2485 dəfə oxunub

Dubay bələdçisi

Dubaydakı otel, apartament və hostelləri bu linkdən book (bron) edə bilərsiz.

Dubayda haralara ve necə getməli?
4 günlük Dubay səfərim artıq bugün başa çatır və qərara aldım ki,topladığım praktikayla qrupda bölüşüm ki, gələcəkdə Dubaya yolu düşənlər hər yerə taksiylə gedib əlavə xərc yaratmasınlar və istədikləri yerə rahatlıqla çatsınlar. İnşallah faydali olar.Hər şeydən öncə qeyd edim ki, exchange-lər banklardan ayrılıqda yerləşir və ölkədə hər yerdə məzənnə demək olar eynidir. Yəni, bizdəki kimi aeroportda ayrı, şəhərdə ayrı, bu yanda ayrı deyil. Yeganə olaraq otellərdə dəyişsəniz fərqli qiymətə, yəni otelə sərf eliyən kimi dəyişəcəksiniz. Əgər əlinizdə hər ehtimala AED olmasını istəyirsənizsə, aeroportdakı exchange-də rahat dəyişə bilərsiniz. Çünki şəhərdə də eyni məzənnə olacaq.

1)  Burj Khalifa, Dubai Mall ve musiqi fontan triadasi.

Bura Dubayın ən məşhur yerlərindən biri və demək olar, hal-hazırda birincisidir. Bura gəlmək üçün metrodan istifadə etmək olar. Belə ki, eyni "Burj Khalifa" adlı metro stansiyası var. Yeri gəlmişkən qeyd edim ki, transport kartı (eyni bizdəki Bakıkart, yəni həm avtobus, həm metro, həm də tramvayda keçir) 20 AED-dir. Daha sonra karta pul yükləmək lazımdır ki, yükləmə və kart almanı metronun ortasında olan Information (üzərində "i" yazili) olan köşkdən edə bilərsiniz. Stansiyadan çıxdıqdan sonra keçid vasitəsilə düz Dubai Mall-un içinə gedirsiniz ve burdan da Burj Khalifaya çıxırsınız. Burj Khalifa-da çıxacağınız mərtəbəyə və saata görə qiymətlər dəyişir. Bilet sırasına durmayasınız deyə məsləhətdir ki, Dubai Mall-un içində olan akvariumun yanında Burj Khalifa bilet satış məntəqəsindən əvvəlcədən bilet alasınız. Mən bileti 124-125-ci mərtəbələrə aldım və mənə bir nəfər üçün 145 AED başa gəldi. Bundan daha ucuz 125 AED də var idi, sadəcə bu biletlər hamsı satılmışdı. Mənim biletimin baha olmasına səbəb çıxışda Burj Khalifa kafesində çay, kofe, su, sok, şirniyyatların biletə daxil olması ile elaqedar idi. Biletin ən bahalısı gün batımı vaxtına uyğun gəlir, çünki deyilənə görə ən gözəl vaxtı da məhz ondadır.

17498516_10211325852160247_5625249085687908850_n

Əgər Dubai Mall-a getmisinizsə, mütləq mall-un içindəki şəlaləyə baş çəkməlisiniz. Yəqin ki, şəkillərdə göydən sallanmış adamlar olan şəlaləni görmüsünüz. Bu şəlalə Burj Khalifaya bilet satış məntəqəsindən çox yaxın yerləşir. Bilet satış məntəqəsi özü də Dubai Mall-un içindəki akvariumun qarşısında yerleşir. İçində akula kimi nəhəng balıqlar da var. Sizə maraqlı gələ bilər.
Bundan başqa Burk Khalifa-nın qarşısında məşhur musiqili fontan var ki, onu da görmək lazımdır. Yaxşı olardı ki, fontana axşam gedəsiniz. Bu halda daha gözəl olur və elə maraqlısı da axşamdır.

2) Emirates Mall

Dünyanın ən bahalı mall-larından və səhv etmirəmsə, birincisidir. Dubai Mall-la müqayisədə çox-çox bahadır. Girişində həmişə luxury maşınlar olur. Lamborghini, Maseratti, Ferrari, Bugatti ve s. gördüklərimdəndir. Məhz buna görə də qiymətlər fantastikdir. Burda hamsı brenddir ve ucuz şey tapmaq mümkün deyil. Müqayisədə Dubai Mall daha ucuzdur. Ümumən isə Azərbaycandakı qiymətləri gördükdən sonra istər Dubai Mall, istərsə də Emirates Mall-dan paltar almağa əli gəlmir. Məncə, paltar üçün Dubay yaramır. Bəlkə yarayan yeri də var, amma mən görəmmədim. Bura sadəcə "hə, gəldim buranı da gördüm" demək üçün, məncə, gələ bilərsiniz.
Bundan başqa Emirates Mall-un içində süni xizək və snowboard kurortu var. Qiymətini bilmirəm, amma istəyən istifadə edə bilər.
Bu arada qeyd edim ki, Emirates Mall adlı metro stansiyası vardır ki, siz bura rahatlıqla metroyla da gələ bilərsiniz. Keçid vasitəsilə birbaşa mall-un içinə girə bilərsiniz.

3)Miracle Garden Dubai ve Dubai Butterfly Garden

Məncə, Dubayın həqiqətən görməli yerlərindən biridir Miracle Garden. Çiçəklərlə bəzədilib hər yer və maraqlı fiqur və heykəllər var. Bir növ bizim Gül bayramını xatırladır. Giriş adambaşı 40 AED-dir. Nisbətən uzun yol getmək lazımdır ora. Mən çox axtarış etmişdim və oxuduqlarımın əksəri "taksiylə getmişik" deyə cavablamışdılar disputu. Mən sizə ucuz versiyasını deyim. Demək, düz Emirates Mall-un qarşısında 105 nömrəli avtobusla Miracle Garden-a gedə bilərsiniz. Avtobus Emirates Mall-Miracle Garden marşrutu üzrə işləyir və arada dayanacaqlarda saxlamır, birbaşa hərəkət edir. Qayıdanda da eyni avtobusla geri qayıda bilərsiniz mindiyiniz yerə. Unutmayın ki, avtobus Bazar - Cümə axşamı (Bazar - 4cü günlər) 14:00-20:00 aralığında, Cümə və Şənbə günləri isə 12:00-22:00 aralığında işləyir. Avtobusdan istifadə haqqı 3 AED-dir. Park isə həftə içi 09:00-21:00,  Cümə və Şənbə (5-6cı günlər) isə 09:00-23:00-can işləyir.

17499219_10211325851960242_4735570880473259592_n
Miracle Garden ilə yanbayan maraqlı başqa bir park Dubai Butterfly Garden var. İçində çoxlu kəpənəklər var. Bura saat 6-da bağlanır deyə, bura girə bilmədik. Amma internetdən araşdırdığıma görə çox maraqlı olmalıydı. Miracle Garden-a getmək fikrindəsinizsə, məncə, ora da baş çəkin.

4)Səhra safari turu (Desert safari tour Dubai)

Dubaya gəlib bu tura qatılmamaq, məncə, ağılsızlıq olar. Bu tur, məncə, baha başa gəldi çünki araşdırmağa və ucuzunu almağa vaxt olmadı başım qarışdığından və ani getmək qərarı verdiyimə görə. Adam başı 55$-a başa gəldi. Tura daxildir: sizin oteldən Toyota Land Cruiser 200, Toyota Sequoia və yaxud hər hansı yolsuzluq avtomobili ilə oteldən götürülməniz və səhraya çatdırılmanız və səhra təpəciklərində maşınla əylənməniz, daha sonra səhrada kampa gəlib burada 2 dəfə yemək, şirniyyat, su, sok, çay, kofe və müxtəlif show-lara (alov, rəqs) baxmanız daxildir. Eyni zamanda kamp girişində dəvəyə minmək də turun puluna daxildir. Amma üstündə fotoqraf şəklinizi çəksə, şəkili sizə satacaq. Qiyməti 50 AED deyirdi, amma mən 30-a saldım. Satanda dedi ki, amma burda heç kimə demə o qiymətə aldığını, yoxsa onlar da o qiymətə istəyəcək.)) Kampın içində həm kişi, həm qadın ərəb milli geyimləri var ki, asanlıqla geyinib istədiyiniz qədər telefon və ya kamerayla şəklinizi çəkə bilərsiniz. Bu da turun ödənişinə daxildir. Bütün bunlardan sonra sizi otelə gətirirlər. Tur 14:30-21:00 aralığını əhatə edir. Çox maraqlıdır və getməyiniz, məncə, mütləqdir.

5) Burj Al Arab Hoteli (Yelkən Otel)

Bu oteli tanımayan, məncə, yoxdur. Otelin içinə giriş üçün ya siz burada gecələməlisiniz (hansı ki, çox bahadır), ya da xüsusi turlara qoşulmalısınız. Yəni, darvazadan içəri giriş pulladır. Amma əgər siz şəkil çəkdirmək istəyirsənizsə, onda yolunu deyim necə edin. Dubayda çimərliklər 2 cür olur: ictimati çimərliklər (public beach) və ödənişli. Otelə ən yaxın çimərlik Jumeirah Open Beach ictimai çimərliyidir. Bura gəlmək üçün Emirates Mall-un qarşısından 81 nömrəli avtobusa minmək lazımdır. Düz yanına gəlir. Sadəcə sürücüyə əvvəldən deyin ki, sizə xəbər versin çatanda. Çimərlik boyu gəzə-gəzə otelə tərəf gələ bilərsiniz. Çimmək istəsəniz, yadda saxlayın ki, burda çimərlik kişi və qadınlar üçün ayrıdır. Əgər lap qarşısında şəkil çəkdirmək istəyirsinizsə, onda Jumeirah oteli (elə bizim Jumeirah Bilgeh Beach otelə oxşayır eynən) keçin və otelin girişinə gedən darvazanın qarşısında şəklinizi çəkdirin. Burj Al Arabin düz yanında Wild Wadi deyilən aquapark var ki, istəsəniz gedə bilərsiniz. Geri qayıdanda Wild Wadi-nin qarşısındakı dayanacaqdan 81-lə yenə Emirates Mall-a qayıda bilərsiniz.

17523426_10211325850800213_8110213117724350932_n

6) Dubai Marina

Bura gəlmək üçün metrodan istifadə edə bilərsiniz. Bunun üçün DAMAC Properties stansiyasında düşmək lazımdır. Daha sonra 100-200 metr piyada getsəniz, lazımi yerə çatacaqsınız. Deyim ki, belə super cəlbedici yerdir, yox. Sadəcə turistlərin çox gəldiyi yerdir və orta dərəcəli qiymətləndirərəm buranı.

7) Dubai Palm Jumeirah ve Atlantis The Palm Hotel

Palma adalarına gəlmək biraz uzun-uzadıdır. Məsləhətdir ki, bura Dubai Marinaya gəldiyiniz vaxtla eyni günə salasınız. Çünki əvvəlcə DAMAC Properties stansiyasına gəlmək, daha sonra keçidlə Dubay Marina tramvay dayanacağında "Al Sufouh"a gedən tramvaya minmək lazımdır. Amma tramvay birbaşa palma adalarına getmir. Siz 9 nömrəli Palm Jumeirah stansiyasında düşüb keçidlə Monorail-lə getməlisiniz. Monorail bizdə olmayan nəqliyyatdır. Gediş-qayidiş bileti 25 AED-dir. Metro, tramvay və avtobusda keçən kart burda işləmir. Monorail-lə Atlantis otelində, yəni ən axırıncı stansiyada düşməlisiniz. Yəqin ki, çoxunuz bu oteli gürmüsünüz və oralar təmiz ayrı yerdir sanki. Getməyə dəyər.

17426400_10211325852920266_6516652837968929101_n

Unutmayın!
* Dubayda 3 sinif vaqon var: qadın üçün, kisilər üçün və gold class. Kişi və qadın klassları bir-birindən çəhrayı xətlə aralanır. Bu qayda avtobus və tramvayda da keçərlidir. Həmçinin açılacaq qapı hansı vaqona aid olması haqda stansiyada yerdə də məlumat olur. Qadın tərəfdə getsəniz, qatarda yazır ki, cəriməsi var. Amma cəriməni kim yazır bilmirəm. Çünki ortalıqda bir adam olmur onu yazmağa. Ərəblər bu qaydaya əməl etsə də, turistlərin bəziləri fikir vermir. Vaqonlar hamsı bitişikdir və maşinist yoxdur. Qatar öz-özünə hərəkət edir.
* Transportda kartın istifadəsi bizimkindən fərqli olaraq kartı vurduqda əvvəldə pulu çıxmır. Çünki məsafəyə görə burada kartdan çıxılan pul fərqlənir. Metro, avtobus və ya tramvaya minməkçün vurursunuz kartı və çıxanda yenə vurursunuz kartı stansiyada. Uyğun olaraq özü çıxır pulu.
* Unutmayın ki, Ərəb Əmirliklərində istirahət günü Cümədir. Burada 6-Bazar hər yer işləyir. Odur ki, harasa getməmişdən öncə Cümə günü olduğuyçün işləyə bilməyəcəyini nəzərə alın.

İnşallah ki, bir yararı dəyər. 

Əgər yazını bəyəndinizsə aşağıda olan Facebook düyməsini seçərək blogpostu Facebookda paylaşın ki, dostlarınız da yazılarımızdan xəbərdar olsunlar. Yox əgər Gəzəyənlərin yazılarından ilk xəbər tutmaq istəyirsinizsə aşağıda “abunə ol” bölməsinə mailinizi yazaraq düyməyə klikləyin. Hələlik bu qədər, növbəti yazılara qədər…

Paylaşdı: Ismayil Melikov

DİGƏR BLOQLAR

Atlar diyarı - Kapadokiya

Kapadokiyadakı bütün otel, apartament və hostelləri bu linkdən book (bron) edə bilərsiz.Salam dostlar. Çoxlarının “must see” siyahısında olan Kapadokyadan təəssüratlarımı yazmaq istəyirəm, sizlərə kömək olmaq ümidi ilə. İlk öncə qeyd edim ki, bu ərazi çox xoşuma gəldi və hər kəsə ən az bir dəfə gedib görməyi məsləhət görərdim. Kapadokya deyilən ərazi bir neçə kiçik şəhərlərdən ibarətdir; Nevşehir, Göreme, Ürgüp, Üçhisar və s. Nevşehir mərkəzdir və daha çox şəhər kimidir ona görə otelinizi digər şəhərlərdə tutmağınız məsləhət görülür.Kapadokyaya necə getmək olar?Nevşehirdəki aeroport hazırda təmirə görə bağlı olduğu üçün təxminən 100 km aralıda yerləşən Kayseri aeroportuna gələ bilərsiz. Alternativ variant avtobusdur. Biz İstanbuldan avtobusla otelimizin olduğu bölgə Görəməyə getdik (təxmini 12 saat). Bileti obilet.com və ya neredennereye.com saytlarında 80/90 TL (tək yön) ala bilərsiniz. “Metro” avtobus şirkətini məsləhət görə bilərəm, həddən artıq komfortlu avtobus idi. Avtobusda pulsuz içkilər, şirniyyat, şəxsi TV, telefonu doldurmaq üçün hər 2 oturacağa ayrıca “socket” var idi. Oturacaqlar çox geniş idi, sürücü isə çox yaxşı sürürdü. Geri dönərkən istifadə etdiyimiz “Öncü Səyahət” şirkətinin avtobusu da rahat idi amma sürücü “vəhşi” kimi sürürdü. İstanbula çathaçatda qəza etdi, azmış kimi avtobusdan bıçaq, uzun dəmir çıxarıb o biri sürücünü döyməyə başladı. Həyatımın ən pis avtobus səyahəti idi. Ümumiyyətlə Türkiyəyə gedirsinizsə təklükələrə hazır olun. Yollarda çox pis sürürlər.Nə zaman getməli?Ən uyğun zaman yaz aylarıdır mənə görə. Yayda çox isti olur, amma başqa vaxtınız yoxdursa yayda da gedə bilərsiniz mənim kimi.Harda qalmaq olar?Qaldığımız Görəmə bölgəsində Kayataş adlı butik ailə oteli   əvvəllər sahiblərinin özlərinin yaşadığı orta böyüklükdə “konak” olmuşdur. Yüksək ərazidə olduğundan otelin terrasından “pəri bacaları”na möhtəşəm görüntü açılırdı. Heç yerə getmeyib saatlarla o görüntünü izləmək olardı. Və hətta səhər tezdən yuxudan qalxsanız terrasdan səmada olan onlarla hava şarını da görə bilərsiniz. Otaqlar mağara stilində idi. 4 nəfər 2 ayrı otaqda  3 gecə qaldıq və cəmi səhər yeməyi daxil 266 AZN ödədik, yəni 1 nəfərə 1 gecəsi 23 AZN. Sahiblər çox mehriban idilər və fikrimcə qiymətə görə çox yaxşı idi.Nə yemək olar?İstər İstanbulda, istər də Kapadokyada yemək qiymətləri gözlədiyimizdən daha yüksək oldu. Ən ucuz yerdə balaca armudu stəkan çay 2 TL (çayları çox acı və dadsız gəldi), ən ucuz maraş dondurma 5 TL, ən ucuz yerdə toyuq yeməyi 25 TL, su 1-4 TL, Cola 3-5 TL, ayran 3-4 TL, mərci 6-8 TL, çörək arası dönər (adı dönər idi, içində sadəcə toyuq və göyərti var idi) 10 TLdən başlayır. Görəmədə BİM və A101 marketləri nisbətən ucuz idilər.Nə almaq olar?Görəmə mərkəzində küçə boyu çoxlu suvenir mağazaları var. Müxtəlif yörəsəl motivli çantalar (25 TL-dən başlayır keyfiyyətinə görə 500TL kimi gedir), çilçıraqlar, maqnit (2 TLdən başlayır), kiçik suvenirlər, bəzək əşyaları, kiçik yörəsəl stildə düzəldilmiş ev əşyaları (6 ədəd stəkan altlığı 10 TL; 4 əd kiçik kasa 10 TL) almaq olar. Təbii ki, qiyməti mütləq aşağı saldırmaq lazımdır. İstər İstanbulda, istər də Kapadokyada olsun azərbaycanlıyam və tələbəyəm desəniz xeyli qiymət saldıra bilərsiniz (bizdən fərqli olaraq Türkiyədə tələbələrə hörmət və sevgi var). Təbii böyük ehtimal qadın cinsi olmağınız da qiymətə təsir edəcək ????Nə etmək olar?Əvvəl qeyd edim ki, Kapadokya 3-4 gün qalmaq bəs edəcək. Bütün otellər istədiyiniz şəkildə sizə tur şirkətlərlə danışıb tur təşkil edə bilər. Həmçinin şəhərdə müxtəlif turlar təklif edən şirkətlərə özünüz yaxınlaşa bilərsiz. İstər otel, istərsə də tur şirkət olsun yenə də qiyməti aşağı saldırmaq lazımdır, azərbaycanlıyıq axı ????Balon turu – Hər bir insanın həyatında azı 1 dəfə etməli olduğu tur. Kapadokyadünyada azsaylı nöqtələrdəndir ki, eyni anda çox sayda balonu havada görə bilərsiniz. Qiymətlər 200 TL və sonsuzluq arasında artır. Bütün balon şirkətləri səhər 3:30 radələrində sizi avtobusla qaldığınız oteldən alır, balon uçan sahəyə gətirir, orada həm kiçik səhər yeməyi yeyirsiz həm də sahədə uçmağa hazırlanan yüzlərlə (onlarla) balonun uçuşa hazırlıq sisteminə baxırsınız. Hava idarəsi ok verdikdən sonra balonlara minib uçmaq olar. Uçuş bitdikdən sonra isə şampan partladıb, sertifikatlarınızı ala bilərsiniz. Daha sonra avtobus sizi saat 8 ərəfələrində otelə qaytaracaq. Bahalı balon şirkətləri ilə aradakı tək fərq uçuş saatının 1 saat olmasıdır, bir də bəzi bahalı şirkətlər endikdən sonra sertifikat yerinə medal kimi şeylər verirlər. Yəni ki, elə də böyük fərq yoxdur, çox pul xərcləməyə dəyməz. Bir də hava şəraitindən asılı olaraq balonlarlar 3-4 gün dalbadal uçmaya da bilər, balon uçmasa hər növbəti gün yenidən aparırlar, lakin artıq sizin qalmağa vaxtınız yoxdursa pulunuzun tamamını geri verirlər.ATV Turu – Balonla yarışa biləcək aktivite. Qiymətlər yenə də dəyişir. 1 saat 60 TL 2 saat 80 TL. Gündüz və Sunset deyilən 2 saatlıq turlar olur. SUNSET məsləhətlidir, həm gündüz həddən artıq isti olur, həm də sunsetdə təpənin başından gün batımını izləyə bilərsiniz. İki saatlıq sunset tur üçün 80 TL ödədik. 1 ATV-də iki nəfər otura bilər və yerinizi dəyişərək 40 TL ödəyə bilərsiniz. Mən  qorxduğumdan rəhbərin arxasında oturmuşdum və 50 TL ödədim, bir qədər getdikdən sonra rəhbər ilə yerlərimizi dəyişdik :) Öndə mütləq rəhbər gedir və arxada siz, maşın yoluna demək olar ki, çıxmırsınız daha çox dağlıq yollarla gedirsiniz. Rəhbərin gözü həmişə üstünüzdə olur. Əgər qorxmursunuzsa rəhbər yolda müxtəlif tryuklar da edir (təbii mən qorxduğumdan çox icazə vermədim)). ATV turunda kiçik qrupla getməyiniz daha məsləhətlidir, məsələn biz cəmi 2 ATV ilə getmişdik (rəhbərin sürdüyü daxil olmaqla). Say çox olanda rəhbər sizə istədiyiniz diqqəti ayıra bilməyəcək. Tur daxilində Görəmədə dağlıq ərazidə  yerləşən məşhur ərazilərə bir-bir getdik. Əlavə olaraq rəhbər maraqlı şəkillərinizi də çəkir. Rəhbərin adı ALİ idi kimsə getsə məsləhət görürəm.Rəngli Turlar – Kapadokya bölgəsində saysız hesabsız gəzilib görüləcək yer var.Ona görə də bu yerlər rənglər üzrə qruplaşdırılıb və turistlərə qırmız tur, mavi tur və sair kimi təklif edilir. Ən əsas turlar qırmızı və yaşıl turdur (hər biri 100 TL). Hər bir turda səhər saat 9-da sizi otelinizdən alıb axşam saat 5-6-ya kimi otelinizə geri qaytarırlar,həmçinin də  1 dəfə yemək və muzey biletləri ilə pulsuz təmin edirlər.Qırmızı turu atv turu ilə demək olar ki, gəzdiyimizdən yaşıl turu seçdik.Yaşıl tura Ihlara vadisi, Selimə manastrı, Güvercinler vadisi, Derinkuyu yeraltı şehri ve s yerlər daxil idi. Ən çox təsirləndiyim yeraltı şəhəri, pəri bacaları və monastr idi.Digər – İstəsəniz at turu (70 TL), motosikl turu, icarə velosiped  də götürə bilərsiniz.Unutmamışkən qeyd edim ki, ilk əvvəl yaxın yerləri piyada və ya avtobusla gəzməyi nəzərdə tutmuşduq amma getdikdən sonra bunun praktik olaraq mümükün olmadığını anladıq. Digər bir variant icarəyə maşın götürüb gəzməkdir. Muzey kimi yerlərə giriş biletləri təxmini 20-30 TL idi.Xoş istirahətlər ????Əgər yazını bəyəndinizsə aşağıda olan Facebook düyməsini seçərək blogpostu Facebookda paylaşın ki, dostlarınız da yazılarımızdan xəbərdar olsunlar. Yox əgər Gəzəyənlərin yazılarından ilk xəbər tutmaq istəyirsinizsə aşağıda “abunə ol” bölməsinə mailinizi yazaraq düyməyə klikləyin. Hələlik bu qədər, növbəti yazılara qədər… Paylaşdı: Nigar Eyvazova

1966 dəfə oxunub

Fransanın qastronomiya mərkəzi - Lyon

Lyondakı bütün otel, apartament və hostelləri bu linkdən book (bron) edə bilərsiz.Sizə bu il iyunFukuokadakı bütün otel, apartament və hostelləri bu linkdən book (bron) edə bilərsiz.ayında səyyahət etdiyim Lyon haqqında yazmaq istəyirəm. Lyona getməkplanım birdən oldu və 15-20 gün ərzində qərara gəldik ki, Lyona-Fransaya gedirik. Bir il öncə Parisə səfər etdiyimdəm və Parisin heç də fikrimdə canlandırdığım kimi - nağıllar şəhəri filan olmadığını gördükdən sonra Lyondan gözləntim elə də böyük deyildi. Türk hava yolları ilə uçuşumuz baş tutdu, amma daha ucuz və sərfəli yollarla Lyona getmək mümkündür, müəyyən səbəblərdən Türk hava yollarını seçdik. Hava limanından 14 euroya şəhər mərkəzinə yaxın yerləşən Gare de Lyon stansiyasına birbaşa express trainlər var. Həmçinin həmən qiymətə express buslar da. Daha ucuz yollarla da şəhər mərkəzinə çatmaq olar, lakin bunun üçün bir neçə bus dəyişməli olacaqsız və daha çox zaman itgisi.Metroya daxil olduqda ilk dəfə səyahət təcrübəmdə bir məsələ ilə qarşılaşdım. Metroya bilet almağa çalışarkən bir turist xanım mənə yaxınlaşıb, 3 günlük ictimai nəqliyyat biletini mənə təklif etdi. Əvvəlcə çaşqın halda qaldım, daha ucuz qiymətə mənə satmaq istədiyini düşündüm və yəqin ki, xanım da bu çaşqınlıqımı görüb bileti mənə pulsuz verdiyini və sadəcə bir gün Lyonda qalıb və Lyonu tərk etdiyini bildirdi. Xanıma təşəkkür edib bileti aldım və metroya daxil olduqda artıq Lyonda tam fərqli mühitin olduğunu görməyə başladım. Metro xəritəmi açdıqda artıq yanımda olan yerli bir xanım kömək lazım olub, olmadığnı soruşdu və bəzi şeyləri izah elədi. Şəhər mərkəzinə çatanda artıq axşam düşürdü.Digər maraqlı məqamla isə səhər qarşılaşdım. Hava çox isti olduğundan erkən oyanıb daha tez şəhərə çıxmağa üstünlük verirdim ki, günorta isti saatlarını konpensasiya edim. Səhər saat 7də köhnə şəhərə çıxdım və demək olar ki, şəhər yeni oyanırdı. Ətrafda olan hər kəs tanıdığı, tanımadığı hər kəsə salam verir "bon jour" deyir. Demək olar şəhərin ən sıx insan olan yerinə çatana kimi qarşılaşdığım hər kəs salam verirdi. Xüsusilə yaşlı insanlarda bunu daha çox müşahidə elədim və təbii ki bu çox xoş təsir bağışladı. İnsanlar çox mehriban, gülərüz və kömək sevərdirlər hansı ki, Parisdə mən bunu hiss eləməmişdim. Şəhər olduqca təhlükəsizdi. Parisdə çantamı gizlin açmağa çalışan oğrular burdan çox uzaqdı, hətta bir əşyanı unutduqda çağırıb verirdilər))Qiymətlər Paris qədər bahalı deyildi, yeməklər möhtəşəm idi və biz getdiyimiz həftə şəhərdə musiqi festivalı vardı deyə demək olar axşam düşdükdən sonra hər küncdə küçə musiqiçiləri ilə dolu idi. Ümumilikdə Lyon o şəhərlərdəndir ki, heç vaxt yatmır, şəhərin mərkəzində və köhnə Lyonda səhərə kimi musiqi, rəqs və əyləncədir. Şəhər mərkəzindən uzaqlaşılmadığı sürəcə gecə yarı olduğunun fərqinə varılmır. Şəhərin özünəməxsus arxitekturası var, istər müasir arxitektura ilə maraqlananlar, istərsə də orta əsr arxitekturaaı ilə maraqlananlar burda istədiyini tapacaqdır.Digər Fransa şəhərlərində velisoped daha çox istifadə olunduğu halda burda samokatlar daha çoxdu, həm böyüklər, həm balacalar üçün. Hətta samokat kirayəsi də vardı. 4 gün Lyonda qaldıqdan sonra 7 avroya aldığım biletlə Genevaya yola düşdük. Bu haqda isə daha sonra :)Əgər yazını bəyəndinizsə aşağıda olan Facebook düyməsini seçərək blogpostu Facebookda paylaşın ki, dostlarınız da yazılarımızdan xəbərdar olsunlar. Yox əgər Gəzəyənlərin yazılarından ilk xəbər tutmaq istəyirsinizsə aşağıda “abunə ol” bölməsinə mailinizi yazaraq düyməyə klikləyin. Hələlik bu qədər, növbəti yazılara qədər…Paylaşdı: Elay Mikayil

821 dəfə oxunub

Qızıl sahilindəki adət-ənənələr

Bu Qana ki var - çox mırt ölkədi. Adamın dünyaya gəlməsindən ta rəhmətə getməsinədək nəsə oyun çıxarırlar. Deyəcəm indi.Çox qonaqpərvərdilər. Bizim kimi və daha betər. Qohum-qardaşa dəymək üçün əvvəlcədən xəbərdarlıq etmirlər. Bir dəstə lapdannan axışıb gəlib bir neçə həftəlik, hətta bir neçə aylıq qala bilərlər. Bizdə olur belə şeylər? Qohum-qonşudan uzağam deyə tam xəbərim yoxdu. Hə, deməli, qonaq gəlir və nəbadə əlini cibinə sala. Pəhh! Ev yiyəsi səmimi qəlbdən inciyə bilər. Bütün yemək-içmək-gəzmək xərcləri hamısı qonaq qəbul edənlikdi. Ürəyi soyumur və qonaq artıq evinə qayıdanda yolpulu da verir. Bunu day bilmirəm sevindiyindən nəzir kimi verir, ya bu da içdən gələn bir şeydi.Kimsə rəhmətə gedəndə vur-çatlasının həddi-hüdudu olmur. Bu hay-haray səviyyəsinə görə heç də toy mərasimindən geri qalmır. Rəhmətə gedənin ailəsi eksklüziv həşirə düşür: televiziyada, qəzetlərdə elan verir, rəhmətliyin çöhrəsi həkk olunmuş suvenirlər hazırlayır, ağlaşmaCELL-in ən ləyaxlı nümayəndəsini dəvət edir, yer tutur, DJ axtarıb tapır, öz qarderoblarını düz-qoş edirlər (Qanada yas geyimi qırmızı-qara rəngdə olur). Rəhmətliyi son mənzilə yola salmaq üçün bəzən yad adamlar da axışıb gəlir və hamısı da əlidolu. Dəfn mərasimindən sonra hamı yeyir, içir, şənlənir ki, rəhmətliyə düşdüyü yerdə xoş olsun. Elə dəfn mərasimində çiyinlərində tabut rəqs edənlər də bunu deyir.Ailədə nə qədər çox uşaq olarsa - bir o qədər baş ucalığıdır. 10-cu uşaqdan sonra onun atasına qoyun hədiyyə edilir. İkibaşlı don geydirməyin. Xoş niyyətlə hədiyyə olunur, nəyəsə işarə kimi yox. Qanada uşaqlar ana xəttiylə zad olur (İsraildəki kimi), ona görə də hədiyyə nəslin artırılmasına sədaqətlə xidmət edib əziyyət çəkən atalarına düşür.Sıravi ailədə 4-5 uşaq norma sayılır. Evlənəndən 1-2 il sonra uşaqdan səs-səmir yoxdursa bütün nəsil kilsəyə dua etməyə üz tutur. Bəli, mən sizinlə razıyam: bizdən ibrət götürüb 9 aydan sonra həşir qaldırmaqları daha məqsədəmüvafiqdir.Sup və tərəvəz salatı yemirlər. Soussuz yeməklərsə onlara ümumiyyətlə çatmır. Yerli mətbəxlərində desert yoxdur. Ən möhtəşəm delikatesləri də bol ədviyyatla səpilmiş və qəşəngcə qızardılmış qamış siçovuludur.3-4 saata nahardı. Nuş olsun.Əgər yazını bəyəndinizsə aşağıda olan Facebook düyməsini seçərək blogpostu Facebookda paylaşın ki, dostlarınız da yazılarımızdan xəbərdar olsunlar. Yox əgər Gəzəyənlərin yazılarından ilk xəbər tutmaq istəyirsinizsə aşağıda “abunə ol” bölməsinə mailinizi yazaraq düyməyə klikləyin. Hələlik bu qədər, növbəti yazılara qədər…Paylaşdı: Ali Akbar

577 dəfə oxunub

Dünyanın naxışı - Naxçıvan bələdçisi

Səfər öncəsi "Naxçıvana 15 gün" dediyimdə "orada 15 gün nə edəcəksiniz?" deyə təəccüblü sual aldım. Lakin bu 15 gün ərzində bəlli oldu ki, hələ bir 15 gün də əlavə ola bilərdiBeləliklə, çalışım çox geniş olmadan, çox yormadan ümumi bir Naxçıvan postu hazırlayım (Şəxsi instagram hesabımda hələ də paylaşmaqda davam edirəm https://instagram.com/irada_gadirova?utm_medium=copy_link )Naxçıvan səfəri boyunca Naxçıvan şəhəri, Babək, Ordubad, Şahbuz, Şərur, Culfa, Kəngərli rayonlarına səfər edib, onların maddi-mədəni irsi və təbiətini çəkmiş oldum. Gəzməli görməli yerləri sistemləşdirirəm:1. Naxçıvan ş.-Xan sarayı, Möminə xatun türbəsi, Əcəmi seyrangahı, Yusif ibn Küseyr türbəsi, bayraq meydanı, Nuh peyğəmbər türbəsi, Naxçıvan tarixi qala, muzeylər. Qeyd: bütün muzeylərə giriş pulsuzdur 2. Babək r. -Əshabü Kəhf-Atçılıq mərkəzi3. Culfa r.- Əlincə qalası (giriş pulsuzdur)-F.Nəiminin məzarl olan Xanəgah- Bənəniyar gölü və oradan Haçadağın görüntüsü. -Culfanın Mars kimi tanınan dağları var. Yolboyu sizi müşayiət edəcək.Qeyd: eyni günə Əlincə qalası, Xanəgah və Əshabü Kəhfi sala bilərsiniz. Mən tərsinə etdim, yandım. Siz getsəniz, səhər ertədən qalaya gedin. 9da açılır. Oradan Xanəgaha keçin, qalanın arxasındadır və sonra da Əshabü Kəhf. 4. Kəngərli r.-Qarabağlar türbəsi. Orta əsr memarlığının ən möhtəşəm nümunəsidir və mütləq ziyarət ediıməlidir.5. Şərur r.Mənim qrafikim bir az çılğın qrafik idi. Hər bir halda sizin üçün də yazım. Bəlkə qalxmaq istəyərsiniz:-Oğlanqala. E.Ə. II-I minilliyə aid qədim şəhərin təpə üzərində qalıqlarıdır. Oradan Ağrıdağa və Arpaçay su anbarına möhtəşəm görüntü açılır.- Yuxarı Yaycı kəndi, Ağzirət piri. Əslində bura qədim dövlərə aid mağaradır. Və əgər ki, günortadan sonraya salsanız, dağlar və mağara fonunda ecazkar günbatışı rənglərinə şahidlik edəcəksiniz. -Arpaçay Su anbarı.6. Şahbuz r.- Batabat. Bir azdan bütün gül-çiçəklərin açacağı vaxt olacaq.-Ağbulaq. Batabat yolundadır. Burada Azərbaycanın 3-cü böyük kanat mərkəzi yerləşir. Qiymətləri 5 manat, limitsiz 15 manatdır. Qışda qarda xizək mərkəzi kimi fəaliyyət göstərir, yayda isə dağlara baxmaq üçün gözəldir.-Kükü kəndi. Gurbulaq şəlaləsi və Qanlıgöl. Kəndə gəlsəniz, istənilən şəxsə müraciət edib UAz istəyin. Sürücü sizə həm də elə bələdçilik etmiş olacaq. Hər bir halda müraciət etməkdəb çəkinməyin. İnsanlar xoşgörülü, qonaqpərvər və açıqdırlar.-Keçili kəndi. Tam sərhəd kəndi olan Keçili təbii bulaq suları, yaylaqları və Ballıdüz şəlaləsi ilə seçilir. Düzdür, şəlaləni çox naxçıvanlı belə tanımır kənd sakini Nəsimi bəy bələdçilik də etdi. Yolboyu ehtiyatlı olun Gürzələrlə doludur- Vayxır gölü. Şahbuzdan Naxçıvana qayıdınca yolun solunda Vayxır gölü görsənir. Orada ayaq saxlayıb gölə, dağlara, kəndlərə açılan mənzərələr baxın.7. OrdubadOrdubad bu səfərimin zirvəsi oldu. Ürəyimdə bir ayrı yerə qoydum.Ordubadda şəhərin özü ilə sizə yarım gün vaxt bəs edəcək. Qeysəriyyə, Cümə məscidi, Meydan, Yusif Məmmədəliyevin və Ordubadinin ev muzeyi, tarixi çinarlarla tanış olduqdan, Dübəndidə və Mirinin çay evində çay içdikdən sonra yollanın kəndlərə:-Nüsnüs. Asfalt yollu kənddə tarixi hamam var. -Gənzə. Elə mənzərələr, yolboyu açılan görüntülər nəyə deyirsən dəyər.-Pəzməri2 möhtəşəm şəlaləsi var. Birjnciyə getmək asandır, digəri üçün 40 dəqiqəlik bir hikinq lazım olacaq. Lakin mütləq gedilməli və görülməlidir.-Göygöl. 4 gözəl kənddən keçməklə Göygölə gedilir. Lakin bunun üçün icazə alınmalıdır. Çünki hərbi hissə ərazisindən keçilir. -Gəmiqaya. Qapıcıq və Gəmiqaya dağları ətəyində, Qaranquş yaylağında yerləşən Gəmiqaya petroqlifləri dünya əhəmiyyətli maddi-mədəni irsimizdir. Minilliklərə dayanan yaşı olan Gəmiqaya petroqlifləri açıq səma altında muzeydir.Naxçıvan eyni zamanda sağlamlıq turizminin əsas istiqamətlərindən biridir. Burada Duzdağ kimi mağara, Darıdağ müalicəvi mərkəzlər nəyə deyirsən dəyər. Birincidə astma, bronxial xəstəliklər, ikincidə isə mineral sulu hamamda sinir və digər xəstəliklər müalicə edilir.Naxçıvanda harada qalaq?1. Saat meydanı Naxçıvan - mənim seçimim bundan yana oldu. 4 ulduzlu otel olan Saat meydanı şəhər mərkəzində olmaqla, otaqları geniş, səliqəli, özünün 5 kafesi, cinema plusu olan mərkəzdir. Burada rent car xidməti də var. Rahat sifariş edə bilərsiniz. Həmçinin qeyd etdiyim məkanlarla bağlı gediş-gəliş işini də otel administrasiyasına müraciət etməklə yardım ala bilərsiniz.Şəhərdə həmçinin Təbriz, Grand otellər də var. Lakin mən orada qalmamışam deyə bir şey deyə bilmərəm.2. Duzdağ otel. - Duz mağaraları yolunda olan otel çox qəşəngdir. Hər otaqda iri duz parçalarl da qoyulub. Həm ana bina, həm də kotecləri, basseyni də var.3. Ağbulaq ailəvi-istirahət mərkəzi. Kanat xətti olan mərkəzdir.Yemək üçün Buzxananı milli mətbəx üçün seçdim. Lakin yemək yerləri çoxdur. Heç bir sıxıntı yaşamayacaqsınız.Naxçıvanda hər yer tərtəmizdir. Taksi xidmətləri var. Ucuzdur. Dəhşət ucuzNaxçıvanda maska yoxdur. Rahat nəfəs alın. Belə. Nə sual olsa, yazın. Ola bilər nəyisə unutmuşam. Sual olduqca, xatırlayıb yazaram.Xoş istirahətlər#naxçıvan #travel #azərbaycanƏgər yazını bəyəndinizsə aşağıda olan Facebook düyməsini seçərək blogpostu Facebookda paylaşın ki, dostlarınız da yazılarımızdan xəbərdar olsunlar. Yox əgər Gəzəyənlərin yazılarından ilk xəbər tutmaq istəyirsinizsə aşağıda “abunə ol” bölməsinə mailinizi yazaraq düyməyə klikləyin. Hələlik bu qədər, növbəti yazılara qədər…Paylaşdı:  Irada Gadirova

1786 dəfə oxunub
Bizi izləyənlər siyahısına qoşulun!