246 dəfə oxunub

Rəngarəng Şri-Lanka bələdçisi

Kolombodakı bütün otel, apartament və hostelləri bu linkdən book (bron) edə bilərsiz.

Ş
ri-Lankayla bağlı çox suallar gəldiyi üçün post paylaşmaq qərarına gəldim.

Qeyd edim ki, turla getməmişdim. Vizaya özüm müraciət etdim, 52$ ödədim və təsdiq həmin günü gəldi.

Təsdiqin gəldiyi maildə arrival card üçün keçid olur və onu etmək və həmin arrival card-ı Şri-Lankaya endikdə immiqrasiyaya göstərmək lazımdır. Əvvəldən online etməsəniz,  hava limanında edə bilərsiniz və vaxt itirəcəksiniz.

Maldivdən Şri-Lankaya getmək çox rahatdır, təxminən bir saat çəkdi, müxtəlif hava yollarından münasib qiymətə biletlər tapa bilərsiniz. Mən Emirates seçdim.

İlk günü Kolomboda qalıb istirahət etdim.İş yoldaşım məni qarşıladı və Kolombonu biraz gəzdim, Sözün düzü Kolombodakı insanlarda nəsə qəribəlik var idi və o şəhəri tək gəzə bilməzdim. Uzun müddət adada yaşadığıma görə sahil deyil dağlıq şəhərlərdə qalmağa üstünlük verdim.

2-ci gün Dəmiryol stansiyasına getdim. Qeyd edim ki, 3 klass var. I  klass biletini ay yarım əvvəldən almağa çalışdım, amma biletlər satılmışdı. II klass bileti isə dəmiryol stansiyasından ala bilərsiniz, Qatar rahatdı, qiyməti səhv etmirəmsə 300 Şri-Lanka rupisi idi.

Əgər Nine arch korpusunden keçəcəksinizsə səhər 5:30 qatarıyla çıxmalısınız ki, havanın açıq olduğu vaxtda körpüyə çatasınız. Mən Ellaya qədər gedəcəyim üçün mənimçün fərq etmirdi və səhər 9:45 qatarı ilə çıxdım. Qatar cəngəlliklərlə, tunellərlə hərəkət edirdi və darıxmaq mümkün deyildi. Bəzən mağara kimi tunellərdən keçirdi. Divarlardan kiçik şəlalələr axırdı. Və belə axşam 8də Ellaya çatdım.

Sürücüyə qatarla gələcəyimi və məni Ellada gözlməsini demişdim. Məni orada qarşıladı, gəzintiyə növbəti gündən başladıq.

İlk Nine arch korpusu, sonra isə zip line-a getdim,Yelləncək 5$ ,zip line təxminən 30$ idi ,10$ da gopro ilə çəkiliş əgər istəsəniz.

Həmin yerdə yaxşı restoranlar, day pass alıb gedə biləcəyiniz hovuz,həm də başqa əyləncə növləri var, amma hündürlükdən qorxan biri kimi mənə Zipline kifayət etmişdi .

Elladan Nuwara Eliyaya getdik. Yolda məbədlərdə saxladıq. Qeyd edim ki, məbədlərə güdəcəksinizsə uzun geyinməyiniz məsləhətdi. Yoxsa məbədlərə giriş qadağandır:

Nuwara eliya havası digər bütün şəhərlərdən fərqlidi.

Nuwarada ilk öncə qədim poçt məntəqəsinə, ordan da çay plantasiyalarına getdim. Çay plantasiyalarında gözəl qarşılayır,  məlumat verilir. Çay yığa, fabriki gəzə bilərsiniz. Sonda isə sizi çaya qonaq edəcəklər. Əgər başqa çaylar dadmaq istəsəniz ödənişlidir və çox ucuzdur. Çay plantasiyasının özündə çay dükanı var və qiymətlər münasibdir, Ordan aldığım çaylar hamısı bəyənildi. Getdiyim çay fabrikinin adı Blue Field Tea Factory.

Nuwara şəlalərinə getsəniz şəlaləni tam görmək üçün pilləkənlərlə sona kimi getmək lazımdır.

Kandy

Ambuluwawa qülləsinə çıxıb şəhəri yuxarıdan izləyə bilərsiniz. Ora çıxıb-düşənə kimi bildiyim bütün duaları oxudum.

Kandydə Oak Ray Regency otelində yerləşən ipək dükanına gedib təmiz ipəkdən geyimlər ala bilərsiniz. Parçaların ipəkdən əl ilə necə hazırlanmasına baxa, milli paltarlar geyinib şəkil çəkdirmək olur və ipəkdən nə istəsəniz ala bilərsiniz . Digər mərtəbəsində çox böyük hədiyyə dükanı yerləşir ki, oradan da Şri-lankaya aid nə istəsəniz tapa bilərsiniz.

Pinnawala

Pinnawalaya Sirf filləri görmeə üçün getdim. Filləri çaya gəldikdə görmək mümkün idi. Sürücü çöl fillərinin bir az təhlükəli ola biləcəyini dedi və biz Millennium Elephant Foundationa getdik. Burada sizə bələdçi verilir. Fili yemləyə bilərsiniz (yoldan meyvələr almışdıq),fili sürə, çayda çimdirə hətta fil də sizi çimdirə bilər. Bunlar hamısı 20$.

Və son günü uçuşdan əvvəl Kolombo turu etdik .

Qaldığım otellər

Rockwell Colombo

Ravana range Ella

Kandy Cabana

Queens ridge Kandy

Otel seçimində harada yerləşdiyinə baxmadım. Çünki sürücü hər yeri tanıyırdı.

Ən sevdiyim restoranlar:

Ella Chili restaranı

Kandy oak ray regency otelinin restoranı.

Yazım biraz uzun ola bilər, amma qısa desəm Şri-Lankaya getməyə dəyər. Mən vaxtım az olduğu üçün qısa müddətlik egtmişdim. Əslində ən az 10 gün qalmaq istəyərdim və bir də getsəm yenə də sürücüsüz gezməzdim.

Şri-Lankaya gedib yemək tapa bilməyənləri də anlamadım .

Yeməkləri çox dadlı və hər yerdə demək olar ki, beynəlxalq metbəx var.

Və ən əsası meymunlara çox yaxın durmayın, balkonlariın qapısını da açıq qoymayın.

 

Əgər yazını bəyəndinizsə aşağıda olan Facebook düyməsini seçərək blogpostu Facebookda paylaşın ki, dostlarınız da yazılarımızdan xəbərdar olsunlar. Yox əgər Gəzəyənlərin yazılarından ilk xəbər tutmaq istəyirsinizsə aşağıda “abunə ol” bölməsinə mailinizi yazaraq düyməyə klikləyin. Hələlik bu qədər, növbəti yazılara qədər…

Paylaşdı: Fidan Mamedova

DİGƏR BLOQLAR

Vatikan - muzeylər

Vatikandakı bütün otel, apartament və hostelləri bu linkdən book (bron) edə bilərsiz.Romaya və Vatikana səfər edib muzeylərə pul ödəməyim və pulum cibimdə qalsın deyirsinizsə nəzərinizə çatdırım ki, hər ayın ilk bazar günü Romada olan muzeylər, hər ayın son bazar günü, saat 09-14:00 aralığında isə Vatikanda olan muzeylərə giriş pulsuzdur. İndiyə kimi qrupda Vatikan haqqında bir çox post görmüşəm və bir çoxunda Vatikan üçün xeyli miqdarda pul ödədiklərini yazıblar. Onu deyim ki, Vatikanı gəzmək üçün heç də 50-60 avro pul ödəmək lazım deyil.Vatikan muzeyi və Sistine Şapelinə giriş qiyməti 17 avrodur, Postun sonunda göstərəcəyim saytlardan online rezervasiya edib sıra gözləmədən gəzə bilərsiz. Online rezervasiya üçün əlavə 4 avro ödəmmək lazımdır. Tələbələr üçün endirimli qiymət 8 avrodur. St Pietro Bazilikasına giriş pulsuzdur, qarşısında xeyli növbə olur, bunun üçün səhər saatlarında gedib növbəni 15-20 dəqiqəyə keçmək olur. St Pietro Bazilikasının ən yuxarı hissəsində olan qübbəyə qalxıb möhtəşəm Vatikan mənzərəsini görə bilərsiz.Buraya çıxmaq üçün girişdə 5 avro ödəyib 550 pillə qalxmaq lazımdır və yaxud 7 avro ödəyib pillələrin ilk 230-nu liftlə qalxa bilərsiz. Amma əsas çətinlik elə növbəti 320 pillədə olduğu üçün boşuna 2 avro əlavə ödəməyin. Sona doğru keçid çox darlaşır və eyni anda 1 nəfər ancaq irəli hərəkət edə bilir. Bizim qarşımızda yaşlı insanlar qalxdığı üçün son 50 pilləni bəlkə də yarım saata qalxdıq. Zirvəyə çatdıqda isə insan heyran olur. Möhtəşəm Vatikan mənzərəsi ayaqlar altında olur. Mənzərəyə heyran olub burada ən az 1 saata yaxın vaxt keçirdim.Vatikanda mütləq görülməsi yerlərdən biri Sistine şapelidir. Rafael, Leonardo da Vinci, Caravaggio kimi məhşur sənətkarların əsərlərini, Michelangelonu şapelin tavanına çəkdiyi portretləri gördükcə adamın ağzı açıq qalır. Dan Brown kitablarının fanatısınızsa Vatikan səyahətini tam başqa hisslərlə və gözlə edəcəksiniz. 1932-ci ildə memar Giuseppe Momo tərəfindən hazırlanmış spiral nərdivanlar isə əsl foto çəkiləsi yerdir. Vaxtınız varsa Vatikanı qaranlıq düşdükdən sonra da görün. Səyahətiniz zamanı Vatikana ən az 1 gün vaxt ayırın. Vatikan səyahətinin tək mənfi tərəfi hər yerdə insan selinin olmasıdır. 0.44 km² ölçüsü ilə dünyanın ən balaca ölkəsi hesab edilən Vatikan hər il 5-6 milyon aralığında turist qəbul edir. Sonuncu Vatikan səyahətindən yadımda qalan bunlardır, əlavə suallarınız varsa cavablaya bilərəm.http://www.museivaticani.va/content/museivaticani/en.html) (https://biglietteriamusei.vatican.va/musei/tickets/do…Əgər yazını bəyəndinizsə aşağıda olan Facebook düyməsini seçərək blogpostu Facebookda paylaşın ki, dostlarınız da yazılarımızdan xəbərdar olsunlar. Yox əgər Gəzəyənlərin yazılarından ilk xəbər tutmaq istəyirsinizsə aşağıda “abunə ol” bölməsinə mailinizi yazaraq düyməyə klikləyin. Hələlik bu qədər, növbəti yazılara qədər…Paylaşdı: Gəzgin Həyat

1418 dəfə oxunub

Moskva bələdçisi

Salam DostlarBu gün sizlərlə Moskvaya Səyahət Təcrübəmi bölüşmək istəyirəm. Ümidvaram postum kimlərəsə faydalı olar. 1. Səyahət Öncəsi: Moskvaya gediş dönüş biletimi Aeroflot-dan 850 manata əldə etmişdim( Economy Class+10 kg Baqaj). Səyahətdən maksimum 72 saat əvvəl PCR testi vermək lazımdır. Mən testi Neftçilər stansiyası yaxınlığında yerləşən 18 nömrəli birləşmiş şəhər xəstəxanasında verdim. Testin qiyməti 40 manat idi və 1 gün ərzində hazır oldu. Test nəticəsini xəstəxanadan götürməyə ehtiyac olmadı, sadəcə travel. its. gov. az-da şəxsi məlumatları qeyd edib nəticəni çap etmək olur.2. Moskvaya uçuş: Aeroport-da check-in uçuşdan 3 saat əvvəl başladı. Çəkisi 5kg olan bel çantamı kabinə keçirməyə icazə verdilər( P.S. Böyük səyahət çamadanı keçirənlər də var idi). 3 saat sonra Moskvaya, Sheremetyevo hava limanına eniş etdik və ilk şokumu passport kontrolda yaşadım. Aeroport işçisi ingilis dilini bilmirdi, və rus dilində zəif danışan biri olaraq kommunikasiya qurmaqda çətinlik çəkdim. Elə bu an başa düşdüm ki, səyahətimin ardında dil barədə çətinliklər çəkəcəm. Aeroport daxilində müxtəlif mobil operatorların mağazaları var idi və 650 rubl ödəyərək beeline nömrə aldım( 50gb internet+700 dəq danışıq daxil).3. Moskva:Əvvəla onu deyim ki, Moskva deyib keçməyin, hər küçəsi tarix və sənət əsərləri ilə dolu bir şəhərdir. Aeroport-dan Metroya Aeroekspress sürət qatarı ilə təqribən 1 saata çatdım( bilet 400 rubl). Moskvaya gəlmədən öncə telefona metro xəritəsi yükləməkdə fayda var. Əslində Moskva metrosu çoxlarının dediyi kimi qəliz deyil, metro daxilində hər yerdə işarələr olduğu üçün, telefonunuzda xəritə olarsa azmazsınız( metro gediş haqqı 60 rubl). Moskvadakı vaxtım məhdud olduğu üçün sadəcə ən məşhur yerləri gəzə bildim. Mən getdiyim ərəfədə Qırmızı Meydanda kitab festivalı olduğu üçün xeyli insan var idi. Rusların cavan nəsli əksəriyyəti ingilis dili bildiyi üçün və yaşlı nəslə nisbətən mehriban olduğu üçün onlarla söhbətləşə bildim. Amma 40+ yaşı olanlardan heç yol da soruşmaq olmurdu, rus dilində danışsam belə kobud cavab verirdilər.Azərbaycanla nisbətdə şəhərdə ərzaq qiymətləri təqribən 2 dəfə bahadır. Moskva barədə sevmədiyim digər məqam isə, bizdəki kimi böyük supermaketlərin az olmağıdır. Bəzi yerlərdə mini-marketlər var amma orda da çeşid az idi. Amma bütün bunlara baxmayaraq şəhər çox xoşuma gəldi və fikrimcə bir daha gəlib gəzməyə dəyər.4. Bakıya dönüş:PCR testini hava limanında 2750 rubl ödəyərək 1 saata əldə etdim( Növbə olmadığı üçün mən 1 saata əldə etdim, əsində bu qiymətə 2 saata hazır olur).Uçuş problemsiz oldu və 3 saat-a Bakıya çatdım.Sona kimi oxuduğunuz üçün minnnətdaram. Qismət olsa sonrakı yazımda Helsinki-yə səyahət təcrübəmi bölüşəcəm. Suallarınız varsa rəylərdə soruşa bilərsiniz.Təşəkkürlər,Şamil NiftəliyevƏgər yazını bəyəndinizsə aşağıda olan Facebook düyməsini seçərək blogpostu Facebookda paylaşın ki, dostlarınız da yazılarımızdan xəbərdar olsunlar. Yox əgər Gəzəyənlərin yazılarından ilk xəbər tutmaq istəyirsinizsə aşağıda “abunə ol” bölməsinə mailinizi yazaraq düyməyə klikləyin. Hələlik bu qədər, növbəti yazılara qədər…Paylaşdı:  Shamil Niftaliyev

1374 dəfə oxunub

İsrail bələdçisi - Tel Əviv, Qüds

Tel-Əvivdəki bütün otel, apartament və hostelləri bu linkdən book (bron) edə bilərsiz.Söz verdiyim kimi sizə İsrail səfərim haqqında yazacam. Bu səfəri mart ayından planlamağa başlamışdım və biletləri də elə martda vizaya sənəd verməmişdən qabaq risk edib almışdım. Biletlərə Wizz Air-dən ümumilikdə 400 Manat sərf etdimBakı – Abu Dabi – Bakı/ 129.97 AvroAbu Dabi – Təl Əviv – Abu Dabi/ 85.35 AvroTəl- Əviv hostel 312 AZNAbu Dabidə hostel gedib qayıdanda iki günə 50 AZNİstifadə etdiyim kartlar:UCard(Restoran və Supermarketlərdə 5%)Leokart(Bilet və Hostellərdə 7% lik kateqoriya seçmişdim)Premium bank Visa Miles(Lounges-da)BirKart USD( Digər bütün ödənişlər)Note: Kartla ödəniş edəndə ekranda Dirhəm ya Dollar, Şekel və ya Dollar seçimi çıxanda həmişə yerli valyutanı seçin çünki belə olanda ödəniş Azərbaycan Mərkəzi Bankının məzənnəsinə görə hesablanacaq, olduğunuz ölkədəki konvertasiya və digər komission haqlar tutulmayacaq.Abu Dabidə 8 saatdan artıq qalacağım üçün Transit Visa for 48 hours apply edə bilərdim. Bu Vizanı səfərdən iki həftə qabaq Passport, Viza və Uçuş biletlərinin skanını yükləməklə bir saat ərzində asanlıqla almaq olur. Bu həmin vaxt Əmirliyə daxil olmaq üçün yeganə pulsuz viza idi. 8 iyuldan artıq Əmirlik üçün heç bir viza tələb olunmurAbu-Dabi haqqında qısa təsüratım: Mənə görə sırf bu şəhəri görüb-gəzmək üçün getməyə deyməz şəhərdə Şeyx Zəyid böyük məscidindən başqa görməli yerlər çox məhduddur və May ayı olduğu üçün artıq temperatur 40 dərəcəni keçmişdi və ən azından bu ayda getmək heç məsləhət deyil.Növbəti gün səhər artıq Təl-Əvivə endim. Nə az nə çox düz 5 saat sorğu-sualdan sonra border control məni ölkəyə buraxdı. Qaldığım yer booking-dən rəy və şərhlərə baxaraq reserv etmişdim. 180 Boutique Hostel düz şəhərin mərkəzində dəniz sahilində bir hosteldir. Hostel 8 nəfərlik Mix room idi və bəxtimdən orda qaldığım müddətdə otaqda 4 nəfərdən artıq adam olmadı. Hostel 6 gün 5 gecə 312 AZN ödədimİsraildə yerli yəhudilərlə yanaşı dünyanın müxtəlif yerlərindən gələn Yəhudilər də yaşayır, mənə görə əksəriyyəti çox istiqanlı və yardım-sevərdir.Təl-Əviv çox gözəl, təmiz, bahalı və inkişaf etmiş şəhərdir. Şəhər Miami Beach-i xatırladır. Şəhərdə ən çox sevdiyim cəhət bütün sahil boyu kəsintisiz gözəl pulsuz çimərliyin olmasıdır. Bundan başqa çimərliklərdə bisetkalar, kölgələmək üçün çətirlər və bəzi yerlərdə stullar tamamilə pulsuzdur.Şəhərdə hərəkət etmək çox asandır və baha deyil. Şəhərin əksər yerində velosiped və skuter sürmək üçün zollaqlar var. İctimai nəqliyyatda çox yaxşı təşkil olunub. Şəhərdə hərkət etmək üçün iki APP-dən istdifadə etdim Əgər uzunmüddətli qalacaqsanızsaRav-Kav almaq məsləhət görülür [https://play.google.com/store/apps/details?id=com.mosko.ravkav](https://play.google.com/store/apps/details?id=com.mosko.ravkav). Bununla həmçinin qatarla səyahətlərdə də ödəniş edə bilrəsiz bilərsiz.Şəhər içi əsasən Hop on App-dan istfadə etdim [https://play.google.com/store/apps/details?id=co.hopon.client](https://play.google.com/store/apps/details?id=co.hopon.client)İstifadəsi çox asandır: Azərbaycan nömrəsi ilə qeydiyyatdan keçib bank kartınızı əlavə edirsiz və ictimai nəqliyyatda QR kodu skan etməklə gediş haqqınızı ödəyirsiz.Həmiçin şəhərdə Intel-in yüzlərlə Self-Driving taksiləri var, qiyməti baha olsa da maraq üçün minməyə dəyər.Təl-Əvivdə bizim İçərişəhərə bənzəyən Jaffa adlı qala divarları olan qədim şəhər də var. Siz burda dünyaca məşhur Suspended Orange Tree(Asılmış Portağal Ağacı) və Ginesin Rekordlar kitabına düşən dünyanın ən böyük polad qaşığını görə bilərsiz.Bundan başqa şəhərdə saysız incəsənət və müasir texnalogiya muzeyləri varki bir an da olsun darıxmayacaqsız.Qiymətlərə gəlincə bildiyiniz kimi artıq neçə illərdi Təl-Əviv şəhəri dünyanın ən bahalı şəhərləri içərisində Top 3-lükdə olur. Bu doğurdan da belədir. Restoranları və gündəlik istehlak oluna yeməli nə varsa bahadır. Adicə bir şaurmanın qiyməti40-60 Şekeldir(20-30 Manat). Məni təcübləndirən digər bir şeyin Böyük supermarketlər də gündəlik istehlak olunan amma yeyilməyən məhsulların qiymətinin Bakı ilə demək olar eyni olmasıdır. Bakıda həyat səviyyəsinin Təl-Əvivlə müqayisədə dəfələrlə aşağı olmasına baxmayaraq gündəlik məhsul və xidmətlərə görə eyni xərcin çıxması Bakının da yaşamaq üçün çox bahalı şəhər olmasının göstəricisidir.Bir günümü isə tamamilə Yerusəlim/Qüdsə sərf etdim. Şəhərə qatarla 2.5 saata, avtobusla 1-1.5 saata çatmaq mümküdür. Səhər 10-da artıq şəhərdə idik və hosteldə tanış olduğum Belarusdan olan Yəhudi oğlanla tramvaya minərək şəhər mərkəzinə doğru getdik. Müqəddəs şəhəri yenicə kəşf etməyə başlamışdıq ki amerikanlar demiş “out of nowhere” 17 yaşında Ortodox Yəhudi bizə yaxınlaşdı və israr etdiki yoxe-yox mən sizə bütün şəhəri, görməli yerləri gəzdirəcəm. Çox sağolsun bizə bələdçilik etdi vaxt itirmədən bütün məşhur yerləri göstərdi. Ağlam Divarı, İsa peyğəmbərin çarmıxa asılmağa aparılarkan keçdiyi ərzailəri göstərdi. Şəhərin ərəblər yaşayan hissəsində yalnız müsəlmanların buraxıldığı əraziyə də keçdim. Girişdə duran avtomatlı əsgər məni buraxmırdı deyirdi: You’re too white, you can’t be a Muslim. Azərbaycandan olduğumu, xarici pasportumu göstərsəm də bir xeyri olmadı. Dedi: Kəlme şəadəti bilirsən? dedim hə, elə Əşədi ənna demişdim ki dedi you can pass. Həmin yerdə Məkkə və Mədinədən sonra İslamda müqəddəs sayılan üçüncü məscid və ziyarətgah The Dome of the Rock/Qaya Günbəzi(Qızıl günbəzli məscid) var. Doğurdan da vallehedici bir yerdir.Bələdçimiz bunula da kifayətlənmədi bizi Ortodox yəhudilərin şəhərdə kompakt yaşadığı yerə apardı. Bir anlıq özümü orta əsirlərdəki kimi hiss etməyə başladım. Həmin ərzaidəki yəhudilər aqressiv olmasa da bir hissəsi qatı dindardılar(Ultra-Orthodox Jews) və müsair həyat və texnologiyadan uzaq insanlardılar. Bələdçimiz dedi ki həmin adamların əksəriyyəti heç bir yerdə işləmir azı 4-5 uşaqları olur və dövlətdən aldığı yardımla dolanırlar.Beləcə İsrail macərası da belə bitdi. Yenidən səyahət etmək istəyərəmmi? - Hə. Nəyə görə? Ölü dənizi görmək və getdiyim yerləri yenidən kəşf etmək üçün.Əgər yazını bəyəndinizsə aşağıda olan Facebook düyməsini seçərək blogpostu Facebookda paylaşın ki, dostlarınız da yazılarımızdan xəbərdar olsunlar. Yox əgər Gəzəyənlərin yazılarından ilk xəbər tutmaq istəyirsinizsə aşağıda “abunə ol” bölməsinə mailinizi yazaraq düyməyə klikləyin. Hələlik bu qədər, növbəti yazılara qədər…Paylaşdı: Elchin Namazaliyev

235 dəfə oxunub

Bali- Tanrıların adası-Part 2

Balidəki bütün otel, apartament və hostelləri bu linkdən book (bron) edə bilərsiz.Birinci yazıdan sonra gələn çoxsaylı suallardan sonra ikinci yazının yazılması qaçınılmaz oldu. Qatar Airvvays ilə Baliyə 13-14 saata getmək mümkündür, lakin Baliyə ucuz bilet axtaranlar AirAsia vasitəsilə istənilən ayda 650 dollardan başlayan qiymətlərlə Baliyə gediş-dönüş bileti tapa bilərlər.Bu zaman aeroportlardakı gözləmə saatını nəzərə alaraq təxminən 1 sutkaya adaya çata bilərsiniz ama sizin üçün sərfəli olar. Həmçinin THY ilə İstanbul-Jakarta və Airasia ilə Jakarta-Bali reysindən istifadə edə bilərsiniz. (kiwi.com-dan bilet qiymətləri ilə maraqlanıb sizə ucuz olanı seçin)Bali haqqında ümumi məlumatı keçən dəfə yazmışdım. Bu dəfə isə ada haqqında ətraflı məlumat, gedə biləcəyiniz yerlər, adanın hansı səbəbdən dünyanın ən gözəl yerlərindən biri sayılması barədə danışmaq istərdim. Deməli adaya getməmişdən əvvəl Elizabeth Gilbertin “Eat, Love, Pray” kitabını oxumağınızı və J.Robertsin baş rolda olduğu həmin adlı filmi izləməyinizi məsləhət görərdim. Həm kitab, həm də ki, film sizin Baliyə olan baxışınızı daha da müsbət mənada dəyişəcəkdir. Bu adada bir sehir var və oraya getdikdən sonra bunu hiss edəcəksiniz. Baliyə gedərkən 1 həftəlik getməyin mənası yoxdur. Çalışın 10 gündən çox edin müddəti, adada qiymətlər onsuz çox ucuzdur. Bali adası 4 əsas bölgədən ibarətdir: Nusa Dua, Kuta, Seminyak, Ubud.Bu bölgələrin hər birinin yüzlərlə gözəl və gəzməli yerləri vardır. Lakin bunlardan birində qalıb digərlərinə taksi ilə gedib-gəlsəz bu nisbətən baha olar. Ən yaxşısı 4 gün Nusa Dua, 5 gün Kuta və Seminyak, 4 gün Ubud, 1 gün isə daha sonra ətraflı məlumat verəcəyim Gili adalarında qalın. Beləcə yolxərcləriniz xeyli azalacaqdır. Məsləhət görə biləcəyim oteller: Nusa Dua bölgəsində Santika Siligitai oteli(Okeana 5 dəqiqəlik məsafədədir, gecəsi 2 nəfər üçün 50 manat civarındadır. Ubud bölgəsində isə gecəsi 25 dollar olar linkini atacağım bu villanı tutmağı məsləhət görərdim. (https://www.youtube.com/watch…) Əvvəlcə deyim ki, Bali dünyanın ən gözəl sörf edilə biləcək yerlərindən biri, bəlkə də birincisidir. Bütün Avstraliya və dünyanın bir çox ölkələrindən insanlar sırf sörf üçün bu adaya gəlirlər. Sörf eşidib gözünüz qorxmasın, çünki 10-20 manat ödəyib təxminən 2-3 saatlıq hazırlıq keçməklə rahatca sörf etməyi öyrənmək mümkündür. (Kuta plyajında yeni başlayanlar rahat öyrənə bilərlər). Sörfdən alınacaq həzzi isə sözlərlə ifadə etmək istəməzdim, yaşamaq lazımdır. Ada 4 bir tərəfdən hind okeanı ilə əhatə edilibdir və bütün hissələr sörf üçün yararlıdır. Balidə getməyinizi məsləhət bildiyim yerlər: Sahillər- 1)Padang-padang beach- Mavi suyu, qızılı qumları ilə üzmək və istirahət üçün ideal sahildir. “Eat, Love, Pray” filminde Julia Roberts’ın oğlanla tanış olduğu sahildir.2) Dreamland beach- Sahilə Nusa Dua bölgəsindən taksi ilə 10 dəqiqəyə getmək mümkündür. Narın qumları və çox az adamın olduğu bu sahili mütləq görmək lazımdır. 3) Jimbaran Beach- Günəş çıxması və batımını izləmək üçün ideal məkandır. Minlərlə turist səhər gün çıxmamış sahildə öz yerini tutur. 4) Green Bowl Beach- Buranı az adam tanıdığından sahil çox sakitlikdir. Bu sahilin ən fərqli cəhəti sahilin kənarında mağaraların olmasıdır. Bu da sahilə ayrına bir gözəllik verir. (Balidə olan digər məhşur sahillər- Balian Beach, Bias Tugal, Karma Beach, Kuta Beach, Nyang Nyang, Sanur Beach, Geger Beach- Maraqlısı odur ki, heç bir sahil digərinə bənzəmir və hər birinin özünəməxsusluğu var. Netdə maraqlanıb sizə maraqlı olanlara gedə bilərsiniz).Mərkəzi Kuta və Seminyak şəhərlərində yerləşən eyni adlı kilometrlərlə məsafədə olan qumsallarda hər tərəfdə səslənən canlı musiqilərə qulaq asaraq günboyu Balinin məhşur pivəsi Bintang və muxtəlif meyvə shakelərdən (banana və cocos shake mütləq için) içib, okeanın və günəşin dadını almaqdan gözəl nə ola bilər. Bu arada içkilərin qiyməti çox ucuzdur.Məbədlər- Tanah Lot Temple- Sahildən 800 metr məsafədə, okeanın içində olan qayalıq üzərində yerləşən bu məbədə girmək üçün bəzi vaxtlar okean suyu səviyyəsinin aşağı enməsini gözləmək lazım olur. Möhtəşəm görünüşü vardır. Yaxşı fotolar çəkmək istəyirsinizsə buraya gün batımından 1 saat əvvəl getməyiniz məsləhətdir. Kuta şəhərindən 20 km məsafədə yerləşir.Tirta Ganga Temple- Möhtəşəm heykəlləri, hovuzları, yaşıllığı olan bir yerdir. Burada yerdən çıxan suyun yerli xalq tərəfindən Hindistanda olan Gaj çayından gəldiyinə inanılır və suyu müqəddəs sayılır.(http://www.bali-indonesia.com/attractions/temples.htm) -Bu adres vasitəsilə Balidə yerləşən 30 möhtəşəm məbədin fotolarına baxa, giriş saatlarını və günlərini öyrənə bilərsiniz.Secret Canyon Bali- Təsəvvür edin ipdən körpülər, kanyonlar və kanyonların arasında olan tərtəmiz su ilə gedərək kanyonlar arasında olan şəlaləyə çatırsınız. Şəlalənin arxasına keçdikdə isə sonu görünməyən mağara var. Buranı az adam tanıdığından və kanyonda az adam olduğundan mağaranın dərinliklərinə çox adam getməyə cəhd etmir.)))Tegallang Rice Terrace Bali- Baliyə olan hər turistin gəldiyi yerlərdən biridir. Möhtəşəm düyü terrasları ilə gəzib terrasın üzərində açıq havada yerləşən mini restoranda kokonut içib bu möhtəşəm mənzərəni izləyə bilərsiniz. Giriş haqqı 2-3 manatdır.Bali Safari and Marine Park- Fillərin üzərində gəzib, zebra, meymun, gərgədan və marallara yemək yedirtmək, aslanlarla fotolar çəkmək, dünyada çox az sayıda qalan ağ aslan görmək, eyni zamanda möhtəşəm adrenalinli aquapark istifadə etmək istəyirsinizsə buraya gələ bilərsiniz. Digər yerlərlə müqaisədə buranın paket qiymətləri nisbətən bahadır. (Muxtəlif paketlər var, təxminən 50 manatdan qiymətlər başlayır)Bundan başqa fəaliyyətdə olan vulkan olan Batur dağı, dağın aşağı hissəsində yerləşən Batur gölü və Rinjani dağına vaxtınız olarsa qalxmağınız məsləhətdir. Batur dağı və düyü terrasları arasında yerləşən kofe plantassiyalarına da mütləq gedin. Orada sizə 12 ayrı kofe və çay növlərini pulsuz içmək üçün təqdim edirlər. Xoşunuz gəldiyi olarsa mağazaya girib ala bilərsiniz, ölkəyə gətirmək üçün. Dadları möhtəşəmdir)).Balidə 20-dən çox möhtəşəm şəlalələr yerləşir. Tegenungan Waterfall, Gingin waterfall, aling-aling waterfall, Blahmantung waterfall, Singsing waterfall, Munduk Waterfall öz möhtəşəmliyi ilə seçilir.Baliyə gedənlər üçün Maldivlərdən heç də fərqlənməyən, hətta daha əyləncəli yer olan Gili adalarına getməyi yadddan çıxarmasınlar. Bu haqda da gələcəkdə ətraflı yazaram. Bali haqqında bu yazdıqlarım fikrimdəkilərin heç 10 faizi də deyil. Ama vaxtım az olduğu üçün bu qədərini çatdıra bildim. Gələcəkdə Gili adalarına getmə qaydaları və həmin adalar barəsində ətrafllı məlumat verərəm. Ümid edirəm kiçik də sizi məlumatlandıra bildim. Bu arada birinci hissəni oxumayanlar bu linkdən istifadə edərək həmin yazımı da oxuya bilərlər. (https://web.facebook.com/groups/gezeyenler/permalink/383096612085561/)Əgər yazını bəyəndinizsə aşağıda olan Facebook düyməsini seçərək blogpostu Facebookda paylaşın ki, dostlarınız da yazılarımızdan xəbərdar olsunlar. Yox əgər Gəzəyənlərin yazılarından ilk xəbər tutmaq istəyirsinizsə aşağıda “abunə ol” bölməsinə mailinizi yazaraq düyməyə klikləyin. Hələlik bu qədər, növbəti yazılara qədər…Paylaşdı: Рашид Азе 

2241 dəfə oxunub
Bizi izləyənlər siyahısına qoşulun!