1115 dəfə oxunub

Avropanın Qüdsü - Sarayevo

Sarajevo, Bosnia və Hersoqovina (Mənim 3-cü ana vətənim)
 
Gürcüstandan sonra demək olar ki, ən çox sevdiyim ölkə Bosniyadır.  İki dinin bir-birinə gözəl şəkildə qarışmış olduğu bir ölkə görmək istəyirsinizsə, mütləq bura gəlin. Bosniyaya gələn zaman nə etməlisiz?

 
65311068_2369026240009700_7758477533934256128_n
  1. Hava limanından taksi adətən 30 KM-ə mərkəzə gətirir, amma qırmızı taksiləri sifariş verəndə cəmi 15 Markdır. )
  2. "Old Town"-ı tam şəkildə gəzdiyinizdən əmin olun. Bahalı restoranlara getmək burda maraqlı deyil. Küçədə olan kiçik kafelərdə oturub Bosnia kofesi içməyin ləzzəti başqadır. Bosnia kofesini necə içməlisiz? 1) Qaşığı cəzvənin içinə salaraq tam hal alana qədər qarışdırın sonra balaca stəkana süzün. Stəkanın yanında olan qəndin bir hissəsini kofeyə batıraraq dişləyin və daha sonra kofeni için! Başqa formada içsəz, Bosniyalıların kofe mədəniyyətini təhqir etmiş olacaqsız  
  3. Sarajevonu gəzdikdən sonra qatarla Mostara gedin. Vağzal mərkəzdən 10 dəqiqə kənardadı. Ümumiyyətlə, bu şəhərdə transporta ehtiyac yoxdu. Hər yerə ayaqla gedə bilərsiz.12
  4. Gediş-gəliş bileti qatar üçün 20 Marka yaxındır. Qatar səhər saat 7-də çıxır, 10-da Mostara çatır. Geri dönüş də saat 5-dədir. )
  5. Mostarı kəşf etmək üçün 3 saat bəsdi) Ona görə də, orda olan müharibə muzeyinə gedin, körpünün ətrafını gəzin.
  6. Mostarı bitirdikdən sonra taksi ilə Buna-Balagaj-ı mütləq siyahınıza salın. Ordakı Dərviş evinə girib mağaraya daha yaxından baxmaq şansınız olacaq)
  7. Blagaj-da mütləq balıq yeyin! Orada yeyəcəyiniz balığı heç yerdə tapmayacaqsız.
  8. Ümumilikdə, Sarajevoda tramvayın qiyməti 1.50 Markdır. Tramvaya daxil olanda sürücüyə pulu verərək bilet alacaqsız, sonra o kartı ordakı aparata salmalısız. Əgər, nəzarətçilər sizin biletsiz olduğunuzu görsələr, 50 Mark cərimələyəcəklər.
  9. Çim-çim etmək istəsəz, gərək bir az pul xərcləyəsiz))) NEUM-a gedərək Adriatik dənizində üzə bilərsiz. Amma ora getmək+qalmaq və s . baha başa oturur deyə, Sarajevoda swimming pool-a getmək daha ucuz gəlir. 7 Mark!!!
  10. Prinsipcə, soyuq suyu sevirsinizsə, Mostarda olan ərəfə çayda da çimə bilərsiz)
  11. Cable-Car -a mütləq gedin! Sarajevonu yuxarıdan izləmək başqa maraqlıdır. Bir nəfər üçün gediş-gəliş 20 Markdır.cablecar 

    Əgər yazını bəyəndinizsə aşağıda olan Facebook düyməsini seçərək blogpostu Facebookda paylaşın ki, dostlarınız da yazılarımızdan xəbərdar olsunlar. Yox əgər Gəzəyənlərin yazılarından ilk xəbər tutmaq istəyirsinizsə aşağıda “abunə ol” bölməsinə mailinizi yazaraq düyməyə klikləyin. Hələlik bu qədər, növbəti yazılara qədər…

    Paylaşdı: Ulkar Natiqqizi

DİGƏR BLOQLAR

Tallin - Pozitivə köklənin!

Piyada SəfərTanımadığım Eston Ailədə Qonaq |250 avronun ardıBəlkə də biz xoşbəxt ola bilərdikBəlkə də xoşbəxtik xəbərimiz yox..Rigadan Tallinə gedərkən bildiyiniz kimi təyyarə tam dolu oldu, 1 nəfər mənə yer çatmadı.Könüllü olaraq növbəti təyyarəni seçdiyimdən 250 avro kompensasiya aldım, amma, yeni biletdə (Riga - Tallin) yer seçməli idim.“Zəhmət olmasa, ən son yer”- 20, 22 ?“Ən Son, belə daha təhlükəsiz”“O, Təbəssümdən sonra”- Neqativə fokuslanmısız“Ən yaxşıya ümidli olub, ən pisə hazır olmaq neqativə fokuslanmaq deyil. Hazırda olan araşdırmalara görə ən son yerlər daha təhlükəsiz, bəli, öləndə öləcəyik, amma, niyə cəhdimi, üzərimə düşəni etməyim?!”*Hadisələr məhz buradan başladıTəyyarədəyəm, ən arxada. Məndən solda cavan xanım və bəy. Ekoloji layihəm və bir çox mövzularda fikir mübadiləmiz oldu. Hava limanında birgə şəkil çəkdirməmizi istədilər, etdik və vidalaşdıq.1 gün sonra Tallini gəzərkən qeyri iradi qaranlıq, yalnız şam işıqları yanan məkana daxil oldum.-Salam, nə gözəl! Gəl bura, səndən danışırdıq...Bəli, təyyarədən tanıdığım Alice və Kauner, daha geniş tərkibdə. Kiminsə *doğum gününü qeyd etdiklərindən həmin gün mənəvi görünən məkana cəm olmuşdular.Səhəri Mr Kauner mənə Təxminən Tallindən 45 km uzaqda yaşayan dostunun məlumatlarını verdi, orada qala biləcəyimi bildirdi mən bir gün sonra dünən gecə Haiba da Şam ağacının yanında Mr Yan ilə görüşdüm, oradan da xeyli yol getdik.Gələndə özü ilə isti su gətirmişdi içməyim üçün, əlcəklərini də təklif etdi, sonra xeyli yol getdik, arabamı da daşıdı...KuliminasiyaNağıllarda olan evə çatdıq, anası məni məhz səmimi təbəssümlə qarşıladı, əksər bizness mühütünə məxsus dodaq və diş hərkətləri deyildi.Evdə Kamin, Sauna və s. Bir az sonra Yanın nənəsi bizə yemək verdi, bayırda isə çox sakir qar yağırdı.Əksər Estonlar kimi nənəsi də rus dilində bilirdi, xeyli danışdıq, kompot verdi.Və Yan mənə bu gün də qalıb dincəlməmi təklif etdi, həmin halda özünün rahat olacağını bildirdi.Yuxudan oyanmışam, meşələr və qar. Bu an saat burada 08:35, olduqca qısa yazdım.Hələlik#estonia #aghamehdi #aghamehdiecoƏgər yazını bəyəndinizsə aşağıda olan Facebook düyməsini seçərək blogpostu Facebookda paylaşın ki, dostlarınız da yazılarımızdan xəbərdar olsunlar. Yox əgər Gəzəyənlərin yazılarından ilk xəbər tutmaq istəyirsinizsə aşağıda “abunə ol” bölməsinə mailinizi yazaraq düyməyə klikləyin. Hələlik bu qədər, növbəti yazılara qədər…Paylaşdı: Agha Mehdi

1146 dəfə oxunub

Azor adaları- Piku bələdçisi

Demək, bu dəfə Atlantik okeanın ortasında yerləşən, Şimali Amerika ilə Avropanın tam ortasında olan Azor adalarına olan səfərimdən yazacam. Azor adaları Portuqaliyaya məxsus olub, 9 adadan ibarət muxtar respublikadır. Özlərinə "Azorlu" deyirlər və portuqalcanın xüsusi bir dialektində danışırlar.Mənim səfərim iki adadan keçirdi, Sao Miguel və Pico adaları. Əsas məqsədim Portuqaliyanın ən hündür dağına çıxmaq olduğu üçün, səfərimin əsas hissəsini Pico adasına həsr etmişdim və bu postumda Pico adası haqqında danışacam.Pico adası, Sao Miguel adasından 300 km məsafədə olub, təyyarə ilə 40 dəqiqə müddət uzaqlıqdadır. Ərazisinin uzunluğu 47 km, eni 18 km olmağı, çox kiçik bir ada olduğundan xəbər verir. Adanın ortası dağlar və meşə örtüyündən ibarətdi. Bu adalar vulkanik bölgədə yerləşdiyi üçün, dağlar da vulkan dağları sayılır. Piko zirvəsi də vulkan dağlarından biri olub, Portuqaliyaya məxsusdur. 2351 metr yüksəkliyi olan bu dağın, zirvə nöqtəsində hələ də lava tavaları durmaqdadır və ora çıxdıqda həmin istiliyi hiss edə bilirsən. Piko adasının əhalisi, əsasən, balıqçılıqla, maldarlıqla məşğul olur. Piko adasına gedib, inək pendiri yeməyib, balıq dadmayıb, steykdən bir parça dişləməmisənsə, deməli, Pikoda olmamısan. Demək, Piko adasında ictimai nəqliyyat demək olar ki, fəaliyyət göstərmir. Gündə iki dəfə avtobus gedir bir qəsəbədən digərinə. O da biri səhər, biri də axşama yaxın. Əgər gəzməkdə çətinlik çəkirsizsə, maşın kirayə edib, rahatlıqla adanın hər yerini görə bilərsiz. Mən maşın kirayə etmədim, hava limanına enib avtobusa özümü çatdırdım. Hava limanından da iki dəfə avtobus gedir mərkəzə. Avtobus 90 sentdir Hava limanından mərkəzə. Qaldığım yer mərkəzdən uzaqda, dağların arasında idi. Ora isə 2 saat 30 dəqiqə məsafə idi piyada, mən də sadəcə gəzərək getdim. Adanın bir çox nöqtəsini gəzərək kəşf etdim. Piko adası haqqında danışanda, üzümçülüyü yaddan çıxartmaq olmaz. Piko adasının demək olar ki, 3-də 2 hissəsi üzümçükük bağları ilə örtülüb, amma heç kəs böyük hasarlar qoymayıb, yəni deyirlər gəlin, keçin, dərin, yeyin. Ümumiyyətlə, burada fikir verdiyim şeylərdən biri də o idi ki, çox evlərin çöl qapıları belə şüşədən idi. Yəni heç kəs oğurluqdan filan qorxmur. Tam təhlükəsiz yerdi. Heyvanat aləminə gəldikdə isə, ada kərtənkələ qaynayır. Mən həyatımda bu qədər kərtənkələ görməmişdim. İndiyədək nə qədər dağa getmişəm, nə qədər meşə gəzmişəm, amma bu qədər kərtənkələni bir arada görməmişəm. Adada bir dənə də olsun yırtıcı heyvan ya da ilan zad yoxdu. O cəhətdən bir az maraqsızdı.Mən 10 saat dağa çıxdım, düşdüm, kərtənkələdən savayı bir şey görmədim. İnsan belə Yuxarıda balıq yeməmiş qayıtmayın demişdim, bunun üçün şəkillərdə yerləşdirdiyim balıq restoranına getməyinizi məsləhət görürəm. Qiymətlər normaldı. Gördüyünüz o masaya 20-cə € xərcim çıxmışdı. Həyatınızda yediyiniz ən gözəl balıq ola bilər deyə düşünürəm, mütləq getsəniz, yoxlayın.Azor adalarına həm də, Atlantik okeanın Havay adaları deyirlər. Bu düz söhbətdi, çox qəşəng təbiəti və çimərlikləri var, amma hava barədə onu deyəmmərəm. Maksimum 23-24 dərəcədən o tərəfə getmir hava. Axşam da, ya çiyninə bir gödəkçə atmalısan, ya da bir 200 qram çaxır içməlisən. Azorlular ikinci variantı edir, sizə də məsləhət görürəm. Çox uzun-uzadı yazıb, vaxtınızı almaq istəmirəm. Bir onu deyim ki, sadəcə gedin və əsl toxulunmamış təbiətin nə olduğunu görün Paylaşdı: Samir Aziz

1843 dəfə oxunub

Pireney yarımadasında gizlənmiş “Balaca Cənnət”

Avropa səyahəti deyilən zaman bəzilərimizin beynində çox zaman bəlkə də standart bir mənzərə canlanır: Kimisi üçün bu mənzərə qədim daş döşəməli küçələr, kimisi üçün brend geyimlərin satıldığı maqazinlər, kimisi üçün tarixi qoxulu tikililər, kimisi üçün hansısa şəhərin “old part” hissəsi və s. və ilaxır... Şəxsən mənim üçün Avropa səyahəti nədənsə mütləq ya payız, ya da yazda, amma nədənsə mütləq sərin havada olmalıdır, bu səbəbdən Avropaya qısaqol geyimdə getməyi arzulamamışam heç bir zaman )))). 2015-ci ilin mart ayında Dubaya getmək üçün hazırlaşırdım. Artıq biletləri alıb, oteli də bron etmişdim. Təsadüfən elə oldu ki, turizm agentliklərinin birində sərfəli qiymətə maraqlı səyahət proqramı gördüm. Səyahət Barcelonadan başlamaqla, İspaniyanın bir neçə şəhəri, daha sonra Fransanın cənubundan - Kann, Nitsa şəhərlərini keçməklə Monacoya, ordan da İtaliyanın şimalına – San Remoya qədər uzanır və eyni istiqamətdə də geri qayıdırdı, uçuş istiqaməti Bakı – Kiyev – Barselona – Kiyev – Bakı idi. Bir az tərəddüd, bir az analizdən sonra “Görəsən, Dubay biletlərini zərərlə də olsa ləğv etməyə dəyərmi ?” deyə düşünərkən bir də özümü Barselonanın hava limanında gördüm ).Barselona haqqında danışmaq məncə artıqdır. Şəhərin Gaudi dəsti-xətti ilə “yazılmış” qeyri-adi arxitekturasından başlayıb, iqliminə qədər, dəniz limanlarını, çimərliklərini, hələ üstəlik, bir azarkeş kimi bu futbol ölkəsinin stadionları haqqında yazmaqla bitməz. Mən isə sizə bu yarımadada gizlənmiş “Balaca Cənnət” haqqında bəhs edəcəyəm. Barcelona gəzintisindən sonrakı ilk məntəqəmiz Kataloniyada - Costa Bravada yerləşən kiçik Lloret de Mar qəsəbəsi idi. Bu qəsəbə haqqında ora gedənə qədər heç nə eşitməmişdim. Qəsəbə Barcelonadan çox da uzaqda olmayan, təxminən 40 dəqiqəlik bir məsafədə idi. Amma Barcelona kimi böyük və modern şəhərdən 40 dəqiqəlik bir məsafədə bu cür gözəl bir yer xəyal belə etmirdim. Bu qəsəbə bəlkə də hər fəsildə “gəl-gəl” deyən nadir yerlərdən biridir. Balacadır, çox balaca – amma bura səyahət etmək üçün o qədər səbəb var ki: say-say bitməz... Yayda – göz oxşayan çimərliklər, yaz payız aylarında – meşəliklərə, yaşıllıqlara bürünmüş dağların sıldırım ətəklərinə vuran dəniz ləpələri, rəngli daşlardan tikilən evlər, əsrarəngiz Kataloniya təbiəti o qədər gözəldir ki, danışmaqla qurtarmaz.​Lloret de Mar bəlkə də gizli duyğularınızın üzə vuracağı nadir yerlərdəndir. 2 saata qəsəbəni tam başdan-ayağa gəzə bilərsiniz: əgər gəzə bilsəniz... Amma gəzmək mümkün deyil 2 saata – səbəb isə sadədir: addımbaşı gözəllik, addımbaşı təbiət naxışları və bu naxışları əsla pozmayan insanlar... Ayağınızı basdığınız hər qarış torpaqdan baxdığınız bu “Balaca Cənnət”in ayrı-ayrı istiqamətləri bir başqa gözəldir. Dənizi desən-dənizlərdən, qumsalı desən-qumsallardan, havası desən-hər yerdən fərqlidir. Bu fərqlilik insana o qədər xoş gəlir ki, hər yeni gün, doğan günəşdən, gecə yatana qədər sonsuz pozitivə yüklənirsən.Amma bu qəsəbənin gözəlliyi qədər də, bir balaca riskli turist həyatı var. Xüsusilə yay aylarında bura dünyanın 4 tərəfindən turist axını olur, çünki “WaterWorld” adlanan, dünyanın ən böyük aquaparklarından biri burada yerləşir. Attraksiyonlar və su əyləncələri “n” qədərdir. Riskli tərəf bu attraksiyonlardır deyə düşünməyin ) Riskli tərəf bura gələn turistlərin bəzilərinin 7/24 narkotikanın təsiri altında və içkili halda “beyni dumanlı” dolaşması, əylənməsidir. Ayrıca çimərliyə girən zaman, qumsalda nəzarətsiz qalan mobil telefonunuzun və ya foto kameranızın, hətta paltarınızın belə burda oğurlanması necə deyərlər, adi və normal haldır. Ona görə yaxşı olar ki, oteldən çimərliyə elə birbaşa “geyçim”lərinizi geyinib, gedəsiniz )) Amma, onu da vurğulamamaq haqsızlıq olar ki, bu neqativ hallar əksər hallarda yalnız yay aylarına təsadüf edir.Lloret de Mar sahil boyu uzanan bir qəsəbədir. Yay aylarında bu qəsəbə yatmır. 24 saat dayanmadan fəaliyyət göstərən restoranlar, gecə klubları, çimərliklər yorulmaq bilmir ki, bilmir. Əllərindəki içki şüşələri ilə sarmaş-dolaş gəzən qızlar, oğlanlar, yaşlılar... Hər tip insan görə bilərsiniz burda. Və hər fərqli tipin ruh halının və düşüncə tərzinın başqa bir insanınkı ilə uzlaşmaq ehtimalı sıfır nisbətindədir. ))) Ona görə də macəra sevən insanlar üçün Lloret de Mar unudulmaz yay tətili imkanıdır – bu imkandan yararlanın )) Yox əgər mənim kimi sakit yerlərə üstünlük verirsinizsə və sizə qələbəlik yox, sükut və təbiət daha çox hüzur verirsə, o zaman Lloret de Mara ya payızda, ya da yazda gedin. Amma mütləq gedin ))) Sizə bəhs edəcəyim gizli cənnət haqqında bu qədər.Növbəti yazılara qədər...PS: Yanında şəkil çəkdirdiyim Bakı nömrəsi olan BMW X5 markalı avtomobil Monacoda, Monte Karlo casinosunun qabağında park etmişdi ))) Kimindir bilmədim, amma ümid edirəm casinodan üzüağ çıxıb )))))Əgər yazını bəyəndinizsə aşağıda olan Facebook düyməsini seçərək blogpostu Facebookda paylaşın ki, dostlarınız da yazılarımızdan xəbərdar olsunlar. Yox əgər Gəzəyənlərin yazılarından ilk xəbər tutmaq istəyirsinizsə aşağıda “abunə ol” bölməsinə mailinizi yazaraq düyməyə klikləyin. Hələlik bu qədər, növbəti yazılara qədər…Paylaşdı: Şirxan Ayxan Adgözəl

1026 dəfə oxunub

Əndəlüsün qədim şəhəri - Malaqa

Malaqadakı bütün otel, apartament və hostelləri bu linkdən (bron) edə bilərsiz.Sizə yeni gəldiyim İspaniyanın Malaga şəhəri haqqında yazmaq istəyirəm. Bəlkə də uzun olacaq və oxumaq istəməyəcəksiniz.Təyyarədə gələndə yuxarıdan aşağı baxanda dedim ki, ilahi bura lap Salyanın şoran yerlərinə oxşayır ki, bura haradı belə. Ancaq təyyarə eniş edəndən sonra Malaganın aeroportundan düz mərkəzə cəmi 12 dəqiqəyə 1.80 eur dəyərində qatar bileti alıb gəldim. Səssiz və inanılmaz rahatlıqda. Ona görə ki, biz ölkəmizdə belə xidmətlərə möhtacıq. Şəhərdə tıxac adlı bir şeydən söhbət getmir.Şəhərin binaları bahalı, daş qaşlı, mərmərlərdən örtülməyib. Rəngarəngliklə bəzədilib. İnanılmaz ahəng yaradıb. Rahat şəkildə deyə bilərəm ki, Malaga dizaynerlərin şəhərciyidi. Şəhərdə hər yerdə dizaynerlərin əl işləri öz əksini tapır. Zövq anlayışı insanların qanına oturub. Hər yerdə mədəniyyət, gülərüz personal, möhtəşəm idarəetməni görürsən. Bizim restoranlara girəndə administrator min hoqqadan çıxıb ofisiantı əzir insanın gözü qabağında. Burda elə şeylər qətiyyən görmərsən, ən adi ofisiantı belə inanılmaz pozitivdir. Çox gözəl aura var şəhərdə. Həm şərq üslübü həm də müasir üslublar hər yerdə öz əksini tapır. Yol mədəniyyəti, tarixi muzeylər, ən əsası Pikassonun muzeyi (şəkil çəkilməsi icazə verilmir) və daha iri həcmli tarixi muzeylər. Bir sözlə şəhərin qədimliyini addım başı gördüyünüz muzeylər hər yerdə xatırladacaq.Şəhərin ən məşhur içkilərindən biri Sangria adlı çox dadlı bir içkidir. Heç bir sözlə əvəz edib izah edə bilmirəm, amma inanılmaz dadı var. Eliksir kimi ????Şəhər ümumən hədsiz ucuzluqdu, günü 20-30 eur ilə ürəyin istəyən nahar, səhər və axşam yeməyini yeyirsən, yanında içkisi ilə birlikdə. Ancaq marketlər Bakı qiyməti ilə, hətta deyərdim daha ucuzluqdu. Tövsiyyəm odur ki, gedib Barcelonanı və digər yerləri görməkdənsə belə yerlərin aurası adama daha xoş təsir bağışlayır. Özlərinə xas bir çox xüsusi dadda yeməkləri var və çox ləzzətlidi, soğan, pomidoru bizim kimi yaman çox sevəndilər. Amma dadlı yeməkləri var. Mən iş səyahəti üçün gəlmişəm, növbəti səfərlərim Granada və Sevilyadır. Hər birinizə xoş istirahətlər ????*Ps. Mən Freepik şirkətinin rəsmi ölkə üzrə təyin edilmiş səfiriyəm. Sonuncu şəkildəkilər isə Freepikin təsisçiləri Alejandro və Pablo Blanes qardaşlarıdır. Freepik dizayner və fotoqraflar üçün əvəzedilməz bir veb saytdır. Belə ümid edirəm yormadım sizləri.Əgər yazını bəyəndinizsə aşağıda olan Facebook düyməsini seçərək blogpostu Facebookda paylaşın ki, dostlarınız da yazılarımızdan xəbərdar olsunlar. Yox əgər Gəzəyənlərin yazılarından ilk xəbər tutmaq istəyirsinizsə aşağıda “abunə ol” bölməsinə mailinizi yazaraq düyməyə klikləyin. Hələlik bu qədər, növbəti yazılara qədər…Paylaşdı: ‎Balash Mirzabey

940 dəfə oxunub
Bizi izləyənlər siyahısına qoşulun!