1301 dəfə oxunub

Malmö bələdçisi

Malmödəki otel, apartament və hostelləri bu linkdən book (bron) edə bilərsiz.

Sonuncu Kopenhagen yazımda da qeyd etdiyim kimi, Kopenhagenə getmək üçün Budapeştdən İsveçin Malmö şəhərinə uçub oradan da qatarla Kopenhagenə keçmişdim. Deyirdim getmişkən 3-4 gün içərisində 2 ölkə, 2 fərqli şəhər görərəm.

Malmö İsveçin 3-cü, Skandinaviyanın isə 6-cı böyük şəhəri olmasına baxmayaraq şəhər elə də böyük deyil. Şəhəri 1-1.5 gündə başdan-başa tam gəzmək olar. Elə bütün bunları nəzərə alaraq ilk günümü Malmödə keçirməyi qərarına gəlmişdim. İlk günü Malmödə keçirib, növbəti gün səhər tezdən Kopenhagenə yola düşəcəkdim.

malmo-limani1

Danimarkada olduğu kimi İsveçdə də pulun adı krondur amma isveçlilər pulunu isveç kronu adı ilə çağırırlar. Kopenhagen paytaxt və və kosmopolit bir şəhər olduğundan qiymətləri kifayət qədər bahadır. Bizim kimi Couchsurfingdən istifadə edən gəzginlər üçün İsveç də baha sayılar amma Kopenhagenlə müqayisədə qiymətlər daha ucuzdur, buna görə də bir xeyli insan Kopenhagendə işləməsinə və ya təhsil almasına baxmayaraq, evlərini Malmödə kiralayırlar.

Hava limanından avtobusla (səhv etmirəmsə xüsusi avtobuslarda gediş qiyməti 10.5 avro idi) şəhərin mərkəzinə gəlib, dəmir yolu vağzalından hardasa 200-300 metr məsafədə olan turist informasiya mərkəzindən bir turist xəritəsi istədim. Mərkəzdə işləyən xanım da sağ olsun, bütün görülməli yerləri işarələdi. Xəritəmi götürüb düşdüm yola ki, işarələnmiş yerləri bir-bir gəzim. Bir neçə saat gəzdim, günortadan azca keçmişdi ki, Skandinav ölkələrinə xas bir tufan, leysan başladı ki, gəl görəsən. Külək də çətirimi sındırdı. Çətirimi zibil qabına atarkən gördüm ki, külək başqa birinin də çətirini qırıb, deməli bu şəhərdə çətiri sınan yeganə adam mən deyildim ???? Beləcə ilk günü erkən bitirməli oldum. Malmönü tam görə bilmədiyimə görə planlarda dəyişiklik etməli oldum. Ertəsi gün olan Kopenhagen səfərimi azacıq ertələməli oldum ki, Malmönü doya-doya gəzim.

Malmödə Ivana və Niko adlı çex və fransız bir cütlüyün evində couchsurfing elədiyimdən, qalmaq üçün yer məsləhət görə bilməyəcəm amma hostellər kifayət qədər bahalı idi. Yemək məsələsinə gəldikdə, digər Skandinav xalqları kimi İsveçdə də mətbəxdən danışmağa dəyməz. Bəxtimdən də çex və fransızın evində qalırdım və axşam universitet yoldaşları ilə birgə yeməyə gedəcəkdilər və yeməyi macarlar hazırlayacaqdı, nə böyük sürpriz ???? Beləcə axşamı da universitet kampusunda, macar mətbəxi  dadaraq keçirəcəkdim.

İndi isə keçək ənənəvi Malmödə görməli yerlər siyahısına:

  • Düşünmədən “Lilla Torg”u (Kiçik Meydan) bu siyahının başına yerləşdirirəm. İndiyənə kimi gördüyüm meydanlardan ən maraqlılarından biridir “Lilla Torg”. Meydan çox kiçikdir və hər tərəfdən 1 və ya 2 mərtəbəli evlərlə əhatə olunub. Evlərin altında da kiçik, şirin kafelər var.
  • “Hedmanska Garden” “Lilla Torgun” yanında yerləşən 1500-cü illərdən qalma qədimi bir isveç evidir. Həyəti və baxçası ilə birlikdə çox xoş aura yaradır insanda.
  • “Strotorget” – bizim bu “Lilla Torg”un daha böyük versiyasıdır. Bu meydan da eynilə şirin, 2-3 mərtəbəli evlərlə əhatə olunub. Qışda bu meydan xizək meydançasına çevrilir. Meydandan şəhər mərkəzinə irəliləyərəkən bürüncdən hazırlanmış musiqiçi heykəllərini görəcəksiniz. Bu əcaib heykəllər bir növ Malmönün simvollarıdır. Bura gələn  hər kəs mütləq bu heykəllərlə şəkil çəkdirir. Meydandakı şəhər bələdiyyə binasını isə qeyd etməsəm də, sizin diqqətinizi cəlb edəcək onsuz da.

ecaib-musiqiciler1

  • Stortorgetin bir də küçəsi var. Bütün şəhərlərdə olan ən mərkəzi turistik küçə kimi bura da nəqliyyat üçün qapadılıb ancaq piyada gəzmək olar və təbii ki, digər bütün turistik mağazaları, restoranları görə bilərsiniz.
  • Böyük Meydana yaxın digər görülməli yer isə Müqəddəs Peter kiləsəsidir. Kilsə 14-cü əsrin əvvəllərində qotik üslubda inşa olunub. Skandinav ölkələrində dinə olan münasibəti də məhz bu kiləsədə görmək olar. Kilsənin içərisində qəhvə və çay maşını var, istəsəniz, soyuq bir qış günündə mənim kimi bir stəkan isti qəhvə içərək isinə bilərsiniz.
  • Bu 2 meydandakı evləri gördünüz amma onların şirinliyi sizi o qədər cəlb etdi ki, onlara doya bilmədiniz və yenə eyni tipli evlərdən görmək istəyirsiz. Malmö üçün bu istək heç də problem deyil. Lilla Torg ilə aşağı doğru irəliləsəniz “Gamla Vaster”ə çatacaqsınız. Burada olan şirin, qədimi evləri görəndə içinizdən köçüb buralarda yaşama istəyi tumurcuqlayacaq ????
  • Malmödəki maraqlı məkanlardan biri də “Mollevangstorget” bazarıdır. Bu bazarda dünyanın müxtəlif ölkələrinə aid geyim, ərzaq və s. tapa bilərsiniz. Bazarda tez-tez ərəb və türkcə elan tablolarına rast gəlmək olar. Bazara demək olar ki, həftənin bütün günləri insan axını olur. Bunun da əsas səbəbi, gəncləri cəlb edən ucuz qida və pivə içə bilmək imkanıdır.
  • Malmödə görülməli digər bir arxitektur bina 190 metr hündürlüyündə olan “Turning Torso” binasıdır. Bina yerində firlanan bədən formasında tikilib. İstəsəniz daha öncədən rezervasiya edib binanın kəlləsinə çıxa bilərsiniz. Mən noyabr ayında getdiyimdən qapalı idi, amma yay aylarında getmisinizsə, oradan çıxıb Malmöyə bir göz atmağa dəyər məncə.
  • “Malmöhus qəsri” – Ətrafı suyla çevrələnmiş, bir neçə il həbsxana olaraq istifadə edilmişdir.
  • Kungsparken – Malmönün ən qədimi parkıdır. İsveçdə olan bir neçə qanuni kazinodan biri də məhz bu parkın içərisində yerləşir. Parkın içərisində yel dəyirmanı, bir neçə göl və s. var ki, onların köməyi ilə təbiətdən doya-doya həzz ala bilərsiniz.
    • Kopenhagendəki Kiçik Dəniz qızı heykəlinin Malmö versiyası yəqin ki, “Knotted gun” heykəlidir. Heykəl dəmir yol vağzalına bir neçə yüz metr məsafədə yeləşir. Hətta turist informasiya mərkəzininin demək olar düz yanındadır. Heykəl zorakılığa etirazı simvolizə edir. İsveçli heykəltaraş Karl Fredrik Reutersward bu heykəli 1980-ci ilə açılan atəş nəticəsinə dünyasını dəyişmiş məşhur John Lennona həsr edib. Bu heykəlin dünyada 3 dənə originalı, onlarla isə nüsxəsi var. Originalları Nyu Yorkda, Luxemburgda və Malmödədir.
    • knotted-gun
      • Malmödə son olaraq baş çəkilməli olan məkan “Ebba’s House” adlanan Ebbanın evidir. İçərisi 1900-cü illərin əvvəlindəki kimi dekor edilmiş bu ev, Malmönün ən balaca evidir.Malmö haqqında bu qədər. Kiçik amma sevimli olan Malmöyə görə durub İsveçə gəlinməz amma Kopenhagenə gəlmisinizsə, mütləq Malmöyə də baş çəkin. Elə sadəcə dənizin üzərindəki Oresund körpüsündən keçməniz nəyə desən dəyər

 

 

 

Əgər yazını bəyəndinizsə aşağıda olan Facebook düyməsini seçərək blogpostu                       Facebookda paylaşın ki, dostlarınız da yazılarımızdan xəbərdar olsunlar. Yox                       əgər Gəzəyənlərin yazılarından ilk xəbər tutmaq istəyirsinizsə aşağıda “abunə                       ol”bölməsinə mailinizi yazaraq düyməyə klikləyin. Hələlik bu qədər, növbəti                           yazılara qədər…

Paylaşdı: Babek Musa-Zadeh

DİGƏR BLOQLAR

Fəthiyədə "öz əlin, öz başın"

Fəthiyədəki bütün otel, apartament və hostelləri bu linkdən book (bron) edə bilərsiz. Hər vaxtınız xeyir. 12-19 iyul Fəthiyə səfəri haqqında faydalı hesab etdiyim məqamları bölüşmək istəyirəm. Getməmişdən əvvəl qrupdakı məlumatlar kömək oldu deyə bizdə paylaşmaq istədik. Ümid edirəm faydalı olacaq. Yazı uzun olacaq biraz həvəsi olanlar oxuyar Əvvəlcə qeyd edim ki, hər şeyi özümüz etdik biletlər, ev, şəhərlər arası , bir sözlə "öz əlimiz öz başımız" oldu.Açığı İlk xarici səfərimiz olduğu üçün biraz qərarsız idim ama tur paketlərin qiymətini gördükdən sonra fikrim dəqiqləşdi. Biraz təcrübəniz varsa Özünüz planlaşdırıb çox rahat 40-50% daha ucuza gətirə bilərsiniz səyahətinizi. Gedərkən 2000tl nağd pul götürdük. Kifayət elədi artığda qaldı. Qalan pulu kartda saxladıq, manat olaraq. Demək olar ki, bizim kartlar ( Unibank, Kapital Bank ) hər yerdə keçərlidi. Bütün Nəqliyyatlarda temassız ödəniş keçir bir izbandan (İzmir) başqa ona kart almaq lazımdı. Bakı-İzmir-Bakı. İki nəfər + 40kg bagaj + bilet sığorta ümumi 934 manat. Hər ehtimala qarşı 14$ artıq ödəyib sığorta etdik. Biletləri aprel ayından almışdıq. Bir başa Bakı-Dalaman reysi ilə arasında 400+ manat qiymət fərqi var idi. Biz 2 gündə İzmirdə qalacağımız üçün bizim üçün Bakı İzmir daha sərfəli oldu.İzmir havalimanından İzmir otogara 204 nömrəli marşrut + Bələdiyyənin Havaş avtobusları gedir.Biz Havaşla getdik adam başı 57 tl idi. İzmir dən Fəthiyəyə 5 saatlıq yoldu ortalama qiymət 450-500 TL'dir. Daha ucuz şirkətlər də vardı ama xidmət aşağı idi. Qiymət baha olsa da həm avtobus çox rahat idi həmdə xidmət çox yüksək idi - tv, wifi, filmlər, musiqi, 1 - 1.5 saatdan bir servis edilirdi. Çay, kofe sərin içkilər atıştırmalıklar, bir sözlə 5 saatlıq yolda yorulmursuz.Biletləri oBilet dən aldıq. Biz Airbnb dən ev kirayə tutduq. Ev bizim üçün oteldən daha rahat gəlirdi. Elədə oldu. Ev Həm mərkəzə həm sahilə yaxın adresdə yerləşirdi. Razı qaldıq. Maraqlanan olsa link ataram rəyə. Ümumi 5 gün üçün 490 manat ödədik. Fəthiyəyə getmişkən aktivite turlarına qatılmadan dönmək? nəbilim vallah Biz 3 tura qatıldıq:Tekne turu - nahar daxil adam başına 750tl - 10'dan 6'ya kimi. Ölüdenizin əksər koylarını dolaşır. Üzmək və gəzmək üçün 30-60 dəqiqə vaxtınız olur. Tüplü Dalış - nahar daxil adam başına 1100 + 400tlçəkiliş (istəyə görə). biz tekne turunu ölüdenizdə getdik deyə dalışı Fəthiyədə etdik. Tekne turunu ölüdenizdə etsəz daha məsləhətdiTurlara özünüzlə su və atıştırmalık götürün. Adi suyu tekne də 8 dəfə bahasına verirlər, vijdansızlarYamaç paraşütü - adam başına 3000 tl, çəkiliş daxil. Babadağdan 2200 m-dən aşağı atılırsan amma külək səni 3000 m qədər qaldırır bütün ölüdeniz gözəlliyi ilə "ayaqlarının altında". Paraşüt mənim üçün "ölmədən etməli olduqlarım" siyahısında idi və buna deyərdi. MəsləhətdiYamaç Paraşütünü səhər saatlarına salın, həm hava sərin olur, Pilotlar yorğun olmur, sıxlığ az olur. Turları 2 ay əvvəldən Deep Blue Travel TR dan almışdıq. Razı qaldıq. Erkən rezervasya ilə bir qədər də ucuz etmək olar. Turların hər birinə bir gün ayıra bilərsiniz. Zatən o saatlarda istidən başqa bir şey etmək mümkün olmur . Fəthiyənin şəhər daxili nəqliyyatı - çox yaxşıdı. Düzdü biraz qarışığdı amma baş açmaq olur. Əsas Lazım olan hər tərəfə çatdırır sizi Bir nəfər 12tlÖlüdenizə 5 dəqiqə aralıqla dolmuşlar qalxır. 1 adam 52 tlFəthiyə Otogardan Muğlanın bütün ilçelerinə dolmuşlar gedir. İmkan daxilində gəzmək üçün maşın icarə götürmək daha məsləhətdi həm istiyə görə həmdə vaxt itirməmək üçün. Taksidə seçim ola bilər ama çox baha başa gələcək. Taksilərdə "indi-bindi" 40 tl'di. Gediş Qiymətini siz düşününGecə Fəthiyəni piyada mütləq gəzin çox gözəl, sakit, təmiz şəhərdi. Üzmək üçün ən gözəl sahil Ölüdeniz Lagoon oldu bizə görə. Bir çətir 2 şezlong 400 tlsaat 6 dan sonra sahildə istənilən plaja pulsuz keçə bilərsiniz. + ücretsiz plajlarda var gəl ki istidən ilk gördüyün plaja qaçırsan Fəthiyədə Hava çooox isti keçir, ən azından Tovuzdan gedən biriləri üçün Bakını deyə bilmərəm . Minimum 40+ isti olur. Ona görə başqa koylara getmədik, tarixi yerlər, digər plajlar var gəzmək üçün amma isti imkan vermir. İki nəfər üçün Xalq sığortadan səyahət sığortası aldıq - 6.5 manat. 5000 manata qədər. Burdan sonrası 2 günlük İzmir dönüşü. Eyni marşrutla İzmirə qayıtdık. Burda da 2 günlük ev kirayələdik. 2 gecə üçün 120 manatRazı qaldıq. Ev sahibi çox mehriban insan idi. Bildiyiniz İzmirdə bələdçi oldu bizə sağ olsun. Açığı Fəthiyənin aktiviteleri olmasa tətili İzmirdə də keçirmək olar. Şəhəri çox bəyəndik. Gecələr bütün şəhər xalqı demək olar ki, sahildə olur, piknik, idman, əyləncə, kim nə istəyir. Çox gözəl görsənir. İzmirin şəhər daxili nəqliyyat çox rəngarəngdi. Avtobus, Tramvay, vapur, metro, izban şəhərin hər tərəfinə marşurut işləyir. Getmişkən hamısına baş çəkin. Ümid edirəm faydalı olacaq. Kimin əlavə nə sualı olsa yazsın Gəzin dolaşın, bizə qalan yaşadıqlarımız olur. Çalışın yadda qalanlar xoş xatirələr olsun. Hər kəsə uğurlar.Əgər yazını bəyəndinizsə aşağıda olan Facebook düyməsini seçərək blogpostu Facebookda paylaşın ki, dostlarınız da yazılarımızdan xəbərdar olsunlar. Yox əgər Gəzəyənlərin yazılarından ilk xəbər tutmaq istəyirsinizsə aşağıda “abunə ol” bölməsinə mailinizi yazaraq düyməyə klikləyin. Hələlik bu qədər, növbəti yazılara qədər…Paylaşdı: Sənan İmamverdiyev

1262 dəfə oxunub

Antalya/Kəmər Səfərim

12-17 avqust 2025 Antalya/Kəmər səfərim ilə bağlı detallı məlumat. Kimlərəsə faydalı ola bilər.- Turpaket almaq özün təşkil etməkdən daha sərfəlidi. Əsasən də air transfer və avia bilet üçün. Çünki taksilər və bilet çox bahadır. Oteller bookingdən elə də fərqlənmir - Otel seçimi edərkən mütləq rəyləri oxuyun, bir çox otellər ulduzlarının haqqını vermir. 5 ulduz otellər 4 ulduz səviyyəsindədir, 4 ulduz otellər isə 3 ulduz. Ona görə qərar verin. Ən az 4 ulduz məsləhətdir. Dənizə yaxın otel tutmaq məsləhətdir.- Bahalıqdan çəkinib getməyənlər, o qədər də dəhşətli deyil, hər şey daxil otel seçsəz və başqa nəsə almasaz əlavə heç nəyə xərciniz çıxmayacaq. Turistik mağazalar, apteklər və s. bahadır. Hər şey demək olar ki, dollar və avro ilə hesablanır. Migros, BIM tipli şəbəkə marketlərdə ucuz nələrsə tapmaq olar. Geyim LC waikiki, Kotonda və s. demək olar ki, Bakı ilə eyni qiymətdir.- passiv istirahət- otel+hovuz+dəniz və sakitlik üçün Antalyanın qəsəbələri- Kəmər, Side, Alanya və s. məsləhətdir. Həm tarixi yerləri gəzmək həm də dənizdən zövq almaq istəyirsizsə Antalyanın özü məsləhətdir.-- Aralıq dənizi aşırı duzludur. Xəzər dənizindən 2 dəfə çox (3.Suya girəndə gözləriniz pis acılanacaq, lakin narahat olmayın, öyrəşəcəksiz. Mütləq dəniz ayaqqabısı götürün, 90 faiz daşlıq, 10 faiz qumluqdur.- İctimai nəqliyyat ( avtobus+tramvay) Antalya şəhər içində 27 TL Antalya kartla, 33 TL bank kartı ilədir. Qəsəbələrdə ancaq nağd ödənişlədir. Qəsəbələr və Antalya mərkəz arası 100 TL civarındadır. Google maps-lə çox rahat istiqamətlərə baxa bilərsiz.- Taksilər bahadır, 4 km-ə təxmini 200 TL-10 m deyirlər. Antalya mərkəzdən qəsəbələrə təxmini 70-90 AZN civarındadır. - Mağazalarda, ictimai nəqliyyatda valyuta olaraq TL, dollar və avro işlənir. Burdan dollar aparıb orda dəyişmək və ya istifadə etmək məsləhətdir. -Gəziləcək maraqlı yerlər siyahısına Antalya Akvariumu, Snow world, Wax museum, Kaleiçi tarixi mərkəz, Antalya saat qülləsi, panoramik lift, Antalya limanı, Düden şəlaləri, Antalya tərs ev, The Land of Legends Tema Park, Hadrians Gate, Aspendos Theatre, Phaselis antik kəndi, Rhodiapolis antik kəndi, Suluada gəmi turu+ Mavi mağara, digər gəmi turları, Kəmər Yörük parkı, Göynük kanyonu, Kəmər G-Marina və s. daxildir.- Gəziləcək yerlərin qiymətlərinə gəldikdə Antalya Akvariumu online bilet 36 dollar, yerində 40 dollardır. Maraqlı yerdir amma 40 dollarlıq deyil. Gəmi turunu bookindən ucuz tampaq olur, Suluada turu bookingdə 45 manat. Snow world, Wax Museum falan her biri texminen 30-40 dollar.- Yeməklər bizdəki kimi dadlı olmur, xüsusən də ətlər. İçkilər, səhər yeməyi və desertlər isə əla. Havası iyun-sentyabr çox isti və rütübətli olur. Biz avqustda 46 dərəcə isti gördük orda. Çıxıb gəzmək mümkünsüzə bərabərdir.Paylaşan: Ogtay Ismayil ·

145 dəfə oxunub

Gürcüstan - Batumi bələdçisi

Axşamınız xeyir, əziz Gəzəyənlər.Bu gün sizlərə Yay istirahətinin sərfəli ünvanı Batuminin gəzməli görməli yerlərindən bəhs edəcəm! Odur ki, başladıq!Bütün səyahətlərəminizi nədən başlayırıq nəqliyyatdan: Batumiyə getməyin 4 yolu var!1. Bakı - Batumi avtobusu 40 AZN2. Bakı - Tbilisi avtobusu 15 AZN sonra isə Shutler (sürətli qatar) Tbilisi-Batumi 20-25 AZN və ya Metro şirkətinin avtobusu 25 AZN3. Bakı - Tbilisi qatarı ilə PL- 23,14 AZN, KP 33,95 AZN və SV 57,69 AZN sonra isə Tbilisidən Batumiyə yuxarıda qeyd etdiyim yollardan biri ilə gedə bilərsiniz.4. 1 saat 15 dəq rahat uçuşla biletlər bu yaxın aylarda 93 AZN-dən başlayaraq.Beləliklə keçək gecələmək üçün məkana! Batumidə seçim çoxdur! Şəxsi təcrübəm ilə The World in Batumi hosteli çox məsləhət görürəm. Ümumilikdə isə booking.com saytından otellərə baxın daha yaxşısı isə airbnb.com saytından ev kirayələyin! Ən önəmli bilməli olduğunuz odur ki, qalacağınız yer mütləq dənizə ayaqla gedilən biləcək məsafədə olsun.Restoranlar və qidalanma seçimi böyükdür ortabab restoranda adam başına 5-12 AZN xərciniz olacaq.Və indi isə əsas məsələ, Gəzməli görməli yerlər!1. 15 km uzunluğu olan Batumi bulvarıVə orada olan imkanlar:- Şeytan çarxı 5 lari- Əlifba gülləsi 10 lari (burada baxış məntəqəsi var)- Velosiped kirayəsi 1 saatı 5 lari- Çaça fəvvarəsi -pulsuz- Əli və Ninonun heykəli- Oxuyan fəvvarələr2. Arqo kanat xətti - 15 lari3. Sameba kilsəsi - pulsuz4. Qonio qalası - 10 lari (Batumidə 20 dəq məsafədə yerləşir)5. Batumi Piazza meydanı - pulsuz6. Avropa meydanı ve Medeanin heykəli - pulsuz7. Neptun fəvvarəsi - pulsuz8. Batumi dəniz vağzalı - 1 saatı 50 lari qiymətinə kater kirayələyə bilərsiniz9. Delfinarium - 16:00 üçün 15 lari 19:00 və 20:00 üçün 20 lari10. Zoopark deyə bilməyəcəm kiçik bir guşə heyvanların olduğu - 2 lari11. Akvapark - 40 lari12. Nəhayət bağı - 15 lari (10-16 yaş uşaqlar 1 lari)13. Musiqiçilər parkı - pulsuzHəmçinin Batumidə 1 saatlıq məsafədə Ureki yerləşir. Orada Batumi və Kabuletidən fərqli olaraq dənizkənarı faydalı maqnitli qumdur!Həmçinin Kabuletidə Tsitsinatela adlı luna park yerləşir! Urekiye kimi məsafə 1saat Kabuleti isə 40 dəqQeyd: Batumidə dəniz daşlı olduğu üçün üzmək çox çətindir sizə reyzin şəp-şəplər təklif edəcəklər 7-10 lariBatumidə bu qədər! Ümid edirəm bəyəndiniz!Xoş səyahətlər arzusu ilə ????Sərfəli səyahət ilə bağlı daha çox paylaşımı instagramda @jala.alakbarova profilində izləyə bilərsiniz ????Əgər yazını bəyəndinizsə aşağıda olan Facebook düyməsini seçərək blogpostu Facebookda paylaşın ki, dostlarınız da yazılarımızdan xəbərdar olsunlar. Yox əgər Gəzəyənlərin yazılarından ilk xəbər tutmaq istəyirsinizsə aşağıda “abunə ol” bölməsinə mailinizi yazaraq düyməyə klikləyin. Hələlik bu qədər, növbəti yazılara qədər…Paylaşdı: Jala Alakbarova 

4849 dəfə oxunub

İstiqamət ↬ Balkanlar

Warsaw – Budapest – Sarajevo – Mostar – Kotor – Budva – Shkoder – Ohrid – Skopje – Tbilisi – Baku26 iyul 2019Warsaw – BudapestFlixbus: 21 EURBilet daşıyıcının rəsmi saytından əldə edilmişdir.27 iyul 2019Budapest: dostumun evində qaldım28 iyul 2019Budapest (BUD) – Sarajevo (SJJ)Wizzair: 13105 HUF (39 EUR)Bilet aviaşirkətin rəsmi saytından əldə edilmişdir, bu qiymət Discount Club üzvləri üçün keçərli idi.28 iyul 2019Sarajevo – MostarBus: GlobTour / Croatia Bus 38 BAM (6 EUR)Bilet daşıyıcının rəsmi saytından əldə edilmişdir.28-31 iyulMostar: Kovac Apartment 120 EUR (Apartment with Balcony)Yaşayış bronu booking.com saytından edilmişdir.31 iyul 2019Mostar – Budva (bus): qiyməti dəyişir (saatlardan və sairə asılı olaraq)Bilet avtovağzalın kassasından əldə edilmişdir.31 iyul – 03 avqustBudva apartments: 170 EURYaşayış bronu airbnb.com saytından edilmişdir.01 avqust 2019Budva – Kotor – Budva (bus): qiyməti dəyişir (saatlardan və sairə asılı olaraq)Bilet avtovağzalın kassasından əldə edilmişdir.03 avqust 2019Budva – ShkoderBus: GetByBus / Old Town Travel 89 HRK (12 EUR)Bilet daşıyıcının rəsmi saytından əldə edilmişdir.03 avqust 2019Shkoder: Vllaznia Hotel 45 EURYaşayış bronu hotels.com saytından edilmişdir.04 avqust 2019Shkoder – Tirana (bus): 300 ALL (3 EUR)Bilet avtobusun içində əldə edilmişdir.Tirana – Ohrid (taxi): 70 EUR (avtobusun qiyməti 18 EUR idi və növbəti avtobusa yer yox idi deyə taksi ilə getməyə qərar verdik)04-06 avqust 2019Ohrid: Apartment Ain Naum 80 EURYaşayış bronu booking.com saytından edilmişdir. 06 avqust 2019Ohrid – Skopje: 17 AZNBilet öncədən turizm agentliyindən əldə edilmişdir.06 avqust 2019Skopje – İstanbul – TbilisiPegasus Airlines: 106 EURBilet aviaşirkətin rəsmi saytından əldə edilmişdir.Gəzməli-görməli yerlər:1) Sarajevo – 4-5 saat kifayət edir şəhər ilə tanış olmağa, sonra Cevabcici Zeljo-ya gedib gəşəng lülə kabab yeyib növbəti şəhərə yola düşə bilərsiniz.2) Mostar: 1 gün şəhəri gəzib növbəti günləri aktiv istirahətə sərf edə bilərsiniz. Biz Neretva çayına (Konjic-ə) rafting-ə getdik. 35 EUR (səhər yeməyi, geyim, 4 saatlıq çaydan zövq almaq, günorta yeməyi və avtovağzala/avtovzağzaldan çatıdılma daxil). Həmçinin də Blagaj-a və Kravica Waterfall-a gedə bilərsiniz.3) Budva, Kotor, Sveti Stefan – bura əsl passiv istirahət üçündür. Amma o demək deyil ki, aktiv əyləncə üçün heçnə yoxdur. Əlbəttə ki, var: qayıq, paragliding və sairə əyləncələr bu zonada mövcuddur. Sveti Stefan mütləq gediləsi yerdir, suyun təmizliyi hər şeyə dəyər. Tarixi məkanlara da mütləq baş çəkin (Budva Castleç Citadela və sairə).4) Shkoder: biz getdik, siz getməyin... Yalnız göl var, ona da turlar yalnız səhər tezdən olur... Şəhər isə çox darıxdırıcıdır.5) Ohrid: Makedoniyanın göz muncuğu sayılan bu göl ətrafı şəhərdən yaxşıcana zövq ala bilərsiniz. Əsasən passiv istirahət üşün nəzərdə tutulub. Digər sahillərə getmək üçün gəmi turu götürə bilərsiniz. Biz Saint Naum sahilinə tur götürmüşdük.6) Skopje: heykəllərin əlindən tərpənə bilməyəcəyiniz şəhər... addımbaşı heykəllər sizi izləyəcək. Vaxtınız varsa Matka Canyon və Mount Vodno-ya getmək olar.Ümumi xərc: 1500 AZN civarında (adambaşı)Xərcləri rahat idarə etmək üçün Tricount mobil tətbiqini məsləhət görərdim.Booking.com saytında qeydiyyatdan keçmək üçün bu linkdən istifadə edə bilərsiniz: https://www.booking.com/s/35_6/ilgar637Airbnb.com saytında qeydiyyatdan keçmək üçün bu linkdən istifadə edə bilərsiniz:https://www.airbnb.com/c/iafandiyev?currency=EURŞəxsi instagram hesabım: @ilgarafandiFaydalı olmaq diləyi ilə!#ilgarafandi #tripbyilgar #tripbyafandi #t2taz #time2travelaz #gzynlr #gezeyenlerP.s. Səyahət ilə bağlı bütün postlarımı həm instagramda, həm də qrupda #tripbyafandi hashtagi altında oxuya bilərsiniz :) Əgər yazını bəyəndinizsə aşağıda olan Facebook düyməsini seçərək blogpostu Facebookda paylaşın ki, dostlarınız da yazılarımızdan xəbərdar olsunlar. Yox əgər Gəzəyənlərin yazılarından ilk xəbər tutmaq istəyirsinizsə aşağıda “abunə ol” bölməsinə mailinizi yazaraq düyməyə klikləyin. Hələlik bu qədər, növbəti yazılara qədər…Paylaşdı: Ilgar Afandi

2060 dəfə oxunub
Bizi izləyənlər siyahısına qoşulun!