4357 dəfə oxunub

Xəyallar adası - Mavriki

Dünyanın ən möhtəşəm 10 adalarından birinə uyğun qiymətə getmək istəyərdiniz ? Mavrikiyə (Mauritius) gedə bilərsiniz. Amma tələsməlisiniz. Çünki bir-başa ən ucuz bilet Noyabrın 27-dir. Biletin detalları haqqında bir neçə abzas aşağıda oxuya bilərsiniz.


Hind okeanında vulkanik bir ada olan Mavriki, çimərlikləri, laqonları, qayaları, flora və faunası ilə məşhurdur. Mavriki adalarına gedənlər, asanlıqla ordan ucuz bilet tapıb Seyşellərə, Madaqaskar və Reunion adalarına da baş çəkə bilərlər.

 

75366371_2674950315902237_8203707858315902976_o

 

Ölkə haqqında qısa məlumat:

  • Beynəlxalq aləmdə ölkənin adı "Mauritius" kimi gedir. Adanın adının mənşəyi Hollandiya müstəmləkə dövründə adanı idarə edən Şahzadə Maurits van Nassau'nun adından götürülmüşdür. Sonralar İngilis müstəmləkə dövründə "Mauritius" adını almışdır.
  • Ölkənin rəsmi dili İngilis dili olaraq qəbul edilsə də, insanlar mavriki- kreol və fransız dillərində də danışırlar. 
  • Ölkədə 1.238.000 insan yaşayır və hər il təxminən 1 milyon turist qəbul edir.
  • Avtomobillər sağ tərəfdən idarə olunsa da, son 10 ildə heçbir ölüm hadisəsi qeydə alınmamışdır.(İstinad Hürriyət.tr)
  • Müharibə edəcək qonşuları olmadığından orduya büdcədən pul ayrılmır və ordusu yoxdur.

75226299_2674955509235051_381697991318175744_o

Viza:
AZ vətəndaşları qapıda 60 günlük on-arrival viza alır; ancaq ölkəyə gəlməzdən əvvəl geri dönüş biletinizi və otel rezervasiyasını edin, girişdə göstərməyinizi istəyəcəklər.

 

Harda qalmalı ?
Airbnb-də kifayət qədər uyğun qiymətə evlər/otellər var. Məsələn, noyabr 27-29 tarixlərində gecəsi 23 euroya normal şəraitli ev var.

 

Bunları etmədən geri dönməyin tövsiyyələri:
  • ????‍♀️Hind okeanının büllur kimi şəffaf sularında hər gün üzmək.
  • ????‍♀️Skuba dayvinq edib okeanın altının mənzərəsinə baxmaq. Bu adaların olmazsa olmaz əyləncələrindən biridir. Daha sonra snorkellə üzmək, zipline kayt uçurmaq, katamaran gəzmələri ilə digər adalara getmək, açıq dənizdə balıq tutma turlarına qoşulmaq. Çox şanslısınızsa, balinalar, kitləri görə biləcəksiniz.
  • ????Xalqa açıq şəkər qamışı tarlalarında dolaşıb, əsl instagramlıq şəkillər çəkmək. (Open to public fields)
  • ????????Gecələr çimərlikdə yandırılan atəşin ətrafında "Sega" rəqsi edən yerliləri izləmək, hətta onlara qoşulub stress atmaq. (Reqsə baxmaq üçün https://www.youtube.com/watch?v=lKzMZk53vgs)
  • ????Mavrikiyə qədər gəlmişkən adadakı rom fabrikinə baş çəkin və ətirli romların dadına baxın və evdəkilərə hədiyyəlik 1 neçə şüşə alın (vanilya, kakao və ədviyyəli).
  • ☕️Nəhayət, Mavrikinin klassik bananlı qəhvənin dadına baxmağı unutmayın (Şəkil aşağıda ⬇️)

76697228_2674951265902142_7531747481688735744_o

Mark Tven deyib : (“Mauritius was made first, and then heaven; and that heaven was copied after Mauritius.”)
Tərcüməsi: “Əvvəlcə Mavriki adaları yaradılıb, sonra isə cənnət ; cənnət yaradılarkən də Mavriki'dən kopya çəkilib” 
Vallah adam haqqlıdır, çünki çox gözəldir. Adamın lap orda ölüb-qalmağı gəlir.

 

Ən uyğun bileti satan istiqamət : Frankfurt – Mauritius – Frankfurt

Tarix : 27 Nov – 16 Dec

HY : Condor

2tərəfli bir-başa bilet qiyməti: 370 Euro; 1-tərəfli 140 euro.

Həmçinin Praqadan (Çexiyadan) və Münhendən (Almaniyadan) MAURITIUS-a Condor-un Noyabrin 27-si gediş olmaqla, dönüş 23 və 26 Dekabra ucuz uçuşları var.

Əgər yazını bəyəndinizsə aşağıda olan Facebook düyməsini seçərək blogpostu Facebookda paylaşın ki, dostlarınız da yazılarımızdan xəbərdar olsunlar. Yox əgər Gəzəyənlərin yazılarından ilk xəbər tutmaq istəyirsinizsə aşağıda “abunə ol” bölməsinə mailinizi yazaraq düyməyə klikləyin. Hələlik bu qədər, növbəti yazılara qədər…

Paylaşdı: Aksana Kaiser

DİGƏR BLOQLAR

Siciliya, İtalyaya səyahət

Siciliya, İtalyaya səyahət edin.Dağ, dəniz, çay, təpə, meşə, tarix, yemək, gözəl təbiət və s. Hər birini birlikdə tapmaq olur.Yaxşı olar ki, avtomobil kirayə edib bütün adanı gəzəsiniz. Hər şəhər və bölgəsindən başqa ilham almaq olur.İspaniyadan fərqli olaraq avtomobil kirayəsi bahadır. Xüsusən tam sığorta ucuz deyil. O da başa düşüləndir. Küçələr dardır və xeyli yolun vəziyyəti yaxşı deyil. İtalyanlar lap azərbaycanlılar kimi sürür. Qaydalara əməl etməyən çoxdur.Mən xeyli yeri gəzmişəm. Ətraflı yazsam post çox uzun olacaq. Qısa-qısa bir-iki qeydlər edim.Palermo (paytaxt şəhər): Bura Siciliyanın ən böyük şəhəridir. Mərkəz burada canlı olur. Həftə sonları meydanlarda partylər də olur. İtalyanın ən böyük opera binası buradadır. Bazarları da maraqlıdır. Burada mərkəzdəki restoranlarda dadlı yemək çətin tapılır. Amma çox vaxt lokal restoranlarda yeməklər ucuz və xeyli dadlı olur. Məsələn, Trattoria da Piano restoranı (lokal və ucuz).Cefalù: Bura çox balaca, amma çox romantik şəhərdir. Çox gözəldir. Dəniz sahili də əladır. Çimərliyi də var. La Rocca qayalığından möhtəşəm mənzərə görünür.Taormina: Çox turistikdir. Amma qəşəng instagram şəkilləri çəkmək istəyənlər bura gəlir. Girişdə qəşəng bir restoran var. Küçələri gəzməlidir. Adam da çox olur. Uzaqdan Etna dağı da görsənir.Agrigento: Dünyanın ən böyük arxeoloji tapıntılarından birinin yanında yerləşir. “Temples of the Valley”(>2km) şəhərin yaxınlığındadır. Ən salamat qalmış yunan mədəniyyəti qalıqları burdadır. Məsələn, Concordia abidəsi ən yaxşı saxlanılmış yunan abidələrindəndir ([https://en.wikipedia.org/wiki/Valle_dei_Templi](https://en.wikipedia.org/wiki/Valle_dei_Templi)).Ragusa: Təpəlikdə şəhərdir. Barok mədəniyyəti abidələri çoxdur. Adam az olur.Etna yanardağı: Təəssüf ki, biz gedəndə duman idi. Buna görə çox şey yaza bilməyəcəm. Avropanın ən aktiv və ən böyük yanardağıdır.Bura məxsus yeməklər: Arancini, cannoli, granita, pasta alla norma və dəniz məhsulları.P.S. Ara şəhərlərdə 1.50 avroya cappucino içdikPaylaşan: Ali Ismayilov

152 dəfə oxunub

Əndəlüsün qədim şəhəri - Malaqa

Malaqadakı bütün otel, apartament və hostelləri bu linkdən (bron) edə bilərsiz.Sizə yeni gəldiyim İspaniyanın Malaga şəhəri haqqında yazmaq istəyirəm. Bəlkə də uzun olacaq və oxumaq istəməyəcəksiniz.Təyyarədə gələndə yuxarıdan aşağı baxanda dedim ki, ilahi bura lap Salyanın şoran yerlərinə oxşayır ki, bura haradı belə. Ancaq təyyarə eniş edəndən sonra Malaganın aeroportundan düz mərkəzə cəmi 12 dəqiqəyə 1.80 eur dəyərində qatar bileti alıb gəldim. Səssiz və inanılmaz rahatlıqda. Ona görə ki, biz ölkəmizdə belə xidmətlərə möhtacıq. Şəhərdə tıxac adlı bir şeydən söhbət getmir.Şəhərin binaları bahalı, daş qaşlı, mərmərlərdən örtülməyib. Rəngarəngliklə bəzədilib. İnanılmaz ahəng yaradıb. Rahat şəkildə deyə bilərəm ki, Malaga dizaynerlərin şəhərciyidi. Şəhərdə hər yerdə dizaynerlərin əl işləri öz əksini tapır. Zövq anlayışı insanların qanına oturub. Hər yerdə mədəniyyət, gülərüz personal, möhtəşəm idarəetməni görürsən. Bizim restoranlara girəndə administrator min hoqqadan çıxıb ofisiantı əzir insanın gözü qabağında. Burda elə şeylər qətiyyən görmərsən, ən adi ofisiantı belə inanılmaz pozitivdir. Çox gözəl aura var şəhərdə. Həm şərq üslübü həm də müasir üslublar hər yerdə öz əksini tapır. Yol mədəniyyəti, tarixi muzeylər, ən əsası Pikassonun muzeyi (şəkil çəkilməsi icazə verilmir) və daha iri həcmli tarixi muzeylər. Bir sözlə şəhərin qədimliyini addım başı gördüyünüz muzeylər hər yerdə xatırladacaq.Şəhərin ən məşhur içkilərindən biri Sangria adlı çox dadlı bir içkidir. Heç bir sözlə əvəz edib izah edə bilmirəm, amma inanılmaz dadı var. Eliksir kimi ????Şəhər ümumən hədsiz ucuzluqdu, günü 20-30 eur ilə ürəyin istəyən nahar, səhər və axşam yeməyini yeyirsən, yanında içkisi ilə birlikdə. Ancaq marketlər Bakı qiyməti ilə, hətta deyərdim daha ucuzluqdu. Tövsiyyəm odur ki, gedib Barcelonanı və digər yerləri görməkdənsə belə yerlərin aurası adama daha xoş təsir bağışlayır. Özlərinə xas bir çox xüsusi dadda yeməkləri var və çox ləzzətlidi, soğan, pomidoru bizim kimi yaman çox sevəndilər. Amma dadlı yeməkləri var. Mən iş səyahəti üçün gəlmişəm, növbəti səfərlərim Granada və Sevilyadır. Hər birinizə xoş istirahətlər ????*Ps. Mən Freepik şirkətinin rəsmi ölkə üzrə təyin edilmiş səfiriyəm. Sonuncu şəkildəkilər isə Freepikin təsisçiləri Alejandro və Pablo Blanes qardaşlarıdır. Freepik dizayner və fotoqraflar üçün əvəzedilməz bir veb saytdır. Belə ümid edirəm yormadım sizləri.Əgər yazını bəyəndinizsə aşağıda olan Facebook düyməsini seçərək blogpostu Facebookda paylaşın ki, dostlarınız da yazılarımızdan xəbərdar olsunlar. Yox əgər Gəzəyənlərin yazılarından ilk xəbər tutmaq istəyirsinizsə aşağıda “abunə ol” bölməsinə mailinizi yazaraq düyməyə klikləyin. Hələlik bu qədər, növbəti yazılara qədər…Paylaşdı: ‎Balash Mirzabey

1540 dəfə oxunub

3 Ölkə Sərhəddi Keçilən Beynəlxalq Marafon

Bu dəfəki səfərimizin əsas məqsədi xüsusi marşrut xətti ilə seçilən, qaçaraq 3 ölkə sərhəddi keçilən beynəlxalq marafon idi. 12 oktyabrda baş tutan bu marafon Almaniyada başlayıb, İsveçrədə (42 km) və Avstriyada (21 km) sonlandırdı. Beynəlxalq Atletika Federasiyası reytinqində bu marafon xətti "bronze label" kateqoriyasındadır. 42 km (F) və 21 km-lik (H) marafon üzrə üzrə 10K-dan çox, hər yaş kateqoriyasından iştirakçı vardı. Almaniyanın Lindau şəhərində başlayıb, Avstriyanın Bregenzindən keçən və əsasən İsveçrənin St.Margreten şəhərciyində sonlanan bu tədbir yüksək səviyyədə təşkil olunmuşdu. İştirakçıların bir-birinə olan hörməti, göstərdiyi mədəniyyət və ünsiyyət təqdirəlaiq idi. Sıra ilə verilmiş keçid bloklarında insanların o qaydaya əməl etməsi ürəkaçandır biz tərəfdən baxdığımız zaman. Marşrut xətti boyu dəstək olan insanların üzündəki pozitivlik, onların bu tədbirə zaman ayırmaları, əlində "tap button" () pankartlar hazırlayanlar və ümumilikdə, əhalinin verdiyi bu motivasiya çox sevindirici və güclü motivasiya idi. Müəyyən məsafələrdən bir ənənəvi olaraq verilən qida (banan, enerji barları, gellər) və maye (su, iso, enerji içkiləri) ehtiyacı çox yaxşı təşkil olunmuşdu. Marafon öncəsi 2 dəfə hazırlıq qaçışı etdik Münxendə, xüsusilə İngilis bağı parkında. Təbiətlə zəngin bu parkın ucu bucağı yoxdur, sanki Nyu Yorkdakı Central Parkı idi. Aktiviti üçün o qədər ideal yerdir. Qaçmaq üçün analoqu olmayan bir atmosfer var. Amma bütün bunlardan əlavə bir sport mağazakı var, onu xüsusilə vurğulamaq və qətiyyətlə tövsiyyə edərdim - Top4running, nə zamansa yolunuz düşsə, düşünmədən baş çəkin, qəşəng endirim də edirlər, elə bir elit qaçış ayaqqabısı qalmadı ki, biz onu yoxlamayaq. Mağaza sahibi sağolsun bizə bu zövqü daddırdı ki, üst seqment nəqədər ayaqqabı varsa, hamısını try edək Əlbəttəki, Münxenə gəlibdə əvəzsiz bavariya pivəsindən dadmasaqda olmazdı. Əsl enerji barı elə HB (Hofbrauhaus) pivəsi və grilled pork Xərclər (5 gün üçün):Marafon bileti: 120 aznTəyyarə xərcləri (gediş-gəliş): 170-200 azn Qonaqlama: 400 azn (burada ev, hostel, hotel qarışıq, Lindaudakı evi xüsusilə vurğulamaq istəyirəm, möhtəşəm)Daxili nəqliyyat: 150-200 aznQaçış ayaqqabısı: ? Növbəti marafonda görüşənədək - Stockholm yoxsa Amsterdam marafonu? Bəs siz hansı beynəlxalq marafonda iştirak etmisiz?Strava account: https://strava.app.link/HPntrZIaDXbPaylaşan: Royal Aliye

85 dəfə oxunub

Avropa səyahəti (Berlin, Amsterdam, Paris, Barselona, Roma, London)

Sizə bir müddət öncə söz vermişdim ki, Avropa səyahətlərim haqda yazacam, lakin hərəsi üçün ayrı post açmağa təəssüf ki zaman çatmır. Ona görə qısa yazacam hər biri haqda Getməyimin əsas məqsədi qurduğumuz GETGUIDED şirkətinin bələdçiləri ilə və partnyorları ilə görüşmək idi.Qaldığım və bəyəndiyim hostellər: Aletto (Berlin), Generator (Paris ve Barselona), WOW (Amsterdam), The Hat(Madrid)Qiymətləri 30-40 Avro arası dəyişirdi 2 gecə üçün. Roma və Londondakı Hostellərin reviewlarına baxmamışdım deyə çox pis çıxdı və onları məsləhət görməyəcəm.Hostellərdə qalacaqsınızsa mütləq özünüz ilə kilid götürün, əşyaları qoyduğunuz qutunu bağlamaq üçün.Aeroportlarda şəhərə getmək hər yerdə metro ilə idi və ya qatarla 3-5 avro arası. London və Rim xaric. Rim 14 avro, Londona 15 funt idi deyəsən. Rimdə sonradan öyrəndim 5 avroya avtobus var imiş, dönüşü onunla etdim.Heç bir şəhərdə avtobus ya metroya minmədim məcbur qalmadıqca  270 min addım atdım 14 günə və təxmini 220 km edir bu. Ətrafı görmək üçün ən yaxşısı yeriməkdir.Nələr etdim?Berlin - Berlində köhnə xəstəxanaya 70-ci illərdə illeqal oturum hərakatı başlatan hippilərin yaşamını gördüm. Onlar artıq illərdir orada yaşayır və çox özlərinə məxsus art fokuslu həyat tərzləri var. Orada öz məktəbləri, bağçaları, teatrları var. Maraqlı bələdçi ilə oranı gördük və ordan isə Divari gördük (yaxındır)Amsterdam - Ümumi şəhər turu etdik bələdçimizlə və sonrasında art tour etdik. Lokal artistlərin əsərləri ilə tanış olduq və cavan yaşayan incəsənət aləmi ilə yaxından tanış olduq. Amsterdama yaxın Harleem şəhəri də qəşəngdirParis - Parisdə son 32 ilin ən güclü qarı yağmışdı deyə çox bir şey göre bilmədik amma inanılmaz gözəl şəkillər alındı  Qar səbəbindən hosteldə sular kəsildi 2 gün, hostel maximum kömək etdi və pulumuzu da qaytardı sualsiz  Sonrasında hava limanında 20 saat qaldım. Yatmağa yer yox idi, və ağlıma ilk gələn məscid və kilse oldu rahat yer olaraq. Məscid bağlı olsa da oradakı kiçik kilsə otağı çox isti və rahat idi və orada yatdımMadrid - ciddi xəstələndim parisin soyuğu və aeroportda gecələməyimdən dolayı. Üzülərək deyirəm ki Madridi görə bilmədim, amma The Hat hostel çox rahat idi :)Barcelona - ən sevdiyim şəhər oldu  Azərbaycanlımızın açdığı kiçik kafedə çay içdik (adresi ataram). Bələdçimiz ilə velotura getdik. Sahil boyu şəhərin kənarına qədər çıxdıq və velosiped ilə günəşin altında şəhər haqda öyrəndik. Sonra isə tapas yedik  Şirniyyatları da çox dadlı idi!Roma - Burada əsl romalı olan bələdçimiz ilə yemək turuna getdik. Əsl İtalyan pastası yedik, şirniyyatlarından yedik və 200 illik mağazaları gəzdik. Hətta bir çörəkləri var təndir çörəyinə çox oxşayır  Heç biri turistik deyildi  İtalyanlar qəhvə ilə kiçik şirniyyatı ayaq üstü kiçik mağazada yeyir və bu olur qəhvaltı. İnanılmaz dadlı kofeni və şirniyyatı kiçik mağazada tapdım orada Amore adlı (google-da axtarın çıxacaq). Yenə turist yox idi və yerlilər idi. Sonra isə italyan aşbaz ilə italyan makaronu bişirdik və yedik.London - Jack the ripper və ümumi tura getdik bələdçimiz ilə  ara küçələri gəzmək və kəşf etmək maraqlı oldu Bonus: Moskva - Metro turuna getdik bələdçimiz ilə  inanılmaz metrolar və gözəl hekayələr var hər stansiyada Bonus iki: əlavə olaraq Göy-göl, Kıbrıs və Bakıdan şəkillər qoydum.[gallery ids="1311,1309" type="slideshow"]Bonus üç: Edinburghda hal hazırda (02.03.2018) stormdur. bütün qatarlar, hava yolları, avtobus, tramvay, məktəblər, iş yerləri bağlıdır və burda da şəkilləri var :) Edinburgh-a gəlsəz çalışaram qonaq edim və ya ən azından şəhəri göstərim Bilirəm çox qısa yazdım, Və istədim şəkillərimi sizinlə paylaşım. Hansı şəhərə gedirsizsə və bələdçi axtarsaz GETGUIDED olarq sizə 10% endirim bizdən Kimin şəhərlər haqda nə sualı var buyrun verin çalışaram kömək edim.Əgər yazını bəyəndinizsə aşağıda olan Facebook düyməsini seçərək blogpostu Facebookda paylaşın ki, dostlarınız da yazılarımızdan xəbərdar olsunlar. Yox əgər Gəzəyənlərin yazılarından ilk xəbər tutmaq istəyirsinizsə aşağıda “abunə ol” bölməsinə mailinizi yazaraq düyməyə klikləyin. Hələlik bu qədər, növbəti yazılara qədər…Paylaşdı: Cavid Nadir

1567 dəfə oxunub
Bizi izləyənlər siyahısına qoşulun!