2754 dəfə oxunub

Ölü dəniz - Fəthiyə bələdçisi

Fəthiyədəki bütün otel, apartament və hostelləri bu linkdən book (bron) edə bilərsiz.

Salam. Bu gün sizə Fəthiyə / Ölüdəniz bölgəsi yönündə bir az məlumat verəcəm. Gələcəkdə getmək istəyən olsa, məlumatlardan faydalana bilər, deyə düşünürəm.
İlk öncə deyim ki, Fəthiyə bölgəsində Antalya və ya Bodrumdan fərqli olaraq gecə həyatına üstünlük verilməyib. Yəni ki, səyahət məqsədim sırf gecə həyatidir, deyirsinizsə qeyd etdiyim bölgələrə getməyinizi məsləhət görərdim. Bura ailəvi və ya cütlük şəklində gəlmək üçün ideal məkandir. Turistlərin böyük bir qismi alman və ingilislərdir. Ərəb turist çox nadir hallarda önünüzə çixar. Bunu da bölgənin daha bir müsbət cəhəti kimi saymaq olar məncə). Qeyd edim ki, bizim vətəndaşlar da Fəthiyə bölgəsinə səyahət etməyə üstünlük vermir. Qiymətlərmi bahadır deyə, yoxsa tanış bir məkan deyil, onu deyə bilmərəm =). Məsləhətdir ki, pulunuzu dollara çevirib orada TL edəsiniz. Bu yol daha sərfəlidir. İlk öncə marşrut xəttindən başlayaq. Öncədən planlaşdırılmış səyahətdirsə, o zaman bir neçə ay qabaqdan Buta airways vasitəsilə büdcənizə uyğun Baki-Antalya biletini əldə edə bilərsiniz. Yox əgər səyahət zamanı yaxınlaşan vaxt hər hansı problemin yaranması nəticəsində biletin boşuna gedəcəyini düşünürsünüzsə, avtobus köməyinizə çatar.

Mənim marşrutum Baki-Tiflis-Antalya-Fəthiyə kimi oldu. İstəyə əsasən Naxçıvan ərazisi tərəfdən də ölkəyə daxil ola bilərsiniz. Səhv etmirəmsə Bakı-Naxçıvan aviareysi 50 AZN civarındadır. Ordan sərhədi keçib Ege bölgəsinə gələn istənilən avtobusa minə bilərsiniz. Çoxlarının da bildiyi kimi Baki-Tiflis avtobusu Bakı avtovağzalından axşam saatlarında çıxıb, səhər Tiflis avtovağzalına çatır. Gediş saatı təxminən 9 saatdır. Qiymət isə 15 AZN-dir. Tiflisdə vaxt itirməmək üçün Tiflis-Antalya avtobus biletini öncədən proqram vasitəsilə almağınızı məsləhət görürəm.
Bileti obilet.com saytından 300 TL qiymətinə əldə edə bilərsiniz. Öncədən deyim ki, avtobus ilə Türkiyə ərazisində səyahət etmək çox yorucudur. Bəlkə də aranızda bəziləri bundan həzz ala bilər, amma bu mənim şəxsi fikrimdir). Avtobus yolboyu bir neçə dəfə yemək fasiləsi verir. Gürcüstan ərazisindəki kafelərdə həm AZN, həm də TL kimi ödəniş etmək mümkündür. Eləcə də Türkiyə ərazisindəki kafe dayanacaqlarında gürcü larisi ilə rahat ödəniş edə bilərsiniz. Tiflisdən Antalya otogarına avtobus təxminən 30 saata çatır.

Çatdıqdan sonra vəziyyətə uyğun olaraq Antalyada gecəliyə bilərsiniz. Bunun üçün şəhər mərkəzində uyğun qiymətə otel və hostellər var. Və ya Fəthiyə avtobusunun gediş saatına müəyyən bir zaman varsa şəhəri gəzmək imkanınız da var. Otogardan şəhər mərkəzinə həm tramvay, həm də avtobus gedir. Bir neçə saatlıq gəzinti üçün nəqliyyat kartı almağa dəyməz. Kiməsə nəğd şəkildə ödəniş edin sizi keçirəcək. 1 həftədən çox qalmaq fikriniz varsa nömrə almağınızı məsləhət görürəm. Yeni alınan nömrədə sizə kifayət edəcək qədər internet trafiki hədiyyə olunur. Antalya-Fəthiyə biletini də online şəkildə almağınızı məsləhət görürəm. Biletin qiyməti 36 TL-dən başlıyır. Yol boyu sizi möhtəşəm mənzərələr gözləyir. Məsafə isə təxminən 3 saat civarındadır. Gəldik çatdıq Fəthiyə bölgəsinə =).

Fəthiyə bölgəsində qiymətlər çox bahadır. Ona görə də önləminizi öncədən görün. Nəbadə bankomatdan pul çıxarasınız, adamı soyub talıyır)). İstəyə uyğun olaraq ya Fəthiyə mərkəzində, ya da Ölüdəniz bölgəsində otel bron edə bilərsiniz. Bunun üçün də booking.com applikasiyası sizə kömək edəcək. Otel qiymətləri Ölüdəniz bölgəsinə yaxınlaşdıqca artır. Məsləhət görərdim ki, Oteli Hisarönü deyilən ərazidə bron edəsiniz. Ərazi mərkəzlə dəniz arasının düz ortasında yerləşir. Ətrafda isə hər cür restoran və market var. Eləcə də, demək olar ki, bütün türk banklarının bankomatı var. Ehtiyacınız olduğu təqdirdə istifadə edə bilərsiniz, amma yenə də məsləhət görmürəm)).
Fəthiyə mərkəzindən qeyd etdiyim əraziyə qisa zaman aralığıyla dolmuşlar gedir. Eləcə də, Hisarönü ərazisindən Ölüdənizə dolmuş vasitəsiylə rahatlıqla gedib qayıda bilərsiniz. Büdcə cəhətdən sıxıntı çəkənlər Ölüdəniz bölgəsində yerləşən yeganə hostel olan "Ölüdeniz hostel"də də gecəliyə bilərlər. Hostel personalının bir tərəfi Azərbaycanlı olduğu üçün xüsusilə bizim ölkədən gələn turistlərə mehriban şəkildə yanaşırlar. Eləcə də gecələr toplu şəkildə ayrı-ayrı ölkələrdən gəlmiş turistlər oturub söhbət edərək, bir sıra oyunlar oynayaraq, sizin tətilinizi daha da rəngarəng edə bilər. Ən azından onlarla ünsiyyət saxlayaraq ingiliscənizi müəyyən qədər inkişaf etdirə bilərsiniz =). İnstagram hesabınızda da həmin hostelin səhifəsinə nəzər yetirə bilərsiniz. Hosteldə yalnız səhər yeməyi verilir. O da əlavə ödənişlədir (15 TL). Qeyd edim ki, burada ərzaq mağazaları və restoranlardan fərqli olaraq geyim ucuzdur. Alış-veriş etmək istəsəniz həm hisarönü, həm də Ölüdəniz ilə üzbəüz alış-veriş mağazaları var. Hava qaralandan sonra həmin küçələrdə ingilis və almanlardan tərpənmək olmur)). İstəsəniz yaxınlarınız üçün cibinizə uyğun müxtəlif tipdə hədiyyələr də ala bilərsiniz.

68246001_3110170232356379_4567377108577288192_o.jpg

Həmin küçələrdəki restoranlarda oturmağı məsləhət görmürəm. Amma büdcənizə arxayınsınızsa buyura bilərsiniz). Düz Hisarönü dairəsində "Safran" adlı restoran var. Ev yeməkləri təqdim edir, eləcə də çox dadlıdır. Üstəlik cibinizə də uyğundur. Personal da bir ailənin üzvləridir.
Ölüdəniz bölgəsinə gəlib adrenalin yaşamadan getmək düzgün olmaz =). Burada paragliding (paraşüt), suya dalma, gəmi turları kimi aktivitələri bəyənəcəyinizə əminəm. Paragliding turu kifayət qədər bahadir, təxminən 600-700 TL civarındadır. Paraşütlə Ölüdənizi havadan seyr etmək üçün bu pulu verməyə həqiqətən dəyər məncə =). Əgər belə bir fikriniz olsa orada tanış olduğum peşəkar pilot olan Sami qardaşa müraciət edə bilərsiniz. Əminəm ki, sizə lazımı köməkliyi göstərəcək (0537 3122506 - flysami@gmail.com).
Gəmi turları isə müxtəlif istiqamətlərədir. Getdiyim 2 gəmi turu olduğu üçün yalnız bunlar barəsində məlumat verə bilərəm. 12 adalar adlanan tur zamanı gəmi sizi ölüdənizin görməli adalarını gəzdirir. Hər adada ortalama 1 saat dayanır. Bu bir saat ərzində gəmidən suya tullanıb üzə və ya ada sahilində günəşlənə bilərsiniz. Suyun şəffaflığı isə sözlə ifadə edilə bilməz =). Gəzinti ərzində 1 saat civarında gəmi daxilində yemək fasiləsi verilir. Nahar ödənişi biletə daxildir. Biletin qiyməti 100 TL-dir. İstəyiniz üzərinə naharda ya balıq, ya da toyuq əti seçimini öncədən edə bilərsiniz. Gəmidə turistlərin əhvalını yüksəltmək üçün bir sira əyləncələr düzənlənir. Tur saat 11-də başlayıb 6-da bitir. Digər qeyd etdiyim gəmi turuna isə yolcuların böyük bir hissəsi son məntəqə olan Kelebekler vadisini görmək üçün gedir.

67760067_3110170199023049_6777613943918559232_o

Ölüdəniz plajları haqqında da bir az məlumat verim sizə). Dolmuşların son dayanacağında ödənişsiz "Belcekiz plaji" yerləşir. Burda yalnız şezlonqla çətiri ödəniş edərək əldə edə bilərsiniz. Sahili daşlıdır. Səyahətim ərzində ən çox bəyəndiyim və sizə də məsləhət gördüyüm "Kumburnu plajı"dir. Hərtərəfli ideal plaj mənə görə ora oldu. Dalğa ümumiyyətlə yoxdur. Plaj "Blue lagoon" parkı daxilində yerləşir. Giriş adambaşı 7 TL-dir. Bundan əlavə məsləhətli plajlardan biri də "Kaputaj plajı"dir. Plaj Fəthiyədən 1 saat 40 dəqiqə məsafədə yerləşir. Fəthiyə otogarından Kalkan otogarına gedib ordan dolmuşlarla plaja çata bilərsiniz. Suyu mükəmməldir, lakin dalğalıdır. Sahili daşlıqdır.

69057951_3110170192356383_4513699127002923008_o

Ümumiyyətlə qumlu sahil arzusundasınızsa "Patara plaji"na getməyinizi məsləhət görürəm. Bura da Kalkan və Kaş otogarından avtobuslar gedir. Qeyd etdiyim plaj da ödənişsizdir. Lakin şezlonq və çətir pulludur. Bu qədər =).

67658895_3110170345689701_6524976451375071232_o.jpg

10 günlük səyahətim zamanı Ölüdəniz bölgəsində kifayət qədər istirahətdən həzz aldım =). Qayıdan zaman avtobus yorğunluğunu göz önünə gətirib Antalya-Trabzon təyyarə reysindən istifadə etdim. Çünki, Türkiyə ərazisi get-get bitmir =D. Pegasus reysi 100 AZN civarında başa gəldi. Səyahətimi bu şəkildə sizə yansıtmağa çalışdım. Ümid edirəm köməyi dəyər =). Qrammatik səhvlərə yol vermişəmsə üzrlü sayın.

Əgər yazını bəyəndinizsə aşağıda olan Facebook düyməsini seçərək blogpostu Facebookda paylaşın ki, dostlarınız da yazılarımızdan xəbərdar olsunlar. Yox əgər Gəzəyənlərin yazılarından ilk xəbər tutmaq istəyirsinizsə aşağıda “abunə ol” bölməsinə mailinizi yazaraq düyməyə klikləyin. Hələlik bu qədər, növbəti yazılara qədər…

Paylaşdı: Фуад Гусейнов

 

 

 

 

DİGƏR BLOQLAR

İlahə Afinanın gözəl şəhəri

Afinadakı bütün otel, apartament və hostelləri bu linkdən book (bron) edə bilərsiz.Afinaya, ümumiyyətlə Yunanıstana marağın artdığını nəzərə alaraq 2016-cı ilin avqust ayında həyata keçirdiyim tur barədə yazmaq qərarına gəldim.11-08-2016Gabala - İstanbul (Pegasus)Qiymət: 72 EUR (8 kq əl çantası və 20 kq baqaj daxil)11-08-2016 – 15-08-2016İstanbul – Athens - İstanbul (Pegasus)Qiymət: 90 EUR (round trip) (8 kq əl çantası və 15 kq baqaj daxil)11-08-2016 – 15-08-2016Eclectic Luxurious Apartments in Athens (Neo Heraklion metrosunun yaxınlığında) – 356 EURLink: Exlectic otelEv sadəcə möhtəşəm idi: bütün şəraiti, təmizliyi yerində, gözəl balkonu var idi (axşamlar içki içmək, söhbətləşmək üçün). Evin yaxınlığında marketlər, metro, Freddochino və digər içkilər içmək üçün kafelər/barlar və sairə istədiyinizi tapa bilərsiniz.Athens-də mütləq Acropolisə gedin (düzdü, bilet bahadır, səhv yadımda qalmayıbsa 24 EUR idi adult ticket), amma ordakı qədimi yerləri görmək və o möhtəşəm təəssüratlara görə dəyər bu pulu vermək.Həmçinin mütləq hansısa bir adaya gedin gəmi ilə. Biz Aegina adasına getmişdik. Təəssüratlar möhtəşəmdir, çünki mən dəniz (ümumiyyətlə, su) və adalar həvaskarı olaraq şəkillərdə gördüyümüz möhtəşəmliyi görməsəmdə, adadan razı şəkildə ayrıldım. Gəmilər Afina portundan (Piraeus Athens) ayrılır adalara, qiymətlər məsafədən asılı olaraq dəyişir. Aegina portundan isə dənizə getmək üçün ictimai nəqliyyatdan istifadə etməlisiniz. Yolüstü tarixi abidələri də görəcəksiniz. Aeginanın dənizkənarı 95% ödənişli klublardan ibarətdir (14 eur – bir zontik və iki lejanka üçün).Athens-dəki restoranlar kifayət qədər Avropa ölkələri ilə müqayisədə ucuzdular. Çox gözəl adətləri var: əgər siz yemək yeməyə və ya içki içməyə oturmusunuzsa, sizə mütləq soyuq su pulsuz təqdim ediləcək (hesabınızdan asılı olmayaraq). Pivə və sairə alkoqol içkiləri isə yüngül snacklar-la (bizim sevdiyimiz “dobrı” şəkildə) təqdim edirlər və bu snacklar pulsuzdur.15-08-2016 – 17-08-2016İstanbul İkram Apart (Osmanbey Şişli)Yenə də sadə və gəşəng təmirli ev, şəhərin mərkəzinə və getməyi planladığımız yerlərə çox yaxın. Əslində bron elədiyimiz ev başqa idi (Malliott Apartments), lakin texniki səbəblərdən dolayı bir gecə qabaq mənə email yazaraq həmin evin ümumiyyətlə artıq kirayə verilmədiyi bildirildi və həmin dəqiqə bunu (İkram Apart) tapdım booking-də.İstanbul – Antalya (Pegasus)Qiymət: 70 TRY (8 kq əl çantası və 15 kq baqaj daxil)Moonlight Residence (Antalya) (17-20 avqust 2016)Link: https://booki.ng/2tY1EbHRezidensiya dağın ətəyində yerləşirdi və sadəcə möhtəşəm idi. Sakit şəkildə dincəlməyi sevənlər üçün əla məkandır. Səhərlər hovuzda üzə bilərsiniz və ya idman zalında idman edə bilərsiniz, sonra yüngülvari səhər yeməyi yedikdən sonra çıxıb gəzə bilərsiniz şəhəri. Qayıdıb yenə hovuza kəllə vurub və ya dənizə gedərək (Rezidensiyadan dənizə pulsuz mikroavtobuslar işləyirdi) istirahətinizdən zövq ala bilərsiniz. Və beləliklə, hovuza və ya dənizə getməklə, balkondan dağa baxmaqla dincələ bilərsiniz.Yeri gəlmişkən, bu sakit istirahətinizdən mütləq bir gün ayırıb Duden Şəlaləsinə baş çəkin, uduzmazsınız Antalya – Ankara (Metro Bus) – 60 TRY20-22 avqust 2016Bu şəhərdən heç nə yazmayacam, çünki çox pis xatirələrim var... Yerə səpələnən “elanları” görəndə gözlərim kəlləmə çıxmışdı... Bir sözlə, Ankara özünü paytaxt kimi sadəcə qələmə verir, amma həmin statusdan şəhərdə heç nə yoxdu...Ankara – Naxçıvan (İğdırlı Turizm) – 110 TRY22 avqust 2016Heç vaxt bu turizm şirkətinin xidmətlərindən istifadə etməyin, çox “borzu” xidmətçiləri və sürücüləri var. Məni elə hirsləndirmişdilər ki, İğdırda düşəndə avtobusu dəyişib Naxçıvan avtobusuna minmək üçün gəldiyimizi avtobusun nömrəsini götürmək üçün qaraja getmişdim ki, şikayət yazacam. Amma hələ də vaxt edib o şikayəti düz əməlli yazıb bitirə bilməmişəm.Naxçıvan – Bakı (AZAL) – 50 AZN23 avqust 2016Bu reysə biletləri öncədən alın, minimum 7 gün öncə. Daima biletlər olmur reyslərə, bilmirəm nə məsələdir, amma Naxçıvana uçanlar və Naxçıvandan qayıdanlar çoxdur...Beləliklə, Ankaraya kimi hər şey əla olan, Ankaradan sonra zülm ilə keçən Athens – Türkiyə turunu bitirdik Faydalı olmaq diləyi ilə QEYD: Hal-hazırda Afinanı fəth etmək üçün daha ucuz və optimal marşrutlar var. #WizzAir köməyiniz olsun QEYD2: şəkillərə instagram səhifəmdə baxa bilərsiniz: @ilgarafandi#ilgarafandi #tripbyilgar #tripbyafandi #t2taz #time2travelaz #gzynlr#gezeyenlerƏgər yazını bəyəndinizsə aşağıda olan Facebook düyməsini seçərək blogpostu Facebookda paylaşın ki, dostlarınız da yazılarımızdan xəbərdar olsunlar. Yox əgər Gəzəyənlərin yazılarından ilk xəbər tutmaq istəyirsinizsə aşağıda “abunə ol” bölməsinə mailinizi yazaraq düyməyə klikləyin. Hələlik bu qədər, növbəti yazılara qədər…Paylaşdı: Ilgar Afandi 

1242 dəfə oxunub

Tekila kimi sərxoş edən ölkə - Meksika

???? Tequiladan içərək sizə bir post yazım dedim. Tequilla bolluğuna düşmüşəm lap. Çünkü səyahət etdiyim yer məhs elə Tequilanın məskəni olan Meksikanın Jalisco “Xalisko” ştatıdır.????????Jalisco ştatında səfərim üç gün oldu.Tequila adlandırılan kənddə elə burda yerləşir. Bu üç gün içində çalışdım ki maraqlı yerləri gedim görüm məlumat toplayım ki, sizədə ətraflı məlumat verə bilim.ℹ️Guadalajara “Quadalaxara” kimi oxunur və Meksikanın qərbində yerləşən bir şəhərdir. Şəhər, Jalisco ştatının İnzibati mərkəzidir. Bu ad İnpanyada bir qəsəbə adından alınmışdır. Adı “Dağlar arasında axan çay olara tərcümə edilir”. Guadalajara ümumiyyətlə qərb almazı və güllər şəhəri deyirlər. Şəhərin əhali sayı 1.646 milyon təşkil edir. Şəhər 1513 cü ildə İspanyalılar tərəfindən qurulub.✈️ Meksikanın Cancun şəhərdindən Guadalajara şəhərinə Volaris hava yolları ilə gəldim tək gedişli bilet qiyməti isə 150 manat idi . Siz bura gəlmək istəsəniz İstanbuldan Cancun şəhərinə ordanda Guadalajara şəhərinə gələ bilərsiniz. Və yaxudda avropa üzərindən olan uçuşlarla Meksikanın paytaxtı və ya Cancuna gələrək daha sonra Guadalajaraya uça bilərsiniz.???? Qalınacaq yer – Ev 4 nəfər üçün nəzərdə tutulmuşdu. Dostlarımla getdiyim üçün Airbnb’dən geniş bir ev kirayələdik. Ev iki martəbəli idi. Wifi əla vəziyyətdə işləyirdi. Mərkəzə çox yaxınlıqda yerləşir. Aşağıdakı linkdən evə baxa bilərsiniz. 3 günə görə evə 190 manat ödədik. Əgər yolunuz tək və ya cüt düşsə onda www.Airbnb.com saytından başqa münasib qiymətdə olan evlərə baxa bilərsiniz.???????? Şəhər daxilində Uberdə istifadə edə bilərsiniz. Şəhər daxili təxmini uber qiymətləri isə 5-8-10 manat civarındadır. Aftobuslar şəhər daxilində normal işləmirlər ona görə sizə məsləhət görmürəm. Şəhər ətrafını görmək üçün isə aftobusdan istifadə edə bilərsiniz normal işləyirlər.????Meksikada Pul vahidi Meksikan Pesosudur. 1 Peso = 0.08 qəpik. Ölkəyə dollar və ya avro gətirə bilərsiniz. 1 Dollar = 19 Mxn, 1 Avro = 21 Mxn. Pulunuzu Banklarda dəyişə bilərsiniz. Meksikada Visa, Mastercard keçir.Guadalajara tamamən təhlükəsiz bir şəhərdir. Bura səyahət üçün ən yaxşı vaxt isə 15 Oktyabr’dan 15 Aperl’ə qədərdir.???? Gəzib görüləcək yerlər???? Guadalajara Centro ????San Juan de Dios ????Catedral de Guadalajara ????Plaza Guadalajara ????Plaza De Armas????Tequila kəndinə yol şəhər mərkəzindən iki saatlıq yoldu. Aftovağzaldan bilet alıb aftovus ilə rahatlıqla gedə bilərsiz. biletin qiyməti gediş-gəliş 20 manatdı. Kəndə çatdıqda biraz ətrafı gəzib maraqlı şəkillər çəkib sonra hər tərəfdə Tequila turları var yaxınlaşın turun qiyməti 30 manatdı. Tur sizi Tequila hazırlanan zavoda aparıb necə hazırlandlğını göstərəcək. Və orda da əsl Tequilanın dadına baxa bilərsiniz.????Guadalajaranın yeməkləri çox dadlıdı və cibinizə uyğun münasib restoranlar tapıb yaxşıca yeyib içə bilərsiz.

1382 dəfə oxunub

26 günə 9 ölkə-Avropa turu

Salamlar!Madam ki, hamı nostalji hislərinə qapılıb... Mən də öz keçən ilki səyahətimi sizlərə qısaca danışım. Qısaca, çünkü, səyahət çox böyük oldu və yazası olsam bir Dədə Qorqud çıxar.Bildiyim iki şey var idi: 11 iyulda dostlarımla Bakıdan Odessaya uçuram, 6 Avqustda Budapeştdən (artıq tək) Bakıya qayıdıram. Heç bir plan yox, booking yox. Deyim ki, bütün səyahət boyu, təyyarə, qatar, avtobus, blablacar, otel, hostel, airbnb və s. hər birindən istifadə etmişəm. Qiymətlər, xərclər, tarixlər falan artıq yadımda deyil. Üzrlü bilin. Profilimdə "Gor indi qaqan nagayrajax!" yazıb yola düşmüşəm: Odessa, Ukraine - Tez-tez gəldiyim şəhərə dostlarımla istirahətə gəldik. Bolluca mədəni istirahət edib onları Bakıya yola saldım, özüm isə Kiyevə yola düşmüşəm.Kiev, Ukraine - Burda yaşayan dostlarımla görüşdüm və Avropaya yola düşdüm. Ümumilikdə Ukrayna barəsində çox yazmayacam. Yəqin ki, çoxlarınız olmusuz. Olmamısınızsa da məsləhətdir.Brussels Airport - Bunu ayrıca qeyd etməliyəm. Aldığım təyyarə reysində (Kiev-Brussel-Munich) 4 saat Brüsseldə gözləmə var idi, amma Tomorrowland həftəsi olduğuna görə 4 saatın hamısını aeroportda rəqs eləmişəm.Munich, Germany - Qısaca, yaşamaq istədiyim şəhər. İlk dəfə deyil burdayam və Münheni həqiqətən çox sevirəm. Tam mənlik bir yer. Fussen, Germany - Əslində bu şəhər yox, Neuschwanstein Castle yazmalı idim. Bura gəlmə səbəbim yalnız bu, həqiqətən, heyrətamiz qəsrdir. Arada Alp gölündə də üzdüm...Amsterdam, Nederlands - Çooox isti vaxta düşdüm. Bu səbəbdən şəhər barəsində təəssüratlarım gözlədiyimdən aşağıdır. Bəlkə də daha çox qalardım, daha çox gəzərdim. Azından Pridewalk günü orda idim. Nəvələrə danışmağa "tema" var.Brussels, Belgium - Şəhərin mərkəzi meydanı Grand-Place inanılmaz gözəldir. Hələlik bu meydan mənim reytinqimdə 1-ci yerdədir.Brugge, Belgium - Muzey. Başqa söz deməyə ehtiyac yoxdur. Sadəcə bu şəhər açıq havada muzeydir. Sərin havada romantik gəzintiləri və əlaaa növ pivə sevərlərə Belçikanı məsləhət görürəm. ✨Gent, Belgium - Çox şanslıyam ki, Gentdə olduğum gün ənənəvi musiqi festivalı keçirilirdi. Şəhərin hər bir meydanı musiqi, rəqs, içki və yemək ilə dolu idi. Deyim ki, Münhendən sonra bəlkə də ikinci sevdiyim şəhər. Paris, France - Həqiqətən möhtəşəm şəhərdir. Şəxsi rekordumu Parisdə qırdım. Bir gün ərzində 37 km ayaqla gəzmişəm və bu şəhəri qarış-qarış gəzməyə həqiqətən dəyər.Geneva, Switzerland - İsveçrənin adı üstündə, amma, gözlədiyim qədər də bahalı deyildi. Hətta qaldığım hostel mənə bütün ictimai nəqliyyata pulsuz buraxılış verdi. Bəlkə də yeganə narahatlığım rouminq internetin işləməməsi idi. İsveçrə və Belçikada bizim rouminq internet işləmir.CERN, Switzerland - Bu yeri ayrıca qeyd etməliyəm. The Large Hadron Collider - Большой адронный коллайдер. Bilənlər anlayar. Bəli, mən orda olmuşam.Torino, İtaly - Gözlədiyimdən daha gözəl bir şəhər. Gəzməli yerləri çoxdur. Belə baxıram ki, İtaliyada gəzməli olmayan şəhər yoxdur.  Milano, İtaly - Böyük və gözəl şəhərdir. Tam gəzib qurtara bilmədim. Şəxsi reytinqimdə "Cattedrale di Santa Maria Nascente" gördüyüm ən möhtəşəm tikilidir. Vienna, Austria - Bəli gözəldir, amma Almaniya ilə müqayisədə dərhal hiss olunur ki, kim böyük və kim kiçik qardaşdır. Görməyə mütləq dəyər.Budapest, Hungary - Şəhərin mərkəzi və kənarları arasında bu qədər fərqi birinci dəfə görürdüm. Mərkəz 2019-da yaşadığı halda kənarlar 80ci illərdədir. Büdcə cəhətdən getmək üçün sərfəlidir. Yenə də avropadır...və burda Kərəmi ağlamaq tutur. 26 günə 9 ölkə gəzdim. Hər bir yer haqqında ayrıca danışa bilərdim, qorxuram bezdirərəm sizləri.Ölmədik, buraları da gördük. Ən əsası qarşıma heç bir pis iş və ya insan çıxmadı. Əksinə çoxlu mehriban insanlarla tanış olmuşam. Hamınıza da eyni şeyi arzu edirəm. Qarşınıza hansı ölkədən gəlməsindən asılı olmayaraq gəzəyən çıxsa köməyinizi əsirgəməyin. Bir gün siz də onun yerində ola bilərsiz. Əgər yazını bəyəndinizsə aşağıda olan Facebook düyməsini seçərək blogpostu Facebookda paylaşın ki, dostlarınız da yazılarımızdan xəbərdar olsunlar. Yox əgər Gəzəyənlərin yazılarından ilk xəbər tutmaq istəyirsinizsə aşağıda “abunə ol” bölməsinə mailinizi yazaraq düyməyə klikləyin. Hələlik bu qədər, növbəti yazılara qədər…Paylaşdı:Rauf Abu

2328 dəfə oxunub

Dağlar ölkəsindən qeydlər - Dağıstan bələdçisi

Salamlar...GamsutlQafqazın 'Maçu Pikçu'su...Gamsutla getmək üçün Qunib rayonundan hərəkətə başladıq. Çox kəndini keçməklə gəlinir. Burada ya birbaşa ayaqla hiking, ya da müəyyən hündürlüyə kimi maşınla gəlinir, daha sonra bir az ayaqla qalxılır. Maşın adətən aşağıda olur və 500 rubla qaldırır. Çox adam toplandıqda bu qəpik-quruşdurGiriş pulsuzdur. Tarixi abidə deyil. Tərk edilmiş kənddir. Heç bir qurum tərəfindən mühafizə edilib edilməməsi barədə qeyd yoxdur.İlk başda kəndlə tanış olun, sonra bu qarşı təpəyə keçib məşhur görüntüsünü alın....Elə yerlərə düşürsən ki, o yerin abu-havası bir anda ruhunu dəyişir. Məsələn,İstanbulda bitmədən gəzmək, çayını içib Boğazı dinləmək istəyirsən, sevdiyinlə ünsiyyətdəymiş kimiİtaliyada hər yer sevgi qoxulu Hindistanda çılğınlıq dolur ruhuna. Heç yerdə musiqi eşidilməsə belə eləcə rəqs etmək, oxumaq istəyirsənAmma burada tarixi səssizlik, yüksəklik və əsən meh var idi. Bir məğrurluq və küləyi hiss etdirirdi. Yuxarıda uçuşan berkutlar kimi qanad açıb uçmaq istəyirdimDağıstan, Barxan Sarıkum...Mahaçkaladan maşınla 40 dəqiqəlik məsafədə yerləşməklə Sizlərə Mərakeş, İordaniyanın səhra gözəlliyini yaşatmış olacaq Sulak kanyonundan görüntülər. Sulak kanyonu qeyd etdiyim kimi 2 SES arasında yerləşir. Bu səbəbdən mühafizə olunan obyektdir. Yol aldığınızda passport və sərhəddə verilən miqrasiya kağızını götürməyi unutmayın.Mahaçkaladan Dubki rayonuna gəlin, buradan yuxarıdan görüntünü alın (qırmızı paltar olan foto)Sonra aşağıya düşüb kanyona doğru yol alın. Bunun üçün maşınla getməyiniz məsləhətdir. Yol dağ yoludur. Yolboyu da yüksəkdən çayın və kanyonun fantastik görüntüləri açılacaq.Gəlib çatdığınızda balaca kater kirayələyin və kanyon boyu səyahət edin. Bir katerin kirayəsi ümumilikdə 52 manata başa gəlir.Geri qayıtdığınızda çay qırağında 2cə yer var ki, orada mütləq qaydada farel dadın. 'Yeyif-işmək' bol və ucuz başa gəlirBeləliklə, Bakı-Mahaçkala, Dərbənd-Bakı olmaqla Dağıstan marşrutu: 1-ci gün. Bakı-Qusar- MahaçkalaBarxan SarıkumDubki rayonu. Burada Sulak kanyonuna yuxarıdan baxırsınız2-ci gün. Sulak kanyonuÇirkey SESİrqanay SESQunib rayonu. Və yolüstü daha 3 SES. İlk 2 SES geniş və göl abu-havalıdır. Dayanıb foto çəkdirə bilərsiniz.3-cü gün. QunibÇox kəndiQamsutl4-cü gün. QunibSalti dərəsi və şəlaləDərbəndBakı. Siz bu marşruta həmçinin vaxtınız çox olarsa, Karadaxskoe uşelyeni və Şalbuzdağı da sala bilərsiniz. Nəzərə alın ki, Şalbuzdağ 2 gün vaxtınızı alacaqQeyd:Bakı-Moskva və Bakı-Rostov dəmiryolu xətti də mövcuddur ki, bu yolla 2 stansiya Dərbəndə, 1 stansiya Mahaçkalaya da düşür. Gecə çıxan qatar səhər 07:17-də Dərbənd Park, 08:52-də Dərbəndə, 11:22-də Mahaçkalaya çatır. Qeyd II: Samur gömrüyünü keçdikdən sonra Rusiya sərhəd məntəqəsinə çatdıqda sizə miqrasiya kağızı təqdim ediləcək ki, marşrut sonuna kimi onu passport arasında saxlamağınız məsləhətdir.Qeyd III: SES və Sulak kanyonuna gediş zamanı passport və həmin kağızı götürməyi unutmayın. Foto Qamsutl kəndinin özündə çəkilmişdir. Əks tərəfdən Maçu görünüşü açılırDeməli, istəkləri nəzərə alaraq Dağıstan qiymətlərini (1nəfərə) yazıram. Foto İrqanay Su anbarı kənarında çəkilmişdir. Bakı-Qusar maşın - 15 manat (4cü adam götürsəydik 10 manat)Qusar-Mahaçkala maşın - 77 manat ümumi (3000rubl). 3 nəfərəDərbənd- Bakı - 57 manat ümumi (2000 rubl) 3 nəfərəQusar-Bakı - 15 manat.Bu, ümumi xərc. Dağıstan boyunca bələdçi öz maşını ilə hərəkət etdirirdi və 4 gün tamamında 3 nəfər üçün ona ümumilikdə 311 manat (12000 rubl) ödədik. Bura həm bələdçi haqqı, həm də maşın xərci daxil idi.Qalmaq:İlk gün Dubkidə evdə qaldıq. Adam başı 13 manat ödədik (500 rubl). Digər 2 gün Qunibdə dağlarda Turbazada yenə eyni qiymət - günə adambaşı 13 manat. İsti su, wifi durumlu.Qaldı 'yeyif-işmək' məsələsi. Bu, artıq sizin mədə durumunuza baxırAmma deyim, baha deyil. Bu mövzuda rahat ola bilərsiniz. Məsələn, farel, kartof qızartması, 3 limonad, salat, çay - 4 nəfərə 35 manat ödədik. Burda belə ödəyə bilmərik o həcmdə balıq yeməyinə.Əgər yazını bəyəndinizsə aşağıda olan Facebook düyməsini seçərək blogpostu Facebookda paylaşın ki, dostlarınız da yazılarımızdan xəbərdar olsunlar. Yox əgər Gəzəyənlərin yazılarından ilk xəbər tutmaq istəyirsinizsə aşağıda “abunə ol” bölməsinə mailinizi yazaraq düyməyə klikləyin. Hələlik bu qədər, növbəti yazılara qədər…Paylaşdı: Irada Gadirova

2762 dəfə oxunub
Bizi izləyənlər siyahısına qoşulun!