1344 dəfə oxunub

Bütün detalları ilə Bali bələdçisi

Balidəki otel, apartament və hostelləri bu linkdən book (bron) edə bilərsiz.
 
Bali geniş post - Bir neçə gün əvvəl paylaşdığım Qatar Airwaysin oktyabr 2019-mart - 2020 arası uçuşlarda Bali, həmçinin digər Asiya ölkələrə və Maldivlərə olan 50% bilet
 

endirimi 4 gün sonra yəni -07 avqustda bitəcəkdir. Hazırda həmin tarixlərdə Baliyə 520-550 dollara rahat gediş-dönüş bileti tapmaq mümkündür. Mənim fikrimcə Bali ölmədən əvvəl mütləq görüləsi yerlərdən biridir. Bu postda niyəsini yazmaq istəyirəm. Əvvəlcədən deyim ki, Balidən aktiv istirahət üçün maraqlıdır. Yəni buradan bir Maldiv və ya Seyşel efekti gözləyirsizsə getməyin.

 

67497921_482102005909609_7491961644847726592_o

- Viza - Ölkə vətəndaşlarımız 1 ay müddətində vizasız İndoneziya və Bali adasında qala bilərlər. Hər hala qarşı giriş edərkən ölkədən çıxış biletiniz və ya bookingi əlinizdə olsun.
 
- Bunları etmədən dönmək olmaz 
1) Bali Swing - Ubud bölgəsində Düyü terraslarının ən yuxarı hissəsində olan təpədə Palma ağaclarından bağlanmış yelləncəkdən boşluğa doğru yellənib möhtəşəm adrenalin yaşaya bilərsiz. Burada alınan şəkillərin gözəlliyini demirəm hələ
2) Bali masajı - Demək olar ki, hər addımda salonlar var. 10-15 manat ödəyib 1 saat bədəninizə istirahət vermək üçün Bali ideal yerdir. Bali masajlarından sonra özünüzü pambıq kimi yumşaq hiss edəcəksiz.
3) Handara qapılarında şəkil çəkdirin - Bir çoxunuz bu qapılarda çəkilən cütlük şəkillərini görmüsünüz. Realda şəkillərin altına ayna qoyurlar)) Amma yenə də insanların baxarlən awww deyə biləcəyi şəkillər alınır))
67551773_482101905909619_4071041393542299648_n
 
4) Bali sörfinq - Sörf bacarmırsınızsa öyrənmək üçün ideal yerlərdən biri Balidir. Təxminən 50 dollara 5 saatlıq kursla özünüzü okean sularına buraxacaqsız J
5) Climax Bali atraksionu - Bir kapsulun içinə girirsiz və düz formada ayaq üstə dayanırsız. Anidən ayağınızın altındakı şüşə açılır və möhtəşəm sürətlə aşağı düşüb sonda hovuza düşürsüz. Adrenalin sevirsizsə Asiyanın ən böyük su parkı olan Waterboom Balidə olan bu atraksiondan mütləq istifadə edin. Möhtəşəm adrenalin yaşadır. (Drench 5/5, thrill-5/5, speed 5/5)
6) Meşə mənzərəli sonsuz hovuzlarda şəkil çəkdirin - Əminəm bir çoxunuz Bali otellərinin bəzilərində olan sonsuz hovuzlarda çəkilən şəkilləri görmüsünüz. Meşənin üzərində olan bir otelin şüşədən hovuzundakı şəkillərinizə baxmaqdan doymayacaqsız)
7) Uluwatu bölgəsində gün batımını, Batur dağından isə günün doğuşunu izləyin. Həyatımda gördüyüm ən gözəl mənzərələrdən biri idi.
8) Padang Padang beachi görün - Yəqin ki, Eat love, pray izləməyib Baliyə gedən yoxdur. Julia Robertsin okeanna girdiyi səhnənin çəkildiyi bu yer görüləsi yerlərdən biridir. Filmdən həmin hissənin şəklini çıxardıb eyni yerdən okeana girərkən şəkil şəkdirə bilərsiz.
9) Tirta Gangga(su sarayı) - Balinin ən gözəl, lakin az bilinən yerlərindən biridir. Yolunuzu burdan salın.
10) Bali kofelərindən için - Adada fərqli dadlı 20-yə yaxın kofe növü vardır. Qiymətlər ucuzdur. Həmçinin məhşur Luwak kofesi də burada hazırlanır. Yəqin ki, bilirsiz bu kofe necə hazırlanır - bu barədə post yazmışam - rəylərdə link ataram))
11) Bali Seawalker tourlara qatılın - Vaxtınız və marağınız varsa xüsusən Gili adaları ətrafında bu turlara qatılın. Okeanın dibində olan heykəllər insanı heyrətləndirir.
12) Ölülər kəndi Truyana getmək - Balinin ən qədim sakinlərinin yaşadığı bu kənddə insanlar öldükdən sonra meyitləri sehrli Taru Menyan ağacının altına qoyulur. Meyitlər sümük olana qədər burada qalırlar. Ən maraqlısı isə meyitlər çürüyərkən bu ağacın altında heç bir pis qoxu yaranmamasıdır. Bura haqqında keçmişdə ətraflı post yazmışdım.-link-rəylərdə olacaq
13) Paytaxt Kutada günbatımında sahilləri gəzib Bali pivəsi olan Bintangdan için
 
Haralara getməli:
1) Tanah Lot Məbədi - Okean sularının qurudan ayırdığı bu məbədə xüsusən günbatımında gedin.
2) Waterboom Bali  - Buraya ən az 1 gün ayırın. Paytaxt Kutada yerləşir. Asiyanın ən böyük, Dünyanın isə 3-cü böyük aquaparkıdır. Giriş 55-60 manatdır. İçəri yemək və su aparmaq olmaz. Əşyaları saxlamaq üçün Lockerlər var və dəsmalları özləri verirlər. Əyləncənin limitlərini burada aşacaqsız.
3) Ubudda Düyü Terrasları, Meymun meşəsi, Kofe plantasiyaları, Batur dağı və gölünü gəzin.
4) Bali 20-yə yaxın böyük şəlalə ilə məhşurdur. Mənim gördüyüm və sizə də getməyə məsləhət bildiyim şəlalələr: Ubudda-Tegenungan şəlaləsi-giriş 2$, Sekumpul şəlaləsi-Giriş 1,5$, Kanto Lampo şəlaləsi-Giriş 1$, Tibumana şəlaləsi-Giriş 1$, Gitgit şəlaləsi- giriş 2$, banyumala ekiz şəlaləsi-2$
5) Mən heç nədən qorxmuram deyənlərdənsizsə ölülər kəndi Truyanı gəzin.
6) Bali Bird Park - Quşların hər növündən burada görə bilərsiz.
7) Nusa Dua ətrafındakı çimərliklər, Dreamland beach və başqaları
8) Garuda Wisnu Kencana Cultural ParkÖzünüzü Avatar filmlərindəki yerlərdə hiss etmək istəyirsizsə buraya gedin.
9) Gili adaları Balidə olarkən özünüzü ekonom Maldivlərdə hiss etmək istəyirsinizsə 3 Gili adasına bir neçə gününüzü ayırın. Əsas görüləsi ada Gili travagandır.
 
68314275_482102049242938_1182702399815417856_o
 
10) Skygarden BaliPaytaxt Kutada yerləşən bu klub Asiyanın ən böyük klublarından biridir. 5 mərtəbəli, hər mərtəbəsində fərqli dizayn və fərqli millətlərin üstünlük təşkil etdiyi bu kluba giriş 10$dır.
11) Uluwatu bölgəsini gəzin - Sözsüz Balidə olan ən gözəl yerlərdən biridir. Burada gəzərkən ehtiyyatlı olun meymunlar telefonunuzu oğurlaya bilər.
12) Tərk edilmiş Palace hoteli gəzin - 100 milyon dollara tikilməsi ehtimal edilən, yerlilərin pərili otel deyib getməyə qorxduğu bu oteli gəzmək ayrı bir adrenalindir.
13) Adanın turistlər olmayan şimal hissəsini gəzin.
 
Otel qiymətləri:
Balidə 10 günü 2 nəfərlik otaq üçün ümumilikdə 200-300 manat olan 2-3-4 ulduzlu otellər də var 2000-3000 manat ola otellər də. Balaca və böyük hovuzlu villalar, hostellər nə istəsəniz burada tapa bilərsiz. Qiymətləri çox münasibdir və ölkəmizdən qat-qat ucuzdur. Okean sahili üçün Nusa Dua bölgəsində, meşəlik üçün isə Adanın Ubud hissəsində qalın.
 
68364929_482102089242934_894254539404738560_n
 
Yemək və içki:
Otellərdə və restoranlarda yeməklər kifayət qədər ucuzdur. Çoxlu düyü yeyirlər. Çörəkləri də düyüdəndir. Pivədən başqa digər içkilər çox da ucuz deyil. Qatar airlə uçanlar Doha aeroportunda Duty freedə sərfəli qiymətə içki alıb özünüzlə apara bilərsiz. Klublarında içkilər ucuzdur, amma çox da keyfiyyətli deyil. Mütləq hər cür ekzotik meyvələrdən yeyin. Bizim ölkədə cib yandıran ekzotik meyvə qiymətləri orda çox ucuzdur.
 
-Bu yazdıqlarım mənim gedib gördüyüm yerlərdir. Bunlardan başqa Balidə gəzməli çox yerlər vardır. Post çox uzun oldu bilirəm, buraya qədər səbr edib oxuyanlar yaxın müddətdə Baliyə gedənlər olacaq yəqin ki, əlavə suallarınız olarsa rəylərdə soruşun cavablandıraram.
 
Əgər yazını bəyəndinizsə aşağıda olan Facebook düyməsini seçərək blogpostu Facebookda paylaşın ki, dostlarınız da yazılarımızdan xəbərdar olsunlar. Yox əgər Gəzəyənlərin yazılarından ilk xəbər tutmaq istəyirsinizsə aşağıda “abunə ol” bölməsinə mailinizi yazaraq düyməyə klikləyin. Hələlik bu qədər, növbəti yazılara qədər…
 
 
Paylaşdı: Gəzgin Həyat

DİGƏR BLOQLAR

Minimum xərclə səyahəti necə təşkil etməli?! 1-ci hissə

Tez-tez səyahət edənlərə ən çox verilən suallardan biri də, “bu qədər səyahət xərclərini necə qarşılayırsan sualıdır?”. Həqiqətən də tez-tez səyahət etmək kifayət qədər xərcli işdir, xüsusilə də digər ölkələrə səyahət edirsənsə. Amma hər dəfə səyahət etdikcə, digər turistlərlə qarşılaşdıqca “Səyahəti necə daha ucuza gətirmək olar?” sualıyla bağlı yeni-yeni məlumatlar, taktikalar öyrənirsən.Düşündüm ki, hara səyahət edib, nə etməli, nə yeməli bloqlarından öncə o yerlərə necə ucuz tur təşkil etməli sualına aid bir blogpost yazım. Bəri başdan deyim ki, “işini atıb, maşınını satıb 500 dollarla dünyanı necə səyahət etməli” tipində bir yazı gözləmiyin ???? Bu yazımda səyahət zamanı, hansı taktikalardan, üsullardan istifadə edərək səyahətimi ucuza gətirdiyimi sizlərlə bölüşəcəm, yəni bir növ özüm tərcübədən keçirdiyim üsulları.Turizm təhsili aldığımdan taaa universitet illərimdən yadımdadır ki, səyahət xərclərində ən böyük yeri nəqliyyat xərcləri tutur. Lap dəqiqləşdirmək üçün bir az da araşdırdım. Deməli səyahət zamanı çəkdiyiniz bütün xərclərin 45%-i nəqliyyat xərclərinə gedir. İndi isə başlayaq səyahət marşrutunu necə ucuza gətirməli sualına yavaş-yavaş cavab verməyə.Səyahətlərin çoxu uzaq məsafələrə olduğu üçün, ən çox istifadə olunan nəqliyyat növlərindən biri təyyarədir. Təyyarə ilə ən ucuz uçuşları tapmaq və havayolu şirkətlərinin təqdim etdiyi qiymətləri müqayisə etmək üçün mənim ən çox istifadə etdiyim saytlar Skyscanner və eDreamsdir. Bu saytlar ən ucuz uçuşları tapmaqda ən yaxın yardımçımdır. Amma bu tip saytların bir əmması var ki, belə saytlar bəzən lowcoster hava yollarının uçuşlarını göstərmirlər. Nədir və ya kimdir lowcosterlər? Lowcosterlər dünyada çox geniş yayılmış, bir tərəfli gediş üçün bir neçə avrodan başlayaraq (demək olar ki, su qiymətinə) uçuşlar təklif edən hava yolları şirkətləridir.Su qiymətinə uçuş deyəndə Avropada ağıla ilk gələn şirkətlər EasyJet, RyanAir və mart ayından Bakıdan Budapeştə uçuşlar təşkil edəcək WizzAirdir. İndiki halda isə WizzAirin xidmət göstərdiyi bizə ən “yaxın” hava limanı Kutaisi hava limanıdır ki, buradan Budapeştə, Vilnüsə və Polşanın 2 şəhərinə (Varşava və Katoviçe) uçuş tapa bilərsiniz. Şirkətlərin saytlarına daxil olaraq hansı istiqamətlərə, hansı tarixlərdə və hansı qiymətə uçduqlarını yoxlaya bilərsiniz. Məsələn RyanAir tez-tez müxtəlif istiqamətlərə kampaniyalar edir. Bu yaxınlarda Riqa – Berlin uçuşu cəmi 2€ idi. Təxminən havalimanında aldığınız bir şüşə suyun qiymətinə.Bəs bu havayollarının belə ucuz olmasının səbəbi nədir? İlk öncə uçuşlar zamanı sizi heç bir qida xidməti ilə təmin etmirlər, hətta suyla belə. Əvəzində isə ürəyiniz istəsə uçuş zamanı kataloqdakı məhsullardan seçib, ödəniş edərək alış-veriş edə bilərsiniz. 2-3 saat bir şey yəmədən, susuz qalsaq bir şey olmaz, yəni dözmək olar J Digər məsələ, uçuşdan oncə mütləq onlayn çekin etməlisiniz və biletinizi çap etməlisiniz və ya şirkətlərin xüsusi proqramlarından (app) istifadə edərək, proqramdakı biletinizi havalimanında təqdim etməlisiniz. Onlayn çekin etməsəniz, məsələn WizzAirdə hava limanında 10€ ödəniş etməlisiniz.Digər havayollarında təyyarədən düşən kimi xidməti avtobusa minirsiniz və avtobus sizi hava limanının binasına gətirir, lowcosterlərdə isə təxminən 150-200 metr piyada getməlisiniz təyyarəyə qədər, bəli bəli idman sağlamlığın rəhnidir.Həəə gəldik əsas məsələyə. Bu tip hava yollarında hər zaman baqaj limiti vardır. Məsələn WizzAirdən bilet almısınızsa özünüzlə 42x32x25 sm ölçüsündə kiçik bir bel çantasını pulsuz təyyarənin kabinəsinə keçirə bilərsiniz. Yox əgər mən getdiyim yerdə şoppinq edəcəm, yükümü daşımağa 1 karvan dəvə lazımdır deyirsinizsə, onda əlavə ödəniş etməklə böyük bir çamadanı istədiyiniz yerə daşıya bilərsiniz. Əlavə məlumatı bu linkdən ala bilərsiniz.Yox əgər siz EasyJetdən bilet almısınızsa, baqaj məsələsində EasyJet bir az daha insaflıdır. Pulsuz özünüzlə 56x45x25 sm ölçülü bir çanta və ya çamadanı pulsuz daşıya bilərsiniz. Digər məlumatları bu linkdən əldə edə bilərsiniz. Qeyd edim ki, baqaj qaydaları çox sərtdir bu hava yolları şirkətlərinin. Dedikləri ölçüdən 1 sm böyük olsa belə əlavə ödəniş tələb edə bilərlər sizdən, ona görə evinizi tərk etmədən yüz ölçüb, bir biçin çamadanınızı.Əgər getdiyiniz istiqamətə bu 3 hava yollarından bilet tapa bilməsəniz və ya mən Wizz, Ryan kimi дешевый havayolları ilə uçmaq istəmirəm desəniz digər alternativlər də yox deyil. GermanWings, EuroWings, Transavia və s. şirkətlər var ki, lowcost və normal qiymətli hava yollarının qiymətləri arasında bir uçuş təklif edirlər. Dünyadakı bütün lowcost hava yollarının siyahısı ilə isə buradan tanış ola bilərsiniz.Indi isə gəldik lowcost havayolları ilə bağlı ən çox dedi-qodusu edilən amma tamamilə yalan olan mövzuya. Lowcosterlərlə bağlı dolaşan ən yalan məlumat onların təyyarələrinin köhnə olmasıdır. Ümumiyyətlə lowcosterlər təyyarələrini dayanmadan uçuşlara göndərdiyindən hər zaman təyyarələrinin saz və yeni olmasına fikir verir. Məsələn www.planespotters.net saytına görə WizzAirin təyyarələrinin orta yaşı 4 ildir, ən yeni təyyarənin 1 ay, ən qocamanının isə 8.7 yaşı var. RyanAirin isə toplamda 417 təyyarəsi var və onların orta yaşı 6.7 ildir. EasyJetin 375 təyyarəsinin orta yaşı 6.4 ildir. Bizim “normal” qiymətli olaraq qəbul etdiyimiz havayollarının təyyarələrinə baxaq. Türk Hava yollarının 398 təyyarəsinin 6.6, Lufthansanın 583 təyyarəsinin 11.4 yaşı var. Yəni lowcosterlərlə uçmaq heç də deyildiyi kimi, təhlükəli deyil.Yox əgər getdiyiniz istiqamət elə də uzaqda deyilsə (məsələn mənim Brno səyahətim kimi) müxtəlif ölkələrin dəmir yolları sistemlərindən, Eurolinesın çooox rahat avtobuslarındanistifadə edə bilərsiniz. Eurlonesin getdiyi istiqamətlər, vaxtlar və qiymətləri saytlarından yoxlaya bilərsiniz.Yerüstü nəqliyyatla və qatar, avtobusdan ucuz səyahət etmək qərarına gəlsəniz BlaBlaCar avtomobil paylaşım saytı yardım əliniz sizə uzadacaq. Nədir BlaBlaCar? BlaBlaCar eyni istiqamətə gedən insanları özündə biləşdirən, hələlik dünyanın 18 ölkəsində istifadəyə verilmiş avtomobil paylaşımı saytıdır. Məsələn kimsə Kiyevdən Polşanın Krakov şəhərinə avtomobillə səyahət edirsə, BlaBlaCar saytına girib elan verir ki, 15 dekabr saat 9da Kiyevdən çıxacam, 3 ədəd boş yer varim, istəyən qoşula bilər. Yəni bir növ 20 Yanvar metrosunda olan “Cəllabada 1 son nəfər”in daha mədəni və “qanuni” forması. Məqsəd avtomobil sahibinin xərclərini sərnişinlər arasında bölüşməkdir. Avtomobil sahibi nə zaman məkanı tərk edəcəyini, getdiyi məkana nə zaman varıb gələcəyini, neçə nəfər üçün boş yeri olduğunu, avtomobildə siqaret çəkməyə icazə olub olmadığını, səyahət ərzində neçə dəfə və neçə dəqiqə fasilə verəcəyini, avtomobilinin rahatlılıq dərəcəsini, ev heyvanlarına icazə verib-vermədiyini və bu kimi detalları və son olaraq da nə qədər ödəniş edəcəyinizi qeyd edir. Avtomobil sahibinin ilk təcrübəsi deyilsə, əvvəlki sərnişinlərin sürücü haqqında fikirlərini də oxuyub daha sonra bu sürücü ilə gedib-getməyəcəyinizə qərar verə bilərsiniz. Bəxtiniz gətirsə sürücünüz və ya yolyoldaşlarınız maraqlı insanlar olsa, sizi unudulmaz bir səyahət, bəzən yeni dostluqlar gözləyir yox əgər olmazsa bu halda ən azı mənzil başına daha ucuz gedib çatacaqsınız. Blogpostumuzun sonuna gəldik, ümid edirəm ki, maraqlı və yayarlı oldu. Növbəti yazım romantiklərin sevimli məkanı, sevgi şəhəri Parisdən olacaq.Sonda 43 milyon insanın baxdığı bu möhtəşəm reklamı sizlərlə bölüşmək istədim. Yeni bloqpostlara qədər…[youtube https://www.youtube.com/watch?v=zIEIvi2MuEk]Əgər yazını bəyəndinizsə aşağıda olan Facebook düyməsini seçərək blogpostu Facebookda paylaşın ki, dostlarınız da yazılarımızdan xəbərdar olsunlar. Yox əgər Gəzəyənlərin yazılarından ilk xəbər tutmaq istəyirsinizsə aşağıda “abunə ol” bölməsinə mailinizi yazaraq düyməyə klikləyin. Hələlik bu qədər, növbəti yazılara qədər…Paylaşdı: Babek Musa-Zadeh

1360 dəfə oxunub

Planlanmamış Avtostop turu

Ukrayna-Portuqaliya-Macarıstan avtostopumu elə düşünürdüm ki, artıq bitirdim, çünki Budapeştdən Bakıya uçuşum vardı. Amma avtostopla Bratislavadan Budapeştə vaxtında çata bilmədiyim üçün təyyarəmi qaçırdım. Əvvəl bu mənə pis təsir etdi, çünki çox yorulmuşdum (2 aydan çox avtostop edirəm) amma sonra bunu yeni bir macəra kimi qəbul edib Budapeştdən Bakıya avtostop etmək qərarına gəldim. Bundan əvvəl Praqadan Bakıya avtostop edəndə Rusiya üzərindən gəlmişdim, bu dəfə Turkiyə tərəfdən gəlməyi düşündüm. Ən çətin avtostoplar ölkədən ölkəyə keçəndədir, çünki hamı tanımadığı birini başqa ölkəyə keçirməkdən qorxur, həm də gedəcəyim ölkələrin sərhədlərində passport yoxlaması olur, hansı ki, şengen ölkələrində bu yoxdur.Beləliklə, 4-5 saat gözləmədən sonra, Bir Rumin qaqaşla Serbiyanın Novy Sad şəhərinə getdik. Macarıstan-Serbiya sərhədi digər sərhədlərə nisbətən asan oldu və gözləmə sırası az idi. Novy Sad'dan sonra Niš'ə getməyi planlaşdırırdım, amma məni yoldan götürən Serb dayının təkidi ilə axşamı Belqradda onun evində qaldım. Özünün də dediyi kimi bütün dünya serbləri qəddar millət kimi tanıyır və o, bu stereotipi mənim üçün sındırmaq istəyirdi. Çoox mehriban insan idi, yoldaşı da bizim üçün Serb milli yeməyi hazırladı. Biraz vodka, biraz schnapps, biraz da Serb milli mətbəxi, sonra özümü lap evdəki kimi hiss etdim. Bütün gecəni söhbət etdik, serblərin hansı durumda yaşadıglarından və s. Səhəri gün Sofiyaya avtostopa başladım. Bolqarıstan sərhədinə çatmamış yolda Finlandiyada yaşayan türklər məni aldılar (Ankaraya gedirdilər) və Sofiaya qədər götürdülər. Sərhəddə 3-4 saat gözləmə oldu. Bütün maşını və çantamı yoxladılar çünki əlimdə siqaret bükmək üçün kağızı görmüşdülər və düşündülər ki, yəqin üstümüzdə nəşə falan var. Sofiaya axşam çatdım və açığı Sofianı bu qədər gözəl təsəvvür etməzdim. İnsanlar çox alternative, şəhərdə avropaliq çox hiss olunurdu. Qalmağa yer tapa bilmədiyimdən bir yerdə kamp qurdum. Şəhər Turkiyəyə doğru avtostopa başladım. Gözlədiyimdən biraz çətin oldu amma Svilenqrad tərəfdə bir Iran TIRına mindim (Irana gedirdi) və məni Ərzuruma qədər götürdü. Sərhədi TIRla keçdiyim üçün 7-8 saat gözləməli olduq çünki beynəlxalq TIRlar çoxdur və sərhədlərdə uzun gözləmə olur. 3 gün, 2 axşam (TIRda yatdim) Ərzuruma çatdıq.Sonra ordan Sarpiya avtostop etdim və Gürcüstan sərhədini gəcə 1də keçdim, amma yatmadan Tbilisiyə avtostop etdim çünki Tbilisidə Slovak dostlarım var və məni gozləyirdilər. Gec olmasına baxmayaraq Gürcüstanda avtostop çox asandır və 10 dəqiqədən artıq gözləməməklə 4-5 saata Tbilisiyə çatdım. Hal-hazırda Tbilisidəyəm və 1-2 günlük iş axtarıram ki, biraz yol üçün pulum olsun. 3-4 günə Bakiya avtostop edəcəm və səyahətim bitmiş olacaq.Əgər yazını bəyəndinizsə aşağıda olan Facebook düyməsini seçərək blogpostu Facebookda paylaşın ki, dostlarınız da yazılarımızdan xəbərdar olsunlar. Yox əgər Gəzəyənlərin yazılarından ilk xəbər tutmaq istəyirsinizsə aşağıda “abunə ol” bölməsinə mailinizi yazaraq düyməyə klikləyin. Hələlik bu qədər, növbəti yazılara qədər…Paylaşdı:  Tofik Eynullayev

690 dəfə oxunub

Minimum xərclə səyahəti necə təşkil etməli?! 2-ci hissə

Keçən yazılarımdan birində daha doğrusu “Minimum xərclə səyahəti necə təşkil etməli?!” adlı yazımın birinci hissəsində səyahət xərclərini necə minimum endirmək olar sualına cavab verməyə çalışmışdım. İlk yazı səyahət xərclərində ən çox yer tutan nəqliyyat xərclərini necə azaltmaq, xərcləri minimum endirmək haqqında idi. Bu dəfə gecələmə obyektləri (otel/hostel/mənzil/ev və s.) xərclərini necə minimum endirmək, səyahəti necə ucuza başa gətirməyin yolları haqqında yazını sizlərlə paylaşım. İlk öncə deyim ki, otel qiymətləri hostel və mənzil qiymətlərindən nisbətən baha olduğundan bu yazıda otellər haqqında danışmayacağıq.[caption id="attachment_590" align="aligncenter" width="551"] Budapeştdəki hostellərdən birinin lobbisi[/caption]Başlayaq… Xaricə səfər edərkən gecələmək üçün ağıla gələn ilk yer otel olur. İndiki zamanda otelə pulumuz çatmadığı üçün onun alternativi olan hostellər ən ideal seçim ola bilər. Əgər Hostel filminə baxmısınızsa, filmdə olanları unudun. Hostellər tam rahat və təhlükəsizdir, şəxsən mənim tərəfimdən bir neçə dəfə sınanılıb ???? Hostellər az xərclə, soyal mühitli qonaqlama imkanları verən gecələmə yerləridir. Otaq tiplərinə görə müxtəlif formada xidmətləri hostellərdə kirayələyə bilərsiniz. İstəsəniz 1-2 nəfərlik otaq və ya 4 nəfərdən 10 nəfərədək olan otaqda (shared room) yataq kirayələyə bilərsiniz. Həm 1-2 nəfərlik kiçik otaqlar, həm də 4-10 (və daha çox) nəfərlik böyük otaqlar daxili və ümumi hamam otağı ilə təmin olunur. Yəni mümkündür ki, siz otaq kirayələmisiniz amma hamam otağı ümumidir, otaqdan kənarda, həm də mümkündür ki, hər otağın öz hamamı olsun. Bundan başqa hostel otaqları 2 nəfərdən çox adam üçün nəzərdə tutulubsa bir çox hallarda hər bir qonaq üçün şəxsi əşyalarınızı qoruya biləcəyiniz kiçik qıfıllı seyflər olur. Bundan başqa hostellərdə bir çox hallarda qab-qacaqla təmin olunmuş mətbəx də sizin xidmətinizə verilir. Bu mətbəxdə qidalanma xərclərinizi minimuma endirmək üçün istədiyiniz ərzağı alıb özünüz üçün nahar və ya qəlyanaltı hazırlaya bilərsiniz. Bəzi hostellərdə səhər yeməyi qiymətə daxil olur, hosteli kiralamadan öncə bunu yoxlamaqda fayda var ????[caption id="attachment_591" align="aligncenter" width="551"] Hostel otağı[/caption]Hostellərdə yerləşdiyi ölkədən asılı olmayaraq, oğlanlar və qızlar üçün ayrı otaqlar olur (amma bu heç də bütün hostellərdə belə deyil). Yəni tutalım 8 nəfərlik otaqda yataq kirayələmək istəyirsiniz və qarşı cinsdən kiminsə həmən otaqda gecələmisini istəmirsinizsə rahat-rahat single-sex (yəni tək bəylər/tək xanım üçün) otaqları seçə bilərsiniz. Mixed otaqlarda isə hər iki cinsin nümayəndələri eyni otaqda qalırlar. Çoxadamlı otaqlarda otaq kirayələmisinizsə bu o demək deyil ki, bütün yerlər dolu olacaqdır. Məsələn mən Tiflisdə 6 nəfərlik otaqda daha 2 dostumla yer kirayələmişdim və bizdən başqa heç kim yox idi otaqda hətta mən deyərdim ki, hosteldə. Eyni hadisəylə Vyana və Krakovda da qarşılaşmışam. Vyanada 6 nəfərlik, Krakovda isə 4 nəfərlik otaqda sadəcə 2 nəfər gecələmişik. Bu hallar adətən şəhərin tam mərkəzində olmayan, mərkəzdən 1-1.5 km piyada məsafəsində olan və ya tətilin qeyri-pik vaxtlarında mümkündür. Əgər şəhərdə hansısa bir idman,  ya musiqi tədbiri və ya festival varsa çox güman shared roomlar dolu olacaqdır. Shared roomlarda qalmağın üstünlüyü odur ki, hostelin digər qonaqları, ən çox isə “otaqyoldaşların” ilə sosyallaşırsan, bəzən şəhəri birlikdə gəzib kəşf etmək təklifi alırsan ya da sən edirsən. Turistlər müxtəlif ölkələrdən gəldiyindən və hərənin müxtəlif səyahət hekayəsi olduğundan maraqlı söhbətlərin iştirakçısı ola bilərsiniz.[caption id="attachment_592" align="aligncenter" width="552"] Maraqlı dizayn edilmiş hostel otağı[/caption]Hostellər ucuz qonaqlama obyektləri olsa da bu ölkədən ölkəyə dəyişir. Ölkədə nə qədər qiymətlər bahalıdırsa hostellər də bu qiymətlərə uyğun daha yuxarı qiymətə olur. Məsələn Kiyevdə 2 nəfərlik hostel otağının qiyməti gecəsi 11 avro olduğu halda, Danimarkanın paytaxtı Kopenhagendə 8-10 nəfərlik otaqda bir yatağın gecəsi 32-35 avro ətrafındadır. Yəni səfər planlamamışdan öncə çalışın bu detalları nəzərə alın ki, gedib qərib ölkədə “nağayrım, neyniyim” deməyəsiniz ???? İndi isə gəldik, bu hostellərin qiymətini haradan tapmalı məsələsinə. Hostellərin qiymətinə baxmaq üçün ən yaxşı çox işlənən saytlar hostelworld.com və booking.com-dur. Hosteli seçirsiniz, tarixləri daxil edirsiniz və otaq tiplərinə görə sistem qiymətləri sizə göstərir. Kiçik bir tövsiyyə verim, booking.comda hostel sifariş edərkən çalışın reytinqi +7.0 olan hostelləri seçin və sizdən öncə orada qalmış turistlərin qeydlərindən heç olmasa 5-6-na nəzər salın ki, hostel haqqında daha ətraflı məlumatınız olsun.[caption id="attachment_593" align="aligncenter" width="550"] Praqadakı Mad House hosteli[/caption]Hosteldən fərqli konseptə malik digər ucuz üsul isə Airbnbdir. Airbnb hosteldən fərqli olaraq ev abu-havası ilə təmin edir. Daha doğrusu elə kirayə verilən evlərin axtarış sistemidir. Brno səfərimdə məhz elə Airbnbdən otaq kirayələmişdim. Airbnbdə də təklif edilən xidmətlər çox müxtəlifdir. İstəsəniz yalnızca mənzil, istəsəniz mənzildə otaq, istəsəniz də hostel abu-havasını evdə yaşayıb, otaqda yataq (çox nadir hallarda olur bu) kirayələyə bilərsiniz. Airbnbdə də bütün online icarə saytları kimi turistlərin qaldığı ev sahibləri və ev haqqında rəylərini yazdığı bölmə var. Bu rəylərdən evin mərkəzə nə qədər yaxın olması, səs-küylü ərazidə yerləşib yerləşməməsi və ya ev sahibinin təmizliyi haqqında məlumat əldə edə bilərsiniz. Yaxşı olar ki, otaq ya mənzili siftariş etməmişdən öncə bu rəylərə göz gəzdirəsiniz. Burada kirayəyə verilən mənzillər olduğundan otel ya hosteldə olan standart xidmətlərin mənzildə olmaması mümkündür (məsələn, çox nadir hallarda olsa da wifi kimi).[caption id="attachment_594" align="aligncenter" width="550"] Airbnbdə kirayə verilən otaqlardan biri[/caption]Airbnbdə kirayə edilən ev ya mənzilin üstün cəhəti ümumi hamamın olmaması və ya sadəcə hamamın siz və evda olan 1-2 nəfər tərəfindən istifadə olunması, bütün avadanlıqlarla təchiz olunmuş mətbəxin olması və yerli əhaliylə mədəniyyət alış-verişidir. Əgər sadəcə otaq kirayələmisinizsə, digər otaqda qalan ev sahibi ilə ünsiyyət saxlaya, maraqlı söhbətlər edə və ya şəhərin çox da turistik olmayan amma mütləq görülməli yerləri haqqında məlumat ala bilərsiniz.Indi uzaqdan da olsa “bəs pulsuz qalmağa yerlər yoxdur?” sualını eşidirəm ???? deyirlər pulsuz pendir siçan tələsində olur amma bizim bloqumuzda tələlər yoxdur. Çox güman nə vaxtsa Courchsurfing haqqında eşitmisiniz, eşitməmisinizsə bir az da daha yaxına əyləşin.[caption id="attachment_595" align="aligncenter" width="550"] İsveçrə, Berndə Couchsurferlər fondu yeyərkən ????[/caption]Deməli Couchsurfing 4 nəfər tərəfindən qurulan pulsuz qonaqlama saytıdır. 2004cü ildə yaradılmasına baxmayaraq 2014-cü ildə həftədə 400 000 adam həftədə azı bir dəfə Courchsurfing hesabını yoxlayıb. 2015ci ildə istifadəçilərinin sayı 10 milyonu keçib. Saytın 3 funksiyası var; səyahət etdiyiniz ölkədə ev sahiblərinin evində qonaq qalmaq, yaşadığınız şəhərə gələn qonaqları öz evinizdə qonaqlamaq və şəhərlərdə keçirilən müxtəlif əyləncə tədbirlərində iştirak. Mən hardasa 4-5 dəfə Budapeştdəki evimdə Couchsurfingdən qonaq qəbul etmişəm, 2 dəfə isə özüm İsveç və Danimarkada qonaq qalmışam.Məsələn hansısa ölkəyə gedirsiniz, o zaman saytın axtarış bölməsində getdiyiniz şəhərin adını yazırsınız, sonra sağ tərəfdə çıxan seçimlərdən evində qonaq olmaq istədiyiniz adamın xüsusiyyətlərini seçirsiniz: kişi/qadın, haqqında yazılmış rəyi olsun və ya olmasın, son dəfə nə vaxt saytda olub və s. Sonraq qarşınıza çıxan profilləri bir-bir gözdən keçirərək evində qalmaq istədiyiniz adamı seçirsiniz.Saytda qeydiyyatdan keçərkən hər kəs özü haqqında olan bölmələri doldurur, beləcə evində qonaq qalmaq istədiyiniz şəxsin və ya evinizdə qonaq edəcəyiniz şəxsin bütün detallarını ətraflı yoxlaya bilərsiniz. Qonaq qalarkən çox təvsiyyə olunan odur ki, profil sahibinə çoxlu MÜSBƏT rəylər yazılmış olsun. Çoxlu deyərkən, nəzərdə tutduğum ən azı 3 və ya 4 müsbət rəydir. Profil sahibini tam əhatəli araşdırın, sonucda tanıyıb, bilmədiyiniz adamın evində qonaq qalacaqsınız.[caption id="attachment_596" align="aligncenter" width="551"] Maraqlı Couchsurfing məkanlarından biri[/caption]Digər bir araşdırmalı olduğunuz məsələ isə ev sahibin sizi hansı formada qonaqlayacağıdır. Ev sahibinin imkanları daxilində bu ayrıca otaq, ayrıca yataq/divan və ya yataq kisəsi (sleeping bag) ola bilər. Ona görə də məsləhətdir ki, öncədən ev sahibinin profilini əməllicə ələk vələk edəsiniz ???? Sonradan ürəyinizə yatan ev sahib(lər)inə sizi filan tarixlərdə qonaq edib edə bilməyəcəyi haqqında sorğu göndərirsiniz, o sizi qəbul etdikdən sonra qalmaq yeriniz hazırdır.Couchsurfingin digər bir funksiyası isə yerli əhali ilə görüşməkdir. Məsələn tutaq ki, getmisiniz Berlinə və hara gedəcəyinizi, nələri görəcəyinizi bilmirsiniz. O zaman Couchsurfingdə axtarış edib yalnızca görüşmək istəyənləri seçirsiniz və həmin adamlara sorğu göndərirsiniz tarixləri müəyyənləşdirib şəhərdə bir yerdə görüşürsünüz və həmin adam sizə şəhəri gəzdirir.[caption id="attachment_597" align="aligncenter" width="551"] Couchsurferin sleeping bagi ????[/caption]Təbii ki, hamımız azərbaycanlıyıq, elə mənim də ağlıma gələn ilk sual bu oldu: “Sizi evində pulsuz qonaqlayan adamın xeyri nədir bu işdə?” ???? Bu işdə heç bir maddi maraq yoxdur, güdülən yeganə maraq mənəvi xeyirdir. İnsanlar başqa ölkədən, başqa mədəniyyətdən gələn adamları öz evlərində qonaqlayaraq onların ölkəsi, mədəniyyəti və ya mətbəxi haqqında məlumat əldə edirlər. Sırf bu işdən zövq alırlar desəm yanılmaram yəqin. Sonda Couchsurfingdən istifadə edəcəksinizsə evində qalacağınız adama qaldığınız ölkədən kiçik bir hədiyyə aparmağınız sizi daha xoşagəlimli edər. Bahalı olması vacib deyil bu 2-3 manatlıq hansısa bir şokolad və ya şirniyyat da ola bilər. Və təbii ki, qaldığınız evin sahibinə yemək bişirməkdə və ya qabları yumaqda ən azı özünüzdən sonra işlətdiklərinizi təmizləməkdə yardım etmək artıq sizin “öhdəliyinizə” çevrilir.Bununla da bu yazımın da sonuna gəldik. Ümid edirəm ki, faydalı ola bildim. Vaxtınızı sərf edib, oxuduğunuz üçün təşəkkürlər!Əgər yazını bəyəndinizsə aşağıda olan Facebook düyməsini seçərək blogpostu Facebookda paylaşın ki, dostlarınız da yazılarımızdan xəbərdar olsunlar. Yox əgər Gəzəyənlərin yazılarından ilk xəbər tutmaq istəyirsinizsə aşağıda “abunə ol” bölməsinə mailinizi yazaraq düyməyə klikləyin. Hələlik bu qədər, növbəti yazılara qədər…Paylaşdı: Babek Musa-Zadeh 

742 dəfə oxunub

İordaniya bələdçisi

Ammandakı bütün otel, apartament və hostelləri bu linkdən book (bron) edə bilərsiz.Çox saylı istəkləri nəzərə alıb İordaniya ilə bağlı təcrübəmi paylaşmağı qərara aldım...Əvvəla bu qrupun üzvlərinə lazımı məlumatları paylaşdıqları üçün xüsusi minnətdarlığımı bildirirəm. Səyahətimi başlamazdan əvvəl çox faydası olmuşdu.İordaniya Krallığı...Yaxın Şərq.. Asiya... Yerin Marsı...Tamamilə yadda qalan və fantastik bir təcrübə...Belə ki,əgər uçduğunuz ilk şəhər Aqaba olacaqsa viza Azərbaycan vətəndaşlarına hava limanında pulsuz verilir. Mənə hətta multiple (çoxtərəfli) verilmişdi.Jordan Pass almaqla ölkədə 40 atraksiona giriş əldə edirsiniz. (Bu haqda daha etrafli melumat internetde qeyd olunub). Amma, zənnimcə qeyd olunan atraksionların əksəriyyəti mənasızdı. Çünki, elə muzeylər var ki, Jordan Pass -a daxil deyil. Ona görə də Jordan Pass-a ən azı 70 dinar ödəməyin. İordaniya Krallığı sözün əsl mənasında daşdan belə pul çıxarır. (Petrada rəngli daşları süxürlardan kəsib satdıqları kimi...) Bəzi məscidlərə belə giriş pulludur. Məscidə girmək istəsəniz müsəlman olduğunuzu bildirin. (Dini inancınız olmasa belə )???? Petraya 1 gün üçün giriş 50 dinardır. İnternetdə yazılıb ki, 2-3 gün lazımdır. Mən səhər 7-də daxil oldum, axşam 6-ya qədər hər şeyi gördüm. Istəsəniz 17 dinar ödəməklə Petranı axşam saat 8-dən sonra da görməyə gedə bilərsiniz. Qarşısını şamlarla bəzəyirlər.Növbəti günü "Little Petra" üçün ayırın. Giriş pulsuzdur. Şəhərdən 10 km şimalda yerləşir. Taksi, turlara qoşulmaqla gedə bilərsiniz. Və ya mənim kimi xərciniz çıxmasını istəmirsinizsə avtostop edərək gedə bilərsiniz. İnandırım sizi ki, maraqlı təəssüratlarınız olacaq.???? 8000 il tarixə sahib paytaxt Amman şəhərində çox da görməli bir şey yoxdur. Cittadel, Roman teatrını gördükdən sonra King Abdullah I məscidinə ziyarət edib, göydələnlərlə dolu müasir Ammanda özünüzü fərqli yerdə hiss edəcəksiniz. Petra və Aqaba şəhərlərinə nisbətdə ucuzluqdur.???? Coğrafiya kitabında adı ilə rastlaşdığınız dünya okeanından duzluluq səviyyəsinə görə 9 dəfə artıq olan Ölü dənizə daxil olub batmamağa inanmaq deyil də, şahidi olmaq istəyirsinizsə, bir neçə yolunuz var: maşın icarəyə götürmək; və ya taksi tutmaqla gedə bilərsiniz; Ya da Ammanda yerləşən Mujahideen avtobus stansiyasından Al-Ram şəhərinə 1 dinar ödəməklə gəlib, oradan da Ölü dənizə taksi tutaraq az miqdarda pul xərcləyərək. Biz 3 nəfərə 5 dinar ödədik taksi üçün. Ödənişli və pulsuz çimərliklər var. 5 dəqiqəlik suya girmək üçün pul xərcləməyə dəymir, məncə. Ölü dəniz ətrafındakı palçıqdan bədəninizə çəkin, çox xeyirlidir. Dənizə girəndə gözünüzdən ehtiyatlı olun.Gedən zaman özünüzlə şirin su götürməyi unutmayın. Dəriniz quruyandan sonra bədəninizin bəzi hissələri acışacaq.???? Ammandan 1 saatlıq cənubda yerləşən Madaba şəhərindən Mount Nebo (Nəba dağı) adlanan əraziyə getməklə Musa peyğəmbərin vəfat etdiyi və Bibliyada adı çəkilən Allah tərəfindən yəhudilərə "vəd olunan" torpaqları ziyarət etmiş olacaqsınız. Giriş 2 dinardır.Madabadan oraya avtobus getmir. Taksi və ya hitchiking....???? Tarixə marağınız çoxdursa Ammandan şimalda yerləşən Jerash şəhərinə getməklə qədim Roman şəhərinin qalıqları ilə tanış ola bilərsiniz. Giriş haqqı 10 dinardır.???? Aqaba şəhəri yaxınlığında Wadi Ruma gedə bilərsiniz. Yerin Marsı adlandırırlar həmin ərazini. Giriş 5 dinar. Amma ayaqla gəzmək mümkün deyil. Azmaq riski (99%), səhrada əqrəb və ilan, bundan əlavə gecələr son dərəcə soyuq olur. Ona görə ciplərdən birini götürməli olacaqsınız.???? Azad iqtisadi şəhər hesab edilən Aqabada Hind okeanı, Qırmızı dəniz sahilindən 3-4 km məsafədə görünən İzrailin gecələr qızıla bürünən Eliat şəhərinə baxmaqdan zövq alacaqsınız.❗Temperatur ölkə daxili çox fərqlənir. Petrada gündüz hava isti, gecələr çox soyuq olur. İsti paltar (jaket, kurtka, vetrofka) götürün.Aqabada temperatur çox isti olur. Təmiz dəniz havası. Ammanda temperatur indi yaz havası kimidir. Bəzən isti, bəzən soyuq və yağıntılı.. Ölü dənizdə suyun da, havanın da temperaturu xeyli isti idi.❗ Qiymətlər çox bahadır. Ölkədə qıtlıq olduğundan yeyinti məhsulları və s. xarici ölkələrdən gətrilir. Bundan başqa da turist görəndə gözlərinə dinar kimi görünəcəksiniz.Necə deyəllər, İordaniyanın əsas nefti turizmdir.Sizdən son dərəcə istifadə etməyə çalışacaqlar.Ölkədə monopoliya çox güclüdür. Dövlət də, yerli xalq da insandan istifadə etməyə çalışır. Bəzən elə situasiya ilə rastlaşırsınız ki, onlar deyənlə razılaşıb, mövcud vəziyyətlə barışmalı olursunuz.Qiymətlər son dərəcə şişirdilmiş formadadır. Marketlərdə qiymətlər qeyd olunmadığından turistlərə fərqli qiymət oxuyurlar. Bəzən restoranda yemək daha sərfəli başa gəlir.Arada qarşınıza insaflı, (atış gəlməyə çalışmayan) ərəblər də çıxacaq. Sonda qeyd edim ki, İordaniya həqiqətən unikal ölkədir. Gəzməyə dəyər. Hətta ölməzdən əvvəl gəzilməli ölkələrdən biridir, deyərdim.Ümidvaram qeyd etdiyim məlumatlar kiməsə faydalı olacaq. Səyahət planlaşdırdığınız və ya səyahətdə olduğunuz zaman əlavə suallarınız yaranarsa istənilən vaxt əlaqə yarada bilərsiniz. 03.03.2019.Sevgilərlə....Rəcəb Səfərov.Əgər yazını bəyəndinizsə aşağıda olan Facebook düyməsini seçərək blogpostu Facebookda paylaşın ki, dostlarınız da yazılarımızdan xəbərdar olsunlar. Yox əgər Gəzəyənlərin yazılarından ilk xəbər tutmaq istəyirsinizsə aşağıda “abunə ol” bölməsinə mailinizi yazaraq düyməyə klikləyin. Hələlik bu qədər, növbəti yazılara qədər…Paylaşdı: Rajab Safarov

1140 dəfə oxunub
Bizi izləyənlər siyahısına qoşulun!