2519 dəfə oxunub

Şimali Amerikanın cazibə mərkəzi - Toronto

Torontodakı bütün otel, apartament və hostelləri bu linkdən book (bron) edə bilərsiz.

Amerika səfərinin ikinci bölməsi Kanada idi. Bəli, azərbaycanlıların hər cəhtlə köçmək istədikləri Kanada!

Vaşinqtondan Torontoya AirCanadanın 50 nəfərlik Bombardier CRJ-100 təyyarəsi ilə uçduq. Bu balaca hava gəmisi iki saat gecikmə ilə havaya qalxdı. Hardasa bir saat yarım sonra artıq Toronto üzərində idik, CN qülləsi illuminatorda canlanırdı. Toronto səmadan çox boz və maraqsız görünürdü.

IMAG7294

Aprel ayı olmağına baxmayaraq hava günəşli və isti idi. Heç gözləmirdim!

Enişdən sonra dostum Səməd qarşıladı və airbnb ilə bron etdiyim evə getdik.

Ev çox möhtəşəm idi.

Toronto Kanadanın Ontario əyalətinin paytaxtıdır, Ontario gölünün sahilində yerləşir. Şəhər nəhəng olsa da əhalisi cəmi 3 milyona yaxındır. Ona görə də genişlikdir ????

İlk gün Torontonun Greek town adlanan ərazisini gəzdik. Bu Danforth və Main Street metrosunun arasındakı ərazidir. Həm də bu ərazi Torontonun ən qədim yerlərindən hesab olunur. Əsasən yunan restoranları ilə dolu bir ərazidir. Ümumiyyətlə yunanlar Kanadaya 19-cu əsrin əvvəlindən gəlməyə başlayıblar. Hazırda Kanadada 300 mindən çox yunanəsilli sakin var.

IMAG7432

Növbəti gün plana əsasən kadim (köhnə) dostum Nurlanla (он же музыкант, он же Канадский гражданин) Niaqara şəlaləsinə gedəcəkdik. Əvvəlcə zapravka, yəni “zavtrak” eldik ???? Qeyd edim ki, Torontoda restoranlarda səhər yeməyi yeyirsinizsə kofe limitsizdir. Qidanın ölçüsü isə bir nəfərə görə çox böyükdür. ABŞ-da da belə idi. Uzun sözün qısası 2 saat sonra artıq Niaqaraya çatmışdıq. 140 km-lik yol çox qısa gəldi. Niaqaraya Torontodan avtobusla da getmək olar. Yolüstü nəhəng outlet də var. Yaxınlaşdıqda bu möcüzəni görməyə təlaşlanırdım. Birinci fake (yalançı) Niaqara görünür, sonra isə əsl möcüzəni görürsən. Şəlalə  Kanada-ABŞ sərhədində yerləşdiyi üçün ABŞ tərəfdən də görünür, amma Kanada tərəfdən 1-3 metr yaxınlıöına kimi gedə bilirsən. Maydan etibarən gəmi ilə şəlalənin altına tərəf tur götürmək olur, olduqca həyəcanlı atraksiondur. Ümumiyyətlə Niagara şəlaləsi ətrafında çoxlu sayda maraqlı əyləncəli atraksionlar və kafelər var.

IMAG7370

Növbəti günlərdə Torontonun mərkəzində, şəhər aeroportu olan Billi Bişop aeroportunda oldum. Bu aeroport adada yerləşir və uçuşlar Kanada və ABŞ istiqamətindədir. Uçuş zolağı qısa olduğu üçün yalnız kiçik, 70 nəfərə qədər olan təyyarələri qəbul edir. Gölkənarı parkdan enən, qalxan təyyarələri izləmək çox maraqlıdır. Aeroporta getmək üçün gəmi və gölaltı keçiddən istifadə olunur.  Torontonun mərkəzi (downtown) olduqca səsküylü, canlı olsa da, bir az yuxarı doğru hissəsi çox sakitdir. İctimai nəqliyyatdan metro, tramvay və avtobus var. Bunlar hamısı TTC adı altında çalışır. Bir istiqamətə gediş kartla 3 dollar, kartsız 3.25 dollardır. Amma misal üçün, siz mərkəzdən Şimala doğru gedirsinizsə bir biletlə bir neçə nəqliyyat dəyişib öz lazım olan yerinizə qədər o biletdən istifadə edə bilərsiniz. Metro+avtobus+tramvay və ya Metro+avtobus+avtobus və s. Şəhərin ən qaynar hissəsi Yonge və King/Queen küçələrnin kəsişən hissəsidir, bura bir növ Times Square kimi yerdir. Yanında Eaton Centre AVM-də var. Çox nəhəngdir.

IMAG7485

Tim Hortons

El arasında belə bir söz gəzir ki, kim “Tim Hortons”da (Timmi) kofe içərsə o kanadalı sayılır. “Tim Hortons” Kanadaya məxsus kofe hausdur. 1964-cu ildə xokkeyçi Tim Horton tərəfindən təsis edilib. Torontoda ən uzaq məsafədə olan Timmi 10-15 dəq piyada yolu qədərdir. Kofe 1.5 dollardan başlayır, Kanada üçün bu su qiymətidir ???? Kofedən əlavə dəmlənmiş çay (Steeped tea) və çoxlu sayda şirniyyatlar və sendviçlər də olur. Ən məşhur kofesi “double double”dır. Bu adi kofedir, sadəcə içinə iki şəkər, iki krem əlavə olunur.

Torontoda son günümüzdə Nurlan bizi beysbol oyununa apardı. İlk dəfə idi gedirdim. Ürəgim üzüldü ???? Amma oyunun qaydasını biləndən sonra maraqlı gəlir. Beysbol Kanadada hokkeydən sonra ikinci məşhur oyundur. Toronto haqqında bu qədər.

IMG_20180425_025925

Əgər yazını bəyəndinizsə aşağıda olan Facebook düyməsini seçərək blogpostu Facebookda paylaşın ki, dostlarınız da yazılarımızdan xəbərdar olsunlar. Yox əgər Gəzəyənlərin yazılarından ilk xəbər tutmaq istəyirsinizsə aşağıda “abunə ol” bölməsinə mailinizi yazaraq düyməyə klikləyin. Hələlik bu qədər, növbəti yazılara qədər…

Paylaşdı: Azər İsmayıl

DİGƏR BLOQLAR

Dünyanın ən xoşbəxt ölkəsi - Kosta Rika

San Xosedəki bütün otel, apartament və hostelləri bu linkdən book (bron) edə bilərsiz.Bu yaxınlarda Mərkəzi Amerikadakı Kosta-Rikanın ölkəmizdə səfirliyinin açılması münasibəti ilə internetdə «ay daaa, bizə çatanda Kosta-Rika zad olar…» kimi söhbətlər var-gəl eləməyə başladı. Düzdü, bu cür söhbətləri edənlər, əsasən, Afrikanın cəmi bir Afrika ölkəsindən ibarət olduğunu düşünənlərdir, amma ümumiyyətlə düşünməyənlərin də bu cür küyə getməmələri üçün icazə verin Kosta-Rikanı bir balaca xırdalıyım sizin üçün.Bir xeylaq uzaqdır bizdən. Biz, məsələn, 4 nəfər idik, hərəmiz bir ölkədən və ayrı-ayrılıqda Kosta-Rikaya gəlib orda toqquşmağı planlaşdırırdıq. Bəlli oldu ki, heç birimiz eyni marşrutla gəlib çıxmamışıq. İndi artıq səfirlik, viza filan məsələsi həll olundu, şükürlər olsun. Mən səfərə çıxanda isə bu, mümkün deyildi. Mümkün olan isə Kosta-Rikaya həm də ABŞ, Kanada və Şengen vizası ilə də getməyin mümkünlüyü idi. ABŞ vizası ilə Bakıdan ABŞ-a (Nyu-York), oradan San-Salvadora (Salvador), oradan da San-Xoseyə (Kosta-Rikanın paytaxtı) gəlib çıxdım.Səyahətimizə icarəyə götürdüyümüz avtomobildə öncədən cızdığımız marşrutla start verdik. GPRS-in canı sağ olsun! Paytaxt San-Xosedə, adətən, turistlər çox ayaq saxlamır. Elə bizim də ayağımız bizi burda saxlamadı. Pulumuzu yerli valyutaya (1 AZN =327.649 CRC) dəyişib üz tutduq şimala, ordan da qərb sahili boyunca cənuba.Kosta-Rikanı dünyanın "Ən xoşbəxt ölkəsi" adlandırırlar. Səbibini dəqiq bilməsəm də, zahirən elə xoşbəxt görünürdülər.Bu xudmani ölkədə 50-dən çox qoruq var ki, bu da ölkə ərazisinin 30%-ni təşkil edir. Yer üzündəki bitkilərinə 70%-nə Kosta-Rikada rast gəlmək olar. Ərazisindəki 120 vulkandan 70-i fəaliyyətdə olandır.Özlüyündə ölkəni bəyənməmək mümkün deyil. Kontrastları nəyə desən dəyər: gah qızmar günəş, gah yağış və hətta şaxta, gah cəngəllik, gah okean sahili kurort şəhərləri...İnsanları da çox qonaqpərvərdi.Ölkə boyunca çoxsaylı hotellərdə qaldıq (3 və 4 ulduzlu). Qiymətləri də adambaşına 5 USD-dən 45-dək. Hər birində də normal xidmət, wifi, səhər yeməyi...???? Yaxşı mənada təəccübləndirən məqamlar:???? Əhalinin kütləvi halda siqaretə "YOX" deməsi. Bilirdik ki, siqaret çəkmə həvəsindən uzaqdırlar, amma bu qədər də yox! Yerli əhali arasında 2 həftə ərzində bir nəfər də siqaret çəkən görmədim. Amma kiçik kənddə, 40 dərəcə istidə marafon yarışında iştirak edənləri gördüm: böyüklü, kiçikli - hamı qaçırdı.???? Fəaliyyətdə olan Arenal vulkanı (hündürlüyü 1657 m). İlk dəfə 1968-ci ildə şuluqluq edib əməllicə püskürübmüş, nəticədə də Arenal şəhərini yox eləyib.???? Poas vulkanı. O, özünü, Arenaldan fərqli olaraq, daha abırlı aparır. Sonuncu dəfə 1953-ci ildə püskürüb. Vulkanın içində kiçik geyzer var, diqqətlə baxanda lavanın "nəfəs almağını" da görmək olar.???? Cəngəlliklər. Lap kinolarda gördüyümüz kimi. "Eramızdan sonra" filminin əsas hissəsi elə Arenal yaxınlığında çəkilib. Elə Stiven Spilberqin "Yura dövrünün parkı" da.???? Cəngəllik üzərindəki asma körpülər. Onların üzərindən keçərkən qədim ağactipli qıjılardan əlavə həm də rəngarəng kolibri quşlarına, meymunlara, hətta ərincəklərə də rast gəlmək olar. Meşənin özü çox sirrli ab-hava bağışlayır insana, lap Harri Potterdəki kimi, amma bir balaca tropik qurtumla.Yeri gəlmişkən, getməzdən əvvəl elə bilirdim bu ərincəklərə orada tinbaşı rast gələcəm. Amma, əsasən, hündür ağaclarda yaşayan ərincəkləri çox nadir hallarda görmək olur. Səfərin sonuna yaxın bəxtimiz gətirdi və onlardan birini gördük, o da azıb yol qırağına düşmüşdü. Qaldırıb ağaca qoyduq. İndiyənəcən savabından qurtara bilmirik :) )???? Cəngəlliyin tən ortasında təbii qaynar bulaqlar.????Təəccüblü olsa da Kosta-Rikada yerli əhali arasında tez-tez bizimkilərə oxşar adamlara rast gəlirdim. Məsələn, yolüstü kafedə ofisiant işləyən bu qaqaş kimi. Hərdən çaşıb qalırdım ki, bu niyə ispanca danışır?Bir sözlə, gedib görüləsi yerdir. Görməyənlərə qismət! :)P.S.: Turistlər, elə yerli əhali üçün də tam bir təhlükəsiz ölkədir.Əgər yazını bəyəndinizsə aşağıda olan Facebook düyməsini seçərək blogpostu Facebookda paylaşın ki, dostlarınız da yazılarımızdan xəbərdar olsunlar. Yox əgər Gəzəyənlərin yazılarından ilk xəbər tutmaq istəyirsinizsə aşağıda “abunə ol” bölməsinə mailinizi yazaraq düyməyə klikləyin. Hələlik bu qədər, növbəti yazılara qədər…Paylaşdı: Ali Akbar

1508 dəfə oxunub

Bali bələdçisi - nə qədər pul lazımdır?

Bali adasındakı bütün otel və hostellərə bu linkdən keçid alın.Bali adası-Yer kürəsindəki cənnətBali adası ilin 12 ayında da rəngarəng və gözəlliyi ilə seçilməsinə baxmayaraq İyun-Oktyabr aylarında özünəməxsusluğunun pik nöqtəsini yaşayır. Bu gün əminəm ki, bir çoxinsanın yanında Bali haqqında danışdıqda o insanın ürək döyüntüləri daha tez-tez atmağa başlayır. Həmin anda insan ürəyi durmadan Bali adasını istəməsinə baxmayaraq beyin ($dollar$) komandası verib ürəyi sakitləşdirir))). Bu səbəbdən bu gün Balinin möhtəşəmliyindən deyil 15 günlük səyahət üçün oraya çəkiləcək xərclərdən danışmaq istəyərdim. Əvvəlcə yaxşı xəbər odur ki, Bali adası, ümumiyyətlə İndonezya Azərbaycan Respublikası vətəndaşları üçün vizasızdır. Aeroportda UK vətəndaşlarının yerində Viza almaq üçün növbəyə durduğunu görüb növbəsiz və vizasız adaya daxil olmağın həzzi başqadır.Bali adasına getmək üçün çəkilən xərcin əsas hissəsini təbii ki, təyyarə bileti tutur. Bu gün Bakıdan Bali adasına aşağıdakı variantlarda uça bilərsiniz: 1) Baliyə low-cost təyyarələrlə uçmaq istəsəniz bunun üçün Bakı-Tehran-Kuala Lumpur-Bali istiqamətində gediş-dönüş biletləri ala bilərsiniz. Bu variantla Buta, Air Asia və Garuda İndonesia təyyarələrini istifadə edəcəksiniz. Bilet xərci 1 nəfər üçün gediş-dönüş gedəcəyiniz ayın günlərindən asılı olaraq 1000-1200 manat aralığında olacaq. 1 tərəfli aeroportlarda gözləmə müddəti daxil təxminən 30-40 saat ərzində Baliyə çata bilərsiniz. Təyyarələr low-cost olduğu üçün oturacaqlar narahatdır. 2)İkinci variant Bakı-İstanbul-Cakarta-Bali istiqamətində gediş-dönüşdür. Bu variantda Bakı-İstanbul-Cakartaya THY ilə, Cakarta-Bali arasında olan 1 saatlıq məsafəni isə Garuda İnternational ilə uçacaqsınız. Bilet qiymətləti ilin bütün sezonlarında 1300-1500 azn arasındadır, Səyahət müddəti aeroportlardakı gözləmə vaxtı ilə birlikdə 24 saatdır. 3)Üçüncü variant Bakı-Doha-Bali reysidir. Qatar airwaysin çox rahat olan təyyarələri ilə 13 saata Baliyə çatacaqsız. (Bakı-Doha 2,5 saat, Doha-Bali 8 saat, geri qalan müddət aeroportda). Bilet qiyməti 1700-2000 azn aralığındadır. Əlavə olaraq deyim ki, Sinqapuru da görmək istəyənlər Bakı-Doha-Sinqapur-Bali reysinə bilet ala bilər. Bilet qiyməti 2000 azn. Tranzit uçuş olduğu üçün vizasız Sinqapurda 96 saat qala bilərsiniz. İndi isə qayıdaq Baliyə. Bali adası yaşayış üçün kifayət qədər ucuz olan bir yerdir. Burada ictimai nəqliyyat olmadığı üçün əsas xərc taksilərə çıxır. Baliyə getmədən mütləq Uber yükləyin. Çünki orada Uber taksilərdən 2 dəfə daha ucuza başa gəlir. Əgər Uber istifadə edə bilməsəniz yalnızca göy rəngli BlueBird taksilərini istifadə edin. Bütün taksilərə əyləşəndən sonra taksimetri açdırın yoxsa düşəndə kefləri istəyən qiyməti oxuyacaqlar)). Bu arada 40 dollar ödəməklə sutkalıq şəxsi taksi tuta bilərsiniz. Bütün gün sizi istədiyiniz yerə aparacaq. Qrupla gedən insanlar üçün əlverişlidir. Moto və skutr idarə edə bilənlərin isə əsl bayramıdır. 15 günə heç 100 dollar xərciniz çıxmaz. Skutr sürməyi öyrənmək asandır, ancaq ilk dəfə üçün çətinlik çəkə bilərsiniz və qəza riski yüksəkdir.Növbəti məsləhətim taksiyə pul verib adanı gəzməkdənsə gəzəcəyiniz ərazidə otel tutub qalmaq daha sərfəlidir. Çünki Balidə otel və villalar xeyli ucuzdur. Məsləhət görə biləcəyim oteller Ubud bölgəsində-(Bakung Ubud Resort and Villa 4*-günlük iki nəfərlik-dbl otaq üçün 70 azn ödəyəcəksiniz, Bliss Ubud Abangan 4*- dbl room 105-azn, Sens Hotel and Spa-4*-dbl room-150 azn, The Peacock İnn 3*-65 azn-yeri əladır). Balinin ən bahalı yeri sayılan Nusa Dua bölgəsində okeana 5-10 dəqiqəlik məsafələrdə məsləhət görə biləcəyim otellər(Mercure Bali 4*-dbl room 100 manat, Swiss Belhotel Segara Resort 4*-dbl room 80 manat, Santika Siligitia Nusa Dua 4*-dbl-70 manat) P.s-Bunlardan xeyli ucuz və bahalı otellər də var, büdcəniz nəyə uyğunsa seçə bilərsiniz. Beləliklə son nəticəyə gəlsək əgər iki dost THY ilə Baliyə uçub yuxarıda göstərdiyim orta səviyyədə otellərdə qalıb, səyahət boyunca Uber istifadə etsə 15 gün üçün 1400x2(bilet)+1000(otel-db room)+300 azn(uber)+1000(yemək və gəzmək)- ortalama 2 nəfərə 5000 azn-adambaşı 2500 azn xərciniz çıxar. Bunu günə böldükdə adambaşı 166 manat gündəlik pul edir ki, Azərbaycanın hər hansı bölgəsində yalnızca otelə az qala günlük o qədər pul ödəmək lazımdır. Tək gedənlər isə 3000-3500 aralığında xərc çəkməklə möhtəşəm 15 gün keçirə bilər. Bu arada Bali balayı adasıdır deyənlərə çox da qulaq asmayın, bura nə Seyşeldir nə də ki Maldiv. Baliyə fərq etmir tək, dostla və ya ailəli getmək, hər insanda unudulmaz xatirələr qoyan bir adadır. İndi isə bu günlük bu qədər. Qiymər barədə əlavə sualı olan yaza bilər.Əgər yazını bəyəndinizsə aşağıda olan Facebook düyməsini seçərək blogpostu Facebookda paylaşın ki, dostlarınız da yazılarımızdan xəbərdar olsunlar. Yox əgər Gəzəyənlərin yazılarından ilk xəbər tutmaq istəyirsinizsə aşağıda “abunə ol” bölməsinə mailinizi yazaraq düyməyə klikləyin. Hələlik bu qədər, növbəti yazılara qədər… Paylaşdı: Gəzgin Həyat

6144 dəfə oxunub

Avstraliya səfəri

Avstraliya səfəri2020-ci ildə pandemiya vaxtı kruiz gəmisilə buraya yanaşmışdım. Yalnız Hobart limanına enə bilmişdim. Sydney, Melbourne və Perth kimi şəhərləri isə gəminin göyərtəsindən izləyirdim. Çox istəyirdim enim, amma risk edib gəmidən düşmək və sonradan yenidən minə bilməmək ehtimalı vardı. Ona görə də məcburən həsədlə uzaqdan baxmaqla kifayətləndim.Əlbəttə ürəyimdə qalmışdı… Lakin bu səfər tamam başqa cür yarandı. Dostlarla vizalar haqqında söhbət edirdik. Onlar müxtəlif ölkələrə viza ala bilmirdilər. Dedim ki, Avstraliya vizası onlayn müraciətlə alınır və bu yolu sınamağı təklif etdim. Mövzu açıldı və düşündük: biz niyə bu fürsətdən kənarda qalaq? Beləliklə, Avstraliya səfərinə start verdik.Dərhal aviaşirkətlərin saytına girdim və inanın şok oldum — Türk Hava Yolları ilə gediş-dönüş biletini 1340 dollar təklif edirdi (adam başına). Bu məsafəyə görə çox yaxşı qiymət idi. Heç düşünmədən bron etdik.Planımız belə oldu:• Sydney• Brisbane və Gold Coast• Hobart və Tasmaniya adası• Melbourne (Great Ocean Road, Mornington Peninsula)Hal hazırda Melburnda yaşayan, Yeni Zelandiyadan köhnə tanışım, peşəkar bələdçi Olga ilə əlaqə saxladım və ölkə içi turlarımı onunla təşkil etdik.Təəssüf ki, dostlarımız viza ala bilmədilər (səbəb rəsmi olmasa da amma onlarda nə Şengen nə ABŞ vizalrarı var idi) və bu səbəbdən həyat yoldaşımla ikimiz gəldik.Bu 12 gün necə gəldi, necə keçdi bilmədik. Amma gördüklərimiz — inanılmaz mənzərələr, okean sahilləri, vəhşi təbiət və şəhər mədəniyyəti — hamısı bir arada idi. İçəridən tanıyanda tamam başqa təsir bağışlayır. Uşaqlıqda zoologiya, botanika və coğrafiya dərslərində oxuduqlarımı burada canlı görmək tamam fərqli duyğudur.⸻Praktik məlumatlar• Şengen vizanız varsa, 95% şansınız çox yüksəkdir.• Avstraliya vizası aldıqdan sonra Kanada və ABŞ müraciətləri də daha rahat olur (mütəxəssislərin dediyinə görə).• Ölkədə yalnız Avstraliya dolları (AUD) işləyir. Təxminən 1 USD ≈ 1.41 AUD.• Normal otellər orta hesabla 150–250 USD arasıdır. Airbnb-dən daha münasib tapmaq olar• Uber hər yerdə işləyir. Aeroportdan şəhər ortalma 45USD• İctimai nəqliyyat rahat və münasibdir. Melbourne mərkəzində tramvaylar pulsuzdur.• Daxili uçuşlar çox sərfəlidir — 50–100 USD arası şəhərlərarası uçmaq mümkündür.• Mal və qoyun əti əksər hallarda halaldır (yenə də soruşmaq məsləhətdir).• Yemək orta hesabla 20–25 USD adam başınadır. Şəhər və təbiət turları 45 -130 USD arası⸻Hamınıza bol-bol səyahətlər arzulayıram.Bu ara şəkillər aradı Avstraliyanın mövsüm xəritəsini də paylaşdım — hansı aylarda hansı bölgəyə getmək daha məsləhətdir deyə.Və əlbəttə, Melburnda tur üçün Olga-nın ünvanını və Instagram səhifəsini də paylaşacağam. Gedən olsa, çox kömək edər. Olga KovalevaSağ olun, təşəkkür edirəm

206 dəfə oxunub

Mərakeş Səfərim

Salam. Son zamanlar populyar istiqamətlərdən olan Mərakeş səfərimdən söhbət açmaq istərdim. Əvvəla onu qeyd edim ki, yerli şirkətlərin təklif etdikləri paketlərlə bu ölkəyə getməyi məsləhət görməzdim (qiymət baxımından). Aktiv şengeniniz varsa İspaniya, Portuqaliya və ya İtaliyadan keçə bilərsiniz. Mən Madriddən keçdim (təyyarə biletinin qiyməti hava şirkətindən asılı olaraq 30-80 avro təşkil edir. Uçuş vaxtı 2 saat 10 deq.) Hava limanına çatıb, pasport kontrola yaxınlaşdıqda uzun-uzadı sorğu-suala hazır olun (sevdiyiniz rəngə gədər soruşa bilərlər). Pulunuzu hava limanında dəyişə bilərsiniz. Kurs şəhərlə eynidir. Pulu dəyişəndə kvitansiya götürməyi unutmayın. Əgər dönüşdə artıq dirhəminiz qalsa geri dəyişdirə biləsiniz. (yerli valyutanı ölkədən çıxarmaq qadağandır). Menara hava limanından Mərakeşin mərkəzinə 119 nömrəli aerbusla (30 dirhəm-6manat) (deyilənə görə 15 gün ərzində keçərlidir. Mən ancaq dönüşdə istifadə etdim, ona görə dəqiqləşdirərsiniz), 118 nömrəli şəhər avtobusu (4 dirhəm-80qəp), və taksiylə gedə bilərsiniz. (qiymət məsafədən asılı olaraq 150-300 dirhəm-30-60manat arası dəyişir). Hotellərə qəldikdə isə hər cibə uyğun mövcuddur. Məşhur şəbəkələrdən tutmuş lokal (riyad)lara gədər. Milli mətbəx: Kuskus və Tajin ən populyar yeməkləri sayılır. Mən Msemmeni (bizim fəsəlini xatırladır) və nanəli çaylarını bəyəndim.Görüləcək yerlər: Medina (old town), Jamaa El Fna meydanı (burda cibgirlərə görə diqqətli olun), Jardrin Majorelle (İv Sen Loranın son illərini keçirdiyi villa burada yerləşir), Yves Saint Laurent muzeyi, Koutubia məsçidi, Bahia sarayı, Ben Youssef mədrəsəsi, Qırmızı şəhər, Menara bağı və s. (bəziləri bir-birə yaxın məsafədədir). Mən nəqliyyatdan istifadə etmədim, yaxın-uzaq hamısını piyada qəzdim (45-47 dərəcə istiyə baxmayaraq). P.S mərkəzi vağzaldan qatarla Kasablankaya keçə bilərsiniz. Bir tərəfə biletin qiyməti 100-160 dirhəm arası, məsafə 3 saata yaxın.Paylaşan: Рафик Мамедов

344 dəfə oxunub
Bizi izləyənlər siyahısına qoşulun!