3100 dəfə oxunub

Təyyarəniz gecikirsə və ya ləğv olunubsa nə etməlisiniz?!

Tez-tez səyahət etmək, tez-tez təyyarə ilə harasa səfər etmək deməkdir və təyyarə ilə tez-tez səfər edərkən uçuşdan əvvəl, sonra və ya uçuş zamanı olan problemlərlə tez-tez qarşılaşırsan. Bu yaxınlarda, müsəlmanın bu yaxını, noyabr (2016) ayının sonunda Skandinaviya ölkələrinə sayyeahət edirdim (daha dəqiq İsveç və Danimarka, 2 ölkə haqqında da yazımız olacaq ayrıca). Həmişəki kimi, WizzAirlə biletlərimizi alıb heç bir problem olmadan Budapeştdən İsveçin Malmö şəhərinə yola düşdük, Qayıdanda, hava limanında çekindən keçdim. Uçuşun vaxtına hardasa 10 dəqiqə qalmasına baxmayaraq hələ də uçuş qapıları açılmamışdı, hamı mənim kimi ayaqüstdə qapının önündə gözləyirdi. Elə bu vaxt WizzAir hava yollarının nümayəndəsi yaxınlaşıb bildirdi ki, təyyarədə texniki nasazlıq var, nasazlıq aradan qaldırılana kimi gözləmək məcburiyyətindəyik. Bu hallarda adətən çox işlənən bir kəlimə var “bizdən asılı olmayan səbəblərdən”, dünyanın harasında olursunuzsa olun şirkət nümayəndəsi məhz nitqini bu sözlə açacaqdır ???? Təxminən 1 saatdan sonra bütün sərnişinlərə bir səhifəlik kağız paylandı ki, təyyarə gecikdiyinə görə şirkət bizi nələrlə təmin etməlidir və edəcək. Mən də azərbaycanlı marağımdan dedim bir internetdə araşdırma edim görüm əslində necə olmalıdır, onsuz da vaxtım çoxdur ???? Çünki universitet illərimdə turizm sahəsində təhsil aldığımdan nəqliyyatla bağlı dərslərdən yadımda idi ki, Ümumdünya Mülki Aviyasiya Komitəsi uçuşlar zamanı sərnişinlərin hüquqlarını qoruyan təməl qanunlar qəbul edib, sonradan bu qanunlar regionlara görə daha da təkmilləşdirilib.

flight_delat_geciken_uchush

Uçuşların təxirə salınması, gecikməsi və ya istiqamətinin dəyişməsi adətən 2 səbəbdən olur: fövqaladə hadisələr (əlverişsiz hava şəraiti – qatı duman, qar, fırtına, donma, vulkan püskürməsi və s., terror hadisəsi, təyyarə qəzası, işçi tətilləri və s.) və aviaşirkət tərəfindən yaran səbəblər.

Sözü uzatmadan keçirəm mövzuya. Təyyarə gecikdiyi halda nə etməlisiniz? Uçuşunuz təxirə salındığı halda ne edə bilərsiniz? Uçuşunuzun gecikməsi, təxirə salınması və ya istiqamətinin dəyişməsi hallarında hansı hüquqlarınız var?

– Uçuşunuzun gecikmiş sayılması üçün, gedəcəyiniz məkana 3 saatdan gec çatmış olmanız mütləqdir. Məsələn sizin təyyarəniz artıq 3 saat 15 dəqiqədir gecikir amma siz gedəcəyiniz yerə 2 saat 50 dəqiqə gecikmisinizsə bu gecikmə sayılmır. Bəzən olur ki, pilotlar gecikmə zamanı təyyarəni daha sürətlə “sürürülər”. Bir dəfə başıma gəlib Lyondan Münhenə üçan zaman. Pilot təxmini belə bir cümlə dedi: “çalışacam sizi ən qısa zaman getdiyiniz yerə çatdırım” və normal uçuşdan daha qısa zamanda çatdırdı ????

British Airways agents assist passengers at the British Airways

– əgər uçuşunuz gecikirsə şirkət sizi 2 dəfə e-mail, telefon, fax və ya internetlə təmin etməlidir.

– əgər gecikmə 2-3 saat arasıdırsa hava yolları şirkəti sizi isti və ya soyuq içkilərlə təmin etməlidir. Yox əgər gecikmə 3 saatı keçərsə şirkət hər 3-5 saatdan bir sizi qidalanma ilə təçhiz etməlidir. Bizim halda WizzAir 3 dəfə 8 avroluq kuponlar verdi ki, aeroportda bununla özümüzə sendviç və içki alırdıq.

– əgər təyyarəniz 8 saatdan çox gecikirsə hava yolları şirkəti sizə otelə yerləşdirmək imkanı tanımalıdır. Əgər istəsəniz ən yaxınlıqda olan oteldə gecələyə bilərsiniz, otelin xərcləri isə hava yolları şirkəti tərəfindən ödənilir. Təyyarə 13-14 saata yaxın gecikdiyindən mən WizzAirin nümayəndəsi ilə danışdım və məni aerportdan 200 metr məsafədə olan otelə yerləşdirdilər. Bu halda əgər gündə bir dəfə uçuş həyata keçirilirsə, sizin biletiniz ləğv olunur və siz yalnız növbəti reyslə uça bilirsiniz. Məsələn hər gün günorta 15:00 uçuş olursa və sizin uçuşunuz gecikirsə, oteldə qalmaq varyantını seçəndə siz gecikən uçuşun nə vaxt bərpa olunduğundan asılı olmayaraq növbəti gün saat 15:00 reysi ilə uçacaqsınız.

sofitel-athens-airport-mitsis-hotels-greece-5

Bunlar fövqaladə hallar zamanı uçuşunuz gecikərsə hava yolları şirkətinin sizə mütləq etməli olduğu yardımlardır. Bir də uçuşunuzun hava yolları şirkətinin günahı ucbatından təxirə salınması, gecikməsi halı var. Əgər gecikmə vəya təxirə salınma şirkətin günahı ucbatından baş verərsə o zaman şirkət sizə komepnsasiya ödəməlidir. Bəs hansı hallarda şirkət sizə kompensasiya ödəməlidir?

Uçuşunuzun gecikmiş və ya təxirə salınmış sayılması üçün yenə də 3 saat qaydası keçərlidir. 3 saatdan qısa zamanda şirkət sizi uçuşla təmin edərsə heç bir kompensasiya ala bilmirsiniz. Yox əgər bu müddət 3 saatı keçərsə

– gedəcəyiniz məsafə  1500 kmdən çoxdursa – 250 avro

– 1500 – 3500 km arasıdırsa – 400 avro,

– 3500 kmdən çoxdursa – 600 avro kompensasiya almaq hüququnuz var. Amma təxirə salınma 3 saatdan çox olmalıdır və səbəb təbiət hadisələri və ya fövqaladə hallar olmamalıdır.

Bunlar şirkətin sizin qarşınızda öhdəlikləri idi. Şirkət gecikmə və ya təxirə salınma hallarında nələr edə bilər və nələr etməlidir. Bəs indi görək, özümüz özümüz üçün nələr etməliyik. Axı saatlarla (bəzən tək-tənha) hava limanında uçuşumuzun vaxtını gözləməliyik.

survive-airport-delays

Uçuşun gecikməsi ilə bağlı ilk anonsu aldıqdan sonra çalışın şirkət nümayəndəsindən gecikmənin nə qədər olması ilə bağlı nəlumat alasınız. Bir çox hallarda nümayəndələr özləri də bilmirlər ona görə dəqiq cavab verməyəcəklər amma hər halda soruşun ???? Sonrakı addım kimi özünüzə rahat və elektrik qaynağına yaxın yer tutun. Çünki telefonunuzun, tabletinizin zaryatkası bitərsə, xüsusilə də yalnız uçursunuzsa hava limanı elə də əyləncəli bir yer deyil başınızı qatmağa nəsə lazım olacaq. Rahat yerinizi seçdikdən sonra yaxında olanlarla da ünsiyyətə keçə bilərsiniz, həmdərd olduğunuzdan bir az gecikmənin səbəblərindən danışa, hava yollarını pisləyə və ya aeroportlarda başınıza gələn əhvalatlardna danışa bilərsiniz amma onları ilk dəfə gördüyünüzdən çox çətin ki, uzun və maraqlı həmsöhbət olsunlar sizə. Bəzən elektrik qaynaqları oturacaqlardan uzaqda ola bilər ona görə də telefonunuzu şarj edərkən yerdə oturmağı gözə almaslısınız, bəzən başqa şansınız olmur. Digər bir məsələ isə çalışın qulaqcıqlardan istifadə edərkən bir qulaqcıqla qulaq asın musiqiyə və ya kinoya, çünki uçuşla bağlı bütün yeniliklər, qidalanma vaxtları ilə bağlı bütün anonslar aeroportda elan olunur, mümkündür ki, anonsu eşitməyəsiniz və yemək fasiləsindən xəbəriniz olmasın.

the-20-most-weather-delayed-flight-routes-in-america

Əgər yazını bəyəndinizsə aşağıda olan Facebook düyməsini seçərək blogpostu Facebookda paylaşın ki, dostlarınız da yazılarımızdan xəbərdar olsunlar. Yox əgər Gəzəyənlərin yazılarından ilk xəbər tutmaq istəyirsinizsə aşağıda “abunə ol” bölməsinə mailinizi yazaraq düyməyə klikləyin. Hələlik bu qədər, növbəti yazılara qədər…

Paylaşdı: Babek Musa-Zadeh

DİGƏR BLOQLAR

Azərbaycanlıların ən sevdiyi viza - ŞENGEN 

Şengen razılaşması - gömrük-sərhəd nəzarətinin ləğv olunması haqqında 14 iyun 1985-ci ildə 5 Avropa ölkəsi (Belçika, Niderland, Lüksemburq, Fransa, AFR) arasında Lüksemburqun Şengen şəhərində imzalanmış razılaşma. 26 mart 1995-ci il tarixindən qüvvəyə minmişdir.Əlavə məlumat üçün yazıya daxil olunÜmumilikdə 26 ölkənin də bu müqaviləyə qoşulması ilə tək bir bölgə halına gəlmiş Şengen Ərazisini, əldə etdiyiniz viza müddətində istədiyiniz ölkəni rahat bir şəkildə gəzə bilərsiniz. Bu ölkələr hansılardır:BelçikaAvstriyaÇexiyaDanimarkaEstoniyaFinlandiyaFransaAlmaniyaYunanıstanMacarıstanİslandiyaİtaliyaLatviyaLitvaLüksemburqMaltaHollandiyaNorveçPolşaPortuqaliyaSlovakiyaSloveniyaİspaniyaİsveçİsveçrəLixtenşteyn     Azərbaycan vətəndaşları  bu ölkələrə turist vizasına müraciət etmək üçün aşağıda qeyd edilən siyahı üzrə ölkələrin səfirlik, konsulluq və ya viza mərkəzlərinə müraciət edə bilərlər: Fransa, İspaniya,  Lüxemburq, Belçika, Portuqaliya və Hollandiya turistik vizasını Fransanın ölkəmizdəki səfirliyi verir. Müraciət etmək üçün linkÇexiya turistik vizasını həmin ölkənin, ölkəmizdəki səfirliyinə müraciət edə bilərsiniz. Həmçinin VSF GLOBAL viza mərkəzi nə müraciət etməkləLatviya, Litva, Sloveniya, Slovakiya və Estoniya turistik vizasını Latviyanın ölkəmizdəki sefirliyi verir. Viza müraciəti üçün yalnız linkə daxil olaraqedə bilərsiniz.İtaliya və Malta üçün turistik vizanı İTALİYA səfirliyi verir. Müraciət etmək linkə daxil ola bilərsiniz.İsveçrə vizası üçün qeyd edilən linkəə daxil olmaqla müraciət edə bilərsiniz.Almaniya və Lixtenşteyn öklələrinə səyahət etmək istəyirsinizsə, o zaman qeyd edilənlinkə daxil olmaqla ətraflı məlumat alıb, müraciət edə bilərsiniz.Skandinaviya ölkələri olan Norveç, Danimarka, Islandiya və Finlandiyanı görmək istəyənlər də həmçinin VSF GLOBAL AZERBAIJANviza  mərkəzinə müraciət etməlidirlər. Qeyd edim ki, bir müddət əvvəl Norveçin ölkəmizdəki səfirliyi fəaliyyətini dayandırdığı üçün viza sənədləri Ankara, Türkiyəyə göndərilir və viza cavabı 1 ay müddətində məlum olur. Müraciət zamanı bütün bunları nəzərə almaq lazımdır.Polşa vizası üçün linkə daxil olmaqla müraciət edə bilərsiniz.Yunanıstan vizası üçün bütün ətraflı məlumatı qeyd edilən linkə daxil olmaqla, əldə edə bilərsiniz Avstriya vizası üçün görüş almaq, aplication form doldurmaq, həmçinin ətraflı məlumat əldə etmək istəyirsinizsə, qeyd edilən linkə daxil ola bilərsiniz.Macarıstan vizasını ölkənin Azərbaycandakı konsulluğu verir. Və bu ölkəyə viza əldə etmək üçün qeyd edilən linkə daxil olmaqla rahatlıqla bütün məlumatı əldə edə bilərsinizDaha bir Skandinaviya ölkəsi olan İsveç  vizası üçün qeyd edilən linkə daxil olmaqla, müraciət edə bilərsinizViza müraciəti zamanı diqqət etməli olduğumuz bir çox nüanslar var. Yazılan və ya yazılmadığı halda çox vacib olan qaydalar haqqında onu deyə bilərəm ki ...ARDI VAR ...Əgər yazını bəyəndinizsə aşağıda olan Facebook düyməsini seçərək blogpostu Facebookda paylaşın ki, dostlarınız da yazılarımızdan xəbərdar olsunlar. Yox əgər Gəzəyənlərin yazılarından ilk xəbər tutmaq istəyirsinizsə aşağıda “abunə ol” bölməsinə mailinizi yazaraq düyməyə klikləyin. Hələlik bu qədər, növbəti yazılara qədər…Paylaşdı:  tourexpert

2511 dəfə oxunub

25 günlük Avropa gəzintisinin "ƏN"-ləri

Sonuncu Avropa turumu necə planlaşdırdığım və nə qədər xərc çıxması barədə çoxsaylı suallar gəldiyindən ümumiləşdirib post yazmaq qərarına gəldim. Otel xərcləri müxtəlif olduğu üçün onları yazmayacam. Amma istəyənlər üçün məsləhət görəcəyim otellər var.1) Bakı-Tbilisi - 35 avro - 1 saat (buta)2)Tbilisi-Kutaisi - 7 avro - 4 saat (Georgianbus)3)Kutaisi-Roma - 70 avro(wizzair baqajla) - 4 saat, Romada 4 gün4)Roma-Venesiya-40 avro (Qatar-Trenitalia- 8 saat) gecə qatarında 4 yataqlı kupedə getdik. Gecə saat 12-də Roma Terminidən çıxır və səhər 8-də Venesiyaya çatır. Beləcə şəhərlər arası səyahət xərcinə 1 günlük otel xərci aradan çıxır və rahatca yatıb yuxunuzu ala bilərsiz), Venesiyada 2 gün5)Venesiya-Milan-15 avro-2 saat (Qatar Trenitalia)-Milanda 1 gün6)Milan-Lisbon-40 avro-(Ryanair)-3,5 saat , oturacaq seçimi ilə birlikdə, gecə uçuşu olduğundan 1 gecəlik otel xərci yenə də cibimizdə qaldı.7)Lisbon-Sintra-Roka burnu-Cascais-Lisbon (Qatarla-15 avro) Lisbon 3 gün, digərləri üçün 1 gecə 2 gün8)Lisbon-Azor adaları-40 avro-2,5 saat (Ryanair) -Azor adalarında 7 gün-Uçuş saatları otellerin check in-out saatları arasında olduğu üçün çox rahatdır.9)Azor-Porto-30 avro(Ryanair)-2,5 saat, Porto-1 gün-1 günə burdan doymadıq, ən az 2-3 gün keçirmək lazımdır.10)Porto-Barcelona - 10 avro-1 saat (Ryanair)-Barcelona 4 gün11)Barcelona-Palma de Mallorca-9 avro-50 dəqiqə (Ryanair) Mallorcada-2 gün12)Palma de Mallorca-İbiza-30 avro-(AirEuropa)-30 dəqiqə-İbiza 1 gecə 2 gün-doymadıq.13)İbiza-Barselona-15 avro(Ryanair)-50 dəqiqə14)Barselona-Kutaisi-90 avro-uçuş--5 saat (wizz air)-baqajla birlikdə15) Kutaisi-Tbilisi- 7 avro (Georgianbus)-4 saat16)Tbilisi-Baku-30 avro(Buta)-1 saatBeləliklə təxminən 25 gün ərzində bütüb nəqliyyata çəkilən ümumi xərc- 480 avro. (2 uçuş və 1 qatarla səyahət gecə olduğu üçün 3 gecə otellərə pulumuz çıxmadı.)-Eyni tarixlərdə Bakıdan İtalyaya tək gediş-dönüş biletinin qiyməti 600 avroya yaxın edirdi.-Bütün uçuşlarda 10kq-a qədər çiyin sumkasını pulsuz içəri keçirdik. Bundan əlavə dostumla xərcləri yarı yarı bölüşüb 1 dənə də əlavə baqaj aldıq.-Ryanair ən sevdiyim low cost oldu. 10-a yaxın uçuşun heç birində çiyin sumkasını yoxlamadılar. Ryanairdə bütün uçuşlarda oturacaqı da özümüz seçdik və yuxarıda yazılan qiymətə daxildir.-Ryanairdə camaat 2 çiyin sumkasını belinə asıb (hər çiyin sumkasının 1 qulpunu) rahatca içəri keçirirdi.-Bütün uçuşları, gediləcək şəhəri səyahətdən 1 ay əvvəl özüm planlaşdırdım, Avropa daxili uçuşlar üçün skyscanner və ryanai applardan istifadə etdim. Otellərin hamısını booking.com-dan bron etdim və oteldə ödəmə varinatını seçdim.Mənim fikrimcə:-Ən tarixi şəhər-Roma-ən sevdiyim şəhər-Lisbon-Səyahətin ən möhtəşəm yerləri-Azor adaları, Sintra, Cascais və nisbətən Venesiya (Portuqaliya ümumiyyətlə candır)))-Ən böyük xəyal qırıqlığı-Barselona-Ən əyləncəli-İbiza və Mallorcada Magaluf şəhəri-Ən dadlı çaxırlar-Roma və Porto-Ən dadlə yeməklər-Lisbon və Azor adaları-Ən möhtəşəm mənzərə-Sete Citades və Lagoa de Fogo gölləri-Ən möhtəşəm abidə-Sagrada Familia-Ən ucuz yer-Lisbon, Magaluf və Azor adaları-Ən bahalı-Barselona[gallery ids="1987,1986,1985,1984,1983,1982" type="rectangular"]Əgər yazını bəyəndinizsə aşağıda olan Facebook düyməsini seçərək blogpostu Facebookda paylaşın ki, dostlarınız da yazılarımızdan xəbərdar olsunlar. Yox əgər Gəzəyənlərin yazılarından ilk xəbər tutmaq istəyirsinizsə aşağıda “abunə ol” bölməsinə mailinizi yazaraq düyməyə klikləyin. Hələlik bu qədər, növbəti yazılara qədər…Paylaşdı: Gəzgin Həyat

1294 dəfə oxunub

Gəzəyən məsləhəti - Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığı vizası

Son zamanlar ən çox imtina alınan və şikayət edilən Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının vizasını alınması proseduru və diqqət ediləcək məqamlar.???????????????????????????????????? ???????????????????????????? ????????????????????????????Əvvəlcə qeyd edim ki, Azərbaycanda Birləşmiş Krallığın səfirliyi olsa da viza məsələlərinə baxmır. Viza müraciətlərinə TLS Contact şirkəti vasitəsilə krallığın Türkiyədəki səfirliyində baxılır.Əslində deyildiyi qədər çətin olmasa da müraciət formasını doldurduqda diqqətli olmaq lazımdır.Əsas məsələ “EMPLOYMENT AND INCOME” və “INCOME AND EXPENDITURE” hissələri arasındakı balanslaşdırmanın düzgün aparılmasıdır.Misal üçün sizin əməkhaqqınız 2500 manatdır, evlisiniz, bir uşağınız var və hesabınızda 6000 funt-sterlinq varsa bu pulun mənbəyi şübhəlidir.İkinci, sizin əməkhaqqınız 2500 manatdır, iki uşağınız var və bir həftəlik səyahət üçün (tək səyahət etdiyiniz halda) 4000 manat ayırmısınız. Birbaşa imtina səbəbidir.Üçüncü, sizin əməkhaqqınız 1500 manatdır, ancaq bir gecəsi 80-100 funt-sterlinq qiyməti olan otel bron edirsiniz. Ucuz otel ya da hostel bron etmək daha məqsədəuyğundur.Dördüncü, siz nazirlikdə yaxşı vəzifədə işləyirsiniz, əməkhaqqınız 3000 manatdır, ancaq maliyyə mənbəyi olaraq əmək haqqı kartından son 6 aylıq çıxarışı göstərmək yerinə hansısa bankda hesab açıb, sonra oradan arayış alırsınız.Aşağıda, Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığı vizası üçün vacib sənədlər və müracət formasını doldurmaq qaydası göstərilib.Vacib sənədlər aşağıdakılardır.1. UK vizası üçün online doldurulmuş müraciətin çap versiyası.2. Xarici pasportun əsli və şəkil olan hissəsinin surəti.3. Şəxsiyyət vəsiqəsinin surəti.4. Aviabiletin bronu.5. Köhnə pasportun və vizaların surəti.6. İş yerindən arayış, (əmək haqqı göstərilməklə)7. Əmək haqqı kartından son 6 aylıq çıxarış.11. Qalınacaq yerin bronu .12. Nigah haqqında şəhadətnamənin ingilis dilində tərcüməsi və notarial təsdiqi.13. Uşaqların doğum haqqında şəhadətnaməsinin ingilis dilində tərcüməsi və notarial təsdiqi.14. 127 USD viza rüsumunun ödənilməsini təsdiq edən sənəd (GWF.).Böyük Britaniya vizasına müracət etmək üçün əvvəlcə :1. visa4uk (https://www.gov.uk/apply-to-come-to-the-uk) səhifəsinə girmək lazımdır.Start now-a basın və başlayın. Register an Account yəni yeni hesab yaradın və qeydiyyatdan keçin. Hesabınızın aktiv olması üçün sizə email gələcək.2. Hesabınız aktivləşdikdən sonra create sözünü seçərək vizanızın növünü (turistik, təhsil vəs.) təyin edin. Buradakı suallara cavab verdikdən sonra Go to Application vasitəsilə müraciətə başlayın.3. Səhifənin sol hissəsi siz suallara cavab yazdıqca yaşıl rəngdə olacaq. Cavab vermədiyiniz suallar narıncı rəngdə qalacaq.4. Sonda Confirm Application vasitəsilə müraciətiniz təsdiq edə bilərsiniz.5. Dəyişiklik etmək istəsəniz Return to Application vasitəsilə edə bilərsiniz.6. Əgər hər şeyin düzgün olduğuna əminsinizsə Submit Application ilə müraciətinizi göndərə bilərsiniz.7. Sign Declaration vasitəsilə müraciəti oxuduğunuzu təsdiqləyin və imza yerinə ad, soyadınızı yazın.8. Görüş təyin etmək üçün Book Appoitment-i seçin, Appotment Location (görüş yeri) və Visa Appointment Type (görüş növü) seçin. Daha sonra next düyməsini seçin.9. Condition of Payment. Burada viza rüsumunu ödəyirsiniz. Ödənişdən sonra sizə ödəniş və görüş haqqında təsdiq emaili gəlir.10. Müraciətinizi başa vurduqdan sonra TLS (Teleperformance) səhifəsində hesab yaratmalısınız. Bu hesab vasitəsilə müraciətinizi online izləyə bilərsiniz.Bunun üçün əvvəlcə Country of Residence (vətəndaşı olduğunuz ölkə) seçin, Submit düyməsi ilə göndərin və Create an account-hesabınızı yaradın.Müraciət formasını doldurarkən standart suallardan başqa qarşınıza bir çox qəribə suallar çıxacaq.1. PERSONAL DETAILS. Hansı ünvanda yaşayırsınız və neçə vaxtdır ki, bu ünvandasınız?2. TRAVEL AND CRIMINAL HISTORY. Son 10 il ərzində hansısa ölkədən viza müraciəti ilə bağlı rədd cavabı almısınızmı ?1. Son 10 il ərzində hansısa ölkədən deportasiya olunmusunuzmu ?2. Son 10 ildə getdiyiniz ölkələr, məqsədiniz və giriş tarixi.3. B.Britaniyada və ya başqa yerdə kriminal cinayətlə bağlı tutulmusunuzmu?4. B.Britaniyada və ya başqa yerdə davam edən məhkəməniz varmı?5. B.Britaniyada və ya başqa yerdə terrorist qruplaşmalara cəlb edilmisinizmi, əməkdaşlıq etmisinizmi və ya onları dəstəkləmisinizmi?6. B.Britaniyada və ya başqa yerdə insan haqlarının pozulması və ya soyqırım kimi işlərə cəlb edilmisinizmi, əməkdaşlıq etmisinizmi və ya onları dəstəkləmisinizmi?3. FAMILY DETAILS.1. Əriniz/arvadınız sizinlə səyahət edəcəkmi ?2. Uşaqlarınız sizinlə səyahət edəcəkmi ?4. INCOME AND EXPENDITURE.1. Aylıq yaşam xərciniz nə qədərdir ?2. Ailəniz üçün ayırdığınız aylıq xərciniz nə qədərdir ?3. Səyahətiniz üçün vacib olan maliyyənin məbləği (mütləq funt-sterlinqlə göstərilməlidir).4. Səyahətiniz üçün ayırdığınız məbləğ.5. Nəqliyyat xərcləriniz.6. Qalacağınız yerlərin xərci.7. Səyahətiniz zamanı yemək və s. (living expences) xərcləri.8. Bütün vergilər çıxıldıqdan sonrakı aylıq qazancınız.5. VISA CONFIRMATION QUESTIONS.1. B.Britaniyada işləmək istəyərdinizmi ?2. B.Britaniyada təhsil almaq istəyərdinizmi ?Sonda onu da deyim ki, özüm alanda üç yerdə kritik səhvlər etsəm də viza aldım. Hamınıza uğurlar!Əgər yazını bəyəndinizsə aşağıda olan Facebook düyməsini seçərək blogpostu Facebookda paylaşın ki, dostlarınız da yazılarımızdan xəbərdar olsunlar. Yox əgər Gəzəyənlərin yazılarından ilk xəbər tutmaq istəyirsinizsə aşağıda “abunə ol” bölməsinə mailinizi yazaraq düyməyə klikləyin. Hələlik bu qədər, növbəti yazılara qədər…Paylaşdı: Elshan Ismayilov

5006 dəfə oxunub

Yeni başlayanlar üçün gəzəyən məsləhəti

Hərkəsə salam, Səyahətə yeni başlayanlar və zövqlə gəzərək xatirələr yaradacaq səyahətlərə üstünlük verənlər üçün #tövsiyyəVacib bir məsələyə toxunmaq istəyirəm.Lakin bu adamına görə dəyişir. Mən özümə borc bilirəm ki, bir səyahətpərəst və ya gəzib - kəşf etmək aşiqi olan biri kimi bəzi vacib nüansları səyahətə yeni başlayanların və ya səyahətdən zövq almağı həqiqətən istəyən insanlarla paylaşım.- Baxın, əvvəla səfirlik, viza və s. bürokratik məsələlərdən çəkinməyin. Sizin şəxsi həyatınıza qarışacaq və ya sizi imtahandan kəsəcək bir qurum və ya orqan deyil, heç kim sizə hər hansı bir mənfi obraz tətbiq etmir. Sənədləriniz qaydasında olacaq və maddi vəziyyətiniz imkan verəcək, ona uyğunda nəticə olacaq. Bu barədə daha geniş yazı yazmışam 2 il əvcəl (pin olunub). Yəni kimlərinsə sizin gözünüzdə viza prosedurunu şişirtməyə yol verməyin!- Əgər həqiqətən gəzmək istəyirsizsə, "1001 gecə 1000 ölkə" anlayışından uzaqlaşın. Həqiqətən gəzib, zövq almaq istəyirsizsə, əvvəla götür-qoy edin ki, sizin gedəcəyiniz yerdən gözləntiləriniz nələrdir. Əgər ilk dəfə üçün gedirsizsə belə, yenə də araşdırıb özünüzü tapmalısız orada. İnternet üzərindən araşıdırın baxın nələr var, nəyə gedirəm mən bu ölkəyə, mənə nələr bəxş edəcək. Yalandan ad olsun deyə gəzənlər gözümün düşmənidir.- Çalışın bir ölkəni əhatə edəcək bir plan qurun, demirəm şimaldan cənuba fəth edin, lakin ən azından həmin ölkənin minimum 2-3 şəhərinə baş çəkin ki, vizyonunuz genişlənsin, fərq yaransın ki, o ölkəni bir şəhərinə qiymətləndirməyəsiz. Ən azından bir şəlalə, göl və ya təbiətcil yerlərinə baş çəkin. Paytaxt gəzməklə ölkəni səciyyələndirə bilməzsiniz. Bunu unutmayın. Paytaxtdan daha gözəl, mədəni və elit şəhərlər var. Muzey sevməyə bilərsiz amma incəsənət fenomenləri bir cəmiyyəti təmsil edir. Teatr və konsert də çox önəmlidir, bunlar hamısı simvolizə edir olduğunuz yeri.- Çalışın hansısa bir şəhərdə piyada çox gəzin. Onda şəhərin ruhunu mənimsəyirsiz, mərkəzdə, insanların izdiham olduğu yerdə təxminən 1 saat oturub, insanları seyr edin, bu sizə olduğunuz mühitlə olan çox fərqi göstərmiş olacaq. Hər fərqli təcrübə sizə yenilik qazandıracaq, üfüqüzünü genişləndirəcək.- Çalışın plan qurarkən, ya yaxın ölkələri (qonşu) seçin, ki, gediş - gəliş rahat olsun, gününüz yolda keçməsin, maksimum zövq ala biləsiz. Keçən dəfə mənə sual ünvanlanıb, adam ilk dəfə ölkə xaricinə çıxacaq və bunu hansısa tur agentlik hazırlayıb. Həqiqətən təcrübə çox önəmlidir. 1-2 ölkəni 2 gündə gəzməklə konsultant olunmur. Deməli reysə fikir verin. Budapest - Barcelona - Paris - Milan - Praqa - Budapest. Bu nə reysdir ? Özüdə hərəsində 2 gün. Paris kimi dəbdəbəli incəsənət şəhərinə 2 gün ? Biyabırçılıqdır vallah. Düzdü muzey gəzmək zövq məsələsidir amma Paris üçün yenə azdır. Hələ Barcelonanı demirəm. Özünüz başa düşdünüz.Sözümün canı odur ki, rasional düşünün səyahət barədə, kimlərinsə deyil, öz istəklərinizə əsasən zövqlərinizi yaşayın.Qısa bir yaşanılmışlıq:Finlandiyanın paytaxtı Helsinki şəhərində mərkəzdən biraz aralıda bir hosteldə qalırdım. Deməli, hardasa 60 yaşlarinda 2 nəfər kişi idi. Hər səhər duranda onları ümumi zalda görürdüm, günorta gəlirdim orda idilər, axşam gəlirdim orda idilər. Bir neçə gün belə davam elədilər. Qəribə gəldi ki, hostelin bəlkə sahibidirlər. Yaxınlaşıb soruşanda belə cavab verdilər:- Biz Helsinkidən kənarda qalırıq, sosial həyatımız çox zəifdir. Hostelə gəlib müxtəlif insanlar görürük, onlarla söhbət edirik və beləcə dinamik hiss edirik özümüzü. Yəni ki, çalışın arada tək səyahət edin və başqa millətlərlə sosiallaşın, onların düşüncələrinə diqqət yetirin, bəlkə biz hardasa səhv edirik və bu bizə kömək ola bilər. Tək səyahət tamam fərqli zövqdür, MÜTLƏQ dadın.Foto: Ankara Esenboğa hava limanı Əgər yazını bəyəndinizsə aşağıda olan Facebook düyməsini seçərək blogpostu Facebookda paylaşın ki, dostlarınız da yazılarımızdan xəbərdar olsunlar. Yox əgər Gəzəyənlərin yazılarından ilk xəbər tutmaq istəyirsinizsə aşağıda “abunə ol” bölməsinə mailinizi yazaraq düyməyə klikləyin. Hələlik bu qədər, növbəti yazılara qədər…Paylaşdı: Royal Aliyev

1247 dəfə oxunub
Bizi izləyənlər siyahısına qoşulun!