2206 dəfə oxunub

Minimum xərclə səyahəti necə təşkil etməli?! 1-ci hissə

Tez-tez səyahət edənlərə ən çox verilən suallardan biri də, “bu qədər səyahət xərclərini necə qarşılayırsan sualıdır?”. Həqiqətən də tez-tez səyahət etmək kifayət qədər xərcli işdir, xüsusilə də digər ölkələrə səyahət edirsənsə. Amma hər dəfə səyahət etdikcə, digər turistlərlə qarşılaşdıqca “Səyahəti necə daha ucuza gətirmək olar?” sualıyla bağlı yeni-yeni məlumatlar, taktikalar öyrənirsən.
Düşündüm ki, hara səyahət edib, nə etməli, nə yeməli bloqlarından öncə o yerlərə necə ucuz tur təşkil etməli sualına aid bir blogpost yazım. Bəri başdan deyim ki, “işini atıb, maşınını satıb 500 dollarla dünyanı necə səyahət etməli” tipində bir yazı gözləmiyin ???? Bu yazımda səyahət zamanı, hansı taktikalardan, üsullardan istifadə edərək səyahətimi ucuza gətirdiyimi sizlərlə bölüşəcəm, yəni bir növ özüm tərcübədən keçirdiyim üsulları.

somadjinn-0053-vibrant-hot-air-balloons

Turizm təhsili aldığımdan taaa universitet illərimdən yadımdadır ki, səyahət xərclərində ən böyük yeri nəqliyyat xərcləri tutur. Lap dəqiqləşdirmək üçün bir az da araşdırdım. Deməli səyahət zamanı çəkdiyiniz bütün xərclərin 45%-i nəqliyyat xərclərinə gedir. İndi isə başlayaq səyahət marşrutunu necə ucuza gətirməli sualına yavaş-yavaş cavab verməyə.

Wide-Aeroplane-Image-wc10018322-1024x819

Səyahətlərin çoxu uzaq məsafələrə olduğu üçün, ən çox istifadə olunan nəqliyyat növlərindən biri təyyarədir. Təyyarə ilə ən ucuz uçuşları tapmaq və havayolu şirkətlərinin təqdim etdiyi qiymətləri müqayisə etmək üçün mənim ən çox istifadə etdiyim saytlar Skyscanner və eDreamsdir. Bu saytlar ən ucuz uçuşları tapmaqda ən yaxın yardımçımdır. Amma bu tip saytların bir əmması var ki, belə saytlar bəzən lowcoster hava yollarının uçuşlarını göstərmirlər. Nədir və ya kimdir lowcosterlər? Lowcosterlər dünyada çox geniş yayılmış, bir tərəfli gediş üçün bir neçə avrodan başlayaraq (demək olar ki, su qiymətinə) uçuşlar təklif edən hava yolları şirkətləridir.

Su qiymətinə uçuş deyəndə Avropada ağıla ilk gələn şirkətlər EasyJetRyanAir və mart ayından Bakıdan Budapeştə uçuşlar təşkil edəcək WizzAirdir. İndiki halda isə WizzAirin xidmət göstərdiyi bizə ən “yaxın” hava limanı Kutaisi hava limanıdır ki, buradan Budapeştə, Vilnüsə və Polşanın 2 şəhərinə (Varşava və Katoviçe) uçuş tapa bilərsiniz. Şirkətlərin saytlarına daxil olaraq hansı istiqamətlərə, hansı tarixlərdə və hansı qiymətə uçduqlarını yoxlaya bilərsiniz. Məsələn RyanAir tez-tez müxtəlif istiqamətlərə kampaniyalar edir. Bu yaxınlarda Riqa – Berlin uçuşu cəmi 2€ idi. Təxminən havalimanında aldığınız bir şüşə suyun qiymətinə.

b3ab9eefef9410538db688ab7bdc37c2_XL

Bəs bu havayollarının belə ucuz olmasının səbəbi nədir? İlk öncə uçuşlar zamanı sizi heç bir qida xidməti ilə təmin etmirlər, hətta suyla belə. Əvəzində isə ürəyiniz istəsə uçuş zamanı kataloqdakı məhsullardan seçib, ödəniş edərək alış-veriş edə bilərsiniz. 2-3 saat bir şey yəmədən, susuz qalsaq bir şey olmaz, yəni dözmək olar J Digər məsələ, uçuşdan oncə mütləq onlayn çekin etməlisiniz və biletinizi çap etməlisiniz və ya şirkətlərin xüsusi proqramlarından (app) istifadə edərək, proqramdakı biletinizi havalimanında təqdim etməlisiniz. Onlayn çekin etməsəniz, məsələn WizzAirdə hava limanında 10€ ödəniş etməlisiniz.

Digər havayollarında təyyarədən düşən kimi xidməti avtobusa minirsiniz və avtobus sizi hava limanının binasına gətirir, lowcosterlərdə isə təxminən 150-200 metr piyada getməlisiniz təyyarəyə qədər, bəli bəli idman sağlamlığın rəhnidir.

woman_baggage_600x369

Həəə gəldik əsas məsələyə. Bu tip hava yollarında hər zaman baqaj limiti vardır. Məsələn WizzAirdən bilet almısınızsa özünüzlə 42x32x25 sm ölçüsündə kiçik bir bel çantasını pulsuz təyyarənin kabinəsinə keçirə bilərsiniz. Yox əgər mən getdiyim yerdə şoppinq edəcəm, yükümü daşımağa 1 karvan dəvə lazımdır deyirsinizsə, onda əlavə ödəniş etməklə böyük bir çamadanı istədiyiniz yerə daşıya bilərsiniz. Əlavə məlumatı bu linkdən ala bilərsiniz.

Yox əgər siz EasyJetdən bilet almısınızsa, baqaj məsələsində EasyJet bir az daha insaflıdır. Pulsuz özünüzlə 56x45x25 sm ölçülü bir çanta və ya çamadanı pulsuz daşıya bilərsiniz. Digər məlumatları bu linkdən əldə edə bilərsiniz. Qeyd edim ki, baqaj qaydaları çox sərtdir bu hava yolları şirkətlərinin. Dedikləri ölçüdən 1 sm böyük olsa belə əlavə ödəniş tələb edə bilərlər sizdən, ona görə evinizi tərk etmədən yüz ölçüb, bir biçin çamadanınızı.

Əgər getdiyiniz istiqamətə bu 3 hava yollarından bilet tapa bilməsəniz və ya mən Wizz, Ryan kimi дешевый havayolları ilə uçmaq istəmirəm desəniz digər alternativlər də yox deyil. GermanWings, EuroWings, Transavia və s. şirkətlər var ki, lowcost və normal qiymətli hava yollarının qiymətləri arasında bir uçuş təklif edirlər. Dünyadakı bütün lowcost hava yollarının siyahısı ilə isə buradan tanış ola bilərsiniz.

Indi isə gəldik lowcost havayolları ilə bağlı ən çox dedi-qodusu edilən amma tamamilə yalan olan mövzuya. Lowcosterlərlə bağlı dolaşan ən yalan məlumat onların təyyarələrinin köhnə olmasıdır. Ümumiyyətlə lowcosterlər təyyarələrini dayanmadan uçuşlara göndərdiyindən hər zaman təyyarələrinin saz və yeni olmasına fikir verir. Məsələn www.planespotters.net saytına görə WizzAirin təyyarələrinin orta yaşı 4 ildir, ən yeni təyyarənin 1 ay, ən qocamanının isə 8.7 yaşı var. RyanAirin isə toplamda 417 təyyarəsi var və onların orta yaşı 6.7 ildir. EasyJetin 375 təyyarəsinin orta yaşı 6.4 ildir. Bizim “normal” qiymətli olaraq qəbul etdiyimiz havayollarının təyyarələrinə baxaq. Türk Hava yollarının 398 təyyarəsinin 6.6, Lufthansanın 583 təyyarəsinin 11.4 yaşı var. Yəni lowcosterlərlə uçmaq heç də deyildiyi kimi, təhlükəli deyil.

Screenshot_500.png

Yox əgər getdiyiniz istiqamət elə də uzaqda deyilsə (məsələn mənim Brno səyahətim kimi) müxtəlif ölkələrin dəmir yolları sistemlərindən, Eurolinesın çooox rahat avtobuslarındanistifadə edə bilərsiniz. Eurlonesin getdiyi istiqamətlər, vaxtlar və qiymətləri saytlarından yoxlaya bilərsiniz.

Yerüstü nəqliyyatla və qatar, avtobusdan ucuz səyahət etmək qərarına gəlsəniz BlaBlaCar avtomobil paylaşım saytı yardım əliniz sizə uzadacaq. Nədir BlaBlaCar? BlaBlaCar eyni istiqamətə gedən insanları özündə biləşdirən, hələlik dünyanın 18 ölkəsində istifadəyə verilmiş avtomobil paylaşımı saytıdır. Məsələn kimsə Kiyevdən Polşanın Krakov şəhərinə avtomobillə səyahət edirsə, BlaBlaCar saytına girib elan verir ki, 15 dekabr saat 9da Kiyevdən çıxacam, 3 ədəd boş yer varim, istəyən qoşula bilər. Yəni bir növ 20 Yanvar metrosunda olan “Cəllabada 1 son nəfər”in daha mədəni və “qanuni” forması. Məqsəd avtomobil sahibinin xərclərini sərnişinlər arasında bölüşməkdir. Avtomobil sahibi nə zaman məkanı tərk edəcəyini, getdiyi məkana nə zaman varıb gələcəyini, neçə nəfər üçün boş yeri olduğunu, avtomobildə siqaret çəkməyə icazə olub olmadığını, səyahət ərzində neçə dəfə və neçə dəqiqə fasilə verəcəyini, avtomobilinin rahatlılıq dərəcəsini, ev heyvanlarına icazə verib-vermədiyini və bu kimi detalları və son olaraq da nə qədər ödəniş edəcəyinizi qeyd edir. Avtomobil sahibinin ilk təcrübəsi deyilsə, əvvəlki sərnişinlərin sürücü haqqında fikirlərini də oxuyub daha sonra bu sürücü ilə gedib-getməyəcəyinizə qərar verə bilərsiniz. Bəxtiniz gətirsə sürücünüz və ya yolyoldaşlarınız maraqlı insanlar olsa, sizi unudulmaz bir səyahət, bəzən yeni dostluqlar gözləyir yox əgər olmazsa bu halda ən azı mənzil başına daha ucuz gedib çatacaqsınız. Blogpostumuzun sonuna gəldik, ümid edirəm ki, maraqlı və yayarlı oldu. Növbəti yazım romantiklərin sevimli məkanı, sevgi şəhəri Parisdən olacaq.

Sonda 43 milyon insanın baxdığı bu möhtəşəm reklamı sizlərlə bölüşmək istədim. Yeni bloqpostlara qədər…

[youtube https://www.youtube.com/watch?v=zIEIvi2MuEk]

Əgər yazını bəyəndinizsə aşağıda olan Facebook düyməsini seçərək blogpostu Facebookda paylaşın ki, dostlarınız da yazılarımızdan xəbərdar olsunlar. Yox əgər Gəzəyənlərin yazılarından ilk xəbər tutmaq istəyirsinizsə aşağıda “abunə ol” bölməsinə mailinizi yazaraq düyməyə klikləyin. Hələlik bu qədər, növbəti yazılara qədər…

Paylaşdı: Babek Musa-Zadeh

DİGƏR BLOQLAR

Yunan adası - Rodos

Rodosdakı bütün otel, apartament və hostelləri bu linkdən book (bron) edə bilərsiz.Heç bir plan olmadan, tələm-tələsik baş tutan çox maraqlı bir səfərim haqda danışmaq istəyirəm. Türkiyədə hazırda gönüllü qaldığım yerdə oturum izni almadığım üçün Azərbaycanlılara uygulanan 1 aylıq vizasız yaşam zamanım doldu. Ölkəni tərk etməli idim, bu da sevə-sevə işlədiyim yerdən ayrılmalı olduğum anlamına gəlirdi. Burda olan dostların axtarışı nəticəsində çarəni 1 günlük Yunan adalarından birinə gedərək yenidən 1 aylıq qala bilmə izni yaradaraq, həm də yeni bir yer kəşf etməkdə tapdıq. Beləliklə problem həll olundu, mən də səbrsizliklə çantamı hazırlamağa başladım.Günübirlik turun qiyməti 42 avrodur. Səhər saat 9da yola düşürsüz və 1saat içində Rodosa çatırsız. Feribot nə çox kiçik bir qayıq tipli bir şey deyil, nə də İstanbulda boğazı keçərkən istifadə olunan o böyük gəmi deyil. Heç ölkələr arası kruizdə deyil ???? Yəni xəyal qurmağa dəyməz bu mövzuda, çox sürətli hərəkət edir və bir də Rodos tərəfində daha çox yırğalanır. Ege dənizinin maviliyi göz oxşayır desəm yanılmaram. Günübirlik olduğu üçün biletim saat 5də də yenidən geri qayıdış zamanım idi. Bir-iki saat içində gəzə bildiyim yerlərdən bəhs edim. İlk zatən feribotdan endikdən sonra şəhərə doğru irəliləyib “Old town” adlı qədim hissəsini doyunca gəzdim.Sonrasında isə özümə dəniz məhsullarından dadmaq üçün zaman ayırdım. Beləki burda balıq yemədən, dəniz yeməklərinin dadına baxmadan və məhşur ouzo içkisini sınamasan olmaz. Mən də bu olmazsa olmazı dənədim. Beləki çox ləziz olan menyudan ahtapot grili və qızardılmış kalamar qarışığı bir boşqab sifariş verdim. Əlbətdə məşhur tarixi yunan içkisi ilə birlikdə bu 12 avroya başa gəldi. Hesabı ödədikdən sonra isə onlar məni qarpıza qonaq etdilər, niyəsin soruşduqda isə onların adətlərinin belə olduğunu bildirdilər.Artıq geri dönmək üçün yalnız 2-3 saatım qalmışdı. şəhəri heç gəzmədən getmək isə könlümə yatmadığı üçün turistik avtobusla şəhər turuna qatıldım. Prinsipcə zamanınız varsa piyada gəzmək, azmaq, yerli əhali ilə söhbət etmək tərəfdarıyam. Amma zaman… Səhər aldığınızda 12.50 avro olan bilet, saat 12.00dan sonra 9 avro olur. İstədiyiniz yerdə minib-enmə imkanı və hər tarixi yerdə olan şeylər haqda seçdiyiniz dildə geniş bir məlumat verir. Rodos özündə antik Yunan mədəniyyətini, Pers işğallarını, Roma imperatorluğunun gücünü, Osmanlı islam tarixini birləşdirir. Eləcə də bir çox avropa ölkələri müstəmləkəsi olduğundan hər mədəniyyətin bir parçasını hələ də özündə qoruyub saxlayır.Dünyanın 7 möcüzəsindən biri olan Kolossos heykəlinin vətəni Rodos haqda bu qədər yetərlidir, növbəti yazımda oranın digər populyarı olan Lindos kəndi haqda yazacam.Rodosda çəkdiyim digər şəkillərə facebookda “Bilməzin macəraları” səhifəsində baxa bilərsiz.P.S.: Bura getmək üçün şengen vizası lazımdır. Türk vətandaşlarından Kıbrısda olmuş olanlara və ya Kıbrıs vətandaşlarına sərhəddən buraxılış verilmir. Əgər sizin də pasportunuzda Kıbrıs cümhuriyyətinin möhürü varsa öncədən ora zəng vurub soruşun, sonra sərhəddə qalmayasız.P.S.: Mənim kimi uzaq bir yerdən gedəcəksənizsə bir gün öncədən gedib Marmarisdə qalmaqda fayda var. Çünki böyük bir növbə olur sərhəddə və saat 9da yola düşdüyü üçün feribot gecikmə ehtimali var.Əgər yazını bəyəndinizsə aşağıda olan Facebook düyməsini seçərək blogpostu Facebookda paylaşın ki, dostlarınız da yazılarımızdan xəbərdar olsunlar. Yox əgər Gəzəyənlərin yazılarından ilk xəbər tutmaq istəyirsinizsə aşağıda “abunə ol” bölməsinə mailinizi yazaraq düyməyə klikləyin. Hələlik bu qədər, növbəti yazılara qədər... Paylaşdı: Nilufər Əzim 

1394 dəfə oxunub

Tiflisə / Kutaisiyə necə gedək?

“Tiflisə / Kutaisiyə necə gedək?” sualına cavab vermək üçün dedim bir gəşəng detallı bloq tipli status yazım Sizlər üçün: 1) Bakı – Qırmızı Körpü + Qırmızı Körpü – TiflisBakı – Qırmızı KörpüBu yolu taksi, minivan (8 nəfərlik nəqliyyat) və ya avtobus ilə gedə bilərsiniz. Hər 3 nəqliyyat növü Bakı Beynəlxalq Avtovağzal Kompleksindən yola düşür.Taksi: 20-25 AZN (adam başı)Minivan: 15 AZN (adam başı)Avtobus: 12 AZN (adam başı)Taksi və minivanların xüsusi cədvəli yoxdur, maşınlar dolan kimi yola düşürlər. Yolda olma müddəti: 6-8 saat arasında dəyişir.Avtobuslar isə 08:15dən 17:30dək hər gün 30-60 dəqiqəndən bir yola düşürlər. Biletləri online şəkildə almaq mümkündür. Avtobusların hərəkət cədvəli, biletin qiyməti və online bilet alışı üçün http://www.bbak.az/index.phpsaytına daxil ola bilərsiniz. Yolda olma müddəti: 7-9 saatQırmızı Körpüdən sərhədi özünüz keçirsinizsə, bu proses üçün (sərhəddə olan avtobusların, maşınların və sərnişinlərin sayından asılı olaraq) minimum 1 saat, maksimum 3-4 saat ayırmağınız məsləhətdir.Qırmızı Körpü – TiflisBu yolu taksi və minivanlarla getmək olar. Taksi ilə gediş 30-45 GEL arası təşkil edəcək (Tiflisin hansı nöqtəsinə getməyinizdən asılı olaraq). Məs, mən Tiflisin Azadlıq Meydanına gedirdim (22:00da) və bu gediş üçün 30 GEL pul vermişdim. İstədiyiniz zaman sərhəddə taksi tapmaq mümkündür, demək olar ki.Minivanlar, əsasən gündüz saatlarında olur və gediş haqqı adam başına 5-6 GEL təşkil edir. İstiqamət: Tiflis, Mərkəzi Dəmir Yol Stansiyası.2) Bakı – Tiflis (birbaşa)Bu yolu siz həmçinin birbaşa avtobus, birbaşa qatar və ya birbaşa təyyarə ilə gedə bilərsiniz.Avtobuslar hər gün (gündə 4 dəfə olmaqla, 21:00dan 00:30-dək) avtovağzaldan yola düşürlər. Avtobusların hərəkət cədvəli, biletin qiyməti və online bilet alışı üçün http://www.bbak.az/index.php saytına daxil ola bilərsiniz.Bakı – Tiflis istiqaməti üzrə yalnız bir qatar hərəkət edir, 20:40da Bakı Mərkəzi Dəmiryol Vağzalından yola düşür və növbəti gün 08:55-də (Tbilisi vaxtı ilə) son məntəqəyə çatır. Qiyməti: 35 AZN (kupe). Qatarın hərəkət cədvəli, biletin qiyməti (plaskard, kupe və SV) və online bilet alışı üçün https://ady.az/az saytına daxil ola bilərsiniz.Bakı – Tiflis istiqaməti üzrə uçuşları Azərbaycan Hava Yolları (AZAL) və ilk və yeganə milli loukost Buta Airways aviaşirkətləri həyata keçirirlər. Uçuş cədvəli, biletin qiyməti və online bilet alışı üçün aviaşirkətlərin saytlarına daxil ola bilərsiniz:Azərbaycan Hava Yolları (AZAL): https://www.azal.az/Buta Airways: https://www.butaairways.az/az/3) Tiflis – Kutaisi hava limanıBu yolu siz taksi ilə və ya avtobus (xüsusi ayrılmış express bus-lar) ilə gedə bilərsiniz. Taksi ilə onu deyim ki, baha başa gələcək. Xüsusi express avtobuslara isə cəmi 20 GEL-ə bilet əldə etmək olar. Avtobuslar Tiflisin Azadlıq Meydanından yola düşürlər. Bileti online almaq mümkündür. Avtobuslar Kutaisi hava limanından Wizzair aviaşirkətin uçuşlarına uyğun olaraq xüsusi cədvələ əsasən hərəkət edirlər. Avtobusların hərəkət cədvəli, biletin qiyməti və online bilet alışı üçün https://georgianbus.com/new/?lng=eng saytına daxil ola bilərsiniz.Ümid edirəm, bütün suallarınıza bu postda cavab tapacaqsınız ????Suallarınızı kommentlərə yaza bilərsiniz. Bildiyim suallara cavab verməyə çalışacam.Faydalı olmaq diləyi ilə! ????✌️Əgər yazını bəyəndinizsə aşağıda olan Facebook düyməsini seçərək blogpostu Facebookda paylaşın ki, dostlarınız da yazılarımızdan xəbərdar olsunlar. Yox əgər Gəzəyənlərin yazılarından ilk xəbər tutmaq istəyirsinizsə aşağıda “abunə ol” bölməsinə mailinizi yazaraq düyməyə klikləyin. Hələlik bu qədər, növbəti yazılara qədər…Paylaşdı: Ilgar Afandi

1726 dəfə oxunub

Budapeşt-Vyana-Praqa turu

Hörmətli qrup üzvləri!Sizlərə tur şirkətlərin çoxunun təklif və təşkil etdiyi 6 gecəlik Budapeşt-Vyana-Praqa turu haqqında qısa məlumat vermək istəyirəm, ümid edirəm, maraqlananlar üçün faydalı olacaq.1. İlk öncə şenqen viza üçün Dəmirçi Plazada yerləşən Çexiya viza mərkəzinə müraciəti etdik. Müraciət edərkən, aşağıdakı sənədlərin olması lazımdır.Passpot ( ən azı 2 boş səhifəsi olmalıdır, son istifadə vaxtına ən azı 4 ay vaxt qalmalıdır.Şəxsiyyət vəsiqəsiEvlisinizsə, nigah şəhadətnamənizin notarial qaydada ingilis dilində tərcüməsi.Visa müraciət blankıBiometrik şəkilİş yerindən arayışBank hesabınızdan son 6 ayın çıxarışı və bankdan səfirliyə arayışVisa və ya master cardınızın sürətiBilet bronuHər 3 şəhər üçün hotel voucheriTibbi sığorta.Viza rüsumu 70 azn, xidmət haqqı isə 55 azn civarındadır.Budapeşt-Vyana-Praga.Bakıda köhnə hava limanından Wizzairlə ilk Budapeştə gedirsiniz, biletə özünüzlə 10 kg əl bagajı daxildir, əlavə 20 kg yük bagajı ehtiyacınız varsa, 40-50 avro arası online ala bilərsiniz, təyyarədə yemək və su vermirlər, pulla almaq olar. Uçuş hal-hazırda Bakıdan səhər saat 6 radələrindədir, səhər 8-9 arası Budapeştdə olursunuz.BudapeştBudapeşt hava limanından şəhər mərkəzinə getməyin ən yaxşı yolu E100 nömrəli avtobusdur, 900 forentə ( təxminən 2.9 avro) düz şəhərin mərkəzinə getmək olur, oradan da qaldığınız yerə ictimai nəqliyyatla gedə bilərsiniz, şəhərin ictimai nəqliyyatı çox rahatdır, 10 gedişli bilet 10 avro civarındadır, bu biletlə şəhər daxili metro, avtobus, tramvay və trolleybusdan istifadə edə bilərsiniz. Gedəcəyiniz yerə nə ilə getməyinizi öyrənmək üçün, Google Maps çox köməkçidir, gedəcəyiniz adresi qeyd etməklə həm piyada, həm də nəqliyyat vasitələriylə gediş yollarını sizə göstərir. Budapeşt şəhərində cəmi 1 gün qaldığım üçün şəhər haqqında çox məlumat verə bilmirəm, ümumi olaraq bunları deyim, ölkənin pul vahidi forentdir, hal-hazırda 100 avro 32000 forentə bərabərdir, yaxşı olar ki, pulunuzu forentə çevirəsiniz və ya kartla ödəniş edəsiniz, avroyla ödəniş etsəniz, kursda uduza bilərsiniz. Şəhəri Dunay çayı 2 hissəyə bölür, Buda və Peşt. Mütləq Parlament binasına, Bazilika qalası ətrafı və Buda Qalasına gedin. Şəhərin mərkəzində bir çox restoranda kondisioner yoxdur, qiymətlər ortalama normaldır, şəhər çox təmiz olmasa da, qəşəngdir, getməyə dəyər, peşman olmazsınız.P.S. Marketdən su alarkən diqqətli olun, çəhrayı rəngli qazsız, göy rəngli qazlıdır ????VyanaBudapeştdən Vyanaya Regiojet şirkətinin avtobusuyla getdim, avtobus çox rahatdır, içində wi-fi mövcuddur, bundan əlavə qarşında monitor, qulaqcıq, telefonu şarj etmək üçün usb yeri, çay və ya kofe, tualet də var, bilet təxminən 20 avroyadır, yol 2 saat 50 dəq.Vyana şəhəri çox gözəl təsir bağışlayır, çox təmiz və tarixi şəhərdir. Şəhərin mərkəzində, sightseeing bus turuna qoşulsanız peşman olmazsınız, 24 saatlıq bilet 25 avroyadır, avtobus turunda qulaqcıqla rus, ingilis və ya türk dillərində gedəcəyiniz yerlərin adı və tarixiylə tanış ola bilərsiniz. Tur səhər saat 9dan axşam saat 20.00a kimi işləyir, tur vasitəsiylə Belvedere sarayı, Opera Binası, Parlament, Mozart və Bethovenin ev muzeyləri, İncəsənət muzeyi və bir çox digər tarixi yerlərdə düşüb, orayla tanış ola, şəkillər çəkə bilərsiniz. Hər 10-15 dəqiqədən bir olduğunuz yerdən avtobuslar gəlib sizi digər yerə apara bilir.Vyanada ictimai nəqliyyat da çox rahatdır, tək gedişli bilet 2.8 avroyadır, ancaq gün ərzində çox yerə gedəcəksinizsə, 24 saatlıq 8 avroya olan bileti almağınız məsləhətdir, bu biletlə 24 saat ərzində, şəhərdaxili avtobus, metro və tramvaydan istifadə edə bilərsiniz.Şəhər ümumilikdə bahalıdır, ancaq uyğun qiymətlərə də çox şey tapmaq olar.Naschmakt adlı bazar çox maraqlıdır, həm də orada yerləşən restoranlarda istədiyiniz yeməyi tapa bilərsiniz, qiymətlər ucuz olmasa da, baha da deyil.Vyanada Belvedere sarayına yaxın Enzianna hoteli məsləhət görərdim, həm yerləşdiyi ərazi yaxşıdır, otağı genişdir, səhər yəməyi yaxşıdır, düz qabağında tramvay xətti var, mərkəzə piyada da getmək olar, qiyməti də Vyanaya görə uyğundur. Tarix, mədəniyyət və incəsənətlə maraqlananlar, muzey gəzintisi sevənlər üçün ideal şəhərdir Vyana.PragaVyanadan Pragaha Regiojet avtobusuyla gediş, yol 4 saat 30 dəqiqə.Pragaya-Vyanayla Budapeştin qarışığı demək olar bəlkə də, şəhər çox tarixi, eyni zamanda da çirklidir. Ölkənin pul vahidi kroundur, 1 avro 25 çex kroununa bərabərdir. Şəhərdə gəzməli-görməli, mərkəz yer çoxdur. İctimai nəqliyyat burda da rahatdır, 24 saatlıq bilet 4.5 avro civarındadır. Ümumi qiymətlər vyanayla müqayisədə uyğundur, Budapeştlə bir-birinə yaxındır.Köhnə Qala, Karl Körpüsü, Starometska, Namesti Republik , Rəqs edən bina və bir çox digər yerləri görmək məsləhətdir.Restoranlar çoxdur, hər qiymətə, hər mətbəxə uyğun tapmaq olar, donuz əti yeməyənlər diqqətli olsunlar, toyuqlu sezar salatından belə donuz əti dilimləri çıxa bilər, pivə həvəskarları üçün əla şəhərdir, həm pivələri dadlıdır, həm də su qiymətinədir.Yoldakı taksilər çox bahacıldır, yoldakı taksiçinin 15 avroya deyinə-deyinə apardığı yola, Taxifydan sifariş etdiyin taxi 4 avroya aparır, çox rahatdır taxify xidməti burada.Pragada da Budapeşt kimi kondisioner problemdir, çox yerdə olmaya bilər, hotel rezerv edərkən, dəqiqləşdirin.Ümid edirəm ki, faydalı oldu.Əgər yazını bəyəndinizsə aşağıda olan Facebook düyməsini seçərək blogpostu Facebookda paylaşın ki, dostlarınız da yazılarımızdan xəbərdar olsunlar. Yox əgər Gəzəyənlərin yazılarından ilk xəbər tutmaq istəyirsinizsə aşağıda “abunə ol” bölməsinə mailinizi yazaraq düyməyə klikləyin. Hələlik bu qədər, növbəti yazılara qədər…Paylaşdı: Refiq Alili

3757 dəfə oxunub
Bizi izləyənlər siyahısına qoşulun!