1823 dəfə oxunub

Bir gəzəyənin Türkiyə günlüyü – Romantizmin məkanı Kapadokya

Kapadokiyadakı otel və hostelləri bu linkdən book (bron) edə bilərsiz.

Burada Kapadokya ilə bağlı postlar, suallar, hətta tur təəssüratları da gördüm, amma dərli-toplu, bir çox suala bir arada cavab verən post yazım yenə də dedim:)

- Kapadokya Türkiyənin Nevşehir vilayətinə bağlı bir bölgənin adıdı. Kırşehir, Niğde, Kayseri ve Aksarayın bəzi bölgələri də Kapadokya sayılır. Ankaradan 3 saat, İstanbuldan 7-8 saat məsafədə yerləşir, Orta Anadolu bölgəsi sayılır. Ən çox turist çəkən bölgələrdən biridi.

- Kapadokya yay xaric (çox isti olur) bütün mövsümlərdə gözəldi. Xüsusile yazın ortaları ve qışda qar yağarkən əfsanədi.

- Kapadokya üçün 1-2 gün kifayətdi deyənləri dinləməyin, ən az 3-4 gününüzü ayırın, dadını çıxarın.

- Kapadokyanın görülməli bölgələri - Göreme, Uçhisar, Ürgüp, Ortahisar, Çavuşin, Avanos, Mustafapaşa.

kap5

- Kapadokyanın görülməli yerləri - Göreme Açıq Hava Muzeyi, Çavuşin Atçılıq fermaları (çiftlikler), Aşk Vadisi, Göyərçinlər Vadisi, Zelve Açıq Hava Muzeyi, Qızılçuxur vadisi, Güllüder Vadisi, Göreme Panorama, Cevizli, Tığrak qalası, Devrent vadisi, Paşabağlar, Üç Gözəllər, Çavuşin, Ortahisar qalası, Uçhisar qalası, Ürgüp Yunak mahallesi, Asmalı Konak, Temenni tepesi, Ihlara vadisi, Özkonak yeraltı şəhəri, Sarıhan vadisi, Gomeda vadisi, Derinkuyu, Kaymaklı yeraltı şəhərləri...

- Görməli şeyləri - peri bacaları, atları, balonları ve şərabları.

- Kapadokyada sakit ve ucuz yerdə qalmaq istəyirsizsə Çavuşində, hər cibə uyğun və hərəkətli yer istəyirsizsə, Göremede, sakit və daha lüks istəyirsizsə Uçhisarda, lüks, sakitlik və romantizm üçün Ürgüpde yer baxın. Hər qiymətə otel, hostel, pansiyon var - xüsusilə Göremede.

- Göremeye hər kəslə, Uçhisara pullu dostlarla, Ürgüpə sevgiliylə gedilir:))

kap5

- Kapadokyanın dadını çıxarmaq istəyirsizsə, cave (mağara) otellərdə qalın - ən azından 1 gecə.

- Balonla uçmaqmı, balonları izləməkmi desəniz, məncə, ikinci. Həm ucuz, həm daha gözəl görüntü verir:)

- Balonla uçmaq istəyənlər bölgədəki çox sayda şirkətlərlə danışa bilər. Bir çox otel də təşkil eleyir. Sizi oteldən alırlar, otele buraxırlar. Amma qiymətler bahadı - adambaşı təxminen 550-600 lire.

- Balon izləmək üçün ən yaxşı nöqtə Göremenin üstündəki seyir terasıdı - kimdən soruşsanız deyəcək. Burada balonların yerdən qalxdığı andan etibarən görəcəksiz. İkinci nöqtə Uçhisardı - amma orada ancaq balonlar havaya qalxınca görə bilərsiz. Qaldığınız bir çox oteldən də izləyə bilərsiz. Bunun üçün səhər tezdən qalxmalısız - günəşin doğuşuyla birlikdə balonlar qalxır. Hava şəraiti uyğun olmayınca balonlar uçmur.

kap7

- Günbatımı izləmək üçün ən gözəl nöqtə Uçhisardı.

- Zelve Açıq Hava Muzeyi Göreme Açıq Hava Muzeyindən daha maraqlıdı - görmədən dönməyin.

- Şərabı Ortahisarda deneyin. Qalanın içindəki şərabçıda həm dadına baxa, hem ala bilərsiz.

- Avanosda çömləkçilərə gedib, o qabların necə düzeldildiyini izləyə, hətta özünüz düzəldə bilərsiz.

- Yemək üçün ən lüks restoranlar Uçhisardadı. Seki restoran bahalıdı, ama mənzərəsi gözəldi. Yeməkləri də.
Görəmədə hər cibə münasib yemək tapmaq mümkündü.
Kapadokya mətbəxi gözəldi - amma ən gözəl nümunələrini Ürgüpdə Ziggy Cafedə və Avanosda “Bizim Ev”də yeyə bilərsiz. Testi kababını və Avanos kababını mütləq yeyin. Çay-kahve üçün Uçhisarda Peri Cafe Cave Man-a gedin - mağaranın içində çox maraqlı yerdi - daha çox sevgililər gedir:)

 

Əgər yazını bəyəndinizsə aşağıda olan Facebook düyməsini seçərək blogpostu Facebookda paylaşın ki, dostlarınız da yazılarımızdan xəbərdar olsunlar. Yox əgər Gəzəyənlərin yazılarından ilk xəbər tutmaq istəyirsinizsə aşağıda “abunə ol” bölməsinə mailinizi yazaraq düyməyə klikləyin. Hələlik bu qədər, növbəti yazılara qədər…

Paylaşdı: Könül Şamilkızı Nesibova

DİGƏR BLOQLAR

Nağıl kimi bir dünya - İsveçrə bələdçisi

İsveçrədəki bütün otel, apartament və hostelləri bu linkdən book (bron) edə bilərsiz.Əgər küçədə axan suyun içməli olduğunu soruşanda suala görə yerli əhali sizdən küsürsə, mənzərəni qaçırmamaq üçün qatarda hansı səmtdə oturacağınızla bağlı tərəddüd edirsinizsə deməli İsveçrədəsiz. İsveçrəyə səfərimi Lugano- Sürix- İnterlaken- Grindelvald- Lautherbrunen- Spiez- Bern- Basel ardıcıllığı ilə formalaşdırmışdım. Müvəqqəti Roma ətrafında yaşadığım üçün girişi İtaliya ilə sərhəd olan Luganodan etdim. İsveçrə üçün ümumi və səfər edənlər üçün bilməsini tövsiyə etdiyim məlumatlar: İsveçrədə valyuta frankdır(avronun da keçərli olması şərti ilə), demək olar ki, yeganə şəhərlərarası (məntəqələrarası) nəqliyyat vasitəsi qatardır və getdiyiniz yerlərə öncələrdən bilet almağınız şiddətlə tövsiyə olunur. Əks halda 200 km üçün 70 frank(avro), 50 km üçün 45 frank(avro) ödəməyi gözə alın. Aİ ölkələrdindən birinə məxsus nömrəniz varsa burada böyük ehtimalla keçərli olmayacaq və nömrənizi rouminq etməli olacaqsınız. Su xərcinə özünüzlə su qabı daşımaqla qənaət edə bilərsiniz. Belə ki, bütün şəhərlərində (qəsəbə, kənd) içməli su mövcuddur və su arxlarının yanında içilməməli olması ilə bağlı xüsusi qeyd yoxdursa rahatlıqla içə bilərsiniz. Ümumi qiymətlər digər Avropa ölkələri ilə müqayisədə 2-2.5 dəfə daha bahadır. Şəhərlərin görməli yerlərini az enerji və optimal vaxt sərfiyyəti üçün ən uyğun ardıcıllıqla paylaşmağa çalışacam.LuganoLugano eyni adlı gölün kənarında yerləşən sakit, hüzurlu kiçik şəhərdir. Şəhər İtaliya ilə sərhəd olduğu üçün italyan dillidir. İtalyadan keçid edən kimi İsveçrəyə xas səliqə-səhman, disiplin hətta havadan belə hiss olunur. Görməli yerlərini ardıcıllıqla paylaşıram: Parci Ciani, Piaza della Riforma, Chiesa Santa Maria degli Angioli, Villa Heleneum, Sentiero dell’olivo, Lido San Domenico, Gandria və Monte Bre. Şəhəri yüksəkdən seyr edə bilmək üçün Monte Breyə funikulyor ilə qalxa bilərsiniz. Səhv etmirəmsə 26 frank idi. Əgər pul vermək istəmirsinizsə birinci funikulyor ilə pulsuz qalxa bilərsiniz və yolunuzu evlərin arasından yuxarı doğru ayaqla davam etdirərək Luganonu daha yüksəkdən izləyə bilərsiniz. 1 gün mənə kifayət etdi.Sürixİsveçrənin ən böyük şəhəri olan Sürixi mütləq ki bəyənəcəksiniz. Şəhər eyni adlı gölün şimalında yer tutur və Limmat çayı boyunca uzanır. Şəhərdəki orta və yüksək qiymətli otellər sizə gündəlik nəqliyyatdan istifadə üçün kart verəcəklər və bu tendensiyanı digər şəhər, qəsəbələrdə də görə bilərsiniz. Aşağı büdcəli otel və hostellərdə isə bu imkan yoxdur. Görməli yerlər : Swiss National Museum, Lidenhof, Fraumunster Church, Grossmunster, Bahnhofstrasse, FiFA Museum və Museum Rietberg. Futbol həvəskarı olan 7-dən 77-ə hər kəsə FİFA Muzeyinə baş çəkməyi şiddətlə tövsiyə edirəm. Səhv etmirəmsə giriş 26 frank idi və tələbələr üçün giriş haqqı 18 frank təşkil edir. 1 gün mənə kifayət etdi.İnterlakenThunersee və Brienzersee göllərinin ortasında yer alan kiçik kənd (qəsəbə) qatarlarında dediyi kimi “communication of destinations” olmaqla xəyalınızda olan kəndlərə gedən yolların birləşmə nöqtəsidir. Məhz bu səbəbdən də Lautherbrunen, Grindelvald, Zimmer və digər məntəqələrə getmək üçün dayanma nöqtəsi hesab olunur. 2-3 saat ərzində qəsəbəni gəzməklə ( Harder Kulm, Hohematte, Unterseen, St. Beatus Caves) yolunuza davam edə bilərsiniz.Grindelvaldİnterlakendən qatarla təxminən 20 km məsafədə olan, kərə yağı üstündəki şəkillərin çəkildiyi və Alp dağlarının ecazkarlığını uzaqdan seyr etməklə hüzur tapa biləcəyiniz bir məntəqədir. İnterlakendən gedən zaman “Grindelvald bahnhof” stansiyasına getməyiniz və gəzinti üçün start nöqtənizi ordan başlamanızı tövsiyə edirəm. Grindelvald özünüzü təbiətə həvalə etdyiniz məntəqə olduğundan nə qədər vaxt sərf etmək lazım olması şəxsin ruhi və mənəvi qidalanma istəyindən asılı olaraq dəyişir).LautherbrunenAlp dağlarının ətəyində olan və özündə paralel şəlalələri birləşdirməklə mənzərəsinə heyran qalacağınız qəsəbə. Qəsəbədən Mürrün dağ kəndinə də qalxmaq üçün istifadə olunur ki, Mürrenə mən səyahət etdiyim vaxtda xüsusi hazırlıq geyimi olmadan getmək arzuolunan deyildi. Lautherbrunendə sadəcə olaraq gəzmək və ətrafı seyr etmək sizi kifayət qədər sakitləşdirəcək. Gəzinti zamanı çayı keçərək qarşı tərəfdə yerləşən qəsəbənin ətəyinə qalxmağınızı və Lautherbruneni bir də bu formada izləməyinizi şiddətlə tövsiyə edirəm.Spiezİnterlakendən 18 km məsafədə yerləşən kiçik qəsəbədir və Bernə gedən yolda yolüstü baş çəkə biləcəyinizi və heyifslənməyəcəyinizi düşünürəm. Qəsəbənin sakitliyi, özünəxas sakitliyi sizdə mütləq xoş təəssürat formalaşdıracaq.Bernİsveçrənin paytaxtı olmaqla Aar çayının boynuna doladığı şəhər.Siz köhnə küçələrlə gəzə və bir sıra görməli yerlərlə (Kafigturm, The Parlament Building, Zytglogge, The Cathedral of Bern, Nydeggbrcuke) tanış ola bilərsiniz. Bu şəhərdə düşünürəm ki, azmaq mümkün deyil. Açığı Alpa dağlarının ətəyindən mərkəzi şəhərlərə enmək bəzən şəhər nə qədər gözəl olsa da ondan istənilən zövqü almaq imkanını uzaqlaşdırır. 1 gün mənə kifayət etdi.BazelReyn çayının keçdiyi İsveçrənin strateji şəhərlərindən biri. Bu şəhərin Avroaeroportu iki ölkə (Fransa və İsveçrə) tərəfindən ortaq istifadə edilən dünyada analoqu olmayan yeganə aeroportdur. Görməli yerləri bol olmasa da ( Tinquely Brunen, Spalentor, Basel Minster, Pfalz, Mittlere Burcke) Tinquely Brunen-dən şəhərin gəzintisinə başlamaqla qala divarından üzü aşağı antik atmosfer bəxş edən küçələrlə enə bilərsiniz.Ümid edirəm məlumatlarla gəzəyənləri yormadım və faydalı ola bildim. Bura qədər oxuduğunuz üçün təşəkkürlər Əgər yazını bəyəndinizsə aşağıda olan Facebook düyməsini seçərək blogpostu Facebookda paylaşın ki, dostlarınız da yazılarımızdan xəbərdar olsunlar. Yox əgər Gəzəyənlərin yazılarından ilk xəbər tutmaq istəyirsinizsə aşağıda “abunə ol” bölməsinə mailinizi yazaraq düyməyə klikləyin. Hələlik bu qədər, növbəti yazılara qədər…Paylaşdı: Tural Hasanli

479 dəfə oxunub

Pokhara, Nepal - Macəracıların şəhəri

Pokharadakı bütün otel, apartament və hostelləri bu linkdən (bron) edə bilərsiz.Pokhara - özümü rahat hiss etdiyim, normal yeməklər yeyə bildiyim və hər küncündən zövq aldığım bir şəhərdir. Təəssüf edirəm ki, cəmi iki gün burda vaxt keçirə bildim, mütləq şəkildə Nepala təkrar səfərimdə Pokharada minimum 10 gün vaxt keçirməyi planlayıram.Kathmandudan 200 km aralıda yerləşən Pokharaya necə getmək olar bəs?3 seçim var :İlk seçim təyyarədir, yerlilər üçün qiyməti 25 dollar-tək səfərlik, turistlər üçün isə 50 dollardan başlayır, Kathmandudan təyyarə ilə Pokharaya cəmi 25 dəqiqəyə çatırsınız. Çox möhtəşəm səslənir.İkinci seçim avtobusla gedə bilərsiniz, qiymət 10-15 dollar arası dəyişir, əgər avtobusu seçmiş olsanız 8 saatlıq bir gəzintiyə hazır olun, qeyd edim ki, yollar biraz narahat olduğu üçün avtobus yox, elə bil traktorda getdiyinizi hiss edəcəksiniz. Ancaq pulunuza qənaət etmək üçün yaxşı seçimdir.Üçüncü seçim isə bildiyimiz taksilər, qiyməti 30-dollardan başlayır və daha da arta bilir. Taksi ilə məsafə demək olar ki, 4-5 saatdır, ancaq əksəriyyəti 50-dən yuxarı sürmürlər deyə, avtobusdan fərqlənmirlər. Biz taksi ilə getdik, ancaq 9 saata çata bildik Pokharaya...Otellərin qiyməti necədir? 5 dollardan başlayır, 30 dollara kimi davam edir və hər biri şəhər mərkəzinə yaxındır. Rahatlıqla ucuz qiymətli otellərdə qala bilərsiniz, təxmini hər biri bir-birinə oxşayır. Yeməklərində fərq ola bilər, amma Pokharaya gedirsinizsə mütləq şəkildə şəhər mərkəzində yerləşən restoranlardan birinə getsəniz daha çox zövq alacaqsınız. Kathmandudan sonra Pokharada getdiyim restoranlarda özümü çox rahat hiss edirdim, bütün yeməklərdən xüsusi zövq alırdım...Kathmandudan fərqli olaraq burda evlər bir-birinə bitişik deyil, küçələrdə səkilər var, maşınlar sizin üzərinizə gəlmir, rahatlıqla kənardakı mağazalardan həzz ala bilərsiniz, tələsməyinizə də ehtiyac yoxdur. Dağlıq ərazi olduğu üçün mağazalarda daha çox xizəklər, sport geyimləri ilə rastlaşacaqsınız. Qiymətlər isə olduqca münasibdir.Pokharadakı görə biləcəyiniz yerlərin bir hissəsinin siyahısı.Pokhara Phewa gölünün ətrafında yerləşir, şəhərin bir tərəfindən digər tərəfinə göldəki qayıqlardan istifadə edərək səfər edə bilərsiz. Qiymətlər 6 dollardan başlayır və dəyişir. Ancaq görüntünü görmək üçün mütləq mütləq qayıq turu təşkil etməlisiz. Ancaq əsas məsələ, qayıqla gəzməyinizə baxmayaraq avqust ayında səyahət etməyi planlaşdırırsınızsa hava dəhşətli dərəcədə isti olacaq. İsti o qədər kəskindir ki, nəfəs almaq olmur, oturduğunuz yerdə sifətinizdən tərlər su kimi axır... Müsbət tərəfindən baxsaq, pulsuz sauna adlandıra bilərik.Nepalın ən bahalı şəhəri Pokhara sayılır. Himalay dağlarına gedən əsas yollardan biri burdan keçir deyə, hər il turist axını baş verir, bu il də biz getdiyimiz hər yerdə 100-lərlə turistlərlə rastlaşdıq.Macəra sevərlərin məkanıdır Pokhara. Bütün növ ekstrim idman oyunları var, hər birindən maksimum dərəcədə yararlana bilərsiniz. Paraşüt üçün xüsusi bir məkanı var ki, bura dünyanın ən yaxşı paraşüt məkanlarından biri sayıla bilər. Əziz təbiətsevərlər, bura tamamilə sizlər üçündür.Kathmanduda hava və ətraf tamamilə çirkli olduğu üçün, orda yaşayan varlı insanlar Pokharadan ərazi alıb xüsusi evlər tikirlər, bu da şəhərdəki insan sayının artmasına gətirib çıxarır.İki gün ərzində sadəcə “Mahendra Mağarası”, “Phawe Gölü”, “ Pokhara Qalası” və “World Peace Pagoda”-nı görə bildik.Həyatımda ilk dəfə idi bir mağarada olurdum, çox fərqli bir macəradı, Mahendra mağarasında oksigen yoxdur deyə nəfəs almaqda çətinlik çəkdim. Mağaranı gəzdikcə bunun bir sonu olmalıdır deyə danışırdıq ki, bir də gördük sonluqda belə bir balaca büt qoyublar, şərflər, güllər, pullarla zəngin bir büt. Gələn gedən bir şey qoyub gedir. Mən sadəcə şəklini çəkdim, heçnə qoymadım Çıxış necədir? Bapbalaca dar qayalıq, aradan çıxmalısan, burda dedim yox, bacarmayacam, mümkün deyil, qorxu ələ almışdı və nəfəsim daralırdı. Sağolsun Banqladeşli dostlar necə motivasiya verdisə özgüvənim artdı və bunu bacardım. Çıxdıqdan sonra inana bilmirdim ki, mən bu balaca yerdən necə keçdim?! Mağaraya girişdə həyət o qədər gözəl, yaşıllıqlarla zəngindir ki, heyran qaldım sadəcə...Mağaranın çıxışı“Pokhara Qalası” - əslində bizi yarasa mağarasına aparacaqdılar, elə hazırlaşmışdıq, birdən fikirlərini dəyişdilər və qalaya apardılar, qala dağın başında yerləşir və piyada minimum 50 dəqiqə yürüyüş etməlisiniz. İsti olduğu üçün yol bitmək bilmir, uzandıqca uzanır, dəhşət yorucudur. Qalxdıqca düşünürdük ki, yəqin möhtəşəm bir qaladır ki, onu qoruyub saxlayır və sırf onu göstərmək istəyirlər. Amma nə imiş? Balaca bir məbəd, kənarlarında turbalar, vəssalam... Məbəd üçün yox, amma mənzərə üçün 2 saat da artıq yerimək olardı... Bir sözlə möhtəşəmmm... Qayıdanda şansınız olsa bir maşın olacaq və sizi aşağı düşürəcək. Biz bütün iştirakçılarla bərabər kamaz kimi bir maşının arxasında gəldik, çox maraqlı idi.Məşhur Pagoda Məbədi...Nepaldakı ən iri məbədlərdən biridir. Burda da iki seçiminiz var. Ya qayıqla yaxınlaşmalısınız Pagodaya, ya da maşınla. Bizim vaxtımız yox idi deyə maşınla qalxdıq, maşın yolu bitdikdən sonra 15 dəqiqəlik pilləkənli yollar başlayır. Turistik ərazi olduğu üçün Nepallılar fərqli əşyalar, suvinerlər, himalay kofeləri və fərqli atışdırmalıq nələrsə satırlar. Deməli bunların məşhur qəlyənaltıları nədir? Uzun-uzun doğranmış acı xiyar dilimi + milçəklərlə zəngin islanmış pul bibər və islanmış duz, xiyarın üzərinə bu sousu əlavə edib bəh-bəhlə yeyirlər, hər yerdə bunu görəcəksiz, balaca uşaqdan tutmuş, böyüklərə kimi hamının sevimlisidir..Pagodanın birinci hissəsində girişdə ayaqqabıları çıxartdıq, telefondan çəkilişə icazə yox idi, sadəcə buddist rahib dünyadan təcrid olunmuşdu deyə, rahat video da çəkdik, hələ üstəgəl o rahibin şəklini də çəkdik.Belə, Pokhara haqqında çox yazıb çox danışmaq istəyərəm, amma daha yormaq istəmirəm sizi, təşəkkürlər diqqətiniz üçün...Əgər yazını bəyəndinizsə aşağıda olan Facebook düyməsini seçərək blogpostu Facebookda paylaşın ki, dostlarınız da yazılarımızdan xəbərdar olsunlar. Yox əgər Gəzəyənlərin yazılarından ilk xəbər tutmaq istəyirsinizsə aşağıda “abunə ol” bölməsinə mailinizi yazaraq düyməyə klikləyin. Hələlik bu qədər, növbəti yazılara qədər…Paylaşdı: Mahbuba Musayeva

819 dəfə oxunub

Egeyin İncisi - İzmir

İzmirdəki otel və hostelləri bu linkdən book (bron) edə bilərsiz.İzmirdə qaldığım 6 həftəlik müddətin təəssüratları bir ömrə sığmasa da, 1 posta mümkün qədər sığdırmağa çalışacam????. Şəhər olduqca gözəl, rahat və həm gəzilə biləcək, həm də yaşana bilənəcək şəhərdir. Bir dəfə gedənin bir daha getsəm dediyi şəhərdir. İzmir deyincə ağla gələn məşhur plyajlar, Kuşadası, Çeşme, Alaçatı kimi turistik bölgələr olsa da mənimçün bu şəhər tarixi abidələri, muzeyləri, street artları , xüsusilə günbatımları ilə yadda qalan oldu. Bu şəhərdə günbatımları sözün əsl mənasında möhtəşəmdi. Necə deyərlər tam şeir yazdıracaq, rəsm çəkdirəcək havadadı????????.Hava limanından "izban" adlanan transport vasitəsilə şəhərin bəzi hissələrinə birbaşa , bəzi hissələrinə isə metro, tramvay və ya avtobuslara transfer edərək getmək mümkündü. Onu qeyd edimki şəhər böyük olduğu üçün çox vaxt bir nöqtəyə birbaşa bir transportla gedib çıxmaq mümkün olmur və kart oxunma cihazlarına bir dəfə oxunan kart 90 dəqiqə ərzində bütün transportlarda keçərlidi. Şəhərin mərkəzi Alsancak-Kordon hissəsindən günbatımının ən gözəlini izləyə bilərsiz???? Ayrıca Alsancakda Sahil boyu uzanan parklarda məsələn bizim dostlarla görüş, oturub müxtəlif oyunlar oynama, söhbət eləmə nöqtəmiz idi. Həmçinin büdcənizə uyğun müxtəlif qiymətli kafe, restoran, bar, klubları da bu hissədə tapa bilərsiz. Atatürkün İzmirdəki ev muzeyini, zövqlə dizayn edilmiş kilsə və məscidləri ziyarət edə bilərsiz. Alsancağa Tramvayla 5 stansiya uzaqlıqda olan Konak adlı yerdə "Saat kulesi", "Kemeraltı çarşı", "Tarihi asansör"ü görmədən geri dönmək günah olar.İzmiri ovuclarının içində görmək istəyənlər mütləq Balçovada yerləşən "Teleferik"i ziyarət etməlidir. Kanatla qalxarkən  (adambaşı 10tl) kameralarınızı və gözlərinizi qarşısınızda açılacaq o möhtəşəm mənzərə üçün hazır edin???????????? şəhərin möhtəşəm mənzərəsinə qarşı piknik etmək istəyənlər ( yenə də o möhtəşəm günbatımı üçün ????????????) üçün burada hər bir şəraitlə təmin edilmiş piknik alanları da var????????????. Hərbi Muzey sevərlər "İnciraltı deniz müzesi"nə baş çəkməlidir kesinlikle???? Görevini tamamladıqdan sonra Ege fırkateyni və Piri Rəis hərbi və sualtı gəmiləri 2007-ci ildən muzey şəklində istifadəyə verilib və içinə girdikdə özümü bir an bir filmin içində kimi hiss elədim????. Müxtəlif kapitan, əsgər maketləri, səs effektləri, tarixi posterlər, müxtəlif qəzetlərin 1950-1960-cı illərdə dərc olunmuş versiyaları tarixi abu havanı dolu dolu yaşadırdı. Onu xüsusi qeyd eliyimki Azərbaycandakı tələbə biletim həyatında ilk dəfə bir işə yarayaraq bu muzeyə pulsuz girməyimi təmin elədi???? Normalda giriş qiyməti 15tldi. "İzmir doğal yaşam parkı" na giriş de 8tl yerine 4tl ödeyerek tələbə biletimə ikinci dəfə minnətdar olmama sebeb oldu ???? "İzmir doğal yaşam parkı"nı məndən soruşanlara qısa olaraq belə tarif eliyirəm: təkcə ayıyla, aslanın yeri Bakıdakı zoopark boydadı. İçərisində 1500 heyvan yaşayır, 3000 ağac, 250 bitki növü var. 5 saat ərzində biz güclə gəzib bitirdik ama dəyərdi o yorğunluğaDəniz sevdalıları, əyləncə axtarışında olanlar: Şəhərə yaxın hissədə dənizə girmək istəyənlər Foça, Mordoğan, Özdere, Seferihisar, Urla plyajlarına baş çəkə bilərlər. Şəhər içindən izban, metro, gemi vasitəsiyle bu yerlərə rahatlıqla getmək mümkündü. Seferihisara gedibdə Sığacık adlı sahil qəsəbəsinə mütləq baş çəkin. Alaçatı, Çeşme, Kuşadası( bu yerler haqqında postlar dəfələrcə paylaşıldığından əlave nəsə demək məncə mənasız olar ????????) isə şəhərdən təxminən 1,5-2 saat yarımlıq məsafədə yerləşir. İzmir otogarından 60tl ödəyərək avtobuslarla rahatlıqla getmək mümkündü. Getdiyiniz yerlərdə halk plajı adlandırdıqları free plyajlarda giriş pulu ödəmədən sadəcə şezlonq və çətir kiralayaraq rahatlıqla dincələ bilərsiz. Sadaladığım yerlər içində dənizini xüsusi bəyəndiyim Çeşme oldu. Su olduqca təmiz və digər yerlərə nisbətən daha az duzlu idi.???? Həmçinin kamp qurmaq və dəniz kənarında sabahlamaq istəyənlər də görəvli şəxslərə bu barədə məlumat verib rahatlıqla gündoğumunu izləyə, səhərin ilk günəş işıqları altında dənizə girmənin keyfini çıxara biler ????????????????Növbəti dayanacaq : "Şirince" kiçik dağ kəndi olub bir növ bizim Lahıca bənzəyir. Meyvə aromalı şərabları ilə məhşur olan bu kəndə gedibdə şərab dadmamaq həqiqətən günah olar. Selçuk bölgəsində yerləşən bu kəndə səfərinizi planlayırsızsa yaxınlıqda yerləşən tarixi Efes abidəsini, Müqəddəs Məryəm kilsəsini , Yedi uyuyanlar abidələrini mütləq şəkildə ziyarət etməlisiniz ( bu yerləri anlatmağa kəlimələr yetməz, şəkillərə baxın ve şiddətlə tövsiyyə edirəm ki gedin) ????????Hal hazırda manat tl ilə müqayisədə daha qiymətli oldugu üçün shopping etmək istəyənlər alış veriş mərkəzlərində saatlarla vaxt keçirə bilər ???? Rəfiqəmlə Gaziemirdeki "Optimum" adlı mallda 6 saat ərzində 14km yeridiyimizi desəm məncə kifayət edər ???? Bütün mallarda eyni markaları tapmaq mümkündü ama mallardan kənarda yerləşən eyni marka mağazalarında isə daha zövqlü geyimlər tapa bilərsiz. Outletlərdən də büdcənizə uygun geyimlər əldə etmək mümkündü. Pulunuzu dollar şəklində götürməniz daha məsləhətlidi. Exchange üçünsə dövüz bürolarına getməyinizi məsləhət görmürəm. Banklar ən məsləhətlisidi, Ən pis halda isə zərgərlərdə pulunuzu exchange edə bilərsiz.Uzun olsa da oxuduğunuz üçün təşəkkürlər. Ümid edirəm İzmirə gedəcək insanlar üçün faydalı bir post olmuşdur. Getməyənləri isə getməyə həvəsləndirmişdir ????????????Əgər yazını bəyəndinizsə aşağıda olan Facebook düyməsini seçərək blogpostu Facebookda paylaşın ki, dostlarınız da yazılarımızdan xəbərdar olsunlar. Yox əgər Gəzəyənlərin yazılarından ilk xəbər tutmaq istəyirsinizsə aşağıda “abunə ol” bölməsinə mailinizi yazaraq düyməyə klikləyin. Hələlik bu qədər, növbəti yazılara qədər…Paylaşdı: Asmera Gashamli

740 dəfə oxunub

Norveçin "div dili" -Troltanqa turu

Təbiətin Norveçə hədiyyə etdiyi gözəlliklərdən biri (Trolltunga Tyssedal). Bir neçə il əvvəl, bu mənzərəni təsadüfi şəkildə gördüyümdə nə zamansa gedəcəyimi heç planlamamışdım.Troltanqa-Trol dili (Trolltunga) Norveçin Hordaland əyalətində Odda şəhərində, dəniz səviyyəsindən 1100 metr yüksəklikdə yerləşən bir qayadır. Buraya həm də Trol və ya div dili də deyirlər. Bəs niyə div dili? Bunun cavabı Norveç əfsanələrində yaşayır. Belə ki, Norveçdə yaşayan Troll adlı əfsanəvi divlər burada yaşayıb. Norveçin simvollarından sayılan bu əfsanəvi varlığın adı ilə bağlı olaraq, bu qayanı “Trolltunqa”, yəni “div dili” adlandırıblar. Digər bir əfsanəyə görə isə bu yer “Günəşdən qorxan div dili” adlandırılır. Belə adlandırılmasının kökü də qədim rəvayətlərə dayanır. Mağaralarda yaşayan divlər günəşin onlara ölüm gətirdiyinə inanırdı. Hətta nəhəng divlərdən biri o qədər axmaq olur ki, bu şayiəni yoxlamaq qərarına gəlir. O, səhər açılanda dilini mağaradan çölə çıxarır və ilahi nur bu cəsarətini qiymətləndirmir və onun dili həmin yerdə donub qalır.Bəzi məlumatlara görə, bu qayanı görməyə gedən adam sayı 2008-də 800 nəfər olduğu halda, 2016-da 80000 nəfəri keçmişdir. 2009-cu ildə turist jurnalında foto və məqalələrin dərc olunmasından sonra bu ərazi məşhurlaşıb. Ondan sonra dünyanın hər yerindən gələn səyahətçilər öz güclərini sınamaq üçün buraya gəlirlər.Qayaya çıxmaq üçün ən əlverişli vaxt iyun-avqust aylarıdır. Digər aylar məsləhət görülmür. (dumanlı hava, yağış, qar, güclü külək, sürüşkən qayalar əsas səbəblərdir) Eyni zamanda qayaya getmək üçün təxminən 28 km məsafə qət etmək lazımdır.Troltanqaya qalxmaq üçün əvvəlcə Oddaya, sonra Tisedaldan keçərək Skyegedala getmək lazımdır. Formasına görə qaya dili xatırlatdığı üçün belə adlandırılır. Qayaya qalxmaq üçün 950 metr uzunluğu olan pilləkəndən istifadə olunur. Təxminən qayaya gedib - gəlmək üçün əlverişli havada 10-12 saat lazım olur. Səhər saatlarında 7-8-də hiking-ə başlamaq məsləhət görülür. Sıldırım qayalar adamı hədsiz yorduğundan bəzən adam çox səbrsizlənir, amma səbrli olub davam etmək lazımdır, çünki görəcəyiniz mənzərə çox adamın görüləcək yerlər siyahısında (bucket list-ində) olan bir yerdir. Qayaya çıxmaq qayadan geri qayıtmaqdan daha asandır. Ümumiyyətlə, hava çox dəyişkəndir. Istənilən zaman yağış yağa bilər və qayalar çox sürüşkən olur. Qayaya gedilən yolda heç bir nəzarət yoxdur, hər bir şəxs özünə cavabdehdir. Yəni hansısa formalarda zədə alan insanlar olur, həmin vaxt orada ilk tibbi yardım edəcək şəxslər yoxdur. Düzdür, vertolyot müəyyən zamanlarda səmadan nəzarət edirdi, amma hansısa çox ciddi hadisə yəni ölüm baş verərsə, müdaxilə edərlər deyə təxmin edirəm. Detallı oxumasam da yaxın zamanda avstraliyalı bir gənc qayadan düşüb-ölüb. Hər bir halda, sadəcə ehtiyatlı olmağa çalışın. Ümumiyyətlə, qayaya gedib baxmaq üçün su keçirməyən və isti geyimlər, bol qida və su mütləqdir. Təbii ki fiziki güc də buna imkan verməlidir. Gələn turist sayı çox olduğundan nəzərə alın ki, bir şəkili çəkdirmək üçün 1.5-2 saat növbədə gözləyəcəksiniz.Belə çox danışmaq olar. Kim getmək istəsə, suallarını yazıb soruşa bilər :)Əgər yazını bəyəndinizsə aşağıda olan Facebook düyməsini seçərək blogpostu Facebookda paylaşın ki, dostlarınız da yazılarımızdan xəbərdar olsunlar. Yox əgər Gəzəyənlərin yazılarından ilk xəbər tutmaq istəyirsinizsə aşağıda “abunə ol” bölməsinə mailinizi yazaraq düyməyə klikləyin. Hələlik bu qədər, növbəti yazılara qədər…Paylaşdı:Ismail Ismailov

1723 dəfə oxunub
Bizi izləyənlər siyahısına qoşulun!