1247 dəfə oxunub

Türkiyənin cənnət güşələrindən - Trabzon

Salam TRABZON haqqında geniş məlumat verəcəm sizə, səbriniz çatsa oxuyun.☺️
İlk öncə qətiyyən məsləhət görməzdim avtobusla ve ya maşınla gedəsiniz. Yol yorucudur, benzin bahadır. Tanımayan adam isə yaylalara qalxmaqda problem yaşaya bilər..

Biz Bakı-Batumi (Buta) aviareysi ilə səfər elədik. (114 azn 2 nefer gediş, budget). Batumi hava limanından 15 lariyə sərhədə gəldik, sərhəddi 3-5 dəqiqəyə keçdik. Sərhəddi keçəndən sonra taksilərə aldanmayın 35 Lirəyə buslar var (kondisionerli) Trabzon otogara aparir. (3-4 saat arası ) biz otogarın düz yanında qaldıq həm rahat həm sakitlik həm də hər yerə rahat getmək olur. Trabzon meydan çox çox qarışıqdır sıxlıqdır.
Biz Uzungölə (tursuz) getdik adambaşı 18 tl aparırlar (Çömlekçi dayanacağından). Çatan kimi geri dönüş bileti almağı qətiyyən unutmayın.. Uzungöl bir növ ticarət mərkəzinə bənzəyir, sanki gölətrafı ticarət mərkəzidir. Ərəblər hədsiz çoxdur. Qiymətlər normaldır yemək falan. Məsləhətlisi Uzungölə elə ən təpə mənzərədən baxmaqdır. (Kar otel-restoran) super mənzərəsi var. Otel olaraq 500 tldi gecəsi məlum məsələdi ki, çox bahadi. Restoran olaraq isə münasibdir. Çay künəfə ve ya muhlama yeyə bilərsiniz.

65166410_2382276188715787_758474177748402176_n

cam seyir terasi

65307810_2382276218715784_7434252127796461568_n

65489862_2382280845381988_7608302499191062528_n

65413226_2383770445233028_4147232434041126912_n

Biz səhəri gün tur götürdük. Macka turu 65tl adambaşı. Ən uyğun qiymətə almışdıq desəm yalan olmaz. Eyni turu 80-90 tlye alanlarda var idi. Bu tura getməyə həqiqətən dəyər. Alış-veriş üçün isə Forum Trabzon yalnız bura məsləhətlidir.
Trabzon meydandan gözləntiniz böyük olmasın deyərdim mənə görə elə önəmli yer deyil.. Bakırcılar Çarşısından gözəl ev əşyaları ala bilərsiniz eyni zamanda tekstil... Son gün meydanda qaldıq adi dükanlar falan var idi, qeyri-adi heç bir şey yoxdur.

 

bakircilar carsisi shemsiyyeli sokak

Qayıdanda yenə otogara gedib, 35 tl bilet alıb Batumiyə gəldik bu dəfə sıxlıq idi amma elə dəhşət gözləmədik 10-15 dəqiqə olar və ya olmaz.
Batumiyə gəldikdə isə Batumi mənasız yerdi (mənə görə). Kirli küçələr, gəziləcək yerlər çox az. Bakı Batumidən təmiz və səliqəlidir buna canlı şahid oldum.
Şişirdiləsi gözəlliyi yoxdur. Botanik bağ isə sadəcə 1 mənzərədən ibarətdir???? ve 15 laridir girişi 4 km gəzim sahəsi var hamısı sadəcə yaşıllıq ağaclıq. Bir sözlə Batumiyə getməyə əsla pul sərf etmərəm, sadəcə uçuşa görə 1 gün öncədən gəldik həm də gəzdik həvəslə başlayıb, məyusluqla bitirdik Batumi gəzintisin.
Bir iki nüans daha qeyd edimki əgər hamilə ikən uçuş edəcəksinizsə, təzyiqli hamilələrə QƏTİYYƏN məsləhət görmürəm.

Əgər yazını bəyəndinizsə aşağıda olan Facebook düyməsini seçərək blogpostu Facebookda paylaşın ki, dostlarınız da yazılarımızdan xəbərdar olsunlar. Yox əgər Gəzəyənlərin yazılarından ilk xəbər tutmaq istəyirsinizsə aşağıda “abunə ol” bölməsinə mailinizi yazaraq düyməyə klikləyin. Hələlik bu qədər, növbəti yazılara qədər…

Paylaşdı: Sumayya Xalilova

 

 

 

 

DİGƏR BLOQLAR

Buddanın vətəni və dünyanın ən hündür zirvəsinin yerləşdiyi mistik ölkəyə səyahət-Katmandu, Nepal

Bəzən insan real həyatdan uzaqlara qaçmaq, problemlərdən, ailə-məişət qayğılarından, zamanında cavablaya bilmədiyi məktubların kabusundan qurtulub heç kimin onu tanımadığı bir yerə getmək istəyir."İldə bir dəfə heç vaxt olmadığınız yerə gedin".Nepalın Katmandu Tribhuvan Beynəlxalq Aeroportu dünyanın ən təhlükəli hava limanlarından sayılır. Azərbaycan vətəndaşları vizanı hava limanında əldə edə bildiklərinə görə, 8 saatlıq səyahət çox insanı Buddanın vətəninə aparır. Hava limanına enər-enməz diqqəti dövlət bayrağı cəlb edir. Nepal dünyada bayrağı dördkünc olmayan yeganə dövlətdir. 2 üçbucaqdan əmələ gələn atribut Himalay dağının zirvələrinin, eyni zamanda Hinduizm və Buddizmin rəmzi hesab olunur."Hara gedirsinizsə, ora qəlbinizlə gedin".Nepalda səhər yeməyində Takali mətbəxini dadmaq məsləhətdir. Hind mətbəxindən fərqli olaraq, Nepalda yeməklər daha az ədvalı və az acıdır. Mətbəxin əsasını digər Asiya ölkələrində olduğu kimi, düyü təşkil edir və mis sinidə süfrəyə verilən yeməyin yanında müxtəlif məzələr təqdim olunur. Nepal mətbəxinin 2 özəlliyi var. Burada həm düyüdən, həm də məzədən istədiyiniz qədər götürə bilərsiniz. Digər məqam isə qidanın çox ucuz və istədiyiniz əlavələrin pulsuz olmasıdır. Nepalda nemətə böyük hörmət var. Buddizm fəlsəfəsindən irəli gələrək, qidanın israfı və gərəyindən artıq ərzaq istifadəsi bəyənilməz hal sayılır. Yemək dəstgahına daxil olan şirin qatıq isə deserti əvəzləyir. Takali mətbəxində yeməkdən sonra hər kəsə razyana və büllür şəkər təklif olunur. Bunları çeynəmək həm ağız sağlamlığına faydalıdır, həm də nəfəsi təravətləndirir.Tamel adlanan ticarət küçələri Katmandunun ürəyi hesab olunur. Sanki sonsuz uzanan küçələrdə əl işləri, suvenirlər, ərzaq mağazaları bir-birini əvəzləyir, gün çıxandan batanadək insan axını ilə rastlaşır, anlamadığın dildə səslər, musiqi sədaları eşidir, tacirlərin harayı isə qulaqda xoş bir ahəng kimi eşidilir. Küçələrdə dolaşmaq, ədvaların qoxusunu duymaq, bəsit və sadə şərtlərdə belə xoşbəxt olmağın mümkünlüyünü öz üzərində hiss etmək istəyirsən. Axı Nepal fərqli reallıqlar ölkəsidir."Bizi düşüncələrimiz tərbiyə edir, necə düşünürüksə, elə də oluruq".Fərqliliklər arzusu insanı möhtəşəm Durbar meydanına aparır. Katmandunun bütün yolları Durbardan başlayır. Burada kral sarayının əzəməti, Bazar meydanının səs-küyü, Kumari - yaşayan ilahənin qəsri və allahların şərəfinə ucaldılmış məbədlərin mistik ab-havası elə ilk andan insanı öz təsirinə salır.Hələ qədim zamanlardan Katmandu Nevark qəbiləsinə məxsus olsa da, sonralar müstəqil Nepal dövlətinin paytaxtına çevrilib. Şiva, Taleju, Krişna kimi allahların şəninə ucaldılmış məbədlər buranın ən qədim ibadət məkanlarındandır. Meydanda isə yüz illərdir ibadətlər, tacqoyma mərasimləri keçirilib.Buranın ən maraqlı məkanlarından biri Kumari sarayıdır. Rəvayətə görə, Şah Jayaprakash Malla tanrı Taleju ilə görüşüb aşıq-aşıq oynayır, oyun əsnasında məmləkətin problemlərini danışır, şah da onun xeyir-duasını alırmış. Hər gecə tanrı ilə xəlvət görüşən hökmdar bir dəfə onu möhkəm əsəbləşdirir və o, əbədi şahı lənətləyib qeybə çəkilir. Sonralar şahın bağışlanma dualarına acıyan tanrı onun yuxusuna gəlib, böyük məbəd inşa etməsini və onu Shakhiya sülaləsindən olan gənc, bakirə qızlar arasından axtarmasını deyir. Son 3 əsrdən çoxdur ki, Nepal əhalisi yaşayan ilahəyə ibadət edir, onun xeyir-duasını alırlar. Nevar (Şakiya) sülaləsindən seçilən ilahə Kumari Qəsrində yaşayır və Nepalda ən yüksək mənsəbə sahib insan hesab olunur. Hətta hökmdar belə onun qarşısında ayağa qalxmalı və təzim etməliymiş, ilahə isə həddi buluğa çatanadək Kumari qəsrində yaşamalı, rituallarda iştirak etməlidir. Yerli əhali ilahənin Taleju tanrısının reinkornasiyası olduğuna inanır və ilahənin xeyir-duasını almaq üçün isə yalnız Nepal xalqının onun görüşünə gəlməsinə icazə verilir. Turistlərin isə ilahəni görməsi sadəcə təsadüf nəticəsində, Kumari sarayının pəncərəsinə yaxınlaşdığı halda, mümkün olur. Bu nadir hal hesab olunsa da, səfərlərimin birində həmin ilahəni eyvanda gördüm və o, bizdən xeyir-duasını əsirgəmədi. Nepal tanrılar ölkəsi hesab olunur və Buddanın Nepal ərazisində doğulduğuna inanılır. Bir sözlə, Nepalda tanrıların sayı əhalinin sayından çoxdur."Ağılla yaşayan biri üçün ölüm qorxulu deyil".Nepalda insanlar ibadətə və öz inancına çox bağlıdırlar, hansı dinə, hansı tanrıya iman gətirməsindən asılı olmayaraq, burada hər kəs ibadətlə məşğuldur. Şəhərdə bir çox Buddist və Hindu məbədi var, Svayambhu və Boudha Stupa isə ən çox ibadət edilən Buddist məbədlərindəndir. Digər dinlərdən fərqli olaraq, Buddizmdə məbədin içərisinə daxil olmurlar, bunun əvəzinə məbəd ətrafında saat əqrəbi istiqamətində dövr edirlər. Dua etmək əvəzinə isə sağ əllə məbədin divarlarına bərkidilmiş və üzərində dualar həkk olunmuş silindrləri hərəkətə gətirir, zəngləri çalırlar ki, bu ritual da duanı əvəzləyir. Məbəd üzərinə dualar yazılmış bayraqlarla bəzədilib və bu yazıların məkanı pis ruhlardan qoruduğuna inanılır. Buddanı və onun dörd ruh halını təcəssüm etdirən məbədin dördkünc gümbəzi isə Buddanın gözlərinin təsviri ilə bəzədilib. İnanca görə, buddanın üç gözü olub, bu gözlər yer və səmada var olan hər şeyi eyni anda görə bilib. Məbəddə möhtəşəm ruhani ab-hava var, insan burada özünü rahat və çox xoşbəxt hiss edir. Kamillik mücəssəməsi olan bu məkandan sonra yollanacağınız yer isə mənəvi səyahətin son dayanacağı olacaq.Nepalda dünya maddi-mədəni irs nümünələrindən biri - Buqumati çayı sahilində yerləşən Pashuptinath və ya rayonun adı ilə desək, Aruyuqat klimatoriyası yerləşir. Bura minlərlə insanın son mənzilidir və yalnız varlılar burada yerli əhali üçün kifayət qədər böyük olan məbləği ödəyərək, əzizlərinin cənazəsini yandıra bilirlər. Cənazəni odun parçalarının ətrafında üç dəfə fırladaraq mərkəzə yerləşdirir, sonra isə yandırırlar. Bu zaman mərhumun yaxınları yüksək səslə ağlayırlar ki, cənnət mələkləri mərhumun ruhunu cənnətə aparsın, nəşin qalıqları yanaraq Buqumati çayına tökülsün. Buqumati çayı isə nəşin qalıqlarını Qanq çayına tökür.Ümumiyyətlə, Nepal əhalisi üçün ölüm bədbəxt hadisə sayılmır, çünki buddizmə görə həyat insan üçün bir səyahətdir. Dünyaya gəlməzdən öncə də biz real dünyada idik, öldükdən sonra da yenidən oraya qayıdırıq. Hinduizmə görə isə hər ölüm özü ilə yeni başlanğıc gətirir və buna görə hər birimiz növbəti həyatımızda yeni bədəndə doğulacaq, yaxşı əməllərimizə görə mükafatlandırılacağıq. Nepala səyahət olduqca mistik və maraqlı təsir bağışlayır. Çünki buranın mədəniyyəti kimi, səyahətlər də doğuluş, həyat, təcrübə və xoşbəxt sonluqla bitir. Bəlkə, insan həyatı da belədir, bir səyahətin sonu digərinin başlanğıcıdır?!Əgər yazını bəyəndinizsə aşağıda olan Facebook düyməsini seçərək blogpostu Facebookda paylaşın ki, dostlarınız da yazılarımızdan xəbərdar olsunlar. Yox əgər Gəzəyənlərin yazılarından ilk xəbər tutmaq istəyirsinizsə aşağıda “abunə ol” bölməsinə mailinizi yazaraq düyməyə klikləyin. Hələlik bu qədər, növbəti yazılara qədər…Paylaşdı: Usi Zade

1097 dəfə oxunub

Flamenkonun vətəni - Sevilya bələdçisi

Tekst uzun olacaq, sorry :)⌚Səfərin vaxtı - noyabr 2019???????? #visitseville Sevilla İspaniyanın ən ehtiraslı regionun - Andalusiyanın paytaxtıdır. Karmen, Don Juan, Fiqaro, flamenko və korrida məhz bu şəhərdən dünyaya göz açıblar. 500 il ərzində müslim mavr şəhəri olub, buna görə də həm arxitekturasında, həm incəsənətində (xüsusən keramikada) Şərqin və Qərbin üslublarının miks stili ilə tanınır (mudejar style = moorish (mavritan) + european art deco). Əfsanəyə görə, Sevilla Gerkules tərəfindən qurulmuşdur və Kolumb öz Amerikaya səyahəti üçün burada icazə alıb və ona ğörə də onun qızılla bəzədilmiş qəbri burada quraşdırılıb.️✈ Buraya çatmaq üçün ən asan, rahat və ucuz yolu Vueling low-cost aviaşirkətinin Barcelona-dan reysini istifadə etməkdir (gündə bir neçə dəfə uçur, qiyməti 10€ -dan başlanır), aeroportdan isə hər 15 dəqiqə mərkəzə ????avtobus çıxır və bütün əsas nöqtələrdə saxlayır, bir tərəfli qiyməti 4€, iki tərəfli isə 6€. Mərkəzi Cathedrala-a kimi yol təxminən 30 dəqiqədir.????Mənim şəxsi Sevilla-da #mustsee siyahım:1.???? Mavritan sarayı Real Alcazar de Sevilla (ispan kralının yay rezidensiyası), mütləq əvvəlcədən online bilet alın www.realalcazarsevilla.sacatuentrada.es/en saytında, yoxsa növbədə 2-3 saat da gözləyə bilərsiniz. Hər bazar ertəsi giriş cəmi 1 avrodur (başqa günlərdə 12€), amma bu ancaq online bileti ilə keçərlidir, ən azı 2 həftə qabaq alın, çünki kassada birinci günlərə biletlər satılmır. Saray özü çox fotoqenik və möhtəşəm bir yerdir, buranın şərq hamamları, tovuz quşlu bağları, terrasaları, tavanları, palmaları hələ ki yadımdadır... Game of Thrones həvəskarları üçün - burada Dorn-a aid epizodları çəkirdilər. Şəxsən, Granadaki Alhambradan qat qat çox xoşuma gəlib, çünki rəngarəng, canlı, gül-çiçəkli bir yerdir. Biz audioqid göturmüşük amma qulaq asmadıq, tez keçmək istəsək də, yenə də 2,5 saat gəzmişik.2.⛪Seville Cathedral (15-ci əsr) və La Giralda (12-ci əsr) (bell tower, Məscidin Minarəsi kimi tikilmişdir, Cathedraldan da məşhurdur) – yenə də birinci günlər pulsuzdur, biletləri online almaq məsləhətlidir, Cathedral çox genişdir, bonus kimi bağında portağal ağacları ilə şəkil çəkdirə bilərsiniz. Orqana, Kolumbun qəbrinə, Goya və Velaskesin rəsm əsərlərinə baxmaq yadınızdan çıxmasın. Həm də oranın xaçı həmin Kolumb Amerikadan gətirdiyi qızılından düzəldiblər.Bundan sonra dərhal Giralda qalasına qalxın! 35 mərtəbəlidir amma yaxşısı odur ki, heç bir pilləkanı yoxdur, çünki oraya həmişə atnan qalxırdılar, piyada yox. Pəncərələrdən və zirvədən mənzərələr superdir, qalxmağa dəyər.Bu qala şəhərin ən məşhur binasıdır, bütün şəkillərinizdə background-da o görsənməlidir, aşağıya düşəndə fayton götürə bilərsiniz özünüzü kral kimi hiss eləmək üçün.3.????Ispaniya meydanı Plaza de Espana – ənənəvi ispan üslubunda 1914 və 1928-ci illərin arasında Dünya yarmarka üçün tikilmiş gözəl və super böyük bir meydandır. Burada alfavit qaydasında bütün İspaniyanın regionların və böyük şəhərlərin adları var və hər bir yerə aid keramikadan düzəldilmiş simvolika və ya tanınmış hadisə göstərilir. Meydanda kanal və şirin körpülər var. Star Wars-un Amidalanın planeti burada çəkilmişdir, səhər gedin ki, maksimum boş olsun, şəkillər gəşəng alınsın. Giriş pulsuzdur. Çox fotoqenik İnstagrammable yerdir. Arxasında gözəl Mariya Luiza parkı var, hava yaxşı olanda, orada dincəlmək olar.4.????Triana məhəlləsi, burada street flamenko əmələ gəlib və bugünə kimi flamenkonun səsi hər axşam oranın küçələrində səslənir. Oraya çatsaz, mütləq Keramika muzeyinə də dəyin (ya da heç olmasa onun yanındaki mağazasına). Üstəgəl Trianada şəxsən mənim çox xoşuma gələn İnkvizisiya Muzeyi - Castillo de San Jorge var, 300 il ərzində ən qorxulu yer olub şəhərdə, indi isə müxtəlif interaktiv installyasiyaları sınayıb özünüzü inkvizisiyanın qurbanı rolunda hiss eləyə bilərsiniz. Giriş pulsuzdur.5. Əlavə foto spotlar - Pilatın Evi Casa de Pilatos – 15-ci əsr, çox gözəl mavritan arxitektura və interyer, amma biz oraya getmədik, skip elədik. +????Torro del Oro (Qızıl Qala) düz Guadalquivir çayın sahilində. Və bunlardan əlavə bu çayın sahillərinin və körpülərinin mənzərələri.6. ????Modern arxitektura fanatlarına isə Metropol Parasol, ya da sadəcə Sevilla Göbələklərinə :) baxmaq lazımdır. Orada həm də Seville Past View 3D attraksion var, şəhərin keçmişinə qayıtmaq üçün ən ləzzətli interaktiv bir filmdir.7. ????Qışda getmirsizsə çalışın korridaya bilet alın (təxminən 1 bilet 100 avrodur amma) Plaza de Toros Arenasında, doğurdan da bir dəfə baxmağa dəyər, həmin arenadan üzbəüzdə Karmenın heykəli quraşdırılıb və...8. ???? ...Elə düz çayın sahilində təzəlikcə restavrasiyadan çıxmış glamur və zövqlü Mercado Lonja del Barranco adlı qastronomiya bazarı (gastromarket) Sizi gözləyir. Orada Sizin qabağınızda bişirilən müxtəlif ölkələrin və ənənəvi İspan yeməklərini alıb, elə orada da rahat oturub yeyə bilərsiniz. Bazar kimi heç görsənmir, elə bil ki, məşhur restorana gəlmişsiz. Mən vuruldum.9. ????Flamenko!!! İndi ona çatmışamsa o demək deyil ki, vacib deyil. Bəlkə də 1-ci yerdə olmalıdır. Sevillada mütləq Karmen mövzülu flamenkoya getmək lazım, onlar elə ehtirasla rəqs edirlər ki, elə bil doğurdan da sevişirlər. Triananın tarixi bazrında miniteatrını çox tərifləyirlər, www.groupon.es endirimli biletləri tapmaq üçün Sizə kömək edəcək.10. ????Yemək‼ Sevillada tapas - tək qəlyanaltı və kanape yox, həm də menyunun hər yeməyinin mini porsiya sayılır. Bir insan maksimum 3 ədədi yeyə bilər (biri 3-4 avro olur), mənim kimi hər yeməyin dadına baxmaq istəyən görməmişlər üçün nəzərdə tutulub. Cathedralın yanında Tripadvisor-a inanıb El Librero Tapas restoranına getdik və xoşbəxt çıxdıq (business lunch - Menu del Dia 13 avro, uşaqlar üçün ayrı menyu, dizayn, personal, abu-havası - hər şey super idi)! Məsləhətlidir.????Harada qalmaq – Booking və Agoda-ya tez-tez baxın, elə mini-hotel axtarın ki, Giraldadan maksimum 300 m. uzaq olsun, rooftop terrace olsun və foyenin dizaynı mavritaniya stilində olsun. Onlar çoxdur deyə, rahat 60-70 avroya belə bir yer tapa bilərsiniz. Mən nə qədər büdcəli səyahətçi olsam da, Sevillada tövsiyyə edirəm ki, location-da qənaət etməyəsiz. Büdcəniz bir az artıqdırsa, ən trendli otel indi Melia Sevilla sayılır (hovuzdan mənzərələr inanılmazdır).Əgər yazını bəyəndinizsə aşağıda olan Facebook düyməsini seçərək blogpostu Facebookda paylaşın ki, dostlarınız da yazılarımızdan xəbərdar olsunlar. Yox əgər Gəzəyənlərin yazılarından ilk xəbər tutmaq istəyirsinizsə aşağıda “abunə ol” bölməsinə mailinizi yazaraq düyməyə klikləyin. Hələlik bu qədər, növbəti yazılara qədər…Paylaşdı: Lala Gasimova

2074 dəfə oxunub

Bir gəzəyənin Türkiyə günlüyü - Egey sahilləri

Egey bölgəsindəki otel, apartament və hostelləri bu linkdən book (bron) edə bilərsiz.Yenə mən, amma qorxmayın, bu dəfə Qara dəniz deyil :))Bu dəfə sizi Egey dənizinə aparıram. Zamanınız azdırsa sadəcə Bozcaadada vaxt keçirər, çoxdursa, Bozcaada-Babakale-Behramkale-Adatepe marşrutu ilə Ayvalığa qovuşa bilərsiniz.Bozcaada Egey dənizinin Gökçəadadan sonra ikinci böyük adasıdı və xüsusilə son illərdə çox populyardı. Vaxt azdırsa iki günə gəzə biləcəyiniz, çoxdursa, bir həftə qafa dinləyəcəyiniz yerlərdəndi. Alaçatı, Çeşmə kimi gərəksiz qiymətlərin olmadığı, Cunda kimi ayaqaltı olmayan, daha təvazökar, daha sadə, daha şirin bir yerdi.- Gəzmək üçün ən gözəl mövsümü sentyabr ayıdı - məktəblər açılandan sonra daha da sakitləşir, gözəlləşir. Üstəlik, sentyabrın ortasında getsəniz, üzüm toplama mərasimlərinə də rast gələ bilərsiniz.Amma dəniz sevənləri bir az üzəcəm - Bozcaada Türkiyənin ən soyuq sulu sahillərinə sahibdi, sentyabrın ortalarından sonra dənizə hər kəs girə bilmir. Dəniz də olsun deyirsinizsə, avqustda gedin, amma çox qələbəlik olacağını nəzərə alın.Sentyabrda getməyin bir üstünlüyü də qiymətlərin ucuz olmasıdı. Məsələn, sezonda gecəsi 1500-1600 liraya olan 7-8 nəfərlik bağ evləri sentyabrda 600 liraya düşür. Pansiyonlarda da eyni vəziyyətdi.Bağ evlərini mərkəzdən 10-15 dəqiqə uzaqlıqda da tapmaq mümkündü. Mərkəz olsun deyirsinizsə, qalaya yaxın yerlərdə pansiyonlar çoxdu. Qiymətləri digər tətil yerlərinə görə daha uyğundu.- Bozcaadaya getmək üçün əvvəlcə Çanaqqala Geyikliyə getməlisiz. Geyiklidən bəzi saatlar istisna olmaqla hər saatda bir Bozcaadaya gəmi gedir. Adambaşı 11 lira. Maşınla gedirsizsə, maşın bileti 115 lira +içindəki hər sərnişinə 3 lira. Maşına dönüş bileti almaq lazım deyil. Bozcaadaya enər enməz qalanın dibində açıq park yeri var, mərkəzdə qalacaqsızsa, maşınınızı oraya qoya bilərsiniz.- Bozcaadada ən məşhur plyajlar Ayazma və Habbele-di. İkisinə də maşınla 10-15 dəqiqəyə getmək olur.- Madam Niça-da səhər yeməyi, Ada meyhanədə sarımsaqlı kartof, Vahitin Yerində midyə tava və kalamar tava, Koreli restoranda kağızda sardalya, Yakamozda balıq üstünə tahin-bəkməzli profiterol yeyin. Məzələr, şərablar, gəlincik (lalə) və pomidor mürəbbəsi, damla saqqızlı türk qəhvəsi adanın olmazsa olmazlarıdı. Əgər bağ evlərində qalacaqsızsa, yeməyinizi özünüz də bişirə bilərsiz. Sahildə bazar qurulur və marketlər var.Başqa sualınız olsa, yazın :)Əgər yazını bəyəndinizsə aşağıda olan Facebook düyməsini seçərək blogpostu Facebookda paylaşın ki, dostlarınız da yazılarımızdan xəbərdar olsunlar. Yox əgər Gəzəyənlərin yazılarından ilk xəbər tutmaq istəyirsinizsə aşağıda “abunə ol” bölməsinə mailinizi yazaraq düyməyə klikləyin. Hələlik bu qədər, növbəti yazılara qədər…Paylaşdı: Könül Şamilkızı Nesibova

1063 dəfə oxunub

Everest Baza Kampına səyahət

Everest regionundakı bütün otel, apartament və hostelləri bu linkdən (bron) edə bilərsiniz.#arzularinizindalincagedin Everest baza kampına səyahətimi artıq bir il idi ki, gözləyirdim, planlayırdım, psixoloji və hardasa fiziki də özümü bu səyahətə hazırlayırdım. Aylar keçdi, məqam yetişdi, mən də yola düşdüm. Bu tərəflərə ilk səyahətimdir.Bu trekkinqin hazırkı və məşhur yolu ilə bir dəfəlik təyyarə ilə 2860m yükəkliyə qalxmağı deyil, aşağılardan kəndləri görə-görə yuxarı qalxmaq qərarına gəldim. Bu həm də fiziki cəhətdən bədənimi daha yuxarılara yaxşı öyrəşdircəkdi. Belə də oldu. Ancaq tekkinqimin ilk günündə bel çantamdan və təbii ki, aşağı-yuxarı çıxıb-düşmələrdən bir təhər olmuşdum. Ancaq 2-3 gündən sonra hər şey keçib getdi. Bu tekkinqlə növbəti dəfə özümü, fiziki və psixoloji gücümü yoxlamaq istəyirdim - hara qədər gedə bilərəm, hara qədər dözə bilərəm deyə...Gözlədiyimdən də çox uzun getdim. Namche Bazaar-a gedən yolda (3440m) bir şəxslə tanış oldum. Vladimir Starov, Krasnoyarskdan dostları ilə gəlib, sən demə idman ustası imiş, belə trekkinqləri bir nəfəsə su kimi içir. Mənə trekkinq planlarını göstərdilər, mən də böyük bir səhv edib, razılaşdım. Niyə səhv? Çünki onların The Three Passes (üç pereval) keçib daha sonra Kala Pattar və Everest baza kampına gedib trekkinqi bitirmək istəyirdilər. Bu 3 pereval isə çox çətin gediləsi yoldur. Ən azı mənim üçün, çünki mən buna fiziki hazır deyildim. Özü də qarlı-boranlı bir havada, gidsiz və portersiz (yəni çantamı özüm daşıyırdım) və ayaq barmağımda problem ola-ola...Uzun sözün qısası ilk pereval Renjo La Pass 5360, ikinci Cho La Pass pereval 5420 m, bu ikisinin arasında Gokyo Ri 5357m və Everest baza kampına 5360m gedib çıxdım. Üçüncü perevala yalnız Vladimir özü getdi, qurpda isə mənimlə birgə 6 nəfər idik. Kala Pattara isə qalxmadım, qar yağdığından Everesti və digər pikləri görməyəcəkdim, ona görə ora boşuna qalxmağın mənası yox idi mənimçün və təbii ki, çox yorğun idim.19-20 gün çəkən trekkinqdə 7-8 gün 4000m-dən yuxarıda gecələdik. Amma heç bir yüksəklik və ya dağ xəstəliyi yaşamadım :) Məhz elə buna görə trekkinqin klassik üsulunu seçmişdim. Ancaq bütün yol boyu deyim ki, heç bir lodge-da istilik sistemi yox idi. Bütün gecelər də ən azı 0-a yaxın olur. Sümüklərimə qədər buzladım. Zato aşağı enəndə istinin, duşun qədir-qiyməti daha yaxşı bilinir))Bol-bol səyahət edin, qəşəng şeylər öyrənin özünüz haqda Əgər yazını bəyəndinizsə aşağıda olan Facebook düyməsini seçərək blogpostu Facebookda paylaşın ki, dostlarınız da yazılarımızdan xəbərdar olsunlar. Yox əgər Gəzəyənlərin yazılarından ilk xəbər tutmaq istəyirsinizsə aşağıda “abunə ol” bölməsinə mailinizi yazaraq düyməyə klikləyin. Hələlik bu qədər, növbəti yazılara qədər…Paylaşdı: Gulnar Salim

587 dəfə oxunub
Bizi izləyənlər siyahısına qoşulun!