1360 dəfə oxunub

Meksika bələdçisi - Tulum

???????????????????????????????? deyəndə ağlımıza ilk gələn şey təhlükəli ölkə olduğu, narkotik, çöllük, kaktuslar, balacaboy bığlı daydaylar və.s Ama bir başqa düşüncə ilə yanaşsaq Meksikanın bir cənnət olduğunu görə bilərik. Mən bu dəfə yollandım Karib dənizi sahillərinə. Bura Meksikanın Quintana Roo ştatı sayılır. Bu ad “Kintana Ru” deyə oxunur. Mayalılar bu ştatdada məskən salmışlar. Ştatda yerləşən Karib dənizi – Qərb yarımkürəsində tropik dənizdir, Atlantik okeanınına daxildir. Ən dərin nöqtəsi isə 7,686 metrdir və Cənubi Amerikanın tərkibindədir.

 

WhatsApp-Image-2019-11-09-at-15.38.23-1

 
????Ştatda yerləşən çoxunuzun bildiyi yerlər isə Cancun, ????????????????????, ℙ???????????????? ???????????? ℂ????????????????????, ℍ????????????????????, ???????????????? ????????????????????????????, və ştatın biraz aralığında yerləşən möcüzəvi “ℂ???????????????????????? ????????????????” piramididir. Cancuna getmədim çünki daha çox turistlik bir yerdir ora getdin pul çox çıxır. Mən onnansa Playa Del Carmenə getməyi üstün tutdum həmdə daha çox yer gəzmiş oldum..
 

WhatsApp-Image-2019-11-09-at-15.38.23-2

 

✈️ Playa Del Carmenə gəlmək elədə ucuz başa gəlmir ama ömrünüzdə bir dəfə də olsun buranı mütləq gəlib görməlisiz. ???? Mən Merida şəhərindən Cancuna aftobus ilə gəldim. 4 saatlıq yoldu 35 manat ödədim. Aftobus sizi Cancun şəhərinə gətirəcək. ???? Daha sonra başqa bir aftobusa 8 manat ödəyib Cancun aeraportuna yollandım. Yarım saatlıq yoldu. Bakıdan gəlmək istəyənlər İstanbuldan Cancuna uçuşlar var və ya Avropa üzərindən münasib qiymətə biletlər əldə edə bilərsiz. Daha sonra playa del carmenə yollana bilərsiniz.

 

WhatsApp-Image-2019-11-09-at-15.38.23-7

 
???? Cancun aeraportunda dostlarımla görüşdüm və başladıq səyahətə. Biz 4 nəfər idik deyə maşın kirayalaq dedik həm şəhəri həmdə şəhər ətrafını gəzmək üçün əlverişlidir. America Rente cardan Cip götürdük 3 günlük. 4 nəfərə 330 manat ödədik. Maşına benzin vurmaq məsələsidə var. Buda 180 manat. Çünki dolu qaytarmaq lazımdı maşını
 
???? Qalmağa yeri Airbnbdən ev tutduq Playa del Carmendə. 5 mərtəbəli bina evidi şəhərin mərkəzində yerləşir. binanın üstündə gözəl bir hovuzu var. Evdə hərşey qaydasında idi. Evdən çıxan kimi restoranlar kafelər shopping mollar çox yaxındadı, elə küçə özü turistik bir yerdi. Bu evi 4 nəfərə tutduq, ümumi 3 günə görə 365 manat ödədik.

???? https://www.airbnb.com/rooms/16911597?s=67&shared_item_type=1&virality_entry_point=1&sharer_id=112376445

???? İlk günün planı Chichen İtzanı gedib görmək idi. Adı “Çiçen İtsa” kimi oxunur. Playa del Carmendən 185 km, hardasa 2 saatlıq məsafə aralıqda yerləşir. Magistral yola maşınla daxil olmaq üçün 20 manat ödəməlisiniz. Yol üstü Valladolid kəndinə baş çəkib gəzdik həmdə yemək yedik. Kənd çox rəngarəngdir. Daha sonra yola düşdük Chichen İtzaya.

 

WhatsApp-Image-2019-11-09-at-15.38.23-3

 
????Chichen İtza piramidi bir möcüzədir. Bu piramidin yerləşdiyi İtza bir maya kəndidir. 1841 ci-ildə Jhon L. Stephens tərəfindən kəşf olunub. Chichen İtzaya giriş bileti 43 manatdır. Maşın parking eləmək 7 manatdır. Birdən əlinizdə kamera görsələr 4 manat əlavə ödəməli olacaqsız. Saat 5 də bağlanır. Daha sonra Light Show başlayır bunu heç qaçırıb eləməyina. Mütləq daha öncədən bilet alın. Qiyməti isə 22 manatdır.

 

WhatsApp-Image-2019-11-09-at-15.38.23-5-768x768

 
????Tulum candır, cənnətdir, buranı səyahət etmək üçün ən gözəl vaxt dekabr – aprel aylarıdır. Tulumda görüləsi yerlər isə Casa del Cenote, Pyramid El Castillo. Archeological Zone of Tulumdur. Ora gedib də Ahau Tulum art önündə şəkil çəkməsəz lap günaha girmiş olarsız.
 
????Tulumda Mayalıların yaşadıqları yerə giriş bileti 6 manatdı əgər foto aparat görsələr əlavə pul vercəksiz ona görə öncədən gizlədin. Burda Mayalılardan qalmış yerləri görə bilərsiz həqiqətəndə möhtəşəmdir.
 
????Holbox adası bəh bəh hə buna deyərəm istirahət etmək. Elə neçə gündü qaça qaç ora get bura get yorğunçuluq. Bura isə istrahətin tam məkanıdı. Holbox adasına biz Playa del Carmendən maşın ilə hardasa 1 saat 40 dəqiqəyə getdik. Maşın parkinginə görə 5 manat ödədik. Daha sonra adaya getmək üçün qayıqdan istifadə etdik adam başı 14 manat edir. Böyük və ya kiçik qayıq fərq eləmir eyni qiymətdi. Yarım saata çatdıq adaya. Adada qiymətlər od tutub yanır dəhşət bahaçılıqdı. Axır bir restoran tapdıq adam başı yeməyə 15 manat ödədik. Dəniz üçün kirayə çətiridə qiymətin aşağı sala sala axır bir nəfər üçün 10 manata verdi.

 

WhatsApp-Image-2019-11-09-at-15.38.23-9-2

 
????Gran Senoteyə giriş bileti 16 manatdı. Bura daxil olduqda öncədən mütləq duş alıb başınızı yumalısınız. Su çox təmizdir içində isə balıq və tisbağalar var. Dərinliyi 2m-dən 25m-ə qədərdir.
Yeyib içmək və Restoranlar ????????
????Elə evdən bir iki addım uzaqlıqda yerləşən mənim favori restoranım El Sangha-Rito idi. Qulluğ super yeməklərədə söz ola bilməz. Qiymət isə 9 manat ödədim içki ilə birlikdə.
????Valladolid kəndində qəşəng bir restoran var adı Las Campanas-dır yeməklərin dadı super qiymət isə cibə uyğun. Ortalama yemək içki ilə birlikdə 10-12 manat xərciniz çıxa bilər.
☕️Chichen İtzada saat 5-ə kimi gəzib dolandıq daha sonra isə Light Show-nun başlamasını gözlədik elə bu arada da Oxtun kafedə oturub bir kof içdik. Bir kofe 5 manat.
????Chichen İtzadan döndükdə elə axşam idi yolda dayanıb şam yeməyi yeyək dedik bu arada yolda Los Pepes restoranı görüb getdik ora. Əgər kofe içmək istəsəz arxa tərəfində ☕️İtalian Kofe var orda əyləşib bir kofe içə bilərsiniz.
????Tuluma gedərkən El CAmello restoranında yemək yeyib daha sonrada☕️ Azul kafedə bir kofe içib Tulumun dadını çıxara bilərsiniz. Yeməyə 7 manat latteyə isə 6 manat verdim.
Vaxtınızı ayırıb oxuduğunuz üçün hərkəsə təşəkkür edirəm..

 

Əgər yazını bəyəndinizsə aşağıda olan Facebook düyməsini seçərək blogpostu Facebookda paylaşın ki, dostlarınız da yazılarımızdan xəbərdar olsunlar. Yox əgər Gəzəyənlərin yazılarından ilk xəbər tutmaq istəyirsinizsə aşağıda “abunə ol” bölməsinə mailinizi yazaraq düyməyə klikləyin. Hələlik bu qədər, növbəti yazılara qədər…

Paylaşdı: Seyid Hüseyn

DİGƏR BLOQLAR

Albaniyaya Səyahət

Albaniyadan salamlarBu mənim Albaniyaya ilk səyahətim idi.Qeyd edim ki,mən Yunanıstanda təcrübə proqramında olduğum üçün buradan getmişdim.Albaniyada 4 gün qaldım.3 bölgəsinə getmək fürsətim oldu.GjirokasterSarandeKsamilGjirokaster tarixi bir bölgədir.Şəhərin bəzi yerlərində özünüzü Qubada hiss etmiş kimi ola bilərsiniz.Əsas yer old city adlanan tarixi hissəsi idi.Mən axşam radələrində çatdığım üçün qalanı gəzə bilmədim,amma tarixi küçələrində belə gəzmək xoş oldu mənə.Şəhərdə gecə həyatı aktivdir,tipik balkan həyatı:dadlı yeməklər,danışan insanlar.Bu şəhərdə bir gün qaldıqdan sonra səhər Sarandeyə keçdim.Ksamil-bura 5 il əvvəl dənizi olan səssiz bir kənd olub.İndi isə turistlər tərəfindən kəşf olunduğu üçün kəndə bənzəmirdi.Dənizi çox gözəl,təmiz və pulsuz idi.Hava 28 dərəcə olsa da dənizə girmək üçün soyuq hiss etdirmirdi.Ksamildə bir gün qaldım.Qaldığım hotel çox rahat və dənizə 8 dəqiqə məsafədə yerləşirdi.Yenidən Albaniyaya qayıtsam bu şəhəri görmək üçün olacaqSarande-Ksamildən Sarandeyə məsafə 20 dəqiqədir və yerli busla rahatlıqla gedə bilərsiniz.Sarande də hava isti olduğu üçün hər kəs dənizdə idi.Şəhər çox turistik bir yerdir,dadlı yeməkləri və mehriban insanları ilə yadımda qaldı.Azərbaycandan olduğumu deyəndə çox sevinirdilər.Qaldığım hotellər haqqında çox münasib olduğunu deyə bilərəm,amma yay aylarında daha baha olacağını dedilər.Mən yenə də yerləşdirirəm buraya.Ksamil-Vila BakaSarande-Enia's apartmentGjirokaster-yadımda deyil Albaniya mətbəxi-Mənim üçün səyahətdə görməli yerlərdən daha çox dadlı yeməklər mühümdür.Alban mətbəxi demək olar ki,türk mətbəxi ilə bənzərdir.Tave Kösi sınamağınızı tövsiyə edirəm,börəkləri və musakkaları dadlı idi. Albaniyada transport o qədər də yaxşı inkişaf etməyib.Köhnə stil buslardan istifadə olunur və standart vaxtda gəlmirlər bəzən.Xidmət sektorunda isə biraz diqqətli olmağı tövsiyə edərdim.Qabağa düşmək istəyənlər orada da var.Məsələn,restoranlarda menudakı qiymətlə hesabdakı qiymətdə fərqlər olur.Hamınıza xoş istirahətlərPaylaşan: Aghgul Feyziyeva

79 dəfə oxunub

Napolidən Salernoya uzanan Amalfi sahilləri

Napolidəki bütün otel, apartament və hostelləri bu linkdən book (bron) edə bilərsiz. Əziz gəzəyənlər, bugünki səfərimiz dilinə öz sözlərimizi gətirməkdə çətinlik çəkən gözəl vətəndaşlarımızın şəkillərini görəndə “Uydaa, krasota, toje xoçu” dedikləri ecazkar Amalfi körfəzi və ətraf ərazilərdir. Bununla həm Sorrento yoxsa Salerno məsələsinə öz yanaşmamı bildirməyə, həm də “ora”ların yalnız Kapri, Positano və Amalfidən ibarət olmadığını dəqiqləşdirmiş olacağıq. Səyahət ardıcıllığı Napoli- Kapri- Sorrento- Positano- Fiordi di Furore- Pianollo- Amalfi- Atrani- Ravello- Vietri sul Mare- Salerno formasındadır. Napolinin Beverello Limanında 23-25 avro gəmiyə (katerə) ödəniş etməklə yollanırıq Kapriyə. Adaya çatan kimi adayla üzbəüz sol çiyniniz istiqamətində funikulyor sizi gözləyəcək. Funikulyordan 50 metr aralıda Tabacchi-də bilet ala və ya elə eyni qiymətə ətrafdakı “guide”lardan əldə edə bilirik. Funikulyordan düşdükdən sonra sosial şəbəkəyə şəkil qoymaq üçün gəzə-gəzə gəlirik Giardini di Augusto parkına (giriş 2-3 avro). Doyunca mənzərəni seyr etdikdən sonra piyada “pereval”ı ilə sərinləmək üçün düşürük Marina Piccola çimərliyinə. Çimərliyin dadını çıxarıb elə 100 addım yuxarıdan avtobusla AnaKapriyə yollanırıq, Anakapridən təkbaşına funikulyorlar ilə ( qış xizək funikulyorları kimi) Piscina della Canzoneyə qalxırıq və adanın bir də bu istiqamətdən panoramik dadını çıxarırıq. Funikulyor bir tərəfli 11 avro, ikitərəfli 14 avrodur, lakin qayıdanda bileti yoxlamırlar. Funikulyor ilə Anakaprinin mərkəzinə endikdən sonra miniavtobuslar ilə yollanırıq gecəni Sorrentoda gecələmək üçün Kaprinin mərkəzinə (limanına). Təəssüf ki, 1 günə fiziki olaraq yazdıqlarımdan artıq birşey etmək olmur (olar, nəyisə ixtisar etməklə). Buradan 16-18 avro verib katerlərlə yola düşürük Sorrentoya. Niyə Sorrento? 1. Sorrento məsafəcə daha yaxın və ucuzdur. 2. Gecələmək üçün qiymətlər uyğundur. 3. Səhər Positanoya ən tez və ucuz yola düşmək üçün ideal məntəqədir. Növbəti günü səhər tezdən yuxudan effektiv ayılmaq üçün Sorrentodan yollanırıq 45cə dəqiqəlik məsafədə çimərliyin dadını çıxarmaq məqsədilə Bagni Regina Giovannaya (şiddətlə tövsiyə edirəm). Sərinlədiyinizi hiss etdikdən sonra avtobusla mərkəzə, ordan da 2.20 avroya Positanoya yola düşürük. Positanoda ödənişli (35-40 avro) və ödənişsiz çimrəliklərdə də çimərliyin dadını çıxara bilərik, lakin daha yaxşı çimərlik günün sonunda bizi gözləyir. Positanonun ara küçələrini gəzdikdən düşdüyünüz dayanacağa qayıdıb yaxın mağazadan 2.20 avroya bilet alıb Amalfi, Sorrento istiqamətli ixtiyarı avtobusa minib düşürük Fiorde di Furore dayanacağında. Burada bizi körpünün altında möhtəşəm, hüzur dolu çimərlik gözləyir. Çimərlikdən isə gecələmək üçün çimərliyin yerləşdiyi ərazinin bir üst qəsəbəsi olan Pianilloya yola düşürük. Necə? Düşdüyümüz dayanacaqdan 2-3 dayanacaq gedib, düşürük, və qəsəbəyə qalxan digər avtobusla qəsəbəyə gedirik. Qəsəbədə şiddətli tövsiyə edə biləcəyim otel Antico Mulino (büdcəli və səhər yeməyi daxil), restoran isə “Langolo Dei Sapori”. Gecəni qəsəbədə keçirib səhər tezdən mərkəzdən eyni qiymətə avtobusla yollanırıq Amalfiyə. Amalfidən doyunca gəzdikdən sonra gəzə-gəzə Atraniya keçirik, Atranidən isə avtobusla Ravelloya, biraz daha içərilərə və panoramik baxış bucağı nöqtəsinə yollanırıq. Ravellonu əminəm ki, çox bəyənəcəksiz. Qəsəbələr haqqında və görməli yerlər haqqında yazsam yazı daha-daha geniş olacaq. Google-dən rahatlıqla tapmaq mümkündür. Ravelloda gəzişdikdən sonra (mənə Amalfidən daha xoş gəldi) düşdüyümüz dayanacaqdan Salernoya gedən avtobuslara minirik və ya ayaqla aşağı enən pilləkənlərlə 20-25 dəqiqəlik çətin enişdən sonra başqa dayanacağa çıxıb Salerno avtobusu ilə Salernodan öncəki Vietri sul Mare dayanacağında enə bilərsiz. Bu məntəqə digərləri ilə müqayisədə qatar yolu olan yeganə məntəqədir. Seramik aksessuarlar və suvenirlər almaq istəyirsizsə özünüzü bura saxlaya bilərsiniz. Vietri sul Mareden isə 1.30 avroya qatarla Salernoya yollanırıq. Salernonun mərkəzi küçəsini gəzib İtaliyada barmaq sayı tövsiyə etdiyim yerlərdən biri “Pizzeria da Michele”-də axşam yeməyi yeyərək Salernoda gecələyir və ya gecə avtobusları ilə (Flixbus, İtabus) Romaya yollanırıq. Əgər iki nəfərsizsə və sözün əsl mənasında yaxşı skuter sürə bilirsizsə Sorrentodan 50-60 avroya skuter götürməyiniz gəzintinizi həm sürətli həm də daha effektiv edəcək. Yollar kifayət qədər dar olduğundan istirahətin ciddi bir hissəsini nəqliyyatlarda keçirməli olacaqsız. Qeyd: Sorrentodan- Amalfiyə, Amalfidən- Positanoya, Positanodan- Salernoya katerlərlə də getmək mümkündür. Sadəcə olaraq avtobusla 2.20 avro olduğu halda katerlə ortalama 15-20 avro arası qiymətlər dəyişir. Bura qədər oxuduğunuz üçün təşəkkürlər. Ümid edirəm paylaşım gəzəyən yoldaşlarımız üçün faydalı ola bildi. Əgər yazını bəyəndinizsə aşağıda olan Facebook düyməsini seçərək blogpostu Facebookda paylaşın ki, dostlarınız da yazılarımızdan xəbərdar olsunlar. Yox əgər Gəzəyənlərin yazılarından ilk xəbər tutmaq istəyirsinizsə aşağıda “abunə ol” bölməsinə mailinizi yazaraq düyməyə klikləyin. Hələlik bu qədər, növbəti yazılara qədər…Paylaşdı: Tural Hasanli

1056 dəfə oxunub

Cənubi Amerika - Boliviya bələdçisi

Boliviyadakı  bütün otel, apartament və hostelləri bu linkdən book (bron) edə bilərsiz.Təəssüf ki, səyahət edən insanların əksəriyyətində Latın və Cənubi Amerika haqqında çox pis stereotiplər formalaşıb. Bu stereotiplər əslində səyahət sferasına aid olmayan ölkələrə gedən insanlar sayəsində formalaşır. Əlbəttə bu ölkələrin kriminal keçmişi olub və hal-hazırda da var, amma əslində bu bizim eşitdiyimiz və oxuduğumuz qədər deyil. Kimsə razılaşmaya bilər amma Cənubi Amerikada olduğum müddətdə heç bir kriminal və qorxulu vəziyyətlə rastlaşmadım. Nəzərə alsaq ki, səyahətin əksər hissəsini gecələr avtobusla bir şəhərdən o biri şəhərə gedməklə keçirirdik. Hətta Boliviyaya şimalda Perudan avtobusla girib, ölkənin yarısını gəzib, Cənubdan Argentinaya girdik. Bu ölkə mənə görə C.Amerikanın ən kasıb ölkəsidi. Düzdü Venesuelada bizdəki peraşki(ət) puluna 2 gün 3 ulduzlu oteldə qalmaq olur, amma bunun səbəbi ölkədəki böhrandı.Boliviya vizasının sərhəddə 100 usd tərləyib almaq olur. Ölkədəki böyük şəhərlərdə gəziləsi və görüləsi elə də çox yer yoxdu. Amma bu ölkələrin ruhunu, mədəniyyətini, mətbəxini məhz böyük şəhərlərdə hiss eləmək, dadmaq olur. Boliviyada dünyanın ən hündür kanat yolu (cable car), dünyanın ən böyük duz gölü və dünyanın ən hündür gölü yeləşir. Ölkə çox ucuzluqdu. Səyahəti bütünlüklə avtobusla etdik. Kiməsə lazım olsa "RedBus" app yükləyə bilər avtobus bronu üçün. Küçə alveri və küçədə şou göstərənlərlə La Pazın küçələri dolu olur. Bir neçə dəfə göstərdikləri şoulara baxıb nəsə anlamağa çalışırdım və anladığım tək şey o oldu ki, millətin gülməyə ehtiyacı var.Ölkəyə girər girməz dünyanın ən hündür gölü olan Titikakanın (3812 m) buzlu sularında çimdik (must do siyahıda idi), La Paza gedib ən hündür cable cara mindik, əsrarəngiz, yerlə göyün birləşdiyi Uyunidə duz vannası qəbul elədik (rematizmam keçdi) və ən sonda Argentina ilə sərhəddə dünyanın ən ucuz otelində gecələdik.Villazonda cəmi 3 otel var, ən bahalısı səhər yeməyi daxil 7 usd idi. Səhər yeməyi barədə ayrica post yazacam????. Argentina, Peru, Boliviyanı gəzdikdən sonra o qədər çox bu ölkələrə vuruldum ki, bu stereotiplərin, forumlarda olan "gedmiyin" tipli rəylərin niyə dəyişmədiyini anlamağa çalışıram. İnkişaf etmiş ölkələrdə bəli sivilizasiya var, bəli mədəniyyət var, tarix yalnız bina fasadlarında qalıb, ölkələrin ruhunu hiss etdirən heçnə qalmayıb, amma bu ölkələrin ruhunu təyyarədən enəndə artıq hiss eləyirsən, tarixi tək bina fasadlarında yox, insanların üzlərində hiss eləyirsən. Bunu da göznən görmək və hiss etmək üçün forumları oxuyaraq getməkdən imtina etmək yox, əksinə pis stereotipləri qırıb bu ölkələrin içinə dalmaq lazımdır.Əgər yazını bəyəndinizsə aşağıda olan Facebook düyməsini seçərək blogpostu Facebookda paylaşın ki, dostlarınız da yazılarımızdan xəbərdar olsunlar. Yox əgər Gəzəyənlərin yazılarından ilk xəbər tutmaq istəyirsinizsə aşağıda “abunə ol” bölməsinə mailinizi yazaraq düyməyə klikləyin. Hələlik bu qədər, növbəti yazılara qədər…Paylaşdı: Agazade Rasim 

938 dəfə oxunub

Yaşıllıq, dəniz və qırmızı kərpiclər şəhəri - Oslo

Bu il Yeni ili keçirmək üçün Norveçə 2 günlük səyahətə getdim və Osloda yeni il keçirdim.Ümumiyyətlə, Osloda ilk getdiyim yer hamımızın TQDK-nın coğrafiyasından çox yaxşı tanıdığı, Avropada neft və qazla zəngin nadir yerlərdən olan Şimal dənizinin Norveç sahili idi. Və ilk görüşdə sevgi kimi, gördüyümün yalnız dəniz və günəş olmasına baxmayaraq, yarım saat ancaq sahilə baxdım. Şaxtalı hava, nazik buz bağlamış su, gözü kor edən parlaq günəş və Norveçə vurulmuş mən. (bu arada, bu cümlə həyatımda yazdığım ən bədii cümlə ola bilər).“İlk Skandinav ölkəsi” şokumu (təbii ki, belə bir şey mövcud deyil ancaq başqa cür həmin an keçirdiyim hisləri izah edə bilməzdim) keçirəndən sonra dənizin qırağındakı binanın “Oslo Opera House” (Oslo Operasının) olduğunu başa düşdüm. Bir az qəribə səslənsə də ora getməmişdən əvvəl bina haqqında eşitdiyim yeganə məsləhət “Ora gedirsənsə, mütləq ayaq yoluna gir, pulsuzdu” idi. Və mən binaya dırmaşmaq, pilləkənin üstündəki qarla oynamaq, yıxılmağa qədər hər şeyi etsəm də ayaq yoluna getmək yadımdan çıxdı. Amma “Google”-a inanaraq deyə bilərəm ki, həqiqətən də Operanın ayaq yolusu binanın özündən geri qalmırmış. Qısacası, əsl “skandinavskiy” modern memarlıq görmək istəyən Oslo Operasına getsin. Nə bilim e, çıxın binanın üstünə, sürüşün aşağı, qağayılara yem atın və ən əsası da çoxlu şəkil çəkdirin!Onu da deyim ki, Oslo həqiqətən də çox bahalıdır. Mənim kimi səhər yeməyi üçün Norveçin ən ucuz marketi “REMA 1000”-ə gedə bilərsiz hansı ki, bizim Oba marketin ögey qardaşıdır. Amma ən ucuz kombinasiya olan portağal şirəsi və 2 şokoladlı maffini qiymətinin 115 kron yəni 23 manat olduğunu da unutmayın.Oslo operasından sonra ikinci turistik dayanacağım bir az  gəzdikdən sonra çatdığım Oslo domkirke-yi (Oslo Kafedralına) idi. Binanı ilk görən kimi ağlıma Göy Göldəki alman kilsəsi gəldi. Hər ikisi arxitektura cəhətdən bir-birini xatırlatsa da maştabları arasındakı fərqi yəqin ki, vurğulamağıma ehtiyac yoxdur. 1690-cı illərdə tikilmiş kafedralın qarşısına Danimarka kralı 4-cü Kristianın heykəli qoyulub. Amma maraqlı sual budur ki, o kralın burada nə işi var?? Belə ki, imperializm dövründə mövcud olmuş Danimarka krallığının tərkibinə Norveç və hətta İsveçin bəzi hissələri daxil olub. Ona görə də Danimarka kralının heykəlini burada görmək heç də təəccüblü deyil. Aşağıda 2 dənə 10 manatlıq hot-dog yeməmişdən əvvəl şəklini çəkdiyim Oslo kafedralının və xatirəsi əziz Kral Kristianı görə bilərsiz.Heç özüm də bilmirəm mənə nəsə olmuşdu yoxsa normalda Skandinav havası insanı acdırır, amma mərkəzə çatanda səyahətçinin başına gələcək ən pis hadisə ilə qarşılaşdım. Şəhər mərkəzində acıram???? Osloda hər addımbaşı insanın qabağına “Narvesen” butkaları çıxır. İçəridə ürəyiniz nə istəyir tapa bilərsiz, amma hot-dogları “prosto” superdi. Oslonun mərkəzində bu butkaların təkliflərindən ucuz ancaq su içmək olar, o da hər yerdə pulsuz olduğu üçün. 2 hotdog-a və içkiyə 30 manat verəndən sonra yenə də doymadım amma özümü o yerə qoymadım. Bəsdir, bu qədər də olmaz axı)))Yenidən sahilə düşdük və qarşımıza ilk çıxan yer elə “Norway Resistance Museum” (Norveç Dirəniş Muzeyi) oldu. Muzeydə diqqət mərkəzində olan əsas məsələ ikinci dünya müharibəsi dövründə norveçlilərin faşizmə qarşı göstərdiyi qəhrəmanlıqlardır. Muzeyin heç içinə girmək lazım deyil, çöldə müxtəlif növ artileriyanı, topları, tüfəngləri görə bilərsiz. Yaşıllıq, dəniz və qırmızı kərpicli binalar…İngilislər demiş, Norway at its best!Əgər yazını bəyəndinizsə aşağıda olan Facebook düyməsini seçərək blogpostu Facebookda paylaşın ki, dostlarınız da yazılarımızdan xəbərdar olsunlar. Yox əgər Gəzəyənlərin yazılarından ilk xəbər tutmaq istəyirsinizsə aşağıda “abunə ol” bölməsinə mailinizi yazaraq düyməyə klikləyin. Hələlik bu qədər, növbəti yazılara qədər…Paylaşdı: Tural Abbasov

2121 dəfə oxunub
Bizi izləyənlər siyahısına qoşulun!