1102 dəfə oxunub

Türkiyənin sehrli incisi - Güneydoğu (Cənub-şərqi Türkiyə)

Cənub-şərqi Türkiyədəki bütün otel, apartament və hostelləri bu linkdən book (bron) edə bilərsiz.
2 il əvvəl arzularım siyahısına yazılan, daha sonra pandemiya ilə əlaqədar həyata keçməyən və birdən heç gözlənilmədən həyata keçən Güneydoğu səfərim özündə Hatay bölgəsini (Antakya-Altınözü (Keskincik kəndi), Samandağ)-Qaziantep (İslahiye kəndi ilə birgə)-Şanlıurfa-Mardin (Midyatla birgə) şəhərlərini birləşdirdi. Səfər zamanı rəssam yolyoldaşlarımın vaxt səbəbindən planlı yerlərin bəziləri qalsa da ilk dəfə üçün rahat nəfəs almaq olar və əslində natamam qalmaq yenidən yol almaq üçün əlavə stimul vermiş oldu.
Səfərimizin məqsədi VI Orontes Uluslararası Çağdaş Sanat Festivalı idi və ora fotoqraf kimi qatılmışdım.
16-23 noyabr tamamı ilə Hatay bölgəsinə, 23-25 noyabr digər 3 şəhərə həsr edildi. Daha geniş vaxtım olsa Urfa və Mardində daha çox gün qalmış olardım. Beləliklə, ardıcıllıqla...
Bakı-Hatay birbaşa uçuş olmadığından Bakı-İstanbul-Hatay və ya Bakı-Ankara-Hatay reysi var idi. Lakin hər 2 reys baha başa gəldiyindən Naxçıvan üzərindən getməyi təklif etdim və yolyoldaşlarım "sən hara, biz ora" deyib razılaşdılar və "əl-ələ verib" bu quru yolla keçidi həyata keçirmiş olduq. Bununla bağlı 2 gün əvvəl youtube link də paylaşmışdım detallı. Bir daha yerləşdirirəm
https://www.youtube.com/watch?v=svWNO7wLAt4
Bu şəkildə tək gediş gəliş (şəhərlər içi hərəkət istisna olmaqla) 189 manata başa gəldi.
Bakı-Naxçıvan daxili reysində nə test, nə Covid passport tələb olunmur. Eləcə də quru sərhəddi hər iki tərəfdən keçdikdə bunların heç biri gərəkli olmadı. Quru sərhəddi tək bir yeni şəxsiyyət vəsiqəsi ilə də keçə bilərsiniz.
Naxçıvandan İğdıra keçmək üçün Naxçıvan avtovoğzalında gediş haqq 8 manat gediş haqqı olan avtobuslar var və ya 20-30 manat civarında aparan taksilər var.
Logistika işi tamam.
Keçək əsas məsələyə.
Uzun illər Güneydoğu PKK təhlükəsi baxımdan təhlükəli idi, bu gün isə Suriya ilə sərhəd olduğundan Suriya məsələsinə görə təhlükəli hesab edilə bilər. Lakin sonuncu təhlükə ümumiyyətlə hiss edilməyindən əvvəlki cümlədə "bilər" yazdım. Bu ərazi Türkiyənin mədəniyyətlər mərkəzidir - tarix, din, etnoqrafi, qastronomi baxımdan.
1. Hatay bölgəsi dünyanın əsas qastronomik mərkəzlərindən seçilmişdir. Burada 600-dən çox yemək növü var. Künəfənin Vətəni hesab edilən Hatay bölgəsi və ələlxüsus əsas şəhəri olan Antakya (çox qədimdə o məşhur Antioxiya) bu gün dünyanın ən böyük mozaik əsərlərin sərgiləndiyi muzeyə (Hatay arxeoloji muzey) ev sahibliyi edir. Bir şəhərdə hər 3 din nümayəndələri sülh şəraitində yaşayır. Antakya Asi çayı sahillərində yer almaqla sənətlər şəhəridir.
Hatayda ziyarət edilməli yerlər:
a) İlk xristian toplantı yeri sayılan, UNESCO irsi San Pyer anıt kabrı
b)Hatay arxeoloji muzeyi
c) Museum otel - illər əvvəl otel tikintisi zamanı mozaiklər və qədim yunan-roma mədəniyyətinə aid forum, hamamlar aşkar edilmiş, dağıdılmamış və otel üzərində inşa edilmişdir. Möhtəşəmdir.
d)Tarixi sinaqoqlar, katolik kilsələri və burası Anadolu olmasa da Anadoluda ilk camii kimi təqdim edilən və dini məramı dərin olan Habib-i Neccar camii.
Hər biri şəhər mərkəzindədir və ziyarət edilməsi rahatdır.
e) tarixi Affan məhəlləsi - dünyada ilk küçə lampaları burada quraşdırılmışdır və o vaxt bura Herod məhəlləsi adlanırdı.
f)1938-1939-cu illərdə Hatay Cumhuriyyəti zamanı Milli məclisin toplandığı bina
g) Samandağı, Titus tuneli - tunelə günorta üçün gedib gün batışını Samandağında Aralıq dənizi üzərindən seyr edin. Ecazkar duyğudur.
Mən dostlarımla əlavə olaraq Suriya ilə sərhəd Keskincik kəndinə də getdim. Çünki bir regionu daha yaxşı anlamaq üçün bir az kənara çıxıb yerlilərə daha yaxın olmaq lazımdır. Bölgənin ümumilikdə əsas əhalisi ərəb kökənli insanlardır.
Vaxtınız izin verərsə İsgəndəruna da gedə bilərsiniz. Hatayın Aralıq dənizi sahilin boyunca yerləşmiş şəhəridir.
Burada nə yeyək içək desəniz, nə istəsəniz. Bütün yeməklər çox ləzzətlidir. Mütləq künəfə dadın ki zatən künəfə burada addım başında olacaq, lakin hər yerin künəfəsinin öz dadı olacaq.
23 noyabr - Gaziantep
Antakyada çıxış edərək avtobusla Gaziantepə gedə bilərdik. Lakin UNESCO irsi olan Yesemek taş ocağını görmək istədiyimdən taksi ayarladık. O, bizi əvvəl İslahiyə kəndinə, oradan da Antepə də götürdü. Gözləmə ilə birgə taksiyə 650 lirə ödədik (500 lirə razılaşmışdıq) - 86,71 manat (adambaşı 28,90 manat). Lakin yolun kəndə girişlə uzaqlığını nəzərə alsaq, bu, çox əla qiymət oldu.
Antepdə qalmadıq. Zeugma mozaik muzeyini (məşhur Çingənə qız mozaiki burdadır), tarixi mərkəz hissəni, hamam muzeyini və addımbaşı olan tarixi camiiləri gəzdik. Memarlıq əfsanədir burada. Antep paxlavanın və katmerin vətəni hesab edilir, lakin paxlava dadmağı unutduq. Əvəzində şəhərin ən məşhur yeməyi olan ciyər və ət kabablarını daddıq. Möhtəşəm! Qala aşağısında ciyərcilər var otura bilərsiniz.
Həmin axşam Antepdən Urfaya avtobusla çıxmağı planlasaq da günorta anidən lirənin kursunun birdən birə 170 tl qalxması (2 gün əvvəl 100 dolları 1070 TL olaraq dəyişdiksə, Antepdə 100-1240 olaraq oldu bu), taksi pulunu göydən düşmə etdi və beləliklə, Antep-Urfa taksisini 450 TL-yə (60 manat - adambaşı 20 manat) həll etdik.
Urfada "La riva konakları" otelində qaldıq, tarixi mərkəz hissəyə yaxın idi və qiyməti də çox münasib idi.
24 noyabr Şanlıurfa
Cəmi bir günümüz olduğundan çox dəli bir trip düzənlədim.
Səhər Harrana çıxdıq (bura qübbəli evləri, dünyada ilk universitet qalıqları ilə məşhurdur. Vaxt çox olsaydı, daha uzağa Bazda mağaralarına kimi gedərdik), Harrandan da direkt Göbəklitəpəyə yol aldıq. Elə mərkəzdə çox münasib qiymətə taksi tutduq və bütün yolu onunla həll etdik. Ümumiyyətlə bu tripdə ən böyük şansımız Lirənin ucuzlaşması və çox yaxşı taksistlərə rastlamağımız oldu.
Göbəklitəpədən sonra mərkəzə qayıdaraq əsaslı tarixi yer olan Balıklıgöl və ətraf kompleksi gəzmiş olduq. Urfada olsanız, Balıklıgöldən yuxarı hissələrdə Halil İbrahim sofrası deyilən yer var, orada dadlı mətbəx təqdim edilir və əgər şansınıza düşsə, mütləq Sıra gecələrinin qonağı olun. Urfada gecə vaxtı çox dolaşmayın. Bir qədər gərəksiz insanlara rastlaya bilərsiniz.
24 noyabr Mardinə yola çıxdıq. Avtovoğzalda qopardığım həngamə ilə 200 lirəyə avtobus bileti tapa bildik. Online site-lar günə 50-60 avtobus reysi olduğunu görsətsələr də durmadan reys iptal iptal dedilər. Direkt vağzala gedərək hay-küy salıb nəhayətindən bir köşkdən bileti ala bildik. Gördünüz nəsə tərs gedir, mədəni halı unudub hay-küy salmaqdan çəkinməyin.
24 noyabr axşamı Mardin. Burada Merdin butik otelində qaldıq. Bura da konak tipli otel idi. Qiymət burada da gözlədiyimin tak əksi çox uyğun idi.
Axşam bizi vağzaldan götürən taksistlə səhəri günün tripi üçün qiymət ayarladıq - 400 lirəyə Mor Gabriel Monastırı, Midyat və geri gətirəcəkdi, Dara antik şəhəri və Deyrülzafaran monastırı üçün əlavə ödəmə istədi, imtina etdik +200 lirəyə Diyarbakıra kimi gətirəcəkdi (çünki birbaşa Mardin-İğdır avtobusu yox idi və reys Diyarbakırdan idi).
Beləliklə, Mardində gəziləcək yerlər:
Elə bütün Mardin, küçələri, mədrəsələri, camiləri, monastırları ilə birgə+Midyat kəndi konakları ilə birgə (Hercai, Sıla, AŞka sürgün seriallarının çəkildiyi konaklar)+Mor Gabriel Monastırı. Ən çox da Mardində günümüzün az olduğuna üzüldüm, çünki Mardin tarixi Mesopotamiyanın canlı varisidir.
25 noyabr Mardindən üzü Diyarbakıra çıxdıq və axşam 22:30-da İğdır avtobusu ilə üzü Sürməli mahalına doğru irəlilədik. Səhər 07:30-da artıq İğdırda idik. Avtobus firmasından Vangölü idi.
Belə. Uzun posta görə sorry. 2 həftəlik trip üçün hələ azdır. Suallarınız olsa, canla başla buyurun.
İnstagramdan izləməyi unutmayın. Bütün postlar və storylər isti-isti orada olur.

Əgər yazını bəyəndinizsə aşağıda olan Facebook düyməsini seçərək blogpostu Facebookda paylaşın ki, dostlarınız da yazılarımızdan xəbərdar olsunlar. Yox əgər Gəzəyənlərin yazılarından ilk xəbər tutmaq istəyirsinizsə aşağıda “abunə ol” bölməsinə mailinizi yazaraq düyməyə klikləyin. Hələlik bu qədər, növbəti yazılara qədər…

Paylaşdı: Irada Gadirova

DİGƏR BLOQLAR

Monteneqroda raftinq - Tara kanyonu

Tara kanyonu ətrafındakı otel, apartament və hostelləri bu linkdən book (bron) edə bilərsiz.Növbəti post-um #visitMontenegroMontenegroda #rafting ????‍♀️ haqqında:???? Montenegroda Rafting ancaq Tara çayında, Bosniya və Herseqovina ilə düz sərhədində keçirilir.????️ Tivat aeroportundan və ya Budvadan 3 saata (180 km) maşınla çatarsız. Yolda da hər 30 dəqiqədə maşın saxlayırdıq çünki yolda mənzərəli ????️ yerlər doludur.???? Biz dağ yolu ilə gedirdik, amma heç qorxulu deyil idi, çox səliqəli tez yoldur. Balaca maşın götürmək məsləhətlidir.???? Ölkələrin kolleksiyası yığanlar üçün: Rafting vaxtında Siz heç bir sərhəd keçmədən Bosniyada fasilə eləyib, quş qoya bilərsiniz :)))⏱️ Rafting özü səhər saat 10-11 arası başlanır, ona görə də tezdən oyanıb yola çıxmalısız. Biz isə əlavə adambaşı cəmi 15 avro ???? ödəyib, gecə də onların taxta evlərində qaldıq, üstəgəl şam yeməyi + səhər yeməyi verirlər bu qiymətə. Nəticədə səhər yorğun deyilsiz, raftingi ???? aktiv keçirirsiz.???? Yay vaxtı Tara çayı sakit olur, ona görə də təhlükəli anlar az olur, uşaqları da özünüzlə götürün, maraqlı olacaq onlara.???? Hydrokostym və ???? xüsusi ayaqqabı qiymətinə daxildir, razmerinizə uyğun verəcəklər. Çox rahatdır, nə soyuq nə isti olmur qayıqda. + Jilet və şlem veriləcək????‍♀️ Çox əlnən işləməli olacaqsınız, onu nəzərdə saxlayın. Tənbəl eləmək mümkün deyil, camp-a vaxtında çatmalısız???? Çayda üzə də bilərsiniz, amma buz kimi soyuqdur, çox suda qalmaq mümkün deyil⏳ Ümumiyyətlə vaxt tez keçir, təmiz Rafting 2,5-3 saat çəkir (iki fasilə ilə, birində maraqlı şəlalə var idi), Instruktor da çox təcrübəli idi bizdə, rusdilli cavan oğlan???? Telefon mütləq özünüzlə götürün, qayıqda xüsusi yer var. Bacım elə Rafting vaxtında dayanmadan şəkil çəkirdi.????️ Təbiəti çox gözəldir, dağlar, meşələr, gözləriniz dincələcək.???? Raftingin qiyməti 45 avro (nahar yeməyi daxil), biz isə 60 avro ödədik adambaşı və o məbləğə ???? şam yeməyi, ???? gecələməsi, ???? səhər yeməyi daxil idi, 15 avro üçün əla fürsətdir, yeməkləri çox dadlı idi Tara Tour-da.???? Şirkət olaraq www.tara-tour.com/en Tara Tour-u seçdik, oranın müdiri Montenegroda ən birinci Rafting Instruktor idi, çox peşəkar kişidir, rusdillidir, biz onunla dost olduq və o mənə bir banka bal bağışladı + otağımızı pulsuz upgrade elədi. Adı Danila-dır. Qiymətləri da orada çox sərfəlidir. Instagram-da @tara_tour gedir➕ Bonus: camp-a çatmamış Piva gölündə Plujine şəhərinin yanında çox uzun və maraqlı zipline var, mütləq onu sınayın❓Daha nə maraqlandırır Sizi? Montenegro bağlı, mövzu verin, yazacam :))))Əgər yazını bəyəndinizsə aşağıda olan Facebook düyməsini seçərək blogpostu Facebookda paylaşın ki, dostlarınız da yazılarımızdan xəbərdar olsunlar. Yox əgər Gəzəyənlərin yazılarından ilk xəbər tutmaq istəyirsinizsə aşağıda “abunə ol” bölməsinə mailinizi yazaraq düyməyə klikləyin. Hələlik bu qədər, növbəti yazılara qədər…Paylaşdı: Lala Gasimova

1354 dəfə oxunub

Malaziya bələdçisi - Penang adası

Penang! Növbəti dayanacağımız Malaziyanın Penang adasıdır(Əyalət). Paytaxtı, Georgetown şəhəridir və şəhər UNESCO Dünya İrsi siyahısına daxildir. Əhalisinin 40% yerli Malay, 40% Çinlilər (yerli) qalanı isə Hind, Tayland və Avropalılardan ibarətdir. Yahoo Travelə görə ölmədən görüləsi yerlərdən biridir. Şəhər ingilis müstəmləkəsinin izlərini binalarında hələ də daşımaqdadır. CCN Penangın məşhur “Laksa” yeməyini (qaynadılmış balıq suyunda, tərəvəzli, ananaslı sup) dünyanın ən yaxşı 7. yeməyi kimi təqdim edib. Penang küçə graffitiləri ilə dünyaya səs salmış və bu incəsənət nümunələri ilə hər il milyonlarla turist çəkən kiçik bir adadır.Şəhərdaxili gəzmək üçün velosiped ən uyğun seçimlərdən biridir, lakin isti havaları nəzərə alıb qərar vermək lazımdır. Ən rahat və ucuz vasitə Grab (Uber kimi mobileApp) vasitəsilə taksi sifariş etməkdir. Qiymətlə çox ucuzdur. Gecələmək üçün hər büdcəyə uyğun yer tapa bilərsiniz. Normal şəraitli, mərkəzdə olan otel (2 nəfər, 1 otaq) 15-18 Dollardan başlayır.Penangda gəzməli-görməli, yeməli mövzulardan danışacıq.1) Penangın ən məşhur muzeylərindən biri ‘Upside Down’ muzeyidir (şəkillərdən görə bilərsiniz). Muzey bu sahədə rəsmi olaraq dünaynın ən böyük muzeyi olduğunu düşündüyü üçün Guinnes rekordlar kitabına müraciət edib (bəlkə artıq seçilib də). Muzeyə giriş 27 MYR (1 USD = 4.2 MY)5-12 yaş = 16 MYRTələbə kartı (beynəlxalq/İSİC) = 16 MYRMuzeydə köməkçilər sizə harada durmalı olduğunuzu əyani şəkildə göstərir və sizin telefonunuz/fotoaparatınızla şəkillər çəkir. Bir bələdçi sizə başdan sona kimi canı-könüldən kömək edir.2) “Wonderfood Museum” bizim kimi yemək həvəskarı olanlar üçün ölmədən öncə görüləsi muzeylərdən biridir. Muzeydə yerli və dünya mətbəxindən olan məşhur yeməklər xüsusi materiallardan hazırlanmış nəhəng porsiyalar şəklində təqdim olunur. Əlavə olaraq bəzi “ən” lər (ən acı, ən şirin, ən məşhur və.s) haqqında maraqlı məlumatları da özündə əks ettirir.Giriş 25 MYRUşaqlar 15 MYR3) Penang Oyuncaq muzeyi – Muzey qiyməti və mövzusu baxımından bəziləriniz üçün maraqlı olmaya bilər, amma uşaqlı gəzəyənlər üçün əvəzolunmaz təcrübə olacaq. Muzeydə 110 000 dən çox fərqli oyuncaq eksponat var.Giriş = 39 MYR (bəli – bəli)Uşaqlar = 24 MYRRəhmətlik Mirzə Babayevin yeri məlum. Dünyanın ən böyük Kəpənək fermalarından biri (Entopia) Penang adasındadır. Şəxsi fikrim əgər büdcəniz qısıtlıdırsa yuxarıda sadalanan muzeyləri boş verin amma mütləq kəpənək fermasına/bağçasına gedin. Sadəcə kəpənklər haqqında yox digər həşəratların, sürünənlərin (AzTVnin gözündən iraq) həyat tsiklı haqqında (mükəmməl vizuallarla) detallı məlumat almaq imkanınız olacaq. Ərazi olduqca böyükdür və özünüzü botanika bağında kimi hiss edəcəksiniz. Qiymətlər ucuz deyil lakın, mütləq şəkildə ödədiyiniz pula dəyər.Giriş = 65 MYRUşaqlar = 45 MYRXüsusi ailə paketi = 202 MYRVə gəlirik bizim üçün ən önəmli olan məqama. Mətbəx! Malaziya mətbəxi Çin, Hind və Malay mətbəxindən ibarətdir. Zövqlər müxtəlifdir əmma və lakin bu mövzuda təcrübəmizə dayanaraq bir neçə yemək seçmişik.1) Laksa - qaynadılmış balıq suyunda, tərəvəzli, ananaslı sup. Dadlı idi, amma qaynar Penang havasında çox da həzz almaq olmur. Qiymət 4-6 MYR2) Penangın dünyaca məşhur Kapitan restoranı. Hind restoranıdır. Təndirdə bişən ədviyyatlı toyuqları və bərabırində təqdim olunan sosları ilə dillərə dastandır. Set qiyməti (nan (hind çörəyi), təndir toyuq, 3cür sos) 13 MYR. Yanında sadə Lasi (Ayran) içə bilərsiniz.3) Çin mətbəxindən gələn Char Kuey Teow = qızarmış krevetka, çin sosiskası, əriştə soya sosu, soya filizi. Mükəmməl dad. Qiyməti 4-5 MYR4) Penang küçələrinin ən məşhur içki/şirniyyatı “Chendul” adlanır. Tərkibi Süd, şəkər sirupu, düyü əriştəsi, xırdalanmış buz vəəəə möhkəm dayanın – qaynadılmış lobiya dənələri. 2+ ildir Asiyada yaşadığımız üçün bizə çox da qəribə gəlməsə də şirniyyatın içində lobiya dənəsinin olması ilk səslənişdə adamı diksindirə bilər lakin ortaya çıxan dad fərqli və ləzzətlidir.Qısaca desək Yahoo Travel haqlıdır, ölmədən öncə mütləq Penang adasına gedin. Səyahət üçün ən optimal vaxt (mülayim hava baxımından) dekabr və yanvar aylarıdır.Əgər yazını bəyəndinizsə aşağıda olan Facebook düyməsini seçərək blogpostu Facebookda paylaşın ki, dostlarınız da yazılarımızdan xəbərdar olsunlar. Yox əgər Gəzəyənlərin yazılarından ilk xəbər tutmaq istəyirsinizsə aşağıda “abunə ol” bölməsinə mailinizi yazaraq düyməyə klikləyin. Hələlik bu qədər, növbəti yazılara qədər…Paylaşdı: Sakit Abdullayev

1828 dəfə oxunub

İran bələdçisi

Bir neçə insanın istəyini və çox azərbaycanlının məlumatsızlığını nəzərə alaraq İrana səyahətimdən olan təcrübəmi istərdim sizlərlə bölüşəm. Ümidvaram yazdıqlarım kimlərəsə yararlı olar. Amerikanın İran haqda yaratdığı propoqanda təəssüf ki, bir çox millətdə mənfi fikirlər yaradıb. Eyni zamanda bir çox azərbaycanlı elə bilir ki, İrana getmək ‘zibilliyə’ getməkdən fərqlənmir. Çalışacam bu fikirlərin səhv olduğunu sübut edim. Başlamazdan əvvəl onu deyim ki, siyasət tərəfi mənim də ürəyimi bulandırır, xüsusi ilə də mollaların hakimiyyətə gəldiyi dövr. Qəşm adasında fikir mübadilə etdiyim Təbrizli xanımın sözü ilə desək İranı xarabaya çevirən hakimiyyət. Amma fərqli təcrübə yaşamaq istəyən bir turist 10-15 günlük bu abu-havaya dözüb ölkənin gözəl tərəflərindən zövq ala bilər. Onu da deyim ki, farslar o qədər də ‘geridə qalmış’ deyillər. Bir fars rəfiqəmin dediyinə görə Tehranda ‘gizli’ elə diskotekalar təşkil edirlər ki, heç Las Vegasda həmin atmosfer yoxdur. Çox uzatmayım, keçim mətləbə. İranı nəyə görə gəzmək lazımdır??? İran qədim tarixi, zəngin mədəniyyəti, oriental üslub memarlığı, səhraları, möhtəşəm adaları, qonaqpərvərliyi, fərqli iqlimi ilə səyahətçilərini təəccübləndirir. İranın Şimalında (Cənuni Azərbaycan) mənim diqqətimi cəlb edən xüsusi şəhərlər yoxdur. İranı kəşf etmək üçün cənuba yollanmaq lazımdır. Bu mənim şəxsi fikrimdir.Bu səbəbdən yalnız Təbrizdə bir gün gecələyib, bütün vaxtımızı yaxınlıqda yerləşən Kəndovan kəndində keçirtdik. Türkiyənin Kappadokiyası da adlandırırlar. İsfahan şəhəri xüsusi oriental üslubu ilə insanı çox heyrətləndirirdi. Bülvarlar, orta əsrlərə aid körpülər, saraylar, məscidlər əsas görülməli yerlərdəndir. Getsəniz UNESCO’ya daxil olan Nəqşi Cahan Meydanına ziyarət edin. Şiraz. İranda ən sevdiyim şəhər. Məncə paytaxt olmağa daha çox layiqdir. Həm coğrafi, həm də tarixi səbəblərə görə, siyasətinə qarışmıram Şəhərin mərkəzi orta əsrlərin şərq mədəniyyətini xatırladır. Burada istənilən məscidə daxil olursan ağzın açıq qalır. Rəngli güzgülərlə daxilini o qədər gözəl bəzəyiblər ki, insan baxmaqdan doymur. Nəsir-Ül-Mülk məscidi indiyə qədər gördüyüm ən gözəli idi. Pəncərələri Şəki xan sarayındakı kimi rəngbərəng şüşələrlə bəzədilib. Sübh tezdən günəşin işiqlari həmin rəngləri yerdə əks etdirir. Qeyd: məscidə giriş ödənişlidir, qiymət yerli və xarici vətəndaşlara görə dəyişir. Bundan başqa, şəhərdə Vəkil Bazara gedib digər memarlıq növləri ilə də tanış ola bilərsiniz. Vaxtınızı bu şəhərə çox ayırın, çünki, bura İranın özəyi, Qədim Fars İmperiyasının ürəyi, dünyanın ilk sivilizasiyalarından birinin beşiyidir. 70 km şimala getməklə Əhəmənilər İmperiyasının paytaxtına, Persepolis (yunanca Perse - Fars, Polis - Şəhər deməkdir) səyahət edəcəksiniz. 2500 il bundan əvvələ qayıtmaqla Fars İmperiyasının nə qədər əzəmətli olduğunun şahidi olacaqsınız. Makedoniyalı İsgəndər tərəfindən darmadağın edilmiş I Dara, I Kserks, I Artakserks kimi məşhur imperatorların saraylarının qalıqlarını, Zərdüştlüyə həsr olunmuş məbəd və digər tarixi abidələri öz gözlərinizlə görəcəksiniz. Həmin hisslər əvəz olunmazdır. Yaxınlıqda digər tarixi görməli yerlər isə Nəqşi-Rüstəm, Nəqşi-Rəcəb və Pasarqaddır. Sasani hökmdarlarının müharibələrdə qazandığı qələbələr, Roma imperiyasının elçilərləri ilə I Şapurun görüşü və s. kimi məşhur yazılı əsərlər tarixi qayaların üstündə həkk olunub. Pasarqadda isə II Kirin məzarı olduğu iddia edilir. Tarixi hiss etmək üçün bura da gəlməyə dəyər. Bu tarixi ərazilərə aid abidələrin bir neçəsi hazırda Berlində Pergamon muzeyində saxlanılır. Adlarını sadaladığım əraziləri görməmiş İrandan qayıtmaq, mənim kriteriyalarıma görə İranı kəşf etmək hesab edilmir. Ona görə də, əgər getmək istəsəniz taksi tutun. Bir-birindən məsafədədir və avtobus işləmir. Fars dostunuz varsa kömək istəyin taksi ilə danışmağa. Turist görəndə qiymət oxuyurlar. Mən google translate ilə danışıb azərbaycanlı olduğumu vurğulamışdım. Bütün günü gəzintiyə 40 AZN-ə yaxın xərcim çıxmışdı. Növbəti səyahətimiz Bəndar-Abbasa idi. Yanvarın ilk günləri idi. Biz çatanda temperatur 30 C idi, halbuki, bir həftə əvvəl Təbrizdə qar görmüşdük. Düzü burda görməli heç nə yoxdur. Şəhərə çatan kimi otelə yerləşib, dincəldikdən sonra adalara getdik. Qəşm adasında ‘Chahkooh’ kanyonu valeh edicidir. Bir az İordaniyanı xatırlatdı mənə. Amma deyilənə görə yağış yağandan sonra daha gözəl olur. Digər görülməli və indiyə qədər belə bir yer görmədiyim ada isə Hormuz idi. Sahilləri qıp-qırmızı, səhraları rəngarəng qumla doludur. Hələ mərkəzində Göy-Qurşağı vadisini demirəm, hər rəngdən torpaq var. Bəzi ərazilərdə torpaq o qədər qırmızıdır ki, hətta ondan qidalanan ağacların rəngi belə qızarıb. Fars körfəzinin o tayında yerləşən Omanın ərazisi də görünürdü Qayıdışda planda Yəzd, Kerman və buradakı qeyri adi səhraları gəzmək də var idi. Təəssüf ki, biz İranda olduğumuz müddətdə vəziyyət gərginləşmişdi. Təhlükəni nəzərə alıb Tehrana daha sonra da Bakıya yollandıq. Tehran heç xoşuma gəlmədi. Çirkli, səs-küylü, tıxaclı və qarma-qarışıq bir şəhər idi. Azadi meydanı və Milad Qülləsinə qalxıb restoranda fars yeməklərinin dadına baxa bilərsiniz. Hər şeyi yazmaq mümkün deyik, gedin özünüz gəzin Vacib qeydlər:-İranda beynəlxalq kartlar qəbul edilmir, nağd pul ilə gedin. Pulu öyrənməyə çalışın, sıfırlar adamı çox çaşdırır. - Bütün səyahətimizi avtobusla başa vurduq. Qatara əvvəlcədən bilet almaq lazımdır, yoxsa yerlər tutulur. İki cür avtobus fəalliyyət göstərir. Sadə və lüks. Çalışın lüks götürün, çox baha deyil, rahatdır, hətta yeməyə nəsə verirlər.- İran nömrəsi alıb internet yükləyin, səyahətinizə kömək olacaq. İranda bir çox film, porno, Facebook, youtube’a qarşı senzura var. VPN yükləyin getməzdən əvvəl. - Sizi turist kimi görüb tələlərinə düşməyin. Qiymət öldürün və azərbaycanlı olduğunuzu bildirin. İşə yarayır. - Qiymətlər çox ucuzdu. Şirazda şəhərin mərkəzində restoranda iki nəfərlik yeməyə (yüksək servislə) 15 AZN xərcimiz çıxmışdı. Farsların dediyinə görə İranda Novruz ərəfəsində otel tapmaq çətindi. Biz gedəndə rahatlıqla tapdıq və qiymətlər son dərəcə münasib idi. Hətta 20-25 AZN-ə (iki nəfərlik) belə otellər var. - Yol yoldaşınızın kim olmasına diqqət edin. Ölkədə qanun şəriət qaydaları və İslam rejiminə əsaslanır. Oteldə yanınızdakı xanımın naməhrəm olduğunu biləndə qalmağa yer vermirlər. Hətta deyilənə görə, polis yolda saxlayır. Heç bir təcrübəm yoxdur bu barədə, amma rəsmi olaraq cütlük hesab edilmirsizsə diqqətli olun. - Qadınlar üçün bütün ictimai ərazilərdə baş bağlamaq vacibdir. Kişilər, şortikinizi uyğun səfərlərə saxlayın. İran üçün yaxşı seçim deyil. - Azərbaycan dili ünsiyyətinizə daha çox kömək olacaq, nəinki ingilis dili, hətta cənubda belə.- Bacardığınız qədər həzz alın bu səyahətdən, çünki İtaliya, Yunanıstan, Misir kimi dünyanın ən vacib tarixi ərazilərindən birini kəşf edəcəksiniz. Şəkillər 2020 yanvar xatirələrindən.Oxuduğunuz üçün təşəkkür edirəm! ~ Hörmətlə,Rəcəb Səfərov

2058 dəfə oxunub

Maldivlərə Tursuz Səyahət – Maldiv Beledçisi

Maldivlərə Tursuz Səyahət – 8 Günlük TəcrübəmSalam, yoldaşlar!Bu gün sizlərə Maldivlərə etdiyim tursuz səyahətimdən danışmaq istəyirəm. Mənim səyahətim 7 gecə, 8 gün davam etdi və tam istirahət anlayışına uyğun oldu. Gedəcək olanlar üçün vacib məlumatları sizinlə paylaşıram. Maldivlərə Viza və SənədlərMaldivlərə vizasız gedə bilərsiniz, amma uçuşdan 96 saat əvvəl “Declaration” formunu doldurmaq mütləqdir. Bundan əlavə, geri dönüş biletinizin və otel rezervasiyanızın olması tövsiyə edilir, çünki Passport control da bəzən soruşa bilərlər. İnternet və Mobil XidmətlərMaldivlərə enən kimi əsas məsələ internetə çıxışdır. Roaming xidmətləri yaxşı işləmir və bahalıdır. Turistlər üçün 40 dollara internet paketi təklif edilir, amma Malé şəhərinə gedərək yerli mağazalardan (local shoplardan) SIM kart alıb cəmi 10 dollara limitsiz internet yükləyə bilərsiniz. Bunun üçün turist olmadığınızı göstərməyə çalışmalısınız(yəni daha uzun qalacaqsınız filan tipli șeyler konfrans ve yaxud iș), çünki əks halda sizə də 40 dollarlıq paket satmağa çalışacaqlar(limitli). Biz bunu həll edə bildik və daha ucuz internet əldə etdik. Ada TransferləriAdalar arasında hərəkət etmək üçün iki əsas seçim var: Public Ferry – gündə yalnız bir dəfə işləyir, qiymət 1-2 dollar (Cümə günləri istisnadır, həmin gün ferry olmur). Speed Boat – daha sürətlidir və gündə 1 2 saatda bir hərəkət edir, qiymət 25-50 dollar arası dəyişir. Yerli Ada TəcrübəsiMən local ada seçdim və buradakı təcrübəm çox maraqlı oldu. Hostel sahibi müxtəlif aktivliklər üçün bizi öz speed boat-u ilə aparırdı: Akula ilə üzmək – 65 dollar (Əgər daha çox adam olsa, qiymət aşağı düşür. Biz 3 nəfər idik) Diving – 35 dollar Jetski – 25 dollar Surfing – 15 dollar (müəllimlə birlikdə 50 dollar)Bəzi aktivliklərdə qiymətləri danışıq yolu ilə endirmək mümkündür. Yerli adalarda yerli insanlarla ünsiyyət qurmaq, onların mədəniyyəti və ənənələri haqqında məlumat əldə etmək çox maraqlıdır. Geyim və QadağalarMaldivlər müsəlman ölkəsidir, buna görə bəzi qaydalara diqqət etmək lazımdır: Çimərlik geyimləri və içki yerli əhalinin yaşadığı hissələrdə qadağandır. Turistlər üçün ayrılmış çimərliklərdə isə hər şey sərbəstdir və tam rahat istirahət edə bilərsiniz.Yerli adalara gedən turistlərin bu qaydalara riayət etməsi vacibdir. Hava Durumu və Ən Yaxşı VaxtMaldivlərə getməzdən əvvəl hava durumunu yoxlayın. Ən ideal vaxt fevral ayıdır, çünki bu ayda hava daha sabit və günəşlidir. Yerli Yeməklər və MeyvələrMaldivlərdə yerli yeməkləri və tropik meyvələri mütləq sınayın. Xüsusilə okean balığından hazırlanan yeməklər çox dadlıdır.Ödənişlər üçünMaldivlərdə kart istifadə edə biləcəyiniz yerlər mövcuddur, lakin bəzi aktivliklər, yerli mağazalar və xidmətlər üçün nağd pul ödəmək daha yaxşıdır. Bu, həm endirimlər əldə etməyə, həm də kartın keçmədiyi hallarda köməkçi olacaq.Ümumi isə Maldivə xərclədiyiniz hər qəpiyə dəyər!Paylaşan Zahid Memmedov

231 dəfə oxunub
Bizi izləyənlər siyahısına qoşulun!