947 dəfə oxunub

Lou kosterlə uçmaq təhlükəlidirmi?

OnurAir, Pegasus, Pobeda hava yollarının və Xüsusilə də WizzAirin gəlişiylə hamımız loukoster (low coster – çox ucuz qiymətli) hava yolları konsepti ilə tanış olduq. Avropa ölkələrinə 400-500 avro verib bilet alandan sonra, Budapeştə 100 avroya gediş-gəliş bileti almaq bizə şokla birlikdə, təhlükəsizliklə bağlı suallar da gətirdi. Ucuz ətin şorbası misalını əsas tutaraq hamının başında bir sual meydana çıxdı, loukosterlər nə dərəcədə təhlükəsizdir?!

Çox rəqəmlərlə başınızı ağrıtmaq istəmirəm amma dünyada loukost hava yolları bazarı haqqında bir az məlumat vermək üçün, bəzi rəqəmləri paylaşacam. 2015-cı ildə dünyada olan bütün uçuşları 28, Şimali Amerikada 30, Avropada 26,  Cənub-Şərqi Asiyada isə 54 faizini loukost hava yolları şirkətləri yerinə yetirib. Rəqəmlərin hər il daha da artacağı təxmin edilir. Rəqəmlərə baxdıqda loukoster bazarının kifayət qədər iri olduğunu görmək olar.

Ümumiyyətlə aviyasiya mütəxəssisləri deyir ki, loukosterlərin belə ucuz olmasının səbəbi qətiyyən təhlükəsizlik tədbirlərindən qənaət etməsi ilə bağlı deyil. Xüsusilə də Avropa və Amerikada, uçuşlara nəzarət təşkilatları heç bir halda hava yolları şirkətlərinə standartlardan kənar çıxmağa icazə vermirlər. Bəs onda loukosterlərin ucuz olmasının səbəbi nədir?! Qiymətin belə ucuz olmasının səbəbi şirkətlərin müştəri xidmətləri və təyyarədə verilən xidmətlərə qənaət etməsi, otutacaqların sayını bir az artıraraq, çox sərnişin daşıması kimi faktorlardır.

Légi közlekedés - Fapados járatok gépei Ferihegyen

Loukoster hava yolların ilə bağlı bəzi önəmli məqamları sizinlə bölüşmək istəyirəm:

  • Loukosterlərə təyyarənin bir yerdə dayanması sərf etmədiyindən (çünki parking üçün ödənniş edilir), şirkətlər çalışırlar ki, təyyarələri bir yerdə dayanmasın, daimi hərəkətdə olsun. Ona görə də loukosterlər, xüsusilə də Avropa və Amerikada hər zaman çalışırlar ki, “qarajları” cavan qalsın. Təyyarələr yeni olduqda, onun baxımı üçün çox pul tələb olunmur və tez-tez xarab olub, şirkəti yarı yolda qoymur. Məsələn, planespotters.net saytına görə Avropadakı loukosterlərdən WizzAirin təyyarələrinin orta yaşı 4.5, RyanAirin 6.5, Easyjetin isə 6.9 ildir. Full xidmət verən, Türk hava yollarının təyyarələrinin orta yaşı 6.5, Almaniyanın Lufthansa hava yollarının 10.5, Air Francen təyyarələrinin orta yaşı isə 12.5 ildir. Yəni bu statistikadan da göründüyü kimi, loukosterlər heç də işlənmiş, köhnə təyyarələri istifadə etmirlər.
  • Avropa və Amerikada baş verən ən dəhşətli 20 təyyarə qəzasından sadəcə 2i (Avropada və Amerikada, hər birində 1 qəza) loukoster hava yollarının adıyla bağlıdır. Asiyada qaydalar bir az yumşaq olduğundan, Asiyanın çox qəza edən şirkətlərindən bəzilərinə (İndoneziyanın Lion Air şirkəti kimi) Avropa Birliyi ərazisinə uçuş etmək qadağan olunub.
  • Təyyarənin qəza etməsi səbəbi, onun loukoster və ya full service olmağından çox, haradan-haraya uçmasındadır. Məsələn Amerikada hər milyon uçuşdan 0.2, Avropada 0.24, MDB-də (keçmiş sovetlər) 2.74 və Afrikada isə 6.83-ü qəza edir. Xüsusilə Avropada loukoster və full service hava yolları üçün təhlükəsizlik qaydaları birə-bir eynidir.
  • Bunu demək bir az, gülməli səsələnə bilər amma loukosterlər qəza olmaması üçün full service şirkətlərdən daha çox çalışırlar. Hər zaman təhlükəsizliyə standartlardan da çox əməl etməyə çalışırlar. Çünki, hər hansısa bir qəza olsa, loukosterlərin məhv olan imiclərini bərpa etmək üçün elə də çox pulları yoxdur.

 

Bu qədər faktdan sonra inanıram ki, loukosterlə uçmaq təhlükəlidir, ordan-burdan ucuz, yaşı keçmiş təyyarələr söhbətləri olmayacaq. Mən şəxsən artıq 3cü ildir, sevə-sevə loukosterlərin xidmətindən istifadə edirəm, sizə də məsləhət görürəm ????.

DİGƏR BLOQLAR

Qatarla Londona səyahət

Londondakı bütün otel, apartament və hostelləri bu linkdən book (bron) edə bilərsiz.Çıx qatar yoluna, məni qarşıla.. Amsterdam-London səyahətiBu həftəsonu on beş illik Amsterdam macərama nöqtə qoyub Londona çörəkpulu qazanmaq üçün yola düşdüm. Bilet aldığım ərəfədə təyyarə biletləri sərf eləmirdi Londondaki hava limanlarının evə uzaq olması səbəbilə. Eurostar qatarının Londondaki dayanacağı yaxın olduğu üçün qatarla səyahət qərarına gəldim. Həm də hər sərnişinə istənilən ölçüdə 2 böyük baqaj, bir də əl çantası icazəsi var deyə daha uyğun oldu. Amma gömrükdə heç yoxlamadılar kim nə qədər çanta keçirir.Qısaca Eurostar barədə. 1994-də istifadəyə verilən bu qatar marşrutu Avropada Fransa və İngiltərəni dəmiryolu ilə birləşdirən yüksək sürət qatarlarından istifadə edir. Bakı-Gəncə qatarı qədər bərkgedən olmasa da, saatda 320 km ilə dünyada ən yüksək sürətli qatarlardan sayılır. Sadəcə Eurotunnel bölgəsində, dənizin altında təhlükəsizlik səbəbilə sürəti bir az azaldırlar. Ümumiyyətlə Eurotunnel xüsusilə Böyük Britaniya üçün ciddi əhəmiyyət kəsb edir. Gələn idxalın 25 faizi bu tuneldən keçən ticarət mallarından ibarətdi. Eurotunnel dənizin altından iki tunellə İngiltərə ilə Fransanı birləşdirir və hazırda dünyada ən işlək yolu sayılır: ildə 2.5 milyon maşın, 1.5 milyon yük maşını və 20 milyon sərnişin daşınılan iki tuneldən biri Eurostar üçün nəzərdə tutulub. Tunelin 37 kilometri dəniz səviyyəsindən 100 metr aşağıdadı amma qatarda ümumiyyətlə hiss eləmirsən bunu.Marşrutların şəklini aşağıda əlavə eləmişəm. Amsterdam-London istiqamətində hələki birbaşa qatar yoxdu, amma London-Amsterdam istiqamətində var. Səbəb Amsterdamda Birləşmiş Krallığın gömrük nəzarət nöqtəsinin olmamasıdı. Amma onu da 2019-un sonunda həll edəcəklər deyəsən. Amsterdamdan gedəndə Fransızların Thalys qatarı Brüsselə aparır. Orda düşüb həm Belçika gömrüyündən EU-nu tərk edirsən, 2 metr gedib UK gömrüyündə pasport kontrola girirsən. Avropa Birliyi vətəndaşı olmaq işimə yaradı: normalda non-EU vətəndaşları olan yerdə sıra var idi, amma EU vətəndaşları biometrik pasportla 10 saniyədə kontroldan keçdi. Sonra baqaj yoxlanılır, ardınca da terminala gedirsən. [gallery ids="1200,1199" type="rectangular"]Yeni il ərəfəsində səyahət edənlər çox olur deyə fikirləşirdim ki, adam çox olar, amma kupe demək olar ki bomboş idi. Qatar təmiz, keyfiyyət və s yaxşı idi. Biletdən asılı olaraq kupeyə yeməklər də gətirib xidmət göstərirlər. Amma kupelərin çoxunda restoran-kafe də mövcuddu. Eurostar qatarında mobil app-la kinolar izləmək, kitab oxumaq, maraqlananlar üçün Virtual Reality ilə qatarın balıqlarla əhatələnməsini "görmək" olur. Uşaqlar üçün nəzərdə tutulsa da, böyüklər heç imkan vermir Qiymətlərə gəlincə, mən bir az gec aldım deyə bir tərəf üçün 130 euro ödədim. Amma Amsterdam-London-Amsterdam biletini rahatlıqla 90-100 euroya almaq olar. Amsterdamdan Londona hardasa 4 saat yarım, Londondan Amsterdama 3 saat 20 dəqiqəyə səyahət mümkündü Eurostarla.Qısacası, təyyarə ilə 45 dəqiqəlik yol yerinə maraqlı macəra yaşamaq istəyənlər üçün məsləhətdi PS. Artıq Amsterdam sakini sayılmasam da, ana yurd barədə suallarınızı həmişə olduğu kimi yenə ünvanlaya bilərsiz Əgər yazını bəyəndinizsə aşağıda olan Facebook düyməsini seçərək blogpostu Facebookda paylaşın ki, dostlarınız da yazılarımızdan xəbərdar olsunlar. Yox əgər Gəzəyənlərin yazılarından ilk xəbər tutmaq istəyirsinizsə aşağıda “abunə ol” bölməsinə mailinizi yazaraq düyməyə klikləyin. Hələlik bu qədər, növbəti yazılara qədər…Paylaşdı: Isa Yusibov

2114 dəfə oxunub

Planlanmamış Avtostop turu

Ukrayna-Portuqaliya-Macarıstan avtostopumu elə düşünürdüm ki, artıq bitirdim, çünki Budapeştdən Bakıya uçuşum vardı. Amma avtostopla Bratislavadan Budapeştə vaxtında çata bilmədiyim üçün təyyarəmi qaçırdım. Əvvəl bu mənə pis təsir etdi, çünki çox yorulmuşdum (2 aydan çox avtostop edirəm) amma sonra bunu yeni bir macəra kimi qəbul edib Budapeştdən Bakıya avtostop etmək qərarına gəldim. Bundan əvvəl Praqadan Bakıya avtostop edəndə Rusiya üzərindən gəlmişdim, bu dəfə Turkiyə tərəfdən gəlməyi düşündüm. Ən çətin avtostoplar ölkədən ölkəyə keçəndədir, çünki hamı tanımadığı birini başqa ölkəyə keçirməkdən qorxur, həm də gedəcəyim ölkələrin sərhədlərində passport yoxlaması olur, hansı ki, şengen ölkələrində bu yoxdur.Beləliklə, 4-5 saat gözləmədən sonra, Bir Rumin qaqaşla Serbiyanın Novy Sad şəhərinə getdik. Macarıstan-Serbiya sərhədi digər sərhədlərə nisbətən asan oldu və gözləmə sırası az idi. Novy Sad'dan sonra Niš'ə getməyi planlaşdırırdım, amma məni yoldan götürən Serb dayının təkidi ilə axşamı Belqradda onun evində qaldım. Özünün də dediyi kimi bütün dünya serbləri qəddar millət kimi tanıyır və o, bu stereotipi mənim üçün sındırmaq istəyirdi. Çoox mehriban insan idi, yoldaşı da bizim üçün Serb milli yeməyi hazırladı. Biraz vodka, biraz schnapps, biraz da Serb milli mətbəxi, sonra özümü lap evdəki kimi hiss etdim. Bütün gecəni söhbət etdik, serblərin hansı durumda yaşadıglarından və s. Səhəri gün Sofiyaya avtostopa başladım. Bolqarıstan sərhədinə çatmamış yolda Finlandiyada yaşayan türklər məni aldılar (Ankaraya gedirdilər) və Sofiaya qədər götürdülər. Sərhəddə 3-4 saat gözləmə oldu. Bütün maşını və çantamı yoxladılar çünki əlimdə siqaret bükmək üçün kağızı görmüşdülər və düşündülər ki, yəqin üstümüzdə nəşə falan var. Sofiaya axşam çatdım və açığı Sofianı bu qədər gözəl təsəvvür etməzdim. İnsanlar çox alternative, şəhərdə avropaliq çox hiss olunurdu. Qalmağa yer tapa bilmədiyimdən bir yerdə kamp qurdum. Şəhər Turkiyəyə doğru avtostopa başladım. Gözlədiyimdən biraz çətin oldu amma Svilenqrad tərəfdə bir Iran TIRına mindim (Irana gedirdi) və məni Ərzuruma qədər götürdü. Sərhədi TIRla keçdiyim üçün 7-8 saat gözləməli olduq çünki beynəlxalq TIRlar çoxdur və sərhədlərdə uzun gözləmə olur. 3 gün, 2 axşam (TIRda yatdim) Ərzuruma çatdıq.Sonra ordan Sarpiya avtostop etdim və Gürcüstan sərhədini gəcə 1də keçdim, amma yatmadan Tbilisiyə avtostop etdim çünki Tbilisidə Slovak dostlarım var və məni gozləyirdilər. Gec olmasına baxmayaraq Gürcüstanda avtostop çox asandır və 10 dəqiqədən artıq gözləməməklə 4-5 saata Tbilisiyə çatdım. Hal-hazırda Tbilisidəyəm və 1-2 günlük iş axtarıram ki, biraz yol üçün pulum olsun. 3-4 günə Bakiya avtostop edəcəm və səyahətim bitmiş olacaq.Əgər yazını bəyəndinizsə aşağıda olan Facebook düyməsini seçərək blogpostu Facebookda paylaşın ki, dostlarınız da yazılarımızdan xəbərdar olsunlar. Yox əgər Gəzəyənlərin yazılarından ilk xəbər tutmaq istəyirsinizsə aşağıda “abunə ol” bölməsinə mailinizi yazaraq düyməyə klikləyin. Hələlik bu qədər, növbəti yazılara qədər…Paylaşdı:  Tofik Eynullayev

1097 dəfə oxunub

Almaniyanın ən böyük əyləncə parkı- Phantasie Land

Salam gəzəyənlər.Sizə Almaniyanın ən böyük əyləncə parkı olan Phantasie Land-dan danışım, təcrübəmi paylaşım, kiməsə lazım olar. Əvvəlcə onu deyim ki, gedəsi olsanız bileti online alın, kassadan satış mümkün deyil. Həm də 2-3 gün əvvəldən alın (həftə sonları daha erkəndən alın). Maşınla getsəniz ola bilsin ki, park yeri tapmadınız. Ona görə yaxınlıqda bir yerdə park edib, piyada da yola düşmək olar. Köln və Bonndan metro+avtobus da yola çıxır, çox da rahatdır, gözləmək lazım olmur. Keçək indi əsas məsələyə, parkın içərisinə. İçəri girən kimi artıq adamı aura götürür. İlk başdan azyaşlı uşaqlar üçün yüngül attraksionlar yerləşib, amma içərilərə getdikcə (maşallah, gəzməklə bitmirdi) qorxulu fiqurlar görünməyə başlayır. Mənim vestibular aparatım həssas olduğu üçün fırlanan şeylərə yaxın durmadım, uzaqdan belə görəndə ürəyim bulanırdı. Amma o biri adrenalinlilərin hamısının dadına baxdım, bir sözlə möhtəşəm :) Spoyler olmasın deyə nəyin? necə? olduğunu deyə bilməyəcəm amma məsləhətlərimi bir-bir sayıram. Demək belə: Özünüzlə yemək aparıb orda yeyə bilərsiniz. Bu əsas da balacalarla  gedənlərə sərf edir. Uşaqla gedənlər üçün bir üstünlükdə var - ordan kirayə araba götürmək olur. Bildiyimiz uşaq arabası yox, 4 təkərli araba, lapetə oxşayandan. Uşağı əşyalarla bir yerdə içinə yığıb gəzdirirsən. Restoran axtarsanız Mexico və China Town hissəsinə gedin, ordakı restoranlar yaxşı olur. Biz tələsik qarşımıza çıxana girdik və heç nə: kartof free, sosiska, nuggets, vəssalam.Sonra gəlir əsas məsələ - hansı attraksiondan başlamaq. İlk əvvəl adrenalini bol olanlara gedin. Məsələn 3-4 cür qorki var orda, səhər tez gedib növbə tutmaq lazımdır. Günortaya qalsaz adam çox olacaq və 1 saatdan da artıq gözləməli olacaqsınız. Ona görə səhər gedin və növbə tutun. Sadə attraksionlarda elə də çox adam olmur, orda tez bitir. Korona tədbirləri ilə əlaqədar, bir az hərəkət məhdudiyyəti var idi, giriş-çıxışı tapmaq çətin idi, ona görə nəyə minmək istəyirsinizsə bir də onun girişini axtarıb vaxt itirməyin. Parkın əməkdaşlarından soruşmaq daha ağıllı variantdır. Bundan savayı xəritə də almaq olur. Uzun sözün qısası, yolunuz düşərsə, mütləq gedin. Gedilməli yerdir. O qədər adrenalin ifraz olunmuşdu ki, qanda şəkər azalmışdı. Əlimə keçən şirniyyatı gözümə təpirdim :DŞəkil, video çox çəkmədim, çünki şərait yox idi. Bir əlimlə telefonu tutub çəkmək çətin idi, həm də o anın keyfini yaşamaq lazım idi.Qalan şeyləri də siz soruşun, mən deyim ;)Əgər yazını bəyəndinizsə aşağıda olan Facebook düyməsini seçərək blogpostu Facebookda paylaşın ki, dostlarınız da yazılarımızdan xəbərdar olsunlar. Yox əgər Gəzəyənlərin yazılarından ilk xəbər tutmaq istəyirsinizsə aşağıda “abunə ol” bölməsinə mailinizi yazaraq düyməyə klikləyin. Hələlik bu qədər, növbəti yazılara qədər…Paylaşdı: Kənan Ümummilli

2329 dəfə oxunub

Şri Lanka-ya səyahət barədə “ip ucu”ları.

Kandydəki bütün otel, apartament və hostelləri bu linkdən book (bron) edə bilərsiz.Deməli dostlar, qeyd eliyim ki, Sri Lanka qətiyyən qorxulu bir yer deyil, heç bir iynə (vaccination) falan da lazım deyil. İki ay İndoneziyada qalmış bir adam kimi deyə bilərəm ki, Sri Lanka daha rahat və daha təmiz bir ölkədir.Sri Lanka səyahətinizi mükəmməl etmək üçün yaxşı marşrut qurmağı bacarmalısınız. Mən 12 günlük marşurtu dostlarımla birgə qurmaq üçün yəgin ki, 100-ə yaxın blog və videolara baxmışam və şəxsi fikrimi, baxışımı sizlərlə rahatlıqla bölüşə bilərəm.Uçuşdan əvvəl:Təyyarə biletlər çox müxtəlifdir. Amma Bakıdan uçuş, qayıdış üçün qiymət və komfort baxımından ən rahatı Airarabia.com -dur. 550 ABŞ dolları etdi bizdə 1 adama. Dirəşsəniz, tarixlərlə biraz da oynasanız, 500 civarında da tapa bilərsiniz. Qeyd edim ki, low coster-di, yəni yalnız əl baqajı daxildir və yemək içmək olmur təəssüf amma mən əlavə ruqzak da götürmüşdüm (içində yeyib içmək və s.) heç bir problem olmadı. Baku – Şarjah – Colombo. Şarjada gözləməni qeyd etməsək ümumi uçuş 7 saat 30 dəqiqə edir.Viza. 10 dəqiqə vaxt alır. Onlayn bütün lazım olan məlumatları qeyd edirsiniz. 30 günlük səyahət vizası üçün 35 dollar rəsmi rüsumdur, 3 dollarda sayt özü nəsə atış gəldi, oldu 38 dollar.Marşrut:Hansı fəsildə getməyinizdən çox şey asılır. Bizim halımızda bu yaya təsadüf etdiyi üçün həmin temperatura uyğun olaraq şəhəri və vaxtlarını planladıq. İyul ayının ortalarına qədər yağışlar davam edir adanın qərb və cənub tərəflərində. O baxımdan biz başladıq mərkəz və şərqdən ki, cənub-dakı o möhtəşəm çimərliklərə gedənə qədər yağışlar azalsın. O boyda pul xərclə və zaqar almamış qayıt?! No babe.Colombo paytaxtdır. 2 həftə və ya daha azdırsa səyahətinizin müddəti, təklif edirəm ki orada qalmayın təyyarə enən kimi gedin növbəti şəhərinizə. Həmin o yorğunçuluğun qarşısını almaq üçün isə mini van sifariş vermişdik elə Bakıdan, whatsapp vasitəsi ilə. Sri Lanka Airport Services (+94773571443).Colombodan Sigiriyaya (ilk kəşf edəcəyimiz şəhərə) 10.500 Rupiyə apardılar bizi (1 manat = 100 rupi). Baha səslənə bilər amma səhər tezdən çatacağmızı bilib biraz güvənli yol axtardıq və qiymət baxımından da bundan sərfəli şəxsi transfer tapmaq mümkün olmadı. 5 nəfər idik, adam 21 manat, luks həyat.Sigiriyada əsas məqsəd Lion Rock-u görmək idi. Amma möhtəşəm şəkil üçün Lion Rocka 50 manat verib qalxmaq yox da, onunla üzbəüz daha möhtəşəm mənzərəsi olan Pidurangala-ya dırmaşmağı məshələt görürük, cəmi 5 manatdı. Rahat deyil həmin yolu qət etmək amma dəyər, mənzərə nəfəskəsicidi.Sigiriyada 1 gün qalıb davam etdik şərq sahilinə. Trincomalee! Avtobus təxmini 3 saatdan çox getdi və 1 manat 62 qəpik idi yol pulu. Trincomalee yetərincə geniş ərazi tutur, daha az turist olan və daha gözəl çimərlikli yer sayılır Nilaveli (Trincomalee-dən 20-30 dəq məsafədə). 3 gecə qaldıq ki, biraz şellənək. Amma, Nilavelidə qalanda (Nilaveli Hybrit Holiday Hotel) mən biraz sivilizasiya üçün darıxırdım, çox az adam var idi, okean-otel vəssalam. Orda qaldığımız müddətdə bir günümüzü Trincomalee-də keçirdik səhərdən axşama, və düşündüm ki elə burda qalsaq yaxşı olardı. Çimərlikdi burda da var, əlavə olaraq bazar, kef, turist, kokteyllər də var. İndi baxın da. Növbədə əsas getmək istədiyimiz yer Ella şəhəri idi. Amma gördük ki yol çox uzun olar ora, ona görə fikirləşdik ki, bir gecə Kandy şəhərində qalaq. Həm adı çox çəkilirdi bloqlarda həm də işimizin adı nədi.Yaxşı ki Kandy-ə getdik, evimiz yıxılardı. Şoppinq falan elədik o heç, səndemə 2 ildi haqqında oxuduğum məşhur “blue train” burdan gedir Ellaya. Biz də elə bilirik ki, o train Elladan harasa gedir və yolüstü o məşhur körpü, 9 arches bridge-dən keçir. Bir gün Kandy-də kapsula formasında olan hosteldə qaldıq 9 manatdan, adı Bunk Planet idi səhv etmirəmsə, KFC-də adam balası kimi yedik, və qatara bilet aldıq Ella-ya. 3 klass var. Ən ucuzu 3-cüdü, hardaki adam adamı minir 1 manat 70 qəpik. Biz 2-ci klassa aldıq, yarı minildik 3 manata. 1-ci klass isə 11 manat idi. Sri Lankada 20 qəpiyin söhbətini edən dostlar kimi təbii ki, 1-ci klass barədə heç düşünmədik. Qatara minəndə camaat bir birini əzir. Amma yerlilərdən çox o sarı-sarı mədəni avropalılar var ha, bir oyun çıxarırlar ki pəncərənin yanında oturmaq üçün, nəsə..İlk müddət 2 oğlan ayaqüstə qaldıq, amma yerli camaatdan bir neçəsi təklif elədi ki, biz Ella-ya qədər getmirik, növbəti stansiyada əyləşin bizim yerimizə. Sağolsunlar elə də oldu. Amma oturmaq maraqsız olur. 155 km yolu qatar 6 saat 20 dəqiqəyə getsə də, elə istəyirsən ki, dayanmadan yola baxasan. Əmin olun ki, həyatınızda unutmayacağınız mənzərə və tunellərdən keçir qatar.Ella, you are Bella! (c) @runawaylelik ????Ella-da qaldığımız yeri 2 əlli hamıya məsləhət görürük. Ella Hide View. Ucuz deyil, gecəsi adama 25 manata gəlir, amma elə mənzərəsi və səhər-axşam yeməyi var ki, oteldən çıxmaq istəmirsən.Ella-da çoxlu çay plantasiyaları, məşhur 9 arches körpüsü var ki, mütləq getmək lazımdı. Piyada gəziləsi istiqamətlərdədir. Amma onu da deyim ki, vaxtınız bol olarsa Nuwara Eliya adlı şəhər də var yaxınlıqda, hansı ki deyilənə görə mükəmməldir və ordan Adam pik-ə çıxmaq olur (biz özümüzə əziyyət vermək istəmədik.) Şri Lankada bir deyim var, “Sri Lankaya gəlib Adam pik-ə çıxmayan dəlidi, amma ikinci dəfə çıxan da dəlidi”. İstənilən halda, bizə söyüş keçmədiyi üçün, 2 gün qalıb yolumuza davam etdik.Ella-dan sonra məqsəd fil görmək idi və son olaraq passiv istirahət edəcəyimiz cənnət məkanı idi. Uzun yollardan biraz qorxandan sonra, bir qrup komfort sevən Azərbaycanlı gənc daha bir mini van daşınıb 120 manata, getdilər həm filə baxmağa, ordan da növbəti şəhərə “Unawatuna”ya.Fillər milli parklarda olur, standart olaraq giriş 30 manatdı adam başı deyəsən, və Jeep falan da kirayələyəndə qalırsan belə. Əslində gedirdik ora, sadəcə öyrəndik ki, onun yanında balaca fillərin evi var (yetimxana kimi) harda ki, onları yemləyirlər və sən baxırsan, 5 manat verib ora getdik ora. İnstaqramda adı “Udawalwe Elephant transit home” kimi çıxırdı. Yolüstü isə məşhur Udawalawe Milli Parkının yanından keçirdik və içəridəki nəhəng fillər düz yolun qırağına qədər gəlmişdi. Sürücü saxladı, düşdük şəkil çəkdirdik sağlığınıza, qoyduq instaqrama. Məndə çox da yaxşı alınmamışdı deyə şəkil, story kimi atdım. ???? 30 manat da qaldı cibimizdə.Və, və, və çatdıq cənub sahilinə. Unawatuna-ya. (Nooit Gedacht Heritage Hotel).4 nəfərlik idi otaq, Bakıdan yazıb soruşmuşduq, dedilər 5 nəfər də qalsa okaydi. Amma 1 nəfər üçün səhər yeməyinin pulunu verdik. 10 dollar deyirdilər, 5 dollara saldıq. Adam başı 3 gecə 4 günə 100 manat çıxdı. Baha deyil. O biri yerlərdə qırtmışdıq ki, burda baseyn və s. kimi yaxşı yerdə qalaq. Dostlarım okean-okean deyib dil tökürdü, amma yaşıllıqda olan o baseynin möhtəşəm isti suyu min dənə hind okeanına dəyərdi.Ən gözəl çimərliklər burdadı. Google-da nə çıxsa qabağınıza bilin ki burdadı. Yağış sezonunun sonu idi deyə 3 günümüzdən 1-i çiskinli keçdi. Amma həmin vaxt ərzində də məşhur Sri Lankan Ayurvedic massajından faydalanmış olduq. 1 saat bütün bədən (almost) 30 manat deyirdilər, amma dil töküb 15 manat (1500 rupi) verib adama, şelləndik.Orda yaxında Dalawella beach var, hardaki palmadan o məşhur yellənçək asılıb. Dirəşsəniz, bounty-nin reklamın çəkmək olar. Və mütləq şəkildə Unawatunadan cəmi 5 km məsafədə yerləşən Galle şəhərinə gedin, möhtəşəmdi.Uçuşumuz üçün Colomboya qayıtmalı idik, oteldən günorta çıxdıq ki, çemodanlarla Colomboda çox gözləməyək. 3 manata aparır avtobus. Ekpress avtobusa mindirmək istəsələr razı olmayın, şəhərin mərkəzindən çox uzaq saxlayır o, gərək bir o qədər də yol gedib çatasan Colombonun mərkəzinə.Evdəkilərə və dostlara alınacaq bir şeylər qalıbsa, Colomboda son pullarınızı və enerjinizi xərcləyə bilərsiniz. Şəhərin səs-küyündən həzz alıb, bezib, biraz eqzotik meyvələr alıb hava limanına qaça bilərsiniz.Ümümi marşrut belə idi:Colombo – Sigiriya – Trincomalee (Nilaveli) – Kandy – Ella (Nuwara Eliya) – Udawalawe – Unawatuna (Dalawella, Galle) – ColomboBu yazılanlardan başqa şimal sahillərində Jaffna şəhəri var, sadəcə bizim plandan çox kənarda idi, Jaffna yerdən qaynayan təbii sularına görə məşhurdur.Digər ip ucuları:Pulunuzu nəğd aparın, çox az yerdə kart işlənilir.Yaş salfetdən bol-bol aparın. Avtobusda və ya tuk-tukda uzun yol gedəndə, üz tüstüdən çirk olur.Siqaret çəkənsizsə (arabir olsa da belə) Bakıdan kisə-kisə alın aparın orda 15 manatdan ucuz tapmaq çətindi.Çox içənsizsə biraz pauza edin, yerli pivə Lion Beer ən ucuz halda 3 manat olur. Bəzi hallarda da dalınca qaçırlar ki, butulkanı qaytar.Sosial media manyakısınızsa, başınız sağ olsun. Wi-fi gücnən tapırsan, tez-tez də evin yiyəsinə deyirsən ki bir dənə onu söndür yandır da, şəkil paylaşılmır nəsə. İlişdi yenə.Və tam ruhunuzla sevin yenilikləri. İnsanların sizə həyəcanlı baxışını, acı yeməkləri, yanıltmaca oxşayan dillərini, ditdililəri (“OFF” alın aparın), və eyni zamanda göz oxşayan yaşıllıq, vəhşi təbiətlə birbaşa təmas, ruhun dincəlməyi, okean suyunun inanılmazcasına dəriyə müsbət təsiri, Pidurangala-ya çıxandaki o həyəcan və günəş batımı, kokosdan hazırlanmış müxtəlif kokteyllər və ən gözəli, 2 manata ananas freş ^^Əlavə suallarınız yaranarsa:IG: @rufat_dashdamirƏgər yazını bəyəndinizsə aşağıda olan Facebook düyməsini seçərək blogpostu Facebookda paylaşın ki, dostlarınız da yazılarımızdan xəbərdar olsunlar. Yox əgər Gəzəyənlərin yazılarından ilk xəbər tutmaq istəyirsinizsə aşağıda “abunə ol” bölməsinə mailinizi yazaraq düyməyə klikləyin. Hələlik bu qədər, növbəti yazılara qədər…Paylaşdı:  Knl Esgerova

3625 dəfə oxunub
Bizi izləyənlər siyahısına qoşulun!