1289 dəfə oxunub

Dördü bir arada - Barselona, Paris, Malta, Roma turu

Salam dostlar,

Bugün artıq 1həftəlik səyahətimin son günüdür, öz təəssüratlarımı paylaşacam sizlərlə.

İlk rota

Barselona????Paris (Ryanair, 10€+extra cabin bagaj 6€) Normalde ucuz hava şirkətləri Beauvais airporta eniş edir. Burdan ticket machine dən 17€ ödəyib bus shuttle la şəhər mərkəzinə gedilir(barsadan parise ucuş 10€, ama şəhəri içi 80km yol 17€ :)) . Porte Maillot ən son stop. Və metro çox yaxındır bura, metro ilə istədiyiniz yerə gedə bilərsiz. Mən səfərə çixmadan öncə bir program hazirlayiram,bir birilerine yaxin olan yerləri ilk siraya və sonra digərlərini dizirəm, bu vaxt və nəqliyyata pul vermə acısından rahatdır. (Parisdə nəqliyyat 1.50€) Sizə tavsiyəm qalacağınız yerin adresini öncədən google mapdan təyin edin ki bus shuttledan düşdükdən sonar necə getmək olar,(istiqamətlərin hər birin word də yazıb print etmişdim, hər ehtimala ki şifi zone olmasa mənə köməyi olsun). Ilk istiqamət Eiffel, Pont de Bir Hakeim, Arch de Triump, Grand Palais-Petit Palais, Pont Alexandre III, Elysee Palace, Alace de la Concorde(bu mənim ilk günə olan program idi). Paris mənimçün ən sevdiyim şəhər idi deyə bilərəm, Eiffel Toşer un gecə görüntüsünü izləmək səyahətimin ən xoş anı olduğun deyə bilərəm :)

paris3

II rotamiz

Paris????Malta(ucuşlar eyni şirkət və eyni qiymət) Şəhərdə restoranlar, nəqliyyat ucuz və ən əsası hər yerdə free şifi var. Şəhər mərkəzinə 1.50€ bus gedir. Və yuxarıda qeyd etdiyim kimi programı mütləq şəkildə ayarlayıb yola qoyulun.

Parisin sərt soyuğundan sonra Malta bizə isti şokolad icirmişik kimi gəldi :) Bu ölkəni çox sevdim, havası kimi insanları da isti idi. Paris və Roma kimi möhtəşəm binaları olmasa da ama özünə xas bir füsunkarlığı var, Games of Thrones izləyənlər bilər, filmin çəkildiyi səhnələri gəzmək də maraqlı bir teessürat oldu.

Maltada ən sevdiyim yemek Çin şefinin hazırlanış şəklini baxaraq sifariş verdiyim suşi oldu, Malta və suşi nə alaka ama yemək olaraq ən sevdiyim bu oldu :D

III rotamiz

Malta????Roma

Ryanair Ciampino airporta enir, və burdan şəhərə ən ucuz gediş variantı; airportdan 2€ train üçün bilet almanız ve bus shuttle train stationa getməniz ki bus 1,20€. Toplam mərkəzə gediş haqqı 3,20€. Ama calışın qalacağınız yeri terminidə ayarlayın. Cünki hər yerə yaxındır. Dostlar Romada ən sevdiyim cəhət buslara pul vermirdik və hec kəs də istəmirdi. Ilk oncə qəribə gəldi sonra müşayiət etdik yerli əhali kimi istəyir kartı istifadə edir kimi yox :D Parisdə nəqliyyata cox masraf etmişdik. Romada bu bizimçün əla oldu :)

roma1

Ilk Pantheondan başlasaz zaten gerisi yürüme məsafəsinde bir birinə yaxındır. Spagetti və pizza burda yeməmək günah olur diyeyim, hər təami öz aşpazından dadmağın dadı başkaymış. Gerçek pasta və pizza necə dadır mən Romada bildim :)

Dostlar yazilacaq təəssuratlar çoxdur ama başağrısı olmasın deyə bu qədərin yazdım.

Romanı sevdim ama bəzi qanunların çıxmaq şərtiylə, gecə airportda 4saat cöldə gözlədik, havalimanı bağlanırmış ve bunu heç kəs bilmirdi, 100a yaxın insan o soyuq havanı çöldə keçirdi saat 4də açılırmış, belə bir acımasız halları var, bunu çıxmaq şərti ilə hər şey əla oldu :)

Bu ölkələrə səfər edəcək olanlar üçün nə məlumat gerekse əlimdən gələni qədəri köməklik etməyə hazır, messenger hizmetinizde hazır :)

Əgər yazını bəyəndinizsə aşağıda olan Facebook düyməsini seçərək blogpostu Facebookda paylaşın ki, dostlarınız da yazılarımızdan xəbərdar olsunlar. Yox əgər Gəzəyənlərin yazılarından ilk xəbər tutmaq istəyirsinizsə aşağıda “abunə ol” bölməsinə mailinizi yazaraq düyməyə klikləyin. Hələlik bu qədər, növbəti yazılara qədər…

Paylaşdı: Lala Bunyatzada 

DİGƏR BLOQLAR

Bir gəzəyənin Türkiyə günlüyü - Egey sahilləri

Egey bölgəsindəki otel, apartament və hostelləri bu linkdən book (bron) edə bilərsiz.Yenə mən, amma qorxmayın, bu dəfə Qara dəniz deyil :))Bu dəfə sizi Egey dənizinə aparıram. Zamanınız azdırsa sadəcə Bozcaadada vaxt keçirər, çoxdursa, Bozcaada-Babakale-Behramkale-Adatepe marşrutu ilə Ayvalığa qovuşa bilərsiniz.Bozcaada Egey dənizinin Gökçəadadan sonra ikinci böyük adasıdı və xüsusilə son illərdə çox populyardı. Vaxt azdırsa iki günə gəzə biləcəyiniz, çoxdursa, bir həftə qafa dinləyəcəyiniz yerlərdəndi. Alaçatı, Çeşmə kimi gərəksiz qiymətlərin olmadığı, Cunda kimi ayaqaltı olmayan, daha təvazökar, daha sadə, daha şirin bir yerdi.- Gəzmək üçün ən gözəl mövsümü sentyabr ayıdı - məktəblər açılandan sonra daha da sakitləşir, gözəlləşir. Üstəlik, sentyabrın ortasında getsəniz, üzüm toplama mərasimlərinə də rast gələ bilərsiniz.Amma dəniz sevənləri bir az üzəcəm - Bozcaada Türkiyənin ən soyuq sulu sahillərinə sahibdi, sentyabrın ortalarından sonra dənizə hər kəs girə bilmir. Dəniz də olsun deyirsinizsə, avqustda gedin, amma çox qələbəlik olacağını nəzərə alın.Sentyabrda getməyin bir üstünlüyü də qiymətlərin ucuz olmasıdı. Məsələn, sezonda gecəsi 1500-1600 liraya olan 7-8 nəfərlik bağ evləri sentyabrda 600 liraya düşür. Pansiyonlarda da eyni vəziyyətdi.Bağ evlərini mərkəzdən 10-15 dəqiqə uzaqlıqda da tapmaq mümkündü. Mərkəz olsun deyirsinizsə, qalaya yaxın yerlərdə pansiyonlar çoxdu. Qiymətləri digər tətil yerlərinə görə daha uyğundu.- Bozcaadaya getmək üçün əvvəlcə Çanaqqala Geyikliyə getməlisiz. Geyiklidən bəzi saatlar istisna olmaqla hər saatda bir Bozcaadaya gəmi gedir. Adambaşı 11 lira. Maşınla gedirsizsə, maşın bileti 115 lira +içindəki hər sərnişinə 3 lira. Maşına dönüş bileti almaq lazım deyil. Bozcaadaya enər enməz qalanın dibində açıq park yeri var, mərkəzdə qalacaqsızsa, maşınınızı oraya qoya bilərsiniz.- Bozcaadada ən məşhur plyajlar Ayazma və Habbele-di. İkisinə də maşınla 10-15 dəqiqəyə getmək olur.- Madam Niça-da səhər yeməyi, Ada meyhanədə sarımsaqlı kartof, Vahitin Yerində midyə tava və kalamar tava, Koreli restoranda kağızda sardalya, Yakamozda balıq üstünə tahin-bəkməzli profiterol yeyin. Məzələr, şərablar, gəlincik (lalə) və pomidor mürəbbəsi, damla saqqızlı türk qəhvəsi adanın olmazsa olmazlarıdı. Əgər bağ evlərində qalacaqsızsa, yeməyinizi özünüz də bişirə bilərsiz. Sahildə bazar qurulur və marketlər var.Başqa sualınız olsa, yazın :)Əgər yazını bəyəndinizsə aşağıda olan Facebook düyməsini seçərək blogpostu Facebookda paylaşın ki, dostlarınız da yazılarımızdan xəbərdar olsunlar. Yox əgər Gəzəyənlərin yazılarından ilk xəbər tutmaq istəyirsinizsə aşağıda “abunə ol” bölməsinə mailinizi yazaraq düyməyə klikləyin. Hələlik bu qədər, növbəti yazılara qədər…Paylaşdı: Könül Şamilkızı Nesibova

1599 dəfə oxunub

2022-ci il Roma Səyahəti

Roma səyahətimizRoma şəhəri tarixi şəhərdir, addım atdığınız və ya başınızı çevirdiyiniz hər yerdə tarixi binaları görmək mümkündür.Biz bu şəhəri cox sevdikRoma seyahətindən sonra ən cox gələn sullar arasinda uşaqla gəzmək çətindimi oldu?sualin cvbin postun sonunda qeyd edəcəm.Roma seyahetini uşaqla asanlaşdırmagın yollari.•Ilk etdiyim havaya baxib ona uygun geyimlər götürmək oldu və açıq rengli geyimlər götürməyə çalışdım uşaqlar gözdən tez itir•Uçuş saatını günorta saatlarinda götürmək hayat kurtarir uçuş zamanı oglum günorta yuxusunu yatdi elə qucagimda.Teyyarə yerə enəndə yuxusunu alib şəhəri kəşf etməyə hazir olaraq oyandi •Yol üçün yanimiza snack götürdüm(balaca kekslər və s.) elavə olaraq balaca termos ve yeməyi isti saxlayan termos qabda götürdüm.Bu sayədə teyyarədə restoranda uşaq üçün su daima yanimda oldu və restoranda yemək yemədiyi zaman yeməyi içinə qoyaraq ac oldugunda yenidən isti halda teklif edə bildim.•Sevdiyi oyuncaglarin yanimda götürdüm rəngli karandaş dəftər və lego.Bu sayədə teyyarəni gözləyən vaxti və axsamlar oteldə darixmadi•Roma şəhərində görməli yerlərin çoxu mərkəzə yaxin olduqu üçün otelimizidə burda götürdük, və heç bir nəqliyyatdan istifadə etmədən Colosseuma Vatikana və bir cox yerə eyaqla getdik oglumda yol boyu etrafi keşf elədi.•Yüngül seyahət kinderwagen( kaleska) mütləqdi .Teyyarəyə minmədən rahat qatdalayıb verib cixandada rahat təslim aldiq,yüngül olduq üçündə Romanin daşlı yollarinda belə rahat sürdük.•Romada hər küncdə pizza pasta və doldurma var.Mənim oglumun tək yediyi dondurmanin vaflisi olsada usaqların sevdiyi yeməklərlə zəngin mətbəxi olduqu üçün usaqla seyahət etmək üçün uygun şəhərdi Roma•Müzeylərə bilətləri əvvəlcədən alaraq və səhər saatlarda gedərək növbədə çox gözləmədik•••Bəli uşaqla seyahət çətindi uşaqla daha az və daha yavaş səyahət edəcəksiniz.Amma geriə baxanda yigilmiş bol bol gözəl xatirələr şəkillər və ona danişmaqa hekayələriniz olacaq.En vacib qayda isə məncə səyahət müddətində səbirli olub evdəki bütün qaydalari unutmaq idi .Istədiyi vaxti oyandi yedi və yatdi . və sonda xoşbəxt oldugumuz anlari sevdiklərimizlə bölüşmürüksə ,nə mənası varki:)helə bu övladimizdisa.Bəs siz uşaqla seyahət etməyi seçirsiz yoxsa uşaqsız ? https://instagram.com/gunay_krgr?r=nametagPaylaşan: Günesch Kroeger

194 dəfə oxunub

İtaliya bələdçisi - Roma, Venesiya, Florensiya

Romadakı bütün otel, apartament və hostelləri bu linkdən book (bron) edə bilərsiz. Ciao! Mən də İtaliya səfərimdən 5 qəpiyimi əlavə edim. Tarix: İyun Şəhərlər: Roma, Venesiya, Florensiya Viza:Randevu fevralın 21-nə almışdım. Martın sonu verdilər. Rəfiqəmə aprelin 4-ü. Rəfiqəmin ilk vizası olsa da rahatlıqla verdilər. Əsas sənədlər qaydasında olsun və kartda məbləğ 2000 avrodan az olmasın.Sənədləri verərkən nəzərə alın ki, mygov-dan maaş haqqında arayışı ingilis dilinə notarial qaydada tərcümə etdirməyi tələb etdilər. Pulum başqa kartda olsa da, məhz maaş kartının son 3 ayının dövriyyəsini də istədilər.İlk olaraq 12 gün qeyd etmişdik. Otellər və şəhərlər arası biletlərlə bağlı başağrısı olmasın deyə 12 günü tək Roma şəhərində səyahət edəcəyimizi qeyd etdik. Vizanı alandan sonra marşrutu planlaşdırmağa başladıq.Vizanın müddəti 30 iyuladək idi. Bayram günlərindən istifadə edib bileti dəyişdik və səhayətimizi 1 həftə də uzatdıq.Şəhəriçi avtobus və metro - 1.5 avro.Şəhərlər arası qatara bilet nə qədər öncədən alsaz yaxşıdır.Çünki gedəcəyiniz tarixə yaxın qiymət qalxır. Omio saytında Romadan - Florensiyaya, Florensiyadan -Venesiyaya baxanda 15 avro idi. Fikirləşdim hələ vaxta var. 1 həftə qalmış ən ucuz bilet 26 avroya qalxmışdı. Həmin gün isə alsanız 45-50 avro olacaq. Həm də saatdan asılı olaraq qiymət dəyişir.Qatarlar:1. Trenitaliya 2. İtaloTrenitaliya - ucuzdur, lakin italyanların özləri kimi öz kefində işləyir. Roma-Florensiya yolu 2 saat qeyd olunsa da 4 saata gəldi. Öncədən aldığımız Venesiya səhərə olan reysimizi isə ümumiyyətlə ləgv etdilər. Məcbur olduq stansiyadaca ikiqat qiymətə sonrakı vaxta dəyşək.İtalo – nisbətən baha, lakin dəqiq və sürətli qatardır.RomaKolizey, Vatikana giriş biletləri sezonun cırha-cırında aylar öncə almaq lazım imiş. Biz bilmədik və məcburi cəmi 1 həfrtə öncə bələdçi daxil tur aldıq. Tur rus dilində idi və çox maraqlı keçdi.Sayt: tezeks.com / Qiymət: 104 avro - 2 nəfərlik.Fiumicino aeroportundan Termini stansiyasına avtobusla 1 nəfər üçün 8 avroya gəldik. Öncədən almaq gərək yoxdur. Amma nəzərə alın ki, ümumiyyətlə aeroporta taksidən başqa bütün nəqliyyat 04:50-dən 23:00-dək işləyir. Reysiniz gecədirsə ya taksi ilə gedə bilərsiniz, ya da oradaca gözləməkdir. Taksi (Aeroport-Şəhər) 80 avrodan başlayır.Vatikana gedərkən Müqəddəs Pyotr bazilikasının damına mütləq qalxın. Oradan Vatikana möhtəşəm mənzərə açılır. Bileti səhər 7:30-a alın. Adam az olur. Rahat gəzişmək və şəkillər çəkmək olur.Biletləri və ya bələdçi ilə turları bu saytlardan tapa bilərsiniz:1. http://coopculture.it/.../ticket-colosseum-forum-and.../2. colosseum-rome-tickets.com3. il-colosseo.it/en/informazioni-colosseo.php4. tiqets.com5. getyourguide.comFontan Trevidə də rahat şəkil çəkmək istəyirsinizsə səhər 6:00 gəlin. Biz səhər 8-də çatsaq da artıq ətrafı turistlərlə dolmuşdu.Ümumiyyətlə şəhəri səhər gəzin, günortaya o qədər turist dolur ki dəhşət sıxlıq olur.Trastevere- Romanın ən xarakterik və ucuz rayonudur. Orada instagramda gördüyünüz məşhur şəkillər çəkə, həm də ucuz yemək yeyə bilərsiniz.Mənim kimi “Eat Pray Love” filmini sevirsinzsə baş qəhrəmanın olduğu yerləri də gəzin.FlorensiyaMöhtəşəm şəhər, həzin, sakit atmosferi, təmiz, hər addımda tarixi axitektura olan bir yer. Ən çox həvəslə gəzdiyim şəhərləsdən biri idi.Maşını arendaya götürüb Toskananı gəzmək planlaşdırırdıq deyə qalacağımız yerdə parking olmalı idi. Ona görə Airbnb-dən ev götürdük və ən düzgün qərarımız oldu! Bu evdən sonra Avropaya gedərkən ancaq ev bron edəcəm. Evdə süd, kofedən tutmuş zeytun yağına qədər hər şey var idi. Hətta əvvəlki qonaqlardan çaxır da qalmışdı. Ev təmiz, evdəki əşyalar isə antikvar idi.Florensiyada olarkən Signorvino restaranına getmək məsləhət görərdim. Ponte Vekko körpüsünə gözəl mənzərəsi açılan verandasında yer bron edin. Yemək yeməyə tövsiyə etməzdim, amma çaxır və ya kokteyl sifariş edib günbatımına seyr edərək zövq ala bilərsiniz.VenesiyaMövsümlə bağlı qalası otellər baha idi deyə 1 gün gəzdik. Florensiyadan qatarla 2 saata çatdıq. Stansiyadan şəhərə su taksi ilə 8 avro (1 nəfər). Qondollar baha idi deyə, əvəzinə su taksini istifadə edib eləcə kanalların şəklini şəkdik. Küçələri gəzərkən Google map istifadə etməsəz aza da bilərsiniz.İtaliya məni heyran etdi və ürəyimi aldı.Yenidən dönüb cənub hissəsini həşf etmək arzusu ilə yaşayıram Əgər yazını bəyəndinizsə aşağıda olan Facebook düyməsini seçərək blogpostu Facebookda paylaşın ki, dostlarınız da yazılarımızdan xəbərdar olsunlar. Yox əgər Gəzəyənlərin yazılarından ilk xəbər tutmaq istəyirsinizsə aşağıda “abunə ol” bölməsinə mailinizi yazaraq düyməyə klikləyin. Hələlik bu qədər, növbəti yazılara qədər…Paylaşdı: Валида Рамазанлы

2179 dəfə oxunub

Dünyaya ən çox nağıl danışan ölkə - Danimarka bələdçisi

Kopenhagendəki bütün otel, apartament və hostelləri bu linkdən book (bron) edə bilərsiz. Niyə nağıl?) Çünki İsveçlərin Astrid Lindqreni varsa, danimarkalıların da Hans Christian Andersen-i var. Uşaqlıqdan mənə sevgini, mərhəməti, insanlığı nağılları ilə öyrədən yazıçının vətənini görmək möhtəşəm hissdir. Soyuq və gözəl Kopenhagendə və yaxın kiçik şəhərciyi Roskildedə gəzən zaman Andersenin haradan ilham aldığını da anlamış oldum. İsveçdə Lagom, Danimarkada Hygge.Dünyanın ən xoşbəxt insanlarının yaşadığı bir ölkə daha. Onların fikrincə, bu xoşbəxtliyin sirri bir sözdə gizlənir: HYGGE. Əslində, nə qədər izah edilsə də, xoşbəxtlik ancaq hiss edilə bilər. Məsələn: sevdiyiniz insanla divanda qucaqlaşmağın verdiyi rahatlığı, dostlarınızla gözəl yemək yeməyin sevincini, günəşli bir gündə pəncərədən süzülən işığın yaydığı sevinci necə təsvir edərdiniz? Danimarkalılar belə anları hygge sözü ilə təsvir edirlər. Tək bir qarşılığı olmayan və başqa dillərə tam tərcüməsi mümkün olmayan hygge'ni izah etmək üçün rahatlıq, hüzur, səmimiyyət, birlik kimi bir çox fərqli söz təklif edilə bilər, lakin bunların heç biri tək başına kafi olmayacaq.Amma bunu daha yaxşı anlamağımız üçün Meik Wiking “Hygge” adında bir kitab da yazıb(Əli və Ninoda var). Jante Qanunu və Sosial Ədalət.Danimarka cəmiyyətinin unikal cəhətlərindən biri də Jante Qanunudur. Burada sosial ədalətə can ataraq, cəmiyyətin və fərdin maraqlarının tarazlanması vacibdir. Bu, cəmiyyətdə harmoniya üçün zəmin yaradır və Danimarka mədəniyyətinin ayrılmaz hissəsinə çevrilmiş ədalət prinsiplərini formalaşdırır.Jante Qanununu isə Norveç-Danimarka yazıçısı Aksel Sandemozun 1933-cü ildə çap olunan “A Fugitive Crosses His Tracks” adlı kitabında ilk dəfə maddələr halında izahını tapır.Danimarkanın yaradıcılıq və təxəyyül simvolu olan LEGO-nun meydana çıxması ilə dünya mədəniyyətinə verdiyi töhfəni də unutmayıb şəhərlərini incələməyə keçim. Kopenhagen.-Qışda gəldiyim üçün ən soyuq şəhərlərdən də olsa, yenə də rəngarəngdir. Avropanın müxtəlif şəhərlərində gördüyüm o rəngli evlərin əsli hər zaman burda idi sanki- Nyhavn küçəsində.-100 ildən artıqdır ki, ölkənin simvolu “Su pərisi” heykəli sayılır.Andersenin eyni adlı nağılın tamaşasını izləyənKarl Yakobsen obraza aşiq olur. Həm nağıl, həm də balet o qədər valeh edir ki onu, su pərisinin heykəlini yaratmağı heykəltaraş Edvard Eriksena tapşırır. Heykəl üçün modellik etməyə də heykəltaraşın yoldaşı razı olur.-Ən məhşur qalaları Kronborg va Rosenborg qalalarıdır ki, sonuncuda Danimarkanın 500 ildən çox hakimiyyətdə olan dat krallarına aid məlumatlar və portretlər var. -Şəhərin içində “Christiania” adında Free town olduğunu bilirdiz? Mənə Vilniusdaki “Ujupis” Respublikasını xatırlatdı biraz. Amma Ujupis biraz “sadəlövh” qaldı bunun yanında.Deməli Kristianiya müstəqil fəaliyyət göstərən rəngarəng bir cəmiyyətdir. Şəhərin öz qanunları, öz bayrağı və öz həyat tərzi var.Christiania sadəcə bir şəhər deyil hətta; hippi stilində yaşayan üzvlərinin özünəməxsus yaşam tərzi var. 70-ci illərin əvvəllərində yaradılmış bu alternativ icma,1000 üzvü/əhalisi olan muxtar, uyğunlaşa bilən icmaya çevrilib. Bu üzvlərin hamısı ədalət, bərabərlik, vergilərin olmaması və Danimarka hökumətindən tamamilə asılı olmayan öz qanunlarına malik olan müəyyən prinsiplər toplusu ilə yaşamaq istəyir.Şəhər daxilindəki bu “azad şəhər/ölkə” (bir növ Vatikan kimi) canlı, əyləncəli və mübahisəli ərazidir və torpaqla bağlı iddiasını təmin etmək və azad kimi tanınmaq üçün yerli hökumətlə biraz “danışıq” aparır.Ölkənin qanunlarından savayı, şəhərin öz qanunları da mövcuddur. Məsələn: sıfır zorakılıq, yerli transport sadəcə velosipeddir, qaçmaq olmaz (qaçırsınızsa, qaçdığınız bir şey var deməkdir, amma bu şəhərin qanunlarına ziddir) və ən vacibi şəkil çəkmək bəzi yerlərdə qadağandır (amma mən çəkdim).Polislə yaşanan ən böyük problemlər də bəzi qadağan olunmuş preparatların satışına görədir, elə eyni səbəbdən də, şəhərin bəzi “güşələrində” şəkil çəkmək qadağandır.-Tivoli parki dünyaya ən məhşur olan əyləncə parklarından biridir. Hətta bəzi mənbələrə görə V. Disney buranı ziyarət edəndən sonra, ilhamlanaraq ABŞ-a qayıdıb və eynisini yaratmaq qərarına gəlib. Roskilde. Roskilde Kopenhagendən sadəcə yarım saat məsafədə yerləşən bir şəhərdir. Tipik Danimarka şəhəridir, daha çox yerli insan görə biləcəyiniz şəhərlərdəndir. 1443-cü ilə kimi Danimarkanın paytaxtı olub. Roskilde-nin əsas görməli yerləri, Vikinq Gəmi Muzeyi və Katedralıdır. Düşünürəm ki, gəzintiyə sonuncu ilə başlamağa dəyər. Çox insan katedralı bütün Danimarkanın ən əzəmətli və gözəl məbədi adlandırır, YUNESKO isə Roskilde Katedralini (Domkirke) “bəşəriyyətin mirası” nişanı ilə öz himayəsi altına götürüb. Katedral o qədər restavrasiya olunub və yeni əlavələrə məruz qalıb ki, bugün, son 800 il ərzində Danimarka memarlığının canlı tarixi kimi göstərilə bilər.Katedralın içindəki Kral məqbərəsində 37 Danimarka kralı və kraliçasının qəbirləri var. Bir zamanlar nüfuzlu bir çox tarixi şəxsiyyətin qalıqlarına baxmaq bəlkə də xoşagəlməz səslənir, lakin ziyarət etməyə dəyər. Vikinq pərəstişkarları Roskilde fjordunun dibindən qaldırılmış beş həqiqi gəmini görə biləcəyi heyrətamiz Vikinq Gəmi Muzeyindən çox zövq alacaqlar. Muzey iki zaldan ibarətdir - qayıqların yerləşdiyi Vikinq Gəmi Zalı və hələ də arxeoloji qazıntıların aparıldığı Museumsø. Mənə deyilənə görə, İngilis dilində pulsuz bələdçili turlar iyul və avqust aylarında hər gün saat 12:00 və 15:00-da, may, iyun və sentyabr aylarında isə həftə sonları günorta saatlarında həyata keçirilir. Təəssüf ki, yanvar ayında ziyarət edən mən, heç birindən yararlana bilmədim.Ən maraqlısı da odur ki, bu gün Vikinq Gəmi Muzeyi sayəsində həmin gəmilərin dəqiq nüsxələri yaxınlıqdakı gəmiqayırma zavodunda tikilir. Eyni zamanda, gəmi üçün istifadə olunan materiallarnan yanaşı, orta əsr alətlərindən istifadə edilir ki, tikinti texnologiyası da dəqiqliklə təkrarlanır. İşin nəticəsi o qədər uğurludur ki, inşa edilən beş gəmi müxtəlif istiqamətlərə, o cümlədən İrlandiyaya turistik səfərlər üçün istifadə olunur.Qiymətlər: Mənə birmənalı şəkildə İsveçdən daha baha görsəndi. Qidalanma: Belə ki, şəhər mərkəzindəki bir restoranda bir salat 45-50 AZN, pizza demək olar ki eyni qiymət, ana yeməklərin hər biri 70-75 AZN, desert isə 30-35 AZN başa gələcək. Yəni ortalama bir restoranda bir günorta və ya axşam yeməyi isə 200-250 AZN-ə başa gələcək (təbii şirələr, çay və bəhşiş də daxil). Otellər:Bunu hər zaman demək çətindir çünki seçəcəyiniz kateqoriyadan asılıdır, amma düşünürəm ki mərkəzdə normal otelin qiyməti elə 200 AZN gecəsinə başlayır. Təbii ki, hostel və evlər daha ucuzdur.Muzeylər: Ən ucuzları 18-20 AZNdən başlayır və 35-40 AZN nə kimi müxtəlif qiymətlərə var.Roskilde Katedral - 18 AZNViking Ship Museum - 31/40 AZN (mövsümdən asılı olaraq)Rosenburg Sarayı - 35 AZN (yayda biraz baha)Əgər qrupa qoşulub bələdçini dinləmək istəsəz əlavə 8 AZN.Transport: Taksi 10 km yola 62-75 AZNAvtobus bir gediş 8 AZNƏn yaxın şəhərlərdən sayılan Roskilde şəhərinə qatar bileti - 18 AZNNəticə olaraq, Danimarka sadəcə bir ölkə deyil, “hygge”, Jante qanunu və Andersen irsinin unikal atmosfer yaratdığı gözəl bir dünyadır. Bu ölkəyə səyahət etmək Danimarkanı həqiqətən unikal və gözəl edən rahatlığı, harmoniyanı, və gözəlliyi dadmaqdır.Daha çox kontent üçün instagram səhifəmi də izləyə bilərsiz.https://www.instagram.com/uls_valleyƏgər yazını bəyəndinizsə aşağıda olan Facebook düyməsini seçərək blogpostu Facebookda paylaşın ki, dostlarınız da yazılarımızdan xəbərdar olsunlar. Yox əgər Gəzəyənlərin yazılarından ilk xəbər tutmaq istəyirsinizsə aşağıda “abunə ol” bölməsinə mailinizi yazaraq düyməyə klikləyin. Hələlik bu qədər, növbəti yazılara qədər…Paylaşdı: Ulkar Gurbanova

1783 dəfə oxunub
Bizi izləyənlər siyahısına qoşulun!