1002 dəfə oxunub

Tiflis bələdçisi

Tiflisdəki bütün otel, apartament və hostelləri bu linkdən book (bron) edə bilərsiz. Tiflisdən bütün gəzəyənlərə salamlar.
Ən sonuncu xarici ölkə səyahətimi 6 yaşımda Rusiyaya etmişdim. Getmək istədiyim yerlərdən biri də Gürcüstan idi.Bileti (Bakı-Tiflis-Tarbzon-Bakı)425 AZN başa gəldi. Baqaj 0 götürmüşdüm, bel çantamla buraxmadılar. Orada Baqaj almalı oldum.
Tiflisdə ilk getdiyim yer Fabrika hostel oldu, bir gün qabaq bron etmişdim(12 nəfərlik otaq).33 lari+bir gecə. Mən Fabrika hostelini çox bəyəndim,əla idi hər şey, gigiyenik idi.Bircə qəribə tərəfi tualtdə su olmaması idi yuyunmaq üçün. Əl yumaq üçün bayırda idi. Qısası bütün hosteli barjomi butulkamla gəzmişəm. Çıxanda qoydum tualetə ki, birdən ehtiyacı olar müsəlman bacı-qardaşlarımızın:D
Hostelə yerləşdikdən sonra şəhəri gəzintiyə çıxdım, nəqliyyata ehtiyac yoxdur çünki şəhərdə görməli yerlər yaxındır. Funkliyora mindim(gediş+gəliş)20 lari. Funkliyorla çıxdıqdan sonra orada dağüstü park var, maraqlı atraksionlar var, amma uşaqlara daha maraqlı olar deyə düşünürəm.
Sizə Kür çayının üzərindəki qayıq turundan danışım. Tiflisə sırf onun üçün belə getməyə dəyər. 30dəqiqədə (30 lari) körpünün hər iki tərəfini turladıq, şəlalə var idi qayalıqların arasından axan ora qədər də gedib çıxdıq. İndi başa düşdüm ki, Kürün ən gözəl hissəsi Gürcüstana düşüb, ya da yaxşı ticarətə çeviriblər bunu.
Oradan piyada Trinity Cathedrala gəldim, möhtəşəm idi, əzəmətli idi.Girişdə geyim var, götürüb geyinirsən.
Görməli yerlərdən biri də The Clock Tower idi. Maraqlı arxitekturası var, şəhərin mərkəzindədir.
Mən kilsə gəzməyi çox sevdiyim üçün, Tiflisdəki bütün kilsələrə getdim.
Körpünün üzərində bizdəki(bit bazarı)kimi bir yer var idi, hərçənd ingilis dilində soruşanda daha da baha deyirlər, yenə getməyə dəyər. Antik əşyalar, əl işi aksesuarlar,rəssamların sənət əsərləri sərgilənir (həmçinin parkdır). Oradan Gustav Klimtin əsəri olan boyunbağı aldım(10 lari).
Qidalanma-restoran qiymətləri bakıdan çox az fərqlənir. Ətraflı map hesabımdan girib baxa bilərsiniz.
Google Xəritədəki postuma baxın
Səviyyə 5 Yerli Bələdçi
https://maps.app.goo.gl/zWm9yJq3g68rGa8R9
Tiflisdə gəzərkən Cəlil Məmmədquluzadənin evini də gördük. Funkliyora gedən yolda içəri binalarda idi.
Tiflisdə ən bəyəndiyim şeylərdən biri də şəhərin qraffitiləri idi. Divarların rəngarəngliyi göz oxşayırdı. Özümü daha azad ölkədə hiss edirdim.
Taxi xidməti-iki dəfə mindim, qiymətlər münasibdir.Düşəndə taxi arxamca çağırıb qəpiyi verəndə şok oldum ki,bakıda heç təklif belə etmirlər.((
Bircə Tiflisdə ürəyimdə qalan şey o oldu ki, techno klubu gedə bilmədim. Çünki hamısı sezona çıxmışdı.
Burada iki gün qaldım, indi isə yolum Batumi şəhərinədir. Sən demə hər yerin 20 yanvar metrosu kimi yeri var. Avtobusla ucuz başa gələr deyə düşünürdüm ki, elə anında bir gürcü dayı Batumiiiii qışqırıb, vitasına doğru apardı(40 lari). İndi yoldayam beş saata çatacam. Qəşəng təbiət görüntüləri Batumi səfərimin detallarında görüşənə qədər, yoldaşlar.
Əgər yazını bəyəndinizsə aşağıda olan Facebook düyməsini seçərək blogpostu Facebookda paylaşın ki, dostlarınız da yazılarımızdan xəbərdar olsunlar. Yox əgər Gəzəyənlərin yazılarından ilk xəbər tutmaq istəyirsinizsə aşağıda “abunə ol” bölməsinə mailinizi yazaraq düyməyə klikləyin. Hələlik bu qədər, növbəti yazılara qədər…

Paylaşdı: Ağgül Feyziyeva

DİGƏR BLOQLAR

Malayziya - Kuala Lumpur bələdçisi

Kuala Lumpurdakı bütün otel, apartament və hostelləri bu linkdən (bron) edə bilərsiz.Multikulturalizm deyirəm sizə ????Kuala Lumpur, Malayziya  ????????????????????????Şəhər əhalisi o qədər qarışıqdı ki, adam bilmir Hellonan başlasın söhbəti, yoxsa Namaste, yoxsa Ni Hao ilə. Əksəriyyət Malay, Malay - Çinlilər, Malay - İnduslar təşkil edir. Qalanlar isə digər Cənubi Asiya ölkələrindən gələnlərdir.Bu özünü demək olar hər bir sahədə əks etdirir:▪️Qarışıq mətbəx ( Sevdim )▪️Din, adət-ənənə ( Bir küçədə həm məscid, həm buddhist temple, həm chinese templlar və s.)▪️Dil. Rahat 3-4 dil bilirlər ( Malay, Çin, İngilis, Hindi )4 günlük tur planımı qısaca təsvir edim. Getməmişdən, şəhəri o qədər araşdırmışdım ki, hava limanından çıxanda ( elə şəhərin özündə də ) yerli adamlarda olmayan rahatçılıq var idi ???? Ənnn "babatı" online bron etdiyim hiking tour və Dining in the Dark restoranında şam yeməyi oldu.▪️Dragonback hiking trek ????️- Turun qiyməti 200 ringit ( səhər yeməyi, nəqliyyat daxil )- Total hardasa 6 saat çəkdi.- OpenSky limited şirkəti ilə götürdüm turu. Profesional uşaqlardı, heç vaxt hiking etməmisinizsə belə, sizə kömək edəcəklər.Şəhərdən 40 dəqiqəlik yol sizi aparır meşəlik və dağlara. Pikdən açılan mənzərə bir tərəfdən sonsuz jungle və çaydı, digər tərəfdən Kuala Lumpurun göydələnləri. Dağa qalxmaq təxmini 2 saat vaxtınızı alacaq. Özünüzlə qurd-quşa qarşı spray, su, dəyişəcək paltar götürməyinizi məsləhət görürəm.▪️Dining in the darkBu konsepsiya dünyanın bir çox şəhərlərində var, tam qaranlıq bir zalda, restoranda, gözdən əlil insanlar tərəfindən sizə göstərilən xidmətdir. Zülmətə daxil olmamışdan əvvəl sizinlə söhbət edirlər, hansı yeməklərə qarşı allergiyanızın olub olmamasını soruşurlar və içəridə sizi nələr gözləyir deyə başa salırlar. Amma yeməklərin tərkibini demirlər, yeyib qurtarandan sonra sizə blank verirlər, yediyiniz yeməklər barədə təxminlərinizi yazırsınız və daha sonra menunu artıq sizə göstərirlər. Hissiyyatınız və dad sensorlariniz nə dərəcədə yaxşıdı bilmək üçün əla bir şeydi məncə ????-Bir nəfər üçün set yemək 150 ringit (includs juice, salad, soup, main course, dessert ).????️KL-da digər gəziləsi və məşhur yerlər:• Petronas tower, KLCC park• Bird's Park ( Ekzotik quşları görmək şansınız olacaq ). Giriş 64 ringit• Batu Caves. Giriş pulsuz• Chinatown ( night market and food street )• Jalon Alor, Central market ( Food street + night market)????????Nightlife:Qəlyan və lounge abu havası sevənlər üçün- Canopy rooftop bar- Heli loungeHər ikisindəndə şəhərə, əsasən də Petronas towere inanılmaz mənzərə açılır. Minimal xərciniz 100 ringit olacaq hardasa, qəlyan və içki götürsəniz.İçki demişkən, adi marketdə alkoqolun, sadə pivənin qiymətləri kəllə çarxdı... 4-5$ minimum 330ml üçün. Bu siyasət adamı lap müqəddəsləşdirir ????????????????Nəqliyyat çox əlverişlidir. Taxi üçün GRAB app-i məsləhətdir (şəhər içi 6-15 ringit), metro (2-3 ringit) və avtobus (1 ringit) şəhərin hər bir istiqamətinə var.Qaldığım otel Greyston Haus at d'Majestic place. (1 gecə= 25$, breakfast + rooftop swimming pool included).4 gün üçün total xərc: 270 $ ( təyyarə bileti xaric ). Visa free.Otel bronu: trip.com Tur plan: TripAdvisor.comP.S. Currency 100 ringit = 23.8 $Əgər yazını bəyəndinizsə aşağıda olan Facebook düyməsini seçərək blogpostu Facebookda paylaşın ki, dostlarınız da yazılarımızdan xəbərdar olsunlar. Yox əgər Gəzəyənlərin yazılarından ilk xəbər tutmaq istəyirsinizsə aşağıda “abunə ol” bölməsinə mailinizi yazaraq düyməyə klikləyin. Hələlik bu qədər, növbəti yazılara qədər…Paylaşdı: Hasan Mammadov

1596 dəfə oxunub

Gürcüstan-Polşa səyahəti

Salam, Gəzəyənlər Bu ayın əvvəlinə təsadüf edən Gürcüstan-Polşa səyahətim haqqında:Adəti üzrə biletləri və qalacağım yerləri səyahətimdən 3 ay öncə planlayıb almışdım. Bu dəfə səfəri Kutaisidən planlaşdırırdım. Həmin istiqamətdə də Wizzairin uçuş qiymətlərini izləyirdim. Wizz klub istifadəçilərinə 20% endirim olduğu gün Kutaisi-Wroclaw (31 Mart) uçuşuna biletimi aldım. Onuda qeyd edim ki, Kutaisidən bu şəhərə ilk uçuş idi.Səfirlikdə viza müracəti üçün görüş təyin etdim. Polşa səfirliyi tək booking.com vasitəsiylə rezervi qəbul etmədiyindən rezervasiyadan sonra hostellə əlaqə saxlayıb qalacağım günlər haqqında imzalı və möhürlü sənəd tələb edib aldım. Səfirliyə Viza müraciətimdən 1 həftə sonra vizamı aldım. Əvvəlkinə nisbətdə çox çox rahat Uçuşumdan 1 gün öncə Tbilisiyə yola düşdüm. 5 saatlıq Tbilisi gəzintisindən sonra Didube metro stansiyasında yerləşən avtovağzaldan Kutaisiyə yola düşdüm. İlk dəfə idi Gürcüstanda olurdum; Təbiətinə heyran oldum. Tbilisi-Kutaisi yolunun uzun və yorucu olduğunu eşitmişdim və belədə gözləyirdim. Əksinə oldu; Səliqəli və rahat yol, yaşıllıq, dağ, meşə və s.1 gecə Kutaisidə 20 lariyə (14 azn) tutduğum evdə qaldım. Çox rahat, təmiz, səliqəli ev idi. Ev sahibləri də Bakıdan gəldiyimi biləndə öz yaxın qohumları gəlmiş kimi davrandılar.Səyahətin ikinci günü ev sahibləriylə səhər yeməyi yedikdən sonra Kutaisi aeroportuna yola düşdüm. Rahat olması üçün taksidən istifadə etdim.(20 lari-14 azn) Kutaisi avtovağzalından 2-3 lariyə aeroporta avtobuslarda gedir. Mərkəzdən aeroporta təxmini 20-25 dəqiqəlik məsafədir.Bakı-Tiflis(12 azn)Tiflis - Kutaisi(10lari-7 azn)Kutaisi-Wroclaw (Wizzair 9 eur)Wroclaw-Warsaw (Flixbus 3 eur)Warsaw-Krakow (Flixbus 15.8 eur gediş-gəliş)Warsaw-Budapest (Wizzair 9 eur)Budapest-Bakı (Wizzair 29 eur)Planet Hostel (Warsaw) 4 gecə/səhər yeməyi daxil - 44eurVarşava- Bu şəhərdə ən çox xoşuma gələn ictimai nəqliyyat sistemi- tramvay oldu. İstədiyin yerə tez və rahat çatmaq olur. Həm də tramvay şəhərə başqa bir gözəllik verir. Səyahətim Paskaya təsadüf etdiyindən bir çox yerlər; muzeylər, alış veriş mərkəzləri, mağazalar bağlı idi. Təkcə kilsələrdən başqa.. Polyaklar dinlərinə çox bağlı xalqdırlar. İlk dəfə idi kilsədə Paska nın keçirilməsinə şahid olurdum.Varşavada Elm və Mədəniyyət sarayı, Qədim şəhər meydanı (Old Town), Chopin ev muzeyi, Lazienki park, Açıq havada yerləşən Polşa Hərb muzeyi və s. görülməyə dəyər yerlərdəndir. 2 -3 gün kifayət edər bu şəhəri gəzməyə..Vroclav - Balaca heykəllər şəhəriQədim şəhər meydanı(Old town), Tumski körpüsü, University Church, Wroclaw Milli Muzeyi görüləsi yerlərdəndir. 8-9 saat bəs edər bu şəhərin əsas yerlərini görməyə..Krakov - Polşaya səyahət edəcəksinizsə əgər bu şəhəri mütləq görün deyəcəm. Paytaxt Varşavadan avtobusla gəlsəniz 5 saatlıq məsafədə yerləşir Krakov.. Vağzaldan şəhərin mərkəzinə 15-20 dəq piyada gəzərək gəlmək mümkündür. Digər 2 şəhərə nisbətdə burada çoxlu sayda turist var idi. Florianski şəhər qapısı, Barbakan divarı burada 1-2 şəkil(selfie) edib gəzintinizə başlaya bilərsiniz  " Florianski " küçəsi boyunca davam etsəz qarşınıza ilk "Müqəddəs Məryəm Bazilikası" (St. Mary's Basilica) çıxacaq. İçəri giriş pulsuzdu və görülməyə dəyər. Mərkəzi meydanda turistləri gəzdirmək üçün bir-birinin ardınca düzülmüş faytonları da görə bilərsiniz. Həmin gün Mərkəzi Meydanda çoxlu sayda yarımarkalar qurulmuşdu. Milli mətbəxin təamlarını, şirniyyatlarını dadmaq üçün çoxlu sayda turistlər növbəyə durmuşdular. Mərkəzi meydanda yerləşən 13.cü əsrdə tikilmiş Bələdiyyə binasının (Town Hall Tower) dar, ensiz pilləkənlərlə yuxarı çıxıb şəhəri panoramik seyr edə bilərsiniz. Cəmi 12 saat oldum bu şəhərdə; vaxt azlığından Auşvitz toplama kampına və Duz mədəninə gedə bilmədim. Başqa səfərə inşaallah Əgər yazını bəyəndinizsə aşağıda olan Facebook düyməsini seçərək blogpostu Facebookda paylaşın ki, dostlarınız da yazılarımızdan xəbərdar olsunlar. Yox əgər Gəzəyənlərin yazılarından ilk xəbər tutmaq istəyirsinizsə aşağıda “abunə ol” bölməsinə mailinizi yazaraq düyməyə klikləyin. Hələlik bu qədər, növbəti yazılara qədər…Paylaşdı: Rəvan İlhamoğlu‎ 

1516 dəfə oxunub

Qaudinin şəhəri - Barselona

Barselonadakı bütün otel, apartament və hostelləri bu linkdən book (bron) edə bilərsiz.Hörmətli Gəzəyənlər hamınızı salamlayıram. Bu dəfə də sizə danışım 10-14 Yanvar tarixlərində səyahət etdiyim Barcelona turundan. İlk öncə 1 ay əvvəl 9avroya tapdığımız biletlərdən danışım  Deməli Berlin Schönefeld airportundan Barcelona Terminal 2-yə 9avroya bilet tapdıq. Hətta Rostockdan Berlinə 10avroya gedib gəlmişik. Elvin çoxsağolsun Flixbusun Voucherləri ilə bizi xilas edir. İlk öncə mindik getdik Berlinə ilk dəfə idi ki, dalbadala airporta tərəf gedən qatarlar işləmirdi yaxşı ki, vaxtında çıxmışdıq evdən 3saat boş aralıq kimi götürmüşdük ehtiyyat. Mindik təyyarəyə öz yerimizi tutduq mən və dostum. Adətən təyyarədə yatmaq yerinə yanımda oturanlar ilə söhbət etməyə çalışıram bu dəfə də elə oldu. Bir xanım əyləşmişdi yanımda biraz söhbət etdik sonra isə telefonda başladım surfing etməyə. Sən demə ekranıma qoyduğum bayraq şəklini görüb və Facebookdakı dostlarımın rusca paylaşımlarına diqqət yetiribmiş. Sonra yatdı və mənə dəydi oturduğu yerdə. Və beləcə söhbət başladı. Bir neçə dəfə məndən haralı olduğumu soruşdu və mən də hərdəfəsində Azərbaycandanam deyib soruşmurdum. Bilmirəm niyə soruşmadığımı  Sonunda ouu Bizim qonşularımızsınız dedi heç gözləmədiyim bir cavab oldu və soruşdum qız Ermənistan vətəndaşı imiş. Başladıq bütün yol boyu danışmağa sivil insanlar kimi. Verdiyi məlumata görə əmisi Qarabağ döyüşlərində iştirak edibmiş. Mənə dedi ki, mən bilirəm ki, hazırda mənə qarşı nələr yaşayırsan amma mən həmişə sizi dəstəkləmişəm əmimlə artıq illərdi fikirlərimə görə düşmən kimiyik. Bilirəm Qarabağda çoxlu insanlar qətlə yetirib indi də hərgün travma ilə yuxudan durur özü də peşman olub. Ölkə səviyyəsində nəqədər də haqsızlıq etsək də millətimiz bilir ki, siz bizə qucaq açmısız və hərzaman yer vermisiz. Mən sizin millətə güvənirəm nəinki özümüzünki. Heç zaman azərbaycanlı biri ilə əlaqəm belə bir söhbətim olmayıb hərzaman birisi çıxacaq deyə gözləyirdim sanki bugünü ki, bir dövlətin millətin nümayəndəsi kimi üzr istəyim. Ən azından müharibə əsgərlər arasında olur sivil insanlar arasında olmaz. Qatilin nə milliyəti nə də dini irqi olur. Bizim dövlət qatildir. Mən istərdim gələcəkdə Azərbaycana gəlim və bilirəm sizin ölkədə hələ də çoxlu ermənilər yaşayır. Hətta bizdə belə demirlər amma ermənistanda çoxlu azərbaycanlılar yaşayırlar. Sadəcə təəssüff ki, mən sizin dilinizi bilmirəm və hazırda Qarabağda böyüyən uşağın 22 yaşı var və inanmıramki o öz doğulduğu torpaqların verilməsinə razı olar. Nəysə uzun söhbətdən sonra sağollaşdıq ayrıldıq hərə öz işinə getdi.Gəldik Barcelonaya dostum ilə düşəndən artıq başqa ab-hava var idi. Mən getdiyim ölkələr arasında belə bir şəhərə getməmişdim. Miami, Californiya kimi şəhərlərə bənzəyirdi. Airbnbdən 4günü adambaşı cəmi 30avroya ev tutmuşduq adam da rus çıxdı  Onunla da çoxlu söhbətlər etmişik adamın əsgərlik yoldaşı azərbaycanlı olub burdan Ədalət Hüseynova da salam göndərirəm  Adama əsgərlikdə çoxlu çaxırlar gəlirmiş ət kabab zad ediblər. Azərbaycanlı olduğumuz üçün bur us əlindən gələni edirdi çox yaxşı qarşıladı bizi  Sonra gəzəyənlərdən tanıdığımız Mürsəl bizi qonaq elədi görüşdük çoxlu taktikalar Verdi. Çox sağolsun ki, hərzman xaricdə yaşayan öz həmvətənlərimiz bizə hərdəfə köməklik edirlər. Paelliya və digər local yeməkləri yedik. 4 günə 2dəfə 10gediş kartını aldıq 10avroya 2 nəfər həryerə piyada gəzirdik. Hava gah soyuq gah da isti olurdu. Və qərara gəldik Tibidabo deyilən yerə getməyə. Səhər evdən çıxdıq google map sağolsun bizi səhv istiqamətləndirdi getdik çıxdıq başqa yerə. Tram Metro əladır Barcelonada amma Avtobus məncə ən bərbad nəqliyyatdır o şəhərdə. Bizi səhv dağa qaldırdı və çoxlu gecikmələri göstərirdi. Bizimkimi 2 italiyan oğlan 1 vyetnamlı və 2 ukraynalı qız azıb gəlmişdilər  elə oradaca qərara gəldikki obri dağa qədər yürüş edək həmdə həyat bizi bir nöqtəyə gətirib google map sağolsun başımıza oyun açdı. Bütün yolu söhbət edə edə getdik axırki məkana çatdıq. Bütün şəhər gözəl görünürdü. Çoxlu küçə musiqiçiləri və tarixi binalar sadəcə möhtəşəmdir. Qiymətlər də Almaniyaya baxdıqda azacıq sanki ucuz kimi göründü mənə. Təbii ki, Sagrada Familia unutmaq olmaz o əzəmətli məkan.Mütləq gedərkən bütün dəniz məhsullarının dadına baxın. Yeməkləri çox dadlıdır. Axşam tərəfi politik məhbuslara aid mitinq varmış qocalı cavanlı hamı orda idi mərkəzi küçələr ilə gedirdilər. Sonra biz qərara gəldik bu yolda təsadüfi görüşdüyümüz insanlarla gedək bir yemək yeyək. Tripadvisor köməyimizə gəldi. “Vasconia” restoranına getdik qiymətlər çox ucuz və porsiya çox möhtəşəm və dadlı gəldi. Hətta yaxınlaşdım selfie çəkdirdikdə bizə əlavə içki Shot-lar da verdilər əhvalımız daha kökəldi və yolumuza davam etdik üzü dəniz tərəfə. Mütləq küçədə tanış olun yeni insanlarla.Son günü istiqamətini getdik Camp Nou-ya təbii ki, özüm anti-barcelonalı olsam da avropanın ən böyük stadionudur. Axşam oyun var idi deyə museyə girsək belə stadionun içinə buraxmayacaqdılar deyə biz də heç girmədik. Mütləq Google Trips proqramını istifadə edin. Səyahət edərkən ən lazımlı səyahət dostumdur. Oğurluqları məşhur olan şəhərdə və sonunda sağ salamat gəldik çıxdıq Almaniyaya heçbirşey oğurlatmadan. Əgər nədənsə şübhəniz varsa sənədləri evə qoyun şəkillərini çəkib telefonda saxlayın. Oturduğunuz stollara telefonları qoymayın pul istəyən dilənçilər gəlib sizə kağız qəzet qoyacaqlarki oxuyun sonra gedəndə görəcəksiz telefonunuz yoxdur kağzı qoyur diqqətinizi cəlb edir sonra oğurluq edirlər. Bax belə  İndi siz bunu oxuyanda çox güman ki, mən artıq Danimarka, Kopenhagendə olacam. Gəzəyən olun, səyyah yox  Hamınıza xoş həftəsonu arzulayıram.Əgər yazını bəyəndinizsə aşağıda olan Facebook düyməsini seçərək blogpostu Facebookda paylaşın ki, dostlarınız da yazılarımızdan xəbərdar olsunlar. Yox əgər Gəzəyənlərin yazılarından ilk xəbər tutmaq istəyirsinizsə aşağıda “abunə ol” bölməsinə mailinizi yazaraq düyməyə klikləyin. Hələlik bu qədər, növbəti yazılara qədər…Paylaşdı: Murad Chicharito Huseynow 

1411 dəfə oxunub

İstanbul bələdçisi

İstanbuldakı bütün otel, apartament və hostelləri bu linkdən book (bron) edə bilərsiz.Salam, Gəzəyənlər.  Sizə 6 günlük İstanbul səfərimiz haqqında yazmaq istəyirəm, baxmayaraqki, bu qrupda İstanbul haqqında postlar çoxluq təşkil edir, fikirləşirəm ki yazdığım bu post çoxuna maraqlı olar.Demək belə, avia biletləri 5-6 ay öncə Buta ilə götürdük. Ona görə ucuz oldu. Hələ burda olanda orda gedəcəyimiz yerləri təqribi planlayırdıq deyə, onlayn olaraq Madam Tussuads + Sea life ikisi birlikde (79 TL) və əlavə olaraq onlayn daha ucuz çıxır.İlk əvvəl deyim ki, burdan lirə almağa tələsməyin, dollar götürüb gedib Kapalı Çarşıda dəyişsəniz daha yüksək kursla olacaq. Bizim vaxtımızda 1USD - 5.38 TL oldu. Alış veriş mərkəzlərindən, Cəvahir ( Şişli), İstanbul forum (Kocatepe), Mermere forum ( Bakırköy) olduq. Demək olar ki, əksəriyyətində eyni mağazalar var və eyni qiymətlər. İstanbul forumla üzbəüz olan İKEA girməyi unutmayın.1. Muzeylər üçün düzü əvvəl muzekart almağı fikirləşsək də, sonra vaz keçdik. ☺ Muzekart türk vətəndaşları üçün 70 TL, olmayanlar üçün isə 185 TL-dir. Yəni bu qədər fərq)) Tükcə danışaraq almağa cəhd etməyin)) (mənim kimi) TC kimlik istədilər.-Topkapı sarayı. ( 1 nəfər üçün – 60 TL) Oranı gəzmək üçün 5-6 saatınız gedəcək və həqiqətən də dəyər. Çox maraqlı və çox geniş ərazisi var.- Ayasofiya (1 nəfər üçün 60 TL) Buranı da gəzməyə dəyər.- Yerebatan Sarnici (Türk vətəndaşları üçün -10 TL, Xarici vətəndaşlar üçün – 20 TL, Türkcə danışsanız 10 TL ilə bileti ala biləcəksiniz) İçərisi o qədər maraqlı olmasa da, girişdə sol tərəfdə yerləşən Sultan geyimində fotosessiya edin, yadda qalan fotolar olacaq. 1 foto – 30TL, bütün fotoları vermiyəcəklər))) 200 TL qarşılığında amma verəcəklər.- Sultanahmet Camisi (giriş pulsuzdur) – İçəri girib tanış ola bilərsiniz içərisi ilə2. Madam Tussuads – Çox maraqlı oldu mənim üçün, mumdan heykəlləri son dərəcə dəqiqliklə və professional hazır ediblər.3. Sea life – İstanbul foruma alış verişə getmişkən birinci mərtəbəsində yerləşən akvariumu qaçırmayın. Maraqlı sualtı aləm, akvarium tunel bir sözlə mükəmməl.4. Miniatürk (giriş 10 TL olmalıdı deyəsən, dəqiq bilmirəm ona görə ki bizi türk hesab etdikləri üçün misafir etdilər) Bir qədər şəhərdən uzaqda yeləşdiyindən Eminönündən bir başa avtobusla gedin. Burada Türkiyənin muzey, abidə, stadion bir sözlə görməli yerlərinin kiçildilmiş maketləri var.5. Galata kulesi (Burada da həmçinin türk dilində danışsanız, içəri 15 TL ilə keçəcəksiniz))))) xarici vətəndaşlara 35 TL) – Mənim çox xoşuma gəldi, bütün İstanbulu görə bilərsiniz. Məsələn mən gün batımını timelapse çəkdim.6. Çarşılar haqqında onu deyə bilərəm ki, Misir Çarşısı - ədviyyatlar, lokum, çaylar və s. Kapalı çarşıda isə her şey bahadır.7. İstəsəniz nahar yeməyinizi Kapalı Çarşı yaxınlığında yerləşən NusrEt’de edə bilərsiniz.  Dəyər))Burger – 55 TL, köftə 60 TL8. Böyük Ada – günlərlə qalmaq olar. Gözəl təbiəti, yaşıllığı, dənizin sahili sanki başqa dünyadasan.  Eminönündən Vapurla gedə bilərsiniz. Deyərdim bir gününüzü sərf edin, səhər 9dan gedin Eminönünə, çünki vapurla bir neçə adadan (Kadıköy, Kinaliada, Burgaz, Heybeliada) keçərək sonunda 2 saatdan sonra Böyük adaya çatır. Böyük adanı da faytonla gəzin. Bu da 100TL, 45 dəqiqə sizi bütün böyük adanı gəzdirəcək.9. Boğaz turu gündüz çıxsanız, bir nefer 20-25 TL arası dəyişir. Bu turda İstanbul körpüsünü, Kız kulesini, və dənizkənarı yerləşən bir neçə yeri görə biləcəksiniz. Gecə turları da olur. Gecə turlarında diskoteka, şam yeməyi və müxtəlif rəqslər olur. Gecə turlarını 50 euro ilkin qiymət desələr, qiyməti endirə bilərsiniz, 25-35 euroya.10. Eminönündə dəniz kənarındakı körpü altı restoranlarda balıkekmeyi dadmağınız mütləqdir. Boş vaxtiniz olsa axşamlar Taksime gəzməyə çıxın, ela bilinki tarqovudasız Getmək istəyirdik Dolmabahçeye, Eyüpsultana tərəfə və s.Hamıya xoş istirahətlər və gəzintilər! Əgər yazını bəyəndinizsə aşağıda olan Facebook düyməsini seçərək blogpostu Facebookda paylaşın ki, dostlarınız da yazılarımızdan xəbərdar olsunlar. Yox əgər Gəzəyənlərin yazılarından ilk xəbər tutmaq istəyirsinizsə aşağıda “abunə ol” bölməsinə mailinizi yazaraq düyməyə klikləyin. Hələlik bu qədər, növbəti yazılara qədər…Paylaşdı: Elchin Javadov

1576 dəfə oxunub
Bizi izləyənlər siyahısına qoşulun!