2737 dəfə oxunub

Yaponiya bələdçisi

Hamıya Salam.
YAPONİYA sevər gəzəyənlər :) Uzun vaxtdır yazmaq istəyirdim amma səyahətlər, dərs, iş- güc heç vaxt olmadı. Havalar isinir Yaponiyaya səfər planı hazırlayanlar bəlkə də çoxdur mənim kimi ???? Ona görə sizlərə gəlsin bu yazı☺️

54346772_2635956796431527_2734538044513189888_n

1) Vizanı necə aldım?
Travel şirkəti vasitəsiylə 100 euro pul ödəyərək, 1 aylıq viza aldım və 28 gün qaldım.

2) Bileti hardan ucuza necə ala bilərik?                                                                              Skyscanner saytından bilet qiymətlərinə baxa bilərsiniz. Mən Moskva-İrkuts-Tokio (Narita) olaraq aldım 350$ aldım tək gediş. Səyahətə 10-15 gün qalmiş aldım bileti ama bileti aldığım ay başqa günlərə 235$ biletlər var idi. Gediş dönüş alsanız 400 dollara yaxın tapa bilərsiz bilet.

3) Ən ucuz variant necə qala bilərik otel, hostel qiymətləri necədir ucuz ve normal şəraitli yer hardan və necə tapıla bilər?
Otel və hostellər küçə və adreslərinə, bron edəcəyiniz günlərə görə dəyişir qiymətləri. Bunu booking.com, airbnb saytlarından gedəcəyiniz tarixə və otel, hostel, evlər seçimi edərək qiymətlərə baxıb öyrənə bilərsiniz. Ən ucuz variant isə hostel olacaq ki çox təmiz, təhlükəsiz və həqiqətən də konfortludur Yaponiya hostelləri.

53441969_2635956063098267_975673182168023040_n

4) Pulsuz qalma yolları varmı?
Bəli var. Pulsuz qala bilər, yeməyiniz içməyiniz pulsuz ola bilər. Hətta pul da qazana bilərsiniz. Bilməyənler üçün sadəcə Google-da bu saytlar haqqında axtarış etməyiniz bəs edər .Bunlardan 1)Helpx.net 2)Couchsurfing.com 3)Workaway.info

5) Təhlükəsiz yerdimi? İnsanları necedir? Təbiəti necədir?
Yaponiya və yaponlar demək olar ki mənim gözümdə bütünlüklə olaraq deyil də 95% qarşıma çıxanlar, gördüklərim, və təcrübəmə dayanaraq deyə bilərəm ki (ən təmiz, təhlükəsiz ölkə və çox mədəni, tərbiyəli, işini düzgün görən, çalışqan, utanğac millətdir.) Addım başı gözəl mənzərələri, yaşıllıqları, meşələri, parkları, üzü güllü - çiçəkli sarmaşıqlara bürünmüş binaları, təbiəti necə sevdiklərini və qoruduqlarının şahidi oldum. Şəhərdə yol qıraqlarında insanlarin sıxlıq olduğu yerlərdə zibil qabı demək olar ki yoxdur. Sadecə marketlər görə bilərsiniz ki onların yanında balaca zibil qabları olur. Yerləri asfaltları tər-təmiz. Ve oturduqlari vezifeten gordukleri isden asli olmayaraq, stresli is rejimlerinden asli olmayaraq cox guleruzduler ve yardimseverdiler. Bir cox olke gezdim ama bele yuksek derecesindekini sadece Yaponyada gordum. 2 qrup bir birine girdikde polis dubinkayla yox iceri aparmaqla yox qucaqlayib sakitlesdirib ayirmaqlarini gordum:) ve gece yarisi cox yuruyusler eledim yaxinli uzaqli mesafelere ve cox tehlukesiz olkedi(elbette dunyanin her yaninda qelbi emeli niyyeti pis insanlar var mekanlari yerleri var) ama gorduyum o olduki is geyiminde kolistuk cantali yol kenarinda gece yari icib keflenib yatan beyler ve isden cixib dostlariyla icib ama eve getmeye taqeti qalmayib divara yaslanib yatan bir cox xanimlar ve yerden ogurlanmayan telefon ve cantalari, ve onlara donub baxmadan yolarina geden yaponlar tebi halmis kimi:)

53347702_2635959186431288_485514678076702720_n
Ingilizce cox az Yapon bilir ama Buna baxmayaraq yolda adres sorusduqda qabaqa dusub hecne demeden gule gule goz gozede geldikde hele usdelik sorry sorry deyen ve unvana chatana qeder menle gelen gozel millet dir Yaponlar☺️

6) Yeyib icme, alisveris

Mene gore Yapon larin maasina nezer yetirersek qiymetler eladir. Isder pal paltar olsun Isder elektronikasi olsun Isder masin qiymetleri isdersede yeyib icmeleri Mene gore cox ucuzdu(yaponlarin maasina nezeren) elbet bahali mekanlarida varki bir cox Yaponlar bele bu mekanlara getmir. Orta tebeqe insan ucun cox gozel qiymetlere cox sey El catandir. 4-5mertebeli 100yen (1$)shoplarda bizde tapa bileceyiniz 15-20 manatliq seyler bele orda 1 dollara tapa bilersiniz. 99%mehsulari 100 yendir. (hediye almaq isteyenlere meslehet gorurem seherden basqa mekanlardan alacaqinz 5-15$suvinirleri, 10$satilan adaptirlari, 100 yen dukanlarindan 1 dollara Ala bilersiniz. Google de axdaris etseniz qabaqiniza bir cox shop adresi ve adlari cixacaq. 2 El magazalarinada baxa bilersiniz(book of) teze mallardan secilmirler cox temiz mallardi ne isdesez tapmaq olar ucuz ve uygun qiymete esasende telefon, fotoparatlar, musiqi ve oyun oynamaqi sevenler ucun ela mekandir oyun diskleri aparatlari ne axdarsaz var???? Eger gordunuz yoruldunuz gedirsiz addim basi qarsiniza cixacaq Marketlerine(Lawson, Family mart, 7Eleven) free wifi,yemek aldiqda isidib yemeyinizi ele markete ciyaz oturub rahat yeye bileceyiniz stol stulari, ve tualetleri vardir oturub yeyib icib dincelib tel zaryatkanizida fulladiqdan sonra Rahat gezinize qaldiqinz yerden baslaya bilersiz????.

53739947_2635956949764845_7365175996976201728_n

Men Yaponyani qaris qaris gezmek isdeyirem:) heleki Tokyo, Yokohama, Kyoto ve Osakada oldum. Ve gezginlere Tam meslehet gorurem bu mekanlari gezib gormeyi. Tokyo Yokohama bir birine Cox yaxindi. Kyotoylada Osaka bir birine yaxindir. Tokyodaki hostel qiymetine Osaka ve Kyotoda tek neferlik otel otaqinda qala bilersiniz yani En bahali seherleri Tokyo dur. Ama her tebeqe gezginlerin imkanina gore Tokyoda uygundur. Cox sey yadan cixib boyuk sefim o olduki getiyim gorduyum yerlerin qeydini tutmamaq uzerinden vaxt kecdiyi ucun bircox sey yadan cixib demek olar ama kimlerse nese elave etmek isdeyirse fikirlerini boluse bilerler????Kimlerin ne suali olsa buyurun yaza bilersiz. Herkeze bol sans ve ugurlar☺️

Əgər yazını bəyəndinizsə aşağıda olan Facebook düyməsini seçərək blogpostu Facebookda paylaşın ki, dostlarınız da yazılarımızdan xəbərdar olsunlar. Yox əgər Gəzəyənlərin yazılarından ilk xəbər tutmaq istəyirsinizsə aşağıda “abunə ol” bölməsinə mailinizi yazaraq düyməyə klikləyin. Hələlik bu qədər, növbəti yazılara qədər…

Paylaşdı: Bayram Verdiyev

DİGƏR BLOQLAR

Meksika bələdçisi - Tulum

???????????????????????????????? deyəndə ağlımıza ilk gələn şey təhlükəli ölkə olduğu, narkotik, çöllük, kaktuslar, balacaboy bığlı daydaylar və.s Ama bir başqa düşüncə ilə yanaşsaq Meksikanın bir cənnət olduğunu görə bilərik. Mən bu dəfə yollandım Karib dənizi sahillərinə. Bura Meksikanın Quintana Roo ştatı sayılır. Bu ad “Kintana Ru” deyə oxunur. Mayalılar bu ştatdada məskən salmışlar. Ştatda yerləşən Karib dənizi – Qərb yarımkürəsində tropik dənizdir, Atlantik okeanınına daxildir. Ən dərin nöqtəsi isə 7,686 metrdir və Cənubi Amerikanın tərkibindədir.  ????Ştatda yerləşən çoxunuzun bildiyi yerlər isə Cancun, ????????????????????, ℙ???????????????? ???????????? ℂ????????????????????, ℍ????????????????????, ???????????????? ????????????????????????????, və ştatın biraz aralığında yerləşən möcüzəvi “ℂ???????????????????????? ????????????????” piramididir. Cancuna getmədim çünki daha çox turistlik bir yerdir ora getdin pul çox çıxır. Mən onnansa Playa Del Carmenə getməyi üstün tutdum həmdə daha çox yer gəzmiş oldum..  ✈️ Playa Del Carmenə gəlmək elədə ucuz başa gəlmir ama ömrünüzdə bir dəfə də olsun buranı mütləq gəlib görməlisiz. ???? Mən Merida şəhərindən Cancuna aftobus ilə gəldim. 4 saatlıq yoldu 35 manat ödədim. Aftobus sizi Cancun şəhərinə gətirəcək. ???? Daha sonra başqa bir aftobusa 8 manat ödəyib Cancun aeraportuna yollandım. Yarım saatlıq yoldu. Bakıdan gəlmək istəyənlər İstanbuldan Cancuna uçuşlar var və ya Avropa üzərindən münasib qiymətə biletlər əldə edə bilərsiz. Daha sonra playa del carmenə yollana bilərsiniz.  ???? Cancun aeraportunda dostlarımla görüşdüm və başladıq səyahətə. Biz 4 nəfər idik deyə maşın kirayalaq dedik həm şəhəri həmdə şəhər ətrafını gəzmək üçün əlverişlidir. America Rente cardan Cip götürdük 3 günlük. 4 nəfərə 330 manat ödədik. Maşına benzin vurmaq məsələsidə var. Buda 180 manat. Çünki dolu qaytarmaq lazımdı maşını ???? Qalmağa yeri Airbnbdən ev tutduq Playa del Carmendə. 5 mərtəbəli bina evidi şəhərin mərkəzində yerləşir. binanın üstündə gözəl bir hovuzu var. Evdə hərşey qaydasında idi. Evdən çıxan kimi restoranlar kafelər shopping mollar çox yaxındadı, elə küçə özü turistik bir yerdi. Bu evi 4 nəfərə tutduq, ümumi 3 günə görə 365 manat ödədik.???? https://www.airbnb.com/rooms/16911597?s=67&shared_item_type=1&virality_entry_point=1&sharer_id=112376445???? İlk günün planı Chichen İtzanı gedib görmək idi. Adı “Çiçen İtsa” kimi oxunur. Playa del Carmendən 185 km, hardasa 2 saatlıq məsafə aralıqda yerləşir. Magistral yola maşınla daxil olmaq üçün 20 manat ödəməlisiniz. Yol üstü Valladolid kəndinə baş çəkib gəzdik həmdə yemək yedik. Kənd çox rəngarəngdir. Daha sonra yola düşdük Chichen İtzaya.  ????Chichen İtza piramidi bir möcüzədir. Bu piramidin yerləşdiyi İtza bir maya kəndidir. 1841 ci-ildə Jhon L. Stephens tərəfindən kəşf olunub. Chichen İtzaya giriş bileti 43 manatdır. Maşın parking eləmək 7 manatdır. Birdən əlinizdə kamera görsələr 4 manat əlavə ödəməli olacaqsız. Saat 5 də bağlanır. Daha sonra Light Show başlayır bunu heç qaçırıb eləməyina. Mütləq daha öncədən bilet alın. Qiyməti isə 22 manatdır.  ????Tulum candır, cənnətdir, buranı səyahət etmək üçün ən gözəl vaxt dekabr – aprel aylarıdır. Tulumda görüləsi yerlər isə Casa del Cenote, Pyramid El Castillo. Archeological Zone of Tulumdur. Ora gedib də Ahau Tulum art önündə şəkil çəkməsəz lap günaha girmiş olarsız. ????Tulumda Mayalıların yaşadıqları yerə giriş bileti 6 manatdı əgər foto aparat görsələr əlavə pul vercəksiz ona görə öncədən gizlədin. Burda Mayalılardan qalmış yerləri görə bilərsiz həqiqətəndə möhtəşəmdir. ????Holbox adası bəh bəh hə buna deyərəm istirahət etmək. Elə neçə gündü qaça qaç ora get bura get yorğunçuluq. Bura isə istrahətin tam məkanıdı. Holbox adasına biz Playa del Carmendən maşın ilə hardasa 1 saat 40 dəqiqəyə getdik. Maşın parkinginə görə 5 manat ödədik. Daha sonra adaya getmək üçün qayıqdan istifadə etdik adam başı 14 manat edir. Böyük və ya kiçik qayıq fərq eləmir eyni qiymətdi. Yarım saata çatdıq adaya. Adada qiymətlər od tutub yanır dəhşət bahaçılıqdı. Axır bir restoran tapdıq adam başı yeməyə 15 manat ödədik. Dəniz üçün kirayə çətiridə qiymətin aşağı sala sala axır bir nəfər üçün 10 manata verdi.  ????Gran Senoteyə giriş bileti 16 manatdı. Bura daxil olduqda öncədən mütləq duş alıb başınızı yumalısınız. Su çox təmizdir içində isə balıq və tisbağalar var. Dərinliyi 2m-dən 25m-ə qədərdir.Yeyib içmək və Restoranlar ????????????Elə evdən bir iki addım uzaqlıqda yerləşən mənim favori restoranım El Sangha-Rito idi. Qulluğ super yeməklərədə söz ola bilməz. Qiymət isə 9 manat ödədim içki ilə birlikdə.????Valladolid kəndində qəşəng bir restoran var adı Las Campanas-dır yeməklərin dadı super qiymət isə cibə uyğun. Ortalama yemək içki ilə birlikdə 10-12 manat xərciniz çıxa bilər.☕️Chichen İtzada saat 5-ə kimi gəzib dolandıq daha sonra isə Light Show-nun başlamasını gözlədik elə bu arada da Oxtun kafedə oturub bir kof içdik. Bir kofe 5 manat.????Chichen İtzadan döndükdə elə axşam idi yolda dayanıb şam yeməyi yeyək dedik bu arada yolda Los Pepes restoranı görüb getdik ora. Əgər kofe içmək istəsəz arxa tərəfində ☕️İtalian Kofe var orda əyləşib bir kofe içə bilərsiniz.????Tuluma gedərkən El CAmello restoranında yemək yeyib daha sonrada☕️ Azul kafedə bir kofe içib Tulumun dadını çıxara bilərsiniz. Yeməyə 7 manat latteyə isə 6 manat verdim.Vaxtınızı ayırıb oxuduğunuz üçün hərkəsə təşəkkür edirəm.. Əgər yazını bəyəndinizsə aşağıda olan Facebook düyməsini seçərək blogpostu Facebookda paylaşın ki, dostlarınız da yazılarımızdan xəbərdar olsunlar. Yox əgər Gəzəyənlərin yazılarından ilk xəbər tutmaq istəyirsinizsə aşağıda “abunə ol” bölməsinə mailinizi yazaraq düyməyə klikləyin. Hələlik bu qədər, növbəti yazılara qədər…Paylaşdı: Seyid Hüseyn

1542 dəfə oxunub

Britaniya səfərimiz!

Hər kəsə salamlar Sizə oğlumuz ilə birlikdə 10 günlük Britaniya səfərimizdən və planlamadan danışmaq istəyirəm.İlkin olaraq Azal ilə London Gatwick hava limanına oradan isə Şotlandiya- Edinburga çatdıq. Edinburga 2 gün ayırmışdıq amma bilsəydik bu qədər gözəldi 3-4 gün edərdik. Biz Edinburgu həddindən çox bəyəndik. Sanki keçmiş dövrlərə düşürsən. Nağıl kimi yerdi. Xüsusilə də Harry Potter fanları üçün.İlk olaraq qeyd edim hava çox tez qaralır təxmini3-4 arası qaralmağa başlayır. Və gec işıqlanır. Şotlandiyada Temperatur Londona nisbətdə soyuqdu. Gəzdiyimiz yerlər:1. İlk çatdığımız gün hava qaralmışdı deyə Christmas marketlərə üz tutduq. Princee street Garden-da əyləncəli, atraksiyonlu marketlər düzəldiblər. Daha çox atraksona üstünlük verilib.2. İkinci gün Viktoria küçəsi, Diagon yolunu gəzib, Edinburg qalasına getdik. 19,50 funtdu bir nəfər.3. Üçüncü gün isə Dean Village-ə getdik. Çox gözəl bir yer idi. Günorta qatar ilə Glasgow şəhərinə keçdik. Iki nəfərə 36,80 funt idi qatar bileti.Glasgow şəhəri gözəl idi amma Edinburg qədər yox daha modern şəhər idi. Mən 3 günü Edinburga ayırmağa üstünlük tutardım. Ancaq Glasgow nu da görüb fikirlərim formalaşdığı üçün peşman deyiləm.Burada 1. George Square- də Christmas market-ə getdik.2. St Enoch Square- də Christmas market var idi ora getdik.3. Buchanan Street- fərqli markaların yerləşdiyi məşhur küçə3. Glasgow CathedralGlasgow-da çox möhkəm yağışlar olduğu üçün bəzi yerlərə gedə bilmədik. Həddindən artıq çox yağış idi.Və Glasgowdan təyyarə ilə Londona uçduq. Londona 6 gecə ayırmışdıq.Otelimiz Regent Park yaxınlığında olduğu üçün ilk olaraq oranı gəzdik. Parkları həqiqətən gözəldi. Həm də Hyde Park. Düşünürəm yayda daha gözəl olar. Nəqliyyat baha idi. Zona 1 də qalsaq belə görməli yerlə bir birindən uzaq olduğu üçün metro və avtobua çox istifadə etdik. Bəzi metrolarda lift yoxidi uşaq arabasın özümüz qaldırırdıq ya da kömək edən olurdu.Londonda gəzdiyimiz yerlər:1. Ikonik yerler Westminister, Big ben, Trafalqar meydani, Tower Bridge2. Oxford street(xüsusilə axşamlar bura çıxırdıq),Covent Garden, picadilly circus, regent street3. Chinatown - çin məhəlləsi çox rəngli, maraqlı yer idi4. Winter Wonderland - Hyde parkda yerləşir giriş 7 funt idi5. Hamley oyuncaq dükkanı- çox böyük əyləncəli oyuncaq dükkanı idi6. Camden Market- çox fərqli antik və vintage əşyalar satılırdı çox bəyəndim buranı7. Britaniya muzeyi buranı tam gəzə bilmədik. Bağlanmağına az qalmışdı. Pulsuzdu amma əvvəlcədən book edin.8. Şerlokun muzeyi.9. Kings Cross station - Harry potter fanları buranı sevəcək. 9 3/4 platformasında olan çəkilişin getdiyi yer. Çəkiliş amma arxa tərəfdəki stansiyada olub. Həddindən çox növbə olur. Yenə də gözlədimÜmumi məlumatlarım bu qədər https://www.instagram.com/mini.toorist/profilecard/...Paylaşan: Aydan Hamidova

279 dəfə oxunub

Keçmişini unutmayan şəhər - Lissabon

… Çayın kənarında, yaşıllığı bol bir Avropa şəhəri xəyal edin. O şəhərin tarixi, ensiz küçələrində, sarı, köhnə, birvaqonlu tramvaylar var. Şəhər müasirləşir, inkişaf edir, eyni zamanda, qədim üzünü də qoruyur: tarixinə hörmət edir, köhnə tikililərə toxunmur, incitmir… Qısası, gəzdikcə şəhərin ruhunu duyursan.Tarixlə müasirliyin kəsişdiyi şəhərBir tərəfi çay, mavilik, yeni tikililər, müasirlik, digər tərəfi isə tarixi tikililər, yüksəklik…Söhbət Taxo (Tejo) çayının sahilində, yeddi təpə üzərində yerləşən Lissabondan (Lisboa) gedir. Portuqaliyanın paytaxtı və ən böyük şəhəridir. İstanbul və Roma kimi 7 təpə üzərində qurulub.“Bu şəhəri sadəcə anlamaq, ruhunu duymaq lazımdır”Bu yaxınlarda fransız jurnalist dostumun “Instagram”da Lissabondan foto paylaşdığını gördüm. Təxmini belə bir başlıqla: “Bu şəhəri sadəcə anlamaq, ruhunu duymaq lazımdır”.Bənzəri olmayan gözəllikŞəhərin müasir tərəfini modern binalar, restoranlar, mağazalar, tarixi hissəsinin ensiz küçələrini sarı tramvaylar bəzəyir.O sarı tramvaylar var ha, bax, onlar Lissabonun bütün görməli yerlərindən keçirlər. Mən bir dəfə şəhəri piyada gəzdim, doymadım. İkinci dəfə isə tramvaya minib, 2-3 dövrə vurdum. Lissabona səyahətimin 31-ci günü gəldiyimi, həmin günlərin hamısını dayanmadan gəzdiyimi düşünsək, pis nəticə sayılmaz.Lissabonun görülməli üzləri…“Alfama” – Lissabonun “Sao Jorge” qalası ilə Taxo çayı arasında, yoxuşda qurulmuş köhnə məhəlləsidir. Adı ərəbcədən götürülüb (Al-hamma), “hamam” deməkdir. Burada çoxsaylı tarixi binalar və barlar var.Bir də çay kənarında, yeni salınmış, müasir yaşayış bölgəsi və yaxınlığındakı “Belem” adlanan yerə gedə bilərsiniz. Buradakı “Belem” qalasını da ziyarət etmək olar. Muzey sevənlər, tarix və dənizçilik muzeyinə baş çəkə bilərsiniz. Bilirsiniz, Portuqaliya dənizçilik sahəsində dünyada məşhurdur. Yox, muzeyə xərcləməyə pulunuz qalmayıbsa, üzülməyin. Şəhər özü canlı muzeydir elə. Gəzməklə də Portuqaliyanı, portuqaliyalıları, Lissabonu, bu şəhərin sakinlərini tanıya bilərsiniz.Görülməyi gözləyən Müqəddəs Məryəm Katedralı (Santa Maria Maior) da var. Lissabonlular buranı “Se” - deyə də adlandırırlar. Şəhərin ən köhnə kilsələrdəndir.Alış-veriş etmək istəyirsinizsə, “Rua Agusta” küçəsinə gedin. Sağı-solu brend markalara aid mağazalarla doludur. Buradan Portuqaliya, Lissabona aid suvenirlər, dostlarınıza əl işlərindən olan hədiyyələr də tapa bilərsiniz. Küçənin ortasını kənardakı restoranların rəngli masaları bəzəyir. Canınız yemək çəkirsə, burada qarnınızı doyura bilərsiniz.Lissabonla İstanbulun bənzərliyi nədədir?“Rua Agusta”nın sonu Taxo çayına açılır. Başlanğıcını İspaniyadan götürən çay Lissabondan Atlantik Okeanına tökülür. Bu arada, İspaniya Portuqaliyanın yeganə qonşusudu. Burada sizi “Praça do Comercio” meydanı salamlayır. Çoxu Lissabonu İstanbula bənzədir. Elə İstanbula bənzəyən yeri də burasıdır məncə. Körpüsü, maviliyi… Meydanda “Ribeira” sarayını da görə bilərsiniz. Möhtəşəm tikilidir.Saray 1755-ci ildə tikilsə də, bir dəfə zəlzələdə dağılıb, sonradan yenidən restavrasiya edilib. Bununla belə gözəldir.Meydanın yaxınlığında Pivə Muzeyi də var (Museu da Cerveja). Muzeyin kafe hissəsində pivələrin və balıqdan hazırlanmış kekslərin (görünüşü Kiyev kotletinə bənzəyir) dadına baxa bilərsiniz.5 avroya yüksəklik keyfiLissabon dərə-təpə şəhər olduğundan məhəllələr arasında liftlər var. Ən məşhur turistik lift isə “Santa Justa”dır.Liftə mindiyimiz hissə “Baixa”, yuxarı çıxdığımız bölgəsi isə “Bairro Alto/Chiado” adlanır. Yuxarıda otel tikilib. Buradan aşağıdakı mənzərəni seyr etmək üçün otel ərazisinə keçmək gərəkir. Təbii, icazə var. Liftlə qalxıb-enmək 5 avrodur. Nə isə “Bairro Alto”dan şəhərə açılan mənzərə sadəcə möhtəşəmdir. Həm çay, həm də “Rossio” meydanını görmək olur. Burada foto çəkdirə, ya da eləcə mənzərəni seyr edə bilərsiniz. Dəqiq yadımdadır, məni qolumdan çəkə-çəkə endirmişdilər.Dadı damaqda qalan dəniz məhsulları və sangriyaMətbəxləri də çox dadlıdır. Ən azı mənim yediklərim elə idi. 3 gün ərzində ancaq dəniz məhsullarından olan yeməklərinin dadına baxa bildim. Burada da İspaniyadakı kimi paella (bulğura oxşayan düyüdən hazırlanmış, qırmızı, sarı və ya qara rəng çeşidləri olan plov) var. Rəngi İspaniyadakından bir az fərqli, tünd, qarayaçalan idi. Dadına isə söz ola bilməz. Eynilə İspaniyadakı kimi burada da az qala hər restoranda sangriya (adi qırmızı şərabın meyvə və meyvə şirəsi ilə qarışdırılaraq, içinə buz, limon qoyulmuş forması) verilir. Balıqları isə sadəcə möhtəşəmdir, q iymətləri də çox baha deyil. Lissabonda yediyim “cheesecake”-li dondurmanın dadı isə yəqin bir ömür yadımdan çıxmayacaq.Lissabona getsəniz, harada qala bilərsiniz?Lissabonda qalmaq üçün 5 ulduzlu otellərdən tutmuş, hostellərə, qonaq evlərinə qədər hər cür seçim var. Şəhəri tanımaq, havasını, ruhunu duymaq istəyirsinizsə, sizə mərkəzdə qalmağı tövsiyə edirəm. Belə deyim, pəncərəniz şəhərin mənzərəsinə, mərkəzinə, ürəyinə açılsın. Şəhərlə oyanıb, şəhərlə yatmağın ayrı bir ləzzəti var çünki… Həm də kənarda qalmaq vaxt itkisidir.Biz düz şəhərin mərkəzində, qonaq evində qaldıq. 2 nəfərə gecəsinə 75 avro ödəməklə. Pensao Elegantenin təmizliyi, şəraiti, yerləşdiyi bölgə əla idi.Yaz-payız – Lissabonla görüşün ən yaxşı vaxtıAvropanın ən isti paytaxtı sayılır Lissabon. Məncə, ora getməyin ən gözəl zamanı aprel-may və sentyabr-oktyabrdır. Yəni yaz və payız fəsilləri. Bununla həm yaşıllığı görə, dəniz kənarında üşümədən gəzə, həm də kəskin istidən və soyuqdan qoruna bilərsiniz.Necə gedək?Portuqaliya şengen vizası tələb edir. Bu ölkəyə vizanı Bakıdakı Fransa Səfirliyi verir. Getməyə gəlincə, Bakıdan Lissabona “Aeroflot” (Rusiyanın hava şirkəti) və Türk Hava Yollarının (THY) reysləri ilə gedə bilərsiniz. Qiyməti gedəcəyiniz günlərə və bileti nə qədər tez almağınıza görə dəyişir. Gediş-gəliş üçün minimum 500 manatı gözdən çıxarmalısınız. Biz başqa cür etdik. Bakıdan “Wizzair”-lə (Macarıstanın hava şirkətidir) Budapeştə (Macarıstan), oradan İspaniyaya, daha sonra isə Portuqaliyaya keçdik. Sonda da Portuqaliyadan yenə Budapeştə, oradan da Bakıya döndük.Portuqaliya bununla bitmədiPortuqaliya yaddaşımda əyləncəli və ən sevimli səyahətlərimdən biri kimi qaldı. Hələ səyahətin ən gözəl tərəfini, Lissabon yaxınlığındakı qəsəbələri – Cascais, Ericeira, Sintra, Mafra, Cabo De Roca burnu, şərabları ilə məşhur Porto şəhəri barədə yazmadım. Növbəti yazıların birini buna həsr edəcəm. Lissabona gəlincə, mütləq və mütləq getməlisiniz.Əgər yazını bəyəndinizsə aşağıda olan Facebook düyməsini seçərək blogpostu Facebookda paylaşın ki, dostlarınız da yazılarımızdan xəbərdar olsunlar. Yox əgər Gəzəyənlərin yazılarından ilk xəbər tutmaq istəyirsinizsə aşağıda “abunə ol” bölməsinə mailinizi yazaraq düyməyə klikləyin. Hələlik bu qədər, növbəti yazılara qədər…Paylaşdı: Güler Mehdizade

3999 dəfə oxunub

Ukrayna, paytaxt şəhər - Kiyev bələdçisi

Salam, hörmətli gəzəyənlərBugün Ukraynaya olan səfərimiz haqqında yazacam. Qısa və daha aydın. İlk dəfə Ukraynaya gedənlərin nəzərinə! Çoxları bu haqda yazmadıqlarına görə mən yazacam.Ukraynanın paytaxtı Kiyev – ən maraqlı şəhərlərdən biri və ölkənin mədəni və mənəvi paytaxtı hesab edilir. Təpəli ərazisi sayəsində şəhər çox gözəldir və şəhəri gəzmək üçün ən azı 2 gün vaxtınızı ayırmalı olacaqsınız.Hava limanı Hava limanı Borispol Kiyevdən 30-35 km aralıdır.Valyuta Özünüzlə götürəcəyiniz valyuta USD və ya Euro. Kurs 100$=2650 qriven. Hava limanında təqribən 7 yaxın valyuta dəyişmə məntəqəsi var. İlk gördüyünüz yox, sonrakı valyuta məntəqəsində daha sərfəli kurs tapa bilərsiniz. (100$=2690 qriven) Lakin çalışın pulunuzu mərkəzdə dəyişin. Xreşatik boyunca olan valyuta dəyişmədə dolların kursu daha sərfəli olur.Mobil NömrəArdınca 40-100 qrivenə nömrə ala bilərsiniz. Operatorlar kiyevstar, life, vodafon və s. Mən aldığım life oldu, həm ucuz həm də internet paketləri sərfəlidir. 60 qriven (4 azn -2.28 usd) 10 gündə qurtarmaq bilmədi. Nömrələr marketdə də satılır. Marketdən alarkən pasporta ehtiyac yoxdur.TaksiBurada istifadə edəcəyiniz taksilər. Proqramla Uber və ya Yandex Taxi. 310 zənglə ən sərfəli olanıdır. Gecə taksi sifariş verəndə qiymət aşağı olduğundan taksi gəlməyə bilər. Kiyevdə loru dildə desək, auksiyon kimi edib qiyməti qaldıra və taksi şoferlərinə bəxşiş də verə bilərsiz. Borispol hava limanından 200-300 qrivenə taksilər gedir.(11 $ - 20 azn)Kiyev metrosuGedişat 5 qriven.(32 qəpik - 20 cent) Metro 3 ayrı istiqamətdə olan 52 stansiyadan ibarətdir. Vaxtınıza və pulunuza qənaət etmək üçün gözəl vasitədir. Bu arada gedişat jetonladı.EvlərGündəlik və aylıq evlər cürbəcürdür. Əvvəlcədən evləri axtara bilərsiz, lakin bron etməyiniz məsləhət görülmür. Çünki loru dildə desək "atanşik" çoxdur. Otelləri bookingdə sifariş edə bilərsiz. Mən qaldığım yer Pecerskiy rayonu idi. (750 qriven- 47 azn - 28 usd)İnsanlarFərqlidilər. Nasistləri də var amma bizə (azərbaycanlılara) qarşı xoş münasibətdə olduqlarını gördüm. Əsasən soyuq millət kimi görünsələr də ünsiyyət quranda çox mehriban olurlar.Kiyevin rayonları( bölgələr ).PecerskiyQoloseyevskiyObolonSolomonskiyShevcenkivskiyPodolskiy və s.Şəhər Dnepr çayı ilə iki yerə bölünür : sağ və sol sahil. Sizlərə lazım olan Pecerskiy rayonu olacaq. Bura onların dili ilə desək "centr" sayılır)Marketlər və qidalanmaBir sözlə desək dadlı, keyfiyyətli, həm də sərfəlidir. Xüsusən də süd və ət məhsulları.Şəhərin özüKiyev Ukraynanın mərkəzi hissəsinin şimalında və Dnepr çayında yerləşir. Kiyevdə olanlar şəhərin görməli yerlərinin şəkillərini paylaşa bilərlər. Mən havaların soyuq olması ilə əlaqədar şəhəri gəzə bilmədim... -25 dərəcədə nə gəzmək ????Nəyisə səhv qeyd etdimsə əvvəlcədən üzrlü sayın.... Əgər yazını bəyəndinizsə aşağıda olan Facebook düyməsini seçərək blogpostu Facebookda paylaşın ki, dostlarınız da yazılarımızdan xəbərdar olsunlar. Yox əgər Gəzəyənlərin yazılarından ilk xəbər tutmaq istəyirsinizsə aşağıda “abunə ol” bölməsinə mailinizi yazaraq düyməyə klikləyin. Hələlik bu qədər, növbəti yazılara qədər…Paylaşdı: Orkhan Os

2647 dəfə oxunub
Bizi izləyənlər siyahısına qoşulun!