647 dəfə oxunub

Ölü şəhər "Eindhoven"

Fukuokadakı bütün otel, apartament və hostelləri bu linkdən book (bron) edə bilərsiz.

Deməli belə, mən də Avropa birliyinə qəbul olmuş ölkələrdə təhsil alan tələbələr kimi gəldiyim gündən içində bir “travel” aclığı olan azərbaycanlı kimi gəzməyə başladım və hər dəfə bir “action” yaşadığımdan bu qrupa sərgüzəştlərimi yazmağı düşünürdüm amma necəsə olurdu yazmırdım.

Bu sonuncu "travel"dəki aksiyonlar artıq son damla oldu. Deməli Amsterdam hələ qurulmamışdı, mən ad günümü Amsterdamda keçirməyi xəyal edirdim həmişə ???? Artıq bu il şükür o arzum gerçəkləşdi. Yalnız ad günümün son saatları çox da ürək açıcı olmadı, əsas da elə bu səbəbdən yazmaq qərarına gəldim ki, bilməyənlər varsa aranızda məlumatlı olsun bizim çəkdiyimizi çəkməsinlər. Dərd mənasında ????.AMSTERDAM

Deməli biz bir dostumla Amsterdama Eindhovendən gedək dedik, tələbə adamlarıq, başa düşərsiz yəqin. Təyyarədən endikdən sonra Eindhovendə cəmi yarım saat keçirdik və yollandıq Amsterdama. İlk öncə deyim ki, hər gözəlin bir eybi var, Amsterdam da gözəl olduğu qədər bahalı şəhərdi. Turist olduqda isə 2 qat uduzursan, bunu deməyə ehtiyyac yoxdu yəqinki. Amsterdamda görüləsi yerləri çox eşitmişik. Biz demək olar ki, heç 2 gün qalmadıq orada. Ona görə hər yeri gəzmək şansımız olmadı. Gördüklərimizdən:

"China town" deyilən yer var, buddistlərin məbədi yerləşir, çox sakitləşdirici mühiti və musiqisi var. Qapıda qoyulan kağızlardan birini seçib, kağızda verilən mesajı oxuya və ya bizim dildə desək falçıya müraciət edə bilərsiz. Kartda yazılanlar isə, tamı tamına Cem Yılmaz demiş, "mutluluk içimizde" türündən bir şeydi, ara yerdə 50 cent qazanırlar mənim kimilərdən :) ) Şəhər özü elə gözəldi ki, elə kanalların ətrafını gəzdikcə, binaları seyr etdikcə sehrlənirsən.

P.S.: Sehrlənmə bir az da kanalların ətrafında hər addımda olan "coffee shop"lardan gələn qoxulardan ola bilər ????????. Qidalara gəldikdə çox dadlı pivələri var və pivə ilə içmək üçün "snack" axtarsanız mütləq “bitterballen” dadmağı məsləhət görürəm. "Селёдка“ (herring) deyə bildiyimiz balıqları ilə məhşurdular və çörəyin arasında zövqə görə turşu ilə və ya sadə “serve” edilir, çox dadlıdır. Ən məhşur yeməkləri isə "Stampot" adlanır, ondan yeməyə zamanımız çatmadı, ümid edirik gələn səfərə ????

Transport 1 günlük 7.50 eurodur. Müqayisə üçün deyim ki, Milanda bu 4.50 idi.niderland

Keçək arzuolunmaz və gözlənilməz hadisələrə. Uçuşumuz Eindhovendən səhər olduğuna görə axşam qayıtdıq Eindhovenə və dedik biraz gəzək sonra da yollanaq “airport”a uçuşa qədər qalaq orada və ba-bammm :) . Saat 12-də yaxınlaşdılar ki, bizim hava limanı bağlanır və bir də 5-in yarısı açılır, mədəni surətdə hava limanını tərk edin. “Airport e airport”, gecə bağlanmaq ???? Bizim də əvvəldən bundan xəbərimiz olmadığına görə qalacaq yerimiz yox idi. Elə həmin gündən başlayaraq, bütün Hollandiyada güclü külək müşahidə olunub və bunun da üstünə yağış yağmağa başlasa nə olar? Gözəllik! ????

Yenidən şəhər mərkəzinə qayıtmaqdan başqa bir çarə yox idi. (Qeyd üçün mərkəzdən airporta birdəfəlik gediş 4.50 euro idi.) Dedik day keçib gedək heç olmasa bir yerdə oturub bir şey içərik vaxt keçər. Və budur ikinci ba-bam! Sən saydığını say məsəli. Şəhərdə saat 2-dən sonra heç bir açıq məkan yox idi. “Night club”lar ən geci 2-də bağlanır. (Biri bunlara başa salmalıdı ki, “night” saat 2-dən sonra başlayır) Mən başa salardım da, şəhərdə adam tapmadıq həmin vaxt. Eindhoveni şəhər olaraq "dead city" adlandırdım elə bu vaxtdan sonra. Saat 04.00-a qədər küçədə köhnə maraqlı hekayələrlə, qiybətlərlə ???? vaxt keçirməyə çalışdıqdan sonra yollandıq taksi ilə “airport”a (25 euro). Ondan sonra normal həyata geri döndük amma bir daha Eindhovendən harasa yola düşərikmi heç əmin deyiləm, pis xatirələrimiz var o şəhərlə əlaqəli. Səbri çatıb bura qədər oxuyanlara və yarıda “give up” edənlərə, qısacası hamıya təşəkkürlər :) .

Əgər yazını bəyəndinizsə aşağıda olan Facebook düyməsini seçərək blogpostu Facebookda paylaşın ki, dostlarınız da yazılarımızdan xəbərdar olsunlar. Yox əgər Gəzəyənlərin yazılarından ilk xəbər tutmaq istəyirsinizsə aşağıda “abunə ol” bölməsinə mailinizi yazaraq düyməyə klikləyin. Hələlik bu qədər, növbəti yazılara qədər…

Paylaşdı: Zulya Abdullayeva

DİGƏR BLOQLAR

Gürcüstan - Bakuriani bələdçisi

#bakuriani #visitbakuriani????Yeni Ili qarşılamaq üçün dostrarla qərara gəldik ki, Bakurianiya gedəcəyik. 14 nəfər idik, 8 böyük + 6 uşaq????‍????‍????‍????????‍????‍????‍????????‍????‍????‍???? (2 yaşdan 13 yaşa kimi).????Maşınlarla getmək istəmirdik, birincisi qar olan yerlərdə sürüşmək ehtimalı var, gömrükdə gözləmək var, benzin, parkovka fılan. Bir də hamımız bir yerdə olmaq istəyirdik. Nəticədə Tiflis ???? qatarına bilet aldıq, özü də platskarta :) https://ticket.ady.az/ saytında dəqiq 30 gün əvvəl biletlər satışa çıxır, kartla ödəyib, yerlərinizi seçib (cüt rəqəmlər yuxarıda, təklər aşağıda), rahat ala bilərsiniz.Biz dekabrın 30-u axşam çıxmalıydıq deyə, noyabrın 30-u yaxşı yerləri aldıq, çox ucuz başa gəldi (2 böyük + 2 uşaq cəmi 75 AZN-ə).Geri qayıtmağımızı isə yanvarın 4-nə planlaşdırdıq, bilirdik ki, Tiflisdə olanda artıq yer qalmayacaq, ona görə vağzala girməmiş soldaki rus-gürcü qatarlar üçün nəzərdə tutulmuş kassasından aldıq, dəqiq dekabrın 4-ündə. O artıq baha başa gəlib çünki komissiya + exchange +məncə leviy məsələsi var idi. 75 manatlı biletlər 100 AZN oldu, ammma eybi yox da, əsas aldıq.???? Facebook-da Tiflis üzrə rusdilli qrupuna qoşuldum və orada həm qatardan Bakurianiyə özəl transferini (Jeep + Minivan 350 lari =120$), həm də təzə təmirdən çıxmış və başlayanlar üçün yaradılmış "25-metrovka" xizək trassasının yanında yerləşən ????️kottecində mənzillərini (https://www.facebook.com/Fortuna-cottage-Bakuriani-2186156925037971/ - 6 nəfərlik 120$, 4 nəfərlik isə 80 $ idi Yeni İl vaxtı) tapdım. Kotteclər məsləhətlidir, çox rahat, ideal təmir, mətbəxdə hər şey, hətta şampanla???? konfet qoydular bizə.Yeni İli qarşılamaq üçün də restoranları axtardım, ən aşağı bir nəfərlik qiyməti 100$ idi, axırda bizim kottecimizə yaxın bir "Mimino" adlı bir ???? restoranı tapdım və onlarla böyüklər üçün 70$-a, 5+ uşaqlar üçün 35$, 5 yaşa kimi pulsuz şam yeməyini danışdıq. Biz onlara Western Unionla 100$, onlar isə bizə masamızın şəkilini və menyunu göndərdilər (bol yemək, adambaşı 1 l. çaxır, şampan daxil idi). Çox gözəl Yeni İl dekoru idi, müğənnilər, yemək, feyerverk, atmosfer, hər şey xoşumuza gəldi. Hələ biz gedəndə (saat 2 idi) əlavə kabablar gəlirdi.Elə bildik ki, vsyo, artıq hər şey super olacaq. Amma növbəti günü duranda gördük ki, bütün restoranlar bağlıdır, gücnən birini tapdıq axırda, yedik, trassaya getdik.????Balaca uşaqlara sankini götürdük (25-metrovkada hər şey ucuzdur: sanki saatı 5 lari, xizək 10 lari, instruktor 35-40 lari, podyomnik cəmi 1 lari).Amma millət dolu idi, oturacaq podyomnika 11-dən sonra 40❗❗❗ dəqiqəlik oçered, hətta???? xizəklə qalxanlar üçün 15-20 dəqiqə gözləmək lazım idi. Biz ancaq 3-cü gün normal xizək instruktorunu tapdıq, qalanlar heç nə orgətməyiblər.????‍????Restoranlarda isə servis 0. İsti yeməyini ortaq gözləmək vaxti 90 dəqiqədir, çox da ola bilər, ofisiantlar Sizə baxmırlar, danışmaq istəmirlər, hətta hazır yeməkləri (desertləri) ya 1 saata gətirirlər ya ümümiyyətlə gətirmirlər. Hər şeydə aldatmaq istəyirlər Sizi, məsələn çaxır sifariş eləyəndə mütləq soruşun ki, qiyməti nə qədər olacaq, onsuz sifariş eləməyin. İstəyənlər, gözləyənlər çoxdur deyə, bunlar normal xidmət göstərmək istəmirlər, bilirlər ki, çıxış yolunuz yoxdur.Biz artıq 3-cü gün heç nə istəmirdik, nə servis, nə təbəssüm, yeməyimiz yarım saata gələndə xoşbəxt idik.Ümid eləyirəm ki, yanvarda-fevralda vəziyyət normaldır orada, basabas deyil.Uşaqlar üçün əslində rahat yerdir, onlara maraqlı idi. Mənim 9 yaşlı qızım 2 1-saatlıq dərsdən sonra elə rahat ⛷️⛷️⛷️ xizəklə düşürdü, elə bil professionaldır (trenerin nömrəsini götürmişəm, lazım olsa yazaram).Overall, 7/10 qoyardım bu səyahətimizə, axırıncı gün Tiflisdə keçirtdik, orada rahat və tez yedik, gəzdik, ????şopping elədik.Elə bu:)Suallarınız olsa, yaza bilərsiniz.Əgər yazını bəyəndinizsə aşağıda olan Facebook düyməsini seçərək blogpostu Facebookda paylaşın ki, dostlarınız da yazılarımızdan xəbərdar olsunlar. Yox əgər Gəzəyənlərin yazılarından ilk xəbər tutmaq istəyirsinizsə aşağıda “abunə ol” bölməsinə mailinizi yazaraq düyməyə klikləyin. Hələlik bu qədər, növbəti yazılara qədər…Paylaşdı: Lala Gasimova

2147 dəfə oxunub

Napolidən Salernoya uzanan Amalfi sahilləri

Napolidəki bütün otel, apartament və hostelləri bu linkdən book (bron) edə bilərsiz. Əziz gəzəyənlər, bugünki səfərimiz dilinə öz sözlərimizi gətirməkdə çətinlik çəkən gözəl vətəndaşlarımızın şəkillərini görəndə “Uydaa, krasota, toje xoçu” dedikləri ecazkar Amalfi körfəzi və ətraf ərazilərdir. Bununla həm Sorrento yoxsa Salerno məsələsinə öz yanaşmamı bildirməyə, həm də “ora”ların yalnız Kapri, Positano və Amalfidən ibarət olmadığını dəqiqləşdirmiş olacağıq. Səyahət ardıcıllığı Napoli- Kapri- Sorrento- Positano- Fiordi di Furore- Pianollo- Amalfi- Atrani- Ravello- Vietri sul Mare- Salerno formasındadır. Napolinin Beverello Limanında 23-25 avro gəmiyə (katerə) ödəniş etməklə yollanırıq Kapriyə. Adaya çatan kimi adayla üzbəüz sol çiyniniz istiqamətində funikulyor sizi gözləyəcək. Funikulyordan 50 metr aralıda Tabacchi-də bilet ala və ya elə eyni qiymətə ətrafdakı “guide”lardan əldə edə bilirik. Funikulyordan düşdükdən sonra sosial şəbəkəyə şəkil qoymaq üçün gəzə-gəzə gəlirik Giardini di Augusto parkına (giriş 2-3 avro). Doyunca mənzərəni seyr etdikdən sonra piyada “pereval”ı ilə sərinləmək üçün düşürük Marina Piccola çimərliyinə. Çimərliyin dadını çıxarıb elə 100 addım yuxarıdan avtobusla AnaKapriyə yollanırıq, Anakapridən təkbaşına funikulyorlar ilə ( qış xizək funikulyorları kimi) Piscina della Canzoneyə qalxırıq və adanın bir də bu istiqamətdən panoramik dadını çıxarırıq. Funikulyor bir tərəfli 11 avro, ikitərəfli 14 avrodur, lakin qayıdanda bileti yoxlamırlar. Funikulyor ilə Anakaprinin mərkəzinə endikdən sonra miniavtobuslar ilə yollanırıq gecəni Sorrentoda gecələmək üçün Kaprinin mərkəzinə (limanına). Təəssüf ki, 1 günə fiziki olaraq yazdıqlarımdan artıq birşey etmək olmur (olar, nəyisə ixtisar etməklə). Buradan 16-18 avro verib katerlərlə yola düşürük Sorrentoya. Niyə Sorrento? 1. Sorrento məsafəcə daha yaxın və ucuzdur. 2. Gecələmək üçün qiymətlər uyğundur. 3. Səhər Positanoya ən tez və ucuz yola düşmək üçün ideal məntəqədir. Növbəti günü səhər tezdən yuxudan effektiv ayılmaq üçün Sorrentodan yollanırıq 45cə dəqiqəlik məsafədə çimərliyin dadını çıxarmaq məqsədilə Bagni Regina Giovannaya (şiddətlə tövsiyə edirəm). Sərinlədiyinizi hiss etdikdən sonra avtobusla mərkəzə, ordan da 2.20 avroya Positanoya yola düşürük. Positanoda ödənişli (35-40 avro) və ödənişsiz çimrəliklərdə də çimərliyin dadını çıxara bilərik, lakin daha yaxşı çimərlik günün sonunda bizi gözləyir. Positanonun ara küçələrini gəzdikdən düşdüyünüz dayanacağa qayıdıb yaxın mağazadan 2.20 avroya bilet alıb Amalfi, Sorrento istiqamətli ixtiyarı avtobusa minib düşürük Fiorde di Furore dayanacağında. Burada bizi körpünün altında möhtəşəm, hüzur dolu çimərlik gözləyir. Çimərlikdən isə gecələmək üçün çimərliyin yerləşdiyi ərazinin bir üst qəsəbəsi olan Pianilloya yola düşürük. Necə? Düşdüyümüz dayanacaqdan 2-3 dayanacaq gedib, düşürük, və qəsəbəyə qalxan digər avtobusla qəsəbəyə gedirik. Qəsəbədə şiddətli tövsiyə edə biləcəyim otel Antico Mulino (büdcəli və səhər yeməyi daxil), restoran isə “Langolo Dei Sapori”. Gecəni qəsəbədə keçirib səhər tezdən mərkəzdən eyni qiymətə avtobusla yollanırıq Amalfiyə. Amalfidən doyunca gəzdikdən sonra gəzə-gəzə Atraniya keçirik, Atranidən isə avtobusla Ravelloya, biraz daha içərilərə və panoramik baxış bucağı nöqtəsinə yollanırıq. Ravellonu əminəm ki, çox bəyənəcəksiz. Qəsəbələr haqqında və görməli yerlər haqqında yazsam yazı daha-daha geniş olacaq. Google-dən rahatlıqla tapmaq mümkündür. Ravelloda gəzişdikdən sonra (mənə Amalfidən daha xoş gəldi) düşdüyümüz dayanacaqdan Salernoya gedən avtobuslara minirik və ya ayaqla aşağı enən pilləkənlərlə 20-25 dəqiqəlik çətin enişdən sonra başqa dayanacağa çıxıb Salerno avtobusu ilə Salernodan öncəki Vietri sul Mare dayanacağında enə bilərsiz. Bu məntəqə digərləri ilə müqayisədə qatar yolu olan yeganə məntəqədir. Seramik aksessuarlar və suvenirlər almaq istəyirsizsə özünüzü bura saxlaya bilərsiniz. Vietri sul Mareden isə 1.30 avroya qatarla Salernoya yollanırıq. Salernonun mərkəzi küçəsini gəzib İtaliyada barmaq sayı tövsiyə etdiyim yerlərdən biri “Pizzeria da Michele”-də axşam yeməyi yeyərək Salernoda gecələyir və ya gecə avtobusları ilə (Flixbus, İtabus) Romaya yollanırıq. Əgər iki nəfərsizsə və sözün əsl mənasında yaxşı skuter sürə bilirsizsə Sorrentodan 50-60 avroya skuter götürməyiniz gəzintinizi həm sürətli həm də daha effektiv edəcək. Yollar kifayət qədər dar olduğundan istirahətin ciddi bir hissəsini nəqliyyatlarda keçirməli olacaqsız. Qeyd: Sorrentodan- Amalfiyə, Amalfidən- Positanoya, Positanodan- Salernoya katerlərlə də getmək mümkündür. Sadəcə olaraq avtobusla 2.20 avro olduğu halda katerlə ortalama 15-20 avro arası qiymətlər dəyişir. Bura qədər oxuduğunuz üçün təşəkkürlər. Ümid edirəm paylaşım gəzəyən yoldaşlarımız üçün faydalı ola bildi. Əgər yazını bəyəndinizsə aşağıda olan Facebook düyməsini seçərək blogpostu Facebookda paylaşın ki, dostlarınız da yazılarımızdan xəbərdar olsunlar. Yox əgər Gəzəyənlərin yazılarından ilk xəbər tutmaq istəyirsinizsə aşağıda “abunə ol” bölməsinə mailinizi yazaraq düyməyə klikləyin. Hələlik bu qədər, növbəti yazılara qədər…Paylaşdı: Tural Hasanli

598 dəfə oxunub

Ecazkar Bali

Balidəki bütün otel, apartament və hostelləri bu linkdən book (bron) edə bilərsiz.Zümrüd rəngli düyü terrasları, möhtəşəm qoxulu qərənfil və darçın ağaclarından ibarət tropik meşələr, insanı rahatladan musiqilər, yerli rəqslər, sənət, rituallar, sirli məbədlər və möhtəşəm mədəniyyəti ilə xəyallar adasıdır Bali. Səyahəti sevirsinizsə və səyahət barədə düşünərkən ürək ritminiz dəyişirsə dünyada ən çox səyyahın məskunlaşdığı bu cənnət adaya getdikdən sonra qayıtmaq istəməyəcəksiz.Xoş xəbər verim, növbəti ilin iyul ayından THY İstanbuldan Baliyə birbaşa reys açacaq. Bali adası çox böyük bir ada deyil, adanın ətrafında 360 dərəcə tur atmaq üçün yarım gün yetərlidir. Lakin adanın daxili o qədər zəngindir ki, bəlkə də bir ay burada gəzdikdən sonra adanı tam gəzdim demək olmur. Adanı tam yaşamaq üçün səyahət dövründə 1 yerdə deyil, adanın muxtəlif bölgələrində qalmaq lazımdır. Adanın 360 dərəcə sahilləri yerlilər və turistlər üçün açıqdır. Bütün otellərin əraziləri dəmiz qumunun başladığı hissəyə qədərdir. Ən bahalı otel belə olsa ərazisindən sahilə keçid üçün mütləq yol ayırmalıdır. 1970-ci illərində əvvəlində Balidə 10 mərtəbəli otel tikilmiş, bundan sonra adanın görünüşünü itirdiyi üçün uca mərtəbəli binaların tikintisinə qadağa qoyulmuş və bina hündürlüyünə “adadakı ən böyük palma ağacından hündür ola bilməz” şərti gətirilmişdir.Kuta bölgəsi buranın ən səs-küylü, əyləncəli və çirkli, Nusa Dua sakit və müasir otellərin yerləşdiyi, Ubud möhtəşəm təbiətin olduğu ərazilərdir. İndoneziya müsəlman ölkəsi olmasına baxmayaraq Bali adasının 90%i induizmə sitayiş edir. Bali tropik adadır, ilin bütün aylarında istilik 25-35 dərəcə altında dəyişir, yağış və quru sezonları vardır. Martdan oktyabra qədər quru sezon, noyabr-mart arası isə yağışlı sezon sayılır. 1 saat içində həm musson yağışına düşə, həm də 35 dərəcə istilikdə günəş şüalarından yana bilə bilərsiniz. Sezondan asılı olmayaraq yağışlar adətən gecə saatlarında yağır. Adada 10-50 dollar aralığında avtomobil kirayə götürə bilərsiniz. 5-10 dollar isə sığorta haqqı ödəmək lazımdır. Sükan sağ tərəfdədir və yollarda tıxac çoxdur, ona görə avtomobil kirayə götürməyi məsləhət görmürəm. Həddən artıq moto istifadəçisi var. Moto kirayəsi və benzin çox ucuz olduğundan təcrübəsiz adamlar həvəslənib moto kirayəyə götürürlər və buna görə tez-tez qəzalar baş verir. Yolda polislər saxladıqda bir miqdar pula alıb buraxırlar, cərimələnmə prosesi və ödəniş çox qarışıqdır.Otellər çox sərfəlidir, yemək ucuzdur, düyüdən demək olar bütün yeməklərdə istifadə edilir, çörəklər düyüdən hazırlanır, lakin yerlilər demək olar çörək yemir. Düyüdən hazırladıqları yerli içki olan “araq”ı  oteldən kənarda içməyin. Ubud bölgəsində olduğunuz zaman möhtəşəm mənzərəsi və çox ucuz qiymətləri olan “İndus” restoranına mütləq gedin. Adada dağlıq hissələr bəzən çox sərin olur, nəm daima yüksəkdir, məbədləri ziyarət edərkən kişilərdə şortik, qadınlarda qısa yubka geyinməsini yaxşı qarşılamırlar, bunun üçün bütün məbədlərin girişində bağlamaq üçün xüsusi parça (sarong) verilir. Aeroportda düşdükdən sonra bütün qarşılaşdığınız yerli sakinlər gülürlər, aqressiv insan tapmaq çətindir, taksilər turistlərdən artıq pul almaq istəsələr də gəzdiyim ölkələr arasında ən möhtəşəm yerli xalqı Balidə görmüşəm. 2 dəfə dəyərli əşyalarımı itirmişəm və hər ikisində qaldığım oteli tapı geri qaytarıblar. Çətin ki, bir daha hansısa ölkədə belə halla qarşılaşım. Pul vahidləri rupidir. 100 dollar 1.4 milyon rupidir. Milyonçu olmaq istəyirsinizsə ada sizin yolunuzu gözləyir.  Saatları bizim ölkəmizdən 5 saat irəlidədir.Günəş tez çıxıb tez də batır. Gedərkən hər hansı vaksin və ya iynə vurmağa ehtiyac yoxdur. Bizim ölkə üçün 1 ay vizasız səyahət verir. 80 dollar ödəyib 1 ay da əlavə qalmaq olur. İl ərzində istənilən qədər çıxış-giriş etmək olur. Dünyada ən çox səyyah Bali adasında məskunlaşıb, ona görə buraya səyyahlar adası da deyilir. Yollar, küçələr günün istənilən saatında təhlükəsizdir. Avtobuslar demək olar ki, istifadə edilmir. “Uluwatu” məbədinə mütləq gedin, orada gördüyüm mənzərənin təsirindən hələ də çıxa bilmirəm. Çimərliklərin sayı hesabı yoxdur, hər biri digərindən gözəldir. Dünyada ən ucuz və ən keyfiyyətli masaj Balidədir. Bütün kəndlərdə və sahillərdə masaj yerləri vardır. Bali haqqında günlərlə yaza bilərəm, hətta növbəti səfərimdə 1 aydan çox orada qalıb ada haqqında kitab yazmaq fikrindəyəm. Bir gün əlinizə şans düşəcəksə bu adaya mütləq gedin. Bali həyatınızda silinməz bir iz qoyacaqdır.Əgər yazını bəyəndinizsə aşağıda olan Facebook düyməsini seçərək blogpostu Facebookda paylaşın ki, dostlarınız da yazılarımızdan xəbərdar olsunlar. Yox əgər Gəzəyənlərin yazılarından ilk xəbər tutmaq istəyirsinizsə aşağıda “abunə ol” bölməsinə mailinizi yazaraq düyməyə klikləyin. Hələlik bu qədər, növbəti yazılara qədər…Paylaşdı: Gəzgin Həyat

818 dəfə oxunub

Praqa bələdçisi

Praqadakı otel, apartament və hostelləri bu linkdən book (bron) edə bilərsiz.“Romantik şəhər”, “Avropanın ürəyi”, “Nağıllar şəhəri” - Praqa. Bu şəhər öz möhtəşəmliyi ilə ona verilmiş bütün adlara layiqdir. Əminəm ki, Praqaya səyahət etmiş bir çox insan üçün bu şəhər xüsusi yer tutur. Bütün bu gözəlliyin qarşısında təbii ki, Praqanın da mənfi yanları var və bunun ən başlıcası orada yaşayanların dələduzluq etmək üzrə master olmasıdır. Gələcəkdə buraya səyahət edəcəklərə köməklik olması üçün ətraflı Praqa postu yazmaq qərarına gəldim.Bu postda gəzməli yerlərdən daha çox şəhərdə qarşılaşa biləcəyiniz problemlər və ümumi xərclər barədə yazmaq istəyirəm. Əgər maraqlı olan varsa gəziləcək yerlər barədə də gələcəkdə ətraflı yazaram. Beləliklə başlayaq - WW2-zamanı çexlər müqavimət göstərmədən ölkəni almanlara təslim etdiklərindən Praqada olan tikililər müharibə dövründə dağıdılmamış, bu səbəbdən bütün tarixi yerlər öz gözəlliyini bu günədək qoruyub saxlamışdır. Çexiyanın rəsmi pul vahidi “kron”dur və bizim 100 manatın qarşılığı 1300 çex kronu, 100 avro isə 2600 krondur. Praqada yaşayacağınız ən böyük problemlərdən biri elə valyutanı çex kronuna dəyişməkdir. Çünki hər yerdə böyük hərflərlə “0 comission” və yüksək məzənnə ilə pulu dəyişmək təklif edilsə də realda bir çox valyuta dəyişmə yeri insanları aldadır. Məsələn siz yüksək kursla exchange görsəniz və yaxınlaşıb pulu dəyişsəniz onlar pulun 5-25 faizinə qədərini komissiya pulu adı ilə sizdən çıxa bilərlər. Və ya yüksək kursla və “0” comis.yazısını görüb pulu dəyişmək istədikdə aşağı kursla pulu verib Exchangedə yazanın satış kursu olduğunu, alışın isə nöqtədən balaca formada kənarda yazıldığını deyə bilərlər. Odur ki, pulu dəyişməzdəm əvvəl mütləq qaydada satıcıdan verdiyiniz pulun qarşılığında hansı pulu verəcəyini dəqiqləşdirib daha sonra pulu verin. Üzərində ərəbcə yazılar olan Exchangelərin bir çoxu və ya şəhər mərkəzində “PRAHA EXCHANGE, Jindřišká 12/908, Prague 1” ünvanında olan exchang ən sərfəli kursu təklif edirlər. Küçədə sizə yaxınlaşıb yüksək kursla pul dəyişməyi təklif edə bilərlər. Qəti onlara inanmayın çünki Bulgar Levası çex kronuna çox oxşadığından insanları yüksək kurs adı ilə aldadıb leva verirlər. ))Şəhərdə metro, tramvay və avtobus istifadəsi çox rahatdır. “Moovit” proqramı ilə avtobusların hansı saatda haradan keçəcəyini öyrənə bilərsiniz. Aldığınız biletlər bütün nəqliyyat vasitələrində keçərlidir. Avtobus, metro, tramvayı istfadə etdiyim 5 gün ərzində yoxlama ilə qarşılaşmadım. Oteldə də soruşduqda onlar da hökümətin vətəndaşların iradəsinə güvəndiklərini və bu səbəbdən yoxlamanın çox az hallarda olduğunu dedilər. Səhv etmirəmsə yoxlama zamanı biletsiz olduğunuz aşkarlansa təxminən 30 avro cərimə kəsilir. Bilet qiymətləri 30dəqiqəlik- 24 kron, 90 dq-32 kron, 1 gün 110 kron, 3 gün-310 kron. Ən məsləhətlisi təxminən 5 avroya günlük bilet alıb rahat şəkildə istifadə etməkdir. P.S-Əgər əlinizdə çemodan varsa mütləq 16 krona çemodan üçün əlavə bilet almalısınız))).Praqada olarkən gulaj, knedlky, kartof şorbası Bramboracka yeməklərinin dadına baxın. +Trdelnik şirniyyatlarını mütləq yeyin. Onsuz Trdelnik hər addımda qarşımıza çıxdığından inanmıram ki, oraya gedən kimsə onu yemədən qayıtsın. Restoranlarda normal 1 nəfər üçün yemək üçün təxminən 100-200 kron arasında xərciniz çıxacaqdır. Bu şəhərdə pivə həqiqətən də sudan ucuzdur. İnsanlar demək olar ki, su yerinə pivə içirlər. Urquell və Kozel ən məsləhətli pivələrindəndir. Bundan dünyada tərkibində ən çox alkaqol olan Absinth (80%) içkisi bu ölkədə istehal olunur. Mən noyabr ayında getdiyim üçün şəhərdə Avropanın bir çox şəhərinə xas olan hər hansı pis qoxu hiss etmədim. Deyilənə görə yay aylarında bəzi küçələrdən keçəndə pis qoxu hiss edilir. Ancaq nə qədər pis olsa da inanmıram ki, Parisdəki kimi iyrənc formada hiss edilsin. Praqada “Old town” və Karlova bölgəsində qalsanız demək olar ki, hər yerə piyada gedib gəzə bilərsiniz. Günlük 30-40 avro qiymətinə olan, mərkəzə yaxın məsləhət gördüyüm otel “Akcent” hoteldir. Tam qarşısında da metro yerləşir. Praqa gecə həyatı cəhətdən Avropanın ən hərəkətli şəhərlərindən biridir. Orta Avropanın ən böyük klubu “Karlovy Lazne” məhşur Charles körpüsünün tam yaxınlığında yerləşir. Beləliklə Praqa gəziləcək möhtəşəm tarixi yerləri, digər Avropa şəhərlərinə görə ucuzluğu, təbiəti, əyləncəsi ilə mənim fikrimcə hər növdən turist və gəzginlər üçün ideal şəhərlərdən biridir. Şəhərdən doymaq üçün buraya ən az 3 gün ayırın. Praqaya getmişkən Budapeşt və Vyanaya baş çəkməyi unutmayın. Bu günlük bu qədər, suallarınız varsa cavablandıra bilərəm. Həmişə gəzməkdə!Əgər yazını bəyəndinizsə aşağıda olan Facebook düyməsini seçərək blogpostu Facebookda paylaşın ki, dostlarınız da yazılarımızdan xəbərdar olsunlar. Yox əgər Gəzəyənlərin yazılarından ilk xəbər tutmaq istəyirsinizsə aşağıda “abunə ol” bölməsinə mailinizi yazaraq düyməyə klikləyin. Hələlik bu qədər, növbəti yazılara qədər…Paylaşdı:  Gəzgin Həyat

1254 dəfə oxunub
Bizi izləyənlər siyahısına qoşulun!