1545 dəfə oxunub

Bir gəzəyənin Türkiyə günlüyü – Yeni bir Qara dəniz marşrutu

Trabzondakı otel və hostelləri bu linkdən book (bron) edə bilərsiz.

Yeni bir Qara dəniz marşrutuyla gəldim, gənclər...

Bəri başdan bir məsələdə anlaşaq amma:) Ayderi sevmirəm deyəndə Azərbaycan xalqının xeyli hissəsi qəzəblənir, amma hələ də o fikirdəyəm ki, Ayder Qara dənizin ən pisyerlərindən biridi. Çünki o yaylanın ən az 6-7 il əvvəlini bilirəm, o illərdən bəri belə çox pozulub, çox betonlaşıb, şəhərləşib. Ona görə yayla deyə Ayderə gedənləri anlaya bilmirəm. Məndən əvvəlini bilənlər isə ümumiyyətlə iyrənirlər:)
İkincisi, mən getdiyim yerlərdə yeməyin gözəl, orqanik olanını sevirəm, Ayderdə bunu tapmaq çox çətindi. Belə axtarışı olmayan kütləvi turlara hesablamış az keyfiyyətli xidmət sevmirəm.
Üçüncüsü, ərəblərin çox gəlməsi səbəbilə çox mənasız pansiyonlara çox yüksək qiymətlər qoyublar ve bunu sevmirəm.
Nəhayət, dördüncüsü, Pokut, Sal, Hazindağ, Huser, Gito, Elevit, Amlakit varkən niyə Ayderi sevim? ???? Ayder ancaq qışda qar altında çəkilə bilər;)

karadeniz3

Amma bütün bunlara baxmayaraq, yenə də Ayder sevənləri də nəzərə alım dedim bu postda:)

- Çoxunuz bilirsiz, bilməyənlər və maşını olmayanlar üçün Batumdan Sarpa gəlirsiz, Sarpdan Rize-Ardeşen istiqamətindəki avtobuslara minirsiz, Ardeşen körpünün altında düşürsüz (15 lirə), düz düşdüyünüz yerin qarşısından Çamlıhemşin dolmuşuna minirsiz. O dolmuş sizi Aydere qədər aparacaq (16 lirə). Maşınla gələnlər də yenə eyni şəkildə Ardeşenden Fırtına yoluna girib Çamlıhemşine, oradan da sola Aydere gedə bilər.

- Ayderde 100 lirəyə də, 1000 lirəyə də pansiyon-otel var. Amma 1000 lirəyə dəyərmi deyə soruşsanız, dəyməz - qlamur bloqqerlərin sponsorlu fotolarına çox inanmayın. Trivago, odamax, booking kimi saytlardan baxın, amma mümkünsə qiymətləri bəyəndiyiniz yerin özüyle danışın.
Yayla evləri də var, sayınız çoxdusa, axtarıb bir yayla evi də kirayələyə bilərsiniz.
Çadır qurmaq istəyənlər üçün Ayderin bir az yuxarısında kamp yeri var, amma ora da artıq ticarətxanaya çevrilib və çox qələbəlik olur, ən yaxşısı Ayderdən 5 km yuxarı Qaller düzünə gedin. Həm havası daha gözəl, həm sakit, həm də çadır qurdunuz deyə pul istəməzlər.

karadeniz2

- Ayderdə yemək-içmək işini sevmirəm, ona görə kimsəyə sevmədiyim şeyləri məsləhət görmək istəmirəm. Amma eyləncə sevərlər üçün deyim ki, gecənin ortalarına qədər açıq olan kafelər, türkü barlar tapa bilərsiniz. Çünki yayla deyil, şəhər kimidi mübarək:))

- Ayder kaplıcalarının indiki vəziyyəti necədi, bilmirəm, açığı artıq çox gigiyenik olduğunu düşünmürəm, amma siz düşünürsüzsə, kaplıcaya gedə bilərsiz. Girişi pulludu, amma çox böyük rəqəm deyil.

- Ayderdən gəzməyə gedə biləcəyiniz bir neçə istiqamət var. (Ayderə qədər yolun asfalt olmasından həvəslənməyin, Ayderdən sonra sizi ancaq 4x4 qurtaracaq). Birincisini dedim - Qaller düzü. Ayderə 5 km məsafədə yerləşir, meşənin içində gözəl bir düzlükdü.

İkincisi, Kavrun yaylası. Ayder yolunu düz davam edincə qarşınıza bir yol ayrımı çıxacaq. Yolun biri Huser-Avusora, digəri Yuxarı Kavrun və Kaçkar göllərə gedir. Sağdakı yoldan davam etsəniz Aşağı ve Yuxarı Kavruna çıxırsız. Kavruna Ayderdən dolmuş da gedir - saatını orada öyrene bilərsiz.
Yuxarı Kavrunda qalacaq pansiyonlar, kafe var. Çadır da qura bilərsiniz. Pokut, Sal kimi yaylalardan fərqli olaraq Kavrunda ağac yoxdu, meşə axtarmayın:)

Kavrundan 2-3 saata göllər bölgəsinə, 5 saata Kaçkar zirvəyə gedilir, amma təkbaşına ve yürüş təcrübəsi olmadan getməyin.

Kavrundan geri qayıdıb yol ayrımından Ayderə deyil, sağa dönsəniz, o yol sizi Huser ve Avusora aparacaq. Təxminən 2-3 km sonra Avusor lövhəsini görəcəksiz, ona eks istiqametde davam eləsəniz, Huserə gedəcəksiniz. Huser, hava uyğundusa, Qara dənizin ən gözəl gün batımı mənzərəsinin olduğu yaylalardandı. Ancaq Qara dənizdə gördüyüm yaylalar içində - xüsusilə yağışlı havada - ən pis yolu olanlardandı. Hələlik pansiyon yoxdu, ona görə ya çadırla, ya da dönüşünüzü hesablayaraq gedin.
Huserdən üst yoldan davam eləsəniz, Avusora keçə bilərsiniz.
Huserə gündəlik turlarla da gedə bilərsiz – Ayderdən turlar var. 50-70 lirəyə bu turlara qatıla bilərsiz, amma Huser turunu soruşun.

karadeniz1

- Sualları nəzərə alıb yaylalar üçün bir neçə qeydi də eləyim.

1) “Nə qədər büdcə” deyə soruşmaq hər zaman yanıldıcıdı, çünki çadırda qalanın ayrı, pansiyonda qalanın ayrı, oteldə qalanın ayrı, çadırda yeyənin ayrı, restoranda yeyənin ayrı büdcəsi var. Üstəlik, neçə gün qalmağınız, necə gəzməyiniz (maşınla, piyada ve s) tamamilə sizə qalmış məsələdi. Ortalama, amma rahat bir tətil üçün bir adamın bir gününü 300-350 lirə olaraq düşünün (maşın daxil).

2) Qara dənizə gəlib “bulud dənizi görmədik”, “yağışlıydı” deyə bəyənməməzlik edənler nəzərə alsın ki, Türkiyənin en çox yağış alan yerlərindən birinə gəlirlər. Yüksəkliyi 2000 metrdən çox olan yerlərdə sizin deyil, təbiətin istədiyi olur. Yaylalarda sabah saat 5-6 kimi oyanmaq gözəllikləri görmə şansınızı xeyli artıra bilər. “Yatan cənnəti yuxusunda görür”:)

3) Geyim olaraq ilk üç şərt – biləyə qədər bağlanan su keçirməz ayaqqabı, sırt çantası və yağmurluq. Bir- iki polar jaket, ən az bir neçə qısaqol mayka, şort, gün sayına 2 corab, su qabı, günəş kremi də olmazsa olmazlardı. Hava günəş açınca çox isti, duman gəlincə çox soyuq ola bilir.

Yenə nə çox yazdım:)))

Əgər yazını bəyəndinizsə aşağıda olan Facebook düyməsini seçərək blogpostu Facebookda paylaşın ki, dostlarınız da yazılarımızdan xəbərdar olsunlar. Yox əgər Gəzəyənlərin yazılarından ilk xəbər tutmaq istəyirsinizsə aşağıda “abunə ol” bölməsinə mailinizi yazaraq düyməyə klikləyin. Hələlik bu qədər, növbəti yazılara qədər…

Paylaşdı: Könül Şamilkızı Nesibova

DİGƏR BLOQLAR

Antalya/Kəmər Səfərim

12-17 avqust 2025 Antalya/Kəmər səfərim ilə bağlı detallı məlumat. Kimlərəsə faydalı ola bilər.- Turpaket almaq özün təşkil etməkdən daha sərfəlidi. Əsasən də air transfer və avia bilet üçün. Çünki taksilər və bilet çox bahadır. Oteller bookingdən elə də fərqlənmir - Otel seçimi edərkən mütləq rəyləri oxuyun, bir çox otellər ulduzlarının haqqını vermir. 5 ulduz otellər 4 ulduz səviyyəsindədir, 4 ulduz otellər isə 3 ulduz. Ona görə qərar verin. Ən az 4 ulduz məsləhətdir. Dənizə yaxın otel tutmaq məsləhətdir.- Bahalıqdan çəkinib getməyənlər, o qədər də dəhşətli deyil, hər şey daxil otel seçsəz və başqa nəsə almasaz əlavə heç nəyə xərciniz çıxmayacaq. Turistik mağazalar, apteklər və s. bahadır. Hər şey demək olar ki, dollar və avro ilə hesablanır. Migros, BIM tipli şəbəkə marketlərdə ucuz nələrsə tapmaq olar. Geyim LC waikiki, Kotonda və s. demək olar ki, Bakı ilə eyni qiymətdir.- passiv istirahət- otel+hovuz+dəniz və sakitlik üçün Antalyanın qəsəbələri- Kəmər, Side, Alanya və s. məsləhətdir. Həm tarixi yerləri gəzmək həm də dənizdən zövq almaq istəyirsizsə Antalyanın özü məsləhətdir.-- Aralıq dənizi aşırı duzludur. Xəzər dənizindən 2 dəfə çox (3.Suya girəndə gözləriniz pis acılanacaq, lakin narahat olmayın, öyrəşəcəksiz. Mütləq dəniz ayaqqabısı götürün, 90 faiz daşlıq, 10 faiz qumluqdur.- İctimai nəqliyyat ( avtobus+tramvay) Antalya şəhər içində 27 TL Antalya kartla, 33 TL bank kartı ilədir. Qəsəbələrdə ancaq nağd ödənişlədir. Qəsəbələr və Antalya mərkəz arası 100 TL civarındadır. Google maps-lə çox rahat istiqamətlərə baxa bilərsiz.- Taksilər bahadır, 4 km-ə təxmini 200 TL-10 m deyirlər. Antalya mərkəzdən qəsəbələrə təxmini 70-90 AZN civarındadır. - Mağazalarda, ictimai nəqliyyatda valyuta olaraq TL, dollar və avro işlənir. Burdan dollar aparıb orda dəyişmək və ya istifadə etmək məsləhətdir. -Gəziləcək maraqlı yerlər siyahısına Antalya Akvariumu, Snow world, Wax museum, Kaleiçi tarixi mərkəz, Antalya saat qülləsi, panoramik lift, Antalya limanı, Düden şəlaləri, Antalya tərs ev, The Land of Legends Tema Park, Hadrians Gate, Aspendos Theatre, Phaselis antik kəndi, Rhodiapolis antik kəndi, Suluada gəmi turu+ Mavi mağara, digər gəmi turları, Kəmər Yörük parkı, Göynük kanyonu, Kəmər G-Marina və s. daxildir.- Gəziləcək yerlərin qiymətlərinə gəldikdə Antalya Akvariumu online bilet 36 dollar, yerində 40 dollardır. Maraqlı yerdir amma 40 dollarlıq deyil. Gəmi turunu bookindən ucuz tampaq olur, Suluada turu bookingdə 45 manat. Snow world, Wax Museum falan her biri texminen 30-40 dollar.- Yeməklər bizdəki kimi dadlı olmur, xüsusən də ətlər. İçkilər, səhər yeməyi və desertlər isə əla. Havası iyun-sentyabr çox isti və rütübətli olur. Biz avqustda 46 dərəcə isti gördük orda. Çıxıb gəzmək mümkünsüzə bərabərdir.Paylaşan: Ogtay Ismayil ·

158 dəfə oxunub

A-dan Z-yə Tanzaniya (Part 1)

Tanzaniya-A to Z Mart ayındakı yarım aylıq tətili dəyərləndirmək üçün xeyli araşdırma apardıqdan sonra Zənzibar adası, Klimancaro zirvəsi, Serengeti, Manyara, Nqoronqoro milli parkları, Viktoriya, Tanqanika, Nyasa gölləri, masailərin svahililərin, bantuların vətəni Tanzaniyanı seçdik. Səyahət gözlədiyimizdən dəfələrlə maraqlı keçdi, bu statusda sadəcə səfərin qısa məzmunu göstərilib. VizaTanzaniya Azərbaycan vətəndaşları üçün əvvəlcədən viza alınmasını tələb edir. Viza elektron qaydada alınır, rüsumu 50 ABŞ dollarıdır və minimum 1 aylıq verilir. Tanzaniyaya səyahət edən bütün sərnişinlər xüsusi “Giriş Anketini” doldurmalıdırlar və qeydiyyat zamanı təqdim etməlidirlər. Aviabilet.Bakıdan Tanzaniyaya hazırda üç aviaşirkətlə səyahət mümkündür. flydubai, Turkish Airlines və Qatar Airways. Bir nəfərin ikitərəfli bileti təxminən 900-1000 ABŞ dolları civarındadır. Biz daha rahat olması üçün Qatar Airways-i seçdik.Bakı-Doha üç saat, Doha-Zənzibar altı saat. Hotel-Hostel. Tanzaniyada mütləq şəkildə 3,4 və ya 5* hotelləri seçin. Hostel və evdə qalmağı ağlınızdan keçirməyin. Bura Avropa deyil.Booking.com həqiqətən ən etibarlı tərəfdaşdır. Heç bir problem yaşanmadı. Mobil nömrə.Ən yaxşısı rominq etməkdir. Burada xaricilər üçün nömrə almaq çox qəlizdir və vaxt aparan prosesdir. Ən az iki gün vaxt lazımdır. Özümüzlə mütləq götürməliyik.1. Krem. Əgər günəşdə yanıb, qap-qara olmaq istəmirsinizsə mütləq.2. Power bank. Çoxlu çəkiliş edəcəksinizsə mütləq. Nəzərə alın ki, səyahətin əsas hissəsi təbiətin qoynunda keçəcək.3. ABŞ dolları. Mümkündürsə ancaq 100 dollarlar aparın. Banklar 50, 20, 10 dolları dəyişmirlər. Eyni zamanda yaşı 10-dan az olan valyuta aparın. Köhnə dollarlar ölkədə tanınmır.4. Baş örtüsü və eynək. Çox köməyi olur, öyrəşmədiyimiz iqlim şəraiti adamı yormaması üçün vacibdir.Yemək. Yemək və içki çeşidləri olduqca boldur. Yeməkləri həm çox qidalı, həm də dadlı idi. Xüsusilə dəniz məhsulları, meyvələri, tərəvəzləri və təbii şirələri çox dadlı idi.Veqan və vegeterianlar üçün demək olar ki, cənnət idi. Bizdə olmayan müxtəlif, çox dadlı tərəvəzlər var. Dəniz məhsulları isə o qədər dadlı olur ki, sözlə ifadə etmək çətindir. Toyuq və qırmızı əti isə bişirə bilmirlər. Ət yeməkləri bərk olur, tam bişirmirlər. Həm dəniz məhsullarınını, həm toyuq ətini, həm də mal ətini bizə yad olan bol ədviyyatlı edirlər. Əvvəlcədən xəbərdarlıq etmək lazımdır ki, ədviyyat vurmasınlar. Şirniyyat anlayışları isə yox səviyyəsindədir. Valyuta.Ölkədə Tanzaniya şillinqi (TZS) istifadə edilir, ancaq ABŞ dolları hər yerdə işləyir. Siz bir şey alanda dollarla ödəniş edin, qalığı şillinqlə qaytaracaqlar, ancaq özlərinə sərf edən şəkildə, 1 ABŞdolları 2340 şillinqə bərabərdir. Turistlər.Ölkədə turistlərin 90 faizi avropalılardır. Az sayda türklər və asiyalılara da rast gəlinir. Danşıq dili, əhali.Ölkədə ingilis dilini demək olar ki, hamı bilir. Nursery school svahili dilindədir. Secondary və primary school-a davam etmək istəyənlər isə ingilis dilində təhsil alırlar. Zənzibarda əhalinin böyük əksəriyyəti müsəlmandır, az sayda Hinduizmə inananlar da var. Materik hissədə yəni Tanqanikada isə müsəlmanlar azdır, xristianlar və yerli dinlərə inananlar çoxluq təşkil edir. Hədiyyə.Ən yaxşı hədiyyələr: Tanzaniya qəhvəsi, maqnetlər, müxtəlif çaylar (daha doğrusu çaya əlavələr), ədviyyatlar, masailərə aid maskalar, qiymətli daşlar-xüsusilə tanzanoid daşı (gömrükdə tanış yoxdursa almayın), tropik meyvələr. Fil dişi, gərgədan buynuzu gətirməyə çalışmayın, qadağandır. Təmizlik, xidmət, keyfiyyət.Qalacağınız hotellərdə təmizlik, keyfiyyət və xidmət heç yerdə görmədiyiniz qədər üst səviyyədə olacaq. Özünüzü kral kimi hiss edəcəksiniz. Təəssüf ki, ağ insana qulluq etmək instikti artıq şərqi afrikalıların genlərində yerləşib. Maska, pandemiya, virus.Tanzaniyada koronavirusa inanmırlar, qadağalar ümumiyyətlə yoxdur. Səyahətimizə Zənzibar adasının ən gözəl çimərlikləri olan hissəsindən Nunqvi və Kendvadan başladıq. Daha sonra Air Tanzania Company Limited ilə Aruşaya uçduq. Serengeti National Park Tanzania, Lake Manyara National Park Tanzania, Tarangire National Park, Ngorongoro Conservation Area Authority və s. gəzdik. Aruşadan sonra Moşi şəhərinə, #Klimancaro milli parkına və cəngəlliklərin içində yerləşən, unikal qəbilələrin yaşadığı Materuni kəndinə yollandıq. Başımıza bir ömür boyu danışılacaq qədər maraqlı hadisələr gəldi. Çoxlu dostlar qazandıq. Növbəti statuslarda hamısını yazmağa çalışacam.#uçmaqüçündoğulanlar #borntotravel #visitafrica #visittanzania #qatarairways #airtanzania #tanzania #zanzibar #nungwi #kendwa #paje #jambiani #kizimkazi #arushatanzania #manyara #serengetinationalpark #ngorongoro #tarangirenationalpark #kilimanjaro #mountmeru #safari

2390 dəfə oxunub

Cənubi Amerika - Peru bələdçisi

Perudakı bütün otel, apartament və hostelləri bu linkdən (bron) edə bilərsiniz.Hər şey Argentinada başladı. Bakı-Paris-Buenos Ayres-Mendoza uçuşu və möhtəşəm triumf-gəlmə səbəbimiz olan cənub və qərbin ən hündür zirvəsi olan And dağlarının ürəyi-Aconcaguanın zirvəsində (6962 metr) dalğalandırdığımız 3 rəngli bayrağımız. (Argentina və Aconcagua haqda başqa vaxt, başqa post). Göylərdən yerlərə enirik və qardaşımla yollarımız ayrılır, o, Çiliyə, mən isə Peruya. Təyyarə, taksi və Lima mərkəzinə doğru yola düşürəm. Limadan çox şey gözləyirdim, amma bərbad yollar, çirkli küçələr, həddən artıq çox səyyar küçə ticarəti. Mərkəzin ətrafdan tək fərqi təmiz olması idi.Limaya 2 gün planlamışdım və ilk gün Lonely planetin Downtownda məsləhət gördüyü route-ni gəzdim. Kalonial dövrün qalıqları, gözəl abidələrlə və rəngarəng məhəllələrlə dolu küçələrdə 3-4 saat gəzdikdən sonra nədənsə şəhərə qarşı olan çoox böyük marağım alt-üst olmuşdu. Ona görə 2-ci Lima planlaşdırdığım günü Paracasda botla eyni adlı milli parka və Huacachina oazisinə getməyi qərar verdim. Səhrada fantastik mad max tipli maşınlarda safari və sandboarding.Zatən çox böyük olacaq yazını uzatmadan növbəti şəhərə Cuscoya bilet aldım. Təyyarə, taksi və nağıllar aləmi. Ensiz, bizim içəri şəhəri xatırladan dar küçələr, çox qədim abidələr sanki İnk imperiyasına daşıyırdı insanı. Şəhər çox gözəldi və qaldıqca qalmaq istəyirsən. Cuscodan 1 və ya 2 saatlıq məsafələrdə İnk imperiyasına aid bir çox arxeoloji abidələri görmək olar. Atb-lərlə Morais milli parkına turu kim Peruya getsə mütləq tur götürsün.Görüləsi yerlər həddindən artıq çoxdur, bu şəhərin ətrafında. Və əlbəttə bu şəhərə gəlişin əsas səbəbi dünyanın 7 möcüzəsindən biri olan Machu Picchunu görmək idi. Bu arxeoloji abidə 1911-ci ildə tapılıb. Bu yer haqqında bəzi məqamlar hələ də elmə məlum deyil. Machu Picchu hal-hazırda Peruda olduğum son nöqtədi.Sabah üzü cənuba, Puno şəhərinə səfər planlayıram. Ümümilikdə, Peru qiymətlər yaşam və qidalanma üçün kifayət qədər münasibdi. Mərkəzdə hostel 10 usd, qidalanma isə insanın özündən asılı olaraq günə 20-25 usddən 2,3,4 və sair sıfırlı rəqəmlərə kimi dəyişə bilər. Turlarda qiymətlər high və low sezona görə dəyişir. Taksilər 5-10 km-lik məsafələri 3-5 usd-yə aparır. Məsləhət olaraq hansı ölkəyə getməyinizdən asılı olmayaraq Lonely Planetin kitabını (pdf) almağa məsləhət görərdim. Görməli yerlər, yaxşı yerli ucuz və bahalı restoranlar, qalmaq üçün yaxşı yer seçimlərində çox kömək olur. İnanıramkı paylaşım xoşunuza gələcək. Məndə səyahətə davam eləyib çalışacam keçəcəyim növbəti ölkə olan Boliviyanın maraqlı yerlərini gəzim və sizinlə bölüşüm!! Hamıya yaşadığı ömürdən zövq almağı arzulayıram!!Əgər yazını bəyəndinizsə aşağıda olan Facebook düyməsini seçərək blogpostu Facebookda paylaşın ki, dostlarınız da yazılarımızdan xəbərdar olsunlar. Yox əgər Gəzəyənlərin yazılarından ilk xəbər tutmaq istəyirsinizsə aşağıda “abunə ol” bölməsinə mailinizi yazaraq düyməyə klikləyin. Hələlik bu qədər, növbəti yazılara qədər…Paylaşdı: Agazade Rasim 

1232 dəfə oxunub
Bizi izləyənlər siyahısına qoşulun!