913 dəfə oxunub

Sicilya bələdçisi - I hissə

Sicilyadakı bütün otel, apartament və hostelləri bu linkdən book (bron) edə bilərsiniz.

Hamımızın planımızda mütləq gəzəcəm dediyimiz bəlli ölkələr və şəhərlər var. Hələ “La vita e bella”, “Il bisbetico domato” , “Nuovo cinema paradiso” filmlərinə baxarkən mütləq İtaliyaya gedəcəm qərarına gəlmişdim. Məlahətli, emosional italyan dili, üzüm bağları, mavi dəniz, pesto sosu, hər fürsətdə sizə-turistlərə kömək etmək istəyən istiqanlı cənub insanları. Amma Siciliya…Siciliya heç vaxt planımda olmayıb.

Sicilyadakı otellərə

Aralıq dənizinin ən böyük adası olan Siciliyanı görmək 2017-ci ilin Noyabrına qismət imiş. Erasmus+ Youth Exchange proqramı çərçivəsində Catania şəhərindən 1 saatlıq məsafədə yerləşən Messinanın bələdiyyəsi olan Sant’Alessio Siculo-ya iki Turkish Airlines, bir Ryanair- toplam 10-15 saatlıq səyahətlə çatdıq. Siciliya torpağına ayaq basarkən qaranlıq olduğundan ilkin təəssüratımız aydın görsənən, ulduzlarla zəngin açıq səma və dəniz üzərinə yol açan ay işığı idi. Noyabr nə qədər qulağa soyuq səslənsə də əslində Siciliya üçün tam bir yaz havası idi. Dedilər ki, isti hava buraları asanlıqla tərk etmir və çimərlik sezonu yazın əvvəlindən başlayır payızın sonuna kimi davam edir.

Proqrama əsasən Sant’Alessio Siculo qəsəbəsində bizim üçün ayrılmış üç ulduzlu təvazökar, sahildən otuz addımlıq məsafədə yerləşən, çiçəkli, terraslı, palma ağacları ilə qarşılanan, sarıya boyanmış Hotel Solemar-da qaldıq. Qəsəbədə ən bərkgedən hotellər cəmi üç ulduzludur, səbəbi isə sahilinin turistləri qarşılamaq üçün elə də böyük olmamasıdır. Dörd şezlonq arxa-arxaya düzsən divara dəymiş olacaqsan.

 

[gallery ids="186,187,188,189,190" type="rectangular"]

Filmlərdə də gördüyümüz kimi İtalyanlar evlərini günəş işıqlarından qorumağı sevirlər. Balkonumuzdan dənizə açılan mənzərini görmək üçün əməlli vaxt sərf etdik. Bunun iki qat pərdəsi, pəncərəsi, taxtadan digər pəncərəsi… Və budur! Sabah günəşi ilə parıldayan mavi dəniz.

ALMAN YAZIÇISI HÖTE HAQLI İMİŞ. “SİCİLİYANI GÖRMƏDƏN İTALİYANI GƏZMƏK, ÜMUMİYYƏTLƏ İTALİYANI GƏZMƏMƏK DEMƏKDİR. SİCİLİYA HƏR ŞEY ÜÇÜN İPUCUDUR”.

Qeyd edim ki, Sant’Alessio Siculo 6 kmərazi və 1500 nəfər əhalidən ibarət kiçik bir qəsəbədir. Biz qeyri-turistlik mövsümdə getdiyimizə görə qəsəbə 50 nəfərdən ibarət görsənirdi və ortalama yaş 65-in üstündə olardı. Səhər bələdiyyədə sədr gördüyünüz xanımı günorta kafedə nahar edərkən, axşam isə turist agentliyində işçi kimi görə bilərdiniz, bu da qaldığımız komunanın nə qədər böyük olması haqqında təsəvvür yaradırdı.

Franz Kafka “hüzur istəyirsən?-az insan, az əşya” deyib. Sant’Alessio Siculo nadir hallarda moped, fiat maşınları keçən boş küçələri, az insanları, “vendere”, “affitto” elanları asılmış kimsəsiz evləri ilə məhz hüzur hissi yaratmışdı. Səssizliyin dadını çıxartmışdım.

Əlbəttə ki, bütün günümüz o qəsəbədə keçmirdi yoxsa Siciliyada həyat maraqsız olardı. Qaldığımız bir həftə ərzində Castelmola, Taormina, Forza D’agro, Savoca, Catania kimi şəhərləri, qəsəbələri gəzdik. Havalar günəşli, sərin keçdiyindən Siciliya torpağında atdığımız hər addımdan zövq alırdıq.

CASTELMOLA

Avtobusla dağı dolanaraq qalxdıq bir tərəfdən möhtəşəm İoniya sahili, başı qarlı Etna dağı, digər tərəfdən isə Giardini-Naxos körfəzi və Sant’Alessio Siculo qalasına açılan mənzərəli kiçik Castelmola qəsəbəsinə. Norman qalasının qalıqları ətrafında dağın başından ta yamacına kimi qurulan qəsəbə təbiət terrasını xatırladırdı. O qədər hündür idi ki, hətta məktəb vaxtı bizə xəritədə sapoqi kimi göstərilən İtaliyanın dabanını və pəncəsini üfüqdən seçə bilirdik. Bir otaqlıq sahəni əhatə edən üç mərtəbəli kafedə bizi məhz Castelmolya məxsus hazırlanan yerli badam şərabına qonaq etdilər. Castelmolaya gedib o şərabı dadmamaq, Zaqatalaya gedib fındıq yememək kimi bir şeydir.

TAORMINA

CASA CUSENI MAISON DE CHARME

Əsrarəngiz! Boşuna Siciliyanın turist paytaxtı demirlər. Taormina ilə tanışlığımız gözəl sənətlər muzeyi olan Casa Cuseni-dən başladı. Tarixin, mədəniyyətin, incəsənətin, tolerantlığın beşiyi olan bu malikanə hər birinin danışmağa öz hekayəsi olan antik əşyalarla dizayn edilib və xüsusi zövqlə salınmış papirus, mandarin, limon ağacları, çiçəklərdən ibarət İtaliyanın ən möhtəşəm bağının əhatəsində qorunub saxlanılır və sizə şəhərə quşbaxışı mənzərə, Etna dağına əzəmətli görüntü bəxş edir. Pablo Picassodan tutmuş Ziqmund Freydin qızı Annaya kimi mötəbər şəxsiyyətləri, yazarları, rəssamları, Koko Şaneli qonaq edən bu malikanə hazırda muzey-hotel kimi Taormina turistlərinə xidmət göstərir. Hoteldən çox, doğma ev abu-havasını yaradan malikanə sizə burada yaşamdan çox, öz dövrünün dahi şəxsləri ilə birgə tarixi, yaradıcı səyahət vəd edir. Məsələn, adına uyğun olaraq tərtib olunan, barokko üslublu balkondan Etna dağı və şəhərə açılan mənzərəli Pablo Picasso otağında gecələmək istəyisinizsə təqribən 510 manatınızdan keçməlisiniz. Bundan başqa amerikalı rəssam Henry Faulkner, isveçli aktrisa Greta Garbo, ingilis yazarı Daphne Phelps adına müxtəlif üslublarda dizayn edilmiş otaq seçimləriniz də var.

 

[gallery ids="191,192,193,194,195,196" type="rectangular"]

20-ci əsrin əvvəlində tikilən Casa Cuseni birinci və ikini dünya müharibələri dövründə tətbiqi incəsənətin beynəlxalq mərkəzi olmuşdur. Britaniyalı rəssam Robert Hawthorn Kitson-nun şəxsi kolleksiyasını özündə saxlayan malikanədə yemək otağının interyeri məhz özü tərəfindən çəkilən, hazırlanan, dizayn edilən dünyada yeganə interyerdir. Qeyd edim ki, həm bağ, həm də malikanə rəssam tərəfindən qurulub.

Casa Cusenini gəzəndən sonra özümə söz verdim ki, bir gün mütləq yenə gələcəm amma bir saatlıq muzeyi gəzmək üçün deyil məhz Pablo Picasso otağında bir gecə də olsa qalmaq üçün…

TURIST PAYTAXTI- TAORMINA

Girişi və çıxışı iki şəhər qapısı ilə müəyyənləşən 13 km2 sahəni əhatə edən turistlərlə zəngin Taormina. Mərkəzi küçədə gəzərkən addımbaşı limonad, vespa suvenirləri, xaç atası film, mahnı diskləri, limon sabunları satan kiçik köşk və mağazalarla rastlaşa bilərsiniz. Xoş limon ətrini şəhərin əksər hissəsində duymaq mümkündür. Taorminanın gözü amfiteatrdır. Ən çox turist növbəsini də elə orada gördüm. Amfiteatra gedərkən diqqətimi fransız turistlərin yaş qrupu çəkdi: 65-75 yaş. Qarşımda tipik avropalı nənə başqa bir qadının qolundan tutub enişli, yoxuşlu pilləkənləri aramla qalxır, bir tərəfdən bələdçinin fransızca turuna qulaq asır, digər tərəfdən də günəşin qızıl saat ərəfəsində amfiteatr üstünə saldığı şəfəqi seyr edirdi. Kənardan baxsanız düşünərdiniz ki, amfiteatr qadının axırıncı səyahətidir. Həmin nənə sevincli-kədərli qəribə hisslər yaşatdı. İnsan ömrünün nə qədər qısa, zamanın isə qəddar olduğunu xatırlatdı…

Günəş batırdı mı, yoxsa amfiteatr günəşdən uzaqlaşırdı mı bilmirəm. Hər halda biz də digərləri kimi “me time” yaşamaq üçün fərqli pilləkənlərdə oturub günəşin həmin gün üçün olan son şüalarından zövq aldıq…

Əgər yazını bəyəndinizsə aşağıda olan Facebook düyməsini seçərək blogpostu Facebookda paylaşın ki, dostlarınız da yazılarımızdan xəbərdar olsunlar. Yox əgər Gəzəyənlərin yazılarından ilk xəbər tutmaq istəyirsinizsə aşağıda “abunə ol” bölməsinə mailinizi yazaraq düyməyə klikləyin. Hələlik bu qədər, növbəti yazılara qədər…

 

Paylaşdı: Nata Hasanova

DİGƏR BLOQLAR

Fironlar diyarı - Misir bələdçisi (I hissə)

Yeni ildə hər kəs soyuq havası və qarı olan ölkələri tərcih etdiyi halda mən qərara aldım ki Misirə gedim :)Qeyd edim ki, bu postda uzun olmasın deyə ancaq səyahət etdiyim yerlər haqqında yazacam. (dedi və uzun alındı????)Sonra isə yemək və digər məsələlərdən danışacam.Niyə bəs Misir desəniz cavabım bu olacaq ki, hər zaman sənədli flimlərdə gördüyüm o tarix mənə maraqlı gəlirdi. Gözlərimlə görmək istəyirdim ki, görəsən dedikləri kimi varmı?Demək Qahirəyə uçuşumu Tbilisidən etdim. Tbilisi - Afina - Qahirə 143 euro (Bileti tez alsaydım daha da ucuz bilet tapardım.)Qahirəyə səhər saatlarında çatdım yorğun olduğum üçün otelə çatıb birbaşa yatmaq qərarına gəldim.Otelim şəhər mərkəzində olduğu üçün axşama doğru şəhəri gəzməyə başladım. İlk qarşılaşma – küçədə rəsmən xaus var. Şəhər mərkəzində çox az sayda dediyimiz piyada keçidi var. Ona isə məhəl qoyan yoxdur. Qırmızı işıq, yaşıl işıq və yaxud digər işıqlar anlayışı nisbi xarakter daşıyır. İşıqdan fərqli olmayaraq maşınlar və piyadalar eyni vaxtda hərəkət edirlər.İkinci gün isə Gizaya və Sakaraya səyahəti planlamışdım. Bunun üçün taksi danışdım, iki nəfər 25 dollar səhər saat 8-dən saat 5-ə kimi bizimlə oldu. Gizaya ordan Sakaraya apardı gözlədi və geri gətirdi.İndi isə gəlim ilk və son “loxlanmağıma”Pramidalar olan əraziyə dəvə ilə səyahət etmək istədik. Allahın dəvəsi bizə 100 dollara başa gəldi )) hələ 150 deyirdi guya mən özlüyümdə endirim etdim. Amma siz aldanmayın. Çünki turist görən kimi, qiymətlət 10 dəfəyə qədər qalxa bilir. Ona görə maksimum endirim edin. 50 dollara qədər qiyməti endirməyə çalışın)Hardasa 2 saatdan bir az çox çəkdi pramidaları gəzmək, əlbəttə ki, şəkil çəkdirmək Böyül Sfinks heykəlini görməyimiz və geri qayıtmağımız. Onu da deyim ki, 100 dollara əraziyə giriş biletləri də daxil idi. Nəysə, Giza və Sakara bizə 175 dollara başa geldi ))Burdan sonra isə Saqaraya getdik. Burdakı muzeyə baş çəkdik. Yenə pul ödədik içəri girmək üçün. Amma məsləhət görərdim ki, Saqaraya getməsəz də olar. Çünki Qahirə muzeyində orda gördüklərinizdən ən azı 20 dəfə çox şey görə bilərsiniz.Amma Gizaya özünüz də gedə bilərsiniz. Qahirədən metro xətti gedir Gizaya adam başı heç bir dollarda etmir. Ordan isə ayaqla və taksi tutub 2-3 dollara Pramidalar olan əraziyə gedə bilərsiniz.Sonraki gündə isə planda Qahirədə yerləşən Qahirə Muzeyi idi. Mütləq bura baş çəkin. Möhtəşəm tarixlə üz-üzə olacaqsınız. Adambaşı isə giriş 120 Misir poundudur. Dollarla hesablamaq istəsəniz 16-ya bölün. Bu girişdə bir pulsuz mumiya görə bilərsiniz.Əgər daha çox mumya görmək eşqiniz varsa mumiyalar olan otağına girməlisiniz və buna görə 150 pound da ödəməlisiniz.Daha sonra isə səfərimiz Misirin ən böyük şəhərlərindən biri olan və Aralıq dənizinin masmavi dənizi kənarında yerləşən Alexandria şəhərinə idi.Travel ganetliyi bizə təklif elədi ki, 100 dollar verin sizi aparaq gözləyək sonra isə gətirək. Təbii ki, ikinci dəfə loğlanmaq istəməzdim)) Buna görə 2-ci klass qatarına bilet aldım. Qatar 2 saat yarıma gedir və 4 saat qayıdır. Adam başı isə gediş - dönüş cəmi 140 Misir poundu. (8 dollar 75 sent) Yəni isə 100-150 desələr də siz onun 17 dollara edə bilərsiniz :)Alexandriada mütləq getməli yerlərin siyahısını yazıram.- 1477 ildə tikilmiş Citadel of Qaitbay qalasına gedin. Giriş adam başı səhv etmirəmsə 70 pound idi.- Bundan sonra isə Bibliotheca Alexandrina baş çəkin. Bu kitabxanada 8 milyon kitab saxlanılır. Adam başı giriş isə 70 Misir poundudur. Bir də dəniz kənarı bulvarında gəzə, qayıq turları edə bilərsiniz.İndi isə gələk böyük qardaş Tutankhamon, Ramzes ailəsinin və digərlərinin basdırıldığı Luxor səfərinə.Bu şəhər Qahirədən 680 km cənubda yerləşir. Tur götürsəniz sizə adam başı 450 dollar civarında başa gələ bilər. Biz yenə qatara bilet aldıq. 2-ci class.(1-ci klass qatar isə gediş gəliş 800 poundur) Əlavə edim ki, qatar 9 saat yarıma gedir bu yolu. Gediş dönüş bileti 460 pound etdi. 29 dollar. Axşam qatara mindik və səhər saat 8-ə işləmiş Luxorda idik. Çay içib getdik Valley of Kings-ə. Əraziyə giriş biletimizin pulu, çay, hədiyyə almaq, şəhərdə fayton gəzintisi yemək-içmək bizə başa gəldi 100 dollar.Maraqlı olsa yeməklər, insanlar və digər maraqlı şeylərdən gələn postda yazacam :)Əgər yazını bəyəndinizsə aşağıda olan Facebook düyməsini seçərək blogpostu Facebookda paylaşın ki, dostlarınız da yazılarımızdan xəbərdar olsunlar. Yox əgər Gəzəyənlərin yazılarından ilk xəbər tutmaq istəyirsinizsə aşağıda “abunə ol” bölməsinə mailinizi yazaraq düyməyə klikləyin. Hələlik bu qədər, növbəti yazılara qədər…Paylaşdı: Asim Celilov

2312 dəfə oxunub

"King's landing" - Dubrovnik bələdçisi

Salam, ilk dəfə səyahətim haqqqında mən də bir şeylər yazmaq istədim. Ötən bir həftə Dubrovnik/Xorvatiya, Kotor/Monteneqro,Mostar/Bosniya&Hersoqovina da oldum.Xorvatiya barədə qısa məlumat:- Avropa Birlİyinə daxildirlər. Şengenə daxil deyillər. 2025-ci ilə kimi daxil olmağı planlaşdırırlar- Öz pul vahidlərini - kuna işlədirlər. Növbəti ilə avroya keçməyi planlaşdırırlar. Əhali arasında Yunanıstanın gününə düşəcəyik kimi narazıçılıqlar var.Dubrovnik: - Dubrovnik əsasən yay turizmi ilə məşhurdur. Digər aylarda da tarixi və ya “Game of Thrones” turları olur, amma çox kiçik həcmdə- Dubrovnik 14-19 cu əsrlərdə Osmanlıya vergi və hədiyyələr verməklə öz müstəqiliyyini qoruyub, saxlamışdır - “City Wall Tour“ etsəniz Dubrovnikin tarixi barədə, öz müstəqilliklərini necə qoruduqlarını və sonda Napoelona necə uduzduqları barədə hekayələr eşidəcəksiniz- Dubrovnik qala divarlarının uzunluğu təqribən 2km (1940 m) və təqribən 940 pilləkəndən ibarətdir (Ümumiyyətlə Dubrovnik köhnə şəhərdə 5000 pilləkan var). Instagram şəkilləri çəkmək üçün də Qala divarlarına getmək olar. Mənzərə yaxşıdır. Qala divarlarında həm də Daenerys-in əhdahalarla bir səhnəsi çəkilib. - Köhnə şəhərdə (old town) yaşayanların 50%-i evlərini turistlərə kirayə verir və özü başqa yerdə qalır. Orta aylıq maaş 800 avro civarındadır. Köhnə şəhərdə bir günlük kirayə 100 avro civarındadır. Bir yerli bu bizi tənbəl öyrədir deyə mənə şikayət belə etdi - Dubrovnikdə turizm uzun müddət olsa da şəhər “Game of Thrones” çəkilişlərindən sonra daha çox məşhurlaşdı və turist axını başladı- Əgər “Game of Thrones” azərkeşisizsə, “Game of Thrones” turu götürə bilərsiz. “Walk of Shame”, “Joffreyin toy mərasimi”, “Little finger ilə Cersei dialoqu” və s çəkiliş yerlərini yaxından görə bilərsiz. Əgər orijinal “Iron Throne”-u görmək istəyirsinizə, Lokrum adasına getmək lazımdır. Məndə buna vaxt çatmadı. - Amma Lokrum adasını yaxından görmək üçün “Kayak turu” etdim. Kayak turu ilə ilk öncə Dubrovnik divarlarını dəniz tərəfdən yaxından görürsüz, sonra Lokrum adasının ətrafına dövrə vurub, ordakı mağarada biraz istirahət edib/instagram şəkilləri çəkirsiz. Ada həm də “Nude qaya çimərliyi” ilə məşhurdur. Tur sonda Dubrovnik sahilində başqa mağaraya gəlir. Orda üzüb, eyni zamanda “snorkeling” edə bilərsiz. - Günəşin batmağını və şəhərin panoramik görüntüsü üçün Srd dağına getmək məsləhətdir. Orada ponarama restoranında romantik yemək də yeyə bilərsiz- Dağda biraz irəlidə “axırıncı qala” var. Ora yollar yaxşı olmadığına görə çox tur getmir. Ya yürüyüş etməklə, ya da “Buggy Safari“ turları ilə getmək olur. Qala son Balkan müharibəsində dağılıb və hələ də bərpa olunmayıb. Bərpa edək yoxsa müharibənin xatirəsi kimi saxlayaq şəklində debatlar gedir. - Dubrovnikdə bir neçə çimərlik var, çimərliklərin keyfiyyəti yaxşıdır. Bundan əlavə Dubrovnik adalarındakı çimərliklərə də turlar var.- Əgər əylənmək istəyirsizsə, ən məşhur klub, “Club Revelin”-dir. Covid-ə görə gecə 12-də bağlanır. Əgər yazını bəyəndinizsə aşağıda olan Facebook düyməsini seçərək blogpostu Facebookda paylaşın ki, dostlarınız da yazılarımızdan xəbərdar olsunlar. Yox əgər Gəzəyənlərin yazılarından ilk xəbər tutmaq istəyirsinizsə aşağıda “abunə ol” bölməsinə mailinizi yazaraq düyməyə klikləyin. Hələlik bu qədər, növbəti yazılara qədər…Paylaşdı: Ali Ismayilov

1072 dəfə oxunub

Qeyzer, buzlaq və vulkanlar ölkəsi - İslandiya bələdçisi

Reykjavikdəki bütün otel, apartament və hostelləri bu linkdən book (bron) edə bilərsiz.Salamlar. Bir gün İslandiya haqqında yazacağımı söyləmişdim. Öz təcrübələrimi sizlərlə bölüşüm. Ən başından söyləyim, buras tamam başqa bir dünyadır, gəzib gördüyüm yerlərin heç birinə bənzəmir. İnsan əlinin dəymədiyi, pozmadığı şeylərin təbiət tərəfindən neçə gözəl qorunduğuna şahid olmamaq mümkün deyil.Ölkə standartların üstündə bahalı olduğundan yaxın zaman planımızda yox idi. İtaliya-İsveçrə-Almaniya şəklində bir plan düşünmüşdük. Son 10gün qala Wizz air’in Milandan Reykjavike uyğun biletlərini gördüm, kabin bagajlı 1nəfər üçün get-gəl 100 avroya gəlirdi təxminən. Fürsət bu fürsət deyib son anda rotamızı dəyişdik. İslandiya, Amerika ilə Avropa qitəsi arasında bir ada ölkəsidir, əhalisi 355.000 civarı. Havası çox dəyişkəndi. Oktyabr ayında getmişdik ona rəğmən termal geyimlər yanımızda götürmüşdük. Planımız xəritə boyunca çevrə çizmək idi, amma gəl, gör ki fələk öz işini görmüşdü. Getmədən bir neçə gün öncə ölkənin şimalına güclü qar yağdı, yollar bağlandı, 4x4lük maşın kiralamışdıq, qar təkərləri noyabrdan taxılmağa başlayırmış. Şimalda güclü fırtına alarmları vardı. Qar təkərimizdə olmadığından o riski almadıq, şərqinə doğru çıxıb eyni xətt üzrə dönüb şərq-cənub-qərb-şimalına çıxdıq. Gəzdiyimiz yerləri gün-gün olaraq qeyd edəcəm sonda. Ölkə görsəl şölən sunur turistlərə. Hər yerdən yol boyunca şəlalə axır, yolda qarşımıza qütb tülküsü də çıxdı. Hər yol boyunca at, qoyunları görürsünüz. Qaldığımız yerlər guesthouse’lar idi, market alış verişi edib yeməkləri özümüz hazırlayırdıq. Ölkə çox bahalı idi çünki. Sabahları sandwich hazırlayıb günü onla keçirirdik. Ölkəni gəzmək üçün bəlirli bir neçə rota var, ilki Golden Circle və 1gün yeterli. 1. Thingvellir milli parkı ( buraya getmədik) 2. Bruarfoss şəlaləsi ( foss-şəlalə demək onların dilində) - bu şəlaləni şəkillərdə çox görürdüm rənginin bu şəkildə mavi olacağını düşünmürdüm. İlk gördüyümdə gözlərimə inanamamışdım , həqiqətən valehedici bir rəngi və gözəlliyi vardı. 3. Geysir- hər 5dəqiqədə bir yerin altında fokur fokur 80-100 dərəcədə qaynayan su bir neçə metrə yüksəkliyə fışqırır. Oraya çatarkən gördüyüm 2 güçlü fışqırma anı oldu , telefonu yetişdirib çəkəmmədim amma beynimdə fotoğrafını çəkdim, hava çox küləkli olduğundan su sonradan çox yuxarılara qalxa bilmirdi. 4. Gulfoss şəlaləsi- Buraya elektrik santrali tikmək fikri var imiş dövlətin. Gulfoss isimli bir qadın qarşı çıxıb hərəkat başlatmış onun nəticəsində bugün orası əl dəyməmiş durumda göz oxşayır. Nə yaxşı ki izin verməyiblər məhv edilməsinə5. Kerid krater- bir vulkanik kraterdir. 6500 il öncə bir partlama nəticəsində yarandığı düşünülməkdədir.Sonrasında göl yaranmış . Rəngi möhtəşəm. Qalma işini Kraterə yaxın Selfoss deyilən bölgədə qaldıq, Reykjavikə dönmədik, çünki yolumuz cənuba doğru davam edəcəkdi. Sıradakı Sourth İceland deyilən 2 günlük rota. İlk gün 1. Seljalandsfoss şəlaləsi- bu şəlalənin özəlliyi arxasına keçilə bilməsidir. Mən keçəbilmədim yerlər sürüşkən idi amma keçənlər vardı. 2. Skogafoss- mənim favori şəlaləmdi, hava açıq isə göyqurşağını görəbiləcəksiniz. Game of Thrones serialının bəzi səhnələri bu şəlalənin önündə çəkilib. Yolüstündə 2010 ilində partlayıb bütün Avropanın hava trafikinin tıxanmasına səbəb olan “Eyjafjallajöküll” yanardağını uzaqdan görə bilərsiniz.3. Drholaey - yaz aylarında Puffinləri görmək üçün ideal yerlərdən birisi və eyni zamanda Atlantik okeanına qarşı bütün mənzərə ayaqlarının altında4. Reynisfjara black sand beach- dediğimiz qara volkanik qumları , Atlantik okeandan gələn öldürücü dalğaları olan o məşhur plaj. Görməyi ən çox istədiyim yerlərdən biri idi. Dalğalara “snaker wawe” adlanır, heç gözləmədiyin anda sahilə vurub insanı götürəcək qədər güclü olabilir. Ona görə çox yaxına getməmək məsləhətdir. Zamanında bir neçə turisti götürüb, qurtarmaq üçündə kimsə o riski almır. Vulkanik bazalt qayalarıda burada. Burası Vik qəsəbəsinə yaxındır, orada ara verib bir şeylər yeyə və yaxudda qala bilərsiniz. Buraya qədər 1gün yeterli. İkinci gün davamı buzullarla davam edəcək1.Svinafellsjokull( jokul-buzul)- bu buzulların rəngi biraz boz idi . Bir çox filmə ev sahibliyi edib. İnterstellarda Matthew McConaughey’in başqa bir gəzəgəndəymiş kimi üzərində yürüdüyü o buzullar elə məhz bu buzullardır. GOT’un bəzi səhnələridə burada çəkilib, Yabanilərlə Jon’un səhnələri. 2. Fjallsarlon- buradakı buzullar daha rəngi açıq daha gözəl idi, bu buzulların hamısə Vatnajokull buzulunun parçalarıdır. Buzulları yaxından görmək üçün təknə turları var. 3. Jökülsarlon - ən gözəl buzul bu idi, oradaykən qopan böyük buz parçalarına şahid olduq, kürəsəl isinmənin nəticələri deyək. Buradan qopan parçalar qapılıb iləridə sahilə vurur orasıda 4.Diamond beach- olaraq adlanır. Günəşli bir havada sahildə buz parçaları parladığı üçün bu adı almış. Eyni zamanda burada suitiləridə görmək mümkün, biz gördük bir neçəsini. O gün qalma işini Höfn deyilən bölgədə ayarlaya bilərsiniz. Əsas rotalar bunlar, digər günləri səthi keçəcəm. Balina izləmək üçün Akureyri, Hüsavik bölgələri ideal, şimalda qalır buralar. İkonik dağ mənzərəsi olan Kirkjufell dağının olduğu yerdə bir gün qaldıq bəlkə Auroranı oradan izlərik deyə amma o gün bir fırtına çıxdı ki az qalsın maşını qaldırıb uçurda. Ona görə o bir arzu olaraq mənimlə, bir gün onuda yaşayacağımıza inanıramÖlkədə bir çox termal lagoonlar var, Blue lagoon, Sky lagoon, Myvatn( bu şimalda qalır). Ən bilindiyi Blue lagoondur. Bizimdə tərcihimiz orası oldu. Möhtəşəm idi , bəzi şeyləri anlatmaü çətindir yaşamaq lazım, buda onlardan birisi idi. Getdiyimizdə aktif vulkan yox idi , sönənlərədə turlar vardı amma cazib gəlmədi bizə.Qısa tutmağa çalışsamda ancaq bu qədər oldu. Əlavə sual olarsa cavablayaram. Maşın kiralamaq şərt. Turlar çox baha və öz programları var , ürəyinizcə gəzəməyə bilərsiniz bu şəkildə. Noyabr-Mart arası buz mağara turları olur bunlara qatıla bilərsiniz. Hava şərtləri hər an planlarınızı dəyişə bilər buna hazırlıqlı olun, ona görə B planınız olsun. Toplam 5gün yetərli gəzmək üçün.İndilik bu qədər Hər kəsin ürəyincə gəzib tozacağı bir il olması diləyilə.Əgər yazını bəyəndinizsə aşağıda olan Facebook düyməsini seçərək blogpostu Facebookda paylaşın ki, dostlarınız da yazılarımızdan xəbərdar olsunlar. Yox əgər Gəzəyənlərin yazılarından ilk xəbər tutmaq istəyirsinizsə aşağıda “abunə ol” bölməsinə mailinizi yazaraq düyməyə klikləyin. Hələlik bu qədər, növbəti yazılara qədər…Paylaşdı: Beyim Ahmedli Çeçe

1062 dəfə oxunub

Sardiniya bələdçisi

Keçən ilki Sardiniya səfərinin dadı damağımızda qaldığı üçün bu il də ora baş çəkəcəyimizə çoxdan qərar vermişdik. Siciliyadan(əvvəl Sisiliya yazırdım, sağolsun qrup üzvlərindən biri düz yazılışını qeyd etdi) Sardiniyanın Olbia şəhərinə Volotea aviaşirkətinin Boeing 717 təyyarəsilə səyahət etdik 35 dəqiqəlik uçuş və adam başı 100 avro pul (azdır ya çox özünüz mühakimə edin) və elə hava limanında yerləşən Europcar şirkətindən avtomobil icarəyə götürdük ( Seat Leon, günü 75 avro).Adada yerləşən 200 dən artıq çimərlik adanın dörd bir tərəfinə paylanıb, lakin İtalyanlar özləri də qeyd edirlər ki, içində ən yaxşıları məhz Oresei Körfəzində (Gulf of Oresei, Azərbaycan dilində dəqiq tərcüməsini bilən varsa bizimlə bölüşsə şad olardıq) yerləşən çimərliklərdir, xüsusən də Cala Mariolu, Cala Luna və Cala Goloritze. Bu çimərliklərə baş çəkməyin ən rahat yolu (alpinist deyilsinizə) dəniz vasitəsilədir. Bu halda bir neçə seçim mövcuddur, şimalda yerləşən La Caletta şəhərciyindən tur şirkətlər, Cala Gonone-dən tur şirkətlər və yaxud Cala Gonone-dən özünüz ayrıca qayıq icarəyə götürə bilərsiniz (120 avrodan başlayır).Biz La Caletta avtomobillə gəldik, lakin ARST avtobusları vasitəsilə 7.80 avroya gediş-dönüş bileti almaqla da rahatlıqla səyahət etmək mümkündür. Burdan isə Davide&Golia şirkətinin gəmisi ilə yola çıxdıq. La Caletta şəhərciyindən Oresei Körfəzi istiqamətində tur gəmiləri səhər 9-da yola düşür və axşam saat 7-də qayıdır vaxtınızı buna görə planlaşdırın, özünüzlə müxtəlif sendviçlər və su götürməyiniz məsləhətdir. Mağaralara marağınız varsa Grotta del Fico mağarasına əlavə olaraq adam başına 10 avroya bilet ala bilərsiniz, nəzərə alınkı bu zaman Cala Mariolu çimərliyində saat yarım az vaxt keçirəcəksiniz.Qiymətlər bir nəfər üçün qeyd olunub:Olbia – La Caletta – Olbia 7.80 avro (ARST bus)La Caletta – Gulf of Oresei – La Caletta 50 avro (Davide&Golia)Cala Mariolu çimərliyinə bilet 1 avroGrotto del Fico mağarasına bilet 10 avroAvtomobil icarəsi günə orta hesabla 75 avrowww.Davidegolia.it (Gulf of Oresei turu)www.arst.sardegna.it (avtobus)www.clickandboat.com (Cala Gonone-də qayıq icarəsi üçün)www.europcar.com (avtomobil icarəsi)Korsikaya yola düşməmişdən Sardiniyada son dayanacağımız adanın şimalında yerləşən Santa Teresa Gallura şəhəri oldu, möhtəşəm Rena Bianca çimərliyi və saysız-hesabsız restoranları ilə bu şəhərcik yay üçün super seçimdir. Olbiadan bura ARST avtobus ilə gəldik adam başına 4.30 avro.P.S. Sardiniyaya İtaliyanın böyük şəhərlərindən həm təyyarə həm də gəmi ilə səyahət edə bilərsiniz. Gəmi üçün məsləhət edə biləcəyim sayt www.directferries.comP.S.S.Səyahət zamanı A nöqtəsindən B nöqtəsinə necə getmək olar barəsində məlumatın isə google-dansa www.rome2rio.com saytında daha mötəbər olduğunu qeyd etmək istərdim.Hamiya xosh gezintiler, bildiklərimdən nə sual olsa cavablandirmaqa haziram.Əgər yazını bəyəndinizsə aşağıda olan Facebook düyməsini seçərək blogpostu Facebookda paylaşın ki, dostlarınız da yazılarımızdan xəbərdar olsunlar. Yox əgər Gəzəyənlərin yazılarından ilk xəbər tutmaq istəyirsinizsə aşağıda “abunə ol” bölməsinə mailinizi yazaraq düyməyə klikləyin. Hələlik bu qədər, növbəti yazılara qədər…Paylaşdı: Emil Mard

1318 dəfə oxunub
Bizi izləyənlər siyahısına qoşulun!