995 dəfə oxunub

Aztek mədəniyyətinin beşiyi - Meksika bələdçisi

Mexikodakı bütün otel, apartament və hostelləri bu linkdən book (bron) edə bilərsiz.
Uzun və macəralı Meksika səyahətim bitdi. Və ölkə haqqında öyrəndiklərimi sizinlə də bölüşmək istəyirəm:

Meksikanın rəngli küçələrini; hər küncündə yüksək səsdə musiqi sədaları altında rəqs edən insanlarını; milli mətbəxindən takos, quesadilla, guacamole-nin dadını; salsa, bachata rəqslərini; əfsanəvi (əslində bacarıqsız) siyasətçi  Antonio Lopezdən (Santa Anna) tutmuş son dərəcə istedadlı,lakin faciəvi rəssam Frida Kahloya qədər personajlarla dolu tarixini; bütün dünyadan səyahətçilərin görmək üçün gəldiyi Chichen İtzasını; Cancunun, Tulumun yosunlu, mavi sahillərini; axşam çağı gitar ilə ifa olunan ispan mahnılarını; polislər ilə dolu olan rayonlarını həmişəlik xatirəmə həkk etdim..


Hə indi isə başdan başlayaq. 

Meksikaya səyahət etmək üçün ilk öncə təbii ki vizaya müraciət etməlisiniz. Sənədlər şengen vizası ilə bənzərdir, amma məlumat üçün qeyd edirəm:

1. İş yerindən arayış

2. 3 ay ərzində bank hesabından çıxarış

3. Əgər varsa adınıza olan mülklərin sənədi

4. Pasportun əsli və rəngli sürəti

5. Bir ədəd foto şəkil (3,5x4,5 ağ fonda)

6. Lazımı qaydada doldurulmuş blank

7. Sərmayə və ya digər bank hesablarından çıxarış (dəstəkləyici sənəd olaraq)

8. Viza rüsumu 51$

9. Təyyarə və otel bronları.

Görüş təyin etməli və sənədləri şəxsən təqdim etməlisiz.

Lakin! Vətəndaşlığından asılı olmayaraq, qüvvədə olan çox girişli (mult) Şengen zonası, ABŞ, Kanada,  Yaponiya və ya Böyük Britaniya və ya Şimali İrlandiya Birləşmiş Krallığı vizası sahibləri Meksika vizası olmadan da ölkəyə səyahət edə bilər. Elə mənim kimi (mult şengen viza ilə səfər etdim).

Daha geniş məlumat üçün embamex.sre.gov.mx saytına daxil ola və ya +994123103533 nömrəsi ilə əlaqə saxlaya bilərsiniz.

Qeyd etmək istəyirəm ki, konsulluğun əməkdaşları çox mülayim, köməyə hazır və səbrlidirlər (3 dəfə zəng vurub müxtəlif suallarımın hamısına çox səbrlə cavab verdilər).


Yol və ölkəyə giriş qaydaları❗️
Səyahətimi Türkiyə üzərindən THY ilə etdim.  Gedişdə toplamda 20 saat, qayıdışda isə 25saatlıq bir yolculuq oldu. Yorucudur mu? Təbii ki! Amma buna dəyər!
“Türkiyədə təyyarəyə mindirmirlər”- sözlərini siz də eşitmisiz yəgin ki. Amma bizim gözləmə zalında olan hamını buraxdılar.
Əsas məsələ Mexiko şəhərinin polis yoxlamasında başlayır. Belə ki, gözlərinə ABŞ-a illeqal yolla keçmək istəyən miqrant kimi dəyən kimsənin gözünün yaşına baxmırlar. Yoxlamadan başqa bir otağa aparılır insanlar, day orada nə baş verir, mən də bilmirəm.
Xoşbəxtlikdən bizim qrupda olan hamını buraxdılar, lakin kiçik problemlər elə biz də yaşadıq.

Belə ki əsas fikir verdikləri məsələ:
1. Səyahətinizin məqsədi;
2. Meksikaya neçənci dəfədir daxil olursuz;
3. Geri dönüş biletiniz;
4. Qalacağınız otellərin rezervasiyası (3/4 bəndlərinin çox zaman full ödənilməsini tələb edirlər)
5. Səyahət planınız.
Əgər polisi turist olduğunuza inandıra bilsəz, rahatlıqla ölkəyə daxil olursuz!
Lakin qeyd etməliyəm ki, geri qaytarılan insanların sayı çoxdur(bizim gözümüzün qarşısında elə 8-10 nəfər tutuldu). Diqqətli olmağınızı tövsiyyə edirəm.  

Bir müddət burada qalan, və ölkədə 7 şəhər(Mexico,Cancun,Tulum,Coba, Valladolid,Chichen İtza və Playa del Carmen) görən adam kimi deyə bilərəm ki, medianın biraz şişirdilmiş "Meksika təhlükəsi" stereotipi var. Şəhərdə təmami ilə tək gəzdiyim günlər oldu, və turist olduğum çox aşikar idi, amma heç bir şiddətə məruz qalmadım, şükür. Düzdür, daha turistik şəhərlərdə və məkanlarda idim. Və biraz diqqət edirdim ətrafa və getdiyim yerlərə, saata, buqədər.

İndi isə gələk əsas məsələyə, yəni xərclərə. 
Mənim xərclərim təxminən aşağıda kimi oldu: 
- Bilet. Bakı-Mexico-Bakı (THL ilə 4k AZN, biletimi bəzi səbəblərdən çox gec aldım, amma  biraz tez alsaz daha ucuza ala bilərsiz)
- Otel. Ortalama 4-5 ulduz gecəsi 120$= 204 AZN
- Taksi. İctimai nəqliyyatdan heç istifadə etmədim. Gününə 400peso= 40AZN ortalama taksi tuturdu.
- Gündəlik yemək. Gündə 2dəfə əsas yemək yesəz- oteldə səhər yeməyi+ 1 dəfə restoran, 1 nəfər üçün ən top restoran belə max 50-60$ başa gələcək (85-100AZN)
- Turlar. Turları da haradan sifariş verdiyiniz önəmlidir. Lakin şəhər mərkəzindəki turlar 210(city tour) -1000peso (21-100 AZN) arası dəyişir.
- Alış veriş. Qiymətlər demək olar ki Bakı ilə eynidir, bəlkə biraz daha ucuz.
- Mexico-Cancun-Mexico biletləri ortalama 200$ (340AZN)
- Kiçik xərclər üçün də 500-600 AZN əlavə xərcləyə bilərsiz (market, kofe, dondurma və s.)
- Muzeylərə giriş biletləri - 200-400 AZN (az və çox ola bilər, neçə muzeyə girəcəyinizdən asılıdır).


Ümumiliklə ölkəni çox bəyəndim
Hamıya həyatında bir dəfə bu möhtəşəm ölkəni görməyi arzulayıram.
Başqa sualınız varsa soruşun.
Btw səyahət etdiyim ölkələr haqqı uls_valley instagram səhifəsində daha ətraflı yazıram maraqlıdırsa, izləyə bilərsiz.
#mexico 

Əgər yazını bəyəndinizsə aşağıda olan Facebook düyməsini seçərək blogpostu Facebookda paylaşın ki, dostlarınız da yazılarımızdan xəbərdar olsunlar. Yox əgər Gəzəyənlərin yazılarından ilk xəbər tutmaq istəyirsinizsə aşağıda “abunə ol” bölməsinə mailinizi yazaraq düyməyə klikləyin. Hələlik bu qədər, növbəti yazılara qədər…

Paylaşdı: Ulkar Gurbanova

DİGƏR BLOQLAR

Bir gəzəyənin Türkiyə günlüyü – Bu dəfə Artvin

Artvindəki otel və hostelləri bu linkdən book (bron) edə bilərsiz.Yenə mən, yenə Qara dəniz:) Bu dəfə Artvin...Əslində əvvəlcə Rizənin gəzməli yerlərini bitirib Artvin tərəfinə keçəcəkdim, amma sevgili gəzəyənlərin bir hissəsi Şavşatla bağlı yazmaqda israr edincə bu tərəfə keçdim.Artvin Türkiyənin özündə belə Rizə ve Trabzona görə daha az kəşf edilmiş, amma təbiət müxtəlifliyi baxımından daha zəngin bölgədi. Qiymətləri Rizə tərəfinə görə daha uyğundu. Amma xidmət Rizə yaylaları qədər deyil, təbii ki istisnalar var. Görməli yeri desəniz, saymaqla bitməz. Neçə gün ayıraq desəniz, məncə, bir həftə...- Artvində maşınsız gəzmək Rizəyə göre daha çətindi. Düzdü, yolları ən azından bir çox yerdə asfaltdı, amma daha uzaq məsafələrdi və virajlı olduğu üçün daha yorucudu. Maşını olmayanlar turla getsə yaxşıdı.- Hələlik maşınla gedəcəklər üçün marşrutu yazıram. Məncə, ən uzaqdan başlamaq hər zaman daha yaxşıdı. Onun üçün də tövsiyəm əvvəlcə cittaslow Şavşata getməkdi. Sarp sərhəd qapısından Şavşata təxminən 3 saatlıq yoldu. Yola Hopadan girəcəksiz. Tamamilə asfalt, amma baş döndürəcək qədər çox dolanbaclı, eyni zamanda Çoruh çayının sahili boyu çox gözəl mənzərəli bir yoldu. Şavşatda Laşet Pansiyonun bungalowlarında qalmağınızı tövsiyə edirəm. Bu il bilmirəm, keçen il 175 lirəydi (sabah yemeyi daxil). Getmədən zeng vurub yer ayırın, çünki dolu olur çox vaxt.- Şavşatda ilk görməli olduğunuz yer Karagöl milli parkıdı. Yolu düzgündü. Sabah saat 10-a qədər gedin, daha sakit olur. Kənarında çadır da qura bilərsiz - yer var bunun üçün. Qiyməti 25 lira. Qayıqla gəzə bilərsiz - 20 dəqiqəlik tur 20 lira.Kənarında bir tesis var, çay içə, yemək yeyə bilərsiz. 12 yataqlıq yerləri də var - boş olsa qala da bilərsiz.- Karagöldən sonra Balıklı gölə (Pınarlı) gedə bilərsiz. Göl deyib gözünüzdə böyütməyin, kiçicik bir göldü, amma ondan bir az yuxarıya çıxınca windows mənzərələri var:) 4 km yürüsəniz Şrata göllərinə çıxacaqsız. Balıklı göldən sonra maşın yolu yoxdu - piyada getməlisiz.- Bu gölləri də görüb qayıdandan sonra xüsusilə payızda və qışda inci kimi görünən Yavuzköyü görmənizi tövsiyə edirəm. Klassik Şavşat evlərini görəcəksiniz - bu evlər Qara dənizdə başqa heç yerdə yoxdu. Yavuzköydə Şavşat Evində pendir əritməsi və silori yeyin:)- Şavşatdan sonra istəsəniz Yusufelinə keçə bilərsiz - amma ilk dəfədirsə çox risq eləməyin, yolları çox çətindi.- Artvinin o tərəflərini bitirib geri qayıtdıqdan sonra yolunuzu mərkəzə salın. Artvin mərkəzdə bir şey yoxdu, amma şəhərin içindən keçib yuxarılara doğru çıxdıqca mənzərə deyişir. Kafkasör Yaylasında qala bilərsiz.- Amma vaxtınız azdırsa bu istiqamətə girməyə də bilərsiz. Şavşatdan geri Borçkaya keçin. 3 saatlıq asfalt yoldu - yenə dolanbaclı təbii ki:) Bir Karagöl də Borçkada var - qalacaq yer yoxdu, amma gəzə bilərsiz. Borçka yaxınlarında, Klaskurda qalacaq pansiyonlar var - internetdən baxa bilərsiz.- Borçkada qalmaq istəməsəz - ki məncə qalmağa ehtiyac da yoxdu - Maçahelə gedin. Maçahel məncə Artvinin ən gözəl yeridi. Borçka Karagöldən davam eləyən asfalt yol sizi Camili kəndinə qədər aparacaq. Bu yolda ən riskli yer Canqurtaran keçididi, riski də çox zaman qatı dumanlı olmasıdı. Ən çox qəzalar burada olur, diqqətli gedin. Men 5 km sürətlə və sürekli siqnalla getdiyimi bilirəm:)- Maçaheldə görməli olduğunuz yerlər Maral şəlaləsi, Efeler, Kayalar və Camili kəndləridi. Camili tam Gürcüstan sərhədindədi - jandarma postunu görəcəksiz. Məscidləri, evləri maraqlıdı. Kayalar və Efeler kəndlərinin isə mənzərələri öldürücü dərəcədə gözəldi - təbii, yollarına girməyə cəsarət eləsəz:) Camiliyə qədər asfalt olan yollar kəndlərdə torpaq və bir tərəfi uçurum olan dar yollara çevrilir - xəbəriniz olsun. 4x4, ən azı 4x2 olmadan girməyin.- Maral şəlaləsinə Camilidən gedilir, bir yerdən sonra yol yoxdu, park edib, aşağıya doğru ən az 15-20 dəqiqə pilləkanlarla enirsiz. Pilləkanların ortasında çay içə biləcəyiniz kiçik bir kafe var. Enmək bir az yaxşıdı, çıxmaq yorucudu, nəzərə alın:)- Efeler- Kayalar köyü arasında Maçahel Baraka deyə bir yer var, bölgənin ən gözəl çayını için, ən gözəl balını alın. Maçahel balı Türkiyənin en yaxşı ballarından sayılır, unutmayın.- Maçaheldə harda qalmaq məsələsinə gəlincə, biz İremit Pansiyonda qalmışdıq. Keçən il adam başı 100 lira ödəmişdik( səhər və axşam yeməyi daxil). Bu il necədi, bilmirəm. Pansiyon köhnə bir kənd evidi və çox zaman dolu olur, hamı da Sevdanın yeməkləri üçün oraya gedir, siz də gedin:) Olmasa, Efeler ve Kayalarda başqa maraqlı pansiyonlar da var.- Maçaheldə əksəriyyət gürcü olduğu üçün gürcü mədəniyyəti, gürcü yemekleri hakimdi, klassik Qara dəniz mətbəxi gözləməyin.- Maçaheldən sonra istəsəniz Fındıklı, Gorgit yaylalarına gedə bilərsiz, amma rəhbərsiz yola çıxmayın. O kəndlərdə rəhbər tapa bilərsiz. Tapmasaz mənə yazın, mən taparam:)- Ən son aşağı enib Hopaya dönmədən Arhaviyə gedib Mençuna şəlaləsini də görə bilərsiz, istəsəniz. Amma yayda suyunun az olduğunu nəzərə alın.- Başqa sual qalmaz ümid eləyirəm ki:) Qaldısa, yaza bilərsiz:)Əgər yazını bəyəndinizsə aşağıda olan Facebook düyməsini seçərək blogpostu Facebookda paylaşın ki, dostlarınız da yazılarımızdan xəbərdar olsunlar. Yox əgər Gəzəyənlərin yazılarından ilk xəbər tutmaq istəyirsinizsə aşağıda “abunə ol” bölməsinə mailinizi yazaraq düyməyə klikləyin. Hələlik bu qədər, növbəti yazılara qədər…Paylaşdı: Könül Şamilkızı Nesibova

1869 dəfə oxunub

Ultra Music Festival

Splitdəki bütün otel, apartament və hostelləri bu linkdən book (bron) edə bilərsiz.Sizə bir audiofil və xüsusilə EDM musiqi fanatı gözü ilə Ultra Music Festival 2018 barədə yazmaq istəyirəm.Bilməyənlər üçün deyim ki, Ultra dünyanın ən məşhur elektron musiqi festivallarından biridir. David Guetta, Hardwell, Armin Van Buuren kimi ən məşhur DJ-lər 1 həftə boyunca yeri yerindən oynadırlar. Bu ilki festivalın 6-9 iyul tam cədvəlini birinci şəkildə qoymuşam. (Xüsusilə saatlara fikir verin)Çoxdandır UMF-ə getmək arzusunda idim. Amma heç vaxt biletlərin satış məqamına çatdıra bilmirdim özümü. Festival özü iyulda olur və ondan öncəki ilin sentyabr ayında biletlər satışa çıxır. Elə 1-2 həftə ərzində satılır. Keçən il, iyul aylarında qərar verdim ki, dəqiq 2018 festivalına gedəcəm. Özümü rəsmi saytlarında gözləmə listinə saldım. Sentyabrda şanlı mail gəldi ki, biletlər satışdadır. Aldım. Və elə o dəqiqə də, Airbnb ilə Xorvatiyanın Split şəhərində, düz elə festivalın keçiriləcəyi Poljud stadionuna yaxın ev tutdum.https://www.facebook.com/tural.us/videos/10216338791367612/O vaxt evi 107$-a tutmuşdum, 4 günlük. Sonra 4-5 ay ərzində müxtəlif vaxtlarda ev yiyəsinə göndərdiyim mesajlara cavab gəlmədi. Nəhayət fevralda başa düşdüm ki, gözləmək mənası yoxdur. Airbnb-yə yazdım. Cancel eləyib yenidən ev tutmağı məsləhət gördülər amma bu dəfə artlq 300$-a başa gəldi ev. Airbnb ilə danışıqlarım nəticəsində 200$ kredit verdilər, məndən çıxan 100$ oldu yenə)Vaxt keçdi, festival vaxtı gəlib çatdı. Pragadan Flixbusla yola düşdüm Splitə. Nə az, nə çox 16 saatlıq yol, Zagrebdə stop ilə.Yolun 1-ci hissəsini Colombialı dünyanı gəzən qız ilə dəhşət maraqlı söhbət, 2-ci hissəsində isə Castella-lı (Splitin yanında şəhər), bundan öncə UMF-də backstagedə köməkçi işləmiş qızla söhbətlə keçirdim. Ondan da bütün festivalın tips & tricks-ini öyrəndim.Ayın 5-i çatan günü giriş brasletimi aldım stadiondan ki rahat keçim səhəri gün. Və elə həmin gün 15 nəfərlə tanış oldum, hərəsi bir yerdən. Daha DXB-də işləyən ərəbdən tutmuş Argentinadan avropa səyahətinə çıxmış qaqaşacan.Festival 19:00-da başlayıb səhər saat 5-də bitirdi. Səhəri gün elə təxminən 8-də getdim ora.https://www.facebook.com/tural.us/videos/10216338926330986/Təsəvvür edin, stadion və ətrafı 4 fərqli stagedir. Hərəsində fərqli dj-lər, birinci şəkildə göstərildiyi kimi. Yəni bir party-də bezəndə, o birinə gedə bilərsən. 5-ci şəkil main stage - yəni stadionun içidir.Axırıncı video Armin Van Buuren və festivalın əsas fazasının bağlanışıdır. Mən axırıncı dəfə oxşar hissləri Hans Zimmer konsertində keçirmişdim. 3 saatlıq sessiyanın hər saniyəsi tükləri biz-biz edən, adamı tamamilə musiqinin kontrolu altında tutan, stadionu titrədən performansı ancaq Armin Van Buuren verə bilərdi. Bütün digər djaylərdə fikirləşirdim ki, bax bu hissədə bunu daha düzgün edə bilərdi, filan keçid daha yaxşı ola bilərdi. Armindəki professionallıq o qədər yüksəkdir ki, bütün yaşadığım audio-vizual təcrübə "işi belə görərlər" mesajı verdi, bir dənə də olsun səhv tapa bilmədim. Tək sözlə dəhşət performans. İndiyəcən kameranın linzalarını da titrədən çəkic kimi baselər başımdadır.https://www.facebook.com/tural.us/videos/10216338931851124/Festivaldan ümumi təəssürat - dəhşət. Enerjisi tükənmiş gedib, 100% dolu enerji ilə qayıtdım. Möhtəşəm vizual effektlər, adamın sümüklərini titrədən audio və səhərəcən marionetka kuklalar kimi musiqinin kontrolu altında rəqs bu festivala qoyulan pulun qəpiyinəcən dəyərli edir.Bundan başqa da, belə yerlərdən adama özünü eyni dalğada hiss etdiyin dostluqlar qalır. Pablo ilə festivalda tanış olduq, 32 yaşlı Argentinalı SEO professionalı. 3 günlük söhbətlərimizdə o qədər ortaq baxışlar çıxdı ki, 10 ilin dostu kimi ayrıldıq. Axırda da, məlum oldu ki, ikimizin də ad günü 9 iyundur. O məni latın Amerikasına, portugaliyalı yeni dostum məni sentyabrda Lissabonda keçiriləcək BPM music festivala dəvət etdi.Bir sözlə, gedin belə yerlərə. Hər saniyəsi yaddaşınıza həkk olunacaq, inanılmaz yeni tanışlıqlar və dostluqlar əldə edəcəksiniz.P.S, Latın Amerikası zor təklifdir, gərək biletləri araşdırım :)Əgər yazını bəyəndinizsə aşağıda olan Facebook düyməsini seçərək blogpostu Facebookda paylaşın ki, dostlarınız da yazılarımızdan xəbərdar olsunlar. Yox əgər Gəzəyənlərin yazılarından ilk xəbər tutmaq istəyirsinizsə aşağıda “abunə ol” bölməsinə mailinizi yazaraq düyməyə klikləyin. Hələlik bu qədər, növbəti yazılara qədər…Paylaşdı: Tural Ali‎     

1144 dəfə oxunub

Auschwitz - Ölüm kampı

Auschwitz. Digər adıyla ölüm kampı.1942-ci ildən etibarən Avropanın fərqli ölkələrindən Yəhudilər toplanaraq Auschwitz’ə və daha sonralar inşa edilən Birkenau (daha geniş əraziyə malik olan 2-ci kampa) göndərilirdi. Bu kamplara təxmini olaraq 1 milyon 300 min Yəhudi, 150 min Polyak, 23 min Roman, 15 min Sovet müharibəsində əsir götürülmüşlər gətirilmişdi. Öncələri kamplara daxil olanların qeydiyyatı üçün şəkilləri çəkilsə də bu metodun xərcli olması səbəbindən daha sonralar hər kəsin tattoo ilə qeydiyyata alınmasına qərar verildi. Auschwitz’ə gətirilənləri öncəliklə SS həkimləri tərəfindən qruplara ayrılırdı:Məcburi və ağır işlərdə çalışdırılmağa yararlı olan fizikən güclü olanlar (qidaların çatışmamazlığı səbəbindən onların gücləri tez tükənir, daha sonra da ya donaraq, ya iş qəzasında ölürdülər),Üzərində vəhşicə tibbi sınaqlar keçirməyə yararlı olan qadınlar və uşaqlar (daha ağrılı ölümlərə tabe tutulanlar). ‘Auschwitz’in Əzraili‘ olaraq adlandırılan Josef Mengele SS həkimlərindən biri idi (daha sonra qaçaraq Braziliyada həyat qurur və əcəldirmi bilinməz dənizdə üzərkən ölür).Heç bir məqsəd üçün yararlı olmayanlar isə öldürülmələri üçün qaz otaqlarında və ardından isə cəsədlərin yandırılması məqsədi ilə krematoryuma göndərilidirdi.Saxlama kampının ilk və ən uzun müddət xidmət edən komendantı olan Rudolf Höss saxlanılanların öldürülməsi üçün zəhərli Zyklon B təmin edilməsini əmr edir. Əslində bir dezinfeksiya maddəsi olan Zyklon B, qapalı məkanda (qaz otaqlarında) yaydığı buxarla dəqiqələr içində ölümə səbəb verirdi. Sağ qurtulanların dediklərinə əsasən: SS zabitləri saxlanılanları ölümə göndərərkən “biz sizi digər və daha yaxşı şəraiti olan kampa göndəririk deyib ölüm yoluna yollayırdı və nəticədə qarşıdurma yaranmırdı. Bununla yanaşı qaçmağa cəhd edənlər və ya daha ağır cinayətlərdə təqsirli bilinənlər üçün Aushwitzh-də ölüm divarı (shooting wall) və kampın mərkəzində yerləşən dar ağacları var idi və bu qətillər kütləvi şəkildə hər kəsin gözü önündə icra edilirdi.1944-cü ilin sonlarına yaxın kamplarda baş verən kütləvi qətliamların gizli çəkilmiş şəkilləri Londona göndərilmişdi və artıq kamplarda olan bitənlərdən digər ölkələrin də xəbəri var idi. Sovet qoşunları 1944-cu ildə Aushüitzhə hücumə keçərkən SS zabitləri kampta yerləşən qaz otaqlarını partladaraq öz cinayətlərini ört basdır etməyə çalışdılar. Bizə bələdçilik edən xanım Polşa əsilli idi və hər gündə 2 tura rəhbərlik etməsinə baxmayaraq baş verənləri danışarkən səsi titrəyir, gözü dolurdu. (ərazidə 200-ə yaxın bələdçi var). Bələdçilərin tur iştirakçılarını partladılmış qaz otaqları tərəfə aparmalarına rəhbərləri tərəfindən izacə verilmir. Buna səbəb isə qaz otaqlarına yaxınlaşdıqda qoxunun hələ də insana zərər verəcək səviyyədə olmasıdır. Yəni gündə 2 dəfə tura rəhbərlik edən bələdçinin bir müddət sonra səhhətində çətinlik yaşaması ehtimalı mövcuddur. Biz özümüz getmək üçün izacə aldıq və həqiqətən də qoxudan qaz otaqlarının yanında çox dayana bilmədik.Əldə etdiyim təcrübə və məlumatları aşağıda təqdim edirəm:Gediş: Saat 06:55-də Krakow hava limanından Aushwitzh istiqamətinə Flix bus vasitəsi ilə gedə bilərsiniz.Qiymət: 3 USD Çatma müddəti : 1 saat.Saat 08:00-dan növbəyə durduğumuz halda belə kassaya çatdığımızda saat 09:45 idi. Bileti Online da əldə edə bilərsiniz lakin giriş saatından 20 dəqiqə öncədən orda olmalısınız.Tur başlama saatı : 10:45-də ingilis dilli bələdçi ilə başlayan tur təxmini 15:00-a qədər davam edir.Bilet qiyməti : 55 PLN (zloty)Not: Saat 08:30 –a kimi kassaya yaxıınlaşa bilsəniz free ticket əldə etmiş olursunuz və istəsəniz bələdçi olmadan əraziyə daxil ola bilərsiniz. Çox mənbələrdə free ticket saat 10:00 a kimi göstərilib lakin bunun belə olmadığını kassada bildirdilər.Ortalama günlük ziyarətçi sayı : 10 000 nəfərƏraziyə daxil olarkən yalnız 30x20x10 ölçülərində çanta ilə daxil ola bilərsiniz. Və ya 4 PLN ödəyərək əşyalarınızı luggage storage a təhvil verə bilərsiniz.“#Auschwitz - Never again!”Əgər yazını bəyəndinizsə aşağıda olan Facebook düyməsini seçərək blogpostu Facebookda paylaşın ki, dostlarınız da yazılarımızdan xəbərdar olsunlar. Yox əgər Gəzəyənlərin yazılarından ilk xəbər tutmaq istəyirsinizsə aşağıda “abunə ol” bölməsinə mailinizi yazaraq düyməyə klikləyin. Hələlik bu qədər, növbəti yazılara qədər…Paylaşdı: Farid Abilov  

1352 dəfə oxunub

Rəngarəng Şri-Lanka bələdçisi

Kolombodakı bütün otel, apartament və hostelləri bu linkdən book (bron) edə bilərsiz.Şri-Lankayla bağlı çox suallar gəldiyi üçün post paylaşmaq qərarına gəldim.Qeyd edim ki, turla getməmişdim. Vizaya özüm müraciət etdim, 52$ ödədim və təsdiq həmin günü gəldi.Təsdiqin gəldiyi maildə arrival card üçün keçid olur və onu etmək və həmin arrival card-ı Şri-Lankaya endikdə immiqrasiyaya göstərmək lazımdır. Əvvəldən online etməsəniz,  hava limanında edə bilərsiniz və vaxt itirəcəksiniz.Maldivdən Şri-Lankaya getmək çox rahatdır, təxminən bir saat çəkdi, müxtəlif hava yollarından münasib qiymətə biletlər tapa bilərsiniz. Mən Emirates seçdim. İlk günü Kolomboda qalıb istirahət etdim.İş yoldaşım məni qarşıladı və Kolombonu biraz gəzdim, Sözün düzü Kolombodakı insanlarda nəsə qəribəlik var idi və o şəhəri tək gəzə bilməzdim. Uzun müddət adada yaşadığıma görə sahil deyil dağlıq şəhərlərdə qalmağa üstünlük verdim.2-ci gün Dəmiryol stansiyasına getdim. Qeyd edim ki, 3 klass var. I  klass biletini ay yarım əvvəldən almağa çalışdım, amma biletlər satılmışdı. II klass bileti isə dəmiryol stansiyasından ala bilərsiniz, Qatar rahatdı, qiyməti səhv etmirəmsə 300 Şri-Lanka rupisi idi.Əgər Nine arch korpusunden keçəcəksinizsə səhər 5:30 qatarıyla çıxmalısınız ki, havanın açıq olduğu vaxtda körpüyə çatasınız. Mən Ellaya qədər gedəcəyim üçün mənimçün fərq etmirdi və səhər 9:45 qatarı ilə çıxdım. Qatar cəngəlliklərlə, tunellərlə hərəkət edirdi və darıxmaq mümkün deyildi. Bəzən mağara kimi tunellərdən keçirdi. Divarlardan kiçik şəlalələr axırdı. Və belə axşam 8də Ellaya çatdım.Sürücüyə qatarla gələcəyimi və məni Ellada gözlməsini demişdim. Məni orada qarşıladı, gəzintiyə növbəti gündən başladıq.İlk Nine arch korpusu, sonra isə zip line-a getdim,Yelləncək 5$ ,zip line təxminən 30$ idi ,10$ da gopro ilə çəkiliş əgər istəsəniz. Həmin yerdə yaxşı restoranlar, day pass alıb gedə biləcəyiniz hovuz,həm də başqa əyləncə növləri var, amma hündürlükdən qorxan biri kimi mənə Zipline kifayət etmişdi .Elladan Nuwara Eliyaya getdik. Yolda məbədlərdə saxladıq. Qeyd edim ki, məbədlərə güdəcəksinizsə uzun geyinməyiniz məsləhətdi. Yoxsa məbədlərə giriş qadağandır:Nuwara eliya havası digər bütün şəhərlərdən fərqlidi.Nuwarada ilk öncə qədim poçt məntəqəsinə, ordan da çay plantasiyalarına getdim. Çay plantasiyalarında gözəl qarşılayır,  məlumat verilir. Çay yığa, fabriki gəzə bilərsiniz. Sonda isə sizi çaya qonaq edəcəklər. Əgər başqa çaylar dadmaq istəsəniz ödənişlidir və çox ucuzdur. Çay plantasiyasının özündə çay dükanı var və qiymətlər münasibdir, Ordan aldığım çaylar hamısı bəyənildi. Getdiyim çay fabrikinin adı Blue Field Tea Factory.Nuwara şəlalərinə getsəniz şəlaləni tam görmək üçün pilləkənlərlə sona kimi getmək lazımdır.Kandy Ambuluwawa qülləsinə çıxıb şəhəri yuxarıdan izləyə bilərsiniz. Ora çıxıb-düşənə kimi bildiyim bütün duaları oxudum.Kandydə Oak Ray Regency otelində yerləşən ipək dükanına gedib təmiz ipəkdən geyimlər ala bilərsiniz. Parçaların ipəkdən əl ilə necə hazırlanmasına baxa, milli paltarlar geyinib şəkil çəkdirmək olur və ipəkdən nə istəsəniz ala bilərsiniz . Digər mərtəbəsində çox böyük hədiyyə dükanı yerləşir ki, oradan da Şri-lankaya aid nə istəsəniz tapa bilərsiniz.Pinnawala Pinnawalaya Sirf filləri görmeə üçün getdim. Filləri çaya gəldikdə görmək mümkün idi. Sürücü çöl fillərinin bir az təhlükəli ola biləcəyini dedi və biz Millennium Elephant Foundationa getdik. Burada sizə bələdçi verilir. Fili yemləyə bilərsiniz (yoldan meyvələr almışdıq),fili sürə, çayda çimdirə hətta fil də sizi çimdirə bilər. Bunlar hamısı 20$.Və son günü uçuşdan əvvəl Kolombo turu etdik .Qaldığım otellər Rockwell Colombo Ravana range EllaKandy CabanaQueens ridge Kandy Otel seçimində harada yerləşdiyinə baxmadım. Çünki sürücü hər yeri tanıyırdı.Ən sevdiyim restoranlar: Ella Chili restaranı Kandy oak ray regency otelinin restoranı.Yazım biraz uzun ola bilər, amma qısa desəm Şri-Lankaya getməyə dəyər. Mən vaxtım az olduğu üçün qısa müddətlik egtmişdim. Əslində ən az 10 gün qalmaq istəyərdim və bir də getsəm yenə də sürücüsüz gezməzdim.Şri-Lankaya gedib yemək tapa bilməyənləri də anlamadım .Yeməkləri çox dadlı və hər yerdə demək olar ki, beynəlxalq metbəx var. Və ən əsası meymunlara çox yaxın durmayın, balkonlariın qapısını da açıq qoymayın.  Əgər yazını bəyəndinizsə aşağıda olan Facebook düyməsini seçərək blogpostu Facebookda paylaşın ki, dostlarınız da yazılarımızdan xəbərdar olsunlar. Yox əgər Gəzəyənlərin yazılarından ilk xəbər tutmaq istəyirsinizsə aşağıda “abunə ol” bölməsinə mailinizi yazaraq düyməyə klikləyin. Hələlik bu qədər, növbəti yazılara qədər…Paylaşdı: Fidan Mamedova

1323 dəfə oxunub
Bizi izləyənlər siyahısına qoşulun!