1754 dəfə oxunub

Tanrıların adası - Bali

Bali, Ubuddakı bütün otel, apartament və hostelləri bu linkdən book (bron) edə bilərsiz.

Dünyanın ən gözəl yerlərindən biri olan Bali adası İndonezyanın 16min adasından biridir. Hər nə qədər ölkəmizdən uzaqda yerləşsə də adanı bir dəfə gördükdən sonra növbəti dəfə getməyə insan can atır. Bakı-Doha-Bali(Denpasar) reysi ilə adaya təxminən 13-14 saatda çatmaq mümkdündür. (Bakıdan Dohaya 3 saat, təxminən 1-2 saat aeroportda gözləmə və Dohadan Baliyə 8 saat). Ən böyük üstünlüyü Azərbaycan vətəndaşları üçün viza yoxdur və rahatca adaya getmək mümkündür. Bali ekvatorda yerləşdiyindən ilin bütün fəsillərində 30 dərəcədən çox isti olur. Bəzi aylarda musson yağışları olur amma bu heç kimin gözünü qorxutmasın, çünki yağışlar adətən gecə saatlarında yağmaqla səhər yağışdan əsər-əlamət qalmır. Mən dekabr ayında ora getməmişdən əvvəl internetdə dekabr ayının ən şiddətli musson yağışları dövrü olduğunu oxuyub düzü narahat olsam da orada qaldığım 15 gün ərzində 1 dəfə gündüz saatlarında yağış yağdığını gördüm. Yəni istənilən fəsildə rahatca gedilə biləcək bir yerdir. Təyyarədə gedərkən yanımda oturan İngiltərə vətəndaşı 16 ildir ilin 1 ayının Baliyə gəldiyini, hər dəfəsində eyni həyəcan və zövqü aldığını deyib ağızdolusu buranı təriflədikdə düzü adaya tez çatmağa dahada can atırdım. Balidə istifadə edilən pul vahidi indoneziya rupisidir. (IDR 100$-1 350 000). Deməli aeroportda qapıdan içəri girdiyimiz andan etibarən Balidən ayrılarana qədər insanlar bizimlə ancaq gülər üzlə rəftar edirdilər. 15 gün ərzində mən burada narahat vəziyyətdə olan insan üzü demək olar görmədim)). Gedəcəklər üçün Balidə Bluebird firmasına məxsus taksiləri və ya Uberdən istifadə etməyinizi məsləhət görürəm. Taksiyə oturduğunuz andan taksimetri açmasını deyin yoxsa 2-3 qat baha başa gəlir. Bluebird taksilərini istənilən yerdə rahatca tapmaq mümkündür. Bali adası 4 əsas bölgədən ibarətdir: Nusa Dua, Kuta, Seminyak, Ubud.

18891558_1665397383489885_3613206297834748871_o

Adaya gedən şəxslərə 15 gündən az getməməyi məsləhət görürəm. Yolun uzaqlığı və gəziləcək yerlərin çoxluğunu nəzərə alaraq 1 həftə getmək mənasızdır. Hə maddi cəhətə gəldikdə Bali dünyanın ən ucuz yerlərindən biridir. İctimai nəqliyyat olmadığı üçün burada baha olan tək taksilərdir. Qalan bütün hər şey- yemək, əyləncə, masaj, gəzinti və s. minimum büdcə ilə etmək mümkündür. Nəqliyyat problemini həll etmək üçün scooter kirayəyə götürmək olar. Günü 5-10 dollara başa gəlir. Benzin ucuzdur. Bizim sürücülük vəsiqələri orada tanınmır. Ama skooter sürən o qədər çoxdur ki, heç yoxlayan da yoxdur. Yada ən gözəli otostop edin. İnsanlar heç bir problem olmadan maşınla sizi istədiyiniz yerlərə aparır. Deməli adada Nusa Dua ancaq otellerin və imkanlı təbəqələrin yaşadığı ərazi sayılır. (Otellər kifayət qədər ucuzdur. 4 ulduzlu okean kənarında yerləşən oteldə 2 nəfərlik otağı günlük 50 manata tutmaq mümkündür). Kuta və Seminyakı Balinin mərkəzi hesab etmək olar. Tonlarda oteller var və rahatca 1-2 gün qabaqcadan ucuz 3-4 ulduzlu otel tapmaq mümkündür. Ubud bölgəsi isə Balinin dağlıq və meşəlik hissəsində yerləşir. Meymun meşəsi, Düyü terrasları, kofe plantasiyaları, vulkanik dağlar və göllər və sayısız şəlalələr. Adanın Ubud adlanan hissəsində okean olmasada təbiətdə axtara biləcəyiniz hər şeyi burada tapa bilərsiniz. Həmçinin Ubud bölgəsində günlük 25-50 dollar aralığında pul ödəyərək 2-3 otaqlı, şəxsi hovuzu olan villalar kirayəyə götürə bilərsiniz. Ada başdan ayağa turist qaynayır. Əsasən avstraliya, çin, koreya, rusiyadan olan turistlər çoxluq təşkil edir. Adada hər addımda masaj salonları var. Mənim fikrimcə dünyada ən ucuz və keyfiyyətli masaj Balidədir. Müqaisə etsək Antalyada hər hansı oteldə 1 saatlıq masaj minimum 50 dollardan başlayır. Lakin Balidə 50000-100000 İDR (təxminən 10 manat) ödəyib 1 saat masaj etdirmək mümkündür. Ən məsləhətlisi adada 5 gün Nusa Dua, 7-8 gün Kuta və Seminyak, 2-3 gün isə Ubud hissəsində qalmaqdır.

18920986_1665397603489863_2931323943211832996_o

Hə birdə BAlinin təxminən 1 saatlığında yerləşən Gili-Air island isə başqa hekaydir. Adada yalnızca scooter, velosiped və faytonla gəzmək mümkündür. Avtomobil yoxdur. Oteller çox ucuzdur. Kuta bölgəsindən 20 manat verərək katerlə həmin adaya gedə bilərsiniz. Bali Discount adlı facebukda da yerləşən firma vasitəsilə bütün adanı günlük 50 manat ödəməklə gəzə bilərsiniz. Özləri rus, inqilis dili bilən sürücü və avtomobil göndərirlər. 1 gün dayanmadan bütün adanı gəzdirir və izah edir. Həmçinin adanın Kuta bölməsində dünyanın ən böyük 2-ci, Asiyanın isə ən böyük aquaparkı yerləşir. Aquparka giriş qiyməti 35 manatdır və içəridə sonsuz adrenalin yaşamaq mümkündür)). Sonda deyim ki, bir gün şans olarsa buraya mütləq gedin, bu adaya çatdıqdan sonra heç pul olmadan belə 1 ay keçirmək olar. Couchsurfing vasitəsilə muxtəlif evlərdə qalmaq, helpex vasitəsilə isə işləyib pul qazanmaq mümkündür. Otellərin bir çoxu gündə 1 2 saatlıq işləməyin qarşılığında pulsuz otaq və yeməklə təmin edirlər.

Əgər yazını bəyəndinizsə aşağıda olan Facebook düyməsini seçərək blogpostu Facebookda paylaşın ki, dostlarınız da yazılarımızdan xəbərdar olsunlar. Yox əgər Gəzəyənlərin yazılarından ilk xəbər tutmaq istəyirsinizsə aşağıda “abunə ol” bölməsinə mailinizi yazaraq düyməyə klikləyin. Hələlik bu qədər, növbəti yazılara qədər…

 

Paylaşdı: Rəşid Bayramov

DİGƏR BLOQLAR

Orta Asiyanın incisi - Xivə bələdçisi

Xivədəki bütün otel, apartament və hostelləri bu linkdən book (bron) edə bilərsiz.XivəBir şəhər ancaq bu qədər gözəl ola bilər. Ölmədən görüləcək şəhərlər çoxdur, ancaq məncə ən birincisi Xivədir.Şəhər “İpək Yolu”-nun bütün yollarının qovşağıdır. İçan Kala və Dışan Kala adlanan iki əsas hissədən ibarətdir.Xivə küçələrində ‘’hansı əsrdəyik’’ sualı ilə gəzirdik. Hər yer torpaq rəngi, hündür divarlar, firuzəyi rəngli kaşı, keramika, miniatür əsərlər, minarələr, mədrəsələr, karvansaralar, taxta qapılar, sütunlar, doğma insanlar…Xivə şəhərinin 35 km yaxınlığında Ürgənc havalimanı yerləşir. Buraya Bakıdan və Daşkənddən birbaşa reyslər həyata keçirilir.HotelQiymətlər əladır. Reytinqi 8.1 olan hotellərin qiyməti iki nəfərlik otaqda 1 nəfər üçün 8 avrodan başlayır. Xidmət, təmizlik yüksək səviyyədədir.Valyuta Ölkədə Özbəkistan somu (UZS) istifadə edilir, yüz ABŞ dolları bir milyon yüz qırx altı min soma bərabərdir.TuristlərŞəhərdə turistlərin əksəriyyəti avropalılardır. Ruslar, və yerli turistlər də çoxdur.Danşıq dili, əhaliŞəhərdə rus dilini demək olar ki, hamı bilir. Özbək və rus dilləri əsas istifadə edilən dillərdir. Yerli əhali ölkənin digər bölgələrinə nisbətən bizə daha doğma dildə danışır və hər söz başa düşülür.HədiyyəTaxtadan düzəldilən əl işləri, keramika qablar, çay, halva, nabat, ədviyyatlar, quru meyvələr, ipək parçalar, araqçın və kələğayılar.YeməklərBizim yeməklərlə oxşarlıq çoxdur. Xivədə yeməklərin ən dadlısı aşdır. Digər dadlı yeməkləri isə yağlı ət və göyərtilərdən hazırlanan şurpa supu, ət və soğan tərkibli samsa, mantı, kabablar və maş şorbası.Şəhər divarları önündə bizi tarixə adını böyük hərflərlə yazdırmış alimin heykəli qarşılayır. Əl-Xarəzmi 780-ci ildə bu şəhərdə anadan olub, cəbr elminin banisi və sıfır rəqəmini tapan şəxsdir. İbni Sina, Biruni və onlarla dahilər də burada təhsil almış, yaşayıb-yaratmışdılar.Şəhərin hər yerində qədim Zərdüşt üslubu və naxışları ilə bəzədilən dadlı çörəklərin qoxusu hiss edilir.Zərdüşt motivləri həm də demək olar ki, bütün tarixi tikililərdə mövcuddur.Görməli yerlərƏsas maraqlı yerlər “İçan Kala” adlanan qədim şəhərin daxilindədir. Biz girişə yaxınlaşanda Xivə Əmiri, vəziri və digər saray üzvləri böyük təm-təraqla qalanı tərk edirdilər. Bu proses sanki Əmir indi də yaşayırmış kimi hərgün bir neçə dəfə təkrarlanır.İçəri isə sanki başqa aləm idi. Özbək xalq mahnılarını çalıb-oxuyan qrup milli geyimlərdə rəqs edə-edə küçələri gəzirdilər.Axşama doğru isə mərkəzi meydanda milli oyunlar və rəqslər daha maraqlı şəkildə davam edir. Biz də bütün digər turistlər kimi hərşeyi yaddan çıxarıb heyrətlə olanları izləyirdik.Kaş bizim Dövlət Turizm Agentliyi və Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi də İçərişəhər, Şəki, Lahıc kimi yerlərdə buna bənzər işlər görərdi.Xivənin rəmzi Kalta Minordur. Yəni yarımçıq minarə, 1855-ci ildə tikinti başlayır, ancaq Əmir Xan vəfat etdiyinə görə yarımçıq qalır.Hündürlüyü 45 metr olan İslam Xoca minarəsi Xivənin hər nöqtəsindən görünür.Cümə məscidi X əsrdə tikilib. Məscidin daxilindəki ağac sütunlarda gül və yarpaq naxışları zərif şəkildə işlənmişdir.Xivə Əmirinin yay sarayı. Burada Əmirin necə həyat tərzi sürdüyü, saray əhlinin kimlər olduğu haqqında ətraflı öyrənmək olur. Bələdçilər çox savadlı idi.Pəhləvan Mahmud məqbərəsi Xivənin əsas memarlıq abidələrindən və ziyarətgahlarından biridir. Məqbərədə böyük şair, maarifçi, sufi və filosof Pəhləvan Mahmud dəfn olunub.Yumurtavari hündür günbəz Pəhləvan Mahmud məqbərəsini unikal edir. İnteryeri ağ və göy rəngli kaşılarla ahəngdar bəzədilmişdir. Divarlarda Pəhləvan Mahmuda məxsus fars dilində şeirlər yazılıb.Kunya-Ark “İçan-Kala”-dan hündür gil divarla ayrılmış bir növ qala daxilində qaladır. Bura “İçan-Kala” və ətrafının gözəl mənzərəsini seyr etmək üçün əla yerdir.XIV əsrdə yaşamış nəqşibəndi sufi ustadı olan Səid Əlauddin türbəsi Xivənin ən unikal tikililərindən biridir.Taş-Xauli sarayı isə Xivənin ən rəngli və gözoxşayan sarayıdır.”İçan Kala” müdafiə divarlarının hündürlüyü təxminən 10 metr, qalınlığı 8 metr və uzunluğu 2250 metrdir.Qalanın dörd qapısı var: Şimal (Bağça-darvaza), Cənub (Taş-darvaza), Şərq (Pəhləvan-darvaza) və Qərb (Ata-darvaza).İçəridə insanı orta əsr şərqinə aparan saraylar, məscidlər, minarələr, mədrəsələr, məqbərələr, meydanlar və karvansaralar var.TarixRəvayətə görə, Xivə adını Nuhun böyük oğlu Sam qoymuşdur. O, səhrada uzun müddət susuz qaldıqdan sonra tapdığı quyudan su içərək qışqırıb:"Hey, vak, hey, vak!" Bu "nə yaxşı" deməkdir və o vaxtdan bura “Hey-vak”, yəni Xivə adlanıb.Xivə 2700 illik yaşayış yeridir. Karvanların dayandığı İpək Yolunun mühüm qovşağıdır.İki böyük səhra arasında bir vahə olan Xivə Makedoniyalı İskəndər, İran, Çingiz xan tərəfindən işğal edilib. Daha sonra isə Əmir Teymur, Xarəzmşahlar, Şeybanilər, Xivə Əmirliyi, ruslar və müstəqil Özbəkistan.Orta Asiyanın digər şəhərlərində olduğu kimi, şəhərin divarları qurudulmuş kərpicdən hörülüb və hündürlüyü 6-8 metrdir. Tarix boyu bu divarlar dəfələrlə dağıdılıb və yenidən tikilib.Əgər yazını bəyəndinizsə aşağıda olan Facebook düyməsini seçərək blogpostu Facebookda paylaşın ki, dostlarınız da yazılarımızdan xəbərdar olsunlar. Yox əgər Gəzəyənlərin yazılarından ilk xəbər tutmaq istəyirsinizsə aşağıda “abunə ol” bölməsinə mailinizi yazaraq düyməyə klikləyin. Hələlik bu qədər, növbəti yazılara qədər…Paylaşdı: Elşən İsmayılov

1080 dəfə oxunub

İtaliyanın Cənubuna Yay Səyahətimiz

İtaliyanın cənubuna yay səyahətimizBəlkə kiməsə faydalı olar deyə təcrübəmizi bölüşmək istədim Viza macərasıNoyabrda Capago (Fransa) üzərindən viza müraciəti etdik. 6 aylıq gözləyirdik, amma sadəcə 3 ay verdilər. Planlarımız pozuldu. Amma yay o qədər də “yay kimi” keçmədiyindən, birdən-birə qərar verdik və Romaya sərfəli Wizz Air bileti tapıb yola çıxdıq! Səyahət marşrutumuz Bakı – RomaGecə saat 02:30-da Romaya çatdıq. Otel seçərkən 24 saat açıq olmasına xüsusi diqqət etdik. Roma – Neapol – SorrentoSəhər sürətli qatarla Neapola. Burada neapilitan pizzasın dadmağı məsləhət görürəm. Biz Pizzeria Brandi-də olduq Neapolda bir neçə saat gəzib, oradan isə Sorrentoya keçdik. Və… Sorrento Möhtəşğm bir şəhərdi! Çox sevdim! Küçələri limon və mandarin ağacları ilə dolu, inanılmaz atmosfer! Qaldığımız otel: Coral White – qiymət/keyfiyyət mükəmməl! Pizza tövsiyəm: • Frankie’s Pizza Bar ( növbə olur, amma gözləməyə dəyər) • Pizzeria da Franco Sorrento – Capri adası 43€/adam bilet (gediş-dönüş) Skuter icarəsi: 60€/4 saat – əla seçim! Qayalıq pulsuz çimərlik: Faro Adanın ən yüksək nöqtəsinə qalxmağı unutmayın – möhtəşəm mənzərə! Positano SITA avtobusu (10€/ 2 nəfər gediş/dönüş) – sağ tərəfdə oturun, mənzərəni qaçırmayın! Və çalışın sağ tərəfdə ən 1ci yerdə oturun. Çünki arxalarda oturub pəncərədən baxanda ürəyiniz qalxa bilər. Skuter 70€ (amma lazım deyildi, şəhər balacadır) Çimərlik giriş: 50€, amma pulsuz hissə də var. Şəkil, video, gəzmək və sonra… 1 saatlıq gözləmədən sonra 8 nəfərlik taksi ilə geri qayıtdıq (15€/adam) Sorrento – Amalfi – Minori - Maiori Skuter yenə 70€, Minori və Maiori-yə keçdik. Limonlu dondurma – mütləq dadın, əfsanədir! Amalfi–Salerno arası gəmi: 12€/adam Salerno – RomaSalernoda gecələdik (otel təəssüf ki, çox pis idi – B&B Cherie: məsləhət görmürəm). Şəhəri gəxməyə elə vaxtımız olmadı. 2-3 saat səhər. Orada Bakının köhnə küçələrin gördüm balkonlardan paltar yuyub sərmişdilər eynən bizdə olduğu kimiOradan sürətli qatarla Romaya (120€) və bir günlük Romadan sonra evə qayıtdıq.Qısaca tövsiyələr: • Limonlu hər şey: dondurma, içki • Şəhərlər arası qatar və ya avtobus öncədən alın. • Gəmi və ya SİTA elə yerindəcə aldıq, rahat oldu. • Skuter sürməyi bacarırsınızsa – çox rahatdır • Frankie’s pizzası mütləq! • Capri və Positano fotogenik möcüzədir • Booking seçərkən otel və ya apartman olduğuna diqqət edin • Sorrento Əlavə suallarınız olsa buyurun , məmuniyyətlə cavablandıraram.Paylaşan: Севиндж Акбер

216 dəfə oxunub

New York - Miami Səyahətim

Sizə bu yaxınlarda New Yorkun məşhur Central Park-ından başlayıb, Miami-nin Ocean Drive sahillərində tamamlanan səyahətimdən danışımBütün New York səyahətim boyu, bəlkə də ən yadda qalan xatirə, helikopterlə gün batımı zamanı Central Parkın üzərindən uçaraq şəhəri seyr etməyim, digəri isə şəhərin səs-küyündən uzaqlaşmaq istədiyim anda Central Parka bir addım atmaqla sanki şəhərdən tədric olunma hissini yaşamağım idiGələk ən vacib nüaslara 1. Viza: Ən vacib məqamlardan biri viza idi. Amerika vizası ilk dəfən hamıya 1 illik verilir. Əsas məsələ isə sizi ölkəyə bağlıyan əsaslı faktorların olmasıdı. Misal üçün siz bir şirkətdə uzun müddətli işləyirsizsə, evlisizsə və bunun kimi ölkənizə loyallıqınızı sübut edəcək faktorların olmalıdır. Son zamanlar vizaya müraciət edənlərin əksəriyyəti müsbət cavab alır, əlbətdə ki bütün lazımı sənədlər və ölkəyə bağlılıqı sübüt edən faktorlar qaydasındadırsa 2. Təyyarə biletləri: New Yorka təyyarə biletləri əsasən gediş-dönüş 1200-1500 ₼ arasında dəyişir. Amerika daxilində isə uçuşlar daha münasibdir. Məsələn, New York-Miami-New York marşrutu üzrə bileti 340 ₼-ə əldə etmişdim 3. Qidalanma və restoranlar: Qidalanma çox zəngin və müxtəlif idi. Gözləntilərimin əksinə olaraq, yeməklərin dadı çox dadlı idi. Ən bəyəndiyim yerlərdən biri, Spiderman filmində Peter Parkerin kuryer kimi çalışdığı Joe’s Pizza və 1888-ci ildən fəaliyyət göstərən, pastrami sendviçi ilə tanınan Katz’s Delicatessen idi. Qiymətlər isə misal üçün böyük boy Pizza 18-20$, sandwich 25-30 $ arası dəyişirdi 4. Nəqliyyat: Şəhərdaxili nəqliyyatda metro ən ideal seçim idi. Bir gediş haqqı təxminən 5 ₼ (2.75 $) idi. Demək olar ki, istənilən nöqtəyə metro ilə rahat çatmaq olurdu. Amma doğrudan da deyilən kimiymiş. New York metrosunun öz atmosferi var... 5. Səfər tarixi: New York üçün yaşıllıq və günəşli havanı yaşamaq istəyənlər üçün May-Sentyabr ayları idealdır. Miami üçün isə okeandan zövq almaq istəyənlər Noyabr-Aprel ayları daha uyğundur. Digər aylarda tropik yağışlar səyahəti çətinləşdirə bilər 6. Büdcə: Ortalama olaraq 1 nəfər üçün təyyarə, viza, qidalanma, fəaliyyətlər və otel daxil olmaqla 4000-5000 ₼ arası büdcə kifayət edir. Əlbəttə, bu rəqəm hər kəsin səyahət formasından və komfort seçimlərindən asılı olaraq dəyişə bilərBir söznən hər kəsə xoş və yadda qalan səyat arzulayıramhttps://www.instagram.com/asad_zeynalov...Paylaşan:Zeynalov Asad

266 dəfə oxunub

Aztek mədəniyyətinin beşiyi - Meksika bələdçisi

Mexikodakı bütün otel, apartament və hostelləri bu linkdən book (bron) edə bilərsiz.Uzun və macəralı Meksika səyahətim bitdi. Və ölkə haqqında öyrəndiklərimi sizinlə də bölüşmək istəyirəm:Meksikanın rəngli küçələrini; hər küncündə yüksək səsdə musiqi sədaları altında rəqs edən insanlarını; milli mətbəxindən takos, quesadilla, guacamole-nin dadını; salsa, bachata rəqslərini; əfsanəvi (əslində bacarıqsız) siyasətçi  Antonio Lopezdən (Santa Anna) tutmuş son dərəcə istedadlı,lakin faciəvi rəssam Frida Kahloya qədər personajlarla dolu tarixini; bütün dünyadan səyahətçilərin görmək üçün gəldiyi Chichen İtzasını; Cancunun, Tulumun yosunlu, mavi sahillərini; axşam çağı gitar ilə ifa olunan ispan mahnılarını; polislər ilə dolu olan rayonlarını həmişəlik xatirəmə həkk etdim..Hə indi isə başdan başlayaq. Meksikaya səyahət etmək üçün ilk öncə təbii ki vizaya müraciət etməlisiniz. Sənədlər şengen vizası ilə bənzərdir, amma məlumat üçün qeyd edirəm:1. İş yerindən arayış2. 3 ay ərzində bank hesabından çıxarış3. Əgər varsa adınıza olan mülklərin sənədi4. Pasportun əsli və rəngli sürəti5. Bir ədəd foto şəkil (3,5x4,5 ağ fonda)6. Lazımı qaydada doldurulmuş blank7. Sərmayə və ya digər bank hesablarından çıxarış (dəstəkləyici sənəd olaraq)8. Viza rüsumu 51$9. Təyyarə və otel bronları.Görüş təyin etməli və sənədləri şəxsən təqdim etməlisiz.Lakin! Vətəndaşlığından asılı olmayaraq, qüvvədə olan çox girişli (mult) Şengen zonası, ABŞ, Kanada,  Yaponiya və ya Böyük Britaniya və ya Şimali İrlandiya Birləşmiş Krallığı vizası sahibləri Meksika vizası olmadan da ölkəyə səyahət edə bilər. Elə mənim kimi (mult şengen viza ilə səfər etdim).Daha geniş məlumat üçün embamex.sre.gov.mx saytına daxil ola və ya +994123103533 nömrəsi ilə əlaqə saxlaya bilərsiniz.Qeyd etmək istəyirəm ki, konsulluğun əməkdaşları çox mülayim, köməyə hazır və səbrlidirlər (3 dəfə zəng vurub müxtəlif suallarımın hamısına çox səbrlə cavab verdilər).Yol və ölkəyə giriş qaydaları❗️Səyahətimi Türkiyə üzərindən THY ilə etdim.  Gedişdə toplamda 20 saat, qayıdışda isə 25saatlıq bir yolculuq oldu. Yorucudur mu? Təbii ki! Amma buna dəyər!“Türkiyədə təyyarəyə mindirmirlər”- sözlərini siz də eşitmisiz yəgin ki. Amma bizim gözləmə zalında olan hamını buraxdılar.Əsas məsələ Mexiko şəhərinin polis yoxlamasında başlayır. Belə ki, gözlərinə ABŞ-a illeqal yolla keçmək istəyən miqrant kimi dəyən kimsənin gözünün yaşına baxmırlar. Yoxlamadan başqa bir otağa aparılır insanlar, day orada nə baş verir, mən də bilmirəm.Xoşbəxtlikdən bizim qrupda olan hamını buraxdılar, lakin kiçik problemlər elə biz də yaşadıq.Belə ki əsas fikir verdikləri məsələ:1. Səyahətinizin məqsədi;2. Meksikaya neçənci dəfədir daxil olursuz;3. Geri dönüş biletiniz;4. Qalacağınız otellərin rezervasiyası (3/4 bəndlərinin çox zaman full ödənilməsini tələb edirlər)5. Səyahət planınız.Əgər polisi turist olduğunuza inandıra bilsəz, rahatlıqla ölkəyə daxil olursuz!Lakin qeyd etməliyəm ki, geri qaytarılan insanların sayı çoxdur(bizim gözümüzün qarşısında elə 8-10 nəfər tutuldu). Diqqətli olmağınızı tövsiyyə edirəm.  Bir müddət burada qalan, və ölkədə 7 şəhər(Mexico,Cancun,Tulum,Coba, Valladolid,Chichen İtza və Playa del Carmen) görən adam kimi deyə bilərəm ki, medianın biraz şişirdilmiş "Meksika təhlükəsi" stereotipi var. Şəhərdə təmami ilə tək gəzdiyim günlər oldu, və turist olduğum çox aşikar idi, amma heç bir şiddətə məruz qalmadım, şükür. Düzdür, daha turistik şəhərlərdə və məkanlarda idim. Və biraz diqqət edirdim ətrafa və getdiyim yerlərə, saata, buqədər.İndi isə gələk əsas məsələyə, yəni xərclərə. Mənim xərclərim təxminən aşağıda kimi oldu: - Bilet. Bakı-Mexico-Bakı (THL ilə 4k AZN, biletimi bəzi səbəblərdən çox gec aldım, amma  biraz tez alsaz daha ucuza ala bilərsiz)- Otel. Ortalama 4-5 ulduz gecəsi 120$= 204 AZN- Taksi. İctimai nəqliyyatdan heç istifadə etmədim. Gününə 400peso= 40AZN ortalama taksi tuturdu.- Gündəlik yemək. Gündə 2dəfə əsas yemək yesəz- oteldə səhər yeməyi+ 1 dəfə restoran, 1 nəfər üçün ən top restoran belə max 50-60$ başa gələcək (85-100AZN)- Turlar. Turları da haradan sifariş verdiyiniz önəmlidir. Lakin şəhər mərkəzindəki turlar 210(city tour) -1000peso (21-100 AZN) arası dəyişir.- Alış veriş. Qiymətlər demək olar ki Bakı ilə eynidir, bəlkə biraz daha ucuz.- Mexico-Cancun-Mexico biletləri ortalama 200$ (340AZN)- Kiçik xərclər üçün də 500-600 AZN əlavə xərcləyə bilərsiz (market, kofe, dondurma və s.)- Muzeylərə giriş biletləri - 200-400 AZN (az və çox ola bilər, neçə muzeyə girəcəyinizdən asılıdır).Ümumiliklə ölkəni çox bəyəndimHamıya həyatında bir dəfə bu möhtəşəm ölkəni görməyi arzulayıram.Başqa sualınız varsa soruşun.Btw səyahət etdiyim ölkələr haqqı uls_valley instagram səhifəsində daha ətraflı yazıram maraqlıdırsa, izləyə bilərsiz.#mexico Əgər yazını bəyəndinizsə aşağıda olan Facebook düyməsini seçərək blogpostu Facebookda paylaşın ki, dostlarınız da yazılarımızdan xəbərdar olsunlar. Yox əgər Gəzəyənlərin yazılarından ilk xəbər tutmaq istəyirsinizsə aşağıda “abunə ol” bölməsinə mailinizi yazaraq düyməyə klikləyin. Hələlik bu qədər, növbəti yazılara qədər…Paylaşdı: Ulkar Gurbanova

1007 dəfə oxunub
Bizi izləyənlər siyahısına qoşulun!