938 dəfə oxunub

Sehirli aləm - Norveç bələdçisi

Norveç barəsində qeydlərim:
Planlama edərkən əsas məqsəd gözəl və ensiz fyordları görmək, ən gözəl qatar səyahətlərindən biri hesab olunan Flam qatarından istifadə etmək, təbiət qoynunda olan çoxlu yürüyüş nöqtələrinə getmək (əsas Trolltunga) , Skandinav mədəniyyəti ilə tanış olmaq, Vikinglər kəndini ziyarət etmək, Şimal qütb işıqlarını görmək idi.

Bir qədər araşdırmadan sonra www.norwaynutshell.com səyahət turu qabağıma çıxdı. Bu sizi ən gözəl fyordları görmək üçün qatar və ferry (bərə)-ləri bron edir. Onların etdikləri sadəcə ayrı-ayrı qatar, avtobus, ferry-ni sizin yerinizə bron etməkləridir. Bu biletlərin hər birini özünüz ayrılıqda almaqla həm daha çox qənaət etmiş olursuz, həm bir qatarı qaçırtmaqla bütün səyahət planınız məhv olmuş olmur (mən qaçırtdım və planım pozulmadı), həm də bu planlardan kənara çıxmalar etməklə səyahəti daha maraqlı etmək olur (Məsələn Flam-da bir neçə saat deyil, bir gecə qalmaq və orda şəlaləyə yürüyüş etmək olur, Vikinglər kəndinə getmək, daha şimala gedərək qütb işıqlarını görmək və s.) Qeyd edəcəm necə edə bilərsiz.
1) Oslo paytaxt olduğundan ilk nöqtə olaraq bura gəlib səyahəti burdan başlamaq daha əlverişlidir
2) Oslo-Bergen qatarı istifadə etməklə Bergenə gəlib iki gecə qalmağı tövsiyə edirəm (sayt www.vy.no- bileti burdan almaq olur)
3)Bergen-Myrdal və Myrdal-Flam ayrı-ayrılıqda qatar biletlərini almaq (www.vy.no) , ikinci qeyd etdiyim Myrdal-Flam turistik hesab olunur və ən gözəl qatar turlarından biri hesab olunur.
4) Flam-da bir gecə qalmağı tövsiyə edirəm, norwayinanutshell ilə edəndə isə sizə bu imkan təklif olunmur.
5) Səhəri günü Flam-Gudvangen ferry ilə (www.norwaysbest.com saytından almaq olar) Norveçin fyordları arasında ön gözəli və ensizi hesab olunan Nærøyfjord-u və digər fyordları gəzmiş olursuz.