Sizə biraz Strasburqdan danışım...
Bəzən yaşadıqlarını nə sözlərlə, nə də təəccüblə ifadə edə bilirsən. Gözlərimizin gördüyü, zövqümüzün oxşadığı və nəticə də keçirdiyimiz hislər sanki sonsuz bir xoşbəxtlik alqoritmidir. Nəticədə ortaya çıxan harmoniya biz var olduğumuz müddətdə bizimlə həmişə yaşayır və hər zaman emosional bir pəncərə kimi həyatda neqativ olduğumuz zamanlarda açılaraq bizi "charge" edir. Strasburq da onlardan biridir...
Şəhərdə gəzərkən mütləq Motsartın Romanze əsərini dinləyin, o zaman şəhərin ruhunu daha yaxından hiss edəcəksiz. İlk üzləşdiyim St. Paul protestant kilsəsi uzaqdan tipik görünsə də, yaxından nəzər yetirdikdə, fərqli toxunuşlar adamı valeh edir. Kilsələri sevirəm, səfər etdiyim şəhərlərdə ilk olaraq muzeyləri və kilsələri ziyarət edirəm. Lakin bu dəbdəbəli tikilini necə sevməyəsən, çox qədimdə deyil, 129 yaşı var. Onun "gothic" arxitekturalı tərzi, qədimi xarakterli olması, incə naxışlarla nəhəng bir tərzdə təcəssüm olunmağı və əlavə olaraq qeyri-səlis rəngə malik olmağı insanın gözündən lap ruhunu oxşayır. Strasburqun qəlbində yerləşən, hər il 6 milyon turistin ziyarətinə gəldiyi, yaxşı 1000 ildən çox olan, Notr-Dam katolik kilsəsini tərif etməyə isə sözlər kifayət etməz. Viktor Huqo da kilsə haqqında fikrini "nəhəng və incə möcüzə" olaraq bildirmişdir. Əslində boşuna deməyib, çünki kilsənin özünə xas olan rəngli daşları çox qırılqan və incədir, dəfələrlə yenilənib, bərpa olunmuşdur. Həmçinin kilsəni ağlın tapınağıda adlandırırlar. Kilsəsinin içərisindəki astroloji saat Rönesans dövrünün rəssam, heykəltaraş və riyaziyyatçıları tərəfindən ərsəyə gətirilmişdir.
Əgər yazını bəyəndinizsə aşağıda olan Facebook düyməsini seçərək blogpostu Facebookda paylaşın ki, dostlarınız da yazılarımızdan xəbərdar olsunlar. Yox əgər Gəzəyənlərin yazılarından ilk xəbər tutmaq istəyirsinizsə aşağıda “abunə ol” bölməsinə mailinizi yazaraq düyməyə klikləyin. Hələlik bu qədər, növbəti yazılara qədər…
Paylaşdı: Royal Planck