1985 dəfə oxunub

Little little, into the middle şəhər – Belqrad

Belqraddakı otel, apartament və hostelləri bu linkdən book (bron) edə bilərsiz.

Aprel ayının 14-ü və 17-si xristianların pasxa bayramı idi. Mən də dedim bu bayram günlərindən istifadə edib bir səyahət edim, yeni bir ölkəyə, şəhərə gedim. Keçən ilin iyun ayında sevimli Brüggemi səyahət etmişdim. Ondan sonra 2 dəfə Praqa, Vyana, Ankara, 1 dəfə isə Moskvaya getməyimə baxmayaraq, yeni ölkə tilsimimi qıra bilmirdim ki, bilmirdim. Nəhayət az qala 1 ildən sonra bu tilsimi sındırmağın zamanı çatmışdı.

Belgrada necə gedib çıxdım?! İlk öncə BlaBlaCarla getməyi yoxladım. Bir sürücü tapdım sorğu göndərdim, sonradan sürücü dedi ki, ancaq Novi Sada qədər gedirəm, oradan Belgrada gərək başqa nəqliyyatla gedəsən. Beləcə BlaBlacar sevdam baş tutmadı. Avtobuslar isə, gündə cəmi 2 dəfə gedir deyə, vaxtları mənə uyğun olmadı. Belə də, son alternativ olaraq qatarla getməyi qərara aldım. Macarıstan dəmir yollarının saytı olan www.mavcsoport.hu -dan 9920 macar forintinə (təxminən 32 avro) biletimi 1 gün öncədən alıb, Keleti dəmiryolu vağzalına yola düşdüm. (Bir şeyi deyim ki, macar dəmir yollarının saytından bilet alırsınızsa, həm gediş, həm də qayıdış biletini dəmir yolu vağzalındakı makinalarda çap etməlisiz). Normalda qatar 22:25-də Keletidən yola düşür və 06:13-də Belgradın mərkəzi stansiyasında çatır. Amma mən getdiyim gün tam da pasxa ərəfəsi idi deyə, qatarda boş yer yox idi, hətta ilk 2-3 dayanacağa qədər ayaqüstə də bir neçə nəfər getdi. Həm Macarıstanı tərk edərkən, həm də Serbiyaya daxil olarkən gömrük yoxlamasından keçdiyimizdən, bir az yubanmalı olduq.

[caption id="attachment_630" align="aligncenter" width="551"]belgrado-uai-1761x1174 Belgrad gecələri[/caption]

Belgrada çatana qədər hələ 2 dəfə gömrük yoxlamasından keçmək lazım idi. Macarıstan sərhəddini problemsiz keçdik, gəldilər passportlarımızı yoxladılar, möhürünü vurdular keçdik Serbiya tərəfə. Əsl kino burda başladı. Qatarın ən başında olduğum üçün passportu yoxlananlardan ilk mən oldum və gömrük işçisi passportumu alıb serbcə dedi ki, düş aşağıda gözlə. Əvvəl elə bildim deyir, düş aşağı xidmət elə, sonra gördüm yox, deyir düş aşağı gözlə ????. Qatar dolu olduğundan sərhədçilərin sərnişinləri yoxlayıb, geri gəlməsi hardasa yarım saata yaxın çəkdi. Bu arada da həm içimi bir qorxu alıb ki, görəsən nolub, Serbiyaya buraxmayacaqlarmı məni?! Rüşvətmi istəyəcəklər və s.?! Digər tərəfdən də özümə təskinlik verirəm ki, buraxmırlar, buraxmasınlar da, Serbiyadır görməsəm də olar və bütün qatardakıların baxışları altında çantamdan sendviçlərimi çıxarıb cool-cool yeməyə başlayıram. Nəysə sərhədçilər gəldilər, qatardan daha 3 nəfəri də düşürtdülər. Getdik otağa, heş zad. Sadəcə passportumuzu alıb scan etdilər və dedilər yaxşı yol! Beləcə səhər 7-ə qalmış gəlib çatdım Belqradın mərkəzi dəmir yolu stansiyasına. Qatardan düşən kimi, Belgrad yaz günəşi, ilıq nəfəsi ilə bir xoşgəldin dedi. Stansiyada 6-7 avro dəyərində macar pulu xırdalardım ki, avtobusa verməyə pulum olsun (ilk dəfə hansısa bir Avropa şəhərində belə insaflı exchange görürüdüm). Serblərin pullarının maraqlı adı var – dinar, özüvü lap ərəb nağıllarında kimi hiss edirsən, elə bilirsən, elə bu dəqiqə hardansa Əlibaba və 40 quldur çıxacaq. Beləcə avtobus dayanacağında Novi Belgrad, yəni Yeni Belgrada gedən avtobusu gözləməyə başladım. Çünki məni Couchsurfingdə qonaq edəcək Emiliyanın evi orada yerləşirdi.

[caption id="attachment_627" align="aligncenter" width="551"]3 Kalemegdan[/caption]

Artıq anladınız ki, Belgradda hostel/hostel xidmətlərin istifadə etməmişəm, amma hostellər çox ucuzdur. 4-6 nəfərlik otaqlarda bir adamın qiyməti 5-6 avrodan başlayırdı. Xərclərini lap minimuma endirmək istəyənlər və ya yerli əhali ilə tanış olub, qaynaşmaq istəyənlər, mənim kimi Couchsurfingdən istifadə edə bilərlər. Belgradda olduğum müddətdə Emiliya adlı bir şən, mehriban, çoxdanışan və yardımsevər bir serb məni qonaq elədi. İşlədiyinə görə çox boş vaxtı olmasa da, məni şəhərlə tanış etdi, şənbə günü maşınla adaya aparıb orani gəzdirdi. Bir sözlə yerli birinin evində qalmaqdan aldığım zövqü yenə də daddım.

Qida məsələsinə gələndə, Balkanların mətbəxi bizim mətbəxə çox oxşayır, yemək bişirmə üsulları, yeməklərin dadları və s. xüsusilə də mənim kimi vətəndən uzaq düşmüsünüzsə və Macarıstan kimi, mətbəxi bizim mətbəxin 180 dərəcə əksi olan yerdə yaşayırsınızsa, Serbiya sizə cənnət kimi görsənəcək. Serb burgeri, boşnak yeməyi olsa da az qala serblərin özəlləşdirdiyi çevapi (çevap çiçi), bir neçə növ ətin qarışımından hazırlanan möhtəşəm pljeskavice burgeri və s. Mən ilk gün Gavrila Principa 77 ünvanındakı Zavicaj restoranında qaymaq üstü serb burger yedim. Çox dadlı amma eyni zamanda da ağır yemək idi, məncə qaymaqsız daha dadlı və rahat olar. Serb burgeri ənənəvi burgerlərdən bir balaca fərqlənir, çünki onu çörəyin içərisində gətirmirlər, istəsəniz özünüz əlavə çörək sifariş edə bilirsiniz. Restoran kifayət qədər mərkəzi yerdə yerləşir, dadlı yeməkləri var. Serbiya ucuz ölkə olduğundan qiymətlər də çox münasibdir və tripadisordan Certificate of Excellence alıb. İçərisi də qədim slavyan stilində bəzədilib, xoş abu-havası var. Siqaret çəkənlər və çəkməyənlər üçün 2 otaq ayrılıb. Qısacası burda nahar və ya şam yeməyi yeməyə dəyər. Bundan başqa axşam Emiliya ilə Novi Belgraddakı street food cənnətinə getdik və orada hardasa 1 avroya çörəyin arasında çevapi aldıq. Sadəcə mükəmməl ????. Yeməkdən bir az daha çox danışmaq istərdim amma məncə bu qədər yetər. Gedib özünü yerində görün, dadın.

[caption id="attachment_628" align="aligncenter" width="551"]17916958_10212592855279294_2057381516_o Qaymaq üstü serb burgeri[/caption]

Şəhərdaxili nəqliyyatda, kart və ya bir dəfəlik biletlər istifadə edə bilərsiniz. 1 dəfəlik biletlər 150 dinardır, təxminən 1,2 avro. 72 saat limitsiz kartın qiyməti 700 serb dinarıdır, bu da təxminən 5,7 avro eliyir. Mən ilk dəfə 1 dəfəlik bilet aldım, sonradan isə 72 saatlıq. Bir də kart sistemi var ki, 89 dinar (0,7 euro) verərək kart alırsınız, sonra isə o karta gediş haqqı yükləyirsiniz və 1 dəfə işlətdikdə, 90 dəqiqə Belgraddakı nəqliyyat vasitələrindən istifadə edə bilirsiniz.

[gallery ids="631,632,633,634" type="slideshow"]

Belgradın özünə gəldikdə, şəhər sanki müxtəlif ölkələrin qarışımıdır. Bir az köhnə, bir az yeni Bakını, bir az Parisi, bir az İtaliyanın ensiz küçələrini xatırladır adama, bəzi yerlərdən isə komunizmin, Osmanlı işğalının izləri özünü açıq-aydın göstərir. Cem Yılmaz demiş Belgrad “Little little, into the middle” şəhərdir, hərəsindən bir az. İndi isə başlayaq adbaad Belgradın gəzməli-görməli yerlərinə:

  • Nikola Tesla muzeyi – Tesla adını eşitsəm də haqqında bir şey bilmirdim amma bu muzey mənə Teslanı sevdirdi və oradan qayıdandan sonra bir neçə gün Tesla haqqında araşdırma etdim, kəşfləri ilə tanış oldum. Muzeyə giriş 500 serb dinarıdır, təxminən 4 avro amma verdiyiniz pulun 5 qatını alırsız muzeydən. Xüsusilə də Teslanın kəşfi olan naqilsiz elektriki test edərkən.
  • Kalemegdan – Dunay və Sava çaylarının birləşdiyi yerdə, təpədə qurulmuş qala meydanı, xüsusilə gün batımında möhtəşəm görsənir. 200 likelıq selfielər çəkdirə bilərsiniz. Kalemegdanın içərisində, 2 dənə də muzey mövcuddur: hərb muzeyi və işgəncə muzeyi. Hər ikisi məsləhətdir. Muzeylərə giriş 1-2 avro ətrafındadır.
  • Knez Mihailova küçəsi – Bütün şəhərlərdə olduğu kimi, ən məşhur küçə, Bakının Torqovaya küçəsi.
  • Müqəddəs Sava məbədi – Aya Sofyanın “xristian” varyantı. İçəridə bir neçə ildir restavrasiya işləri getdiyindən, içi bir az boş görsənir.
  • Skadarlija küçəsi – dünyanın gəlmiş-keçmiş ən şirin küçələrindən biridir. Sağda-solda kiçik, şirin, italyan stilində kafelər, publar var.
  • Köhnə Müdafiə Nazirliyinin binası – Serbiyaya Nato hücumunda dağıdılan və sonradan restavrasiya edilməyən nazirlik binası.

    [gallery ids="637,635,638,636" type="slideshow"]

  • Ada Ciganlija – Qaraçı adası. Sava çayının ortasında yerləşən kiçik yaşıl bir ada. Gəzənlər, qaçanlar üçün ayrı, velosiped sürənlər üçün ayrıca bir zolağı var. Çox münasib qiymətə kafelər yemək yemək, 1 fincan qəhvə içmək olar. Sunset kafesinda Emiliyaya nahar yeməyi borcumu ödəmək üçün yemək yedik. Açıq havada, günəşli gündə çevapiləri yeyib, Dunayın mənzərəsindən zövq aldıq. Adan;n əks tərəfindəki sahilində isə Belgradın nudist, bizim dildə çılpaqlar çimərliyi yerləşir. Havalar hələ tam isinmədiyindən nudistləri görmədik amma Emiliyanın dediyinə görə, nudist çimərliyində sadəcə yaşlılar olur, həvəslənib getməyin ????
  • Və sona saxladığım Zemun qəsəbəsi. Dunay çayının sahilində olan kiçik, şirin bir məkan. Bir vaxtlar Avstriya-Macarıstan imperiyasının sərhədləri buralardan keçirmiş, ona görə də burada, imperiyanın nəfəsini hiss etmək olur. Qəsəbə 18-ci ərdən qorunub saxalanılıb. Sahildə xeyli iri-xırdalı gözoxşayan restoranlar, kafelər var. İlin isti aylarında Zemunu gəzib, kafelərin çöldəki masalarında oturub, bir Jelen pivəsi içə bilərsiniz. Bundan başqa, sahildə qu quşlarını yemləməyin də ayrı bir ləzzəti var. Zemundakı Janos Hunyadi qəsrinə çıxaraq, bütün Belgradı əlinizin içindəki kimi görə bilərsiniz.

    [gallery ids="642,641,640,639" type="slideshow"]

    Belqrad haqqında bu qədər.

    Əgər yazını bəyəndinizsə aşağıda olan Facebook düyməsini seçərək blogpostu Facebookda paylaşın ki, dostlarınız da yazılarımızdan xəbərdar olsunlar. Yox əgər Gəzəyənlərin yazılarından ilk xəbər tutmaq istəyirsinizsə aşağıda “abunə ol” bölməsinə mailinizi yazaraq düyməyə klikləyin. Hələlik bu qədər, növbəti yazılara qədər…

    Paylaşdı: Babek Musa-Zadeh

 

DİGƏR BLOQLAR

Budapeşt, Vyana, Praqa turu

Salam. Səfər Budapeşt-->Vyana--->Praqa---Budapeşt. Biletləri səfər tarixinə yaxın aldığım üçün ucuz olmadı. 3 adam üçün gediş qayıdış təxminən 1080 $. Şəhərlər haqqında ətraflı postlar olub qrupda, ona görə də şəhərlərin görməli yerləri filan haqqında qeyd etməyəcəm. Budapeştdə hotel Peştin mərkəzində Deak Ferenc metrostansiyasının yaxınlığında idi, airportdan bu metronun yanına 100E avtobusla gəldik, Hotel: Gozsdu court apartament 3*. Həm yerləşməsi, həm təmizliyi, səhər yeməyi əla idi. (Amma book edəndə səhər yeməyinə əlavə ödəniş etmişdim). Mən uşaqla getdiyim üçün hotelin ya özündə, ya da bir addımlığında cafe restarauntun olmağı vacib idi. Budapeştdəki hotelin düz yanında MATKA adlı restoran vardı. Yeməklər dadlı, məkan isə çox təmizdi. (Ənənəvi yeməkləri gulaj çox dadlıdır), Budapeşti hop off hop on bus turla gəzdik. Big bus tour ən yaxşıdır.Budapeştdən öncədən aldığım flixbus biletlərlə Vyanaya getdik. (Bizim hoteldən Nepliget flixbus stationa M3 metro / olmayanda isə avtobusla getmək olur). Vyanada International Bus stationda düşdük (flixbuslar bəzən gecikir, biletləri daha gündüz vaxtı üçün almaq sərf edir). Əsas məsələ burda başladı))). Google map düşdüyümüz yerdən bizim otelə U3 və daha sonra U4 metro xətləri ilə getməyimizi göstərirdi. Düşdüyümüz yerdə isə ancaq U1 idi. U1-den U4-ə ordan da 31 nömrəli trainlə otelə gəldik. Otel: My next hotel Leo 3*. Təmizlik və səhər yeməyi, xidmət yüksək səviyyədə. Amma oteldə restoran fəaliyyət göstərmir, özü isə şəhər mərkəzindən təxminən 2 km məsafədə (uşaqlılar üçün problem ola bilər).Vyanadan Praqaya da öncədən alınmış biletlərlə flixbusla gəldik. Praga Main railway stationda düşdük. Bus gecikdiyi üçün qaranlığa düşdük. Sonradan öyrəndim ki, həmin area safe deyilmiş (çoxlu alkaş evsiz vardı), ortadan iki tərəfli yol keçir (willsonova) və əks tərəfə yeraltı keçidlə keçirsən, (bu arada taxilər bizi hədəf götürmüşdü)) Google mapim dayanmşdı, roaming işləmirdi, otel 5 dəqiqəli məsafədə olsa da tapa bilmirdim. Sağolsun bir gənc cütlük (biri poland, biri alman) öz maplari ilə bizi otelə ötürdülər, Otel: şəhər mərkəzində Grandium Prague 5*. Xidmət, təmizlik, səhər yeməyi, restoranı çox yüksək səviyyədə. Praqadan geri Budapeştə qatarla qayıtdım. (hərçəndki qatarın əvəzinə bir başa flixbus seçib Budapeşt airportuna gələ bilərdim) qatar öz stopları ilə lap bezdirdi, Budapeştin Nyugati railway stationa gəldim, ordan yeraltı keçiddən keçib 9 saylı avtobusla Deak Ferenc metro stansiyasına, ordan isə 100E ilə airporta qayıtdım, Wizzairlə uçuş terminalı 2B. Vyana və Praqada tur istifadə etmədim (vaxt az olduğu üçün) özümüz gəzdik.Əgər yazını bəyəndinizsə aşağıda olan Facebook düyməsini seçərək blogpostu Facebookda paylaşın ki, dostlarınız da yazılarımızdan xəbərdar olsunlar. Yox əgər Gəzəyənlərin yazılarından ilk xəbər tutmaq istəyirsinizsə aşağıda “abunə ol” bölməsinə mailinizi yazaraq düyməyə klikləyin. Hələlik bu qədər, növbəti yazılara qədər…Paylaşdı: Sunay Mustafayeva

1958 dəfə oxunub

17 günlük 9 ölkə, 12 şəhər gəzintisi

9 ölkə 12 şəhər 17 günBakı Tiblisi Kutaisi Wroclaw Berlin Postdam Amsterdam Brüssel Luxemburg Zurich Milan Bologna Praqa Wroclaw Kutaisi Tbilisi BakıHardan başlasam yazmağa bilmirəm, "low cost" ilə səyahət həqiqətən mümkündü özdə nə istədim etdim. Öz axmaqlığım ucbatından taxiyə xərclədiyim pullar daxil: 10:30 da yuxudan durub 11:00 uçuşuna çatmaq kimi (reysə çatdığım anda sanki dünya kubokunu əldə etmişəm kimi sevinirdim.Gürcüstandan heçnə yazmıram hamı orda olubİlk dəfə Polşada olmaq o qədər də maraqsız deyilki taa ki Wroclaw-u kəşf edib bitirənə qədər.  Berlin və Potsdam nə qədər yazsam az olar, bilmirəm niyəsə o şəhəri çox sevdim, insanları çox ürəyiaçıqdı, günlük metro biletini və səhər yeməyini pulsuz verdilər, post terminalları işləmədiyinə görə (günün sonunda cash olaraq restorana pulun ödədim), dürüst olduğuma görə Kurasan da hədiyyə verdilər))) Postdama mütləq gedin krallığın yaşadığı sarayları görmək lazımdı Mütləq ki, gedilməsi lazım olan ölkələrdən biri də Amsterdamdi, Edwin Van Der Sari görmək mümkündü ki, otağında otursa əgər ama mən də görə bilmədim. Növbəti günə konfrans təşkil edəcəklərini və görüşə biləcəyimi dedilər ama bilet aldığım üçün əvvəlcədən imtina etdim Ajax-dan 29 euro tur götürə bilərsiz kanal turu daxil Getməyə Görməyə dey Hətta Amsterdamda da 1 bakal Pivə hədiyyə etdi restoran. Fries with joppisouse and honeywaffle dadına mütləqqq baxın) Məncə Brüsseldən danışmağıma ehtiyac yoxdu Şokolad və Pivənin vətənidir. Xüsusilə "Şokoladlı pivə" içməmisinizsə çox möhtəşəm bir daddan məhrum olmusuz deyə bilərəm. Brüsseldə özünüzü Parisdəki kimi hiss edə bilərsiz, əksəriyyət fransızca danisir Luxemburg ən çox sevdiyim birce polisləri oldu, nəqliyyat kartı almağıma imkan vermədilər (gözəl xanımlara cərimə yazmırlarmiş) kartsız full istifadə elədim ictimai nəqliyyatdan. Ölkəyə gəlincə gözəl balaca şirin bir şəhərdi, ucuz deyil ama. Zuriche gedib FİFA futbol muzeyinə getməmək olmaz təbii ki, giriş bileti elə 25 eur nəsə almaq istəsəz 100 eur yaxın xərciniz çıxacaq (əliniz cibinizdə olsun), şəhərin özünə gəlincə gedilməli yerlər çoxdu, sakitliyi və gözəl təbiəti ilə seçilir, bəzən qaydalari pozdum bilmədən ama məndən üzr istədilər Bahalığına gəlincə çox bahadı desəm az olar(( ama dəyər gedib görməyə. İtalya Milan getməyimə peşiman olduğum və birdaha heçvaxt getməyəcəyim şəhərdi. Bologno Milandan daha maraqlı balaca bir şəhərdi, peşiman deyiləm orda keçirdiyim 2 günə  Çox hündür bir qalasından bütün şəhəri izləyə bilərsiz, 5 eur giriş biletidi. Pasta pizza və dondurma mütleqki dadına baxmalısız. Pragaya gəlincə içkilərinə söz ola bilməz. Yerli içkilərdən isti çaxır və pivənin dadına mütləq baxın. Görməli yerləri az deyil ama vauu deyəcəyim şəhər də deyil. HEÇVAXT küçədə kiçik yerlərdə pul dəyişməyin. 28 faiz komissiya tuturlar sənədə imza atandan sonra heçnə dəyişə bilməzsiz (( 0% komissiya və dəqiq əlavə şərtləri olmayan yerlərdə pul dəyişin. Və yenidən Polşadayam edə biləcəyim heçnə qalmayıb deyə istirahət edirem həftə sonu qayıdıram(((Xərclərə gəlincə 1120 eur bütün biletlər hostel yemək daxil. Təxminən 300 eur planladigim kimi hədiyyə və plandan kənar xərclərə getdi.175 eur uçuş bileti Kutaisi-Wroclaw-Kutaisi36 eur baqaj174. 61 eur ölkələr arası biletlər şengen zonada8 lari Tbilisi Kutaisi Tbilisi qatarı54 azn Bakı Tbilisi Bakı qatarı və avtobus xərci. Cəmi 3 dəfə Mc Donalds, Burger King, Subway də yemək yemişəm o da ürəyim dəhşət çox istəmişdi. Qalan yeməklər isə restoranlarda oldu. Mərkəz küçədə restoranlar chox baha olduğunu üçün 10deq aralıqda piyada gedilə biləcək olan restoranlar normal qiymətə yemək təklif edirlər. Milli yeməklərin dadına 1 dəfə baxın azından. Məncə yetərlidir  Əgər yazını bəyəndinizsə aşağıda olan Facebook düyməsini seçərək blogpostu Facebookda paylaşın ki, dostlarınız da yazılarımızdan xəbərdar olsunlar. Yox əgər Gəzəyənlərin yazılarından ilk xəbər tutmaq istəyirsinizsə aşağıda “abunə ol” bölməsinə mailinizi yazaraq düyməyə klikləyin. Hələlik bu qədər, növbəti yazılara qədər…Paylaşdı: Айнур Гасымова

1493 dəfə oxunub

İtaliyadan Salamlar! İtaliya Bələdçisi

İtaliyadan salamlarBu postda 1 həftəlik İtaliya tətilimizdən danışacam.Qeyd edim ki,biz Yunanıstanda qaldığımız üçün buradan getmişdik.İlk əvvəl Selaniktən Napoliyə uçduq.Əvvəlcədən bron etməmişdik evləri,gedəcəyimiz şəhərə çatmamışdan 2-3 saat əvvəl edirdik bronu.İndi isə başlayaq Napolidən...Napoli-qəribə şəhər idi.İnsan özünü heç cürə güvəndə hiss etmir.Küçələri dar və natəmiz idi.Şəhər komandası çempion olduğu üçün extra qarışıqlıq var idi.Bu şəhərə təkrar sadəcə pizza yemək üçün gedərəm.Salerno-Napolidən flixbusla gəldik bu şəhərə.Burada iki gün qaldıq və çox sakit idi.Şəhər çox böyük deyil,amma necəsə hər dəfə yeni şeylər tapmaq olurdu.Buradan asanlıqla Amalfi coasta gedə bilərsiniz.Amalfi-What a nice coast?Tək kəlimə ilə möhtəşəmdir.Amalfi coasta Salernkda gəmiylə gəldik.Biz getdiyimiz vaxt belə turist əlindən tərpənmək olmurdu.Amalfi portda düşdükdən sonra Atraniyə poyada getdik və dənizə girdik.Hava çox isti olmasa belə mənim üçün kifayət idi.Bari-Bu şəhəri seçmə səbəbimiz Patrasa qayıtmaq olsa da 1 gün bütov qaldıq orada.İtaliyanın digər şəhərlərindən çox fərqlənirdi.Şəhərin tarixi yerləri çoxdur və dadlı yeməkləri var.Kiməsə fikir olsun deyə aşağıda xərcimizi yazacam,qeyd edim ki,qiymətə Bakı-Yunanıstan biletləri daxil deyil.Biz bu səyahətdə 2000 avro xərclədik 1 həftə üçün nəqliyyat daxil.Tövsiyə edərdim ki,avtobus biletlərini və hotel bronlarınızı əvvəlcədən edəsiniz.Yeməklər:məncə İtaliyada restoran qiymətləri normaldır.1 həftə üçün qidalanmaya 600 manat xərclədik.Yeməkləri çox dadlıydı.Mütləq napolitan pizzası və lasanga sınamalısınızPaylaşan: Aghgul Feyziyeva

293 dəfə oxunub

Mərakeş bələdçisi

Mərakeş səfərim sona çatır sabah. Qrupda praktiki məlumatlar olan post tapmamışdım gəlmədən öncə, ona görə gördüklərimlə bağlı qısa notlar götürmüşdüm burada paylaşmaq üçün əsl qışa dönmədən öncə.Bu post Mərakeşə səyahət etməyə hazırlaşan yaxud səyahət etmək istəyən Backpacker-lər (əsasən SOLO) üçündür (Maroc, Morocco, Fez, Merakesh, Mərakeş).ÜMUMİ PRAKTİKİ MƏLUMATLAR:Sim card - ilk iş, mən Inwi məsləhət görürəm, 50 dirhəmə 11 giga və 1 saat danışıq işi görür əgr telefonu kənara qoyub ölkəni gəzmək istəyirsinizsə.Taxi - həmişə hərəkətdə olan taksiyə əl edin, hər şəhərdə eyni rəngdə taxi maşınları var və qiyməti siz deyin, şəhərdaxili hara gedirsiz gedin 20 dirhəmdən çox olmamalıdır (aeroportları çıxmaqla - bəzən kənarda ola bilir aeroport) və hətta bəzi şəhərlərdə eyni qiymətdi hər yerə (Essaouira 7-8 dirhəm).Scam - küçədə heç kimdən heç nə soruşmayın qəti. Kim də nə desə “la, shokran” yaxud “no, merci” kifayət edir uzaqlaşdırmaq üçün əgər çox gəlsələr. Mağazalarda çalışanlardan soruşa bilərsiniz. Əgər kimsə hiss etsəniz ki yaxşılıq etmək istəyir həqiqətən də, öncədən bildirin ki, ona heç bir pul ödəməyəcəksiniz (mənim başıma neçə dəfə gəldi və mən bunu deyəndə onların hamısı dedilər ki “mənim dilimdə “sağ ol” desən bəs edər”)Haggling - hər yerdə qiymət danışa bilərsiniz rəsmən, milli geyim tipli nələrsə almaq üçün ən yaxşısı dərzi + mağaza olanlardı. Hansılar ki qiymətdə daha flexible’dılar enmək üçün. Bir də, mağazaların bağlanan vaxtı daha çox qiymətdə enirlər kimi hiss etdim.Restaurant - hər qiymətə hər cür restoranlar var, amma ən yaxşısı restorana girmədən öncə review check eləməkdi. Çünki zəhərlənmə yaxud ərzaq keyfiyyəti pis olan restoranlar çoxdu və bunu rəylərdə görə bilərsiniz.Language - bəzi postlarda oxumuşdum Mərakeşdə Fransızca danışmaları ilə bağlı, bura gələndə anladım ki, Fransızca bilməyənlər imiş bunların Fransızca danışa bildiyini düşünənlər. Bizdə rusdan ingilisə olan dəyişim kimi (yaşlı cavan nəsil), bunlarda da fransızdan ingilisə dəyişim gedir. Fransızca yaxşı danışan təbəqə universitetə filan getmiş təbəqədi. Hansı ki siz onları küçələrdə çalışan görməyəcəksiniz, gördüklərinizsə “broken french” danışır və danışdıqları ləhçə isə ərəbcələrinin standard ərəbcədən fərqli olduğu qədər fərqlidi Fransadakı fransızdan. Adi rəqəmləri, bahadır, sağa, sola və axtardığınız şeylərin adlarını fransızca öyrənsəniz elə onlar qədər bilmiş olacaqsınız və kifayət edəcək, belə o səviyyədə onsuz da ingilisi də bilirlər ona görə problem olmamalıdır ümumi.Alcohol - barların bəzilərindən başqa demək olar ki. çox yerdə tapmaq olmur. Carrefour’da satılır amma 20:00’da satışı dayandırırlar əksərən və çox bahadı, hətta Belçika qiymətlərindən belə baha idi :)Hashish - Mərakeş Avropa İttifaqının 70% importunu qarşılayır, bütün keyfiyyətlərdə bütün qiymətlərdə tapa bilərsiniz küçələrdə. Chefchaouen hashishi məşhurdur.Security - bütün ehtimallarda, üzərinizdə sizə anında lazım olacaq məbləğdən çox pul, sənəd ya pul qabı gəzdirməməyi tövsiyə edərəm. Əlinizde telefon gəzməməyi, həmişə arxadan kimsə gəlir ya gəlmir yoxlamağı, axşam tək çıxmamağı (ümumiyyətlə qrup yaxud bir neçə nəfər olanda həmişə daha yaxşıdı) tövsiyə edərdim.Rent a car - etməsəniz daha yaxşı əgər yerli biri yoxdursa sizlə, çünki şirkətlər həmişə nəsə tapır əlavə pul almaq üçün. Maşın sürmək fəlakət kimidir. Yol işarələri filan bir çox şəhərlərdə yox vəziyyətdədir.Transport - biletləri ok qiymətlərə ala bilersiniz. Rəsmi website’larından (aşağı əlavə edirem linkləri - website’lar fransızca yaxud ərəbcədi, amma google chrome istifadə edərək avtomatik tərcümə edə bilərsiniz):Train - sürət və normal qatarlar var (hər yerində yox amma). Şirkətin adi ONCF > https://www.oncf-voyages.maBus - avtobus şirkətləri CTM və Supratours > https://ctm.ma ve https://www.supratours.maVisa - Schengen ölkəsi oturumu olanlara çox rahat, online prosesdir və 1 saata göndərdilər e-visani. Digərləri üçün rəsmi website yoxlayın çünki sadələşdirmə prosesi gedir keçən ildən.ÜMUMİ TƏƏSSÜRATLARIM: Super ölkədir. Gəzməyə, görməyə dəyər. Çox mehriban insanlardır. Tarixidir və hər şəhəri digərindən çox fərqlənir həm təbiətinə, həm arxitekturasına, həm də tarixinə görə. Qiymətlər deyilən qədər ucuz deyil (Azərbaycandan bahadır ən azı) sözsüz ki, hansı ölkə ilə müqayisə etmənizə bağlıdır.GETDİYİM ŞƏHƏRLƏRLƏ BAĞLI QISA:EssaouiraBeach city, horse riding və surfing məşhurdu dəniz kənarında. Daha təhlükəsizdir digər yerlərə baxanda. Taxi 7-8 dirhəmdir hər yerə. Aeroportdan şəhərə bus da var, taxi də (taxi daha yaxşıdır, çünki bus qarışıqdır). Accommodation: Beach hostel. Gediləcək bar isə Taros ola bilər, canlı musiqi + alcohol + terrace.MarrakechXaotik amma gözəldir. Bahia üçün guide tutsaz əla olar çox öyrənmək üçün. Badi’ni özünüz də ziyarət edə bilərsiniz. Parklara mütləq gedin. YSL fanısızsa onun muzeyinə gedə bilərsiz. Online alın mütləq çünki sıra çox uzundu (combined ticket ile Majorelle ve Berber museum də görə bilərsiniz >https://www.museeyslmarrakech.com). Gueliz ərazisində gəzməyi unutmayın. Taxi üçün hərəkətdə olanları saxladın, 10-20 dirhəm arası gedə bilərsiniz Medina ilə digər yerlərin arasında. Riad Rouge Marrakech mütləq qalmalı olduğunuz yerdir.Sahara tour MerzougaZagora’ya sahara tour adı ilə aparsalar getməyin qəti. Orada qum təpələri filan yoxdur. Merzouga qışda çox soyuqdu axşam, getsəniz bunu nəzərə alın (mənfiyə düşür və isitmə yoxdur heç harda əgər luxury tour almamısınızsa). 1000 dirhəmə satılan turu biz 700’ə almışdıq danışıb, kontaktı var istəsəniz paylaşa bilərəm. Göy üzü filan super görünür (Milky Way daxil).CasablancaBir günlük görmək olar məscidə bir də bir neçə gözəl yerlərinə görə. Lissabona oxşayır biraz (daha dağınıq versiyası).RabatTəmiz, gözəl, az turist olan, aldatma filan halları çox az olan bir şəhərdir. Bir gün keçirtmək olar.ChefchaouenToy öncəsi gözəllik salonundan yenicə çıxmış cliché Azərbaycanlı qıza bənzətdim bu şəhəri. Estetik olaraq çox gözəldi, amma şəhərin ruhu yoxdur. Şəhəri süni olaraq şəkil çəkdirmək üçün yaradıblar sanki. Hər yer bir-birinə oxşayır və mən 3 gün qalsam da çölə çıxmağa çox da həvəsim olmurdu eyni şeyleri görməkdən bezdiyim üçün. Hiking üçün əla trekler var hansi ki ora ile bağlı mavi sözündən sonra ilk ağlıma gələn onlardı. Baraka hosteldə qalmağa dəyər.FezTarixi şəhərdir və keçmiş paytaxt olub. Burada daha çox yemək bişirmək və hamam tipli aktivitələr edə bilərsiniz. Riad Verus və Medina Social Club əla hostellərdir.Daha detallə ümumi məlumatlar istəsəniz planlamaya kömək məqsədilə bu website istifadə edə bilərsiniz: https://worldofwanderlust.comSON SÖZ:Təhlükə və s. ile bağlı olan cəfəngiyyatlara çox da inanmayın. Dünyanın hər yeri təhlükəlidir ehtiyyatlı olmasanız.Gözlərinizin çekdiyini isə heç bir kamera çəkə bilməz. Telefonu kənara qoyub getdiyiniz yerlərdə gözlərinizlə bütün gözəllikləri mütləq çəkin :)Hər fəsil hər yerdə fərqli gözəldir. Deyilənlərə əsasən, Mart, Aprel, Sentyabr və Oktyabr gözəl aylardır Mərakeşə səfər üçün.Bon voyage!

1721 dəfə oxunub
Bizi izləyənlər siyahısına qoşulun!