1571 dəfə oxunub

İsrail - Tel Aviv, Haifa, Qüds

Təl Əvivdəkibütün otel, apartament və hostelləri bu linkdən book (bron) edə bilərsiz.

Bir az yaxın oturun sizə 20 günlük İsrail səfərindən bir A4-lük təcrübələrimi danışım. Bakı-Tel Aviv gediş dönüş = 418 avro (THY) Hava limanından Şəhər mərkəzinə taxi = 70-80 $ BY14 Hotel, $150 / gün 0.33 l Cola = $ 2 Pivə = $ 8-10 Bərbər = $ 25 46123996_10217979551906627_7094072116449902592_n Demək başlayaq viza alma prosesindən. İsrail səfirliyi bu günə kimi getdiyim, gördüyüm və eşitdiyim ən ciddi təhlükəsizlik sistemi olan səfirlikdi. Ayaqqabının tikişlərindən, çəkisindən tutmuş kəmərin hər sm-nə qədər diqqətlə baxırlar ki, içində birdən silah falan keçirtmiş olarsan ????Təhlükəsizliklə bağlı suallar verilir, yalnız hə və yox cavabı verməlisən. Bəli və xeyr cavabları sorğunun yenidən başlamasına səbəb olur ???? Bu yorucu təhlükəsizlik prosedurundan keçib içəri girib görürsən ki, gülərüz işçilər oturub orda. Görüş qurtaranda hətta durub səni qapıya qədər yola salırlar. Yəni qapıdakı təhlükəsizlik işçiləri ilə içərdəki işçilər tam ayrı dünyanın adamıdı. Təhlükəsizlik xidməti hərəkətləri ilə “İsrailə getmə” deyir, içəridəkilər isə hərəkətləri ilə “qapıdakılara fikir verməyin, siz İsrailə mütləq gedin” deyir. Bilmirəm dəvətnamənin təsiri oldu ya yox, cəmi 2 günə İsrailə viza aldım. Halbuki getməyimə hələ çox vaxt var idi. Getmədən əvvəl bütün İsrailə gedib gəlmiş dostlarım deyirdilər ki, hazır ol ölkəyə giriş və çıxışda təhlükəsizlik xidməti saxlayıb 2 saat sorğu sual edəcəklər. Pasport kontrola yaxınlaşıb pasport və dəvət məktubunu verdim. Qaqaş bir neçə dəfə pasport və sənədlərə baxıb soruşdu ki, “What’s the purpose of your visit?”(orda Cem Yılmazı xatırlatdı qaqaş ) Sənədlərdən gəlmə səbəbim bəlli idi, yenə də dedim “Agriculture”. Başını yandakı pəncərədən salıb qızdan nəsə soruşdu sonra mənə çönüb ölkəyə giriş kartını və digər sənədləri qaytardı. Ümumi prosedur max 5-6 dəq çəkdi. “What a purpose” dedim öz-özümə ???? K/T bu ölkə üçün çox vacib sektordur, ona görə viza almaqda probleminiz yaşanırsa necəsə səfəriniz k/t ilə əlaqələndirin ???? Mənim səfərimin məqsədi MASHAV-ın İsrail K/T Nazirliyi və K/T Tədqiqat Mərkəzi ilə birgə təşkil etdiyi kursda iştirak etmək idi. Tel Aviv. Hava limanından şəhər mərkəzinə təxmini 20 dəqiqəlik yoldu və taxi ilə 70-80 $-a gəlmək olur. Eyni zamanda pulsuz avtobus da fəaliyyət göztərir hava limanından mərkəzə və əksinə. 46136847_10217979554706697_6653631423632637952_n Tel Aviv çox gözəl, təmiz, rahat, bahalı (həm də çoox bahalı) və dinamik şəhərdi. Dədə Qorqud düz deyib, Tel Aviv never sleeps. BY14 Hotelində dənizdən 5 dəqiqəlik məsafədə qalırdıq. Hər axşam 1-2 saatlıq şəhər turuna çıxırdıq. Gecə hər addım başı restoran, kafe və barlarda oturub yeyib-içən, deyib-gülən adamları görmək mümkündür. Dəniz qırağında gecə gündüz qaçan, idman edənləri görəndə elə bilirsən bütün Tel Aviv idmanla məşğuldu. Çimərlikdən 2 küçə içəri tərəfə keçirsən ki, hamı restoranlarda yeyib içir, marixuana iysi götürüb aləmi və elə bilirsən ki, hamı əyləncə adamıdı.???? Stres, qayğı və hər hansı bir problemdən əsər əlamət yoxdur bu şəhərdə. Tək problem odur ki, 6-cı günü hər yer bağlı olur və bazar günü isə iş günü olur. 3 həftə ərzində bu şəhərdə ən sevmədiyim şey bazar səhər tezdən durub K/T nazirliyinə getməyim idi ???? Sürücüləri bizimkilərə baxmış bir az mədənidi. Orda da tıxacda siqnal verən, dönmə işiğı yandırmadan başqa yola dönən və zolaq dəyişən özünə söydürən sürücülər çoxdur ???? Səhər və axşam Tel Avivə giriş çıxışda tıxac olur həmişə. Biz hər səhər hoteldən K/T Nazirliyinə(bir az şəhər kənardadı nazirlik) gedəndə tıxaca düşürdük. Azərbaycanda hər gün Xırdalandan şəhərə işə gedib gəlməyimi xatırlatdı o tıxaclar ???? Bizim Bakı-Xırdalan yolundakı tıxacla müqayisə etsən heç ordakına tıxac demək doğru deyil. Ölü dəniz. Doğrudan da ölüb sadəcə olaraq özünə deyən yoxdur. Demək kosmetika şirkətləri dənizin cənub hissəsini kiçik pondlara bölüb qurudub ordakı minerallarda kosmetika istehsal edirlər. Dənizin suyu ildən ilə ciddi şəkildə azalmağa başlayıb. Bir səbəb yağıntının olmaması, digər səbəb isə kosmetika istehsalıdır. Amma, Ölü dənizdə suyun üstündə uzanmaq gözəl təcrübədi. Məktəbdə coğrafiya dərsində müəllimimiz deyirdi ki, orda duzun miqdarı o qədər olur ki, suyun üstündə uzanırsan batmırsan. Maraqlı gəlirdi uşaqlıqdan. Canlı şahidi oldum, çox maraqlı yerdir. Suyun üstündə uzanıb kitab oxumaq da olur ???? Haifa.  Tel Avivdən sonra ən çox bu şəhəri sevdim İsraildə. Daha yaşıl, havası gözəl və ruhu olan bir port şəhəridir. Bahai Garden hissəsindən baxanda qismən Bakıya oxşatmaq olur. İsrailə gəlsəniz mütləq Haifaya getməyi planlayın. haifa1 Müqəddəs şəhər( Qüds və ya Jerusalem). Tel Avivdən 1 saat yarım məsafədə Ölü dənizin yaxınlığında yerləşən dünyanın ən qədim və müqəddəs şəhərlərindən biridir. İslam, İudizm və Xristanlıq dinləri üçün çox vacib məbədlər yerləşir. Ən dindar Yahudilər, ən dindar Xristianlar və ən dindar Müsəlmanları burda gördüm. Köhnə şəhər adlanan hissədə adından məlum olduğu kimi hər addımı tarixdi. Bir tərəfdə Yahudilərin ibadət etdikləri Wailing wall(Crying wall kimi də tanınır), bir tərəfdə Xristianların ziyarət etdiyi kilsə, digər tərəfdən də Müsəlmanların ibadət etdikləri Haram el Şerif və Mescidil Aqsa yerləşir. Çox asanlıqla “Yerusəlim sindromu”na tutulmaq mümkündür burda. Hər üç dinin ən dindarları bir arada və hər birini gəzdikcə adam fərqli hisslər keçirdir burda. Məscidlərin yerləşdiyi yerə keçmək üçün, İsrail polisi, Ərəb polisindən keçməlisən. Normalda bura gələn dostlarım və tur rəhbərimiz demişdi ki, hazır ol Qurandan sorğu sual edəcəklər. Polislərə yaxınlaşdıq, sadəcə haralı olduğumuzu soruşdular vəssalam. Məscidlərin girişində duran mühafizəçi də sadəcə salam aleykum deyir, aleykum salam cavabını gözləyir səndən. Bütün kontrol bundan ibarətdir ???? 46089011_10217979560826850_636152856323293184_n Köhnə şəhərdəki bütün dükkanlarda ən azı 50% qiymət salmaq olur. Ağızlarına gələn qiymət deyirlər, başlayırsan qiymət öldürməyə. Bura yolunuz düşsə nəzərə alın. 20 gün içində k/t aid çox şey öyrəndim. Bundan əlavə bunu bildim ki, İsrail üçün 2 həyatı əhəmiyyət daşıyan məsələ var. 1 təhlükəsizlik, 2 su. Hakimiyyətə gələn və ya gəlmək istəyən istənilən siyasətçi xalqı bu 2 məsələdən əmin etməlidir ki, hakimiyyətə gələ bilsin.

Əgər yazını bəyəndinizsə aşağıda olan Facebook düyməsini seçərək blogpostu Facebookda paylaşın ki, dostlarınız da yazılarımızdan xəbərdar olsunlar. Yox əgər Gəzəyənlərin yazılarından ilk xəbər tutmaq istəyirsinizsə aşağıda “abunə ol” bölməsinə mailinizi yazaraq düyməyə klikləyin. Hələlik bu qədər, növbəti yazılara qədər…

Paylaşdı: Ramil Azmammadov

DİGƏR BLOQLAR

Strasburq bələdçisi - "Capitale de Noel"

Sizə biraz Strasburqdan danışım...Bəzən yaşadıqlarını nə sözlərlə, nə də təəccüblə ifadə edə bilirsən. Gözlərimizin gördüyü, zövqümüzün oxşadığı və nəticə də keçirdiyimiz hislər sanki sonsuz bir xoşbəxtlik alqoritmidir. Nəticədə ortaya çıxan harmoniya biz var olduğumuz müddətdə bizimlə həmişə yaşayır və hər zaman emosional bir pəncərə kimi həyatda neqativ olduğumuz zamanlarda açılaraq bizi "charge" edir. Strasburq da onlardan biridir...Hər şey təsadüfdən doğur. Strasburqla görüşüm plansız şəkildə sürətlə cərəyan etdi. Norveçdən qayıtdıqdan 20 gün sonra təsadüfən Wizzair'in Kutaisidən 20 AZN dəyərində təklif etdiyi bileti görübdə almamaq "vicdan əzabı" olardı :) Bu tip biletlərə qarşı çox həssasam nədənsə. Uçuş Fransanın Mulhouse şəhərinə idi, Strasburqa 115 km məsafə yerləşir. Həmçinin ən bəyəndiyim hava limanı olanı olan BaselMulhouseFeiburg (3 ölkəninin aeroportu) ilk tanışılığım idi. Bu aeroportun özəl cəhətlərindən biri də əlverişli tranzit mövqedə yerləşməsidir, Fransa torpağında yerləşsə də Almaniya və İsveçrənidə əhatə edir. Təsəvvür edin, hava limanından Basel şəhərinə məsafəs 7 km-dir, yəni piyada ????Strasburqda münasib qiymətə hostel demək olar ki, yox dərəcəsindədir. Buna görə də Couchsurfingə üz tutdum və qısa müddətdə yerli bir fransız tərəfindən təklifim qəbul edildi. Gecə saat 02:00 və biz (1 nəfər yoldaş) nəhayət Strasburqa qədəm qoyduq. Gecə şəhərin sükutunu kainatın ulduzları tərəfindən ifa olunurdu sanki. Nəhayət evi çətinliklə tapıb, gecələdik.Qeyd edim ki, Alsas əyalətinin paytaxtı sayılan bu şəhər təbiətlə harmoniya təşkil edən şəhərlər silsiləsindəndir, bal ayı etmək istəyənlər üçün münasibdir fikrimcə, romantik şəhər adlandırmaq olar. Əlavə olaraq, 1 saatlıq məsafələrdə yerləşən Colmar şəhərciyinə və Baden-Badenə yəni Almaniya ərazisinə də keçmək olar.Şəhərin mərkəzi hissəsi "Le petite France" (lö peti fxonse) kiçik Fransa deyilən hiss əsas turistik yerdir. İll çayının qucaqladığı bu möhtəşəm şəhər bir-birindən fərqli, rəngarəng pitoresk evləri, kanalları, körpüləri, dar küçələri və yerli məhsulların satıldığı saysız-hesabsız mağazalar dolu, 273.000 əhalisi olan sakit, firavan, oksigen dolu bir həyat tərzinə malik bir şəhər.Şəhərdə gəzərkən mütləq Motsartın Romanze əsərini dinləyin, o zaman şəhərin ruhunu daha yaxından hiss edəcəksiz. İlk üzləşdiyim St. Paul protestant kilsəsi uzaqdan tipik görünsə də, yaxından nəzər yetirdikdə, fərqli toxunuşlar adamı valeh edir. Kilsələri sevirəm, səfər etdiyim şəhərlərdə ilk olaraq muzeyləri və kilsələri ziyarət edirəm. Lakin bu dəbdəbəli tikilini necə sevməyəsən, çox qədimdə deyil, 129 yaşı var. Onun "gothic" arxitekturalı tərzi, qədimi xarakterli olması, incə naxışlarla nəhəng bir tərzdə təcəssüm olunmağı və əlavə olaraq qeyri-səlis rəngə malik olmağı insanın gözündən lap ruhunu oxşayır. Strasburqun qəlbində yerləşən, hər il 6 milyon turistin ziyarətinə gəldiyi, yaxşı 1000 ildən çox olan, Notr-Dam katolik kilsəsini tərif etməyə isə sözlər kifayət etməz. Viktor Huqo da kilsə haqqında fikrini "nəhəng və incə möcüzə" olaraq bildirmişdir. Əslində boşuna deməyib, çünki kilsənin özünə xas olan rəngli daşları çox qırılqan və incədir, dəfələrlə yenilənib, bərpa olunmuşdur. Həmçinin kilsəni ağlın tapınağıda adlandırırlar. Kilsəsinin içərisindəki astroloji saat Rönesans dövrünün rəssam, heykəltaraş və riyaziyyatçıları tərəfindən ərsəyə gətirilmişdir.Həmçinin onu da qeyd edim ki, şəhər 1949-cu ildən Avropa Birliyinə ev sahibliyi edir. Avropa Parlamenti və onun İnsan Haqqları məhkəməsi də burada yer almaqdadır. Buna görə də AB-nin Brüsseldən sonra 2-ci əsas məkanıdır. Avropa parlamentinin Brusseldən sonra 2-ci əsas görüş nöqtəsidir.Əgər yazını bəyəndinizsə aşağıda olan Facebook düyməsini seçərək blogpostu Facebookda paylaşın ki, dostlarınız da yazılarımızdan xəbərdar olsunlar. Yox əgər Gəzəyənlərin yazılarından ilk xəbər tutmaq istəyirsinizsə aşağıda “abunə ol” bölməsinə mailinizi yazaraq düyməyə klikləyin. Hələlik bu qədər, növbəti yazılara qədər…Paylaşdı: Royal Planck‎

2009 dəfə oxunub

Paytaxt Sofiyada qarşılaşdığım 10 maraqlı məqam

Sofiyadakı bütün otel, apartament və hostelləri bu linkdən book (bron) edə bilərsiz.İlk öncə onu qeyd edim ki, Sofiya səfəri son 3 ayda Buta Airways ilə 3-cü səfərim idi. Mart ayında Tehrana, Aprel ayında isə İstanbula səfər etmişdim. İlk Buta təcrübəm  barədə bloq yazısı paylaşmışdım.  3-cü səfərimdən sonra da təəssüratım yazıda olduğu kimidir, yəni müsbət.Bolqarıstan 110 min kv. km əraziyə, 7,1 milyon əhaliyə sahib ölkədir. Onu qeyd edim ki, bu ölkə əhalisi azalmaqda olan ölkələr sırasındadır və proqnozlara görə 2030-cü ilə ölkə əhalisinin sayı 6,5 milyona, 2050-ci ildə isə 5,5 milyona enəcək.Ölkənin pul vahidi lev dəyərinə görə manatla demək olar, eynidir (1 lev – 1.03 manatdır). Danışıq dili rus dilinə çox yaxındır, aktiv istifadə olunan bir çox sözlər sanki, rus və türk dilinin qarışığı sözlərdir. Həmçinin ölkənin milli mətbəxi də rus və türk mətbəxinə çox yaxındır.Paytaxt Sofiya 1,5 milyon (bəzi mənbələrə görə 2 milyon) əhalisi olan, ölkənin ən böyük və strateji şəhəridir. Sofiyada bir həftə oldum, iki beynəlxalq tədbirdə iştirak etdim, bununla yanaşı şəhərlə yaxından tanış olmaq imkanı qazandım. Bu müddətdə rastıma çıxan maraqlı məqamları sizlərlə bölüşmək istəyirəm. İnanıram ki, bu yazı Sofiyaya səfər edəcək olan şəxslər üçün də faydalı olacaq.P.s. Bu yerdə İstanbul səfərinə başım qarışdığı üçün viza müraciətini gecikdirməyim və bununla da Bolqarstan vizası almaqda problem yarandığı zaman mənə kömək olub, vizanı almğıma səbəb olan Vizam.az kollektivinə operativ fəaliyyəti üçün təşəkkür etmək istəyirəm.1. NəqliyyatMetronun sonuncu stansiyalarından biri Sofiya aeroportudur. Bun görə də aeroportdan şəhərin əsas nöqtələrinə metro ilə gedə bilirsiniz. Sofiyada nəqliyyatın qiyməti Bakı ilə müqayisədə çox bahadır: 1 gediş – 1.6 lev. Amma burada “Daily Card” var ki, bu kartla bütün ictimai nəqliyyat sistemindən (metro, avtobus, trolleybus, tramvay) gün ərzində limitsiz istifadə edə bilərsiniz. Kartın qiyməti 4 lev’dir. Buna görə də Sofiyaya səfər edənlər üçün bu kart əladır.Ümumiyyətlə Sofiyada ictimai nəqliyyatın fəaliyyəti əladır. İlk dəfə idi ki, olduğum xarici bir şəhərdə taksidən istifadə etmədim. Yuxarıda qeyd etdiyim kimi, avtobus və metrodan başqa tramvay və trolleybus da fəaliyyətdədir və bir turistə lazım olan əsas nöqtələrə ictimai nəqliyyatla sürətli şəkildə gedə bilirsiniz.Eway.bg adlı əla bir sayt var, bunun vasitəsilə bütün növ ictimai nəqliyyatın marşrut xətti, dayanacaqları və s. haqda məlumat almaq olur.Metro iki xətdən ibarərdir, ona görə də stansiyaları tapmaq çətin olmur. Serdika stansiyası iki xətti birləşdirir. Elə şəhərin mərkəzi də Serdika stansiyası olan ərazilərdir. “Vitoşa Bulvarı” adlandırılan, Sofiyanın “Tarqovı”sı da məhz Serdika stansiyasının yaxınlığında başlayır.2. Serdika metro stansiyasıSerdika stansiyasının maraqlı quruluşu var. Stansiyaya ilk dəfə daxil olanda diqqətimi çəkdi. Stansiya şəhərin düz mərkəzində yerləşir. Buradan bir çox məşhur turistik nöqtələrə ayaqla gedə bilirsiniz.3. Daş örtülü yollarÇəkdiyim şəkillərə diqqət etsəniz görəcəksiniz ki, şəhərin əksər yolları asfalt deyil, daş örtülü yollardır. Hiss olunur ki, yollara düzülən daşların onillərlə yaşı var. Amma yolların vəziyyəti əladır.4. Başdan-başa yaşıllıqBakıdan gələn turist üçün Sofiyada həsrətlə baxacağı ilk şeylərdən biri şəhərin yaşıllığıdır. Nəhəng və yaşı çox olan ağacları şəhərin demək olar, bütün küçələrində görmək olur. Şəhərdə xeyli sayda park var ki, o parklar da başdan başa yaşıllıq içərisindədir. Bir sözlə, Sofiyada ciyərləriniz bayram edir.5. QiymətlərExpatistan.com saytından indiyədək istifadə etməmisinizsə baxın mütləq. Müxtəlif şəhərlərdəki ortalama qiyməti müqayisə edib, hansı şəhərin baha, hansının ucuz olduğunu göstərir. O saytda Sofiyanın Bakıdan 31% baha şəhər olduğu göstərilir, amma məncə fərq o qədər deyildi. Bir çox qiymətlər Bakı ilə aşağı-yuxarı eyni, bəziləri 10%-30% baha idi. Amma bəzi qiymətlərdə kifayət qədər fərq var idi (benzin – 2-2.5 lev, çörək 1-3 lev və s.)(Foto: Pizzeria Ugo, Vitosha Bul.)6. Aleksandr Nevski kilsəsi.Sofiyanın əsas simvollarından sayılan bu məbəd dünyada ən böyük ortodoks kilsələrindən biridir. Eyni anda 10 min insanı qəbul edə bilir.Şəhərin əksər turistik məkanlarından fərqli olaraq, bu kilsənin daxilində foto-video çəkmək istəsəniz 10 lev ödəməli olacaqsınız.7. ParklarSofiyada çoxlu parklar var. Nəhəng ağaclarla əhatələnən, bir sıra tarixi və turistik obyektlər yerləşən bu parklarda insanlar sözün əsl mənasında istirahət edirlər. Baxırsan ki, 3-4 nəfər musiqinin səsini yüksəldib, oynamağa başlayırlar. Yoldan keçənlər də çantasını kənara qoyub, gəlir qoşulur oynayanlara, birlikdə oynayırlar.8. Sofiyanın “Tarqovı”sı – Vitoşa BulvarıVitoşa küçəsi müxtəlif restoranların və brend geyim mağazalarının yerləşdiyi küçədir. Müşahidə etdiyim maraqlı bir məqam o oldu ki, bu küçədə demək olar hər gün mitinq olurdu. 4-5 polis mitinq iştirakçılarının önündə, 4-5’i isə arxalarında hərəkət edirdi. Yüzlərlə insan isə şüar səsləndirib, qazan, dəmir parçalarının bir-birinə vurub, səs-küy salırdılar. Maraqlıdır ki, bu, heç kimdə narahatlıq yaratmırdı.9. Mall of Sofia“Mall of Sofia” şəhərin ən böyük alış-veriş mərkəzlərindən biridir. Burada siz elə Bakıda da gördüyümüz bir çox məşhur qlobal brendlərin mağazalarını görə bilərsiniz. Restoran mərtəbəsində isə bəyəndiyim iki yer oldu: 1) “Аби” türk şirniyyat məkanı, 2) “Pizza Lab”. Burada pizzanın hazırlanması maraqlı idi, qarşında olan bütün ət və tərəvəz məhsullarından, cürbəcür souslardan seçib, pizzaya əlavə etdirirsən, cəmi 2 dəqiqəyə hazır olub, sənə təqdim edilir. Pizzaları da dadlı idi.10. TolerantlıqBələdçinin dediyinə görə, Sofiya dünyada ən tolerant şəhərlərdən biri sayılır. Siz Serdika stansiyasında düşüb, şəhərə çıxsanız, bir nöqtədə durmaqla həm kilsə, həm məscid, həm də sinaqoq görə bilərsiniz.Bir sözlə, bəzilərinin “Şərqi Avropanın Parisi” adlandırdıqları Sofiya sadə, amma gözəl havası və rahatlığı ilə görməli şəhərdir.Növbəti yazılarda “Veliko Tarnovo” və “Plovdiv” haqda oxuya biləcəksiniz.Əgər yazını bəyəndinizsə aşağıda olan Facebook düyməsini seçərək blogpostu Facebookda paylaşın ki, dostlarınız da yazılarımızdan xəbərdar olsunlar. Yox əgər Gəzəyənlərin yazılarından ilk xəbər tutmaq istəyirsinizsə aşağıda “abunə ol” bölməsinə mailinizi yazaraq düyməyə klikləyin. Hələlik bu qədər, növbəti yazılara qədər… Paylaşdı: Orxan Rzayev

1812 dəfə oxunub

Şəhər bələdçisi - Milan

Milandakı bütün otel, apartament və hostelləri bu linkdən book (bron) edə bilərsiz.Salam dostlar.5 günlük Milan səyahətimdən: ✈️1. Malpensa aeroportundan-mərkəzə(otel orda rezerv edilmişdi) taxi ilə 115 Euroya getdim.????????(avtobusla uyğun olmadığım üçün) ????2. Rezerv etdiyim “Chopin” adlı otelin 5 günlük qiyməti 480 euro???????? idi.( səhər yeməyi -10 euro xaric).Amma, buranı nəinki otel, hostel vəya ponsionat belə adlandırmazdım.????Qarşılanma sıfır, ingliscə danışa bilməyən ????personal(ümumi 3 nəfərdən ibarət), qaranlıq+soyuq otaqlar, köhnə ????????mebel, hamam və tualetin ????halı bərbad,metlax pol, tramvayın gurultusu otagın içində və s...????Otel sahibinə ( həm də reseptionda ????oturur) orda qalmayacağımı bildirib, ödədiyim pulu geri qaytarmağını istədim.Amma, bu Petruçço ????(əsl adı belə idi) bunun mümkün olmayacağını birtəhər başa salmağa çalışırdı.Mən isə, bununla çənə boğazdansa birbaşa Booking.com-a (London ofisi) telefonla zəng edib ????vəziyyəti bildirdim. Yalnız, bundan sonra məcbur qalıb pulu geri verdi.????Bu arada, booking.com mənə 466 euroya 4 ulduzlu İH Milan Gioia otelini ayarladı.????Şəhər haqqında:4.Milanda sürücülük mədəniyyəti (vəya mədəniyyətsizliyi) eynən Bakıdakı kimidir.( süni sıxlıq, harda gəldi saxlamaq, mənasız siqnalllar, işləməyən işıqforlar, piyada hərrəməmək və.s...????????????5. Eyvanlardan asılan paltarlar şəhərə başqa “yaraşıq verir”????6. Şəhər cibgirlər ????və dilənçilər???? ilə, doludu.7. Keçən əsrin tramvayları hələ də, işləyir????( ara sıra xarab da olur)8. Taxi xidməti bəzi avropa şəhərləri ilə müqayisədə bahadır.????9. 70% Küçələrin adları lövhələrdə yazılmayıb.❓10. İnsanların çoxu ingliscə danışa bilmir(hətta bəzi restoran və marketlərdə çalışanlar da) ????‍♂️-———Amma bütün bunlarla bərabər Milanın bir çox müsbət tərəfləri də var.1. Əvvəla onu deyim ki, insanları (əsl italyanlar) mehriban və ????????????səmimidirlər.(Petruçço xaric????)2. Restoranlarında dünya mətbəxinin ən ləziz təamlarını dada ????????????????????????bilərsiz.(qiymətlər münasibdi)3. İctimai nəqliyyat dəqiq və ucuzdur (avropanın çox yeri ilə müqayisədə) 1.50 euroya həm,avtobus,həm metro, həm də tramvaya minə bilərsiz.????????????4. Mərkəzdə (insanların sıx olduğu yerlərdə) təhlükəsizlik ????????????yüksək səviyyədədir.????‍♀️????‍♂️????????5. Dünyanın ən böyük “Duomo di Milano” kotedralı,????6. Dünyanın ən qədim ticarət mərkəzi “Galleria Vittorio Emanuele”????7. Dünyanın ən böyük teatr binası “La Skala”????????8. Leonardo do Vincinin «last dinner” freskası ????9. “Piazza Cavour,””Via Turati” və. 30'dan çox mərtəbəsi olan” Piazza della Repubblica”????10.”Pirelli” göydələni (36 mərtəbəli)????avour11. Məşhur”San Siro” stadionu və “AC Milan” ⚽️futbol klubu və legal Marixuana ????satışı ilə “MİLAN”dünya möhtəşəmləri sırasındadır....????Vaxt ayırıb,oxuduğunuz üçün minnətdaram!????P.s. İmkan olduqca Milanı gəzin amma unutmayın “Bütün yollar Romaya aparır”Əgər yazını bəyəndinizsə aşağıda olan Facebook düyməsini seçərək blogpostu Facebookda paylaşın ki, dostlarınız da yazılarımızdan xəbərdar olsunlar. Yox əgər Gəzəyənlərin yazılarından ilk xəbər tutmaq istəyirsinizsə aşağıda “abunə ol” bölməsinə mailinizi yazaraq düyməyə klikləyin. Hələlik bu qədər, növbəti yazılara qədər…Paylaşdı: Адик Сумгаитский

1432 dəfə oxunub

Albaniyaya Səyahət

Albaniyadan salamlarBu mənim Albaniyaya ilk səyahətim idi.Qeyd edim ki,mən Yunanıstanda təcrübə proqramında olduğum üçün buradan getmişdim.Albaniyada 4 gün qaldım.3 bölgəsinə getmək fürsətim oldu.GjirokasterSarandeKsamilGjirokaster tarixi bir bölgədir.Şəhərin bəzi yerlərində özünüzü Qubada hiss etmiş kimi ola bilərsiniz.Əsas yer old city adlanan tarixi hissəsi idi.Mən axşam radələrində çatdığım üçün qalanı gəzə bilmədim,amma tarixi küçələrində belə gəzmək xoş oldu mənə.Şəhərdə gecə həyatı aktivdir,tipik balkan həyatı:dadlı yeməklər,danışan insanlar.Bu şəhərdə bir gün qaldıqdan sonra səhər Sarandeyə keçdim.Ksamil-bura 5 il əvvəl dənizi olan səssiz bir kənd olub.İndi isə turistlər tərəfindən kəşf olunduğu üçün kəndə bənzəmirdi.Dənizi çox gözəl,təmiz və pulsuz idi.Hava 28 dərəcə olsa da dənizə girmək üçün soyuq hiss etdirmirdi.Ksamildə bir gün qaldım.Qaldığım hotel çox rahat və dənizə 8 dəqiqə məsafədə yerləşirdi.Yenidən Albaniyaya qayıtsam bu şəhəri görmək üçün olacaqSarande-Ksamildən Sarandeyə məsafə 20 dəqiqədir və yerli busla rahatlıqla gedə bilərsiniz.Sarande də hava isti olduğu üçün hər kəs dənizdə idi.Şəhər çox turistik bir yerdir,dadlı yeməkləri və mehriban insanları ilə yadımda qaldı.Azərbaycandan olduğumu deyəndə çox sevinirdilər.Qaldığım hotellər haqqında çox münasib olduğunu deyə bilərəm,amma yay aylarında daha baha olacağını dedilər.Mən yenə də yerləşdirirəm buraya.Ksamil-Vila BakaSarande-Enia's apartmentGjirokaster-yadımda deyil Albaniya mətbəxi-Mənim üçün səyahətdə görməli yerlərdən daha çox dadlı yeməklər mühümdür.Alban mətbəxi demək olar ki,türk mətbəxi ilə bənzərdir.Tave Kösi sınamağınızı tövsiyə edirəm,börəkləri və musakkaları dadlı idi. Albaniyada transport o qədər də yaxşı inkişaf etməyib.Köhnə stil buslardan istifadə olunur və standart vaxtda gəlmirlər bəzən.Xidmət sektorunda isə biraz diqqətli olmağı tövsiyə edərdim.Qabağa düşmək istəyənlər orada da var.Məsələn,restoranlarda menudakı qiymətlə hesabdakı qiymətdə fərqlər olur.Hamınıza xoş istirahətlərPaylaşan: Aghgul Feyziyeva

266 dəfə oxunub
Bizi izləyənlər siyahısına qoşulun!