2290 dəfə oxunub

Sərt karantin dövründə Türkiyə səyahəti

Qorxulara, artan statistik rəqəmlərə baxmayaraq ölmək ölməkdi xırıldamaq nə deməkdi deyərək Türkiyə hava yolları açılan kimi ailəvi olaraq iyulun 17-i üçün bilet aldıq və analiz verib, üz qoyduq Türkiyəyə. Maksimum dərəcə də spirt və maska ilə silahlanıb elə aeroportda maşın kirayələyib, bir aylıq Türkiyə gəzintisinə başladıq. Bu postda səhifədəki dostların əksəriyyətinin Türkiyəyə səyahət etdiyini nəzərə alaraq 4500 km-lik gəzintimizdə bizim üçün daha maraqlı və mütləq görülməsini məsləhət bildiyimiz yerlərdən yazacam. Bu aralar turist sayının az olması, türk pulunun dəyər itirməsi, müştərisiz qalmış otellərin, restoranların xeyli endirimlə xidmət etməsi daha sərfəli və cəlbedici olduğundan nə qədər gözəl yer var gəzməyə çalışdıq.


İstanbul

Şile – Saklı göl

Agva – Gizemli nehir

Emirgan korusu – Sarı köşk

Belgrad Ormanları – Ataturk arboretrumu

Gebze, Darıca - əhalisinin 70 faizi 60 yaş üstü olan sakit bir qəsəbə

Tuzla Marina – Uşaqlar üçün 1 günlük tur. Korsan adası, Aslan Parkı (pələng və şir balaları ilə oynayıb şəkil çəkdirə bilərsiniz), Aquapark

Kilyos, Riva, Sarıyer plyajları

Ayasofya – indi məscid olaraq.


Yalova

Vadi Yalova

Sudüşən şəlalə

Kocaeli


Sapanca gölü

Sakarya

Maşukiye

Ormaniye – böyük bir meşədə uşaqlı ailələr üçün nağıllar aləmi kimi bir ərazi


Bursa

Cumalıkızık köyü – Osmanlıdan qalma tikili və arxitektura baxımından dəyişilmədən insanların yaşadıqları yeganə kənd

İnkaya çınarı – eyni anda 400 nəfəri kölgəsi altına ala bilən 600-dən çox yaşı olan ağac. Hazırda onun kölgəsində bir restoran fəaliyyət göstərir və mükəmməl səhər yeməyi verirlər.

Uludağ – yayda çox az sayda turisti olan bu məkanda "Sarı Alan" deyilən bir yer var. Ailənizlə 35 dərəcəlik Bursa istisindən qaçaraq cəmi 20 dəqiqəlik yol getməklə 18 dərəcə sərinlikdə istirahət edə biləcəyiniz gözəl bir məkan. Teleferiklə getdikdə birinci dayanacaq.

Saitabat şəlaləsi

Denizli

Pamukkale travertanları – ilk dəfə idi ki, bura gedirdim. Hər dəfə ora gedənlərin “çox turist olur” şikayətlərinə görə risk edib gedə bilmirdik. Amma pandemiyaya görə cəmi 3-4 nəfər adam vardı və su çox gözəl, təmiz idi.

Kleopatra antik hovuzları – qızımın onu daha da gözəlləşdirəcəyinə inanaraq sudan cıxmadığı yer. 


Antalya – səyahətə gedən yaxınlarımdan eşitdiklərimə əsasən sadəcə olaraq dəniz, all inclusive otellər, əyləncəli hovuzlardan ibarət olduğunu düşünərək cəmi 2 gün qalacağımızı planlaşdırıb 1 həftə qaldığımız və hələ gəzməli çox yeri olan dənizin, dağların, çayların, şəlalərin olduğu möhtəşəm məkan.

Köprülü kanyon – Beşkonak kəndində yerləşən iki dağ arası çay. Övladlarınızla "rafting" edə biləcəyiniz və sonunda üzüm yarpağına bükülmüş alabalık yeməyi ilə qonaq ediləcəyiniz 5 saatlıq tur.

Tazı kanyonu – adrenalin.

Düdən şəlalələri

Kurşunlu şəlaləsi

Manavgat şəlaləsi


Muğla

Saklı dere şəlaləsi – ağac evlər oteli, tək nəfərlik raftinglər

Fethiyedə gəmilərlə 1 günlük körfəz turu – Kelebekler vadisinin də tərkibində olduğu 12 bir-birindən gözəl körfəzləri görəcəyiniz, dupduru Aralıq dənizi sularında çimə biləcəyiniz 8-9 saatlıq tur. (Seçim çox olsa da uşaqlarla gedəcəksinizsə Pirat qayıqları məsləhət görərdim)

Burdur - 13 göldən ibarət və yalnız 3 gölünün ziyarətə açıq olduğu, 7-10 dərəcəlik tempratura malik İnsuyu mağarası


Maska məcburiyyəti Taksim, Sultanahmet meydanlarında və yalnız qapalı məkanlarda var idi. Ümumiyyətlə, hər dəfə maska taxmaqla, açıq hava restoranlarında yemək yeməklə, hər 2 metrdən bir qoyulmuş dezinfektanlardan istifadə etməklə, maşın kirayələyib ictimai nəqliyyatdan uzaq durmaqla maksimum dərəcədə qorunmuş olursunuz.


Əgər yazını bəyəndinizsə aşağıda olan Facebook düyməsini seçərək blogpostu Facebookda paylaşın ki, dostlarınız da yazılarımızdan xəbərdar olsunlar. Yox əgər Gəzəyənlərin yazılarından ilk xəbər tutmaq istəyirsinizsə aşağıda “abunə ol” bölməsinə mailinizi yazaraq düyməyə klikləyin. Hələlik bu qədər, növbəti yazılara qədər…



Paylaşdı: Vusala Rustamova

DİGƏR BLOQLAR

Egeyin İncisi - İzmir

İzmirdəki otel və hostelləri bu linkdən book (bron) edə bilərsiz.İzmirdə qaldığım 6 həftəlik müddətin təəssüratları bir ömrə sığmasa da, 1 posta mümkün qədər sığdırmağa çalışacam????. Şəhər olduqca gözəl, rahat və həm gəzilə biləcək, həm də yaşana bilənəcək şəhərdir. Bir dəfə gedənin bir daha getsəm dediyi şəhərdir. İzmir deyincə ağla gələn məşhur plyajlar, Kuşadası, Çeşme, Alaçatı kimi turistik bölgələr olsa da mənimçün bu şəhər tarixi abidələri, muzeyləri, street artları , xüsusilə günbatımları ilə yadda qalan oldu. Bu şəhərdə günbatımları sözün əsl mənasında möhtəşəmdi. Necə deyərlər tam şeir yazdıracaq, rəsm çəkdirəcək havadadı????????.Hava limanından "izban" adlanan transport vasitəsilə şəhərin bəzi hissələrinə birbaşa , bəzi hissələrinə isə metro, tramvay və ya avtobuslara transfer edərək getmək mümkündü. Onu qeyd edimki şəhər böyük olduğu üçün çox vaxt bir nöqtəyə birbaşa bir transportla gedib çıxmaq mümkün olmur və kart oxunma cihazlarına bir dəfə oxunan kart 90 dəqiqə ərzində bütün transportlarda keçərlidi. Şəhərin mərkəzi Alsancak-Kordon hissəsindən günbatımının ən gözəlini izləyə bilərsiz???? Ayrıca Alsancakda Sahil boyu uzanan parklarda məsələn bizim dostlarla görüş, oturub müxtəlif oyunlar oynama, söhbət eləmə nöqtəmiz idi. Həmçinin büdcənizə uyğun müxtəlif qiymətli kafe, restoran, bar, klubları da bu hissədə tapa bilərsiz. Atatürkün İzmirdəki ev muzeyini, zövqlə dizayn edilmiş kilsə və məscidləri ziyarət edə bilərsiz. Alsancağa Tramvayla 5 stansiya uzaqlıqda olan Konak adlı yerdə "Saat kulesi", "Kemeraltı çarşı", "Tarihi asansör"ü görmədən geri dönmək günah olar.İzmiri ovuclarının içində görmək istəyənlər mütləq Balçovada yerləşən "Teleferik"i ziyarət etməlidir. Kanatla qalxarkən  (adambaşı 10tl) kameralarınızı və gözlərinizi qarşısınızda açılacaq o möhtəşəm mənzərə üçün hazır edin???????????? şəhərin möhtəşəm mənzərəsinə qarşı piknik etmək istəyənlər ( yenə də o möhtəşəm günbatımı üçün ????????????) üçün burada hər bir şəraitlə təmin edilmiş piknik alanları da var????????????. Hərbi Muzey sevərlər "İnciraltı deniz müzesi"nə baş çəkməlidir kesinlikle???? Görevini tamamladıqdan sonra Ege fırkateyni və Piri Rəis hərbi və sualtı gəmiləri 2007-ci ildən muzey şəklində istifadəyə verilib və içinə girdikdə özümü bir an bir filmin içində kimi hiss elədim????. Müxtəlif kapitan, əsgər maketləri, səs effektləri, tarixi posterlər, müxtəlif qəzetlərin 1950-1960-cı illərdə dərc olunmuş versiyaları tarixi abu havanı dolu dolu yaşadırdı. Onu xüsusi qeyd eliyimki Azərbaycandakı tələbə biletim həyatında ilk dəfə bir işə yarayaraq bu muzeyə pulsuz girməyimi təmin elədi???? Normalda giriş qiyməti 15tldi. "İzmir doğal yaşam parkı" na giriş de 8tl yerine 4tl ödeyerek tələbə biletimə ikinci dəfə minnətdar olmama sebeb oldu ???? "İzmir doğal yaşam parkı"nı məndən soruşanlara qısa olaraq belə tarif eliyirəm: təkcə ayıyla, aslanın yeri Bakıdakı zoopark boydadı. İçərisində 1500 heyvan yaşayır, 3000 ağac, 250 bitki növü var. 5 saat ərzində biz güclə gəzib bitirdik ama dəyərdi o yorğunluğaDəniz sevdalıları, əyləncə axtarışında olanlar: Şəhərə yaxın hissədə dənizə girmək istəyənlər Foça, Mordoğan, Özdere, Seferihisar, Urla plyajlarına baş çəkə bilərlər. Şəhər içindən izban, metro, gemi vasitəsiyle bu yerlərə rahatlıqla getmək mümkündü. Seferihisara gedibdə Sığacık adlı sahil qəsəbəsinə mütləq baş çəkin. Alaçatı, Çeşme, Kuşadası( bu yerler haqqında postlar dəfələrcə paylaşıldığından əlave nəsə demək məncə mənasız olar ????????) isə şəhərdən təxminən 1,5-2 saat yarımlıq məsafədə yerləşir. İzmir otogarından 60tl ödəyərək avtobuslarla rahatlıqla getmək mümkündü. Getdiyiniz yerlərdə halk plajı adlandırdıqları free plyajlarda giriş pulu ödəmədən sadəcə şezlonq və çətir kiralayaraq rahatlıqla dincələ bilərsiz. Sadaladığım yerlər içində dənizini xüsusi bəyəndiyim Çeşme oldu. Su olduqca təmiz və digər yerlərə nisbətən daha az duzlu idi.???? Həmçinin kamp qurmaq və dəniz kənarında sabahlamaq istəyənlər də görəvli şəxslərə bu barədə məlumat verib rahatlıqla gündoğumunu izləyə, səhərin ilk günəş işıqları altında dənizə girmənin keyfini çıxara biler ????????????????Növbəti dayanacaq : "Şirince" kiçik dağ kəndi olub bir növ bizim Lahıca bənzəyir. Meyvə aromalı şərabları ilə məhşur olan bu kəndə gedibdə şərab dadmamaq həqiqətən günah olar. Selçuk bölgəsində yerləşən bu kəndə səfərinizi planlayırsızsa yaxınlıqda yerləşən tarixi Efes abidəsini, Müqəddəs Məryəm kilsəsini , Yedi uyuyanlar abidələrini mütləq şəkildə ziyarət etməlisiniz ( bu yerləri anlatmağa kəlimələr yetməz, şəkillərə baxın ve şiddətlə tövsiyyə edirəm ki gedin) ????????Hal hazırda manat tl ilə müqayisədə daha qiymətli oldugu üçün shopping etmək istəyənlər alış veriş mərkəzlərində saatlarla vaxt keçirə bilər ???? Rəfiqəmlə Gaziemirdeki "Optimum" adlı mallda 6 saat ərzində 14km yeridiyimizi desəm məncə kifayət edər ???? Bütün mallarda eyni markaları tapmaq mümkündü ama mallardan kənarda yerləşən eyni marka mağazalarında isə daha zövqlü geyimlər tapa bilərsiz. Outletlərdən də büdcənizə uygun geyimlər əldə etmək mümkündü. Pulunuzu dollar şəklində götürməniz daha məsləhətlidi. Exchange üçünsə dövüz bürolarına getməyinizi məsləhət görmürəm. Banklar ən məsləhətlisidi, Ən pis halda isə zərgərlərdə pulunuzu exchange edə bilərsiz.Uzun olsa da oxuduğunuz üçün təşəkkürlər. Ümid edirəm İzmirə gedəcək insanlar üçün faydalı bir post olmuşdur. Getməyənləri isə getməyə həvəsləndirmişdir ????????????Əgər yazını bəyəndinizsə aşağıda olan Facebook düyməsini seçərək blogpostu Facebookda paylaşın ki, dostlarınız da yazılarımızdan xəbərdar olsunlar. Yox əgər Gəzəyənlərin yazılarından ilk xəbər tutmaq istəyirsinizsə aşağıda “abunə ol” bölməsinə mailinizi yazaraq düyməyə klikləyin. Hələlik bu qədər, növbəti yazılara qədər…Paylaşdı: Asmera Gashamli

963 dəfə oxunub

Almaniyanın ən şimalı - Flensburg

Flensburgdakı bütün otel, apartament və hostelləri bu linkdən book (bron) edə bilərsiz.Salamlar hər kəsə..Həmişə bu qrupdan yararlanmışam, düşündüm ki, indi də bura nəsə qazandırmaq vaxtıdı :) Mən Almaniyada master təhsili alıram.. 1 şəhərdə yaşayıram, 2 şəhərə 1 günlük səyahət etmişəm.. təcrübələrimi bölüşmək istəyirəm..Flensburg - ilk danışacağım şəhər olacaq ki, Almaniyanın ən şimal şəhəridi.. Bura gəlməzdən əvvəl bəzi stereotiplərim vardı ki, çox kiçik və soyuq olması ilə bağlı..Amma ki hər ikisində yanıldım deyə bilərəm, əgər yolunuzu bu kiçik və tarixi Alman şəhərindən salmaq istəyirsinizsə bəzi şeyləri bilmək lazımdı..Flensburg Danimarka ilə 7 km sərhəddə yerləşən 89 min əhalisi olan bir liman şəhəridi.. amma bu liman çox dar olduğundan iqtisadi məqsədlərlə çox da istifadə olunmur.. Şəhərə ən yaxın böyük şəhər təxmin edə biləcəyiniz kimi Hamburgdu.. Hamburgdan bura Flixbuslar 4 saata və daha tez gələ bilir.. Qatar yollarından isə özləri də şikayət edir.. Flixbus daha məsləhətlidi..Şəhər Schleswig-Holstein torpağında yerləşir ki, bu əhalisi ən yaşlı və ən xoşbəxt olan Alman torpağı hesab olunur :) Digər şəhərlərdən ən böyük fərqi təbii ki, dəniz və sərhəd olmasıdı.. Danimarkada qiymətlər çox baha olduğundan, Flensburg önəmli bir alış - veriş şəhərinə çevrilib.. Gəlib burdan alış - veriş edirlər..Şəhərin insanda yaratdığı təəssürat isə tarixi bir kənddi sanki.. amma ki yaxşı mənada çünki şəhəri sanki meşənin içində gizlədiblər.. hədsiz çox yaşıllıq var.. hələ bizim campus ümumiyyətlə cənnətdi :)Şəhər mərkəzi çox kiçikdi.. elə çox məşhur tikilisi yoxdu, amma insanları çox gülərüzdü və şəhər az toxunulub, havası çoooox təmizdi.. Bakıdan gələndə ilk günlər nəfəs almaqda çətinlik çəkirdim :)Havası isə o qədər də soyuq deyil.. mən proqramda hər gün Munich, Milan ve Bakı ilə müqayisə edirəm.. Cənubdan bəzən isti çox vaxt isə bərabər olur.. Milandan və Bakıdan da isti olduğu günlər olur.. bu isti bu ilə özəl imiş..İnsanları hədsiz gülərüz və dostcanlısıdı.. Hər gün şəhər küçədə hamı bir-birinə salam verir “Moin” deyə.. Bu Danish dilindən gəlmədi bu bölgəyə məxsusdu:)Şəhər 1861-ə qədər Danimarkaya məxsus olduğundan mədəniyyətlərin vəhdətini görmək mümkündü.. şəhərdə Danish və Türk azlıqları var.. “Türkcə bilirsənsə Flensburg sənin evin kimidi”.. deyirlər :)Şəhər Almaniya standartlarında ucuzdu..Avropa standartlarında isə özləri dediyi kimi “super f*cking cheap”di????Bir neçə hotel və hostel var.. Güclü məlumatım yoxdu amma ki onlar da ucuz olmalıdı..Bütün bunlardan əlave çox gözəl dəniz mənzərəsi var ki, hər şeyə dəyər :) Restoranları da çox dadlıdı.. Balıq üstünlük təşkil edir təbii ki.. pivələri isə əladı..“Flensburger” pivəsi isə çox məşhurdu və Almaniyada ən yaxşılardan sayılır.. Şəhərdə müasir şəhər anlayışı və abu havası yoxdu.. Bəzilərinə bu yad gəlir belə yerdə yaşamaq.. amma mənim xoşuma gəlir.. Velosiped dəlisidi.. hər şey yaxın olduğundan maşın mənasız gəlir bunlara.. hamının “yaylıq” bir kabrioleti var, o ayrı ????Velosiped dayanacağında boş yer tapmırsan heç.. Dirəklərə filan bağlayır insanlar.. Bu qədər.. Şimali Almaniyaya yolunuz düşsə, bura 1-2 gün ayırmağa dəyər :)Bu arada Hitler Almaniyasının təslim müqaviləsini bağladığı bina da burda yerləşir, Nazi Almaniyasının son qərargahıdı..Bizim insanların buranı eşitməməsinə səbəb isə bunlar Futbolu yox, Handball-u sevirlər???? Məncə mənasızdı amma, hörmət edirik????Əgər yazını bəyəndinizsə aşağıda olan Facebook düyməsini seçərək blogpostu Facebookda paylaşın ki, dostlarınız da yazılarımızdan xəbərdar olsunlar. Yox əgər Gəzəyənlərin yazılarından ilk xəbər tutmaq istəyirsinizsə aşağıda “abunə ol” bölməsinə mailinizi yazaraq düyməyə klikləyin. Hələlik bu qədər, növbəti yazılara qədər…Paylaşdı: Turan Khalafov

1258 dəfə oxunub

Azor adaları - Sao Miguel və Flores

Atlantik okeanında olan bir vulkanik ada təsəvvür edin, qara qumlu sahilləri, ecazkar təbiəti, termal suları, möhtəşəm gölləri, şəlalələri, insanı rahatladan sakitliyi olsun. Çoxlarının ağlına ilk gələn ada İslandiya olacaqdır. Amma bura İslandiya deyil, İslandiyadan fərqli olaraq burada sıx meşələr, isti qumlu çimərliklər vardır, qiymətlər çox ucuzdur. Söhbət yerli sakinlərin Atlantisin son hissələri olaraq adlandırdığı Portuqaliyaya məxsus Azor adalar qrupuna daxil olan Sao Miguel və Flores adalarından gedir.Azor adalar qrupu 9 adadan ibarət olmaqla Amerika ilə Avropa arasında Atlantik okeanının ortasında yerləşir. Qrupda daha əvvəl Sao Miguel haqqında 1 post olub, Floresə isə bizim ölkədən gedən olub mu bilmirəm. Amma yaxın vaxtlarda paylaşacağım bir neçə post sonrası əminəm ki, bir çoxları yolunu bu adalara salacaqdır. Mən Sao Miguel adasında 6 gün, Floresdə 1 gün keçirməyimə baxmayaraq Sao Migueli tam gəzib qurtara bilmədim. Adada turist sayı və yerli əhali olduqca azdır. Daima sakitlikdir, təbiətin səsi hər yerdə insanı valeh edir. Sao Miguel adasında banan, ananas kimi meyvələr yetişdirilir. 1800-cü illərdən qalma çay plantasiyaları var. Hər tərəfdən nəhəng inəklər otlayır. Buna görə süd, pendir və sair heyvandarlıq məhsulları ölkəmizdən belə ucuzdur. Hər tərəfdə yerdən termal sular qaynayıb çıxır.Termal su axan şəlalə, təbii jakuzilər və hovuzlar vardır, hətta adanın bir hissəsində termal su Atlantik okeanının tam kənarında çıxır. Katerlə okeana çıxıb balina və delfinləri müşahidə etmək mümkündür. Restoranlarda balıq məhsullarının qiyməti çox sərfəlidir. Hətta ilin bəzi vaxtlarında balina ovlamağa icazə vardır və restoranlarda bu əti yeyə bilərsiniz. Məhşur yeməkləri cozidodur. Ət, kartof və əllərinə nə keçsə yığırlar bir qazana və Furnas bölgəsində olan Termal suların qaynadığı quyu kimi yerə basdırıb üstünü torpaqla bağlayırlar. Təxminən 10 saat sonra qazanları torpağın altından çıxarırlar və yemək hazırdır.Adada ictimai nəqliyyat vardır amma saytları portuqal dilindədir. Gün ərzində paytaxt Ponta Delgadadan kəndlərə bir neçə dəfə avtobuslar gedir. Amma bu möhtəşəmliyi görmək üçün ən ideal variant aeroportda avtomobil kirayə götürməkdir. Taksilər çox baha olduğu üçün avtomobil kirayə götürməsəz ada səyahəti boyunca əziyyət çəkə bilərsiz. Mən Sixt firmasından Renault Clio kirayə götürdüm. 5 gün üçün full insurance daxil təxminən 120 avro ödədik. Təxminən 500 km avtomobil sürdük, cəmi 30 avroluq gas istifadə edildi. Buna görə istədiyimiz hər yeri rahatca görə bildik. Yol boyunca otostop çəkən bir çox insanla dostlaşdıq. Ümumi ilkin olaraq bunları yazıb şəkillərlə baş başa buraxıram. Adanın möhtəşəmliyi barədə gələcək postlarda məlumat verəcəm. Kimin nə sualı olsa verə bilər.P.S. -Frankfurt, Lissabon ve Portodan adaya Ryanair uçur birbaşa reysle.Əgər yazını bəyəndinizsə aşağıda olan Facebook düyməsini seçərək blogpostu Facebookda paylaşın ki, dostlarınız da yazılarımızdan xəbərdar olsunlar. Yox əgər Gəzəyənlərin yazılarından ilk xəbər tutmaq istəyirsinizsə aşağıda “abunə ol” bölməsinə mailinizi yazaraq düyməyə klikləyin. Hələlik bu qədər, növbəti yazılara qədər…Paylaşdı: Gəzgin Həyat

1204 dəfə oxunub

Film və musiqilərdən Beyrut şəhərinə

Beyrutdakı bütün otel, apartament və hostelləri bu linkdən book (bron) edə bilərsiz.Tək və orda heç bir dostum olmadan Livana gedən biri kimi haqqında deyə biləcəyim ən sevindirici məqam, düşünüldüyünün əksinə tək səyahət edənlər üçün çox təhlükəsiz ölkədir. Məncə bu xanımlar üçün sevindirici xəbərdir.Digər ərəb ölkələrindən (pisləmək üçün demirəm), mədəniyət baxımından əsaslı şəkildə fərqlənir və Körfəz ölkələrindən musiqi (Mashrou Leila, Fairuz, Jasmine Hamdan) və film mədəniyyəti olaraq açıq fərqlə öndədir. Amin Maalouf kimi yazıçı və Xəlil Cebran (şair) Livanlıdır. Jasmine Hamdani "Only lovers left alive" filmindən kəşf etmişdim. İnsanların təhsil səviyyəsi yüksəkdir, dünya görüşü çox açıqdır.Ölkənin yarısına qədəri xristiandır və bu qədər çox millət, dini qrupun olması ölkəni çox rəngarəng edir (baxmayaraq ki, bu vətəndaş müahəribəsinə də gətirib çıxarmışdı). Hətta Fələstinlilər və Suriyalılar gələnə qədər xristianlar ölkəni daha çox "özününkü" hesab edirdilər (İnsult filmində olduğu kimi) və prezidentləri də xristiandır. Digər önəmli vəzifələr şiə, sünni və s. qruplar arasında bölünüb. Bəli, çox böyük vətəndaş müharibəsindən çıxıblar. İzlərini insanların üzlərində, güllə izlərini “Downtown”dakı Şəhidlər heykəlində, Holiday Inn hotelində görə bilərsiniz. Osmanlının izlərini isə qətlə yetirilən məşhur baş nazirləri Rafik Haririnin Sultan Ahmeddən təsirlənərək tikdirdiyi Muhammad Al Amin məscidindən, “Downtown”dakı Osmanlının tikdirdiyi məşhur saatdan, məşhur içkiyə dönən türk kahvesi, türk tatlılarından, adını rakının düzəldildiyi bitki Anasondan götürən Anise adlı məşhur məkandan görə bilərsiniz. Beyrutun logosu o məşhur Göyərçin qayalıqlarıdır (Raoucheh). Harissada Məryəm ananın böyük heykəli var, Beyrutu qorumaq üçün tikilsə də, əslində o cür ağır müharibədən qoruya bilmədi. Jeita adlı mağaraları da gedilməli yerlər sırasındadır.Beyrut həqiqətən də fransız dilli şəhərdir, söhbət etdiyim bir neçə Suriyalı Livanlıların ərəbcə yaxşı bilməməsini onlara "ayıb" adlandırdı, çünki həqiqətən də bəzi insanlar sadəcə fransız və ingiliscə danışmağa üstünlük verir. İngiliscə kifayət qədər yüksək səviyyədədir. Beyrutda çox maraqlı kiçik evlər içində canlı musiqi yerləri var (Əşrəfiyyə, Hamra, Mar Mixael bölgələrində). Beyrutdan sonra Finikiyanın məşhur o qədim limanının yerləşdiyi 7000 il tarixlik Bibliya və bütün bu qəbildən sözlərin öz mənşəyini aldığı Biblos (Jbeil) şəhərinə getdim. Çox əsrarəngiz idi. Mütləq gedilməlidir. Sonra isə mədəniyyət baxımından daha çox Suriyanı xatırladan Tripoli şəhərinə getdim. Daha çox müsəlman icmasının yaşadığı bu şəhər daha çox nəzarət altındadır. Hərbi texnika hələ də küçələrdədir. Yaxınlarınıza hədiyyə almaq istıyirsinizsə mütləq burdan alın, çünki Livan çox baha ölkədir, ən "affordable" şəhər bura idi. Mən Polşadan gəldiyim üçün getmək istəmədim, ama qış idman növlərini sevənlər mütləq dağlara, Faraya ya getsinlər. Beyrutdan çox yaxındır. Ölkədə ictimai nəqliyat bərbaddır, aeroportdan hostelə Uberlə, Beyrut içi yerlərə adətən ayaqla, digər şəhərlərə isə tək gəzən xaricilərin adətən seçdiyi sadə və "gənc abu havalı" hostelimiz Grand Meshmosh-un təşkil etdiyi sürücülərlə hosteldə qalan bir neçə nəfər yığışıb getdik. O hosteli də məsləhət görürəm, çox sadədir, ölkə bahadır hər şeyi yanınızda aparsanız kifayət qədər rahat hosteldir, təhlükəsizlik və hər yerə yaxınlıq baxımından ola biləcək ən möhtəşəm yerdə yerləşir (ST Nicholas pilləkənlərində). Gözəl səhər yeməyi də verir. Gənclər vaxt keçirmək üçün ən çox Gemmayzeh küçəsinə üstünlük verir bu da hostelin yanıdır.Mar Mixael regionu Beyrutun ermənilər yaşayan bölgəsidir və ermənilər orda yetərincə böyük etnik azlıqdır. Livan yeməkləri möhtəşəmdir: ətli humus, hər cür şaurma (Bakıdakı kimi yox özü də), falafellər, tabulehlər, zaatarlar və nələr nələr. Beyrut universitetinin korpusuna mütləq gedin, görə biləcəyiniz ən qəşəng kampuslardan biri olacaq, dənizə baxır, opera salonuna qədər var və təhsil haqqı kifayət qədər baha olan bir universitetdir. Mashrou Leyla qrupu burada yaranıb. Netflixin məşhur "Al Hayba" serialı isə deyəsən cənub-şərq kəndlərində çəkilib dedilər. Türkiyə, Livan və İordaniya ən çox Suriyalı sayı olan ölkədir, bu cür zəngin həyat tərzi olan Livanlılara paralel olaraq onların kasıb həyatını görmək və kömək edə bilməmək insanı üzür, lakin Livanlılar sizə bu duyğunu yaşatmamaq üçün Suriyalı uşaqları turistlərin yanından qucaqlayaraq, söhbət edərək aparır (ən azından mən bir neçə dəfə elə gördüm). Ümumilikdə köməkcil, savadlı, qəşəng musiqi zövqlü millətdir. Mütləq Müasir İncəsənət Muzeyinə gedin. Sahilə "iskele"si olan Beyrut şəhər kənarında yerləşən muzey çox qəşəng mənzərəlidir.Nİyə bu qədər Azərbaycanlı Türkiyəyə gedərkən cəmi 1 saat yarım uçuş məsafəli Livana ordan getmir bilmirəm. Düzdür qiymətlər bahadır amma bu insanın necə yaşadığından asılıdır, bir gənc kimi hər gün restoranlarda yeməkdənsə, əslində daha dadlı olan açıq dəzgahlardakı "street food" satan yerlərdə şaurma və ya qonşu Türkiyədə lokanta dedikləri kimi Beyrutdakı "La Chef" və s kimi məkanlarda yemək yesəniz, çox taksiyə minməsəz, yaxşı vəziyyətdə olan hosteldə qalsanız (lux hoteldə yox), digər şəhərlərə gedərkən qoşalaşacaq çoxlu dostlar tapsanız çox az büdcə ilə keyfiyyətli tətil yaşaya bilərsiniz. Bir dəfə daha getsəm musiqi festivalları ilə məşhur Baalbek şəhərinə və Tir (Tyre) şəhərinə gedəcəm :) Azərbaycanlılara viza “on arrival” verilir, sadəcə passportla və pulsuzdur.Əgər yazını bəyəndinizsə aşağıda olan Facebook düyməsini seçərək blogpostu Facebookda paylaşın ki, dostlarınız da yazılarımızdan xəbərdar olsunlar. Yox əgər Gəzəyənlərin yazılarından ilk xəbər tutmaq istəyirsinizsə aşağıda “abunə ol” bölməsinə mailinizi yazaraq düyməyə klikləyin. Hələlik bu qədər, növbəti yazılara qədər…Paylaşdı: Ülkər Mehdiyeva

993 dəfə oxunub
Bizi izləyənlər siyahısına qoşulun!