləyin. Hələlik bu qədər, növbəti yazılara qədər…Paylaşdı: Irada Gadirova

465 dəfə oxunub
Bizi izləyənlər siyahısına qoşulun!